Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-3/2023 04.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1990-cı ildə Masallı rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E320 CDİ minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göytəpə-Qızılağac avtomobil yolunun Masallı rayonu Ləngan kəndi ərazisindən keçən hissəsində Cəlilabad rayonu Göytəpə şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, onunla eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Masallı rayonu Əhmədli kənd sakini Şahid1 idarə etdiyi “Hyundai Sonata” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək məqsədilə əks hərəkət zolağına çıxaraq hərəkətinə davam edərkən əks hərəkət zolağında Qızılağac kəndi istiqamətində yolun sol ehtiyat hissəsilə asfalt yolun birləşdiyi yerdə əvvəllər tanımadığı Masallı rayonu Qarğalıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs5 məxsus “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanmış vəziyyətdə olmasını görüb idarə etməni itirərək idarə etdiyi avtomobili əvvəlcə Şahid1 idarə etdiyi “Hundai Sonata” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadına ehtiyatsızlıqdan vuraraq onu avtomobil yolunun hərəkət hissəsindən kənara çıxarmış, daha sonra Zərərçəkmiş şəxs5 məxsus dayanmış vəziyyətdə olan “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu aşırmış, nəticədə “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs5 sol qamış sümüyünün yuxarı 1/3-nin oynaq daxili, qəlpəli açıq yerdəyişən, incik sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sınıq nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və həmin nəqliyyat vasitəsində sərnişin qismində olan Zərərçəkmiş şəxs8 sol pəncənin travmatik qopması, sağ baldır sümüklərinin yerdəyişən açıq sınıqları kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs1 qarnın qapalı küt travması, dalağın patlaması, qara ciyərin zədələnməsi və daxili qanaxma kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 onurğanın boyun şöbəsinin qapalı travması, 4-cü və 5ci boyun fəqərəsinin cisminin qəlpəli yerdəyişmiş sınığı, sağ və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs7 sol dirsək sümüyünün orta 1/3 –nin yerini dəyişmiş qapalı sınığı, burun sümüyünün yerini dəyişmiş sınığı və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs9 sağ ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs4 sağ mil sümüyünün yerdəyişmiş sınığı və sağ baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, X1 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs3 sol bud sümüyünün orta 1/3-nin köndələn yerdəyişən qapalı sınığı və başın alın nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya və Zərərçəkmiş şəxs10 sağ ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 iyun 2022-ci il tarixdə özünə məxsus “Mercedes Benz” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evdən çıxıb Cəlilabad rayonu istiqamətində hərəkətdə olmuşdur. Kənddən çıxarkən həmkəndlisi Şahid1 İdirs oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğunu görüb onunla salamlaşmışdır. Bir qədər sonra Tofiq onu yolda keçmiş və keçəndən sonra maşını qarşısında yavaş sürməyə başlamışdır. O, bunu görüb ondan yol istəsə də ona yol verməmişdir və onu sığışdırmağa başlamışdır. Bir neçə dəfə ondan yol istəmiş ona ötmək üçün şərait yaratmamış və hər dəfəsində sürəti artırmışdır. Masallı rayonu, Ləngan kəndinin ərazisində o, maşınını saatda 60-70 km sürətlə idarə edərkən yenidən Şahid1 keçmək istəmişdir. Həmin vaxt yenidən Şahid1 sürəti artıraraq onu sığışdırmağa çalışmış və anidən onun maşınının orta hissəsindən vurmuşdur. Həmin anda o, idarəetməni itirmiş və yolun kənarında hərəkətsiz dayanmış mikroavtobusun üzərinə gedərək onun qarşı sol tərəfi ilə toqquşmuş və bundan sonra onun maşını dayanmışdır. Sonra Tofiq də idarə etdiyi “Hyundai” markalı maşınla mikroavtobusun arxa hissəsindən vurmuş və mikroavtobus aşmışdır, Tofiq isə bir qədərdə hərəkət edərək kanala aşıb dayanmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Ona görə də barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslərin hər biri ilə ayrı-ayrılıqda barışmasını və vurulmuş zərəri aradan qaldırmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il saat 17:30-da işini bitirmiş və orada digər fəhlə qadınları yaşadığı ünvana aparan Masallı rayonu Qarğalıq kənd sakini Zərərçəkmiş şəxs5 mikroavtobusuna əyləşmişdir. Zərərçəkmiş şəxs5 idarə etdiyi mikroavotbusu hərəkətə gətirib Masallı rayonu Ləngan kəndinin girişindən bir qədər aralıda saxlamışdır. Həmin vaxt birdən möhkəm səs gəlmiş və mikroavtobusa nə isə dəymişdir. Bundan bir qədər sonra yenidən mikroavtobusa nəsə dəymişdir və bundan sonra mikroavtobus aşmışdır. Bundan sonra olanları xatırlamır. Sonradan eşitmişdir ki, Allahyar ilə Tofiq adlı şəxs yolda ötüşmüşlər və Allahyarın avtomobili mikroavtobusun qarşı tərəfindən vurmuş, lakin mikroavtobus aşmamışdır. Sonradan Tofiqin idarə etdiyi avtomobil mikroavtobusa dəydiyi üçün mikroavtobus aşmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs2 şahid Zərərçəkmiş şəxs2 ilə eyni məzmunda ifadə vermişlər. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs10 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, o, “Mercedes Benz 207 D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə etmişdir. Uzun müddətdir ki, kəndlərdə əkin sahəsində işləyən şəxsləri mikroavtobusu vasitəsilə yaşadıqları ünvana aparır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Mercedes Benz 207 D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus vasitəsilə Masallı rayonu Ləngan kəndinə gedərək orada işləyən 17 nəfər qadını yaşadıqları evə aparmaq istəmişdir. Həmin qadınların bir neçə nəfərini mikroavtobusuna əyləşdirib mikroavtobusu hərəkətə gətirmişdir və həmin yerdən 1 kilometr məsafədə hərəkət edib Göytəpə-Qızılağac avtomobil yolunun Masallı rayonu Ləngan kəndi ərazisindən keçən hissəsində Stansiya-Masallı Qəsəbəsi istiqamətində asfalt yolun sağ ehtiyat hissəsində mikroavtobusunu saxlamışdır. Mikroavtobusunu orada saxlamaqda məqsədi X6 ona mobil telefon vasitəsilə zəng edib onu da gözləməsini və yaşadığı ünvana aparmasını bildirməsi, həmçinin həmin yerdə iki nəfər qadının düşərək başqa mikroavtobusla gedəcəkləri və həmin başqa mikroavtobusdanda onun mikroavtobusuna başqa şəxsin minəcəyi olmuşdur. Mikroavtobusunu saxladıqdan sonra sürücü oturacağının arxasındaki sərnişin oturacağında əyləşib sərnişin qismində əyləşmiş qadınlarla söhbət etməyə başlamışdır. Həmin vaxt birdən mikroavtobusa qarşı hissədən güclü zərbə dəymiş və həmin an ikinci dəfə arxa hissədən zərbə dəymiş və mikroavtobus aşmışdır. Hadisə nəticəsində ağır dərəcəli xəsarət almışdır. O, hesab edir ki, hadisənin baş verməsində şahid qismində göstərilmiş Şahid1 da günahkardır. Çünki hadisədən sonra öyrənmişdir ki, Tofq Əliyev və Təqsirləndirilən şəxs ötüşmək istəmişlər, bundan sonra onlar idarəetməsni itirmişlər və idarə etdikləri avtomobillər onun mikroavtobusuna ön sol və arxa sol hissədən dəymişdir Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirdi ki, xx.xx.2022-ci il saat 17:30-da işini bitirib digər fəhlə qadınları yaşadığı ünvana aparan Masallı rayonu Qarğalıq kənd sakini Zərərçəkmiş şəxs5 mikroavtobusuna əyləşmişdir. Zərərçəkmiş şəxs5 mikroavtobusu bir qədər idarə edəndən sonra Ləngan kəndinin girişinin yaxınlığında saxlamışdır. Həmin vaxt qadınlar bir-biriləri ilə söhbət etmişlər. O, mikroavtobusda arxada oturmuşdur və mikroavtobusun qabaq ön şüşəsindən yola baxmışdır. Bu zaman görmüşdür ki, sonradan tanıdığı Allahyar adlı şəxs idarə etdiyi avtomobil ilə sonradan tanıdğı Tofiq adlı şəxsin idarə etdiyi avtomobil ilə ötüşürlər. Həmin vaxt məsafə təqribən 90-100 metr olmuşdur. Şahid1 idarə etdiyi avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə böyür-böyürə toqquşmuşdur və zərbənin təsirindən Allahyarın idarə etdiyi avtomobil onların üzərinə gəlməyə başlamışdır. O, bunu görən kimi durub mikroavtobusdan qaçmaq istəmişdir. Lakin elə həmin anda da, təqribən 2-4 saniyə arası Allahyarın idarə etdiyi avtomobil mikroavtobusa qabaq hissədən dəymişdir və mikroavtobus möhkəm silkələnmişdir. Sonra isə Tofiqin idarə etdiyi avtomobil mikroavtobusa arxa hissədən dəymiş və dəyən kimi mikroavtobus aşmışdır. Hadisə nəticəsində bədən xəsarəti almışdır. O, hadisənin baş verməsində Şahid1 də günahkar hesab edir. Zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, xx.xx.2022-ci il saat 17:30-radələrində çiyələk yığımı ilə bağlı fəhlə kimi işini bitirib digər fəhlə qadınları yaşadığı ünvana aparan Masallı rayonu Qarğalıq kənd sakini Zərərçəkmiş şəxs5 mikroavtobusuna əyləşmişdir. Zərərçəkmiş şəxs5 mikroavtobusu bir qədər idarə edəndən sonra Ləngan kəndinin girişinin yaxınlığında saxlamışdır. Həmin vaxt qadınlar bir-biriləri ilə söhbət etmişlər. O, həmin vaxt mikroavtobusun pencərəsindən yola baxmış və bu vaxt görmüşdür ki, mikroavtobusun qarşı tərəfindən sonradan tanıdığı Tofiq ilə Allahyar adlı şəxs idarə etdikləri avtomobil ilə ötüşürlər. Həmin vaxt məsafə təqribən 90- 100 metr olmuşdur. Bir qədər sonra Tofiqin idarə etdiyi avtomobil Allahyarın idarə etdiyi avtomobili vurmuşdur və bundan sonra Allahyar idarəetməni itirərək yoldan çıxıb mikroavtobusun üzərinə gəlməyə başladı. 2-4 saniyə sonra möhkəm silkələnmə olmuş və Allahyarın idarə etdiyi avtomobil mikroavtobusa ön hissədən, Tofiqin idarə etdiyi mikroavtobusa arxa hissədən vurmuş və mikroavtobus aşmışdır. Hadisə nəticəsində bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Onunla ədavəti yoxdur. O, xx.xx.2022-ci il tarixdə Əhmədli kəndindən çıxıb Göytəpə şəhərinə getmişdir. Həmin vaxt Allahyarı görmüş və onunla salamlaşmışdır. Bundan sonra isə yolda görmüşdür ki, onun böyründən nəsə dəymişdir və o, böyürə baxan anda hava şarı açılmışdır. Daha sonra isə Allahyar idarə etməni itirərək yolun kənarında dayanmış mikroavtobusa dəymişdir. Allahyarın zərbəsindən o, da idarə etməni itirib yoldan çıxaraq kanala düşmüşdür. Həmin vaxt o, təqribən saatda 60-70 km sürətlə hərəkətdə olmuşdur. Onun idarə etdiyi avtomobil qətiyyən Yadigara məxsus mikroavtobusa dəyməmişdir. Həmçinin o, qətiyyən Allahyar ilə ötüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, istintaq zamanı onların adından yazılmış ifadələr düzgün deyil. Belə ki, onlar, digər zərərçəkmiş şəxslər və şahidlər çiyələk yığımından fəhlə kimi işləyib geri qayıdarkən mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs5 qəza baş vermiş yerdə mikroavtobusu saxlamışdır ki, fəhlə işləyən qadınlardan iki nəfəri düşüb başqa maşınla evlərinə getsinlər. Həmin sürücü gələnə qədər mikroavtobusda gözləmişlər. Bu vaxt təqribən 90-100 metr məsafədən onlar sonradan adını bildikləri Şahid1 idarə etdiyi avtomobil ilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin onlardan əks istiqamətdən sürətlə yanaşı hərəkətdə olmuşlar. Təqribən 2-4 saniyə arasında Şahid1 idarə etdiyi avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili böyür hissədən sıxışdırdığını, bu zaman avtomobillərin bir-birinə dəydiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs5 məxsus dayanmış vəziyyətdə olan mikroavtobusun ön sol hissəsinə dəymiş, daha sonra Şahid1 idarə etdiyi avtomobil mikroavtobusun arxa sol qanad hissəsinə dəymiş və mikroavtobus aşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid7 Şahid2 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, xx.xx.2022-ci il saat 17:30-radələrində Zərərçəkmiş şəxs5 idarə etdiyi mikroavtobus ilə fəhləlikdən evə qayıdırmış. Həmin vaxt Yadigar mikroavtobusu Ləngan kəndinin ərazisində saxlamışdır ki, digər mikroavtobusdan iki nəfər qadında gəlib onun idarə etdiyi mikroavtobusa əyləşsinlər. Yolun kənarında bir qədər gözlədikdən sonra görmüşdür ki, mikroavtobusla üzbəüz iki maşın sürətlə gəlirlər. Bundan sonra olanları xatırlamır. Çünki zərbədən huşunu itirmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 avqust 2022-ci il tarixli 8\1751 nömrəli rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E320 markalı,** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Sonata markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı, ** CF *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, başın alın nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin sağ yan hissəsinin və sağ bazu nahiyəsinin sıyrığı kimi müəyyən olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 541 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qarnın qapalı küt travması, dalağın patlaması, qara ciyərin zədələnməsi və daxili qanaxma kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 555 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 sol dirsək sümüyünün orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, burun sümüyünün yerini dəyişmiş sınığı və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 580 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ mil sümüyünün yerdəyişmiş sınığı və sağ baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs10 sağ ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 617 nömrəli rəyindən görünür ki, X3 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 621 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 çənə sümüyünün oynaq başının və hər iki cisminin yerdəyişməmiş sınığı, burun sümüyünün və əng sümüyünün yerini dəyişmiş sınığı, sol incik sümüyünün yerini dəyişməyən qapalı sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 622 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 sol qamış sümüyünün yuxarı 1/3-nin oynaq daxili, qəlpəli açıq yerdəyişən, incik sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sınıq nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 378/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 sol pəncənin travmatik qopması, sağ baldır sümüklərinin yerdəyişən açıq sınıqları kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 657 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol bud sümüyünün orta 1/3-nin köndələn yerdəyişən qapalı sınığı və başın alın nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 658 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 onurğanın boyun şöbəsinin qapalı travması, 4-cü və 5-ci boyun fəqərəsinin cisminin qəlpəli yerdəyişmiş sınığı, sağ və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 2306/K, 2306A/K və 2306B/K nömrəli rəylərindən görünür ki, Zərərçəkmiş şəxs5, Şahid1 və Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində metil, etil, propil, butil, amil spirtləri,baribitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenotizain, priazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid(çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə trasoloji ekspertizasının 30 avqust 2022-ci il tarixli 8\1841 nömrəli rəyindən görünür ki: -İlkin kontakt anında toqquşma “Mercedes-Benz E320CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi (kapot, qabaq sağ qanad, qabaq sağ təkər) ilə “Mercedes-Benz 207D” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən qabaq nisbətən sol sol hissəsi (qabaq sol qanad) arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. -Təqdim edilmiş “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr avtomobilin aşaraq öz ilkin formasını itirdiyindən onun “Mercedes-Benz E320CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. -“Mercedes-Benz E320CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qapıda, arxa sağ qapıda, arxa sağ qanadda), “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sol qanadda, arxa sol qapıda, qabaq sol qapıda) olan zədələr, izlər öz formasına, marfolofii quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin biribiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. -Təqdim edilmiş “Mercedes-Benz 207D” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərində (qabaq sol qanadda, qabaq sol qapıda, qabaq sol dirəkdə, qabaq sol təkərdə), “Mercedes-Benz E320CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq sağ qanadda, qabaq sağ təkərdə) olan zədələr, izlər öz formasına, marfoloii quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin biribiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. -Təqdim edilmiş “Mercedes-Benz E320CDİ” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya doğru, “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsində zədələr arxadan qabağa doğru, “Mercedes-Benz 207D” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan axraya, soldan sağa doğru istiqamətlənərək deformasiyaya uğramışdır. Masallı Rayon Məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş kompleks məhkəmə trosoloji və məhkəmə fiziki-kimyəvi ekspertizalarının 8/3439-6/6969 saylı, 22 fevral 2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsində bir qatlı gümüşü rəngli sürtünmə izləri “Mercedes Benz E320 CDİ minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak boya örtüyü-gümüşü metallik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. -“Mercedes Benz E320 CDİ minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsində bir qatlı boz rəngli sürtünmə izləri “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak boya örtüyü-tünd boz metallik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Həmçinin “Mercedes Benz E320 CDİ minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində bir qatlı ağ rəngli sürtünmə izləri “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusdan götürülmüş lak boya örtüyü-ağ rəngli emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. -“Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qabaq sol hissəsində bir qatlı gümüşü rəngli sürtünmə izləri “Mercedes Benz E320 CDİ” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak boya örtüyügümüşü metallik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Həmçinin mikroavtobusun sol ön hissəsindən aşkar edilmiş bütöv hissəcik “Mercedes Benz E320 CDİ” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya nümunəsi ilə qatlarının sayına, rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Mikroavtobusun sol arxa hissəsində olan zədə sahəsinin üzərindən götürülmüş nümunələrdə olan qara rəngli sürtünmə izləri lak-boyaya aid olmayan polimer materiallarına məxsus olub digər avtomobillərin xarici detallarının (bufer, təkər,rezin hissələrinə və.s) qarşılıqlı təsiri nəticəsində yarana bilər. Qeyd olunan nümunələr iz şəklində olduğundan müqaisəli (eyniləşdirmə) tədqiqat aparmaq mümkün deyildir. “Mercedes Benz 207D” markalı 44CF181 dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol yan hissəsində olan zədələr rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmin zədələr sərtliyi bərk olan predmetlə kontaktda olması nəticəsində yaranmağa xarekterikdir və nəqliyyat vasitələrinin toqquşması nəticəsində yaranması istisna edilmir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mercedes Benz 207 D” markalı 44CF181 dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol yan hissəsində olan zədələr həmin sahənin “Mercedes Benz E320 CDİ” markalı 99RM997 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi ilə kontaktda olması nəticəsində yaranmasına xarekterik deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mercedes Benz 207D” markalı 44CF181 qeydiyyat nişanlı mikroavtobusun arxa sol yan hissəsi ilə “Hyundai Sonata” markalı 99NH945 dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşmanın baş veribverməməsini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyil. “Hyundai Sonata” markalı 99NH945 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsində, “Mercedes Benz E320” CDİ markalı 99RM997 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsində olan zədələr, izlər və onların xarekteri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblər görə “Hyundai Sonata” markalı avtomobilin sol yan hissəsində, “Mercedes Benz E320 CDİ” markalı avtomobilin sağ yan hissəsində olan zədələr və izlər həmin avtomobillərin yan-yana hərəkəti zamanı toqquşmanın baş verməsi nəticəsində yaranmağa xarekterikdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini, dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci hissəsində göstərilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işinə üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın tam ödənilməsini və onların cinayət işinə xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2.-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, həmin Məcəllnin 39.1 və 39.1.8.-ci maddələrinin tələbinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə ekspertiza xərcini təşkil edən 558 (beş yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına ödənilməlidir. Maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin müvəqqəti duracağında saxlanılan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E320 CDİ” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi “Hundai Sonata” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra həmin şəxslərin özlərinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Məhkəmə ekspertiza xərcini təşkil edən 558 (beş yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına ödənilsin. Maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin müvəqqəti duracağında saxlanılan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E320 CDİ” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi “Hundai Sonata” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra özlərinə qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-3/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-3/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver