Məhkəmə qərarları › İş №1(050)-34/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-34/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-34/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 05 gün müddətindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Boradigah qəsəbəsi, H.Aslanov küçəsi, ev 4A-da yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 16 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan iç cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 141,014 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə günün birinci yarısında səhər saat 11 radələrində bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Lənkəran rayonu, Separadi kəndinə getmək qərarına gəlmişdir. Həmin gün yaşadığı evdən çıxaraq Masallı rayonu, Boradigah qəsəbəsi ilə Lənkəran rayonu istiqamətində piyada hərəkət etməyə başlamışdır. Yolda dayanıb Lənkəran rayonu istiqamətində hərəkətdə olan taksilərdən birinə əli ilə işarə edib saxlatdırmışdır. Daha sonra Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Separadi kəndinə getmiş və yolun kənarında avtomobildən düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda narkotik vasitə qurudulmuş marixuana olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. Daha sonra həmin şəxs cibindən bir ədəd qara rəngli sellofana bükülmüş maddəni çıxardıb ona göstərərək həmin bükümdə təxminən 150 qram qurudulmuş marixuana olduğunu və 110 manata sata biləcəyini demişdir. Həmin gün saat 12 radələrində tanımadığı şəxsdən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı 110 manat pula alıb əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Lənkəran şəhəri ərazisinə gedib bir sıra işlərini gördükdən sonra günorta radələrində Masallı rayonu istiqamətində hərəkətdə olan avtomobillərdən birinə işarə edib saxlatdırmışdır. Tanımadığı şəxsə məxsus avtomobillə Masallı rayonu, Boradigah qəsəbəsi ərazisinə gəlib orada avtomobildən yerə düşmüşdür. Daha sonra yaşadığı evin yerləşdiyi istiqamətdə piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt saat 17 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Polis əməkdaşları şifahi formada ondan üzərində narkotik vasitə olubolmamasını soruşmuşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Bundan sonra polis əməkdaşları ona birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdir. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü təhqiqatçısı Nəsimi Ağayev kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Nəsimi Ağayev ona qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X11 ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim edərək, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Lənkəran rayonu, Separadi kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 110 manat pulun qarşılığında aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra X11 tərəfindən ona təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan büküm açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu görünmüşdür. Bundan sonra təhiqatçı Nəsimi Ağayev tərəfindən üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 145 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək imzalanmışdır. X4 üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşmuş, təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Sonra X11 tərəfindən üzərində axtarış davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis böləməsinə gətirilən zaman və polis bölməsində üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuşdur. Sonda Təqsirləndirilən şəxs ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin Boradigah PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Boradigah PB-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında həmin günü tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr imzalanmış və o, qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Nəsimi Ağayev və Boradigah PB-nin polis nəfəri Şahid2 təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsi H.Aslanov küçəsində olması barədə məlumat əldə edib Şahid2la birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs birlikdə Masallı RPŞ-nin Boradigah PB-yə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinə gəldikdən sonra onu TB-nin təhqiqatçısı Nəsimi Ağayevin xidməti otağına aparmış və bu barədə raportla məruzə etmişdir. Daha sonra təhqiqatçı N.Ağayev Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Boradigah PB-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra müdafiəçi qismində Masallı Rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı N.Ağayev ona üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Təhqiqatçı N.Ağayev Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək təqdim etdiyi bir ədəd sellofanın içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Lənkəran rayonu, Separadi kəndi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 110 manata alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra X11 Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli sellofan büküm açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu görünmüşdür. Bundan sonra təhiqatçı Nəsimi Ağayev tərəfindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 145 qram olduğu müəyyən edilmişdir. Aşkar olunan narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 107 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra X11 Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Sonra X11 tərəfindən üzərində axtarış davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra X11 Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib etmiş, protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2022-ci il tarixdə Boradigah PB-yə gətirildikdə və üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqına şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfəri Xəlilov X8 Fail Famil oğlu ilə oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 17 dekabr 2022-ci il tarixli, 19/1281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Masallı rayon Boradigah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi: - 141,014 qram olan birki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 141,014 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 140,964 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası X1 X12 Yoxlamanın nəticələrinə dair 19 dekabr 2022-ci il tarixli, 1291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2010-cu ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-140,964 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğu görüntünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 05 gün müddətindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Onun məhkumluğu ödənilməmiş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsi, H.aslanov küçəsi, ev 4-də qeydiyyatda olmaqla arvadı xx.xx.1981-ci il təvəllüdlü X2 və oğlu-xx.xx.2015-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, yaşadığı müddətdə onun barəsində Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-99/2022 saylı, 18 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-99/2022 saylı, 18 dekabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 19 dekabr 2022-ci il tarixli, 1291 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2010-cu ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və onun Ərazi Narkoloji kabinetində 2010-cu ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 140,964 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 16 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Ərazi Narkoloji kabinetində 2010-cu ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 140,964 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar