Məhkəmə qərarları › İş №1(050)-38/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-38/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-38/2023 13.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Göytəpə şəhəri, V.Cəfərov küçəsi, ev 86-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrimdə Masallı rayonu Təzə Alvadı kəndində yerləşən Milli Qəhrəman Elşad Əhədov adına 1 saylı tam orta məktəbin arxa hissəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya dodaq nahiyəsindən yumruqla bir dəfə qəsdən vurmaqla Zərərçəkmiş şəxs aşağı dodağın əzilmiş yaraları (üç ədəd) ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxsla düşmənçiliyi və ədavəti yoxdur. X10 Zərərçəkmiş şəxs X7 ailə həyatı qurmuş, onların birgə nikahlarından iki övladları vardır. Etibar bir ildir ki, ailəsini Masallı rayonu Təzə Alvadı kəndində yaşayan atası İsabalanın evində qoyub Bakı şəhərinə getmiş, indiyədək Etibar bacısının və iki övladının yaşayışı və şəraiti ilə maraqlanmır, bacısının maddi vəziyyətində çətinlik yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində X10 ona zəng edərək xahiş etdiyi üçün o, Masallı rayonu Təzə Alvadı kəndinə gedib Nuran Alışovanı yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərinə aparmışdır. Bacısını gətirdikdən dərhal sonra qaynı Pərviz ona telefonla zəng edib xahiş etmişdir ki, Nuranə ilə Etibar arasında məsələni həll etmələri üçün onlara gəlsin. O razılaşıb Masallı rayonu Təzə Alvadı kəndinə gəldikdə Pərviz təkrar zəng edib evə gəlməməsini və Masallı rayonu Təzə Alvadı kənd tam orta məktəbinin arxa hissəsində görüşüb söhbət etməyi təklif etdikdə o, Pərvizlə razılaşmışdır. Saat təxminən 19 radələrində həmin yerdə görüşdükdə Pərvizin yanında digər qardaşı Bəhruz da olmuşdur. Salamlaşdıqdan sonra Pərviz mübahisə etməyə başlamış və Pərviz söyüş söydüyü üçün əsəbiləşib dodaq nahiyəsinə bir dəfə qəsdən yumruqla vurmaqla Pərvizə xəsarət yetirmişdir. Pərviz onun vurduğu yumruğun təsirindən yerə yıxıldıqda Bəhruz onları sakitləşdirdikdən sonra qardaşı Pərvizi yerdən qaldırıb hadisə yerindən uzaqlaşdırmış, o da Cəlilabad rayonuna geri qayıtmışdır. Mübahisə təxminən 4-5 dəqiqə ərzində davam etmiş, bu zaman yanlarında Şahid1 başqa heç kim olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxsla düşmənçiliyi və ədavəti yoxdur. X7 Təqsirləndirilən şəxs X10 ailə həyatı qurmuşlar, onların birgə nikahlarından iki övladları vardır. Etibar üç-dörd aydır ki, ailəsinin dolanışığını təmin etməkdən ötrü Bakı şəhərinə getsə də, vaxtı-vaxtında ailəsinə pul göndərirmiş. Lakin gəlinləri Nuranənin qardaşı Elgün qardaşının ailəsinə müdaxilə edir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs gələrək bacısı Nuranəni Cəlilabad rayonu Göytəpə şəhərinə aparmışdır. Saat 19 radələrində işdən evə gəldikdə bunu öyrənib o, Elgünə zəng edərək qardaşı ilə gəlini arasında olan məsələni həll edib barışdırmaq istədiyini bildirmiş və Elgünü Masallı rayonu Təzə Alvadı kəndində yerləşən yaşadıqları evə dəvət etmişdir. Sonradan Elgünə zəng vuraraq ona Masallı rayonu Təzə Alvadı kənd tam orta məktəbin yanında görüşəcəklərini bildirmişdir. Elgünlə Masallı rayonu Təzə Alvadı kənd tam orta məktəbinin arxa hissəsində görüşdükdə Elgündən etdiyi hərəkətə irad bildirdikdə Elgün əsəbiləşərək gözləmədiyi anda dodaq nahiyəsindən bir dəfə qəsdən yumruqla vurmaqla ona xəsarət yetirmişdir. O, Elgünün vurduğu zərbənin təsirindən yerə yıxılmışdır. Elgün hadisə yerinə gəldiyi zaman onunla daha iki nəfər olmuşdur və Elgün onu vurduğu zaman onlarda Elgünlə birgə onu vurmuşlar. Elgün və onunla onla iki nəfər şəxs hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Qardaşı Bəhruz isə onu yerdən qaldıraraq evə gətirmişdir. Evə gəldikdən sonra qardaşı Bəhruz hadisə barədə atasına məlumat vermişdir. Atası da zəng edib onun Elgün tərəfindən döyüldüyünü dediyi üçün DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı söyüş söyməmişdir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxsla barışmamışdır. Şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Aİışov Bəhruz İsabala oğlu ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs bacısı Nuranə qardaşı Etibar Alışovun həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə Elgün gəlib bacısı Nuranəni aparmışdır. Həmin günü axşamçağı qardaşı Pərviz ona zəng edib bildirmişdir ki, Elgünlə söhbət etmək üçün Masallı rayonu Təzə Alvadı kənd məktəbinin yanına gedir, daha o da onların yanına getmışdir. Təqsirləndirilən şəxsla görüşdükləri zaman o qardaşı ilə iki nəfər olmuşlar, Təqsirləndirilən şəxs isə özündə başqa iki nəfər şəxslə olmuşdur. Elgünlə qardaşı Pərviz məktəbin yanında söhbət edən zaman Elgün və yanında olan şəxslər gözləmədiyikləri anda qardaşı Pərvizi vurarmuşlar və həmin şəxslər qaçaraq oradan uzaqlaşmışlar. Hava qaranlıq olduğu üçün tam olaraq kimin qardaşını vurduğunu bilməmişdir. Pərviz zərbənin təsirindən yerə yıxıldıqda o, Pərvizi yerdən qaldırmış və birlikdə evə qayıtmışlar. O, Pərvizi evə gətirdikdən artıq atası İsabala DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Aİışov İsabala Əliş oğlu ifadə verərək bildirdi ki, hadisənin bir başa şahidi olmamışdır. Lakin gəlini Nuranənin həyat yoldaşı ilə mübahisə etdiyini eşitdiyindən gəlini ilə bu barədə danışdığı zaman gəlini ona əri, yəni oğlu Etibarın Bakı şəhərində başqa bir qadınla yaşadığını, ailəsi ilə maraqlanmadığını demişdir. Oda gəlininə bununla bağlı qaynanasının üzərinə hücum etməyin yaxşı olmadığını və biri-biriləri ilə yola getmələrini bildirmişdir. Bu zaman Nuranə ona qardaşına məlumat verəcəyini və qardaşının gəlib məsələni həll edəcəyini bildirmişdir. O da Nuranənin bu sözünə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman oğlu Bəhruz ona zəng edərək gəlinləri Nuranənin qardaşı Təqsirləndirilən şəxs iki nəfər şəxslə gələrək qardaşı Pərvizi vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 05 yanvar 2023-cü il tarixli, 15 saylı tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağı dodağın əzilmiş yaraları (üç ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 04 yanvar 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10% (on faizi) dövlət büdcəsinə ödənilməkə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya aktının 1.5-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhəri, V.Cəfərov küçəsində arvadı X3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən, qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməli və ya seçilməli (məhz hansı tədbirinin) olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar