Məhkəmə qərarları › İş №1(050)-33/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-33/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-33/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1980-cı ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 24 iyul 2022-ci il tarixdə, saat 10 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən giriş qapıları açıq vəziyyətdə olan avtomobil təmiri sexindən sonuncuya məxsus bir ədəd qiyməti 715 manat olan “Samsung A32” markalı, **********09383/01 İMEİ kodlu mobil telefonu və bir ədəd qiyməti 10 manat olan həmin mobil telefonun içərisindəki ***-***-**-** saylı sim kartı gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 725 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində əmisi Şahid1 ilə birlikdə ona məxsus “VAZ 21060” markalı avtomobili təmir etdirmək məqsədilə Masallı rayonu, Qəriblər kəndindən Masallı rayonu, Ərkivan qəsəbəsinə Zərərçəkmiş şəxs məxsus avtomobil təmiri sexinə getmişdir. Orada əmisi Şahid1 avtomobilinin təmirə ehtiyacı olan hissələrini Zərərçəkmiş şəxs təqdim edərkən o, həmin yerdə olan stolun üzərində bir ədəd mobil telefonun olduğunu görüb, maddi ehtiyacı olduğuna görə həmin mobil telefonu oğurlamaq qərarına gələrək stolun yanına yaxınlaşmışdır. Sonra Zərərçəkmiş şəxs diqqət yetirib başının qarışıq olduğunu görüb dərhal stolun üzərindəki mobil telefonu götürüb şalvarının cibinə qoyaraq sakitcə oradan çıxıb yolun üzərində dayanmış, mobil telefonun simkart hissəsindən nömrəni çıxardıb yerə atmış və yolda hərəkətdə olan avtomobillərdən birinə əli ilə işarə edib saxlatdırmışdır. Həmin avtomobilin sürücüsündən Bakı şəhərinə getdiyini və onu hansı qiymətə apara biləcəyini soruşduqda, həmin şəxs 15 manat pul müqabilində onu Bakı şəhərinə apara biləcəyini, lakin yeni istifadəyə verilmiş Ələt-Astara magistral avtomobili yolu ilə deyil “köhnə Ələt-Astara şosse” yolu ilə hərəkət edəcəyini demişdir. O da həmin şəxslə razılaşıb avtomobilə əyləşərək yola düşmüşlər. Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində hərəkətdə olarkən o, sürücüdən avtomobili saxlamasını istədikdə, sürücü avtomobili saxlamış, o, yerə düşüb yolun kənarında yerləşən üzərində “Lero Service” sözləri yazılmış mobil telefon alqı-satqısı mağazasına daxil olmuşdur. Orada adını sonradan bildiyi satıcı işləyən Famil adlı şəxsə özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonun olduğunu və satmaq istədiyini demişdir. Həmin şəxs mobil telefona baxıb İMEİ kodunu yoxladıqdan sonra mobil telefon üçün 230 manat pul verə biləcəyini bildirdikdə, o, Famil adlı şəxslə razılaşmış və sonuncu ondan şəxsiyyət vəsiqəsini istədikdə o, Familə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Famil adlı şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb ona 230 manat pul təqdim etmişdir. O, həmin pulu alıb mağazadan çölə çıxmış və onu gözləyən avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Daha sonra oğurluq yolu ilə əldə etdiyi 230 manat puldan 15 manat ayırıb taksi sürücüsünə vermiş və Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında avtomobildən düşmüşdür. Bundan sonra 215 manat pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini əzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən icarəyə götürdüyü sexdə avtomobillərin təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində işlədiyi sexdə olarkən əvvəllər tanıdığı Masallı rayonu, Qəriblər kənd sakini Şahid1 idarə etdiyi “VAZ 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun sexinə gelmişdir. Həmin vaxt Yusifin avtomobilində əvvəllər tanıdığı Ağali adlı şəxs də olmuşdur. Yusif ondan avtomobilinin ön sağ qapısının alt hissəsini təmir etməsini xahiş etmişdir. O, həmin vaxt özünə məxsus “Samsung A32” markalı mobil telefon cihazını sexin içərisində olan stolun üzərinə qoymuşdur. O, təmir işləri ilə məşğul olarkən Firudin adlı həkimə zəng etmək məqsədilə işini yarı qoyub stolun yanına yaxınlaşmış və həmin vaxt mobil telefonunun və Ağali adlı şəxsin orada olmadığını görmüşdür. Bundan sonra mobil telefonunu axtarmağa başlamış, lakin tapa bilməmiş və Şahid1 birlikdə sexinə gəldiyi Ağali adlı şəxsin hara getdiyini soruşduqda, Yusif ona məlumatının olmadığını bildirmişdir. O da buna görə Ağali adlı şəxsin ona məxsus mobil telefonunu oğurladığını düşünərək dərhal DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib bu barədə məlumat vermişdir. Mobil telefonunu xx.xx.2022-ci il tarixdə 715 manat pul müqabilində Bakı şəhərindən almış və üzərində bir ədəd qiyməti 10 manat olan “Azercell” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Mobil telefonunun oğurlanması nəticəsində ona ümumilikdə 725 manat maddi ziyan dəymişdir. Sonradan mobil telefonu polis əməkdaşları tərəfindən tapılaraq ona təhvil verilmişdir. Telefonunun qaytarılmasına baxmayaraq, hazırda Təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirərək barəsində həbslə bağlı cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs isə uzun müddətdir tanıyır və sonuncu avtomobil təmiri fəaliyyətilə məşğul olur. xx.xx.2022-ci il tarixdə özünə məxsus “VAZ 21060” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının alt hissəsini təmir etdirmək məqsədilə Zərərçəkmiş şəxs işlədiyi Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən avtomobil təmiri sexinə getmək qərarına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də onun yanında olmuş və ondan hara getdiyini soruşduqda, o, Ağaliyə avtomobilini təmirə apardığını demişdir. Həmin vaxt Ağali onunla birlikdə getmək istədiyini, əgər alınarsa oradan da Bakı şəhərinə gedəcəyini demişdir. O, Ağali ilə razılaşmış və onlar birlikdə Masallı rayonu, Ərkivan qəsəbəsinə Zərərçəkmiş şəxs işlədiyi avtomobil təmiri sexinə getmişlər. Orada o və Ağali avtomoibildən düşüb Zaurla görüşmüş, daha sonra o, Zaura avtomobilinin təmirə ehtiyacı olan hissəsini göstərmişdir. Zərərçəkmiş şəxs onun avtomobilinə yaxınlaşıb baxdıqdan sonra sexin içərisində olan stola yaxınlaşıb telefonun orada olmadığını demişdir. Daha sonra ondan birlikdə gəldiyi Təqsirləndirilən şəxs hara getdiyini soruşduqda, o, məlumatının olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus “Samsung” markalı mobil telefonun oğurlandığını və oğurluq hadisəsinin törədilməsində Ağalidən şübhələndiyini demişdir. O, isə tam əmin olmadığı üçün Zaura əlavə söz deməmişdir. Bundan sonra Ağali ilə telefon əlaqəsi yaratmaq istəsə də sonuncunun mobil nömrəsinə zəng çatmamışdır. O da avtomobilini təmir etdirmədən oradan uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs bu işlə bağlı şikayət etdiyini öyrənmiş və Ağalini axtarmağa başlasa da tapa bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu oğurladığını bilavasitə görməmiş və oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Lero Service” mobil telefon alqı-satqısı mağazasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə günorta saat 13 radələrində işlədiyi mağazada olarkən bir nəfər şəxs mağazaya daxil olub özünə məxsus mobil telefon olmasını və satmaq istədiyini bildirmişdir. O, ondan satmaq istədiyi mobil telefonun kreditdə olub-olmamasını soruşduqda, həmin şəxs ona kreditdə olmadığını bildirmişdir. Daha sonra həmin şəxsin satmaq istədiyi mobil telefona baxıb həmin telefonun İMEİ kodunu yoxlamış və həmin mobil telefon üçün ona 230 manat pul verə biləcəyini bildirdikdə, həmin şəxs onunla razılaşmış və o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi alıb surıtini surətini çıxarmış və onun Masallı rayonu, Qəriblər kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 230 manat pul verib “Samsung A32” markalı **********09383/01 İMEİ kodlu mobil telefonu ondan almışdır. Bundan sonra Təqsirləndirilən şəxs mağazadan çıxıb getmiş və onun hara getməsini bilməmişdir. Daha sonra “Samsung A32” markalı **********09383/01 İMEİ kodlu mobil telefonu mağazanın vitrininə yerləşdirib satışa çıxarmışdır. 2022-ci ilin avqust ayında mağazaya daxil olan adını sonradan bildiyi Cəlilabad şəhər sakini Şahid2 “Samsung A32” markalı **********09383/01 İMEİ kodlu mobil telefonu 350 manat pul müqabilində satmışdır. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-dən zəng edildikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aldığı və Şahid2 satdığı “Samsung A32” markalı **********09383/01 İMEİ kodlu mobil telefon Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs məxsusdur və həmin mobil telefon xx.xx.2022-ci il tarixdə oğurlanmışdır. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən (arayış) görünür ki, qeyd olunmuş bir ədəd “Samsung A32” markalı mobil telefonun qiyməti 600 manatdır. Qeyd olunan əşyanın qiyməti tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymət dəyişə bilər. İş materiallarında olan qəbzdən görünür ki, bir ədəd “Samsung A32” markalı **********09383/1 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 1(050)-33/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin 25 fevral 2023-cü il tarixli 3- 13-9712-8113/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə tutularaq Masallı RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə razılıq əldə edə bilməməsini və sonuncunun ondan şikayətçi olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübut olan bir ədəd “Samsung A32” markalı **********09383/1 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar