Məhkəmə qərarları › İş №1(050)-29/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-29/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-29/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, çoban işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olan, Masallı rayonu, Təzəkənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs odlu silahı talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində çoban işlədiyi Masallı rayonu Musaküçə kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən fermanın həyətində olan fərdi yaşayış evində şkafda saxladığı sonuncuya məxsus bir ədəd 1500 manat dəyərində 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli ov tüfəngini talayaraq həmin silahı qeyd edilən tarixdə saat 04 radələrində Masallı rayonu Təzəkənd kəndi ərazisində Şahid1 Yusuf oğluna 50 manat pul qarşılığında satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə vaxtı qonşusu Səyyadla qoyun otarmışlar. Səyyad da, onun kimi çoban işləyir, lakin başqa fermada. Səyyad beş ay olar işləyirdi, o isə təzə gəlmişdir. Səyyad araq içmək istədiyini demiş, o, da bildirmişdir ki, olar. O, pulunun olmadığını demiş, Səyyad isə ona pul verəcəyini demişdir. Səyyadın maşını ilə gedib Təzəkənd kəndində yerləşən adını bilmədiyi kafedən 1 litr araq alıb gəlmişlər və o, çoban qaldığı evdə araq içib keflənmişdir. Lakin Səyyadla onunla birlikdə spirtli içki qəbul etməmişdir. O, kefli olandan sonra Səyyad ona zəng edərək 30 manat pulunu geri istəmişdir. O, pulunun olmadığını bildirmişdir. Səyyad ona bildirmişdir ki, “sən təzə gəlibsən bilmirsən, orda şkafda silah var, götür apar silahı sat, pulunu mənə ver”. Səyyadın silahın yerini hardan bilməsi barədə məlumatı yoxdur, ola bilər ki, hardansa eşitmişdir. O, 24 sentyabrda səhərə yaxın saat 4-də qaldığın evin başqa otağında beş atılan silahı gedib götürmüş və Səyyad onu ağ rəngli “Vaz 2107” markalı avtomobili ilə Təzəkənd kəndinin dairəsinə çatmamış yolda ağacın yanında düşürüb orada gözləməsini, ağ rəngli “Ford” markalı maşının gələcəyini və neçəye olsa nağd pulunu verəcəyini demişdir. Silah boş vəziyyətdə çexolda olmuş, yanında başqa silah-sursat olmamışdır. Təxminən 15-20 dəqiqə sonra ağ rəngli “Ford” markalı maşın gəlmiş və o, sürücüyə onda silah olduğunu demiş, sürücü ona 50 manat verərərk silahı götürmüşdür. O, da gəlib 50 manatı Səyyada vermiş, Səyyad da, 30 manat öz pulunu çıxıb ona 20 manat pul qaytarmışdır. “Ford” markalı maşının sürücüsü Baba adı ilə çağırılan şəxs olmuşdur. O, həmin vaxt kefli olmuşdur. Səhər ayılandan sonra saat 08-09 radələrində evin sahibi Musa obyektə gəlmiş və o, törətdiyi əməli danışaraq silahı Baba adlı şəxsə satdığını demişdir. Musa həmin şəxsin kim olduğunu bilmiş və onun nömrəsini taparaq həmin şəxsə zəng edib silahın onda olmasını demişdir. Həmin şəxs əvvəl silahın onda olmasını boynuna almasa da, Musa polisə məlumat verəndən sonra boynuna almışdır. O, sonradan Səyyadı bir dəfə istintaqda görsə də, sonra görməmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını və dörd uşağının olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun Təzəkənd kəndində yerləşən evində taxta şkafda silahı var və həmin silah yığılmış vəziyyətdə çantasında olur. Silahın yanında patron olmamışdır, sursatı silahın yanında saxlamır, ya maşında, ya da, ki öz evində saxlayır. Ramilə silahı barədə məlumat verməmiş, ancaq silahı olduğunu bilmişdir. 23 sentyabr axşam onların yanından getmişdir. Səhər gələndə Ramil içdiyi üçün vəziyyəti yaxşı deyildir. Ondan nə baş verdiyini soruşmuş, o, da bir qədər sonra özünə gələrək Səyyadın ona araq aldığını və arağı işdikdən sonra silahı götürüb maşına qoyub Səyyadla gedib satdığını demişdir. O, səhər gedib Səyyadın çəpərində gözləmiş və ondan Ramilə araq almasının səbəbini soruşmuşdur. Lakin Səyyad araq aldığını boynuna almamışdır. Ramil danışandan sonra Baba adlı şəxsin qapısına gedərək silahın ona olduğunu demiş, o isə dik dik demişdir ki, “məndə silah görübsən”?. Sonra polislər gələndən sonra yeznəsinin evindən silahı çıxartıb təhvil vermişdir. O, Ramildən şikayətçi olmamışdır, belə bir hadisə olduğundan Babanın evinə tək getməmək üçün birinci şifahi olaraq Yalçın adında post patrul xidməti əməkdaşına müraciət etmişdir. Orda başqa hərəkət də, ola bilərdi. Əvvəl Baba adlı şəxs dedi onda silah yoxdur, ona şər atırlar, sonra post patrul maşınına minəndən sonra bir 200 mertə getmişlər ki, etiraf etmişdir. Daha sonra post patrul xidmətinin əməkdaşı ona zəng edərək bildirmişdir ki, silah burdadı, narahat olma. Polis şöbəyə müraciət etmək istəyən zaman ona bildirmişlər ki, bazar günüdür, səhər gəlib ərizə, həmçinin izahat da, verərsiniz. O, da sonradan gedib silahın Baba adlı şəxsdən alınması ilə bağlı polis şöbəsində ərizə yazmışdım, lakin iş materialında olan silahın oğurlanmasına dair ərizəni o, yazmamışdır, lakin imza onundur. O, latın qrafikası ilə oxuya bilmədiyi üçün sənədlərə oxumadan imza etmişdir. Onun silahı qaytarıldığı halda silahın oğurlanması ilə bağlı ərizə yazması mümkün deyildir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan aradan qaldırıldığından ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin arvadı xəstə olmaqla dörd uşağı onun himayəsindədir. Ona görə ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 Yusuf oğlu ifadəsində bildirmişdir ki, səhər çağı ala qaranlıq idi, səhər saat 4-5 radələri olardı, Bakıya gedən yol maşınları ilə bacısına yük göndərmək üçün Sərçuvar postu deyilən yerə getmək üçün evdən çıxmışdır. Ramil adlı şəxsi əvvəldən tanımır, ağ rəngli “Ford” markalı avtomobili ilə Sərçuvar postu deyilən yerə gedərkən Təzəkəndin dairəsində Ramil ona əl elədiyi üçün avtomobili saxlamışdır. Həmin vaxt Ramil əlində silah açıq vəziyyətdə yolda dayanmışdır. Ramil maşına minərək özünə məxsus silahı satdığını demişdir. Ramil uşağının tələbə olduğunu, iki uşaq oxutduğunu, pula ehtiyacı olduğu üçün silahı satdığını və bura ova gəldiyini demişdir. Ramil sənədi olmasını soruşmuş, o, da olduğunu demişdir. Qiymətini danışmışlar və 50 manat ona pul verib silahı almışdır. Ramil nömrəsini ona vermiş, o, da aparıb ona evini göstərmiş, adını, kimin oğlu olduğumu demiş, hamısını dəqiq bildirmişdir. Ramil silahın sənədini səhər verəcəyini demişdir. Silahı evə qoyduqdan sonra Ramil Cəlilabada getdiyini bildirdiyi üçün onu da, Sərçuvar postunda düşürtmüş, o, da bir maşına oturub Cəlilabada getmişdir. Özü isə təxminən 40-50 dəqiqə sonra evə qayıtmışdır. Səhərisi polislər zəng etdiyi üçün şöbəyə gedərək silahı təhvil vermişdir. Hadisə baş verməmişdən əvvəl gecə öz işi ilə bağlı başqa şəxslərlə danışmış, lakin Səyyad adlı şəxsi tanımamış, əlaqəsi olmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilimiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs axşam saatlarında şifahi olaraq müraciət edərək ona məxsus ov silahının oğurlandığını və silahın Tarverdidə olduğunu demişdir. Ona görə də, səhəri günü saat 08 radələrində Musa ilə birlikdə Tarverdinin yaşadığı evə getmişlər və Tarverdi gətirib silahı təhvil vermişdir. Sonra aparıb Tarverdini və silahı polis şöbəsinə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun “MSY-dən buraxılma və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 30 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. - hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahı ona məxsus Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən fermanın həyətindəki fərdi yaşayış evinin saxlanc qismində istifadə olunan otağından oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 29 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olmaqla Masallı rayonu Təzəkənd kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs çoban kimi işlədiyi Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən fermanın həyətindəki yaşayış üçün nəzərdə tutulmuş evin Zərərçəkmiş şəxs əşyalarını saxladığı otağından sonuncuya məxsus bir ədəd 1500 manat dəyərində 12 kalibrli “Ataarms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahını oğurlamış və həmin silahı həmin tarixdə gecə saatlarında Masallı rayonu Təzəkənd kənd sakini Şahid1 Yusuf oğluna satmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən hər hansı bir şəxsin köməklik göstərməsi əməliyyat yolu ilə müəyyən edilməmiş və Tağıyev X2 rayon Polis şöbəsinin İstintaq Bölməsinə dəvət olunaraq təqdim olunmuşdur. - Azərbaycan Respublikası Daxili X1 İdarəsinin məhkəmə-ballistik ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 24/1564 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 78-H21YT-004362 nömrəli silah, zavod üsulu ilə Türkiyə Respublikasında, ATA ARMS silah zavodunda istehsal olunmuş, 12 kalibrli NEO-12 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın metal hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 14 oktyabr 2024-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahı maddi sübut kimi tanınmış və istintaq yekunlaşanadək Zərərçəkmiş şəxs geri qaytarılmışdır. - Zərərçəkmiş şəxs Masallı rayon Polis şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaqa təqdim edilmiş bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahının ona geri qaytarılmasında köməklik göstərilməsini xahiş etdiyindən həmin oldu silah maddi sübut kimi tanınmış və qəbzlə Zərərçəkmiş şəxs geri qaytarılmışdır. - 14 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahını saz vəziyyətdə təhvil almışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 14 dekabr 2024-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaqa təqdim edilmiş bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahının maddi sübut kimi tanınaraq qəbzlə Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmışdır. - “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olan Babayev X3 rayon Mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olan Babayev X4 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Cəlilabad RİHB-nın Gülməmmədli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin ərazisində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şifahi və yazılı müraciət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 09 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1982-ci ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 232.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi bu Məcəllənin müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsinə əsasən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, dörd uşağının olmasını, çoban işləməsini, cinayəti maddi cəhətdən asılılıq nəticəsində törətməsini, cinayət barədə könüllü olaraq zərərçəkmiş şəxsə məlumat verərək təqsirini boynuna almasını, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, maddədə müəyyən edilmiş aşağı həddən də, az cəza təyin edilə bilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 232.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Buna görə də, ona Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmə qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdən 30 sentyabr 2024cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı halları, habelə cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə az olmasını nəzərə alaraq, həmçinin ədalətli və humanizm prinsiplərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.5-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd 12 kalibrli “Ata-arms” markalı 78-H21YT-004362 nömrəli yivsiz lüləli mülki ov silahının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar