Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-39/2023 22.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1974-cü il tarixdə Yardımlı rayonu, Gərsava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Gərsava kənd ümumi orta məktəbdə müəllim işləyən, Yardımlı rayonu, Gərsava kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində AF138678 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında AA063170 nömrəli qeydiyyat şəhadətnaməsi ilə etibarnamə əsasında idarə etdiyi VAZ-2121 minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Yardımlı avtomobil yolunun rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində Yardımlı rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, ehtiyatsızlıqdan idarə etdiyi avtomobili Yardımlı rayonu istiqamətində yoldan çıxarmış, həmin vaxt avtomobil yolun sağ ehtiyat hissəsinin kənarında olan su kanalının üzərindəki dəmir borulara çırpılmış və nəticədə həmin avtomobilin arxa oturacağında sərnişin qismində olan, Yardımlı rayonu, Gərsava kəndində qeydiyyatda olmaqla yaşayan X3 avtomobilin arxa sağ pəncərəsinin sınması nəticəsində avtomobildən yerə düşərək qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, baş beynin yumşaq qişası altına yayılmış qansızma, kəllə əsası sümüklərinin sınığı, başın alın nahiyəsinin əzilmiş yarası, sağ və sol diz nahiyəsinin sıyrığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurduqdan sonra Nəsibə Əlişovanın baş beyin toxumasının əzilməsi və baş beynin yumşaq qişası altına yayılmış qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun istifadəsində Bakı şəhər sakini X1 adına qeydiyyatda olan “VAZ 2121 minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili xx.xx.2020-ci il tarixdə adına verilmiş BC kateqoriyalı AF 138678 seriya nömrəli sürücülük hüququnu təsdiq edən sənəd əsasında etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə, səhər saat 08 radələrində qohumları X2 qohumunun Masallı şəhəri ərazisində keçirilən yas mərasimində iştirak etmək üçün Nəsibə Əlişova və onun oğlu Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi avtomobillə Yardımlı rayonundan çıxıb Masallı şəhərinə gəlmişdir. Masallı şəhəri ərazisində keçirilən yas mərasimində iştirak etdikdən sonra yenidən Yardımlı rayonuna qayıtmaq üçün həmin şəxslərlə birlikdə idarə etdiyi avtomobillə Masallı şəhərindən çıxıb Yardımlı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt Nəsibə Əlişova idarə etdiyi “VAZ 2121 minik” markalı avtomobilin arxa sağ sərnişin oturacağında, Zərərçəkmiş şəxs isə ön sərnişin oturacağında əyləşmişdir. Həmin günü saat 14 radələrində idarə etdiyi avtomobil ilə Masallı-Yardımlı avtomobil yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində saatda 60 kilometr sürətlə Yardımlı rayonu istiqamətində hərəkətdə olarkən onun hərəkət etdiyi zolağa qarşı tərəfdən gələn, yəni Yardımlı rayonu istiqamətindən Masallı rayonu istiqamətində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı əvvəlcə qara rəngli avtomobilin ötmə əməliyyatı apararaq qaşısında öz hərəkət zolağında hərəkətdə olan avtomobili ötüb keçməyə çalışmasını görmüş və sürətini bir az azaldıb həmin avtomobilə ötüb keçməsinə yol vermişdir. Sonra həmin avtomobilin arxası ilə yenə qara rəngli, “X18” markalı avtomobilin sürətlə hərəkət edərək onun hərəkət etdiyi zolağa çıxıb ötmə əməliyyatını apardığını görmüşdür. Həmin zaman o, toqquşmadan yayınmaq üçün sürətini bir az da azaldıb idarə etdiyi avtomobili yolun sağ ehtiyyat hissəsindəki torpaq yola sürərək “X18” markalı avtomobilə ötüb keçməsinə yol vermək istəyərkən öz ehtiyatsızlığından idarəetməni itirmiş və ehtiyat hissəsindəki torpaq yol sürüşkən olduğundan avtomobilin arxa təkərləri yerində fırlanaraq həmin yerdən bir neçə metr aralıda asfalt yolun sağ tərəfindəki altından keçən su kanalının üzərində çəkilmiş dəmir borulara dəyərək boruların üzərində dayanmışdır. Həmin vaxt zərbənin təsirindən idarə etdiyi avtomobilin arxa sərnişin oturacağında oturmuş Nəsibə Əlişova avtomobilin arxa sağ pəncərəsindən şüşənin qırılması nəticəsində avtomobildən çıxıb dəmir borulara dəyərək içində az miqdarda palçıqlı suyu olan kanala düşmüşdür. Bundan sonra o, tez Amillə birlikdə dərhal avtomobildən yerə düşərək aldığı xəsarətlərdən huşsuz vəziyyətdə yerdə qalmış Nəsibə Əlişovanı palçıqlı suyun üzərindən götürüb kanalın üstündə olan yolun ehtiyat hissəsinə çıxartmış və orada Nəsibə Əlişovanın başının təpə nahiyəsinin nəyəsə dəyərək deşildiyini, həmçinin həmin yerdən qanın gəldiyini görmüşdür. Daha sonra oraya gəlmiş tanımadığı şəxslərdən biri TTYX-nin 103 nömrəli qaynar xəttinə zəng edərək kömək üçün X19 avtomobilinin gəlməsini bildirmişdir. TTY-nin avtomobili gələnədək o, qarşı hərəkət yola çıxıb qəza şəraiti yaradan “X18” markalı avtomobilin də ötmə əməliyyatı apardıqdan sonra özünün də qəza törədərək ondan təxminən 200 metr aralıda üzü Masallı şəhəri istiqamətində yolun sol tərəfində olan torpaq sahəsinə düşdüyünü bilmişdir. Təxminən 10- 15 dəqiqə sonra X19 Xidmətinə məxsus avtomobilin hadisənin baş verdiyi yerə gəlib “X18” markalı avtomobilin sürücüsünə yaxınlaşmasını görüb, dərhal onları yanına çağırmışdır. TTYX-nin əməkdaşları gəldikdən sonra o Zərərçəkmiş şəxslə birlikdə həkimlərin köməyi vasitəsilə yerdə huşsuz vəziyyətdə uzanmış Nəsibə Əlişovanı TTYX-nə məxsus avtomobilə qoyaraq özü də kömək etmək məqsədilə Amillə həmin avtomobilə minmişdir. TTYX-nə məxsus avtomobil Masallı RMX istiqamətində hərəkətə başladıqdan qısa müddət sonra Nəsibə Əlişovanın artıq vəfat etdiyini bilmişdir. Xəstəxanaya çatdıqdan sonra Zərərçəkmiş şəxs orada mərhum anasının yanında qalmış, o isə dərhal birbaşa hadisənin baş verdiyi yerə qayıtmışdır. Hadisənin baş verdiyi yerə qayıdan zaman polis əməkdaşlarının artıq hadisə yerinə gəldiyini görmüşdür. Həmin vaxt “X18” markalı, **-PD- *** nömrə nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Şahid1 də hadissə yerində olmuşdur. Daha sonra polis əməkdaşları onun və digər sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirdib zəruri sənədləşmə işlərini apardıqdan sonra onu polis şöbəsinə gətirmişlər. Hadisə zamanı idarə etdiyi “VAZ-2121” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobillə Şahid1 idarə etdiyi “X18” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında heç bir toqquşma və sürtünmə baş verməmiş, yol-nəqliyyat hadisəsi Nahid Fərcəli ötmə əməliyyatını bitirdikdən sonra baş vermiş və hadisə zamanı heç bir xəsarət almamışdır. Hazırda etdiyi əməldən peşmandır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu ziyanı tamamilə ödəməsini, onunla barışmasını, sonuncunun ona qarşı şikayəti və tələbi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum xx.xx.1955-ci il təvəllüdlü X3 onun anası olmuş, anası Yardımlı rayonu, Gərsava kəndində yerləşən evində onunla birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə Masallı şəhərində yaşayan bacısının baldızının qaynanasının yas mərasimində iştirak etməkdən ötrü qohumu Təqsirləndirilən şəxs özünə məxsus avtomobillə onu və anası X9 şəhərinə aparmasını xahiş etmişdir. Bu məqsədlə həmin tarixdə saat 08 radələrində Yardımlı rayonunda qohumu Təqsirləndirilən şəxs məxsus “VAZ 2121 minik” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilə anası Nəsibə Əlişova ilə birlikdə oturub Masallı şəhərinə gəlmişdir. Masallı şəhəri ərazisində keçirilən yas mərasimində iştirak etdikdən sonra yenidən Yardımlı rayonuna geri qayıtmaq üçün yola çıxmışlar. Həmin vaxt o, Nəsiminin idarə etdiyi “VAZ 2121 minik” markalı avtomobilin ön sərnişin, anası Nəsibə isə arxa sağ sərnişin oturacağında oturmuşdur. Həmin tarixdə saat 14 radələrində qohumu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Masallı- Yardımlı avtomobil yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində saatda təxminən 60 kilometr sürətlə Yardımlı rayonu istiqamətində hərəkətdə olarkən, onun hərəkət etdiyi zolaqda Yardımlı rayonu istiqamətindən Masallı rayonu istiqamətində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli avtomobilin ötmə əməliyyatı apararaq qaşısında öz hərəkət zolağında hərəkətdə olan avtomobili ötüb keçməyə çalışdığını görüb sürətini bir az azaldaraq həmin avtomobilə yol vermişdir. Sonra həmin avtomobilin arxası ilə yenə qara rəngli “X18” markalı avtomobilin yüksək sürətlə hərəkət edərək Nəsiminin hərəkət etdiyi zolağa çıxaraq ötmə əməliyyatını apardığını görmüşdür. Həmin zaman Nəsimi toqquşmadan yayınmaq üçün sürətini bir az da azaldaraq idarə etdiyi avtomobili yolun sağ ehtiyyat hissəsindəki torpaq yola sürərək “X18” markalı avtomobilə yol verməyə çalışarkən idarəetməni itirmiş və torpaq yol sürüşkən olduğundan avtomobilin arxa təkərləri yerində fırlanaraq həmin yerdə asfalt yolun altından keçən su kanalının üzərindən çəkilmiş dəmir boruların üzərinə düşmüşdür. Həmin vaxt zərbənin təsirindən avtomobilin arxa sərnişin oturacağında oturmuş anası Nəsibə Əlişova avtomobilin arxa sağ pəncərəsindən şüşənin qırılması nəticəsində çıxıb dəmir borulara dəyərək içində az miqdarda palçıqlı suyu olan kanala düşmüşdür. Bundan sonra o və sürücü Təqsirləndirilən şəxs dərhal avtomobildən yerə düşərək huşsuz vəziyyətdə qalmış anası Nəsibəni birlikdə palçıqlı suyun üzərindən götürərək kanalın üstündə olan yolun ehtiyat hissəsinə çıxarmışdır. Orada anasının başının təpə nahiyəsinin avtoqəza zamanı nəyəsə dəyərək deşildiyini, həmçinin həmin yerdən güclü qanın gəldiyini görmüşdür. Daha sonra ora toplaşmış tanımadığı şəxslərdən biri TTYX-nin 103 nömrəli qaynar xəttinə zəng edərək kömək üçün X19 avtomobilinin gəlməsini bildirmişdir. TTY avtomobili gələnədək o, qarşı hərəkət zolağına çıxaraq qəza şəraiti yaradan “X18” markalı avtomobilin onlardan təxminən 200 metr aralıda yolun sol tərəfində olan torpaq sahəsinə düşdüyünü görmüşdür. Təxminən 10-15 dəqiqə sonra X19 Xidmətinə məxsus avtomobil hadisənin baş verdiyi yerə gəlmiş, o və Təqsirləndirilən şəxs həkimlərin köməyi vasitəsilə yerdə huşsuz vəziyyətdə uzanmış anası Nəsibə Əlişovanı TTYX-nə məxsus avtomobilə qoyaraq özüdə Nəsimi ilə birlikdə həmin avtomobilə daxil olmuşdur. TTYX-nə məxsus avtomobillə Masallı RMX istiqamətində hərəkətdə olarkən anası Nəsibənin xəstəxanaya çatmamış yolda nəfəsinin gəlmədiyini və vəfat etdiyini görmüşdür. Xəstəxanaya çatdıqdan sonra orada anasının yanında qalmış, Təqsirləndirilən şəxs isə dərhal hadisənin baş verdiyi yerə qayıtmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı, **-ER- *** qeydiyyat nişanlı avtomobillə Şahid1 idarə etdiyi “X18” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında heç bir toqquşma və sürtünmə baş verməmiş, yolnəqliyyat hadisəsi Nahid Fərcəli ötmə əməliyyatını bitirdikdən sonra baş vermiş və hadisə zamanı heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, sonuncu ilə barışdığını, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edib, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhərində yerləşən "xxxx" MMC-nin sahibi Emil Quliyev onun dostudur və o, avtomobillərin icarəyə verilməsi fəaliyyətilə məşğul olur. xx.xx.2022-ci il tarixdə o, Emilin işlətdiyi RENAUTO.AZ MMC-dən “X24 Crusier” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək icarəyə götürərək icarə müqaviləsi bağlamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Masallı rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsində yaşayan ailə üzvlərinə baş çəkmək məqsədilə gəlmişdir. Bir sıra işlərini gördükdən sonra xx.xx.2022-ci il tarixdə saat 13 radələrində dostu Şahid2 ilə birlikdə idarə etdiyi “X20” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu, Qəriblər kəndində yaşayan digər dostu Raufun fərdi yaşayış evinə qonaq getmişdir. Həmin vaxt Raufla görüşdükdən sonra saat 14 radələrində Yardımlı-Masallı avtomobil yolu ilə Masallı rayonu, Boradigah qəsəbəsi istiqamətində saatda 50 kilometr sürətlə hərəkət etməyə başlamışdır. Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən qarşında onunla eyni hərəkət zolağında hərəkətdə olan “Hyunadi” markalı və markasını xatırlamadığı digər avtomobili ötüb keçmək məqsədilə hərəkət sürətini saatda 70 kilomterə qaldıraraq əks hərəkət zolağına keçmiş və ötmə əməliyyatını başa çatdımağa təxminən 12 metr məsafə qalmış Masallı rayonu istiqamətindən Yardımlı rayonu istiqamətində hərəkətdə olan “VAZ-2121 minik” markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobili yolun sağ hərəkət zolağına sürüb həmin VAZ-2121 markalı avtomobilə öz hərəkət zolağında getməsinə şərait yaratsa da özü asfalt yolda təxminən 120 metr məsafə qət etdikdən sonra idarəetməni itirib yoldan çıxaraq yolun sol ehtiyyat hissəsindən otlaq sahəsinə daxil olmuş və otlaq sahəsinə daxil olduğu andan idarə etdiyi avtomobil yerində bir neçə dəfə çevrilərək yoldan təxminən 40 metr məsafədə torpaq sahəsində düz vəziyyətdə dayanmışdır. Həmin vaxt idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində əyləşmiş Şahid2la birlikdə avtomobildən yerə düşmüş və təxminən 10 dəqiqə sonra hadisənin təsiri altında olduğu vaxt X19 Xidmətinə məxsus avtomobilin hadisə yerinə yaxınlaşmasını görmüşdür. TTYX-nin həkimləri onların yanına yaxınlaşarkən onları asfalt yolda durmuş şəxslər çağırmışdır. Bundan sonra ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisə zamanı ötmə əməliyyatını apararkən qarşısına çıxdığı VAZ-2121 markalı avtomobil idarəetməni itirib aşaraq su kanalının üzərindəki dəmir boruların üzərinə düşmüşdür. Hadisənin təsiri altından çıxa bilməmiş və nə olduğunu anlamağa çalışmışdır. Buna görə də idarə etdiyi avtomobilin yanında dayanıb asfalt yola çıxmamışdır. Bir neçə dəqiqə sonra özünə gəldikdə digər dostu Raufun ona yaxınlaşmasını görmüşdür. Təxminən 15 dəqiqə sonra yenidən hadisə yerinə TTYX-nə məxsus avtomobil gəlmiş və hadisə nəticəsində xəsarət almış dostu Şahid2 Masallı RMXya aparmışdır. Hadisə yerinə gələn polis əməkdaşlarına xəsarət aldığını bildirdiyindən onu da Masallı RMX-na aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra polis əməkdaşları istəyinə əsasən yenidən onu hadisənin baş verdiyi yerə gətirmişlər. Hadisə zamanı idarə etdiyi “X18” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobil arasında heç bir toqquşma və sürtünmə baş verməmiş, yol-nəqliyyat hadisəsi qarşı hərəkət zolağına çıxıb ötmə əməliyyatını bitirdikdən sonra baş vermiş, mərhum Nəsibə Əlişova və sürücü Təqsirləndirilən şəxslə əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 29 oktyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Masallı rayonu ərazisində Şahid5 və Şahid4la birlikdə xidmətdə olduğu vaxt RPŞ-nin növbətçi hissəsindən Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə gəldikdən sonra Yardımlı rayonu istiqamətində yolun sağ tərəfində olan su kanalının üstündə ağ rəngli “VAZ-2121 minik” (Niva) markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilin dəmir borulara dəyərək dayandığını, ondan təxminən 200 metr uzaqda yenə yolun sağ tərəfində olan torpaq sahəsində isə qara rəngli “X20” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin qəza törədərək durduğunu və hər iki avtomobilin yanında tanımadığı şəxslərin toplaşdığını görmüşdür. Daha sonra hadisə yerinə X19 avtomobili gələrək “VAZ 2121 minik” (Niva) markalı avtomobilin qəza törətdiyi yerdə huşsuz vəziyyətdə uzanmış adını sonradan bildiyi Nəsibə Əlişovanı avtomobillə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra o, həmin nəqliyyat vasitəsinin sürücülərinin kimliyini müəyyən edərkən məlum olmuşdur ki, “VAZ-2121 minik” (Niva) markalı avtomobilin sürücüsü Yardımlı rayonu, Gərsava kənd sakini Təqsirləndirilən şəxs və “X20” markalı avtomobilin sürücüsü isə Masallı rayonu, Boradigah qəsəbə sakini Şahid1dur. Daha sonra hadisə yerində zəruri sənədləşmə işləri aparılmış və hər iki nəqliyyat vasitəsi Masallı RPŞ-nin avtomobillərin müvəqqəti saxlama yerinə gətirilmişdir. Sonradan ona məlum olmuşdur ki, “VAZ 2121 minik” (Niva) markalı avtomobildə nərnişin qismində olan Yardımlı rayon sakini X3 yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPXnin inspektoru Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 8/3117 saylı rəyində görünür ki, istintaq tərəfindən qədim olunan məlumatlara əsasən, VAZ-2121 markalı 10ER647 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, X18 markalı 99PD579 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.20 “Ötmə qadağandır” yol nişanının), 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin nəqliyyat vasitələri arasında toqquşma baş vermədiyindən sürücü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.20 “Ötmə qadağandır” yol nişanının), 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanı tərəfindən qiymətləndirilə bilər. Sürücü Şahid1 X20 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin “3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücülərin hərəkətləri ilə baş vermiş hadisə nəticəsində avtomobildə olan sərnişinin ölməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 8/3669 saylı rəyində görünür ki, istintaq tərəfindən qədim olunan məlumatlara əsasən, VAZ-2121 markalı 10ER647 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, X18 markalı 99PD579 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.20 “Ötmə qadağandır” yol nişanının), 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin nəqliyyat vasitələri arasında toqquşma baş vermədiyindən sürücü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.20 “Ötmə qadağandır” yol nişanının), 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanı tərəfindən qiymətləndirilə bilər. Sürücü Şahid1 X20 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin “3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Masallı MTE və PA şöbəsinin 29 oktyabr 2022-ci il tarixli 32 saylı rəyindən görünür ki, X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, baş beynin yumşaq qışası altına yayılmış qansızma, kəllə əsası sümüklərinin sınığı, başın alın nahiyəsinin əzilmiş yarası, sağ və sol diz nahiyəsinin sıyrığı. Aşkar olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda qeyd olunan vaxtda və şəraitdə, yəni 29 oktyabr 2022-ci ildə baş vermiş avtomobil qəzası zamanı avtomaşının salonundakı hissələrinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb baş beyin toxumasının əzilməsi və baş beynin yumşaq qişası altına yayılmış qansızma olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29 oktyabr 2022-ci il tarixli 00194 qeydiyyat nömrəli alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” minik markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomabil maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin duracağında saxlanılmışdır. İş materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Kürəkçi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur, iki qardaşı 44 günlük İİ Qarabağ müharibəsinin iştirakçısıdır. İş materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Kürəkçi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X5 ilə birgə nikahlarından 2005-ci il təvəllüdlü X10, 2007ci il təvəllüdlü X11, 2009-cu il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. İş materiallarında olan AA № 063170 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin və ƏN-İİ № 766972 seriyalı etibarnamənin surətlərindən surətindən görünür ki, “VAZ-2121” minik markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomabilin mülkiyyətçisi X4 tərəfindən Təqsirləndirilən şəxs həmin avtomobili xx.xx.2037-ci il tarixədək idarə etməklə yanaşı digər hərəkətlər etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan AF № 138678 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncunun ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. Ekspertiza tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan “VAZ-2121” minik markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Əsas cəzanın başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan, əlavə cəzanın başlanğıcı isə əsas cəza başa çatdıqdan sonra hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan “VAZ-2121” minik markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-39/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-39/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver