Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-29/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 iyul 1993-cü ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 05 iyul 2015-ci il tarixdə, saat 10 radələrində yaşadığı Masallı rayonu, Təklə kəndində olan evində olarkən həmkəndlisi və dostu Şahid1 xatırlamadığı mobil telefon nömrəsi ilə istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o, yaşadığı evdən çıxıb kənd arası yolla gedərkən Şahid1 idarə etdiyi “VAZ-21011” markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobillə yanına gəlmiş, o, avtomobilin qabaq sağ oturacağına əyləşmiş, sonuncu avtomobili yaşadığı kənddən aralıda yerləşən əkin sahəsinə tərəf sürmüş, Əfraildən görüşmək istəməsinin səbəbini soruşduqda sonuncu bir az əvvəl əmisi qızı X1 əkin sahəsində bıçaqla vurub öldürərək meyitini orada saxladığını və üzərini örtdüyünü deyərək avtomobili təxminən 1-2 km aralıda Masallı rayonu, Təklə kəndi ərazisində yerləşən əkin sahəsinə sürərək saxlamış, o, avtomaşından düşərək orada arxası üstə uzadılmış Səidə Cəfərovanın qana bulaşmış vəziyyətdə olan meyitini görüb Şahid1 cinayət törətməsinə tam əmin olmuş, Şahid1 meyiti basdırmaqda ona köməklik etməsini istəmiş, o, bundan imtina edərək piyada sahənin baş tərəfinə doğru getməyə başlamış, Şahid1 Səidənin meyitini avtomobilin yük yerinə qoyub avtomobili idarə edərək onun yanında saxlamış, o, avtomobilə əyləşmiş, sonuncu avtomobili idarə edib özlərinə məxsus əkin sahəsinə gedərək su kanalın yaxınlığında saxlayıb yenidən meyiti basdırmağa kömək etməsini istəmiş, o, bunu etməyərək oradan uzaqlaşıb yaşadığı evə gəlmiş, təxminən 30 dəqiqə sonra Şahid1 onun yaşadığı evə gələrək törətdiyi cinayəti gizlətmək məqsədilə əynində qana bulaşmış vəziyyətdə olan paltarları çıxardaraq ona məxsus köynəyi geyinmiş, həmin paltarları və avtomaşının yük yerində saxladığı Səidə Cəfərovaya məxsus bir cüt şəpidi evin həyətində yandırmış, o, Şahid1 əmisi qızı Səidə Cəfərovanı öldürməklə xüsusilə ağır cinayət törətdiyini bildiyi halda bu barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti orqanlara heç bir məlumat verməyərək qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə dost olmaqla aralarında narazılığı və ziddiyyəti olmamışdır. X4 həmkəndlisi olmaqla Əfrailin doğma əmisi qızıdır. O, Səidəni həmkəndlisi kimi tanımış, Səidə ailə üzvləri ilə birlikdə yaşamış və məktəbli olmuşdur. Səidənin özü, onun anası Bibixanım, bacısı Nuranə hicab bağlamış və qapalı həyat tərzi keçirmişlər. Təxminən 2015-ci ilin mart ayında yaşadığı kənddə həmkəndlisi və dostu Əfrailin öz əmisi qızı Səidə Cəfərovanı zorlaması barədə məlumatlar yayılmış, eşitdikləri ilə bağlı bir neçə dəfə Əfraillə danışıb söhbət edərək ondan Səidəni zorlayıb-zorlamadığını soruşmuş, Əfrail isə ona Səidə ilə aralarında heç bir münasibətinin olmadığını, onu zorlamadığını, bu şaiənin Səidənin anası Bibixanım tərəfindən yayıldığını demişdir. Əfrail həmçinin Səidənin anası Bibixanımın onları evləndirmək istədikdə bundan imtina etdiyi və Səidəni sevmədiyi üçün Bibixanımın guya Səidənin onun tərəfindən zorlanması ilə bağlı şaiə yaydığını ona danışmışdır. 05 iyul 2015-ci ildə, saat təxminən 10-11 radələrində Təklə kənd sakini olan bibisi nəvəsi Nurlanın hərbi xidmətə yola salınması ilə bağlı evlərində təşkil edilmiş yığıncaqda iştirak etməkdən ötrü onların evinə getmək istəyərkən Şahid1 xatırlamadığı sim nömrə ilə istifadəsində olan xatırlamadığı mobil sim nömrəyə zəng edərək harada olduğunu soruşmuş, o, yığıncağa getmək istədiyini demişdir. Danışıq zamanı Əfrail həmin yığıncaqda iştirak etmək istədiyini deyərək birlikdə yığıncağa getmələrini təklif edərək onunla görüşmək istədiyini bildirmişdir. O, evdən çıxıb əkin sahəsinə tərəf getmiş, bu zaman Əfrail sahədən ağ rəngli qeydiyyat nömrəsini dəqiq xatırlamadığı “VAZ” markalı avtomobillə ona yaxınlaşmış, avtomobilin qabaq sağ oturacağında oturmuşdur. Avtomobildə Əfraildən başqa şəxs olmamış, avtomobilə oturub Əfraillə salamlaşaraq hal-əhval tutduqdan sonra sonuncu avtomaşını yaşadığı kənddən təxminən 1-2 km aralıda yerləşən əkin və yaxud örüş kimi istifadə olunan sahəyə tərəf sürmüşdür. O, yığıncağa getməli olduqlarını Əfrailin diqqətinə çatdırıb haraya getdiklərini ondan soruşduqda Əfrail bir az bundan əvvəl əmisi qızı Səidə Cəfərovanı çay yatağından yuxarıda yerləşən əkin sahəsində bıçaqla vurub öldürdüyünü meyitini yerdə saxladığını, üzərini çör-çöplə örtdüyünü demişdir. O, Əfrailin sözlərinə inanmamış, sonuncu hadisə yerinə aparıb Səidənin meyitini göstərəcəyini bir daha bildirmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Əfrail onu avtomobili özlərinə məxsus əkin sahəsinə sürmüş, həmin ərazi çayın yaxınlığında yerləşir. Əfrail avtomobili əkin sahəsinin sol tərəfindən keçən yolun yaxınlığında saxladıqdan sonra hər ikisi avtomobildən yerə düşmüş və yolun kənarında ondan təxminən üç metr irəlidə, arxası üstə uzanmış vəziyyətdə olan meyit olduğunu görmüş, meyitə baxdıqda Səidə olduğunu dəqiq bilmişdir. Meyitin üzəri çör-çöp və parça ilə örtülmüş, həmçinin qana bulaşmış vəziyyətdə olmuşdur. Qan ətrafa da səpələnmişdir. Meyitin başı açıq vəziyyətdə olmaqla başında yaylıq olmamış, üzərində qan ləkələri olan 01 ədəd bıçaq meyitin ayaqları olan istiqamətdə yer atılmışdır. Həmin vaxt Əfrail həmin bıçağı əlinə götürüb meyitə yaxınlaşaraq ondan ona izi itirmək üçün meyiti basdırmağa köməklik etməsini xahiş etmiş, o, heç bir köməklik edə bilməyəcəyini deyərək piyada sahənin baş tərəfinə doğru getməyə başlamışdır. Həmin vaxt Əfrail Səidənin meyitini olduğu yerdən qucağına alaraq götürüb avtomobilin yük yerinə qoymuş, maşını sürərək bərabərinə gəlib çatmışdır. Əfrail ondan maşına oturmasını təklif etmiş, o, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, sonuncu avtomobili idarə edib özlərinə məxsus əkin sahələrinin baş tərəfinə gətirmişdir. Həmin ərazi meyiti gördüyü yerdən təxminən 1 km-dən artıq aralıda yerləşmiş, Əfrail maşını ərazidən keçən kanalın yaxınlığında saxlayıb yenə də Səidənin meyitinin basdırılmasında ona köməklik göstərməsini ondan xahiş etmiş, lakin o, qorxduğu üçün Əfrailə törətdiyi cinayətə görə gedib polisə təslim olmasını məsləhət görərək maşından düşüb Əfraili meyitin yanında qoyaraq piyada çay kənarı ilə kəndə tərəf qaçmışdır. Əkin sahəsindən çay kənarı ilə kəndə tərəf gələrkən yolda həmkəndlisi Elxan və Elmanı görərək onlarla salamlaşmış, lakin məlum hadisə barədə onlara heç nə deməmişdir. Həmin şəxslər də haradan gəlməsi ilə bağlı ona heç nə deməmişlər. Təxminən yarım saatdan sonra yaşadığı evə gedən yolla evə tərəf piyada hərəkətdə olduğu zaman Əfrail avtomobili ilə dalınca gəlib ona çatmış, yorulduğu üçün yenidən Əfrailin avtomobilinə əyləşmişdir. Əfrail avtomobili ilə onu evlərinə gətirmiş, həmin vaxt Əfrailin əynində olan qısaqol futbolka köynək qana bulaşmış, sonuncu ona dəyişik köynək verməsini xahiş etmiş, o, həyətyanı sahəsinin darvazasını açıb Əfraili avtomobillə həyətə buraxmışdır. Daha sonra evə girib özünə məxsus ağ rəngli qısaqol köynəyi otağından götürüb həyətə düşərək Əfrailə vermişdir. Köynəyi ona verdikdən sonra Əfrail əynində olan futbolkanı soyunub onun verdiyi köynəyi geyinmiş, əynində olmuş qana bulaşmış köynəyi və Səidəyə məxsus bir cüt şəpidi yandırmaq istədiyini bildirib bu barədə ona köməklik göstərməsini xahiş etmişdir. O, benzinlə dolu butulkanı gətirib Əfrailə vetmiş, sonuncu evin sağ yan tərəfində əynində olan qana bulaşmış köynəyini və bir cüt şəpiti yandırmışdır. Bundan sonra Əfrail onunla sağollaşıb maşınına minib evinə getmişdir. Əfrail evlərinin həyətində olan zaman cərəyan edən prosesləri heç kim, o cümlədən ailə üzvləri görməmişdir. Həmin gün, saat təxminən 16 radələrındə bibisi nəvəsi Nurlanın hərbi xidmətə getməsi ilə bağlı evlərində təşkil olunmuş yığıncağa getmiş, daha sonra Əfrail də oraya gəlmişdir. Onlar digər həmkəndliləri ilə birlikdə oturub yemək yemişlər. Həm özü, həm də Əfrail yığıncaqda pivə içmişlər. Vaxt tapıb Əfraillə təklikdə söhbət edərək Səidənin meyitinin taleyi ilə bağlı maraqlanmışdır. Əfrail Səidənin meyidini qamışlıqda gizlətdiyini, ara sakitləşdikdən sonra isə gedib meyitini oradan çıxarıb yandıracağını ona demişdir. Bir müddət keçdikdən sonra isə Əfrail Səidənin meyitini atdığı yerdən çıxarıb balta ilə paralaması, başını xəndəkdə basdırması, meyitin digər hissələrini çayın kənarında yerləşən və zibilxana kimi istifadə olunan yerdə yandırıb basdırması barədə ona danışmışdır. O, dəfələrlə Şahid1 gedib törətdiyi cinayət barədə polisə məlumat verməsini və əməlini etiraf etməsini təklif etmiş, lakin Əfaril olan hadisələrdən Səidənin ailə üzvlərinin və hüquq mühafizə orqanlarının məlumatının olduğunu, məsələnin artıq öz aralarında həll edilməsini bildirmiş, Əfarilin dediklərinə inandığından, həmçinin Əfrailin atasından qorğduğu üçün hadisə barədə heç kimə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını, göstərilənlərə əsasən baş vermiş hadisə ilə bağlı heç kimə məlumat verməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə, səhər saatlarında o, Masallı rayonu, Təklə kəndində yaşayan Qaraxan adlı şəxsin evinə təmir işləri görməyə getmiş, həmin tarixdə saat 11 radələrində həmkəndlisi Xeyrəddin ona zəng edərək harada olduğunu soruşub evə gəlməsini demiş, arvadı Bibixanımın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəyə zəng zəng etsə də mobil telefonu açan olmamış, sonra isə telefon sönmüşdür. Evə gələrək Səidənin evdə olmadığını və yoxa çıxdığını bilmiş, arvadı Bibixanıma nə üçün mobil telefona cavab vermədiyini soruşduqda sonuncu telefonun Səidədə olduğunu və özü ilə apardığını demişdir. Səidə icazəsiz harasa gedə biləcəyini ehtimal etmədiyi üçün bir qədər Səidənin olmamasına biganə yanaşmış və yenidən işləməyə getmişdir. Axşam evə gəldikdə Səidənin evə gəlməməsini görüb narahat omağa başlamış və Səidəni soraqlaşmağa başlamış, lakin tapa bilməmişdir. O, növbəti gün DİN-in “102” xidmətinə zəng edib məlumat verərək Masallı rayon polis şöbəsində araşdırma aparılmış, lakin nəticə əldə olunmamışdır. 2019-cu ildə Səidənin oğurlanması fakı ilə bağlı Respublika Baş prokuroluğunda cinayət işi başlanılaraq Masallı rayon polis şöbəsinə göndərilmiş, lakin Səidənin olduğu yer müəyyən edilmədiyindən 2021-ci il tarixdə aprel ayında bir neçə dəfə arvadı Bibixanım “Xəzər” televiziyasında yayımlanan “Səni Axtarıram” verlişinə çıxmışdır. Səidə itkin düşüb tapılmadığından onun Əfrail tərəfindən zorlanması ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət etmiş, Səidənin həmin vaxt əynində olan paltarları da polisə təqdim etmişlər. Həmin müraciət aidiyyəti üzrə baxılması üçün Masallı rayon prokurorluğuna göndərilmişdir. X8 tərəfindən zorlanması faktı təsdiqini tapmamışdır. Çünki Səidə olmadığından onun izahatını almaq qeyri-mümkün olmuşdur. Bu məsələyə görə İsa və ailəsi ilə onun ailəsi arasında narazılıq yaranmış, arvadı Bibixanım qızları Səidənin itkin düşməsi ilə bağlı “Xəzər” televiziyasında yayımlanan Xoşqədəmin verilişinə çıxmış və Əfrailin Səidəni zorladığını açıqlamışdır. Lakin Şahid1 bu iddianı təkzib edərək Səidəni zorlamadığını iddia etmişdir. Səidənin itkin düşməsi ilə bağlı cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, qızı Səidəni qardaşı oğlu Şahid1 05 iyul 2015-ci ildə, saat 10 radələrində Təklə kəndindən aralıda yerləşən əkin sahəsindən axan çayın yaxınlığında öldürmüş, daha sonra isə onun meyitini gizlətmiş, yandırmış və basdırmışdır. Özü bu barədə 11 aprel 2022-ci il tarixdə bilmiş, ondan əvvəl isə qızı Səidənin Əfrail tərəfindən öldürülməsi barədə onun və ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Eyni zamanda öyrənib bilmişdir ki, hadisənin yeganə şahidi həmkəndlisi Təqsirləndirilən şəxs olmuş, yəni o Səidənin meyitini görmüş, lakin sonuncu qardaşı İsadan qorxduğu üçün bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Səidənin Əfrail tərəfindən zorlanması ilə bağlı el arasında məlumat yayıldıqdan sonra Əfrail rüsvay olmamaq və valideynlərinin Səidəni ona almaq istəmələrindən razı qalmayaraq, həmçinin Səidə ilə evlənmək istəməyərək bu səbəbdən onu öldürmüşdür. Təqsirləndirilən şəxs də hadisənini şahidi olmuş, lakin 2022-ci ilin aprel ayına kimi bilərəkdən qızının ölümü ilə bağlı cinayəti gizlətmiuşdir. İndiyədək qızı Səidənin meyitinin harada olmasından məlumatları yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, 1988-ci ildən hal-hazıra kimi olan müddət ərzində Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında qaz yığımı üzrə operator vəzifəsində işləyir. Ay ərzində 15 gün işdə, 15 gün isə evdə olur. Ailə üzvlərim arvadı Şahid4, oğlanları Vüsal və Şahmar Abiyevlərdən ibarətdir. Ailə üzvlərim Masallı rayonu, Təklə kəndində yaşayırlar. Qeyri-iş günlərində özü də Təklə kəndində gəlib ailə üzvləri ilə birlikdə qalır. Onun və ailə üzvlərinin Təklə kəndində heç kimlə narazılığı, ziddiyyəti və mübahisəsi olmamışdır. Böyük oğlu Vüsal Şahid1la dost olmuş və onlar bir-birinə gediş-gəliş etmişlər. O, 2015-ci ilin mart ayında Fərhadın qızı X6 tərəfindən zorakılığa məruz qaldığını, lakin valideynləri arasında olan razılığa əsasən Səidənin Əfrailə ərə veriləcəyi barədə öz ailə üzvlərindən eşitmişdir. 05 iyul 2015-ci ildə həmkəndlisi Firqətin oğlu Nurlanın hərbi xidmətə getməsi ilə bağlı yığıncağı olduğu üçün oğlu Vüsal həmin gün saat təxminən 11 radələrində yığıncağa getmək adı ilə evdən çıxmış, özü isə arvadı Gülnarə ilə birlikdə evdə qalmışdır. Vüsal Firqətin oğlunun əsgərlik yığıncağına getmək adı ilə evdən çıxıb getdikdən sonra gün ərzində onun evə qayıdıbqayıtmadığını dəqiq xatırlamır. Səhv etmirsə o gün ərzində evə qayıtmamışdır. Gün ərzində o arvadı Gülnarə ilə birlikdə evdə olmuş, günorta saatlarında istirahət etmiş və axşamçağı hava qaraldıqda Firqətin evində təşkil edilən yığıncağa getmişdir. Oraya getdiyi zaman oğlu Vüsalın yığıncaqda olmasını görmüşdür. Orada Səidənin həmin gün saat 10 radələrində anasına məxsus mobil telefonu götürüb ayaqyoluna getmək adı ilə evdən çıxıb itkin düşdüyünü eşitmişdir. Səidə itkin düşdükdən sonra onun valideynləri Səidənin itkin düşməsində həmişə Əfraili günahlandırmışlar. X6 Məmmədov tərəfindən 05 iyul 2015-ci ildə öldürüldüyünü xx.xx.2022-ci il tarixdə bilmişdir. Bu barədə ona arvadı Gülnarə məlumat vermişdir. Oğlu Vüsalın həmin vaxt Əfraillə görüşməsi, sonuncunun Səidə Cəfərovanı öldürməsini bilməsi, Əfrailin Səidənin meyitini ona göstərməsi, meyitin basdırılmasına köməklik göstərməsini təklif etməsi, Vüsalın öz köynəyini dəyişək üçün Əfrailə verməsi, sonuncunun əynində olmuş qanlı köynəyi və Səidənin bir cüt şəpidini evlərinin həyətində yandırmaları ilə bağlı onun və ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Hazırda oğlu Vüsal törətdiyi əməldən çox peşimandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X4 doğma əmisi qızıdır. O, ailəsi ilə (atası Fərhad, anası Bibixanım, bacıları Nuranə, Gülüstan və ögey qardaşı Cəfər) birlikdə Masallı rayonu, Təklə kəndində yaşamış, məktəbli olmuş və hicab taxmışdır. Evlərinin arasında təxminən 400 metr məsafə vardır, əmisi Fərhad və onun ailə üzvləri arasında normal münasibət olmuşdur. 2015-ci ilin mart ayına kimi olan dövr ərzində narazılıqları, ziddiyyəti, mübahisəsi və dalaşması olmamışdır. O, mütəmadi olaraq Fərhadgilin evinə gedib-gəlmiş, belə ki, əmisigil onu ailənin bir üzvü kimi qəbul etmişlər. X2 guya onun tərəfindən zorlanması ilə bağlı yayılan şaiyələrə əsasən onunla evlənməyə məcbur edildiyi üçün Səidə ilə arasında bir qədər soyuqluq yaranmış, bu səbəbdən onların evinə çox zaman getməməyə başlamışdır. Həmçinin, valideynləri də Səidə ilə əlaqə saxlamamasını ona məsləhət görmüşlər. Dəfələrlə Səidəni almaq istəmədiyini evində valideynlərinə demişdir. Əmisi Fərhadın və ailəsinin də bundan məlumatı olmuşdur. O, Səidəni bıçaqla boğazına bir zərbə vurmuş, Səidə yerə yıxılaraq boğazından qan axmağa başlamışdır. Səidə təxminən 2-3 dəqiqə yerdə çabalayıb xırıldayaraq çaya tərəf sürünüb orada ölmüşüdür. O, heç kimin görməməsi üçün yaxınlıqdakı sahədən biçilmiş ot gətirib Səidənin meyitinin üzərini ot və çör-çöplə örtmüş, sonra avtomobilinə əyləşib hadisə yerindən təxminən 20-30 metr uzaqlaşıb törətdiyi cinayətin izini itirmək, yəni Səidənənin meyitini basdıqmaqda ona köməklik etməsi üçün həmkəndlisi və dostu Təqsirləndirilən şəxs zəng etmişdir. Vüsal ona cavab verdikdən sonra ondan harada olduğunu soruşmuş, sonuncu həmkəndlisi Nurlanın hərbi xidmətə getməsi ilə bağlı təşkil olunan yığıncağa getmək istədiyini bildirmişdir. O, özü də yığıncağa gedəcəyini, lakin bundan əvvəl onunla işi olduğunu deyib sahəyə tərəf gəlməsini bildirmiş, Vüsal onunla razılaşmışdır. O, Səidəni basdırmaq üçün sahədən bel (kürək) götürüb avtomobilin yük yerinə qoymuş, sonra Vüsalla görüşərək avtomobilinə mindirib sahəyə, yəni Səidənin meyitinin olduğu əraziyə tərəf sürmüşdür. Həmin vaxt Vüsala əmisi qızı Səidəni öldürdüyünü deyib ona onun meyitini basdırmaqda köməklik etməsini xahiş etmişdir. Lakin Vüsal ona inanmadığından onu avtomobili ilə Səidəni öldürdüyü əraziyə aparmışdır. Vüsal Səidənin meyitini şəxsən gördükdən sonra ona meyiti basdırmaqda köməklik etməyəcəyini bildirib meyitə əl vurmamış və ondan ayrılıb piyada əkin sahəsinə tərəf getmişdir. O, Səidənin meyitini qucağına götürüb maşının yük yerinə qoymuş, həmçinin onun ayaqlarında olan bir cüt şəpidi də meyitin yanına qoymuşdur. Səidəni öldürdüyü bıçağı isə götürüb çaya tərəf atmışdır. Avtomobili Vüsalın ardınca sürərək onun bərabərinə çatmış və ona maşına əyləşməsini təklif etmiş, sonuncu maşının qabaq sağ oturacağına əyləşmiş, avtomaşını özlərinə məxsus əkin sahəsinin o biri tərəfinə, yəni kanalın keçdiyi əraziyə gətirmişdir. O, bir daha Vüsala Səidənin meyitini basdırmaqda ona köməklik etməsini xahiş etmiş, Vüsal isə təklifindən imtina edib maşından düşərək qaçıb kəndə tərəf getmişdir. O, hər hansı şəxsin görə biləcəyindən qorxaraq dərhal Səidənin meyitini maşının yük yerindən çıxarıb kanalın yaxınlığındakı qamışlıqda yer qazaraq meyiti oraya yerləşdirərək, qamışlardan əyərək meyidin üzərinə atmışdır. Daha sonra isə yer qazmaq üçün istifadə etdiyi beli (kürəyi) əkin sahəsinə ataraq oradan avtomobili ilə birbaşa Vüsalgilə getmişdir. Əynində olan köynək qana bulaşdığından, çıxardaraq Vüsaldan dəyişik köynək istəmiş, sonuncu evə gedərək ona köynək gətirmişdir. O, əynindən çıxardığı qanlı köynəyi və Səidənin ayaqlarında olmuş 01 cüt (şəpiti) Vüsalgilin həyətində yandırmışdır. Sonra Vüsalla sağollaşıb yaşadığı evə getmiş, avtomobilin yük yerini yuyub təmizləyərək Nurlangilə getmiş və yığıncağında iştirak etmişdir. Vüsal da həmin yığıncaqda olmuş, sonuncu ondan Səidənin meyitinin taleyini soruşmuş, öz növbəsində Vüsala meyiti çayın yaxınlığında qamışlıqda basdırdığını bildirmişdir. Gecə saatlarına kimi o, Nurlanın yığıncağında iştirak edib əylənmiş, lakin törətdiyi hadisə barədə heç kimə heç nə deməmişdir. Vüsal törətdiyi cinayət barədə polisə məlumat verməsini və əməlini etiraf etməsini ona bildirmiş, lakin o, olan hadisələrdən Səidənin ailə üzvlərinin və hüquq mühafizə orqanlarının məlumatının olduğunu, məsələnin artıq öz aralarında həll edildiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekpssertiza və X3 Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 252 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş telefon danışıqlarının çıxarışlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Şahid1 05 iyul 2015-ci ildə, saat 11:50-də istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təklə kənd sakini Şahid3 Yədulla oğlunun adına rəsmiləşdirilməklə oğlu Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla 20 saniyə danışıq aparmış, bu zaman Şahid1 və Təqsirləndirilən şəxs Masallı Masallı rayonu, Təklə kəndinin ərazisində olmuşlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abiyev X5 rayonu, Təklə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, yaşadığı müddətdə onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs cinayət törətmiş Şahid1 qanlı paltarını dəyişməsi üçün ona özünün köynəyini vermiş, cinayət törətmiş şəxs özünün köynəyini və mərhum Səidə Cəfərovaya məxsus 01 cüt (şəpiyi) onların həyətində yandırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 31 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-29/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-29/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver