Məhkəmə qərarları › İş №1(050)-34/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-34/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-34/2025 08.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ailə qurduğu xx.xx.2007-ci il tarixdən birlikdə yaşadığı müddət ərzində mütəmadi olaraq döyərək sair zorakı hərəkətlər edib Zərərçəkmiş şəxs güclü fiziki ağrı və psixi iztirablarla müşayiət olunan hərəkətlər etmiş, xx.xx.2020-ci il tarixdə birlikdə yaşadıqları ünvan 2 ünvanındakı mənzildə olduqları zaman Zərərçəkmiş şəxs adına olan daşınmaz əmlakları onun adına keçirməməsini bəhanə edib azyaşlı övladları Şahid2 və Şahid1 gözləri qarşısında yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş və alın nahiyələrinə qəsdən bir neçə dəfə vurub sonuncunun bununla fiziki əzab və psixi iztirab çəkdiyini dərk edib bunu arzulayaraq ona alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək qanunsuz hərəkətlərini davam etdirib xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs öz adına olan daşınmaz əmlakların onun adına keçirilməməsini bəhanə edib şüşə qabı qəsdən Zərərçəkmiş şəxs üzərinə atıb sağ əlinin İ barmağına vuraraq şüşə qabın dəyməsi nəticəsində bədən xəsarəti alacağını dərk edib bunu arzulayaraq ona sağ əlin İ barmağının əsas falanqa nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmiş, bundan sonrakı müddətdə də müxtəlif tarixlərdə və yerlərdə Zərərçəkmiş şəxs mütəmadi olaraq təklikdə, ailə üzvlərinin yanında və başqa şəxslərin əhatəsində təhqir edib söyərək psixi iztirab verməklə yanaşı, həmçinin barmaqlarını geri qatlayıb sıxmaqla, bədənini çimdikləməklə, saçlarını dartaraq yolmaqla, bədəninin müxtəlif nahiyələrini yumruq və təpik zərbələri ilə vurub əzməklə, ayaqlarını tapdalamaqla fiziki zorakılıq etmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs çox pul qazanmasını, lakin çox pul xərcləyərək ona az pul verməsini bəhanə edib azyaşlı övladı Şahid2 gözləri qarşısında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruq və təpik zərbələri ilə vurub döyməklə və itələyib yerə yıxmaqla sonuncunun bununla əzab çəkdiyini dərk edib bunu arzulayaraq Zərərçəkmiş şəxs sol dirsək, sağ və sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL, eləcə də sağ saidin yuxarı 1/3 hissəsinin sıyrığı dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qarşı, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan hərəkətlər edərək mütəmadi olaraq döyməklə əzab və işgəncə vermişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə oxuduğunuz kimi hələ qısa yazılıb. Onun əzablarının heç orda 90 faizi yoxdur. O, bətnində övladına qədər itirmişdir, hər bir əzabı görmüşdür. Hər bir zülmü çəkmişdir. Son 2019-cu ildən buyanada çəkmədiyi heç bir əzabı qalmayıb, iki övladı ilə bir yerdə. Bütün yaşadıqlarına övladları şahiddirlər, qonşularda, qohumlarda şahiddirlər. İndiyə kimi bu barədə danışar kimi danışmaz özü bilər. Özünü nə üçün günahkar bilmir onu bilmir, o zaman “biz burda nə gəzirik, günahkar deyilsə mən burda nə gəzirəm”. 2019cu ildəndə evlərə görə vermədiyi əzabları qalmayıb, evləri ondan almaq istəmiş, o, isə vermək istəməmişdir, “batıracaqsan deyə qorxurdum, deyirdim uşaqlarla çöldə qalarıq, tutaqki fikrin tutmadısa, alınmadısa biz bu vəziyyətdə qalarıq”. O gün bu gündü saxladığı bir qadınla başını yarmışlar, evdən getmişlər, bir həftə axtarışa verilmişlər, evdən gedəndə pullarınıda aparmışlar. Özünə bir həftəlik dəyişəcək geyimdə aparmışdır. İşlədiyi iş yerindən Afiyəddin müəllim ona görədə onu işdən azad etmişdir. İndi şahid olacaq əmisi ölmüş vəziyyətdə onu bir nömrəli şəhər xəstəxanasına çatdırmışdır. Orda əməliyyat olunmuşdur. Amma yenə şikayət etməmişdir. Şikayət etməmişdir çünki evdə iki körpə balası olmuş, çünki başına nə gələcəyini artıq bilmirmiş. O, elə bir insandıki əgər şikayətə getdisə geri qayıtmaq şansı yox idi, getdiyi yerdə qalmalıydı, o, artıq o evə geri dönə bilməzdi. Nədə balalarını görə bilməzdi. Ürəy eləməmiş, çox şeyə ürəy eləməmişdir, çox şeyi xahiş eləmişlər qəbul eləməmişdir. Yıxılmış başı dəyib demiş, o cürdə izahat vermişdir. O gündü bu gündü yaşamadığı qalmayıb. İşdən azad olunandan sonra anasının yanına gəlmişlər, sonra bura gəldik yığışdıq. Burdada avara həyat sürmüş, dəfələrlə polis bölməsinə düşmüş, dəfələrlə orda ona maliyyət ödəyib onu ordan çıxarmışlar. Azyaşlı uşaqlarla, birinin 16 yaşı birinin isə 14-15 yaşında iki qız uşağı ilə tutulmuşdur. Çox pis həyat yaşamışdır burda, avara adamlarla gəzirmiş, evin bütün pullarını, bütün qazancını əlindən alıb həmin avara adamlarla yemişdir. Özünədə qalmayan zülmü işgəncələri vermişdir. Evləridə ondan boğaraq, kiçik oğlu Dəniz artıq pis vəziyyətdə olduğuna görə razılaşmışdır. Ona demişdir “sənə kişi kimi söz verirəm”, amma gördüki kim kimə necə kişi kimi söz vermişdir. Barmağının kəsilib atılmağı uşaqların yanında səhər-səhəri çörək yedikləri yerdə qabı qaldırıb ona çırpan yerdə əliniki üzünün qabağına vermiş baş barmağını üzmüşdür. Baş barmağı təzədən “Bioloji Təbabət” klinikasında tikilib yerinə. Barmaqlarını qatlaması, kəmərlə boğulmağı heç biri yazılmayıb. Əzablarının çoxu yazılmayıb, kəmərlə boğulmaqları. Günlərlə, 9 ay o, evdə zindan həyatı yaşamışdır. 9 ay onları bağlı qapı arxasında saxlamışdır, onun 2 ayını o, divanda bağlı vəziyyətdə qalmış, çayı, suyu ona övladları vermişdir. 5 kamera ilədə izlənmişdir. Gün ərzində ona 1 saat vaxt verirmiş uşaqlara yemək vermişdir. Zəng vurur görüntülü telefonu əlində tutur mətbəxə girir telefonu dayayır bir yerə yemək bişirir ordan əxlaqsız söyüşlər söyə-söyə “bitmədi qutarmadı, bişirib bitirə bitirmədin”, uşaqda deyirki “mama tez ol, biraz tez ol atam əsəbləşib”. Heç bilmir yemək alaçiy olur, o, uşaqların qabağına qoyur, təzədən görüntülü götürüb salon tərəfə, iş tərəfə keçib divanda təzədən oturur, yenidən əxlaqsız söyüşlərlə onu söyür, yenidən kameranı qoyub oturur. Uşaqlar su ilə çörəyi ona içəridən gətirirlər. Ev iki hissəyə bölünüb, o, salon tərəfdə yaşamışdır, uşaqlar ev tərəfdə yaşamışlar, arada qapı olmuşdur. Zəng vurur ki, o, ayaqyoluna getmək istəyir, cavab verir nə var hər dəqiqə teztez gedirsən. Təzədən gözləyir haçan insafa gələcək ona ayaqyoluna getməyə icazə verəcək. Saatlarla gözləyir ki, ona ayaqyoluna getməyə icazə verəcək. Özü Bakıda oturub onları idarə edir. Təzədən görüntülü zəng vurur icazə verir, o, ayaqyoluna getdikdən sonra uşağa zəng vurur söyüşlə “anan bu vaxta qədər niyə qaldı, nə üçün qaldı”, uşaq gəlir “aymama atam səni çağırır”. Aylarla yuyunmaq nədi bilməmişdir, hamama girib vaxt itirməsin deyə, o, orda neyniyir deyə, bu görüb bilmirsə deyə deməli onlar orda otura bilməzlər. Evin kameralar onları hansı səmtdə çəkirsə ancaq ixtiyarları həmin səmtdə gəzmək olmuşdur. Onlar bunların heç bir səmtindən çıxa bilməmişlər. O, həmin kamera görüntülərini təqdim edə bilər, lakin o, həmin kamera görüntülərini təqdim edib abırhəyasını itirə bilməz. İstəməz hansısa kişi həmin görüntüləri izləsin. Kameralar hansı tərəfədi o tərəfədə hərəkət etməlidirlər, əgər kameradan çıxdısa təzədən yenə eyni söyüşlər, eyni danlaqlar. Deməli 9 ayın 7 ayını işləmişdir. İşçilərdə var, yanına gəlib gedən pasientlərdən var yəqin onlarda gəlib danışarlar. Deməli işləyir 10-12-15 gündən bir, haçanki sevgilisini götürəcək gəzməyə rayona gələcəklər onda gəlib pulu ondan alırlar, istirahət guşələrində qalırlar. Həmin puldan onlara bir məbləğ ayırır 50 manat. Haçanki bunlar rayona gələcəklər həmin vaxta kimi 50 manatla dolanırlar. Sənədlərin içində mesajlarında yedikləri çörəkdi, aldıqlar sudu, soğandı, kartofdu hamısı qeyd edirlər ona atırlar tək-tək. 1 manat 20 qəpik xərcləmişlər, Firdovsi qalır 80 qəpik. İndi bu evə gələndə 80 qəpiyi onlardan tələb edir. 80 qəpikdən bir qəpik əskik gələrsə iki balası bir özüm yarpaq kimi evdə elə titrəyirlər, o qədər həyacan keçiririr. Aymama indi öldürəcək səni, hey fikirləşir onlar nə etsinlər. Sonra gəlir hesablayır pulu əgər puldan 10-ca qəpik çatmırsa deməli onun nə saçı qalır, nə başı qalır, nə ayaqları qalır, nə kürəyləri qalır. Onun dilinin partlağı nə üçün qeyd olunmayıb. Dəfələrlə bildirmiş anası ilə qardaşı yanına gələndə onun ağzının içi qan olmuş, onun dili ağzında para olmuş, onun dodaqları partaq-partaq olmuş, onun kürəylərinə təpik vurub qabırğaları ciyərinə keçmişdir, yeriyə bilməmişdir. Kəmərin belindən çıxarır üstünə hücüm çəkir üstünə vuranda körplər özlərini yıxırlar üstünə biri ona dəyəndə ikisi o körpələrə dəymişdir. X11 Nazirliyinin əməkdaşları çıxarıblar evdən, qapını onlar açıb çıxarıblar, o, polislərin göstərişi ilə çıxarılmış, özü ilə əlaqə yaradıblar “aça bilməz, onu ordan çıxara bilməzsiz, o kimdi qapını açsın, siz kimsiz onlara yaxın durmusuz, siz kimsiz mənim qapıma əl vurursuz”. Polis əməkdaşı Cəlalla danışıb. Əməkdaşlar gəlib onu o vəziyyətdə çıxarmışlar. 9 ay əsirlikdən çıxarılan qadın, o vəziyyətdə çıxarılan qadın, ac-susuz çıxarılan qadın, bədəni bütün o vəziyyətdə qalan qadın, balası evdə qorxudan yaşayan qadın niyə bu şəxs çöldə qalmışdır. Çox səssiz adam olmuş, amma o adam deyil artıq, olada bilməz. Onları üzləşdirmişlər, üzləşdirmədə sual vermiş “nə etmişəm, səhvim nədir, de müstəntiqin, vəkilin yanında mən razıyam mən bir vicdanlı qadın kimi mən boynuma alacamki bu səhv hərəkəti elədim, həyat yoldaşımda bunun məndən hayfını aldı, bunun məndən qisasını aldı, mən pis yola getdim, əyrilik elədim oğurluq elədim, kiminsə evini dağıtdım”. Dedi “heç bir şey etməyib mən onun heç bir şeyindən narazılığım yoxdu”. O zaman o, 19 ildir nəyin əzabını çəkir, nəyin zülmünü çəkir. Məqsəd nədiki o, bu həyatı yaşamışdır. 9 ay evdə o nəyin əsirliyini yaşamışdır. Evdən çölə çıxan qadın deyil, işləyib balasına çörək qazanan qadındır. Çöldə 18 dərəcə şaxta olan zaman işləyən qadındır. Soraqlaşıb soruşa bilərsiz Masallıda bir insan onun üzünün rəngini bilə bilməz. Nəyə görə o, bu həyatı yaşamışdır. Firdovsi keyf çəksin deyən. Bir dəfə evdən çıxanda onlar üçün çörək pulu belə qoymayıb. Bütün pulunu, qızıllarını yığıb aparmışdır. Gedib sevgilisinə maşın almış, üstündə nömrəsini yazmışdır. Olmaz axı o, qadındır, onun 40 yaşı tamamdı, onun tayları rayon yerində artıq nənədirlər, qız köçürüblər, tutur qulağından dartır, axı o, körpə deyil qulağını dartacaq yaşda qadın deyil axı. O, vurulacaq yaşda qadın deyil, qonşu gəlib onu ələ salacaq yaşda qadın deyil. Uşaqları o həyatı yaşayacaq uşaq deyillər, onun çox savadlı övladları var, olimpiyada birincisi, litseylərin mükafatçılarıdırlar. İki tərbiyəli bala böyütmüşdür. Niyə onun uşağı dünənnən gözünün yaşını tökür, başının ağrısından yata bilmir. Ay ana deyir “bu ata bizdən nə istəyir, niyə qoymursuz mən oxuyum”, həkim olmaq, cərrah olmaq istəyir. Nəyə görə uşağının arzularını əlindən alır. Artıq heç barmaqları işləmir. Barmaqları o qədər boşalıb uşaqlar gəlirlər barmaqlarını basıb barmaqlarını təzədən yerinə otuzdururlar. Barmaqlarının hamısını şiş basıb. Özü ankoloji xəstədir, sinəsində şişlər var. Özüdə Firdovsinin bir xasiyyəti var ki, bu insan o qədər insafsızdır, o qədər ürəyində mərhəmət yoxdur Firdovsi bilirki o, illərdir ankolojidən müalicə alır, başını vurub partladıb qadında çöldə qapının ağzında gözləyir, ötəri xatırlayır o vəziyyətdə qanlar içində yerə düşmüş, üstündən ankoloji sinəndən də bir təpik vurur ki, guyaki bədənidə zay olsun. Yırtığı var belində təzədən belinə təpik vururki guya şikəst olsun. Yaxşı şikəst oldu balalarını kim saxlayacaq, “sən saxlayacaqsan sən indi balalarıva yiyə durmursan, mən öləndən sonra balalarıva kim baxacaq, anan baxacaq anan heç bir dəfə qapını açmayıb, qardaşın baxacaq qardaşın üzümüzün rəngini unudub, kim baxacaq kim niyə çıxacaq”. Səsli qadın olmamış, çöl bayır qadını olmamışdır. Çöl-bayır gəzən insan olmamışdır. Axı bir kişinin məqsədi olmalıdır. Axı o, heyvan deyilki ona zülm verir, hansı ixtiyarla verir. Hansı ixtiyarla evini 5 kamera ilə izləyir. Evin ortasına fırlanan kamera qoyub kamera görüntülərini aşağıdanda çəkə bilir üstdəndə çəkə bilir. Deməli onu yerləşdirib evin ortasında dönədönə dönür oturmağı bilmirlər ki onlar bu kamerada necə düşərlər, uşaq bilmir yemək necə yeyirlər. Polislər onları xilas edəndən sonra böyük oğlu deyir ki haçandı belə yemək yeməmişdir. 15 yaşında bir uşaq kamera qarşısında necə çörək yesin. Stolun üzərində kameranı yerləşdirib onlarada stolun bir qırağını verib. Özüdə mirkafonu var, knopkası var, deməli özü olduğu yerdə knopkanı basır onlar onun səsini eşidə bilirlər, “Əli sənə deyirəm düz otur, qardaşın hardadı, uşaqda deyir ata yanımdadı, kameraya tam düşmür”. Təzədən uşağı çəkir sıxır özünə üçüdə kamerada bir düşsünlər. Bu nəyin əzabıdır. Neynəmişlər axı kimə nə pislik eləmişlər, axı neyləmişlər desinki “Şəhla sən pis idin, Şəhla sən bu hərəkəti elədin, sən bura getdin”. Axı neynəmişdir. Avara insanlarla gəzsin deyə, səsi çıxmasın deyə basqını basdıki üzərlərin bastı, bastı ki, hökmdarlıq etsin deyə səsi çıxmasın, axı qadına bu cür hökmdarlıq eləmək olmaz axı. Məlahət xanım onun yanında çalışan qadındı hər gün onun saçlarını hörürdü ki, o, saçını yolmaqdan, saçı açıq olanda tam əlinə keçdiyinə görə artıq yolunu tapmışdı, bədənini qorumağa yollar axtarır, saçlarını xırdaxırda hörürdülər ki, barmaqları arasına keçib darta bilməsin. Ulduz xanım onun saçlarını hörəndə o, 40 yaşında qadın otururmuş onların qarşısında onların göz yaşı onun saçının üstünə tökülmüşdür. Axı nə məqsədlə. O, qadınlarla işləyən bir insandır, o, gün ərzində bəlkə 30-40 dan qadın görür. Amma onların çöl-bayırda olan qadınlarında görür, onları niyə əlüstündə saxlayırlar. Bəs onun başına bunlar niyə gəldi. Ulduz xanım polis şöbəsində işləyir ona dəfələrlə demişdir ki, “Şəhla səndən xahiş edirəm mən dözə bilmirəm mən gedirəm evə sənin dərdin artıq məni xəstəliyə salıb gəl gedək şikayət elə”. Demiş “Ulduz xanım mən elə bir qadın deyiləm mən ölsəmdə bu evin içində öləcəm, çıxsamda bu evin içindən çıxacam, amma mən şikayət eləməyəcəm”. Əgər eləsəydi o, intahara qədər cəht eləmiş, əgər intihara cəht etməyə ürəyli bir qadındırsa deməli şikayət etməyə gedə bilərdi. Gedər amma onun sabahı nə olar onu düşünür. Balalarını biyabır etmək istəmir. Özünü biyabır etmək istəmir, polislərlə üz-bəüz oturmaq istəmir, onların ona baxmasını istəmir, onu dindirmələrini istəmir, onun ürəyi bunu götürmür. Onun sübutları var 5 kamera çəkilişi var əlində, o, onları bircə şeyə görə verə bilmir, onunda orda yatması-durması var, əyninin paltarı var. Hətta demişdir ki, “bir qadın verin qoy qadın izləsin amma kişi görməsin”. O, əmisinin evinə dəfələrlə qaçıb getmişdir. Firdovsi gəlib əmisinin qapısını sındırmış, güldanlarını sındırmış, arvadının qablarını sındırmış, əmsinin arvadı da bu günə qədər qarğış edir ki, “gəldin evimə qızımın cehizlərini qırıq-qırıq elədi yoldaşın”. Ona görə heç kimin qapısına getməmişdir. Dayısının qapısına getmiş dayısı arvadı qarğış etmişdir, əmisinin qapısına getmiş əmisi arvadı qarğış etmişdir. Anasının evinə getmiş dəmirkəsən mişarı götürüb gəlmiş “sən bu qapıdan çıxmalısan”, yapışıb saçından aparmışdır. Axı hansı yola baş vursun. Belinin üstünə çıxıb taptalamışdır. Anası özündən də betərdi çünki böyütdüyü uşaqdıda ana oturub evin başında Firdovsi çıxır onun belinin üstünə, həmin vaxt o, hamilə olmuş, anası deyir “sən kişi deyilsən onu buraxsan ayağımı öpəcək Firdovsi sən ondan sonra onu buraxarsan”. Yapışır saçından uşağın biri körpədi özü hamilə dartır saçından aparır anasının ayağının altına, gedir anasının ayağından öpür sonra onu buraxırlar. Sonra isə onu salırlar maşının içinə yaşadığı evdən onları aparırlar öz yaşadıqları evə üz-gözü bu vəziyyətdə bütün qonşulara görünə-görünə bunların evinə çıxır. Xalası oğlunu gətirir zəng vurur plesteyşın oynamağa gəlirlər, onlar üçün çay qoysun. Çay qoyur çəkir onu mətbəxə başına vurur, vurur, vurur, niyə vurursan ay Firdovsi deyir əyninə şalvar geyin, gedir şalvar geyinir, yenidən gəl bura təzədən vurur, vurur, vurur get əyninə yupka geyin, gedir yupka geyinib gəlir. Axı deyir “nə istəyirsən qoy mən gedib öz otağımda uzanım siz nə vaxt gedərsiz mən çıxaram”, yox deyir “sən otağa girməyəcəksən sən bizə qulluq edəcəksən”, “yaxşı qulluq edəcəmsə sən məni niyə vurursan”. Xalası oğlu yalvarır ki, Firdovsi ayıbdı burax qızı. Çıxır belinin üstünə. Öz xalası oğlu ondan imtina etmişdir, o gün-bu-gündür onların qapısını açmamış, nə qədər zəng vurdu ona cavabda verməmişdir. “Qadını bu cür vurmazlar sən bunu mənə görə elədin məni evə sən gətirmişdin” demişdir. Qardaşı illərlə işləməmiş onların evdən qidalanmış, onlar saxlamışlar, onlar üçün o, döyülmüş, o, söyülmüşdür. Nə istədi baş aça biməmiş, səhvi nə oldu heç bir şey anlaya bilməmişdir. Binəqədidə əyləncəli yer olmadığına görə hər şənbə və bazar günləri Bayıla gedərmişlər, maşında o qədər sifətinə vurarmış, vurarmış, “əşi bəstidə gəlirəmdə sənlə bu yolu gedirəmdə axı mən sənə bir söz demirəm” maşında hansı qadını vurarlar insan həyat yoldaşı dediyi, namuslu qadın dediyi uşaqlarının anasını maşında əl qaldırar küçədən baxırlar axı. Maşını saxlayır küçənin ortasında deyir oynayacaqsan. Deyir axı nə oynasın musiqi yox nə oynasın deyir sənə deyirəm oynayacaqsan. Onda ağzı ilə səs çıxarıb əllərini qaldırıb oynayır ki, təki boğazını buraxsın, sifətini buraxsın qonum-qonşu onlara baxır axı. Bu xəstədir, tələb edər ki, bu yatızdırılsın, müalicə alsın. Qonşumuz onlara Afçarka balası vermiş, Firdovsi heyvana o qədər zulum vermiş ki, heyvan öz heyvanlığı ilə dözməyib qaçıb getmişdir. O, isə heyvandan da betər olmuş 19 il onun zülmünə tab gətirmiş, axırda görmüş ki, gedəcəyi bir yer yoxdu, səsini yetirəcəyi bir yer yoxdu, dərman içib intihar etmiş, onuda bacarmamışdır. Evdən qaçmış bacarmamışdır, hər yola əl atmış bacarmamışdır, bircə polislə üz-bəüz oturmaq istəməmişdir. Axırda gəlib polislərlə oturmaq nədi hamısı ilə bir ev kimi olmuş, hamısının ailəsini, övladlarını soruşur, elə bilki onlar onu tanıyır o, onları tanıyır. Bir qadını iki uşağı ilə 9 ay bir divanın üstündə yatır, o iki uşağın çəkdiklərinin xatirinə onun və balalarının hüquqlarını qoruyub Təqsirləndirilən şəxs layiq olduğu cəzanın verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs, o, Şəhla deyir. Təxminən 4 ilə yaxındır tanıyır. Gözəllik salonu var ora gedib-gəldiyi üçün tanımışdır. Amma ondan təxminən 1 il yarım qabaq anasını tanımış, sona isə Şəlaləni tanımışdır. İşə əlaqədar onu bilir ki, tanışlığı ilə, gedib-gəldiyinə görə danışdığından, hərəkətlərindən bilmiş ki, onun yoldaşı ilə evlənənən bəri aralarında münasibəti mübahisələri olmuş, döyüb, söyüb, təhqir etmişdir. Evlənən gündən sonra döyülməsi söyülməsi, işgəncə verməsi, yəni əzab verməsi, onları bilir. Fiqdovsini qiyabi tanımış, amma görməmişdir. Lakin bir il, ilyarım bundan əvvəl işlə əlaqədar olaraq əyani tanımışdır. Döyməsini görməmişdir, yəni onun Firdovsi tərəfindən evdə döyülməsini görməmiş, ancaq bədənində olan xəsarətləri görmüş, qolunda, yan hissəsində, ayaq hissəsində, saçının dəridən qopmağı ilə əlaqədar onları görmüşdür. Onlarıda deyibki yoldaşı tərəfindən döyülüb. Ancaq döyülməsin görməmişdir. Ancaq bədənindəki iki dəfə, üç dəfə olan xəsarətləri. Danışırdı alınını yarmağı Bakıda olanda, barmağını əzməyi, sındırmağı. Yəqinki özü danışıb da onlarıdakı o, bilir. İstintaqdada elə müstəntiqədə onu demiş ki, döyməsin görməmiş, ancaq bütün ona verdiyi əzabları, sadəcə bədənində olan xəsarətləri görmüşdür. O, hətta dəfələrlə ona demiş ki, “səni döyürsə, sənə işgəncə verirsə sən nəyə görə polisə müraciət etmirsən, ayrılmırsan”, Şəhla isə “nəbilim uşaqlarım var, məsqələyə gedirlər, müəllim yanına gedirlər, sinif yoldaşları var onlardan ayıbdı bilərlər bizdə ailədə bu problemlər yaşanır, ona görə, uşaqlara görə şikayət etmirəm” demişdir. Sonuncu dəfə Firdovsi onu döyəndə onun bədənində olan xəsarətləri görəndə o, bu barədə həmin vaxt polis rəisinin müavini olmuş Elvin Əzimova demişdir ki, yoldaşı Şəhlaya işgəncə verir. Elvin müəllimdə “Ulduz xanım gəlsin ərizə yazsın” demişdir. O, Şəhlaya demiş Şəhla “yox yazmıram”. İyul ayı olmuş, yay vaxtı olmuş, Şəhla evdə olan vaxtı olmuş, iki ay olmuş, anası ona Bakıdan zəng vuraraq deyirmiş “iki aydı ondan xəbər bilə bilmirəm, telefonuma zəng eləmir, mənimdə telefonuma cavab vermir. İki dəfə gəldim bilmirəm evdədi, Firdovsi onun qolun sındırıb, qıçın sındırıb nə edib”. Evində olmuş gecə saat 12, birə işləyirdi anası xahiş etmiki “sən heç olmasa get gör hələ bu adam evdə sağdı”. Oda gəlib qapını döymüş, çağırmış cavab verməmişdir. Ancaq evdə adam olmuşdur. Sonra ikinci dəfə yenədə anası ona zəng vurmuşki “mənə heç bir xəbər vermir, telefonumu götürmür, heç bir ondan məlumatım yoxdu”. Sonra yenədə gedib qapıda dayanmış döymüş, çağırmış qapını açmamışdır. Padyezdən çıxırakən böyük oğlu Əli məşqələdən gəlmiş, onunla birlikdə evə girmişdir. Ancaq Şəhla ona demiş ki, “içəri gəlmə”. Demiş ki, “nəyə görə nə fikirləşirsən sən nəvaxta qədər içəridə qalarsan, dedi gəlmə”. Daha sonra demiş ki, “istəyirsən gedim polis rəisinə, müavinə deyim”. Dedi “yox gəlməgəlmə, heçnədə demə, mən şikayət etməyəcəyəm”. Axırıncı dəfə olan söhbəti olmuşdur. Sonra fövqəladə gəlib qapını açmasından onun xəbəri olmayıb. Ancaq o, anasına demiş ki, “sağdı, mənə deyirki gəlmə heç kimədə şikayət etməyəcəm”. Sonrada Firdovsi deyəsən uşaqlara zəng vurmuşdu ki, niyə qapını açmısız nəsə belə bir şey onuda sonra Şəlalə ona demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, iki il Şəhla xanımla bir yerdə işləmiş, yəni bir ailə kimi olmuşdur. Firdovsi qardaşıda belə görməmiş, ad günündə zadda görmüşdür. Pisliyini onun görməmişdir. Amma Şəhla xanımı incitdiyini görmüşdür. Saçın hördüyü zaman Şəhla xanımın saçında qopmalar olduğunu görmüşdür. Bədənində göy izləri olmuşdur. O, özü soruşmuşdur ki, Şəhla xanım niyə belə olubsan, yəni yoldaşı haqqında deyirdiki incidir onu. Məsələn çölə qoymurdu çıxsın, qətiyyən çölə qoymurdu. Paltarları yuyurdu veşilkaya salırdı o, qoyurdu onu çölə icazə vermirdiki pencərədən belə baxsın. İndi bu hala niyə gəlib çıxıblar bilmir, amma iki dənə gözəl balası var. İki il onlarla bir yerdə işləmiş, bir narazılığı olmamışdır. Amma Şəhla xanımı incitdiyinə görə onun Firdovsi qardaşdan incikliyi çoxduki qadını elə incitməzlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, onlar qapı qonşusu olmuşlar xanmıgillə. Gözəllik salonu olmuş, o, xanımı lazerlə əlaqədar tanıyır, yəni lazer işlədirlər ora getmişdir. Hadisə olan günə qədərdə xanımla heç bir tanışlığı olmayıb sadəcə ora salona getmişdir. Bir başqa işçilərində olmuş yanlarında Məlahət xanım. Sonra eşitmiş ki, belə hadisələri var, nəsə problemləri var, sonra bir iki dəfə oğlundan soruşmuş, Əlidən, Dənizdən demişlər ki, “anamız çölə çıxmır”. Axırıncı dəfə xanımı mart ayında görmüş, martdan əvvəl demişdir ki, “bayram olacaqdı şirniyyata mənə kömək edərsən mən işləyirəm, sonra razılaşdı xanım dedi bir yerdə edərik”. Səhv etmirsə həmin vaxt hələ heç bir problemləri olmamışdır, həmdə onların elədə tanışlığı olmamışdır. Xanım çölə çıxan xamın deyildi. Firdovsi ilə bir-iki dəfə qapının ağzında salamlaşmışlar, belə tanışlığı olmamışdır. Sonra xanım demişdir ki, “yox mənim yoldaşım qoymur”. Bir yerdə bayram şeyləri almışlar, sonra qaytarıb özümə vermişdir ki, “yox mən eliyə bilmərəm yoldaşım qoymur”. Ondan sonra uşağı xəstələnmiş daha heç bir əlaqələri olmamışdır. Onlarda çölə çıxan olmurdular. Uşağı xəstə olduğundan başı qarışmışdır. Sonra bir ay, ayyarım keçəndən sonra, təxminən dəqiq vaxtlar yadında deyil çünki o vaxtlar özünündə uşağı xəstə olmuş, salon getmiş və əlinin boynunun göyərdiyini görmüş, soruşmuş ki, sənə nə olub belə. Yoldaşının (ərinin) etdiyini emişdir. Sonra uşaqlarından da soruşmuşdur, ondan sonra görməmişdir xanımı. Əlaqəmiz olmamış, görməmişdir. Sonra bir-iki dəfə uşaqlarından soruşmuş ki, “mama necədi nə edir”, cavab vermişlər ki, “mama evdədi çıxmır çölə”. Salonlarıda bağlı olmuşdur. Keçəndə salonun qapısı bağlıdı görmüş, salonun işləmədiyini demişlər. Anası bir dəfə gəlib qapını döymüş, döymüş açmamışdır. Həmin vaxt işə gedirmiş səhər-səhəri, onu qapıda görmüş, nəsə halı pisləşdi deyən o, qapını açıb su-zad vermişdir. Onda bilmiş ki, mamasıdı heç o vaxta qədərdə görməmişdir onu. Sonra uşaqlarınanda soruşurmuş hərdən, birdə yayda eşitmiş ki, fövqəladə gəlib çıxarmışdır. O vaxta qədər çıxmamışlar çölə, qapı açılmamışdır. Çünki qapının üstündə quş yuva qurmuş, ordan nə qədər zir-zibil tökülmüş, soruşmuşdur ki, təmizlik, demişlər ki, xanım çıxmır çölə, ona görə çıxıb təmizləyə bilmir. Qapı-baca pis gündə olardı. Ən çox oğlu deyirdiki maması çıxmır çölə, Əli, Dəniz deyirdiki, mamasını papası qoymur çölə çıxmağa. Məhkəmə istintaqında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, uşaq vaxtından atasının anasın vurduğunu görmüşdür. Son illər isə daha çox artmış, son 4-5 ildə. İyun ayında atası anasına zəng vuraraq “sən cadugarlıq, baxıcılıqla məşğulsan salonu bağla” demişdir. Həmin vaxt qardaşı sudurqa keçirmişdir. O, həmin vaxt evdə olmasa da, evə gələndən sonra bu barədə öyrənmişdir. Həmin vaxtdan sonra anası salon tərəfdə qalmışdır. Ev tərəfə keçməyə isə atası sadəcə tualet, birdə yemək üçün ona zəng vurub soruşanda icazə vermişdir. İyun ayının əvvəlindən salonda qalmışdır ev tərəfə keçə bilməmişdir. Ancaq atasına zəng edib icazə alandan sonra keçə bilirmiş, oda onlar üçün yemək hazırlamaq lazım olanda, birdə tualetə getmək lazım olanda. Yay vaxtı olmuş gecə saat 3-4-də o, yuxudan oyanıb su içməyə getdiyi zaman atası onu kameradan görüb telefonuna zəng edərək telefonunu gedib anasına verməyi demişdir, anası isə həmin vaxtı salonda qalmışdır. O, gedib telefonu anasına vermiş telefonu verdikdən sonra atası başlamış anasını söyməyə, təhqir etməyə. Daha sonra o, yatağında uzanmağa getmiş, amma hələdə anasının ağlamaq səsi gəlmişdir. Atası hər iki həftədən bir evə gəlmiş, pul üstündə dava düşürdü evdə və vurmüş, söymüşdür. Evdə kamera olmuşdur. Arada vura-vura aparırmış salona, saçından dartmışdır. Evə bazarlıq lazım olanda həmişə onun şəkilini çəkib atmalı idilər, pul əskik gələndə evdə dava düşmüşdü, anasını döymüşdür, vurmuşdur, söymüşdür. Onu kameradan izləmiş, qoymamışdır ev tərəfə keçməyə ancaq salonda ona zülm vermişdir axır vaxtlar. Məhkəmə istintaqında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, atası anasını çırpmışdır. Hardasa bir il əvvəl anasını bir otaqda saxlamış, çıxmağa qoymamışdır. Ondan əvvəl oturduqları yerdə zəng etmişdir ki, “falçılıq edirsən bağla oranı”. Sonra o otaqdan çıxmağa qoymamış, yeməyi-falanda o, qardaşı ilə gətirib anasına vermişdir. Həmin otaqdada yatmış, ordada qalmışdır. O, uşaq vaxtı bir neçə il əvvəl Bakıda olanda yatmamış, qardaşı yatmışdır dava etmişlər qapının ağzında atası başı ilə anasının başından vurmuş baş yarılmışdır sonra getmişdir. Səhər durandada anasından soruşduq nə oldu demişdir ki, “tualetdə yıxılmışam başım dəyib yerə qanayıb”. Dava etmişlər, pul üstündə dava düşmüşdür döymüşdür anasını. Sonra bir dəfədə onlar başqa otaqda olmuşlar, yeməkdən sonra, səs eşitmilər, qışqırıq səsi anasının səsini eşitmişlər, atası boşqabı vurmuş anasının başına barmağı yarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, gecə yarı olmuş ona zəng gəlmişdir “əmi bizə gəl”. Oda tələsik turub getmişdir. Getib görmüşdür ki, alnı partlıyıb. Nə olduğunu soruşmuş, demiş ki, heçnə onu tez X13 aparsın alnı partlayıb. Nə olduğunu soruşmuş, yıxıldığını demişdir. Sonra o, onu X13 apardıqdan sonra bəlli olmuşdur ki, onu Firdovsi vurmuşdur. Evdən çıxanda demişdir ki, anavıda götürək, anasına deməməsini bildirmişdir. Bunlar ailəçilikdə nə qohuma sirrini verib, nədəki Firdovsinin qardaşı qızına qarşı evdə onu incidə, onu vura bir adamlarına belə bir sirr verməmişdir. Xəstəxanada yarasını tikmişlər evə gətirmişdir. Anasını gətirməsini demiş, lakin “anama demə olub bu” demişdir. Oda onu evində qoyub evinə getmişdir. Sonra maraqlanmış məlum olmuşdur ki, anasına deməyib nədi baş verdiyi ilə bağlı. “Dedi əmi daha olub keçib heçnə lazım deyil”. Haşıyədən kənar çıxaraq xahiş etmək istəyir ki, onları barışdırsınlar. Firdovsi pis olmayıb, onun qardaşı qızıda onları onun evinə gedəndə bəlkədə Firdovsidən icazə alıb evə buraxmışdır. Yəni bir dənə sirr o evdən çıxmayıb. O, keçən dəfə Firdovsiyədə başa salmış ki, ayıbdı, sənin həyat yoldaşındı demiş ki, “əmi mənə biraz vaxt ver”, qardaşı qızınada demiş, oda fikirləşəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirdi ki, Məlahət olmasaydı onun uşağı indi torpaq altındaydı. Varı-dövləti-mülkü Allah istədiyinə verir, istədiyindən alır o, ona görə gəlməmiş məhkəməyə, o, gəlmişdir ki, onun uşağı əgər o, onu xilas etməsəydi bu gün onun uşağı torpağın altında yatırdı. Ona insan demək olmaz ona məxluq deyir. Bu məxluqa o, qız vermirdi. Daha onun qapısı, pəncərəsi, divarları qalmadı sökmüş yerə qoymuş, nələr açmış başına. O, ona xarici pasport düzəltmiş xaricə qaçırtmaqdan ötrü. O, ona maşın almış, sürücülük vəsiqəsi almış, onun üçün həyatda hər şey etmişdir, övladı üçün. Amma bu məxluqdan qurtara bilməmişdir onu, mümkün olmamışdır. Bir tərəfdəndə görmüşdür ki, qızı onu qoyub Firdovsini eşitmişdir. Eybi yoxdu bəlkə xoşbəxt olarlar deyə razılaşmışdır. O, onun nə məxluq olduğunu, onun qapısına gələndə bilmiş, üç dəfə nişanını qaytarmış, dördüncü dəfə nişan etmişdir. Onun uşağına illərlə verdiyi işgəncəni, əzabı övladı ondan gizlətmişdir. Narahat olmasaydı onun övladı ölərdi. Məlahət ona zəng edib “sənin övladın neçə vaxtdı evdə həbsdi, saçlarını mən hörürəm yolanda əlində getməsin”. O, bir dəfə onu döyməsinin şahidi olmuşdur, evdə oturmuşlar qızı yoxa çıxmış, o, qalxıb ikinci mərtəbəyə (Binəqədi rayonunda) gedib görmüşdür ki, qızı uzadıb taxtın üstündə oturub bunun belində bunun saçlarını keçirib barmaqlarına dartıb boynu qatlanıb başı yapışıb belinin inçəsinə çırpır qızının başına, üzünə, nətəhər cummuşsa uşağı buraxmışdır. O, səhər evdən çıxıb işə gedəndən sonra o, qızı götürüb aparmışdır əmisi gilə uşağı xilas edin demişdir, evə aparsa xilas edə bilməyəckdir. Firdovsi gəlib onun mebellərini, qab-qacağını dağıtmış, qırıb tökmüşdür, 102-yə zəng etmiş, 102 gəlib onu maşına basıb aparmışlar, lakin qızı gedib orda Firdovsinin tərəfində durduğu üçün onu buraxmışlar çıxıb getmişlər. O, bu məxluqla bacara bilmir. Öz evinin əmlakını aparmış, arvadının qızıllarını aparmış, onun sənədlərini, qızıllarını, pullarını niyə aparmışdır. Nədən ötrü oğurluq eləmiş, nədən ötrü onun uşağını bu vəziyyətə qoymuşdur, nə idi onun günahı, onu döyüb o günə qoyub, niyə onun alnınıbaşını yarır, barmağını qırır, evdə həbs edir, niyə, nə səbəbə nədən ötrü nədi onun gübahı, günəş üzü görmür, 18-19 ildir o qız onun evindən gedəndən sonra bu günə qədər günəş üzü görməyib. İki uşaq böyüdüb, bütün sirrini gizlədib. Bir qadından ayırmış başqasına yapışmışdır. Hər şeyi keçmişdir çünki qızı keçirdi onun üçün o, keçməzdi. Dəniz deyilən uşağı hələdə o, müalicəyə aparır. O, anaya işgəncə zülüm verib, o uşaqlar elə gözlərinin yaşın tökür “nənə qurbanın olum bizi qutar ondan”. Məlahət ona zəng edib demişdir ki, “kül sənin ana başıva sənin qızın ölür, öləcək sənin qızın”. Onun qızına nə olur ölür demişdir. “Firdovsi onu döyür yaman günə qoyur aylarla gedir 10 günlərlə gedir 5 günnən gedir, gecələr gəlmir, onlar qarda, yağışda susuz qalırlar, mən istəmədim səni başasalam, sənə deyəm amma sənin qızın hal-hazırda həbsdədir, evin içində həbs edib” demişdir. O, isə “necə yəni bəs uşaqlar mənə niyə məlumat vermir, qız niyə mənə demir” demişdir. Məlahət isə “qız deyə bilər, qız ayrı otaqda qalır uşaqlar ayrı otaqda” demişdir. Gecə saat 4-də Bakıdan çıxmış saat altıya on beş dəqiqə işləmiş Masallıya çatmışdır. Arxa pıncərəni, qabaq pəncərəni döymüş, nə etmiş evdən səs çıxmamışdır. Nə nəvələri nədə qızı ona səs verməmişdir. Təzədən qayıtmış Bakıya Firdovsinin anasına zəng vurmuş demişki “necə olur mənim qızım hardadı niyə həbsdədi”, anası evdədi demişdir. O cavabında “nətəhər evdədi mən o qapıdan keçəndə qapıdan su axırdı” demişdir. Qardaşına zəng vurmuş qardaşı demişdir ki “biz gedib yoxluyuruq. Firdovsi getmir ora, Firdovsi ondan ayrılır”. Demə qardaşı anası qızının vəziyyətini bilirmişlər, onun ölməsini istəyirmişlər, buna şərait yaradırmışlar. Heç kim heç kimi məcburi saxlaya bilməz, ver məhkəməyə boşan. Yoxsa ana, bala, qardaş qızı evin içində zindan edirsiz, həbs saxlayır, ölümə məhkum edir, lütüryan saxlayır, beşdənə kamera içində. Hara gedir kameralar çəkir. Fövqəladə Hallar Nazirliyinin məktubuda var. Düz 7 dəfə hər 3-5 gündən bir gəlib getmiş, nə öz səsin eşitmiş, nə balalarının səsin eşitmişdir. Sonra zəng edib Firdovsinin anasına demiş “o qız evdə həbsdi, nə qapıya gəlir, nə pencərəyə gəlir”. Fatma onun ağlamağına çıxıb görmüş ki, pilləkəndə oturmuş ağlayır, onu aparıb evinə ona su vermişdir. Xədicə gəlmiş ona yardım etmişlər. Firdovsinin anasına demişdir ki, “mən gedirəm Masallıya onu verəcəm polisə başqa çarəsi yoxdu”. Anası demiş ki, “sən burda qalma sən get Firdovsi onu öldürəcək, mən Firdovsiyə deyirəm gedim gəlinin yanında qalım Firdovsi deyir mən o qadını öldürəcəyəm sən onun yanında qalma, o qadını evə öldürmək üçün həbs eləmişəm, sənin qızını öldürəcək get qanunları bilirsən, hər şeyi tədbir görməyi bilirsən, nə tədbir lazımdı get mənim oğlumun barəsində gör mən oğlumla bacarmadım, get qızıvı xilas elə”. Bakıdan yenə gecə çıxmış səhər-səhəri saat 9-da Masallıya gəlib çatmışdır. Çöldən işıqları, kameraları söndürmüşdür. İşıq sönəndə kameralar sönür. Qapını döyür, deyir Dəniz gəl qapını aç, Şəhla gəl qapını aç, heç biri gəlmir. Sonra Dəniz gəlmiş qapıya demiş ki, “get ananı çağır, kamera çəkmir qorxmayın, mən gəlmişəm polisləri bura tökməyə, kamera sönüydü”. Şəhla qapıya gəlmiş aç qapını demişdir, Şəhla qapını açmamış oda DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəla ibtidai istintaqdan başlamaq istəyir, orda onun hüquqları kobud şəkildə pozulmuşdur. Çünki müstəntiq onu çox şeydə aldatmışdır. Müstəntiq demişdir ki, səsyazma olacaq, üzləşmə zamanı səsyazmadan istifadə edəcək, üzləşmə zamanı səsyazmanı qoşmuş, amma sonra o, tələb etdiyi zaman ona təqdim etməmişdir. Çünki orda ziddiyyətlər çox olmuş, uşaqların ifadələrində fərqlilik olmuş, anası dəfələrlə müdaxilə etmiş, halbuki, bu qanun pozuntusudur, icazə yoxdu anası üzləşmə zamanı müdaxilə eləsin, dəfələrlə gəlib müdaxilə etmişdir. Heç müstəntiq ona bir söz deməmidir. Ona görə o, keçən məhkəmə iclasında demişdir ki, müstəntiq gəlsin, amma qəbul olunmamışdır. Uşaqlar orda tamam başqa-başqa şeylərdən danışmışdır, birinin dediyini digəri təqzib etmişdir, oda ziddiyyət yaradırdı arada. Həmin görüntülər ona lazım idi, çünki onun müdafiəsi üçün əsasdır. Telefonla bağlı müstəntiq demiş ki, ayın 27-də o, burda olmuşdur. Demişdir ki, “bilmirəm, yadımda deyil”. Çünki o, həmin vaxtlar ayda 3-4 dəfə evə gəlib-getmiş, uşaqlara baş çəkmişdir. Müstəntiq demiş ki, “mən telefona anten məlumatlarından baxmışam sən ayın 27 burda olmusan”. Oda mediasiyaya sənəd vermiş, gedib orda tarixə baxmış, görmüş ki, ayın 26-sı yazılıb, elə bilmiş ki, yəqin 26-sı demişdir, “ola bilər 27 olum bilmirəm, çünki yadımda deyil” demişdir. Müstəntiq ordada onu aldatmış, “sən ayın 27 burda olmusan antendən görürəm” demişdir. Lakin məlumatları ona təqdim etməmişdir. Guya antena yoxlamlar o, burda olmuşdur. Sənədləridə gətirib “sənin dediklərini yazmışam, burda artıq heçnə yoxdu” demişdir. O, “dəqiq burda heçnə yoxdu, oxumağa ehtiyac varsa oxuyum” demişdir. Müstəntiq isə “oxumağa ehtiyac yoxdu, narahat olma, sən dediklərindi qol çək” demişdir. Yenə onu aldatmış, sənədlərə imza etdirmişdir müstəntiq Əli Şiriyev. Epizodlara gələndə Şəlalə hamamda yıxıldığı gündən bir neçə vaxt əvvəl onlar dalaşmışlar, həmin vaxt küsülü olmuşlar. Şəlalə hamamda yıxılıb başı partlıyıb, həmin vaxtı o, evdə olmamışdır. Deyir nişanlandığı vaxtdan zülm verir, adama deyərlər zülm verirdi niyə evlənmisən. İkincisi zülm vermişdir, indiyədək onların ailəsində problemlər olmuşdur. O, bu qədər evlər almış Şəlalənin adına keçirmiş, qaynanasının adına keçirmiş, etibarnamə vermiş keçirmişlər. Bunlar əslində hamısı mülkiyyət üstündə qurulan bir oyundur. Çünki əgər o pis idisə niyə bu vaxtadək gözləmişlər, bu vaxtadək polisə verməmişlər o, boşanma ilə bağlı mediasiyaya sənəd verən vaxtı bunlar başlamışlar bu haqq-hesabları çıxarmağa. Aydın məsələdi ki, bu mülkiyyət üstündə qurulan bir şeylərdir. Pis insandır niyə vermir boşanmağa, versin boşansında, niyə o, müraciət etmiş boşanmağa çünki canını qutarmaq istəyir ondan. Uşaqlara gəldikdə biri deyirki alnı partlayan zaman evdə olublar, izahatında gah evdə olmayıblar, biri deyirki oyaq olmuş görmüş o biri deyirki o, yatmışdır. Dava-dalaş düşən evdə ocür səs-küylə insan necə yata bilər, necə oyana bilməz ikisidə. Bunlar hamısı qərəzli şeylərdir. Barmağının kəsilməsi məsələsinə gəldikdə uşaqlardan keçən dəfə ifadə alırlar uşaqlar deyirlərki “biz görmədik”. Amma Əli danışanda deyirki boşqab atdı əlini qaldırdı əlinə dəydi. Sən görmədiyin şeyi nətəhər deyirsən, deməli bunlar hamısı öyrədilmə bir şeydidə. Uşaqlar atıq nə onun telefonlarına, nə mesajlarına cavab verirlər. Nətəhər öyrədiblərsə, nətəhər hədə-qurxu gəliblərsə uşaq götürmür onun telefonlarını. Həmin vaxtı Şəlalə boşqab yumuş bilmədin cəld işlədinə görə nədisə birdən dəymiş, birdə ona göstərmiş ki, “bax gör barmağım kəsilib”. Boşqab iki yerə bölünüb lezva kimi onun barmağını kəsmişdir. Həmin vaxt onu o, özü aparmışdır həkimə. İndi onuda atır boynunaki guya “sən eləmisən”. Sonra 27-si məsələsi 27-si dəqiq yadında deyilki o, orda olmuş ya olmamışdır. Onu aldadıb hamısına imza etdirmişlər. Ona görə o, X8 qədər şikayət etmişdir. Orda yazırki 27-si o, Şəlaləyə xəsarət yetirmişdir. Anası zəng edib 5 avqustdakı onun qızı 5 avqustda döyüb, 6 avqustda döyüb. Ziddiyyətlər çoxdu bu məsələlərdə. Aydın məsələdiki bunlar hamısı yalandı, qurama oyundu, yəni onların onu etdikləri ittihamın heç birini qəbul eləmir, heç birindədə özünü günahkar bilmir. Hayıf onun həyatındanki o, bu cür insanı alıb özünə həyat yoldaşı eləmişdir. Ailəsini atmamaq üçün o, ərizə yazıb işdən çıxmışdır. Adamı döyürlər, döyülən vaxt həmin adam gedib xəstəxanaya müraciət edərdə, Şəlalə döyüldüyünü dediyi gündən 10 gün keçib gedib həkimə müraciət etmişdir. Niyə, məqsəd nədir, niyə döyülən vaxt müraciət etmir. Bunlar hamısı planlanmış şəkildə ona qarşı qurulan oyundur. Müdafiəçisinin fikirləri ilə razıdır. Yazılı şəkildə son sözünü məhkəməyə təqdim edir və iş materiallarına əlavə olunmasını, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X16inin canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 726 saylı rəyin nəticə hissəsindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sol dirsək və sağ və sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı, sağ saidin yuxarı 1/3 hissəsinin sıyrığı, alın nahiyəsinin əzilmiş yarası və sağ əlin İ barmağının əsas falanqa nahiyəsinin kəsilmiş yarası müəyyən olundu. Sol dirsək və sağ və sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı, sağ saidin yuxarı 1/3 hissəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir. Sol dirsək və sağ və sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ saidin yuxarı 1/3 hissəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Alın nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 11 iyun 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ əlin İ barmağının əsas falanqa nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 17 fevral 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 X14 X16inin xx.xx.2024-cü il tarixli 18-1-2/2-4269/2024 saylı və xx.xx.2024-cü il tarixli 18-1-2/2- 5200/2024 saylı məktublarından görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 06:54-də 3 saylı X15 Stansiya Briqadasının müşayəti ilə X10 gətirilmişdir. Xəstənin dediyinə görə hamamda yıxılaraq xəsarət almışdır. Xəstənin yaraları birincili cərrahi işləndi, aseptik sarğı qoyuldu. Diaqnoz – Alın nahiyəsinin əzilmiş-cırılmış yarası. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayonu 45 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - 06.01.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə elan edilmiş yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin tərkib əlamətləri olmadığından ona həmin maddə ilə ittiham elan edilməmişdir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə elan edilmiş yenidən ittihamda göstərilən sağlamlığa yüngül zərər vurulması həmin maddə ilə tam əhatə olunduğundan ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilməmişdir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığına görə rədd edilmişdir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 145-ci maddəsi ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığına görə rədd edilmişdir. iş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığına görə rədd edilmişdir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən Şahid7 barəsində Azərbaycan Respublikası CM-in 157-ci maddəsi ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığına görə rədd edilmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Masallı Rayon Dövlət X2 20 iyun 2025-ci il tarixli 3-18-223/2-93/2025 saylı məktubundan görünür ki, 06 avqust 2024-cü il tarixdə saat 12:28-də hissənin rabitə məntəqəsinə zəng olunaraq Masallı şəhər Qarabağ küçəsi 36 saylı evin 11 nömrəli mənzildə yaşayan Zərərçəkmiş şəxs bağlı qapı arxasında qalması barədə məlumat daxil olmuş və qeyd edilən ünvanda çatdıqdan sonra bir nəfər mülki vətəndaş yaxınlaşaraq açar vasitəsi ilə qapını açmışdır. Masallı rayon Dövlət X2 xilasediciləri tərəfindən heç bir əməliyyat işi aparılmamış və çağırış yalnış hesab edildiyindən heç bir sənədləşdirmə işləri aparılmamışdır. Yuxarıda qeyd edilən məsələ ilə bağlı Masallı rayon X7 Hissəsinə Masallı rayon Polis şöbəsindən və Masallı rayon Prokurorluğundan hər hansı bir sorğu daxil olmamışdır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X9nin 07 may 2025-ci il tarixli, 3-18-37/2-321/2025 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs yaşadığı Masallı şəhəri Qarabağ küçəsində yerləşən 36 saylı evin, 11 saylı mənzilindən çıxarılması ilə bağlı X9 tərəfindən heç bir əməliyyat tədbiri keçirilməmişdir. - məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş CD disk yararsız olduğundan məhkəmə iclasında tədqiqi mümkün olmamışdır. Lakin CD diski müşayət edən məktubdan görünür ki, ********* saylı nömrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, saat 01:20-dək “Aktiv” statusda olub, xx.xx.2024-cü il tarixində, saat 01:20-də “Birtərəfli bağlı” statusa keçib, xx.xx.2024-cü il tarixində, saat 20:34-də “Aktiv” statusa keçib və xx.xx.2025-ci il tarixinidək “Aktiv” statusda olub. - məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş CD disk məhkəmə iclasında tədqiq olunarkən müəyyən edilmişdir ki, **********9099 mobil telefon nöməsi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 12:42:41də 14 saniyə danışıq olunmuşdur. - məlumatların götürülməsi ilə bağlı Nar Mobile "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş CD disk məhkəmə iclasında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:11:53-də, 17:20:03-də, 17:22:56-da Masallı rayonu, Viləş çayının kənarı, rayon rabitə qovşağının hasarının yanı anten dairəsində və xx.xx.2024-cü il tarixdə saat 17:31:05-də Masallı rayonu, Seybətin kəndi anten dairəsində olmuşdur. Həmçinin müşayət məktubdan qeyd edilmişdir ki, ********** saylı mobil nömrə xx.xx.2024-cü il tarixindən saat 03:02-dən birtərəfli bağlı, xx.xx.2024-cü il tarixindən saat 03:00-dan ikitərəfli bağlıdır. Nömrə ikitərəfli bağlı olduğundan xx.xx.2024-cü il tarixindən təkrar satışa çıxarılaraq yeni abunəçi tərəfindən aktivləşdirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Nar Mobile "xxxx" MMC tərəfindən təqdim edilmiş CD disk baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2024-cü ilin Yanvar, Fevral, Mart, Aprel, May, İyun və İyul aylarının müxtəlif tarixlərində və saatlarda Masallı rayonu, Viləş çayının kənarı, rayon rabitə qovşağının hasarının yanı, Masallı rayonu, Kürdəbaz kəndi, Masallı rayonu, Ərkivan kəndi, Masallı şəhəri, Şəhriyar küçəsi 3, "xxxx" MMC-yə məxsus ərazidə, qeyri-yaşayıs binasının damı, Masallı rayonu, Qəriblər kəndi, Masallı rayonu, Ağakişibəyli kəndi, Masallı rayonu, Mollahəsənli kəndi, Masallı rayonu, Qızılavar kəndi, Masallı rayonu, Təzə Alvadı kəndi, Masallı rayonu, Dadva kəndi, Masallı rayonu, Boradigah kəndi, Masallı rayonu, Qızılağac kəndi və Masallı rayonu, Gəyəçöl kəndi, Bakı Astara magistral yolu ANTEN dairələrində olmuş, ən çoxda Masallı rayonu, Seybətin kəndi və Masallı rayonu, Viləş çayının kənarı, rayon rabitə qovşağının hasarının yanı ANTEN dairələrində olmuşdur. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16 "Respublika Təcili və X4 Mərkəzi" X16 tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinə ünvanlanmış 31 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən X1 adına xx.xx.2020-ci il tarixində Bakı Şəhər Təcili və X4 Stansiyasına çağırış daxil olması barədə məlumatı verə bilmirik. - “Bioloji Təbabət” X6 tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinə ünvanlanmış 12 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs Mirhüseyin qızına aid xx.xx.2021-ci il tarixində klinikanın informasiya sistemində heç bir məlumat tapılmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə icrası zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmiş və həmin cinayət əməlini törətməsi məhkəmə iclasında çoxsaylı mötəbər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi məhkəmə iclasında araşdırılmış sübutlarla, məhkəmə iclasında dindirilmiş şəxslər - zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla təkzib olunur. Onun verdiyi ifadəsi səmimilikdən uzaq, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə müdafiəçinin müdafiəsini həyata keçirdiyi şəxsin ittiham olunduğu ittihamın və şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi, qeyd edilən ittiham və həmin ittiham üzrə qeyd olunan baş vermiş hadisələrin cinayət hadisəsi olması və onların təqsirləndirilən şəxs tərəfindən törədilməsinin nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməyi, cinayət tərkibinin əlamətlərinin olmadığı, əməlində cinayət tərkibi olmaması və ona bəraət verilməsi ilə əlaqədar mövqeyi ilə ümumiyyətlə razılaşmır və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin qanunsuz olaraq azadlıq hüququnun məhdudlaşdırılaraq onun həmin hüquqdan məhrum edilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə həmin əsaslarla ittiham elan olunması ilə bağlı cinayət işinin məhkəmə baxışından çıxarılaraq ibtidai istintaqı həyata keçirən prokurora geri qaytarılması ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasındakı çıxışı ilə bağlı qeyd edir ki, qeyd olunan xüsusat təmin oluna bilməz. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında ifadə verdiyi zaman zərərçəkmiş şəxsə vermiş olduğu sualına cavab olaraq zərərçəkmiş şəxs qeyd etmişdir ki, “Fövqəladə Halların əməkdaşları dedilər ki, 3-ə qədər sayırıq ya qapını açırsan, yada qapı sındırılacaq, ondan sonra biz qapını açdıq, onunlada mən o evdən çıxdım ərizə və izahat verdim”. Eləcədə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin yaşadığı mənzilin qapısı təqsirləndirilən şəxs tərəfindən bağlanılmamışdır, mənzilin qapısının açarları zərərçəkmiş şəxs və onunla birgə yaşayan övladlarında olmuşdur, övladları sərbəst olaraq mənzildən çıxıb və mənzilə qayıda bilmişlər. Eləcədə yaşadıqları mənzildə zərərçəkmiş şəxsin işlətdiyi gözəllik salonu olmuşdur ki, həmin salonunda küçəyə açılan qapısı olmuşdur. Buda onu göstərir ki, zərərçəkmiş şəxs istənilən vaxt mənzildən çıxa bilərdi və istədiyi zaman hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Həmçinin zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində və ona verilmiş suallara cavabında qeyd etmişdir ki, o, çöl-bayır qadını olmamış, ev qadını olmuş, təqsirləndirilən şəxs olan ərini sevərək onunla evlənmişdir. Eləcədə əri tərəfindən döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməməsi ilə bağlı isə “ailəmin dağılmasını istəmədim, polis əməkdaşları ilə üz-üzə oturmaq istəmədim, yad kişilərlə göz-gözə gəlmək istəmədim, abrımı yad kişilərin qabağında itirmək istəmədim, balalarım sabah böyüyəndə anam polis idarələrini gəzirdi demələrini istəmədim, mənim anam atamı tutdururdu demələrini istəmədim, övladlarım böyüyəndə o sualın balalarıma verilməyini istəmədim” sözlərini qeyd etmişdir. Bütün bunlar sübut edir ki, zərərçəkmiş şəxsin qanunsuz olaraq azadlıq hüquqları məhdudlaşdırılmamış və o, bu hüquqdan məhrum edilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhiükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektinin insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 10000 (on min) manat mənəvi ziyanın və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçı maddi, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 1000 (bir min) manat tutulması ağlabatan və ədalətlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərcəri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs mənəvi zərərə görə 1000 (bir min) manat və dövlət rüsumuna görə 30 manat tutularaq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar