Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-37/2023 02.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. 11 avqust 1991-ci il tarixdə Masallı rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Rusiya Federasiyasının İrkutisk Vilayətinin Çunsk Rayon Məhkəməsinin 25 avqust 2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi, 69-cü maddəsiinn 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Masallı Rayon Polis X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə aparılan cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 4(050)-9/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Masallı rayonu Çaxırlı kəndində yerləşən çayxananın qarşısından keçən asfalt yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncu tərəfindən mobil telefonla danışıq zamanı ona və ailə üzvlərinə qarşı işlədilən nalayiq ifadələrə görə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs boyun və çənə nahiyəsinə qəsdən iki dəfə vurmaqla sonuncuya aşağı çənə nahiyəsində və boynun sağ yan hissəsində hərəsində bir ədəd kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində həmkəndlisi Nazimin çayxanasında olduğu zaman uzaq qohumu olan Osman ona zəng edərək 150 manat borc pul istəmişdir. O, Osmanı çayxanafa dəvət etmişdir. Osman gəldikdən sonra həmkəndlisi Zabilə 150 manat məbləğində qumar borcu yarandığını, Zabilin ondan qumar borcunu təcili olaraq ödəməsini tələb etdiyini bildirmişdir. Bu səbəblə Zabilə zəng edərək onunla işi olduğunu, görüşmək istədiyini bildirmişdir. Bir qədər sonra isə Zabil ona zəng edərək harada olmasını soruşmuş, o da, Nazimin çayxanasında olduğunu bildirmişdir. Həmin vaxt Zabil onunla kobud şəkildə danışmağa başlamış və ora gələcəyini bildirmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra Zabilin qardaşı Zahid ona zəng etmişdir. O, telefona cavab verən zaman Zahid ona “ə küçük qudurmusan” deyə müraciət etmişdir. O isə Zahidin ona işlətdiyi ifadəyə görə irad bildirərək şəhid atası olmasını, qarşısındakı şəxslə bu cür danışmamasını demişdir. Həmin vaxt Zahid telefonla onun ünvanına kobud ifadələr işlətdikdən sonra kənardan Zabil onun eşidə biləcəyi səs tonu ilə onun ailə üzvlərini təhqir etmiş, odur ki, eyni cavabı onlara vermişdir. Bundan 5-10 dəqiqə sonra Zahidlə Zabil çayxananın yaxınlığına gəlib yolun kənarında yanında maşını saxlamışlar. Həmin vaxt o, Zabilgilə yaxınlaşmışdır. Bu zaman Zahid ona kobud şəkildə “ə gəl otur maşına gedək söhbət edək” demişdir. O, Zabil əyləşən tərəfdən əlini avtomobilin üzərinə qoyub ayaq üstə Zahidə sakit danışmasını, onun söhbətinin Zabil ilə olmasını, telefonda onun ailə üzvlərini nə üçün söyməsinə aydınlıq gətirəcəyini demişdir. Başını avtomobilin açıq olan pencərəsindən içəri salaraq uca səslə danışmamalarını onlara bildirərkən Zabil qəflətən sol əlində tutduğu bıçaqla ona tərəf zərbə atmaq istəmiş, bunu görən kimi Zabilin onu bıçaqla vurmaq istədiyini hiss edib ani olaraq geri çəkilmiş və Zabilin əlindən bıçağı almağa çalışmışdır. Həmin vaxt bıçaq Zabilin çənə və boğaz nahiyəsini kəsmişdir. Bıçaq isə Zabilin əlindən öz qucağına düşmüşdür. Bu zaman o tez bıçağı onun üstündən götürərək bir dəfə onu qorxutmaq məqsədi ilə bıçaqla ona tərəf zərbə atmışdır. Bıçaq bu dəfə onun çənə nahiyəsinə dəymişdir. Daha sonra isə onun xəsarət almasını gördüyü üçün bıçağı maşının içinə ataraq geri çəkilmişdir. Bundan sonra Zahid avtomobildən düşüb onun üzərinə gəlmişdir. O, Zahidin şəhid atası olmasına görə ona əl qaldırmamışdır. Lakin Zahid onun üzərinə gələrək köynəyindən tutub dartışdırmağa, sifət nahiyəsinə bir neçə dəfə sillə ilə vurmağa başlamışdır. Bu zaman yanında olan Qəfər, Osman və digər şəxslər Zahidgilin çıxıb getmələri üçün onu Zahidin yanından kənara çəkmişlər. Zahid isə avtomobilə minərək qardaşı Zabil ilə oradan uzaqlaşmışlar. Bundan sonra o da, könüllü olaraq Masallı RPŞ-nə gələrək hadisə barədə məlumat verərək təslim olmağa gəldiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də bu mümkün olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istiintaqında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçşiliyi yoxdur, münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olarkən Elton Osmana məxsus mobil telefon nömrəsi ilə ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Eltona harada olmasını bildirmiş, Elton ona Nazimin çayxanasında olduğunu demişdir. O, Nazimin çayxanasına getdiyi zaman qardaşı Zahid avtomobillə onunla rastlaşmış, ona hara getdiyini bildirmişdir. O da, Nazimin çayxanasına getdiyini və Eltonla işi olduğunu bildirmişdir. Qardaşı Zahid onu avtomobilə əyləşdirərək Nazimin çayxanasının qarşısına gəlmişlər. Həmin vaxt Elton onlara yaxınlaşmış və aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərini söymüşlər. Bu vaxt Elton çibindən çıxardığı bıçaqla onun boğaz və çənə nahiyyəsinə xəsarət yetirmişdir. Bu zaman onlar əlbəyaxa olmuşlar. Qardaşı Zahid avtomobildən düşərək Eltonun üzərinə gəlmiş və onlar dartışmışlar. Həmin vaxt kafedən Osman, Qəfər və digər şəxslər gələrək onları ayırmışlar. Zahid avtomobilə əyləşmiş və onlar oradan uzaqlaşmışlar. Qardaşı Zahid ilə birlikdə həyətlərinə gəldikdə avtomobildə bir ədəd bıçaq olmasını görmüşdür. Bundan sonra qardaşı Zahid onu avtomobillə xəstəxanaya aprmışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qanuni cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Zabilə 150 manat qumar borcu olmuşdur. Zabil isə onun həmin borcu ödəməyi üçün ona təzyiqlər etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında uzaq qohumu Eltona zəng edərək ona 150 manat borc verməsini istəmiş, Elton ondan pulu nə üçün istədiyini soruşduqda Zabilə qumar borcu olduğu üçün lazım olduğunu demişdir. Elton ona hazırda Nazimin çayxanasında olduğunu və onun yanına gəlməsini bildirmişdir. Eltonun yanına getdikdən sonra Elton onun mobil telefonu ilə Zabilə zəng edərək onun evinin yanına gəlmək istədiyini, onunla işinin olduğunu bildirmişdir. Bir qədər sonra Zabil Eltona zəng edərək onunla kobud danışmağa başlamışdır. Təxminən 10 dəqiqə sonra X7 avtomobili ilə kafenin yanına gəlib yolun kənarında avtomobili saxlamışlar. Elton onlara heç bir narahatçılıq olmamasını deyib özü Zabilgilə yaxınlaşmışdır. Onlar isə həmin vaxt kənarda dayanıb baxmışlar. Elton Zabilə əyləşən tərəfdən maşına yaxınlaşıb pəncərədən Zabilgil ilə söhbət etmişdir. Anidən onların arasında dava-dala baş verməsini görüb onlara yaxınlaşmışlar. O və digər şəxslər onlara tərəf yaxınlaşan zaman Elton özü bir qədər kənara çəkilmişdir. Həmin vaxt Zabilin çənə nahiyisinin qanamasını görmüşlər. X9 nə ilə vurmasını bilməmişdir. Həmin vaxt Zahid avtomobildən düşüb Eltona yaxınlaşmış və Eltonla Zahidin arasında mübahisə baş vermişdir. Onlar Elton ilə Zahidə yaxınlaşaraq onları ayırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə çayxanada olarkən Elton çayxanaya gəlmişdir. Bir qədər sonra Osman və Qəfərdə kafeyə gəlmiş və Eltonun yanında əyləşmişlər. 5-10 dəqiqə sonra Eltonun çölə çıxmasını görmüş və baxanda Eltonun Zahidin avtomobilinin yanında olduğunu və onların danışdıqlarını görmüşdür. Həmin vaxt anidən çöldən səs-küy gəldiyini eşitmişdir. Çölə çıxanda isə Zabilin çənəsindən qan gəldiyini Zahidin isə avtomobildən düşərək Eltonla dartışdığını görmüşdür. Sonra orada olan şəxslər onları ayırmışlar və Zahid ilə Zabil oradan uzaqlaşmışdır. O, Zabilin çənəsində qan görsə də, həmin xəsarətin hansı şəraitdə, hansı vasitə ilə yetirildiyini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nazimin kafesinə pivə içmək üçün gəlmişdir. Həmin vaxt Həmin vaxt tanışı Elton və Osman da orada olmuşdur. O Eltongilin yanında əyləşmiş, bir qədər sonra Qəfər adlı şıəxsdə ora gəlmişdir. Bir qədər sonra Eltonun kiminləsə mobil telefonla danışdığını və həmin şəxsin Eltonun ünvanına nalayiq söyüşlər söydüyünü və Eltonunda qarşılıq verdiyini eşitmişdir. Təqribən 10 dəqiqə sonra sonradan tanıdığı Zabil və Zahid adlı qardaşlar avtomobil ilə kafenin qarşısına gəlmişlər və Elton onları görən kimi kafedən çıxaraq onlara yaxınlaşmışdır. Elton Zahidin maşınının sağında Zabil əyləşən tərəfdən pencərədən içəri boylanaraq söhbət edirdilər. Həmin vaxt onların arasında münaqişə düşməsini görüb kafedən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman artıq Zabilin çənəsindən qan gldiyini və Elton ilə Zahidin münaqişə etdiklərini görmüşdür. Orada olan digər şəxslərlə birlikdə Elton ilə Zahidi ayırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nazimin kafesində pivə içərkən Eltonda kafeyə gələrək boş olan masalardan birində əyləşmişdir. Az sonra Osman və Qəfərdə gələrək Eltonla birlikdə əyləşmişlər. Həmin vaxt Eltonun mobil telefon vasitəsi ilə kiminləsə acıqlı vəziyyətdə danışdığını eşitmişdir. Bir qədər sonra Eltonun kafedən çölə çıxmışdır. Bir qədər sonra çöldən səs-küy gəldiyini eşitmişdir. Çölə çıxarkən Zabilin çənəsindən qan axdığını və Zahidlə Eltonun mübahisə etdiklərini görmüşdür. Sonradan eşitmişdir ki, Zabiliə xəsarəti Elton yetirmişdir. Bundan onları ayırmışlar. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21-22 radələrində özlərinə məxsus “avcarka” cinsindən olan iti kənd ərazisində gəzdirməyə çıxarmışdır. Piyada yol ilə gələn zaman yolu Nazim adlı şəxsin işlətdiyi çayxananın yanından düşmüşdür. Çayxananın həyətinə baxan zaman həmkəndlisi və münasibəti olduğu Eltonun orada olmasını, stolların birində əyləşməsini görmüşdür. O, çayxanaya daxil olaraq Eltonla bir masa arxasında əyləşmişdir. Bir qədər sonra Osman da kafeyə gəlmişdir. Həmin vaxt Osman Eltona “Ağbala” ləqəbi ilə tanıdıqları Zabil adlı şəxsə 150 manat qumar borcunun olmasını, pulu isə təcili həmin gün gecə saatlarına qədər ona çatdırmalı olmasını demişdir. Elton isə Osmana narahat olmamasını, Zabil ilə telefonla danışacağını demişdir. Bundan sonra Elton Osmanın telefonu ilə Zabil ilə əlaqə saxlayıb onunla görüşmək istədiyini demişdir. Zabil isə evdə olmasını və Eltonun onların evlərinin yanına gəlməsini demişdir. Elton isə onunla razılaşmışdır. Lakin bir qədər sonra Zabil təkrar Eltona zəng edib gəlib gəlməməsini soruşmuşdur. Elton isə onların evlərinin yanına gəlmək üçün maşın tapa bilmədiyini, maşın düşən kimi gələcəyini demişdir. Zabil isə özünün kafeyə tərəf gələcəyini bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra Zabilin qardaşı şəhid atası Zahid Osmanın telefonuna zəng edərək Eltonla telefonla danışmışdır. Həmin vaxt Zahid telefonda Eltona kobud ifadə işlətdiyi üçün telefonda aralarında mübahisə yaranmışdır. Bu zaman Zabil kənardan uca səslə Eltonun ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətmiş və Elton Zabilin işlətdiyi ifadəni eşitmişdir. Bundan sonra Elton onların özlərinin çayxanaya tərəf gəlməsini demişdir. Onlar Eltona hər hansı bir dava-dalaş olmamasını məsləhət görmüşdürlər. Elton isə niyyətinin Zabilin ondan üzr istəməsi olduğunu, onunla hər hansı bir dava-dalaş etmək niyyətinin olmamasını demişdir. Təxminən 7-8 dəqiqə sonra X7 avtomobili ilə çayxananın yanına gəlib yolun kənarında avtomobili saxlamışlar. Elton isə onların yaxınlaşmamaqlarını deyib özü Zabilgilə yaxınlaşmışdır. Onlar isə həmin vaxt stoldan qalxıb ayaq üstə bir qədər onlara yaxınlaşıb kənarda dayanıb baxırmışlar. Zahid sürücü oturacağında, Zabil isə sağ sərnişin oturacağında əyləşmişdir. Elton Zabil əyləşən tərəfdən maşına yaxınlaşıb pəncərədən Zabilgil ilə söhbət edirmiş. Anidən aralarında dava-dala baş verməsini görüb onlara yaxınlaşmışlar. Onlar yaxınlaşana qədər isə Elton artıq Zabili nə iləsə vurmuşdur. Çünki o Eltonun əlində hər hansı bir əşya alət görməmişdir. Lakin həmin vaxt Elton bir qədər kənara çəkilmişdir. Zabilin isə çənə nahiyəsindən qan axmasını görmüşlər. Zabil həmin vaxt maşında əyləşib qalmışdır. Zahid isə avtomobildən düşüb Eltona tərəf yaxınlaşmışdır. Zahid Eltona yaxınlaşdıqdan sonra onun yaxasından tutub ona sillə ilə bir neçə dəfə vurmuşdur. X8rşılıq verməmişdir. Onlar Eltonun qolundan tutaraq onu kənarlaşdırmışlar ki ara sakitləşsin və Zahidgil də oradan uzaqlaşıb getsinlər. Həmin vaxt Zahid avtomobilinə əyləşərək Zabil ilə birlikdə oradan uzaqlaşmışlar. Uzaqlaşan zaman isə Zabil maşının pəncərəsindən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar çıxıb getdikdən sonra isə Nazim adlı çayxana sahibi çayxananı bağlamış və onlar da oradan uzaqlaşaraq çıxıb getmişlər. Elton isə onlara özünün polis şöbəsinə gedəcəyini və hadisəni danışacağını demişdir. Sonradan hadisə barədə Eltondan soruşan zaman Elton Zabilin özü ilə gətirdiy bıçaqla onu vurmaq istədiyini, bu zaman bıçağı Zabilin əlindən alan zaman boğaz nahiyəsinin kəsilməsini, təkrar Zabili qorxutmaq üçün bıçaqla ona tərəf zərbə atan zaman çənə nahiyəsinə dəyməsini və Zabilin xəsarət almasını, bundan sonra bıçağı onların öz maşınının içinə atmasını demişdir. Məhkəmə-tibbi ekspertizasının məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rayon polis şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş 763 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşağı çənə nahiyəsində və boynun sağ yan hissəsində hərəsində bir ədəd kəsilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın (əşyaların) ola bilər ki, bıçağın və əl baltasının (qiyməkeş) kəsici hissəsinin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 27 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərin eyni və ya müxtəlif növ kəsici əşya (alət) ilə törədilməsini müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər onun bədəninin əl çatan nahiyələrində yerləşmişdir. Xəsarət yetirilən vaxt o müxtəlif vəziyyətlərdə ola bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş 1/763 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunan aşağı çənə nahiyəsinin və boynun sağ yan hissəsinin kəsilmiş yarası kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Aşkar olunan xəsarətlərin ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən əmələ gələ bilməsi inkar olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1798 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. 10 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqdim edilmiş bıçaq soyuq silah hesab edilmədiyi üçün iş üçün əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasının İrkutisk Vilayətinin Çunsk Rayon Məhkəməsinin 25 avqust 2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi, 69-cü maddəsiinn 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdır. Masallı rayon İHB-nin Masallı rayon Çaxırlı kənd İƏRÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-9/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Polis X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə aparılan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyəti, cinayətin törədilmə üsulu və xarakteri, ictimai təhlükəliliyi nəzərə alınmalıdır. Onun əməlində yüngülləşdirici hallar olsa da, əməlin bıçaqla törədilməsi cinayətin ictimai təhlükəlilyinin digər bu növ cinayət əməllərindən daha yüksək olmasına əsas verir. Ona görə də məhkəmə hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, bu yolla cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Polis X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə aparılan digər cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 4(050)-9/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında Masallı Rayon Polis X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə aparılan digər cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 4(050)-9/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Məhkəmə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan sonra, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildikdən sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-37/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-37/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver