Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-32/2025 09.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxsəli qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi Masallı Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Sığdaş kəndində daimi qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı Masallı rayonu, Sığdaş kəndi ərazisində yerləşən sahədə qonşusu Zərərçəkmiş şəxsəli qızı ilə torpaq sahəsinin ətrafına çəpər çəkməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ bazunun 1/3-nin və sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sol bazunun 1/3-nin və sağ baldırın yuxarı 1/3-nin qançırı və sağ baldırın aşağı 1/3-nin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Şahid və arvadı Zərərçəkmiş şəxsəli qızını tanımışdır. 2024-cü ilin yay aylarında Telnaz və əri Novruz dərə sahəsində öz qoyunlarının otlaması üçün kiçik bir sahəni çəpərləmişlər. O, dəfələrlə Novruza və Telnaza irad bildirmişdir. Bu söhbətlərin sonunda Novruz və Telnaz çəpərləri sökmüşlər. Bundan sonra Novruz və Telnaz onunla qərəzli düşmüş və bir neçə dəfə onun evinə hücum edib onunla mübahisələr etmişlər. 11 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində o, öz evinin yerləşdiyi torpaq sahəsinin kənarında olan ağacdan çəpərləri düzəldən zaman Telnazın gəldiyini görmüşdür. Telnaz onun ağacdan olan çəpərlərini sökməyə çalışmışdır. O, əvvəlcə Telnaza sözlə irad bildirib bu hərəkətlərə son qoymasını demişdir. Lakin Telnaz ona bu çəpərlərin sökülməli olmasını və onun ailəsi ilə birlikdə bu torpaqdan çıxıb getməyini tələb etmişdir. Telnaz yenə həmin torpaqların özünün ata babasına məxsus olmasını demişdir. Beləcə onların arasında qısa müddətli mübahisə baş vermişdir. O həmin vaxt Telnaza toxunmamış, ona şər və böhtan atılmış, iş materiallarında olan Telnazın xəsarət alması barədə ekspert rəyi həqiqəti əks etdirmir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmək istəyir. Xəstə olmasını, himayəsində 6 nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxsəli qızı göstərmişdir ki, o, evdə əri Şahid ilə birlikdə yaşamışdır. Özlərinə məxsus 30-40 baş qoyunu vardır. Həmin qoyunları oğlu Nahid otarmışdır. Lakin quzular isə evdə qalmışdır. O, həmin quzular Şirxanın və digər qonşuların əkin sahələrinə keçib əkini məhv etməsin deyə dərə tərəfdə ağaclardan və tellərdən istifadə edərək kiçik bir sahə düzəldib quzuları həmin yerdə otlağa buraxmışdır. Təxminən 15-20 gün ərzində onlar quzuları həmin kiçik otlaq sahəsində otarmışlar. 2024cü ilin oktyabr ayının əvvəllərində həmin çəpərin Şirxan tərəfindən icazəsiz sökülməsindən bir neçə gün sonra Şirxan həmin yerlərdə özü çəpər çəkməyə başlamışdır. Onlar da Şirxana niyə çəpəri icazəsiz sökdüyünü, münaqişə yaratdığını, indi isə özü üçün çəpər çəkdiyini deyib irad bildirmişlər. Lakin Şirxan onların sözlərinə məhəl qoymamışdır. 11 oktyabr 2024-cü il tarixdə günorta saat 12 radələrində o, həmin dərə sahəsində Şirxanın çəpərləri çəkməyə davam etdiyini görmüşdür. O, əri ilə birlikdə Şirxanın yanına gedib onunla danışmağa qərar vermişdir. O, əri Novruza kənarda durmasını demişdir. O, Şirxanın yanına gəldikdə əvvəlcə söhbət etməyə başlamışdır. O, Şirxandan həmin dərə yerinin açıq qalmasını və hər ikisinin heyvanlarının sərbəst şəkildə orada otlamalarını xahiş etmişdir. Lakin Şirxan onun qadınlığına baxmayaraq onunla kobud və nalayiq formada danışıb əvvəlcə söyüşlərlə təhqir etmişdir. Sonra isə ona hədə qorxu gəlib üstünə hücum çəkmişdir. Şirxan ona “çəpərimə əl dəymə, səni vuraram, əlini çəpərdən çək” deyib onu vurmağa başlamışdır. Şirxan yumruq və təpik zərbələri ilə onun sağ qolundan, sağ ayağından və sol qolundan bir neçə dəfə vurmuşdur. O, Şirxanın zərbələrindən ağrı hiss etmiş və yerə yıxılmışdır. O, Şirxanın onu daha çox döyəcəyindən qorxub əri Novruzu çağırmışdır. Həmin vaxt əri Novruz 30-40 metr kənarda dayanmışdır. Novruz onları aydın görmüşdür. Əri xəstə olduğu üçün yanına bir qədər gec gəlmişdir. Əri gəldikdən sonra Şirxana acıqlanmış və Şirxana ondan əl çəkməsini bildirmişdir. O da Şirxana bu barədə şikayət edəcəyini deyib oradan evə gəlmişdir. Əlavə olaraq onu da qeyd edir ki, təqsirləndirilən şəxs onu və ailəsini şikayətini geri götürmədiyi təqdirdə öldürməklə də təhdid edir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs ona ittiham verilən maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, O, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə 11 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Şirxanın mübahisəli torpaq olan ərazidə çəpərləri çəkməyə davam etdiyini görmüşlər. O, arvadı Telnazla birlikdə Şirxanın yanına gedib ona mane olmaq istəmişlər. Telnaz Şirxana “çəpərləri çəkmə” desə də, Şirxan arvadına nalayiq formada cavablar qaytarıb söyməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra Şirxan Telnazı döyməyə başlamışdır. O, həmin vaxt təxminən 30-40 metr aralıda dayanmışdır. Onun səhhəti sağlam olmadığı üçün Telnaz ona gəlməməyi tapşırmışdır. Lakin o, Telnazın çağırmasını eşitdikdən sonra onların yanına getmiş və Şirxanı danlamışdır. Şirxan onlardan ayrılıb evinə tərəf getmiş, onlar da öz evlərinə gəlmişlər. Həmin mübahisə vaxtı Telnaz Şirxanın yanına əliyalın getmiş və Şirxana heç bir fiziki təsir göstərməmişdir. Arvadı Zərərçəkmiş şəxs həmin tibbi rəydə olan xəsarətləri 11 oktyabr 2024-cü il tarixdə yaşadığı kənddə Təqsirləndirilən şəxs döyməsi nəticəsində almışdır. O, Təqsirləndirilən şəxs arvadının qollarına və ayaqlarına bir neçə dəfə yumruq və təpik zərbələri vurduğunu görmüşdür. Arvadı həmin vaxt yerə yıxılmış və onu səsləmişdir. Zərərçəkmiş şəxs həmin münaqişə zamanı Şirxanı vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 12 oktyabr 2024-cü il tarixli 936 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxsəli qızında sağ bazunun 1/3-nin və sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sol bazunun orta 1/3-nin və sağ baldırın yuxarı 1/3-nin qançırı və sağ baldırın aşağı 1/3-nin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 11 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -Cinayət işinin materiallarında olan 13 dekabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı ona qarşı nalayiq ifadələr işlətmədiyini və hər hansı xəsarət yetirmədiyini, X13 Əliyevə aralarında baş vermiş mübahisə zamanı Şirxanın ona qarşı nalayiq ifadələr işlətməklə yanaşı yumruq və təpik zərbələri ilə sağ qolundan, sağ ayağından və sol qolundan bir neçə dəfə vurmasını, özünün isə Şirxanı vurmamasını bir-birilərinin üzünə demişlər. -Cinayət işinin materiallarında olan 13 dekabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı sonuncunun arvadı Telnazı yumruq və təpiklə vuraraq döyməsini, Təqsirləndirilən şəxs Şahid onun arvadı Telnazı vurmadığını, ona şər böhtan atdığını bir-birilərinin üzünə demişlər. -Cinayət işinin materiallarında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı rayonu, Sığdaş kəndi ərazisində Zərərçəkmiş şəxsəli qızı ilə həmkəndlisi Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs qollarından və ayaqlarından bir neçə dəfə vuraraq sonuncuya YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmişdir. Mübahisənin dava-dalaş hissəsi ümumilikdə təqribən 5 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı ətrafa kimsə yığışmamış və ictimai qayda pozulmamışdır. - 15 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə yeri Masallı rayon, Sığdaş kəndi ərazisində Sığdaş kənd bələdiyyəsinə məxsus ola torpaq sahəsində baş vermişdir. - “Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X18 tərəfindən verilmiş 11 noyabr 2024cü il tarixli, 4490 nömrəli məktubdan görünür ki, Masallı rayonu Sığdaş kəndində qeydiyyatda olan Əliyev X3 Şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. - “Masallı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-1863/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15 ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsinin məktubunun surətlərindən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasına xx.xx.2013-cü il tarixli Milli Məclisin amnistiya elan edilməsi barədə qərarı tətbiq edildiyi üçün Masallı Rayon İca və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki Əliyev X4 rayonu, Sığdaş kəndində qeydiyyatdadır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materillarında olan elektron çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. Tibbi-sosial elkspert komisiyasında sonuncu müayinəyə dair məlumatdan və Masallı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 18-1-60/2- 480/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Üz sinirinin zədələnməsi, Sağ tərəfdə Vll-cüt beyin sinirinin (nevrus facialiş) periferik parezi. Baş beynin digər zədələnmələri, sağ tərəfdə üz sinirinin plastikası. Sağ alın gicgah nahiyəsində kəllə sümüklərinin plastik trepomasiyasından sonrakı fəsadları. Sağ tərəfdə gicgah sümüyünün piramida şişinin götürülməsi (16.12.19) Sağ tərəfdə hipamziya” diaqnozu ilə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15 psixonevroloji kabinetində dispanser qeydiyyatdadır və həmin diaqnoz ilə 3-cü qrup əlildir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş CD diskdən və ona əlavə edilmiş baxış protokolundan görünür ki, CD diskdə 6 ədəd video yazı var, həmin video yazıların xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı nömrə olan whatsapp hesabına göndərilməsi müəyyən edilmiş, həmin video yazılarda yaşadıqları evin yaxınlığında Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxsəli qızı və Şahid aralarında sözlə mübahisə olduğu, mübahisə zamanı tərəflər bir-birilərinə qarşı heç bir fiziki zorakılıq hərəkətləri etmədiyi müəyyən olunur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlara əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Təqsirləndirilən şəxs himayəsində 6 nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun xəstəlikdən əziyyət çəkməsi, 3 qrup əlil olması və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan birinin təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olsa da, cərimə ödəmək üçün kifayət qədər vəsaiti və əmlakı yoxdur. İctimai işlər cəzasını isə fərdi əməklə məşğul olması ilə əlaqədar icra etməsi onun üçün çətinliklər yaradacaqdır. Rəsmi iş yeri olmadığı üçün islah işləri cəzası təyin edilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmir. Azadlıqdan məhrumetmə cəzası isə digər cəza növlərinə münasibətdə onun üçün ağır cəzadır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Beləliklə məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ailə, sosial vəziyyəti, xəstəlikdən əziyyət çəkməsi, İİİ qrup əlil olması və təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bununla belə məhkəmə cinayət hadisəsinin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə törətdiyi ictimai təhlükəli əməlindən peşman olmaması, əvvəllər həyat və sağlamlıq əleyinə olan cinayət törətməsi və cinayət işinin digər hallarını qiymətləndirərək məhkəmə, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını ədalətli və qanuni hesab edir və bu halda cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxsəli qızı yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxsəli qızına dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Sığdaş kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-32/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-32/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver