Məhkəmə qərarları › İş №1(050)-31/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-31/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-31/2023 17.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Balasər oğlunun və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Qədirli kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Balasər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Balasər oğlu xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Masallı rayonu, Qədirli kəndi ərazisində yerləşən və icarə əsasında Zərərçəkmiş şəxs istifadə etmək məqsədilə verilmiş Dövlət mülkiyyətində saxlanılan ehtiyat fondu torpaq sahəsində həmin torpaq sahəsindən istifadə etmək istəməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sağ qulaq seyvanına əlindəki istintaqa məlum olmayan metal parçası ilə qəsdən bir dəfə zərbə vuraraq ona sağ qulaq seyvanının əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Balasər oğluna Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanımış, Təqsirləndirilən şəxs ilə əvvəllər münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamı ilə Masallı rayonu, Qədirli kəndi ərazisində Dövlət mülkiyyətində saxlanılan ehtiyat fondu torpaqlarından səmərəli istifadə olunması ilə əlaqədar ona kənd təsərrüfatı məqsədi ilə və heyvandarlığın inkişaf etdirilməsi üçün 5,00 hektar torpaq sahəsi icarəyə verilmiş və o, da həmin torpaq sahəsindən əkinçilik və biçənək məqsədilə istifadə etmişdir. 2022-ci ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə gələrək orada onun əkinçilik işləri görməyi ilə bağlı maneələr yaratmağa başlamış və xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində həmkəndlisi Norəd Sadıqov onun mobil telefonla zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsində bir neçə nəfər şəxslə birlikdə olduğunu demiş, o, da paltarlarını geyinib özünə məxsus ***-***-**-** saylı mobil telefonu da götürüb idarə etdiyi maşınla torpaq sahəsinə getmişdir. Həmkəndlisi Şahid1 ilə həmin torpaq sahəsində əkinçilik ilə bağlı iş gördüyü zaman Təqsirləndirilən şəxs üzərində olan ov tüfəngi ilə həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs həmin tüfəngi əlinə alaraq Şahid1 ilə onu ölümlə hədələməyə başlamış və bir neçə dəqiqə sonra oradan çıxıb getmişdir. Bundan sonra Şahid1 Masallı RPŞ-yə ərizə ilə müraciət etmiş və bu barədə RPŞ-nin TBdə araşdırma davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində əkinçilik məqsədilə istifadəsində olan torpaq sahəsində əkdiyi taxıla nəzarət etmək məqsədilə tək getmiş, həmin vaxt üzərində olan mobil telefonu maşında qoymuş, maşını isə qardaşının evinin yaxınlığında saxlayıb əkin sahəsinə piyada getmişdir. Həmin vaxtı yağış yağdığından yol palçıq olmuş, bu səbəbdən torpaq sahəsinə maşınla yox, piyada getmək məcburiyyətində qalmışdır. Torpaq sahəsinə Şahid1la onun yolu ayr-ayrı istiqamətlərdəndir. Anar kəndin arxa hissəsində, o, isə qabaq hissəsində yaşayır. Anarın yolu torpaq sahəsinə daha yaxın məsafədə yerləşir. Anarın torpağı ilə onun torpağı arasında təxminən 100 metr məsafədə yerləşir. Həmin vaxt əkin sahəsinə çatarkən orada olan Təqsirləndirilən şəxs ona yaxınlaşmış və həmin torpaq sahəsindən istifadə etmək istədiyini bildirərək, onunla mübahisə etməyə başlamışdır. Aralarındakı sözlə mübahisələri təxminən 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs ona tüfənglə bağlı onun barəsində polisə şikayət etməsinin səbəbini soruşmaqla onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış, bundan sonra yaxınlıqda olan Şahid1 onlara səs-küyə doğru yaxınlaşmış və Təqsirləndirilən şəxs sakitləşdirməyə başlamışdır. Sonra isə Təqsirləndirilən şəxs onun arxa tərəfinə doğru keçərək əlində olan və dəqiq görmədiyi əşya ilə onun sağ qulaq seyvanına bir dəfə zərbə vurmuş və Təqsirləndirilən şəxs ona bədən xəsarəti yetirdikdən sonra həmin yerdən uzaqlaşaraq getmişdir. Bundan sonra o, sağ qulaq nahiyəsindən qan axmağa başladığını görmüş və sonra Şahid1 ona ilk tibbi yardım edərək daha sonra onu Qədirli kəndində yerləşən yaşadığı evə aparmışdır. Sonra o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bundan sonra isə Masallı RMX-na gedərək orada müayinə olunmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X6 ilə barışmadığını, ona azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Balasər oğlu və Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur, onların heç biri ilə düşmənçiliyi olmamışdır. Masallı rayonu, Qədirli kəndi ərazisində Dövlət mülkiyyətində saxlanılan ehtiyat fondu torpaqlarından 10 ha torpaq sahəsi 1999-cu ildə əkinçilik və biçənək məqsədilə istifadə etmək üçün ona verilmiş, o, həmin torpaq sahəsində hər il taxıl əkmiş və 2022-ci ildə də həmin torpaq sahəsində taxıl əkmişdir. xx.xx.2022-ci il tarixdə o, həmin torpaq sahəsinə əkdiyi taxıla nəzarət etmək məqsədilə getmiş və həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs də orada olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin yerə gəlmiş və həmin vaxt üzərində özünə məxsus ov tüfəngi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan həmin tüfəng ilə onu və Zərərçəkmiş şəxs ölümlə hədələməyə başlamış, sonra o, Masallı RPŞ-yə bu barədə ərizə ilə müraciət etmiş və polis şöbəsində müvafiq araşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, qeyd etdiyi torpaq sahəsinə əkdiyi taxıla nəzarət etmək məqsədilə getmiş, bu vaxt orada Zərərçəkmiş şəxs səsini uzaqdan eşitmiş və cəld həmin yerə doğru getməyə başlamışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşmış və Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini görmüşdür. Daha sonra o, onları sakitləşdirmək istədiyi zaman Təqsirləndirilən şəxs birdən Zərərçəkmiş şəxs arxa tərəfinə doğru keçdikdən sonra Təqsirləndirilən şəxs əlində olan və dəqiq görmədiyi metal parçası ilə Zərərçəkmiş şəxs sağ qulaq seyvanına bir dəfə zərbə vurmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs oradan uzaqlaşaraq getmiş, bundan sonra Zərərçəkmiş şəxs sağ qulağından qan axmağa başlamış və buna görə də o, Zərərçəkmiş şəxs ilk tibbi yardım etdikdən sonra yaşadığı evə aparmışdır. O, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni görmüş və Zərərçəkmiş şəxs sağ qulaq seyvanının əzilmiş yarasını Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yetirmişdir. xx.xx.2022-ci il tarixdə Səmədlə danışmamış, təsadüfən sahəyə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs sahədə görmüşdür. xx.xx.2022-ci il tarixdə hadisə yerinə gedərkən mobil telefonu üzrəində olmamış, enerjisi bitdiyindən evdə enerji doldurulmasına qoymuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə münasibəti həmişə yaxşı olmuş, hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək, ertəsi gün onun həyətinə gəlməyi və “ZİL” markalı avtomobilində olan nasazlığı aradan qaldırmaq, həmçinin Nofəl həyat yoldaşının əməliyyat olunacağı səbəbindən ot kiplərini satmağa aparacağını, bunun üçün də ot kiplərini avtomobilin yük yerinə yüklənməsinə köməklik etməsini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və ertəsi gün həyətinə gələrək ona kömək edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdən çıxmış, səhər saat 10-a qalmış Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişdir. Ora getdiyində Şahid3 orada olduğunu görmüşdür. Bundan sonra Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə “ZİL” markalı avtomobili təmir etməyə başlamışlar. Sonra isə o, Şahid3 ilə birlikdə həyətdə olan ot kiplərini Təqsirləndirilən şəxs məxsus “ZİL” markalı avtomobilin yük yerinə yükləmişdir. Onlardan başqa Təqsirləndirilən şəxs həyətinə həmkəndliləri İlham və Rahib gəlmiş, onlar saat 12 radələrində gəlmiş, günorta saatlarında isə çıxıb getmişlər. O, Qeyrəddinlə birlikdə axşam saatlarına (hava qaralana kimi) kimi Təqsirləndirilən şəxs həyətində qalıb iş görmüşlər və daha sonra isə yaşadığı evə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndlimdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək ertəsi gün onun həyətinə gəlməyi və avtomobilində olan nasazlığı aradan qaldırmaq, həmçinin ot kiplərinin avtomobilin yük yerinə yüklənməsinə köməklik etməyi ondan xahiş etmşdir. O, da Nofəlin təklifi ilə razılaşmış və ertəsi gün ona kömək edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10-a işləmiş o, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olmuşdur. Orada Təqsirləndirilən şəxs ilə birlikdə ona məxsus “ZİL” markalı avtomobili təmir etməyə başlamışdır. Daha sonra Şahid2 də oraya gəlmişdir. Şahid2 gəldikdən sonra onlara kömək etməyə başlamış, daha sonra onlar həyətdə olan ot kiplərini axşam saatlarına kimi Təqsirləndirilən şəxs məxsus “ZİL” markalı avtomobilin yük yerinə yükləmişlər və daha sonra isə yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə o, Şövqü və Nofəl birlikdə Lənkəran şəhərinə gedib, ot preslərini satmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Balasər oğlu ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaq vaxtlarından, yəni orta məktəbdə oxuduğu zamandan etibarən tanımış və Zərərçəkmiş şəxs ilə münasibəti həmişə yaxşı olmuşdur. Masallı rayonu, Qədirli kəndi ərazisində yerləşən Dövlət mülkiyyətində saxlanılan ehtiyat fondu torpaqlarından 5,00 hektar torpaq sahəsi Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əkinçilik və biçənək məqsədilə istifadə etmək üçün Zərərçəkmiş şəxs icarəyə verilmiş və 2022-ci ilin sonlarına doğru maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün o, da həmin torpaq səhəsindən biçənək məqsədilə istifadə etməyə qərar vermişdir. 2022-ci ilin noyabr ayının əvvəlindən həmin torpaq sahəsindən istifadə etmək istədiyi üçün Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yaranmış, 06 noyabr 2022-ci il tarixdə torpaq sahəsində Zərərçəkmiş şəxs və Anar Əlizadə ilə qarşılaşsa da, lakin onlarla aralarında hər hansı mübahisə və ya münaqişə baş verməmişdir. Həmçinin, orada olduğu zaman onun üzərində tüfəng də olmamış, heç kimi tüfənglə hədələməmiş, bu barədə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış və fakt öz təsdiqini tapmamışdır. 12 noyabr 2022-ci il tarixdə ona məxsus olan və yaşadığı evin həyətyanı sahəsində saxladığı “ZİL” markalı yük avtomobilinin mühərrik hissəsində nasazlıq yaranmış, o, avtomobilində olan nasazlığı təmir etməyə qərar vermiş və buna görə də həmin tarixdə həmkəndliləri Şahid2 və Şahid3 zəng edərək ertəsi gün, yəni 13 noyabr 2022-ci il tarixdə yaşadığı evə gələrək avtomobilin təmirində, həmçinin ot preslərinin yüklənməsində ona köməklik etmələrini onlardan xahiş etmişdir. Şahid2 və Şahid3 də onun təklifi ilə razılaşmış və ertəsi gün yaşadığı evə gələrək ona köməklik edəcəklərini bildirmişlər. 13 noyabr 2022-ci il tarixdə Şahid2 və Şahid3 yaşadığı evin həyətyanı sahəsinə gəlmiş və daha sonra o, Şövqi Nuriyev və Şahid3 ilə birlikdə ona məxsus “ZİL” markalı avtomobili təmir etməyə başlamışlar. Arvadı xəstə olmaqla əməliyata ehtiyacı olduğundan evində olan ot kiplərini satmaq qərarına gəlmiş, bu məqsədlə avtomobili təmir etdikdən sonra Şahid2 və Şahid3 həyətyanı sahəsində olan ot kiplərini həmin avtomobilin yük yerinə yükləmişdir. Həmin tarixdə Şahid2 və Şahid3 axşam saatlarına kimi yaşadığı evin həyətində iş gördükdən sonra Şövqü Nuriyev və Şahid3 həyətindən çıxaraq yaşadığı evə getmişlər. 14 noyabr 2022-ci il tarixdə isə avtomaşına yüklədiyi ot kiplərini satmaq üçün Lənkəran rayonuna aparmışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, onun tərəfindən torpaq sahəsində döyülərək xəsarət almasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə getməmiş, orada Zərərçəkmiş şəxs və Şahid1la rastlaşmamış, həmin tarixdə bütün günü evində olmuş, həmkəndliləri və qohumları Şahid2 və Şahid3 səhər saatlarından hava qaralana kimi onun evində olmaqla ona köməklik etmişlər. Sonda Təqsirləndirilən şəxs heç kimə qarşı cinayət əməli törətmədiyini, Zərərçəkmiş şəxs vurmadığını, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə bəraət verilməsini barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yeriməsi əməlinə görə ona ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs və Şahid1 ifadələri, habelə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Şahidlər Şahid2 və Şahid3 ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahidlərin ifadələri tam şəkildə işdə olan sübutlarla təsdiqini tapmır. Ona görə məhkəmə onların ifadələrini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməməsinə dair hissədə Təqsirləndirilən şəxs Balasər oğlunun ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan: Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə Masallı rayonu, Qədirli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus açıq sahədə baş vermiş, hadisənin baş verdiyi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək fotoşəkil çəkilmiş, fotoşəkil protokola əlavə edilmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2022-ci il tarixli protkoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə X6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 940 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qulaq seyvanının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 13 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X6 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Eynalov X5 rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1983cü il təvəllüdlü X2, qızı xx.xx.2003-cü il təvəllüdlü X3, qızı xx.xx.2005-ci il təvəllüdlü X4, oğlu xx.xx.2011-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşyır, ərazidə yaşadığı müddətdə onun barəsində Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, müdafiə tərəfin vəsatətinə əsasən Zərərçəkmiş şəxs Hacıbala oğlunun istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinin, şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin və Şahid3 istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrəlirinin 13 noyabr 2022-ci il tarixdə olan müddət ərzində, Təqsirləndirilən şəxs Balasər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 13 və 14 noyabr 2022-ci il tarixdlərdə olan müddət ərzində gizli və açıq nömrələrdən daxil olan və çıxan zənglərin, eləcədə cavab verilməmiş zənglərin siyahısı, həmin nömrənin göstərilən müddət ərzində hansı anten şəbəkələrində olması barədə məlumatların "xxxx" MMC-dən və "xxxx" MMCdən götürlməsi barədə qərar icra edilməsi üçün göndərilmişdir. Qərarın icrası ilə bağlı məhkəməyə təqdim edilmiş CD diskə köçürülmüş məlumat cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs Balasər istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 08:33:56-da, 09:46:55-də, 10:08:54-də, 11:09:34-də və 11:19:50-də, həmçinin Təqsirləndirilən şəxs Balasər oğlu istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 09:49:18-də, 17:56:57-də, 18:16:41-də, 18:34:04-də, 19:09:39-da, 19:45:58-də və 19:56:03-də telefon əlaqəsi olmuşdur. Hansı ki, Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs həyətinə səhər saat 10-a qalmış getdiyini, həyətdə Şahid3 olduğunu gördüyünü qeyd etmişdir. Buradan belə bir nəticə çıxır ki, iş üzrə şahidlərin qeyd etdiyi kimi Şahid3 xx.xx.2022-ci il tarixdə səhər saat 10-a işləmiş, Şahid2 isə həmin tarixdə səhər saat 10qalmışdan artıq Təqsirləndirilən şəxs həyətində idilərsə, onda yuxarıda qeyd olunan saatlarda Təqsirləndirilən şəxs Şahid3 və Şahid2 arasında telefon əlaqəsinin olmasına zərurət olmazdı. Onların dediklərindən məntiqi cəhətdən belə çıxır ki, onlar bir-birilərinin yanında biri-biriləri ilə telefon ilə ünsiyyət saxlamışlar. Qeyd edilən səbəbdən də məhkəmə onların ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidin ifadələri, ifadənin yerində yoxlanması, üzləşdirmə protokollarından, habelə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Balasər oğlunun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurması tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Balasər oğlunun məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3.-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Balasər oğlunun himayəsində 1 azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4.-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Balasər oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Balasər oğlunun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Balasər oğlunun barəsində seilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) saat ictimai işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Balasər oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Balasər oğlunun ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. X6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar