Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-30/2023 15.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Masallı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu Yeyənkənd kəndində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, 3-cü qrup əlil Masallı rayonu Yeyənkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Masallı şəhəri S.Vurğun küçəsində yerləşən “Şəlalə” şadlıq sarayının ərazisində həmin şadlıq sarayındakı təmir-bərpa işlərinə nəzarət edən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüşlər söyməklə sonuncunu təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib zor tətbiq etməklə sonuncunun başının sol hissəsinə qəsdən bir dəfə yumruqla zərbə vuraraq Zərərçəkmiş şəxs sol gicgah və sol qulaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı yarası ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirməklə 10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonu Yeyənkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Baş vermiş hadisə mülki mənşəlidir. Belə ki, ona və ailə üzvlərinə məxsus Masallı şəhəri S.Vurğun küçəsində ümumi sahəsi 0,00047 ha olan torpaq sahəsində ümumi sahəsi 84 kv.m olan iki mərtəbəli qeyri-yaşayış obyekti vardır. Həmin obyekt onlara vəfat etmiş atası Natiq Kərəmovdan vərəsəlik əsasında qalmışdır. Onun həmin obyektə dair DƏDRX-dən çıxarışı vardır. O, həmin obyetkin birinci mərtəbəsini ərzaq dükanı kimi, ikinci mərtəbəsini isə çayxana kimi icarəyə vermişdir. Ailəsinin gəlir mənbəyi həmin obyektdir. Həmin obyetkin 2 giriş yeri mövcuddur. Belə ki, obyektin ön hissəsində olan kiçik giriş hissəsi obyektinin qarşısında yerləşən “Şəlalə” şadlıq sarayının həyətinə çıxır. Bundan başqa obyektin ikinci girişi isə S.Vurğun küçəsinə çıxış yoludur. Zərərçəkmiş şəxs onun obyektinin Masallı şəhəri S.Vurğun küçəsinə çıxışı olan giriş hissəsini böyük dəmir darvaza ilə bağlatdırdığını görmüşdür. Həmin vaxt o, Tahirə ona məxsus olan iki mərtəbəli qeyri-yaşayış binasının iki giriş hissəsinin olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ustalarının onun obyektinin kiçik giriş yolunu bir laylı dəmir konstruksiyalı kiçik darvaza ilə bağladığını görmüşdür. Həmin vaxt o, bir qədər aralıda dayanan Tahirə yaxınlaşmış onunla söhbət edib həmin giriş hissəsini hansı səbəbdən bağlatdırdığını, obyektin digər giriş hissəsi ilə əlaqədar aralarında olan mülki mübahisəyə hələ də, Masallı rayon məhkəməsində baxılmasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qapının qoyulduğu yerin ona aid olmasını və qapını orada quraşdırmağa ona heç kimin mane ola bilməyəcəyini bildirmişdir. Bundan sonra onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Bu zaman Zərərçəkmiş şəxs onunla kobud şəkildə danışıb onu təhqir etməyə başlamışdır. Həmin vaxt Tahir onun ünvanına nəlayiq ifadələr işlədib onu qıcıqlandırmağa çalışmışdır. O, Tahirin onu qıcıqlandıraraq özünə qarşı hər hansı qeyri-qanuni hərəkət etməyə sövq etdiyini başa düşmüşdür. Çünki, həmin vaxt Zərərçəkmiş şəxs orada olan qardaşı Maisə işarə edib onları öz telefonunun kamerası ilə videoya çəkməsi barədə göstəriş vermişdir. O, həmin vaxt bunu görüb Tahirə onu qıcıqlandırıb vurmağı üçün təşəbbüs göstərməyə çalışdığını bildirdirən zaman Tahir ona, bunu sözlə deməməsini, əgər gücü çatarsa onu vurmağını istəmişdir. Lakin, o, həmin vaxt bərk əsəbləşsə də, Zərərçəkmiş şəxs qapını sökdürməsini və oradan çıxıb getməsini bildirərək Tahirə qarşı heç bir qeyri-qanuni hərəkətə yol verməməyə çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onu qıcıqlandırıcı hərəkətlərinin heç bir nəticəsinin olmadığını görüb onu yavaş səslə söyüb təhdir etməyə başlamışdır. Həmin vaxt o, bərk əsəbləşib yumruqla bir dəfə Tahirin sol gicgah və qulaq nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt orada olan Tahirin qardaşı Mais ona hücum etməyə çalışsa da, Tahir buna imkan verməyib onu sakitləşdirmişdir. O, isə orada olan digər şəxslərlə birlikdə öz obyektinə çıxıb getmişdir. Bir daha qeyd etmək istəyir ki, Tahir onu vurmağı üçün özü şərait yaratmış, onu bu əməli törətməsi üçün təhrik etmişdir. Sonradan obyektinin qarşısında quraşdırılmış, obyektinə gəliş-gediş yoluna mençilik yaradan kiçik ölçülü dəmir konstruksiyalı dəmir qapını qapının yanında yerdə olan çəkiclə petləsindən zərbə vurub sındırmaqla yerindən çıxarmışdır. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Tahirlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 3 (üç) nəfər azyaşlı uşağının olmasını, üçüncü dərəcəli gözdən əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini, mülki iddianın isə əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında iştirak etməsədə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən göstərdi ki, o, 1996-ci ildə Rusiya Federasiyasına işləmək məqsədi ilə getmiş və 2001-ci ildən RF-nın vətəndaşıdır. Uzun müddət X6 vilayəti Belov şəhərində yaşamaqla müxtəlif sahələrdə əvvəlcə fəhlə və başqa işlərdə çalışıb əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2005-ci il tarixdə Masallı şəhər sakini X7 ilə Masallı rayonunda ailə həyatı qurmuş və daha sonra Aynur Bağışova ilə birlikdə RF-da yaşamağa davam etmişdir. O, Rusiya Fedarasiyasının vətəndaşı olsa da, həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşıdır. Onların bu nikahınan olan 3 övladı da Rusiya Federasiyasının vətəndaşıdırlar. O, övladları böyüdükdən sonra 2017-ci il tarixdə ailəsini Azərbaycana göndərmiş və onlar həmin tarixdən Bakı şəhərində həyat yoldaşı Aynur Bağışovaya məxsus evdə yaşamağa başlamışlar.O, özü Rusiya Federasiyasında bisnes fəaliyyəti ilə məşğul olsa da, uzun müddətdir ki doğma vətəni Azərbaycana, eləcə də doğulduğu Masallı rayonuna sərmayə yatırmaq fikrində olmuşdur. O, özünə məxsus maddi imkanından arvadı Aynur Bağışovaya aid olan hissəni onun razılığı ilə Masallı şəhərində obyekt almağa və Masallı şəhərində fəaliyyət göstərmək üçün sərf etmək qərarına gəlmişdir. Bu məqsədlə bir neçə ildir ki, qohumları vasitəsi ilə Masallı şəhərində hər hansı bir şəxsin obyekt satıb-satmaması ilə maraqlanmışdır. Yaxın qohumlarından aldığı məlumat əsasında əvvəllər tanıdığı Masallı şəhər sakini X2 özünə məxsus olan Masallı şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər uzun müddət “Şəlalə” şadlıq sarayı kimi fəaliyyət göstərmiş, lakin köhnə vaxtlarda “Məişət evi” adlanan obyektini və həmin obyektin yerləşdiyi torpaq sahəsini satmaq niyyətində olduğunu öyrənmişdir. Daha sonra elə qohumlarının vasitəsi ilə Şərafətlə əlaqə saxlayıb görüşdükdən sonra ondan həmin obyekti və obyektin yerləşdiyi torpaq sahəsini razılaşaraq almışdır. Belə ki, 2021-ci ilin sentyabr ayında Şərafətlə həyat yoldaşı Aynur Bağışova arasında ümumi sahəsi 2127 kv.m olan “Şəlalə” şadlıq sarayı və həmin obyektin yerləşdiyi ümumi sahəsi 3557 kv.m olan torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və həmin obyekti 950 min manat pul müqabilində Şərafətdən almışlar. Daha sonra xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Aynur Bağışova həmin müqavilə əsasında sözügedən obyekt və torpaq sahəsinə dair DƏDRX-dən çıxarış almışdır. O,2022-ci ilin oktyabr ayının əvvəllərində həyat yoldaşı Aynurun razılığı ilə ona məxsus “Şəlalə” şadlıq sarayında yenidənqurma işlərinə başlamışdır. Belə ki o, əvvəlcə obyektinin yerləşdiyi ümumi sahəsi 3557 kvadrat metr olan torpaq sahəsinin sərhədlərini müəyyən edilməsi üçün işlər görməyə başlamış və İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin Cəlilabad rayon ərazi idarəsinin əməkdaşları tərəfindən sözügedən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Bu zaman həmin torpaq sahəsinin sərhədlərinin daxilində bir neçə kiçik obyektin qanunsuz tikilməsi və fəaliyyət göstərdiyi aşkar olunmuşdur. O, ötən müddət ərzində həmin obyeklərin sahibləri ilə obyektlərin sökülməsi və köçürülməsi istiqamətində razlışamağa çalışmışdır. Həmin obyeklərdən birinin sahibi Masallı rayonu Yeyənkənd kənd sakini Təqsirləndirilən şəxsdur. Belə ki, Təqsirləndirilən şəxs məxsus olan Masallı şəhəri S.Vurğun küçəsində yerləşən və birinci mərtəbəsi ərzaq mağazası, ikinci mərtəbəsi çayxana kimi fəaliyyət göstərən obyekt həyat yoldaşı Aynura məxsus sözügedən torpaq sahəsinin təmxinən 60 sm daxilində tikilmiş, obyektin ikinci mərtəbəsindəki “balkon” kimi istifadə olan çıxıntı isə təxminən 2 metr onların ərazisinə keçmişdir. Həmin obyektin qarşısından “Şəlalə”şadlıq sarayının yerləşdiyi torpaq sahəsinə keçid üçün kiçik ölçülü qapı vardır. O, qanun əsasında torpaq sahəsinin sərhədlərini müəyyən edən zaman bunu aşkar etsə də, uzun müddət həmin formada fəaliyyət göstərməsini nəzərə alaraq əvvəlcə obyektin sahibi Təqsirləndirilən şəxsla danışıb, ona “Şəlalə” şadlıq sarayının ətrafına hasar çəkəcəyini, obyektindən onların ərazisinə keçid olan kiçik aralığa müvəqqəti olaraq dəmir qapı qoyduracağını, daha sonra onun obyektinə arvadına məxsus torpaq sahəsindən girişin bağlanacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onunla razlışmayacağını və obyektinin giriş hissəsində qapı qoymağına ona imkan verməyəcəyini bildirmişdir. Bu səbəbdən onuna Təqsirləndirilən şəxs arasında, eləcə də obyektdə işləyən ustalar arasında bir neçə dəfə sözlü mübahisələr yaranmışdır.Lakin o, Təqsirləndirilən şəxsla mübahisə etməyib işini qanun yolu ilə həll etməyə çalışmıdşır. Belə ki, Təqsirləndirilən şəxs onunla razılşmadığı üçün o, aralarında olan mülki mübahisəni hüquq müstəvisində həll etməyi qərara almışdır. Bundan başqa o, əvvəlcədən Şərafət Həsənovla icarə müqaviləsi əsasında “Şəlalə” şadlıq sarayının birinci mərtəbəsində fəaliyyət göstərən kiçik sahibarlıq fəaliyyəti ilə məşğul olan müxtəlif şəxslərlə öz aralarında razılığa gəlmiş və həmin şəxslər obyetdən çıxmışlar. Halhazırda o, həmin obyekt və obyektin yerləşdiyi torpaq sahəsində həyat yoldaşı Aynur Bağışovanın razılığı ilə yenidənqurma işləri ilə məşğul olur. Belə ki, o, əvvəlcə obyektin yerləşdiyi torpaq sahəsinin ətrafında olan hasardan torpaq sahəsinə avtomobillərin keçməsi üçün nəzərdə tutulan giriş yerlərini dəmir darvazalarla bağlamışdır. Çünki həmin ərazidə təmir işləri aparıldığı üçün və orada texnika işlədiyi üçün bunu təhlükəsizlik baxımından etməyi qərara almışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs məxsus obyektin qarşısından həyat yoldaşına məxsus obyektin yerləşdiyi torpaq sahəsinə giriş funskiyasını yerinə yetirən təxminən iki metr enində olan keçidi xx.xx.2022-ci il tarixdə saat 14 radələrində bir laylı dəmir konstruksiyalı kiçik darvaza ilə bağlamağa çalışan usta və fəhlələrə nəzarət edərkən Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona salam vermədən acıqlı şəkildə həmin qapını orada quraşdıra bilməyəcəyini, bunu etməyə imkan verməyəcəyini bildirib ona nəlayiq ifadələr işlətməyə başlamışdır. O, həmin vaxt Namiqin ona qarşı nəlayiq ifadələr işlətməsini görüb, onunla arasında davam edən mülki mübahisəni nəzərə alıb həmin vaxt ona qarşı etdiyi qanunsuz hərəkətləri qeydə almaq məqsədi ilə həmin vaxt yanında olan qardaşı Şahid3 üzərində olan mobil telefonunun kamerası vasitəsi ilə Təqsirləndirilən şəxs hərəkətlərini qeydə almağa başlamasını xahiş etmişdir. O, sözügedən ərazidə təmir işlərinə başlayan andan etibarən Təqsirləndirilən şəxs və ona yaxın olan şəxslərin orada həyata keçirdikləri qanunsuz hərəkətləri, ustalarına və fəhlələrinə maneçilik yaratmağa çalışmalarını da video lentə almışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ustalar sözügedən keçidi dəmir qapı ilə bağladıqdan sonra Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlayanda da o, Namiqə bütün hərəktlərinin videoya çəkilməsi barədə məlumat vermişdir.Həmin vaxt Təqsirləndirilən şəxs buna məhəl qoymaraq heç kimdən çəkinmədiyini, sözüdegən dəmir qapını sökəcəyini və həyat yoldaşına məxsus qanuni torpaq sahəsinin girişini bağlamağa imkan verməyəcəyini bildirmişdir. Namiq Kərimov həmin vaxt onunla mübahisə edən zaman onu döyəcəyini, onun həyatının təhlükədə olduğunu və obyekt haqqında artıq düşünməməyini bildirmişdir. O, Namiqə işlətdiyi ifadələrin qanunazidd olduğunu izah edən zaman Namiq təkrarən ona nəlayiq ifadələr işlədərək döyəcəyini bildirmişdir. O, Namiqə öz iradını bildirən zaman Təqsirləndirilən şəxs ətrafda olan şəxslərə məhəl qoymayaraq onun üzərinə hücum edib yumruqla bir dəfə sol gicgah nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt o, Namiqin zərbəsindən səndələsə də, yerə yıxılmamış, lakin həmin zərbənin təsirindən bir müddət huşunu itirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona zərbə yetirməyə davam etmək üçün çalışsa da, yanında olan şəxslər buna imkan verməmişlər. Həmin vaxt hadisəni görən qardaşı Şahid3 DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, həmin vaxt ərizə ilə Masallı RPŞnə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisə zamanı orada qardaşı Şahid3 başqa Təqsirləndirilən şəxs tanışları olan adlarını bilmədiyi təxminən 10-15 nəfər şəxs də olmuşdur. Həmin vaxt həmçinin orada onun obyektində işləyən fəhlələr də olmuşlar. Həmin gün polis əməkdaşları hadisə yerinə gəlib qayıtdıqdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs və Namiqin əmisi olduğunu bildiyi, lakin adını bilmədiyi şəxsin onun quraşdırdığı dəmir qapını yerindən çıxarıb sındırdıqlarını və qapının yanında dayanıb güldüklərini görmüşdür. Həmin vaxt o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs əlində olan böyük çəkiclə dəmir qapıya zərbələr vuraraq onu sındırmaqla yerindən aşırmışdır. O, həmin vaxt bunu kənardan müşahidə etsə də, Namiqə heç bir söz deməmişdir. O, həmin vaxtdan təxminən 10 gün sonra həmin sökülmüş qapının əvəzində oranı mişar daşı ilə bağlamağa qərar vermiş və qapının yerini mişar daşı ilə hördürməyə başlamışdır.Lakin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 17 radələrində ilkin olaraq 3 daş hündürlüyündə və təxminən 2 metr enində hörülmüş həmin daş hasarı da əli ilə söküb uçurtmuşdur. O, həmin vaxt da Namiqlə mübahisə etməyib Namiqin qanunsuz hərəkətlərini kənardan mobil telefon vasitəsi ilə video lentə almaqla kifayətlənmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə mübahisə zamanı onu öldürəcəyi ilə hədələmiş, həmçinin ona yumruqla vuraraq bədən xasarəti yetirməklə yanaşı, həmin tarixdə daha sonra obyektinin dəmir qapısını sındırmaqla ona maddi ziyan da vurmuşdur. Təqsirləndirilən şəxs həmçinin xx.xx.2022-ci il tarixdə onun daş hasarını sökməklə də ona maddi ziyan vurmuşdur. O, həmin dəmir qapının düzəldilməsinə 1000 manat xərc çəkmiş, eləcə də, daha sonra daş hasarın tikilməsinə 500 manat pul sərf etmişdir.Təqsirləndirilən şəxs əmlakını məhv etməklə ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, həyat yoldaşı Aynur Bağışova sözgedən obyetki aldıqdan sonra Təqsirləndirilən şəxs həmin ərazidə qonşuluqda yerləşən obyektlərdən birinin sahibi kimi tanımış, Namiqlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində onunla Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisəyə səbəb həyat yoldaşına məxsus Masallı şəhəri S.Vurğun küçəsində yerləşən obyekt və həmin obyektin yerləşdiyi topraq sahəsində onun tərəfindən həyata keçirilən təmir işləri zamanı həmin torpaq sahəsinə qanunsuz giriş kimi istifadə edilən keçidi dəmir qapı ilə bağlaması və həmin vaxt Təqsirləndirilən şəxs heç bir əsas olmadan ona maneçilik yaratmağa çalışması olmuşdur.xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisə onunla Təqsirləndirilən şəxs arasında əvvəlcə sözlü olaraq təxminən 7-8 dəqiqə ərzində davam etmiş, daha sonra onun tapşırığı ilə qardaşı Mais mübahisəni telefonunun kamerası vasitəsi ilə çəkməyə başladıqdan sonra da təxminən 4-5 dəqiqə davam etmiş və Təqsirləndirilən şəxs mübahisə zamanı ona nəlayiq ifadələr işlədərək yumruqla sol gicgah və sol qulaq nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı orada qardaşı Şahid3, Təqsirləndirilən şəxs və adlarını bilmədiyi başqa 10-15 nəfər şəxs olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, bir zərərçəkmiş olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, iddiasında israrlı olduğunu, xarici ölkəyə gedəcəyini, məhkəmə iclasınıda onu nümayəndəsinin təmsil edəcəyini qeyd edərək Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Masallı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə nümayəndəsi olduğu Zərərçəkmiş şəxs özünə məxsus obyektin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən etdirdikdən sonra sərhəd boyunca daş hasar çəkdirmiş və giriş-çıxış hissələrinə dəmir qapı qoydurmuşdur. Həmin dəmir qapıların biri ustalar tərəfindən həmin günü quraşdırılan zaman təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında dəmir qapının qoyulması ilə bağlı mübahisə yaranmışdır. Mübahisə zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəlayiq ifadələrlə söyərək təhqir etmişdir. Qeyd olunmalıdır ki, sözügedən obyekt Masallı şəhərində yerləşən Köhnə bazar kimi tanınan ərazidədir və həmin ərazi insanların gediş-gəliş yolunun üzərinə yerləşir, ətrafda isə ticarət obyektləri yerləşir ki, günün istənilən saatı həmin ərazidə insan axını çox olur. Həmçinin Təqsirləndirilən şəxs əvvəllərdə bir neçə dəfə Zərərçəkmiş şəxs obyektin ərazisində qoyulmuş digər dəmir darvaza ilə bağlı nəlayiq ifadələrlə söyüb təhqir etmiş, onu ölümlə hədələmişdir. Həmin tarixdə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vuracağından ehtiyyat edərək qardaşı Maisə mobil telefon vasitəsi ilə aralarında olan mübahisəni çəkməsini bildirmişdir ki, bəlkədə Təqsirləndirilən şəxs çəkilişdən çəkinə və onu vurmaya. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs öz cinayətkar məqsədinə nail olaraq aralarında baş vermiş mübahisədən istifadə edərək Zərərçəkmiş şəxs gözləmədiyi anda yumruqla sol gicga və alın nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs zərbənin təsirindən bir anlıq özünü itirərək dizləri üstə yıxılmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs sol gicgah və alın nahiyəsindən xəsarət almışdır. Hadisə bir neçə dəqiqə davam etmişdir. hadisədən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları hadisə ilə bağlı profilaktiki tədbirlər gördükdən sonra hadisə yerindən getmişlər. Polis əməkdaşları getdikdən sonra isə Təqsirləndirilən şəxs orada işləyən ustalara aid dəmir çəkici götürüb Zərərçəkmiş şəxs tərəfindən orada qoyulmuş dəmir qapını vuraraq sındırmışdır. Eyni zamanda orada çəkilmiş daş hasarı əli ilə sökmüşdür. Bununlada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş hasarın inşası ilə bağlı 500 manat, dəmir qapının qoyulması ilə bağlı 1000 manat, eləcədə fiziki xəsarət yetirdiyinə görə 3000 manat miqdarında maddi ziyan vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs mövqeyi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs onu və ailəsini ölümlə hədələyir. O, isə bundan qorxur. Çünki daha öncə təqsirləndirilən şəxs onu vuracağı ilə hədələyərək vurduğu üçün hazırda da ölümlə hədələdiyindən özünün və ailə üzvlərinin həyatı üçün narahatlıq keçirir. Həmçinin təqsirləndirilən şəxs onu ictimai yerdə, insanların çoxluq təşkil etdiyi bir yerdə, insanların gözü qarşısında nəlayiq ifadələrlə söyərək şəxsiyyətini alçaltdığına görə, ictimaiyyət qarşısında ona qarşı xuliqanlıq hərəkəti edərək onu vurduğuna görə təqsirləndirilən şəxslə barışmayacaqdır, ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs ictimai yerdə hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs qarşı qatı və qərəzli xuliqanlıq hərəkətləri edərək onun şəxsiyyətini alçaldaraq Zərərçəkmiş şəxs maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində qardaşı Tahir öz obyekti ilə Namiqə məxsus obyektin arasında olan kiçik keçidə bir laylı dəmir konstruksiyalı darvaza bağlatdıran zaman qardaşı Tahir və o, orada çalışan usta və fəhlələrə nəzarət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Tahirə yaxınlaşmış və Tahirə salam vermədən acıqlı şəkildə həmin qapını orada quraşdıra bilməyəcəyini, bunu etməyə imkan verməyəcəyini bildirib qardaşı Tahirin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Qardaşı Tahir həmin vaxt Namiqin nəlayiq ifadələr işlətməsini görüb Namiqin qanunsuz hərəkətlərini qeydə alması üçün ona üzərində olan mobil telefonunun kamerası vasitəsi ilə Təqsirləndirilən şəxs hərəkətlərini lentə almağını xahiş etmişdir. Bundan sonra o, mobil telefonunun kamerası ilə Namiqin hərəkətlərini qeydə almağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ustalar sözügedən keçidi dəmir qapı ilə bağladıqdan sonra Təqsirləndirilən şəxs qardaşı ilə mübahisə etməyə başlayan andan bir neçə dəqiqə sonra o, Namiqin bütün hərəktlərinin videoya çəkməyə başlamış və Namiq özü də bunu gördüyü üçün onu kameraya çəkdiyini bilmişdir. Təqsirləndirilən şəxs qardaşı Tahirlə mübahisə edən zaman Tahiri döyəcəyini, Tahirin həyatının təhlükədə olduğunu və obyekt haqqında artıq düşünməməyini bildirmişdir. Mübahisə zamanı qardaşı Tahir Namiqə işlətdiyi ifadələrin qanunazidd olduğunu izah edən zaman Təqsirləndirilən şəxs ətrafda olan şəxslərə məhəl qoymayaraq qardaşı Tahirin üzərinə hücum edib yumruqla bir dəfə Tahirin sol gicgah nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxslər Namiqi qardaşından ayırmışlar. Həmin vaxt o, DİN-nin 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin vaxt qardaşı Tahir ərizə ilə Masallı RPŞ-nə müraciət etmişdir. Həmin gün polis əməkdaşları hadisə yerinə gəlib qayıtdıdan sonra Təqsirləndirilən şəxs qardaşı tərəfindən quraşdırılmış dəmir qapını yerindən çıxarıb sındırmışlar və həmin qapının ətrafında olan hasarı da sökmüşlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Mübahisə zamanı orada o, qardaşı Tahir, Təqsirləndirilən şəxs və Namiqin adlarını bilmədiyi 10-15 nəfər tanışı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə evinə bazarlı etmək üçün Köhnə Bazar adlanan bazara getmişdir. Orada bazarlıq etdikdən sonra evinə qayıtmaq üçün maşınların yanına getmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs məxsus mağazanın yanından keçmişdir. Mağazanın yanından keçdiyi zaman isə Namiqin sonradan adının Zərərçəkmiş şəxs olan şəxslə mübahisə etdiyinin şahidi olmuşdur. Bu zaman o, aldığı malları avtomobilə qoyaraq Namiqgilin yanına qayıtmışdır. Həmin vaxt kiminsə Namiqlə Tahir arasında olan söz-söhbəti mobil telefonla videoya çəkdiyini görmüşdür. Bu zaman Namiqə yaxınlaşaraq qarşı tərəfin onu qızışdırmaq istədiyini, özünə qarşı kobud rəftara sövq etdiyini deyərək Namiqi ondan uzaqlaşdırmağa çılışmışdır. Lakin Zərərçəkmiş şəxs mübahisəni dahada qızışdıraraq Təqsirləndirilən şəxs nəlayiq ifadələrlə söydü. Namiqdə Tahirin onu söyməsindən əsabləşərək qarşılıq kimi Zərərçəkmiş şəxs bir dəfə təpik atdı. Bundan sonra ara qarşıdı və o, Namiqi ayırmağa başladı. Lakin ara qarışıqlıq olduğu üçün o, Namiqin Tahiri yumruqla vurmasını görməmişdir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır və Namiqin bu illər ərzində kiminləsə kobud davrandığının şahidi olmamışdır. Əksinə Namiq kasıblara əl tutan, sakit biri olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu kobud şəkildə söyməsi onu qıcıqlandırdığı üçün oda Zərərçəkmiş şəxs vurmaq məcburiyyətində qalmışdır. Həmin vaxt səs-küyə çox sayda adam yığışmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı şəhəri S.Vurğun küçəsində yerləşən “Şəlalə” şadlıq sarayının sağ tərəfində olan ərzaq mağazasında satıcı işləyir. Həmin ərzaq mağazasını Şahid4 Təqsirləndirilən şəxs icarəyə götürmüşdür. xx.xx.2022-ci il tarixdə işlədiyi ərzaq mağazasının qarşısında olduğu zaman Zərərçəkmiş şəxs ustalarının işlədiyi ərzaq mağzanın yan tərəfindən keçən yolu dəmir qapı ilə bağladıqlarını görmüşdür. Həmçinin orada daş hasar inşa etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs orada olan Zərərçəkmiş şəxs yaxınlaşıb yolun bağlanılması ilə bağlı iradını bildirmişdir. Az müddət keçməmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmış və həmin vaxt Zərərçəkmiş şəxs Namiqin ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Tahir Namiqə “sənin nəslini yer üzündən siləcəyəm” demişdir. Bu zaman Namiq bir anlıq əsəblərinə hakim ola bilməyib Zərərçəkmiş şəxs üzünün sol tərəfindən bir dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt o və orada olan digər şəxslər Namiqi oradan uzaqlaşdırmışlar və mübahisənin böyüməsinin qarşısını almışlar. O, Namiqi 10 ildən artıqdır ki, tanıyır. Namiqin qeyri-etik sözlər və ya hərəkətlər etdiyinin şahidi olmamışdır. Namiqlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs bir müddətdir işlədiyi ərzaq mağazasının yanında yerləşən “Şəlalə” şadlıq sarayının yeni sahibi kimi tanıyır. Tahirlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə təxminən 2 dəqiqə müddətində davam etmişdir. Mübahisə zamanı oraya 10 nəfərə yaxın insan yığılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs məxsus Masallı şəhəri S.Vurğun küçəsində yerləşən “Şəlalə” şadlıq sarayının sağ tərəfində olan ərzaq mağazasını icarəyə götürmüşdür. Zərərçəkmiş şəxs isə qısa müddətdirki tanıyır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin səbəbi işlətdiyi mağazanın yanındakı yolun bağlanılması olmuşdur. Yolun bağlanılmasının səbəbkarı isə Dövlət Əmlak komitəsidir. Belə ki, əmlak komitəsi gediş-gəliş yolunu satmaqla yolun məhdudlaşdırılmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin yolun bağlanması ilə bağlı Zərərçəkmiş şəxs öz iradını bildirirdi ki, piyada yolunu bağlamaq olmaz. Həmin vaxt o mağazada olmuşdur. Lakin səsküy gəldiyindən mağazadan çıxmış və Zərərçəkmiş şəxs söyüş söyməsinin şahidi olmuşdur. O, söyüş söyülməsi ilə bağlı onlara iradını bildirərək mağazaya qayıtmışdır. Lakin o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasının şahidi olmamışdır. Sadəcə orada olanlardan məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu söydüyü üçün Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən bir dəfə vurmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, “o, Masallı şəhəri S.Vurğun küçəsində yerləşən “Şəlalə” şadlıq sarayının sağ tərəfində yerləşən obyektin ikinci mərtəbəsində olan çayxananı icarə əsasında işlədir. Həmin çayxananın yerləşdiyi binanın ikinci mərtəbəsini təxminən 2022-ci ilin oktyabrın ayının əvvəllərindən Masallı rayonu Yeyənkənd kənd sakini Təqsirləndirilən şəxs icarəyə götürmüşdür. Həmin çayxananın yanında olan “Şəlalə” şadlıq sarayının yeni sahibi X10 Kərəmov arasında sözügedən obyektlərin yerləşdiyi topraq sahəsi ilə bağlı bir müddətdir ki, mülki mübahisə olmasından məlumatı vardır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində işlədiyi çayxanada olduğu zaman çöldən səs-küy gəldiyini eşitdim. Həmin vaxt mən səs-küyə ikinci mərtəbədən aşağı düşəndə orada olan bir neçə şəxsin Namiq və Tahiri bir-birlərindən uzaqlaşdırdıqlarını gördüm. Bildirirəm ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin hansı şəraitdə baş verməsini və Namiqin Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmişəm. Mübahisəyə həmin vaxt orada olan adını bilmədiyim şəxslərlə yanaşı, mənim işlətdiyim çayxananın yerləşdiyi binanın birinci mərtəbəsində olan ərzaq mağazasın sahibi Elnur və həmin mağazada satıcı işləyən Abdulla adlı şəxslər şahid olmuşdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksperiza və X8 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 880 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sol gicgah və sol qulaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 27 oktyabr 2022-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən, nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrdən görünür ki, Kərəmov X12 rayonu, Abasbəyli kəndində anası X13, arvadı X4 və övladları xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 ibarət ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən video CD diskə məhkəmə iclasında baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etməsi, hadisə zamanı orada çoxlu sayda insanların olması və Təqsirləndirilən şəxs həmin şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruqla sonuncuya zərbə vurması müəyyən edilmişdir. Bununlada Təqsirləndirilən şəxs ictimai yerdə xuliqanlıq hərəkətləri etməsi təsdiq olunmuşdur. Cinayət işində olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 24 dekabr 2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, qeyd olunmuş bir ədəd 150X200 sm ölçüdə dəmir konstruksiyalı qapının bərpa dəyəri 45 manat və mişar daşından inşa olunmuş 200 sm uzunluqda 60 sm hündürlükdə olan hasarın bərpa dəyəri 42 manatdır. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X3 məxsus dəyəri 45 manat olan dəmir qapını çəkiclə vurub sındırmaqla və xx.xx.2022-ci il tarixdə X3 məxsus dəyəri 42 manat təşkil edən daş hasarı uçurtmaqla Aynur Bağışovaya müvafiq olaraq 45 manat və 42 manat məbləğində maddi ziyan vurduğundan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Masallı rayon polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli gözdən əlildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan olunmaqla tədqiq olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, üçüncü dərəcəli gözdən əlil olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət hadisəsini özündə əks etdirən video CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək maddi ziyana görə 1500 manat dəmir qapıya və baş hasara çəkilmiş xərclər, 3000 manat müalicə xərclərinə görə və 5000 (beş min) manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə isə 115 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsinin maddi ziyan hissəsi ilə əlaqədar qeyd edir ki, mülki iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan göründüyü kimi sözügedən əmlakın (dəmir qapı və baş hasar) mülkiyyətçisi kimi X7 tanınmışdır. Eləcədə ibtidai istintaq dövründə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərarda X3 məxsus dəmir qapını çəkiclə vurub sındırmaqla və daş hasarı uçurtmaqla Aynur Bağışovaya müvafiq olaraq 45 manat və 42 manat məbləğində maddi ziyan vurduğundan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Masallı rayon polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır və həmin qərar zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmişdir. Həmçinin zərərçəkmiş şəxs müalicə xərclərinə görə 3000 manat məbləğində xərc çəkməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, mülki iddia maddi ziyan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçının sağlamlığına yüngül zərər vurulmuş, mülki cavabdehin təqsiri üzündən iddiaçı fiziki, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 5000 (beş min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 500 (beş yüz) manat tutulması ağlabatan və ədalətlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına ödənilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs mənəvi zərərə görə 500 (beş yüz) manat tutularaq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-30/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-30/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver