Məhkəmə qərarları › İş №1(050)-36/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-36/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-36/2025 05.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi Təqsirləndirilən şəxs, Müdafiəçi Masallı Rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1962-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Xanalion kəndində daimi qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində yaşadığı Masallı rayonu Xanalion kəndində yerləşən kəndarası yolda həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi təsərrüfatında saxladığı itin arvadı X4 üstünə küçədə hürməsi ilə əlaqədar Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir zərbə, alın nahiyəsinə bir yumruq zərbəsi, sol baldır nahiyəsinə isə bir təpik zərbəsi vuraraq sonuncuya sağ qolun yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, başın alın nahiyəsinin, sol baldır nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 04 oktyabr 2024-cü il tarixdə səhər saat 06 radələrində yaşadığı evdə yuxudan oyanmış, X11a məxsus fərdi yaşayış evi yaşadığı evdən təxminən 30-40 metr aralıda yerləşmiş, X11 işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşadığından ailə üzvləri evdə tək olmuş, bu səbəbdən arvadı Məlahət Cabbarova hər axşam oğlunun ailəsi ilə birlikdə qalmış və səhərlər yaşadığı evə qayıtmışdır. 04 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı evin həyətində olarkən həyat yoldaşı Məlahət Cabbarovanın qışqırıq səsinin gəlməsini eşitmiş, həyətyanı sahədən çölə çıxdıqda arvadı Məlahət Cabbarovaya it hürməsinin, Məlahətin itdən qorxduğu üçün kolluğa tərəf çəkilməsinin şahidi olmuşdur. Həmin itin həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olmasını bilmiş, Natiq orada olmuş, Natiqə itinə sahib çıxmasını, iti bağlı şəkildə çölə çıxartmasını və dəfələrlə itinin ailə üzvlərinə hücum çəkdiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə cavabında itin arvadına hücum etmədiyini, sadəcə olaraq itin hürməsini demişdir. Təqsirləndirilən şəxs isə Natiqə ayıb olduğunu, itini bağlamasını və hadisənin 1 dəfə baş verəcəyini bildirmişdir. Natiq isə öz səhvini anlamamışdır. Təqsirləndirilən şəxs arvadı Məlahət Cabbarovanı yaşadığı evin həyətinə salmış, Natiqə sonuncu xəbərdarlıq etdiyini demiş, Zərərçəkmiş şəxs isə uca səslə bezdirdiyini bildirmiş, Natiqə nə etdiyini soruşduqda anidən Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə başının ənsə nahiyəsinə 1 dəfə zərbə endirmişdir. Zərbənin təsirindən yerə yıxılmış, Natiqin əsəbi sakitləşməmiş, o yerdə uzanarkən Natiq onun döş qəfəsi nahiyələrinə bir neçə dəfə təpiklə, alın, sağ və sol gicgah, burun nahiyələrinə isə bir neçə dəfə yumruq zərbələri ilə vurmuşdur. Həmin vaxtı o, artıq zərbələrin təsirindən özündən getmiş, ayıldıqda arvadı Məlahət Cabbarovanın başının üzərində qışqırmasının şahidi olmuş, arvadı Məlahət təxminən 50-60 metr aralıda hərəkət edən Zərərçəkmiş şəxs qarğış etmişdir. Daha sonra Məlahət Cabbarova onu yerdən qaldırmış, evə aparmış, yatağa uzatmış, xəsarətlərinin fotoşəkilini çəkmiş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, heyvanlarını örüş sahəsinə apararkən Məmmədiyarın arvadı Məlahət Cabbarova ilə üz-üzə gəlmişdir. Şəxsi təsərrüfatında saxladığı it Məlahət Cabbarovaya hürmüş, Məlahət qorxmağa başlamış, Məlahətə itin cummayacağını və keçib getməsini demişdir. Bundan sonra Məlahət Cabbarova yoluna davam etmiş, bu zaman Məlahət Cabbarovanın əri Təqsirləndirilən şəxs həyətindən məhəllə yola çıxmış, ünvanına nalayiq küçə söyüşləri işlətməyə başlamış, daha sonra əlinə mobil telefonunu alaraq videoçəkiliş aparmaqla onun üzərinə gəlmiş, bir kəllə zərbəsi və yumruq zərbəsi ilə sinə nahiyəsinə vurmuşdur. Həmin vaxt o Məmmədiyara əl qaldırmamışdır. Məmmədiyarla sözlə mübahisələri olmuş, hahisə baş verən vaxtı həmkəndliləri Babayevə Tənzilə gəlib onları ayırmış və o çıxıb getmiş və heyvanlarını sürmüşdür. Məmmədiyar arxasıyca söyüş söyməyə başlamışdır. O heyvanları sürüb qayııdan zaman Məmmədiyar qarşısını kəsərək onunla 3-4 dəqiqə mübahisə etmiş və ağacla ona bir dəfə vurmuşdur. Məmmədiyar onu vurduğu üçün o, da Məmmədiyarı vurmuşdur. Onlar hadisə zamanı boğuşmuşlar və hər ikisi yerə yıxılmışlar. O, Məmmədiyarın üz nahiyəsində qan gördükdən sonra Məmmədiyardan ayrılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində özünə məxsus heyvanları qohumuna məxsus həyətdən çıxaran zaman həmin yerdən 100 metr aralı məsafədə görmüşdür ki, Təqsirləndirilən şəxs özünə məxsus həyətindən çıxaraq, Zərərçəkmiş şəxs qarşı nalaiq ifadələr işlədərək üzərinə getmiş, Zərərçəkmiş şəxs bir kələ və yumruq zərbəsi vurmuş, bundan sonra onlar qarşılıqlı olaraq bir birinə zərbələr endirmişdir. Daha sonra onlar boğşmuş hər ikisi yerə yıxılmışlar. Daha sonra onlar ayağa qalxaraq, bir birindən uzaqlaşmışlar. Hadisə təxminən 5 dəqiqə çəkmiş və ətrafda hadisəni görən kimsə olmamışdır. Şahid1 ona verilən sulllara cavab olaraq bildirmişdir ki, Məmmədiyarla Natiq arasında iki dəfə mübahisə olmuş, o birinci mübahisənin deyil, ikinci dəfə baş vermiş mübahisənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs əlində ağac olmasını görmüş, lakin həmin ağacla Natiqin bədəninin hansı hissəsinə vurmasını görməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs kəndin örüş sahəsinə gedən yolu tutduğu üçün onunla Natiq və o da daxil olmaqla kənd caamatının arasında narazlıq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Xanalion kənd sakini Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs isə həmkəndlisidir, onunla və ailə üzvləri ilə əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. X11 işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır, oğlunun ailə üzvləri evdə tək qaldığından hər axşam oğlunun ailəsi ilə birlikdə qalır və səhərlər yaşadığı evə qayıdır. Mahiyyəti üzrə bildirir ki, 04 oktyabr 2024-cü il tarixdə səhər saat 06 radələrində oğlu Zabilin həyətindən çıxaraq, yaşadığı ev istiqamətində hərəkət etmişdir. Həmin vaxtı evinin giriş qapısına çatmağa az qalmışdır ki, qarşıdan həmkəndlisi Zərərçəkmiş şəxs heyvanlarını sürə-sürə gətirməsini görmüşdür. Zərərçəkmiş şəxs qara rəngli iti onun üstünə cumaraq hürməyə başlamışdır. O, qorxduğundan qışqırmış və kolluğa tərəf özünü gizlətmişdir. Onun qışqırıq səsinə əri Təqsirləndirilən şəxs həyətdən çölə çıxmışdır. Məmmədiyar Natiqə itinə sahib çıxmasını, iti bağlı şəkildə çölə çıxartmasını, onun xəstə olmağını və dəfələrlə itin ailə üzvlərinə hücum çəkdiyini bildirmişdir. Zərərçəkmiş şəxs cavabında itin ona hücum etmədiyini, sadəcə olaraq itin hürməsini demişdir. Məlahət Cabbarova heç bir söz demədən darvazadan həyətə daxil olmuş və evə getmişdir. Bundan təxminən 10 dəqiqə sonra həyətdən məhəllə yola çıxdıqda əri Məmmədiyarın yerdə uzanmış və başının qanlı vəziyyətdə olduğunu, Natiqin isə ondan 50-60 metr aralıda olmasını görmüşdür. O Natiqə qarşı qarğış edə-edə ərinə yaxınlaşıb, onun yerdən qalxmasına kömək edərək, evə aparmışdır. Daha sonra əri Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onlar ilə əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. O özünə məxsus şəxsi təsərrüfatında saxladığı mal-qaranı gündəlik olaraq kəndin örüş sahəsinə çıxarır. 04 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində şəxsi təsərrüfatıında olan heyvanları örüş sahəsinə aparanda, onunla birlikdə Zərərçəkmiş şəxs da məhəllədə yolda heyvanları örüş sahəsinə aparırmış. Həmin vaxtı Təqsirləndirilən şəxs arvadı Məlahət Cabbarovla onunla yaşadığı həyətin yanında qarşılaşmışlar. Zərərçəkmiş şəxs şəxsi təsərrüfatında olan iribuynuzlu heyvanların yanında gəzən it Məlahətin üstünə hürmüşdür. Natiq itə acıqlanmış, Məlahətə qorxmamasını və itin ona cummayacağını demişdir. Onu da bildirir ki, el arasında Məlahətə Nailə deyərək, müraciət edirlər. Həmin vaxtı Məlahətin əri Məmmədiyar yaşadığı həyətin qapısından çölə çıxaraq, Natiqə itini bağlamasını deyərək onu söyməyə başlamışdır. Natiq Məmmədiyara söyüş söyməməsini və itinin adam qapmadığını demişdir. Məmmədiyar Natiqin üzərinə tərəf gedib, onun ünvanına söyüş söyərək, Natiqə tərəf yumruq zərbəsi atmış, lakin yumruq Natiqə dəyməmişdir. O tez Məmmədiyar ilə Natiqin arasına daxil olub, onları ayırmışdır. Natiqə heyvanları sürüb aparmasını və dava etməməsini demişdir. Məlahət də əri Məmmədiyarı aralayıb evin həyətinə salmağa çalışmışdır. O isə heyvanlarını sürərək örüş sahəsinə aparmış və daha sonra yaşadığı evə qayıtmışdır. Daha sonra həmin günü kənd camaatından eşitmişdir ki, Natiq örüş sahəsindən qayıdarkən, Məmmədiyar ilə dalaşmış və onlar bir-birilərinə xəsarət yetirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 05 oktyabr 2024-cü il tarixli 911 nömrəli ekspert rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs sağ qolun yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, başın alın nahiyəsinin, sol baldır nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 oktyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -Cinayət işinin materiallarında olan 07 yanvar 2025-ci il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş vermiş dava-dalaş zamanı ona hər hansı xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralarında iki dəfə mübahisə baş verdiyini, birinci epizod zamanı ona xəsarət yetirə bilmədiyini, ikinci epizod zamanı Məmmədiyarın əlində olan ağac parçası ilə sağ qol nahiyəsinə 1 dəfə qəsdən vurduğunu, əlində olan ağac parçasını almaq istəyən zaman Məmmədiyarın onun alın nahiyəsinə 1 dəfə yumruq zərbəsi vurduğunu, Məmmədiyarın əlindəki ağac parçasını aldıqdan sonra onun baş nahiyəsinə 1 dəfə zərbə endirdiyini, dava-dalaş zamanı boğuşarkən yerə yıxıldıqlarını və yerdə olan zaman 1 dəfə təpik zərbəsi ilə onun sol baldır nahiyəsinə qəsdən vurub xəsarət yetirdiyini bir-birilərinin üzünə demişlər. --Cinayət işinin materiallarında olan 07 yanvar 2025-ci il tarixli üzləşdirmə dindirmə haqqında protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs heyvanlarını örüş sahəsinə aparan zaman ondan 100 metr aralıda Məmmədiyarın Natiqi söydüyünü görmüş, o heyvanları sürə-sürə onlara baxmış anidən Məmmədiyarın Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə əlində olan ağac parçası ilə vurmağını, daha sonra 1 dəfə qəsdən yumruqla vurmağını, Natiqin Məmmədiyarın əlindən ağac parçasını aldığını, daha sonra Natiqlə Məmmədiyarın əlbəyaxa olduqlarını hər ikisinin yerə yıxıldığını aralarındakı dava dalaşın yerdə davam etməsini Zərərçəkmiş şəxs ayağa qalxmasını və yoluna davam etməsini Təqsirləndirilən şəxs Şahid1 yalan danışdığını, onun hadisə baş verən yerin ətrafında olmadığını bir-birilərinin üzünə demişlər. -Cinayət işinin materiallarında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində Masallı rayonu Xanalion kəndində yerləşən məhəllə yolda həmin kənd sakini Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tərəflər bir-birilərini qarşılıqlı qəsdən vuraraq, birbirilərinin sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Mübahisə zamanı ilk əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan istintaq məlum olmayan ağac parçası, yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, sonuncunun sağlamlığına yüngül zərərvurmaya aid olan bədən xəsarəti, mübahisənin gedişində Zərərçəkmiş şəxs əlində olan həmin ağac parçası, təpik və yumruq zərbələri ilə qəsdən Təqsirləndirilən şəxs vuraraq sonuncunun sağlamlığına az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, mübahisənin dava-dalaş hissəsi ümumilikdə 3-4 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı ətrafa kimsə yığışmamış, ictimai qayda pozulmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında mübahisənin olmasını kənd sakinlərindən Şahid2 və Şahid1 görmüşdür. - 07 oktyabr 2024-cü il və 13 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 04 oktyabr 2024-cü il tarixdə hadisə Masallı rayonu Xanalion kəndində yerləşən məhəllə yolda baş vermişdir. - “Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş 29 noyabr 2024cü il tarixli, 4583 nömrəli məktubdan görünür ki, Masallı rayonu Xanalion kəndində qeydiyyatda olan Cabbarov X1 Şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. - “Masallı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-1867/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X10 narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 127.1 və 128-ci maddələri ilə təqsirli bilinərək 66.2 maddəsi nəzərə alınmaqla aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs Masallı rayonu, Xanlion kəndində qeydiyyatdadır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlara əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs arvadı X4 ifadəsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarındakı dava-dalaşın real şahidi olmamış, ifadəsində də qeyd etdiyi kimi tərəflər arasında mübahisə bitdikdən sonra hadisə yerinə gəlmiş və Məmmədiyarı yerdə sifətini qan içində görmüşdür. Ona görə də məhkəmə Məlahət Cabbarovanın əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsini bildirməsini hadisənin real şahidi olmadığı üçün inandırıcı hesab etmir. Bundan başqa Təqsirləndirilən şəxs dava-dalaş hadisəsi zamanı Tənzilə Babayevin orada olmasını inkar etsə də ibtidai istintaq dövründə vermiş olduğu ilkin izahatında baş vermiş ictimai təhlükəli hadisə ilə bağlı təsvir edən zaman Tənzilə ilə Natiqin bir yerdə heyvanlarını sürmələrini qeyd etmiş və izahatını öz imzası ilə təsdiq etmişdir.(cinayət işi 29-cu səh.imza Məlahət) Eləcə də Təqsirləndirilən şəxs məhkəmə iclasında izahatında hadisə baş verən vaxtı Şahid2, ümumiyyətlə heç kəsin orda olmamasını qeyd etsə də ibtidai istintaq dövründə dindirilən zaman arvadı Məlahətin və həmkəndlisi Tənzilənin Natiqlə mübahisə edən zaman yanlarında olmasını qeyd etmiş və ifadəsinin altından imzasını çəkmişdir. (cinayət işi 26-cı səh, imza: Təqsirləndirilən şəxs) Beləliklə məhkəmə yuxarı sadalanan halları nəzərə alaraq, Təqsirləndirilən şəxs və Məlahət Cabbarovanın məhkəmədə vermiş olduqları izahatlarını mümkün sübutetmə vasitəsi kimi qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarını müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bununla belə məhkəmə cinayət hadisəsinin baş vermə şəraitini, təqsirlənidirlən şəxsin şəxsiyyətini, habelə törətdiyi ictimai təhlükəli əməlindən peşman olmaması, əvvəllər həyat və sağlamlıq əleyinə olan cinayət törətməsi, ictimai qaydanı pozmağa meyilli olması, cinayət hadisəsindən sonrakı davranışlarını qiymətləndirərək məhkəmə, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını ədalətli və qanuni hesab edir və bu halda cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Xanalion kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar