Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-31/2024 30.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxsnın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxxx 1989-cu il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olmaqla yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1-də yerləşən fərdi yaşayış evinin qarşısnda Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə icazəsiz həyətinə daxil olaraq əlini yuması səbəbindən sonuncu ilə şəxsi münsibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən ağac parçası ilə çox saylı zərbə vuraraq, sonuncuya burun sümüyünün yerini dəyişməyən sınığı, burun belinin və sol budun qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə işdən evə gələn zaman arvadı Şahid1 dəmir yığan oğlanın məhlələrində çox gəzməsini və bu gün evlərinin qarşısında motoskletinin xarab olmasını və 7 yaşlı oğlu Muradaslandan atverka almasını, motoskleti düzəltdikdən sonra icazə almadan həyətə daxil olmasını və əlini yumasını bildirmişdir. O, dəmiryığan adını sonradan bildiyi İntiqamın bu hərərkətindən çox əsəbləşmişdir. xx.xx.2023-cü il tarixdə həyətdə iş görən zaman İntiqamı görüb öz yanına çağırmışdır. İntiqamdan nə üçün dünən icazəsiz həyətinə daxil olmasını soruşmuşdur. İntiqam əlinin batdığını və azyaşlı oğlundan icazə alaraq həyətinə daxil olub əlini yumasını bildirmişdir. İntiqama etdiyi hərəkətin düzgün olmadığını izah edən zaman aralarında mübahisə yaranmışdır. Bu zaman yerdə olan ağac parçasını götürərək İntiqamın bədəninin müxtəlif nahiyələrinə vuraraq ona burun sümüyünün yerini dəyişməyən sınığı, burun belinin və sol budun qançırı ilə nəticələnən xəsarətlər yetirmişdir. İntiqamı döydükdən sonra onun həyətə daxil olaraq əlini və üzünü yumasını bildirmişdir. İntiqam həyətdə əlini və üzünü yuyaraq çıxaraq getmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ilə barışmasını və vurulmuş zərəri aradan qaldırmasını nəzərə alaraq barəsində olan material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, H.Aslanov küçəsində dəmir yığarkən idarə etdiyi “murave” xarab olmuşdur. Bu zaman bir azyaşlı uşaqdan atverka almışır. Muraveni düzəltmiş və atverkanı azyaşlı uşağa qaytarmış və həyətin girəcəyində uşaqdan icazə alaraq əlini yumuş və getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində yenədə dəmir yığarkən Vüsal onu yanına çağırmışdır. Vüsala yaxınlaşan zaman o, demişdir ki, “sən nə üçün dünən mənim həyətimə icazə almadan girmisən”. Muravesinin xarab olmasını və azyaşlı oğlundan atverka alıb düzəldib getməsini və başqa bir hərəkət etmədiyini bildirmişdir. Vüsal başqa heç bir söz deməyib yerdən ağac parçası götürərək bədənin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin zaman üzü bütünlüklə qan olmuşdur. Vüsal döydükdən sonra birdə heç kəsin həyətinə icazəsiz daxil olma deyərək həyətədə əl üzünü yumasını bildirmişdir. Vüsala düzgün hərəkət etmədiyini bildirmiş və əl-üzünü yuduğdan sonra çıxaraq getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadləşədirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1215 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən sınığı, burun belinin və sol budun qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ağac parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müdedəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Muradov X1 şəhəri, H.Aslanov küçəsi ev 113 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CMnin 128 maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin cinayət əməli törətmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-31/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-31/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver