Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-35/2025 17.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə İdarənin şöbə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X7 və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli-himayəsində iki azyalı uşağı olan, Masallı şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Masallı şəhəri S.Məmmədov küçəsi ev 49-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə, xx.xx.1954-cü ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 31, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Masallı şəhər, 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək əvvəllər tanımadığı Bakı şəhər Nizami rayonu B.Nuriyev küçəsi ev 46, mənzil 126-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs arvadı Şahid1 1800 manat pulun müqabilində Masallı şəhər 1 nömrəli tam orta məktəbinə texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra Südabə Məmmədovanın xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Masallı şəhəri C.Cabbarlı küçəsi ev 31, mənzil 39-da yerləşən evdə Zərərçəkmiş şəxs aldığı 1800 manat pulun 1200 manatını xx.xx.2024-cü il tarixdə həmin ünvanda Südabə Məmmədovadan alaraq öz şəxsi təlabatlarına sərf etməklə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X1 şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək əvvəllər tanıdığı Bakı şəhər Nizami rayonu B.Nuriyev küçəsi ev 46, mənzil 126-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs arvadı Şahid1 Təqsirləndirilən şəxs1 vasitəsilə 1800 manat pulun müqabilində Masallı şəhər 1 nömrəli tam orta məktəbinə texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı şəhəri C.Cabbarlı küçəsi ev 31, mənzil 39-da yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs 1800 manat pulu alıb 600 manatını öz təlabatlarına sərf edərək 1200 manatını xx.xx.2024-cü il tarixdə həmin ünvanda Təqsirləndirilən şəxs1 verməklə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2012-ci ildən hazırki vaxtadək Masallı şəhəri 1 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. X4 təxminən 15 ildir rayon sakini kimi tanıyır, ona qarşı heç bir ədavəti olmamışdır. Böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün müalicəsinə pul lazım olmuşdur. 2024-cü ilin mart ayının ortalarında Südabə ona zəng edib adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi bir qohumu olduğunu və arvadı Şahid1 işə düzəltmək üçün pul vermək istədiyini bildirmişdir. O, həmin vaxt pula ehtiyacı olduğundan X12 işə düzəltmək adı ilə ondan pul almasını, pulu aralarında bölməyi təklif etmişdir. Südabə ona həmin adamla danışıb xəbər edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Südabə ona zəng edərək qohumu olan Zərərçəkmiş şəxslə danışıb razılaşdığını və həmin şəxsin arvadı Əfruzənin Masallı şəhər 1 nömrəli tam orta məktəbinə texniki işçi kimi işə düzəldəcəyi adı ilə 1800 manat pulunu aldığını demişdir. Südabə alınmış pulun 600 manatını özünə götürəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Südabə ilə görüşüb, avtomobilinin içərisində ondan 1200 manat pul almış, 600 manatı isə Südabə özü götürmüşdür. Bundan sonra pulu vermiş Zərərçəkmiş şəxs inandırmaq üçün "xxxx" tərəfindən verilmiş adsız “debet” plastik kartını ona çatdırmaq üçün Südabəyə vermiş, hər ay karta 300 manat pulun köçürüləcəyini demişdir. Bundan sonra Pərvizi inandırmaq üçün xx.xx.2024-cü il tarixdə Pərvizə verdiyi plastik karta əvvəlcə 120 manat, 13 iyun 2024-cü il tarixdə 290 manat və 16 iyul 2024-cü il tarixdə isə yenə 290 manat olmaqla, ümumilikdə 700 manat pul göndərmişdir. Aldığı pulun qalan hissəsini isə öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona telefonla zəng edərək karta hansı səbəbdən pul köçürülmədiyini bildirdikdə, o, verdiyi vədi yerinə yetirmədiyini etiraf etmiş, həmin vaxt ona aydın olmuşdur ki, Südabə Pərvizi aldadaraq aldığı 1800 manat pulun hamısını ona verilməsi ilə bağlı Pərvizə yalan məlumat vermişdir. O, 1800 manat pul aldıqlarını, həmin puldan 1200 manat özünün, 600 manatının isə Südabə Məmmədova tərəfindən götürüldüyünü, ibtidai istintaq zamanı həmin puldan 700 manatı ödədiyini, məhkəmə istintaqı dövründə isə özünün payına düşən hissədə 500 manatı tam şəkildə geri qaytardığını, əməlindən səmimi peşman olduğunu, həmçinin vurulmuş ziyan məbləğinin ona münasibətdə 25%-i dövlət büdcəsinə ödədiyini bildirib barəsində cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam veriməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə hazırki ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə münasibəti aydınlaşdırılarkən bildirmişdir ki, ibtidai istintaq zamanı törətdiyi cinayət əməlinə görə qorxduğundan və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək dələduzluq cinayət əməlini törətməməsi barədə ifadə vermişdir. Lakin, məhkəmə iclasında vediyi ifadəsi tam həqiqəti əks etdirir, törətdiyi əməldən səmimi peşmandır, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı şəhəri C.Cabbarlı küçəsi ev 31, mənzil 39da qardaşı Şahid2 ilə birlikdə yaşayır. Masallı şəhər 1 saylı tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən Masallı şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 15 ildir tanıyır və ona qarşı heç bir ədavəti olmamışdır. Onun Təqsirləndirilən şəxs1la tanışlıq münasibətinin olduğunu qohumu Şahid1 məlumatı olduğundan təxminən 2023-cü ilin payız aylarında dəqiq xatırlamadığı gündə Əfruzə onunla telefon əlaqəsi saxlayaraq Masallı şəhəri 1 saylı tam orta məktəbdə işə düzəlmək istədiyini, həmin məktəbdə təsərrüfat müdiri işləyən Təqsirləndirilən şəxs1 tanışının olduğunu eşitdiyini və onun vasitəsilə məktəbə texniki işçi kimi işə düzəlməyində köməklik etməyini xahiş etmişdir. O, həmin vaxt pula ehtiyacı olduğundan tanışının pulunu ələ keçirmək üçün Təqsirləndirilən şəxs1 zəng edərək tanışının işə düzəlməsi üçün ondan xahiş etdiyini və pul vermək istədiyini demişdir. Mirzamin həmin vaxt özünün də pula ehtiyacının olduğunu, tanışından pulu almasının və aralarında bölmələrini təklif etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində tanışı Pərvizlə yaşadığı evin həyətində görüşüb 1800 manat pulu ondan almış, Mirzaminin onun arvadını işə düzəldəcəyinə dair vədlər vermişdir. Mirzaminin texniki işçiləri məktəbə işə götürmək üçün hər hansı səlahiyyətinin olmadığını bilməsinə baxmayaraq, pula ehtiyacı olduğundan tanışını aldatmaq niyyəti ilə hərəkət etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Mirzaminlə görüşüb 1200 manatı Mirzaminə vermiş, 600 manatını isə özünə götürmüşdür. Bundan bir neçə gün sonra Mirzamin ona “Kapital banka” aid “debet” plastik kartını verərək həmin plastik kartı Pərvizə verməyini, Pərvizin həmin plastik kartı “birbank” tətbiqi vasitəsilə öz adına keçirməsini, maaş kartı kimi ona təqdim etməsini, arabir aldığı puldan bir qismini guya maaş kimi həmin karta yükləyəcəyini, bununla da vaxt qazanacaqlarını ona demişdir. Bundan sonra o, Pərvizlə əlaqə saxlayıb ona plastik kartı göndərmişdir. Sonradan Pərviz aldadıldığını başa düşdüyü üçün onların hər ikisindən şikayət etmişdir. O, hazırda məhkəmə istintaqı zamanı zərərəçəkmiş şəxsə aldığı 600 manatı qaytardığını, əməlindən səmimi peşman olduğunu, həmçinin vurulmuş ziyan məbləğinin ona münasibətdə 25%-nin dövlət büdcəsinə ödədiyini bildirib barəsində cinayət təqibi üzrə icraata xitam verilməsni xahiş etmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasında ziddiyyət yarandığında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə münasibəti aydınlaşdırılarkən bildirmişdir ki, ibtiadi istintaq zamanı törətdiyi cinayət əməlinə görə qorxduğundan və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək dələduzluq cinayət əməlini törətməməsi barədə ifadə vermişdir. Məhkəmə iclasında vediyi ifadəsi tam həqiqəti əks etdirir, törətdiyi əməldən səmimi peşmandır, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 arvadıdır və o, orta ixtisas təhsilli olduğu üçün Bakı şəhərində özünə uyğun iş tapıb işləmək istəmişdir. 2024-cü ilin mart ayının ortalarında Əfruzə yaşadıqları evdə ona uzaq qohumu olan Masallı şəhər sakini X3 zəng edərək ona 1800 manat pulun müqabilində işləmək üçün tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə Masallı şəhəri 1 saylı tam orta məktəbində texniki işçi kimi işə düzəldə biləcəyini dediyini bildirmişdir. Əfruzəyə Südabə uzaq qohumu olsa da, lakin indi heç kimə etibar olmadığını və iş tapmaq üçün bir müddət gözləməyini demişdir. Bundan təxminən 4-5 gün sonra Südabə Məmmədova yenidən Əfruzə ilə telefon əlaqəsi saxlayıb işə düzəlmək istəyib-sitəməməsi barədə ona yekun cavab verməsini bildirmişdir. Əfruzənin işə düzəlməsi barədə özü Südabə ilə üzbəüz görüşüb söhbət etmək üçün Əfruzə ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhərindən Südabənin Masallı şəhərində yerləşən yaşadığı evə gəlmişdir və hər ehtimala görə özü ilə 1800 manat pul götürmüşdür. Evdə Südabə ilə görüşüb söhbət etməyə başlamışdır və söhbət zamanı Südabə qardaşı Tarıverdinin yanında ona 1800 manat pulun müqabilində Masallı şəhəri 1 saylı tam orta məktəbin təsərrüfat müdri vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə arvadı Şahid1 bir aya həmin orta məktəbdə texniki işçi kimi işə düzəldə biləcəyini, Əfruzənin həmin işə görə ayda təxminən 300 manat maaş alacağını, Bakı şəhərdə yaşamasını nəzərə alıb ayda 2-3 dəfə məktəbə gəlib-gedəcəyni, əvvəllər də həmin məktəbə başqa şəxsləri işə düzəltdiyini və heç bir problemlə üzləşmədiyini demişdir. O, Südabə Məmmədovanın dediklərinə inanıb ona etibar etdiyi üçün həmin vaxtı arvadı Əfruzəni qeyd olunan məktəbdə işə düzəltməkdən ötrü üzərində olan 1800 manat pulu cibindən çıxardıb sayaraq Südabəyə vermişdir, sonra sağollaşıb yaşadığı evə geri qayıtmışdır. Bundan bir neçə gün sonra Südabə ona “Kapital banka” aid adsız “debet” plastik kartını göndərərək həmin kartı Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini, Əfruzənin məktəbdə işə düzəldiyini və onun həmin kart vasitəsilə maaş alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə əvvəlcə 120 manat, 13 iyun 2024-cü il tarixdə 290 manat və 16 iyul 2024-cü il tarixdə isə yenə 290 manat olmaqla ümumilikdə 700 manat pulu həmin plastik karta Əfruzənin aylıq maaşı kimi göndərmişdir və o həmin pulları özünə məxsus “Birbank” plastik kartına köçürdərək Bakı şəhərində nağdlaşdırmışdır. 2024-cü ilin avqust ayının ortalarında Əfruzənin maaş almadığını görüb Südabənin mobil telefonuna zəng edib ona nə üçün Əfruzənin maaşının dayandığını demişdir. Südabə ona bununla əlaqədar heç nə bilmədiyini, Mirzaminlə danışıb səbəbini öyrənməyini bildirmişdir. Buna görə də o, həmin vaxtı Südabədən Mirzaminin mobil nömrəsini alıb onunla telefonda danışmışdır. Danışıq zamanı Mirzaminə arvadı Əfruzəni işlədiyi məktəbdə texniki işçi kimi işə düzəltməsi üçün Südabə Məmmədovaya 1800 manat pul verdiyini və Əfruzə üç ay maaş aldıqdan sonra nə üçün avqust ayında maaş almadığını demişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 ona Əfruzəni işlədiyi Masallı şəhəri 1 saylı tam orta məktəbə qeyri-qanuni yolla texniki işçi kimi işə götürdüyü üçün hazırda ona maaş verə bilmədiyini, bununla əlaqədar Südabə Məmmədovanın ondan aldığı 1800 manat puldan ona cəmi 1100 manat verdiyini, qalan 700 manatı Südabənin özünə götürdüyünü və öhtəsinə düşən 400 manat pulunu tapıb qaytaracağını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Südabə və Mirzamin birlikdə onu aldadıb 1800 manat pulunu ələ keçirmişdir. Həmin vaxtdan sonra o, Südabə və Mirzamindən qalan pulunu geri qaytarmalarını tələb etsə də, həmin şəxslər pulunu geri qaytarmayıb telefon zənglərinə cavab verməmişdirlər. Buna görə də o, məcbur olub xx.xx.2024-cü il tarixdə əvvəlcə DİN-nin 102 xidmətinə zəng, daha sonra isə xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə gəlib ərizə yazıb şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 və Südabə Məmmədova 1800 manat maddi ziyanı tam şəkildə geri qaytarmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 ilə barışmış, onlara qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun qızıdır və təxminən bir il əvvəl Zərərçəkmiş şəxslə ailə həyatı quraraq Bakı şəhərində yaşamağa başlamışdır. Əfruzə orta ixtisas təhsilli olduğu üçün özünə uyğun iş tapıb işləmək istəyirmiş və bu barədə yaxın qohum-tanışlara bildirmişdir. 2024-cü ilin mart ayının sonlarında qızı Əfruzə ona uzaq qohumumları olan Masallı şəhər sakini X3 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə onu 1800 manat pulun müqabilində Masallı şəhəri 1 saylı tam orta məktəbində texniki işçi kimi işə düzəltməkdən ötrü əri Pərvizdən həmin miqdarda pul aldığını bildirmişdir. Bundan bir müddət sonra Əfruzənin artıq həmin məktəbdə işə düzəldiyini, buna görə də Südabənin ona maaş alması üçün plastik kartda verdiyini və 2024-cü ilin may-iyul aylarında Əfruzənin 3 dəfə maaş aldığını eşitmişdir. 2024-cü ilin avqust ayında Əfruzə ona maaşının dayandırıldığını, Südabə ilə Mirzaminin birləşib onu və əri Pərvizi aldatdığını, məktəbə rəsmi işə götürülmədiyini və işə düzəlmək üçün verdikləri pulu geri almağa çalışdıqlarını demişdir. Südabə Məmmədova və Təqsirləndirilən şəxs1la arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Südabənin qardaşı Şahid2 heç vaxt Çaxırlı kəndində yerləşən yaşadığı evə gəlib ondan Əfruzənin işə düzəlməsindən ötrü əlavə olaraq 50 manat pul almamışdır. Tarıverdi bacısı Südabənin günahsız olduğunu sübut etməkdən ötrü özündən belə şeylər uydurmuşdur. Südabə Məmmədova özü qızı Şahid1 Təqsirləndirilən şəxs1la birlikdə məktəbə işə düzəltməsi üçün kürəkəni Zərərçəkmiş şəxs aldadıb ondan xx.xx.2024-cü il tarixdə Masallı şəhərində yerləşən yaşadığı evdə 1800 manat pul almışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, orta ixtisas təhsillidir və buna görə də özünə uyğun iş tapıb işləmək istəyirmiş. İşləmək istədiyini yaxın qohumlarına və tanışlarına bildirmişdir. 2024-cü ilin mart ayının ortalarında uzaq qohumu olan Masallı şəhər sakini X7 istifadəsində olan mobil telefonuna zəng edərək ona işləmək istəməyi barədə eşitdiyini və onu 1800 manat pulun müqabilində Masallı şəhəri 1 saylı tam orta məktəbində texniki işçi kimi işə düzəldə biləcəyini demişdir. O, Südabəyə Bakı şəhərində yaşadığı üçün özünə Bakıda iş axtardığını demişdir. Südabə ona Bakı şəhərində yaşasa da, 1 saylı məktəbə işə düzəldəcəyi təqdirdə ayda bir-iki dəfə məktəbə gəlib-gedəcəyini bildirmişdir. Bundan sonra o, Südabədən həmin məktəbə onu kimin vasitəsilə düzəldəcəyi barədə soruşduqda, ona həmin məktəbdə Təqsirləndirilən şəxs1 adlı şəxsin təsərrüfat müdri işlədiyini, onunla yaxın münasibətinin olduğunu və həmin şəxsin köməkliyi ilə onu məktəbə düzəldəcəyini bildirmişdir. Südabə uzaq qohumu olsa da, həmin vaxtı ona inanmaq istəməmişdir və düşünmək üçün vaxt verməyini demişdir. Həmin günü bu barədə o evdə əri Zərərçəkmiş şəxs danışmışdır, Pərviz ona Südabənin uzaq qohumları olduğunu desə də, lakin indi heç kimə etibar olunmadığını və gözləməyini bildirmişdir. Bundan təxminən 4-5 gün sonra Südabə yenidən onunla telefonla əlaqə saxlayıb işə düzəlməyi barədə qərara gəlibgəlmədiyini soruşmuşdur, o Südabəyə əri Pərvizlə qısa müddətə Masallı şəhərinə gəlib üzbəüz görüşüb ətraflı söhbət edəcəklərini bildirmişdir. Südabə ilə görüşüb konkret danışmaq üçün xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o əri Pərvizlə Bakı şəhərində Masallı şəhərinə Südabənin yaşadığı evə gəlmişdir. Evdə Südabə qardaşı Tarıverdinin yanında əri Pərvizə onu 1800 manat pulun müqabilində bir ay müddətində tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə Masallı şəhəri 1 saylı tam orta məktəbdə texniki işçi kimi düzəldəcəyini, ayda təxminən 300 manat maaş alacağını, ayda 2-3 dəfə məktəbə gəlibgedəcəyni, əvvəllrədə həmin məktəbə başqa şəxsləri işə düzəltdiyini və heç bir problemlə üzləşmədiyini demişdir. X13 dediklərinə inanıb etibar etdiyi üçün onu işə düzəltmək məqsədilə üzərində olan 1800 manat pulu cibindən çıxardıb sayaraq Sübayə vermişdir və sağollaşıb yaşadıqları evə geri qayıtmışdır. Bundan bir neçə gün sonra Südabə əri Pərvizə “Kapital banka” aid adsız “debet” plastik kartını göndərərək həmin kartı Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini, onun məktəbdə işə düzəldiyini və həmin kart vasitəsilə maaş alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə əvvəlcə 120 manat, 13 iyun 2024-cü il tarixdə 290 manat və 16 iyul 2024-cü il tarixdə isə yenə 290 manat olmaqla ümumilikdə 700 manat pulu həmin plastik karta onun aylıq maaşı kimi göndərmişdir. 2024-cü ilin avqust ayının ortalarında onun maaş almadığını görən Pərviz həmin vaxtı Südabənin mobil telefonuna zəng edib ona bu barədə məlumat vermişdir. Südabə Pərvizə bununla əlaqədar heç nə bilmədiyini və Mirzaminlə danışıb səbəbini öyrənməyini bildirmişdir. Buna görə də Pərviz həmin vaxtı Südabədən Mirzaminin mobil nömrəsini alıb onunla telefonda yanında danışmışdır. Danışıq zamanı əri Pərviz Mirzaminə onu işlədiyi məktəbdə texniki işçi kimi işə düzəltməsi üçün Südabə Məmmədovaya 1800 manat pul verdiyini və üç ay maaş aldıqdan sonra nə üçün avqust ayında onun maaş almadığını demişdir. Təqsirləndirilən şəxs1 telefonda Pərvizə onu işlədiyi Masallı şəhəri 1 saylı tam orta məktəbə qeyri-qanuni yolla texniki işçi kimi işə götürdüyü üçün hazırda ona maaş verə bilmədiyini, işə götürməsi ilə əlaqədar Südabə Məmmədovanın ona cəmi 1100 manat verdiyini, qalan 700 manatı isə Südabənin özünə götürdüyünü bildirmişdir. Bundan sonra Südabənin Mirzaminlə birlikdə onu və Pərvizi aldatdığını və 1800 manat pulu ələ keçirdiyini bilmişdir. Həmin vaxtdan sonra Pərviz Südabə və Mirzamindən pulu geri qaytarmalarını tələb etsə də, həmin şəxslər pulu geri qaytarmaqdan imtina edib telefon zənglərinə cavab verməmişdirlər. Buna görə də Pərviz xx.xx.2024-cü il tarixdə əvvəlcə DİNnin 102 xidmətinə zəng, daha sonra isə xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə gəlib ərizə yazıb şikayət etmişdir. Südabə Məmmədova və Təqsirləndirilən şəxs1la arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Heç vaxt Südabə və qardaşı Tarıverdi ilə birlikdə Masallı şəhər 1 saylı orta məktəbə gedib orada işə düzəlməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1la söhbət etməmişdir. Südabə Məmmədova özü xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı şəhərində yerləşən yaşadığı evdə onu Təqsirləndirilən şəxs1la birlikdə 1 saylı məktəbə işə düzəltməsi üçün əri Zərərçəkmiş şəxs 1800 manat pul almışdır və həmin pul Pərvizə məxsus olmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, o, təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə X7 arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Südabə Məmmədovanın üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə X7 arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Südabə Məmmədovanın üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sorğu əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X11-Astara Regional Təhsil İdarəsinin Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbindən alınmış müvafiq məktubdan görünür ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs1 2014-cü ildən hazırki vaxtadək Masallı şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı şəhəri, S.Məmmədov küçəsi ev 49-da qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü (onlardan iki nəfər azyaşlı uşaqdır) vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X1 şəhəri, C.Cabbarlı küçəsi bina 31, mənzil 39-da qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin madədlərdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin madədlərdə nəzərdə tutulan ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və X8 tərəfindən cinayət işi üzrə ona vurulmuş 1800 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, barışmalarının nəzərə alınmasını xahiş edir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6661 saylı ödəniş qəbzinə əsasən X7 tərəfindən cinayət nəticəsində vurulmuş 600 manat ziyanın 25% miqdarında-150 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 10351 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş 1200 manat ziyanın 25% miqdarında-300 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs1 Masallı şəhər, 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək əvvəllər tanımadığı Bakı şəhər Nizami rayonu B.Nuriyev küçəsi ev 46, mənzil 126-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs arvadı Şahid1 1800 manat pulun müqabilində Masallı şəhər 1 nömrəli tam orta məktəbinə texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra Südabə Məmmədovanın xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Masallı şəhəri C.Cabbarlı küçəsi ev 31, mənzil 39-da yerləşən evdə Zərərçəkmiş şəxs aldığı 1800 manat pulun 1200 manatını xx.xx.2024-cü il tarixdə həmin ünvanda Südabə Məmmədovadan alaraq öz şəxsi təlabatlarına sərf etməklə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X1 şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək əvvəllər tanıdığı Bakı şəhər Nizami rayonu B.Nuriyev küçəsi ev 46, mənzil 126-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs arvadı Şahid1 Təqsirləndirilən şəxs1 vasitəsilə 1800 manat pulun müqabilində Masallı şəhər 1 nömrəli tam orta məktəbinə texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı şəhəri C.Cabbarlı küçəsi ev 31, mənzil 39-da yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs 1800 manat pulu alıb 600 manatını öz təlabatlarına sərf edərək 1200 manatını xx.xx.2024-cü il tarixdə həmin ünvanda Təqsirləndirilən şəxs1 verməklə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş bank sənədlərinə əsasən cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsinə, habelə vurulmuş zərərin həcminə uyğun olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında ələ keçirilmiş pulunun Təqsirləndirilən şəxs1 1200 manatın 25%-ni - 300 manatı, X7 isə 600 manatın 25%-ni - 150 manatı cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödəmişlər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X7 tərəfindən törədilən cinayətlərdə zərər çəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən və cinayətlərin törədilməsində faktiki iştiraklarının xarakterindən və dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələblərinə uyğun dövlət büdcəsinə ödəniş edildiyindən onlar cinayət məsuliyyətindən azad olunaraq barələrində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərər çəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və X7 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə ayrı-ayrılıqda 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 178.2.1 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə X7 həmin Məcəllənin 178.2.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. X7 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs1 və X5 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 Müdafiəçi2 hər birinə ayrı-ayırlıqda 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon "xxxx"dakı hesabına (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-35/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-35/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver