Məhkəmə qərarları › İş №1(050)-4/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-4/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-4/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müslüm oğlunun iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Gölüstü” istirahət mərkəzində inzibatçı işləyən, Masallı rayonu, Qəriblər kəndində yaşayan və qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxso ğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 2441.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədilə 25 avqust 2022-ci il tarixdə saat 13 radələrində inzibatçı işlədiyi Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzinə müştəri qismində gəlmiş və əvvəllər tanımadığı Şahid4 cinsi əlaqədə olmaq üçün yüngül həyat tərzi keçirən qadın təşkil edəcəyinə və həmin qadınla cinsi əlaqədə olması üçün otaq verəcəyi barədə əvvəlcədən vəd verib razılaşaraq kirayə olaraq verdiyi otağa görə 20 manat pul aldıqdan sonra, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla əlaqə saxlamaqla ona müştəri olduğunu və həmin şəxslə cinsi əlaqədə olması barədə razılaşaraq, onu həmin istirahət mərkəzinə dəvət edib gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmiş və həmin gün saat 14 radələrində həmin istirahət mərkəzinin içərisində yataq dəsti və yuyunmaq üçün xüsusi şəraiti olan 13 nömrəli otağını, yəni mənzil sahəsini fahişəliklə məşğul olmaq məqsədi ilə Zərərçəkmiş şəxs ilə Şahid4 verib gəlir əldə etməklə Zərərçəkmiş şəxs Şahid4 ilə cinsi əlaqədə olması üçün əxlaqsızlıq yuvası təşkil etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 2441.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istrintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzində inzibatçı işləyir. “Gölüstü” istirahət mərkəzinin sahibi Şahid7dur, Şahid7 onun həmkəndlisidir. Şahid7la münasibəti həmişə yaxşı olmuş, hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. İşlədiyi “Gölüstü” istirahət mərkəzi ora gələn müştərilərin dincəlməsi məqsədilə fəaliyyət göstərmiş, “Gölüstü” istirahət mərkəzi ailəvi istirahət mərkəzi olmaqla ora gələn müştərilər orada dincəlmiş, istirahət etmiş və istirahət mərkəzinin həyətində tikililər də var. 25 avqust 2022-ci il tarixdə işlədiyi “Gölüstü” istirahət mərkəzində ora gələn müştərilərə xidmət etmiş və təxminən saat 13 radələrində “Gölüstü” istirahət mərkəzinə əvvəllər tanımadığı və adını sonradan bildiyi Şahid4 gəlmişdir. Şahid4 cinsi əlaqədə olmaq istədiyini və bunun üçün də otaq sifariş etmiş, o, da Şahid4 istirahət mərkəzinin 13 nömrəli otağı ilə təmin etmiş və buna görə də Şahid4 ona 20 manat pul vermişdir. O, da həmin pulu əynində olan şalvarın cibinə qoymuş, bundan sonra Şahid4 cinsi əlaqədə olmaq üçün qadınla görüşmək istədiyini və buna görə də fahişəliklə məşğul olan qadın tapmaqda köməklik etməyini ondan xahiş etmişdir. O, istirahət mərkəzinin müdiri Şahid7 yatmasından istifadə edərək Şahid4 bu təklifi ilə razılaşmış və bu işdə köməklik edəcəyini bildirmişdir. O, bu məqsədlə istifadəsində olan ***-***-**-** nömrəsi ilə fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** nömrəsinə zəng edərək cinsi əlaqədə olmaq üçün müştərinin olduğunu bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs “Gölüstü” istirahət mərkəzinə gəlmiş və o, Zərərçəkmiş şəxs Şahid4 olduğu 13 nömrəli otağa aparmışdır. Təxminən saat 14 radələrində “Gölüstü” istirahət mərkəzində iş gördüyü zaman ora əvvəllər tanımadığı mülki geyimli şəxslər gəlmiş, xidməti vəsiqələrini göstərdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X3 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin əməkdaşlar istirahət mərkəzinə baxış keçirilməsi üçün qərarın olduğunu və həmin qərar ilə onu tanış etdikdən sonra onlar hal şahidlərinin iştirakı ilə istirahət mərkəzinin 13 nömrəli otağına baxış keçirəcəklərini bildirmişdir. O, həmin əməkdaşlara etiraz etmədikdən sonra birlikdə 13 nömrəli otağa daxil olmuş və bu zaman Şahid4 ilə Zərərçəkmiş şəxs otaqda yarıçılpaq vəziyyətdə aşkar edilmişlər. Daha sonra həmin əməkdaşlar Şahid4 ona verdiyi 20 manat, Zərərçəkmiş şəxs verdiyi 65 manat pulu onlara təqdim etməyi təklif etmiş, o, da 1 ədəd 20 manatlıq, Zərərçəkmiş şəxs isə 3 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq pul əsginaslarını həmin əməkdaşlara təqdim etmişdir. Ümumilikdə 85 manat pul zərfə qoyularaq qablaşdırıldıqdan sonra polis əməkdaşları onu, Zərərçəkmiş şəxs və Şahid4 İnsan X3 Baş İdarəsinə dəvət etmiş və izahatı alındıqdan sonra buraxmışdır. Sonda Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, açıq ürək əməliyyatı keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətləri törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, maddi imkanı olmadığı üçün ayrı-ayrı şəxslərlə görüşmüşdür. 2017-ci ilin payız aylarında Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzinə getmiş və orada inzibatçı işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən o, ayrı-ayrı kişilər ilə “Gölüstü” istirahət mərkəzindəki koteclərdə görüşmüş və “Gölüstü” istirahət mərkəzində kişi müştərilərlə görüşdükdən sonra orada inzibatçı kimi işləyən Təqsirləndirilən şəxs 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəni vermiş, Təqsirləndirilən şəxslə tanışlıq zamanı cinsi əlaqədə olmaq üçün müştəri olduğu halda ona köməklik etməsini xahiş etmiş, müştərilərlə görüşdürəcəyi halda qazancından müəyyən məbləğdə pul verəcəyi barədə razılaşmışdır. 25 avqust 2022-ci il tarixdə təqribən saat 13 radələrində evdə olarkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə zəng edərək cinsi əlaqəda olmaq üçün 1 nəfər müştərinin olduğunu demiş, o, Təqsirləndirilən şəxs tanımadığı şəxslə cinsi əlaqəyə girməkdən qorxduğunu və ona problem yaradacaq şəxs olub-olmayacağı barədə soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin şəxsin etibarlı şəxs olduğunu demiş və o, Təqsirləndirilən şəxslə telefonda cinsi əlaqədə olmaq müqabilində alacağı pulun dəyəri barədə soruşduqda həmin şəxsin 60 manat pul verəcəyini ona bildirmişdir. O, da Təqsirləndirilən şəxslə razılaşmış və tanımadığı şəxsin idarə etdiyi taksi ilə “Gölüstü” istirahət mərkəzinə getmişdir. İstirahət mərkəzinə çatdıqda Təqsirləndirilən şəxs onu qarşılayaraq müştərinin oturduğu həmin mərkəzdəki 13 nömrəli otağa aparmış və o, orada əvvəllər tanımadığı Şahid4 ilə tanış olmuşdur. Şahid4 65 manat pulu ona vermiş və o, həmin pulun 5 manatını otaqdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs verəcəkdi. Bundan sonra Şahid4 ilə cinsi əlaqədə olmuş, bir neçə dəqiqə sonra otağın qapısı döyülmüş və o da qapını açmışdır. Bu zaman Təqsirləndirilən şəxs mülki geyimli şəxslərlə birlikdə otağa daxil olmuş və həmin şəxslər vəsiqələrini təqdim edərək İnsan X3 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Onları sorğu-sual etdikdən sonra ona və Təqsirləndirilən şəxs Şahid4 aldıqları pulları təqdim etməyi təklif etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşıb onda olan 3 ədəd 20 manatlıq, 1 ədəd isə 5 manatlıq pul əskinasını, Təqsirləndirilən şəxs isə özündə olan 1 ədəd 20 manatlıq pul əskinasını təqdim etmişdir. Həmin pullar zərfə qoyulmuş, polis əməkdaşları onları izahat vermək üçün İnsan X3 Baş İdarəsinə dəvət etmiş və baş vermiş hadisə ilə bağlı izahatlarını alaraq onları buraxmışlar. 25 avqust 2022-ci il tarixdə “Gölüstü” istirahət mərkəzinə kişi müştəri ilə görüşərək qazanc əldə etmək məqsədi ilə getmiş, onu oraya Təqsirləndirilən şəxs çağırmış və ona cinsi əlaqədə olmaq üçün 1 nəfər müştəri olduğunu demişdir. Cinsi əlaqədə olmaq üçün onu 13 nömrəli otaq ilə də Təqsirləndirilən şəxs təmin etmiş və cinsi əlaqədə olmaq üçün müştərini də həmçinin Təqsirləndirilən şəxs onun üçün tapmışdır. O, “Gölüstü” istirahət mərkəzinin sahibi Şahid7 tanımamış, onunla heç bir münasibəti olmamışdır. O, əvvəllər maddi vəziyyətinin aşağı olduğundan müəyyən pul müqabilində müştərilərlə görüşüb cinsi əlaqədə olmuş, lakin müştəri tapmaqda çətinlik çəkdiyi üçün Təqsirləndirilən şəxs ona köməklik etməsini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin İnsan X3 Baş idarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə Baş İdarəyə Raqib adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətində saxladığı qadınları Masallı rayonu, Qəriblər kəndində yerləşən “Gölüstü” istirahət mərkəzində cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat tədbirinin keçirilməsi barədə onun tərəfindən çıxarılmış qərar əsasında Baş İdarənin rəhbərliyi tərəfindən İAQMBİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidi qismində Baş İdarəyə dəvət edilmiş, onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvanda yerləşən istirahət mərkəzinə yollanılmışdır. xx.xx.2022-ci il tarixdə saat 14:00-da əməliyyat qrupu hal şahidləri ilə birlikdə istirahət mərkəzinin həyətinə daxil olmuş, istirahət mərkəzinin həyətinə daxil olarkən onları qarşılayaraq özünü oranın icarədarı kimi təqdim edən Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək DİN-in İnsan X3 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında obyektə baxış keçirmək üçün icazə istəmişdir. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməmiş və baxış zamanı istirahət mərkəzinin həyətyanı sahədən, iki ədəd ikimərtəbəli və bir ədəd 3 mərtəbəli tikilinin olmasını, həmin tikililərdə bir neçə otaqlardan ibarət olması müəyyən edilmişdir. 2 mərtəbəlinin tikililərdən birinə baxış zamanı 13 nömrəli otaqda bir nəfər kişi və qadının yarıçılpaq vəziyyətdə olması aşkar edilmiş, ilkin şifahi sorğu zamanı onların anket məlumatları dəqiqləşdirilmiş və həmin şəxslərin Şahid4 və Zərərçəkmiş şəxs olmaları müəyyən edilmişdir. Otaqda aşkar olunmuş Şahid4 həmin istirahət mərkəzində cinsi əlaqədə olmaq üçn şəraitli otaq və qadın təşkil edilməsindən xəbərdar olduğu üçün xx.xx.2022-ci il tarixdə günorta saatlarında istirahət mərkəzinə gəldiyini bildirmiş, istirahər mərkəzində Təqsirləndirilən şəxs Şahid4 qarşılamış və cinsi əlaqədə olmaq üçün 65 manat müqabilində Zərərçəkmiş şəxs oraya dəvət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları 20 manat pul müqabilində qısamüddətli otağa yerləşdirmiş, otaqda aşkar olunmuş Zərərçəkmiş şəxs bir müddətdir pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmaq məqsədilə görüşdüyünü, müştərilərlə əsasən “Gölüstü” istirahət mərkəzində görüşdüyünü, müştəriləri bəzən özünün tapdığını, bəzi hallarda Təqsirləndirilən şəxs müştəri olması ilə bağlı oraya dəvət etdiyini, Təqsirləndirilən şəxs buna görə pul tələb etmədiyini, lakin hər dəfə ona 5 manat pul verdiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istirahət mərkəzinə dəvət etmiş və müştəri olduğunu, 65 manat pul veriləcəyini və həmin pulun 5 manatını Raqibə verəcəyini bildirmişdir. Bundan sonra ilkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs deyilənləri təsdiq etmiş, həmin istirahət mərkəzində 2 ildir inzibatçı işlədiyini, istirahət mərkəzinin sahibi Balayar adlı şəxsin göstərişi ilə gələn müştəriləri özünün qəbul etdiyini, əsasən kişilərlə qadınların həmin istirahət mərkəzinə gələrək qısamüddətli 20-30 manat müqabilində kirayə otaq götürdüklərini, eyni zamanda tanıdığı bir neçə fahişəliklə məşğul olan qadınları da müştərinin istəyi ilə obyektə dəvət etdiyini, buna görə pul tələb etməsə də bəzi qadınların ona 5 manat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şahid4 aldığı 20 manat, Zərərçəkmiş şəxs isə 65 manat pulu onlara təqdim etmiş və hal şahidlərinin iştirakları ilə təqdim edilən pul əsginasları zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra iştirakçılar müvafiq sənədləşdirmə aparılması üçün şəraitinin olmadığından onlar tərəfindən Baş İdarəyə dəvət olunmuş, Baş İdarədə onun tərəfindən protokol tərtib olunmuş, sonra iştirakçılar tərəfindən imzalanmış və bundan sonra iştirakçılar baş verənlər barədə izahat verdikdən sonra baş idarəni tərk etmişdir. Baş idarəyə 25 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Raqib adlı şəxsin “Gölüstü” istirahət mərkəzində zor tətbiq etməklə və hədə-qorxu gəlməklə qadınları insan alverinə məruz qoyması göstərildiyi üçün o, raportda, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarda və əməliyyat-axtarış tədbirinin yekunu barədə tərtib olunmuş protokolda Raqib adlı şəxsin qadınları zor tətbiq etməklə və hədə-qorxu gəlməklə insan alverinə məruz qoymasını göstərmiş, lakin onun tərəfindən protokol tərtib olunarkən və baş idarəyə dəvət olunmuş şəxslərin izahatları alınarkən həmin qadın öz razılığı ilə fahişəliyə cəlb etdiyini, həmin qadına qarşı hər hansı zor tətbiq etmədiyini, hədə-qorxu gəlmədiyini müəyyən etmiş və qeyd olunan xüsusat da ilkin materialda öz əksini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin İAQMBİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsindən və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş baş əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, onlar oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yay aylarında istirahət etmək məqsədilə Masallı rayonuna getmişdir. Masallı rayonunda qalmaq və cinsi əlaqədə olmaq üçün yer olub-olmaması barədə orada yaşayan tanımadığı gənclərdən soruşmuş, onlar Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzində cinsi əlaqədə olmaq üçün şərait yaradıldığını və qadın təşkil edildiyini bildirmiş və o, da bu məqsədlə həmin istirahət mərkəzinə getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzinə daxil olmuş və orada özünü istirahət mərkəzinin inzibatçısı kimi təqdim edən Raqib adlı şəxs onu qarşılamışdır. O, Raqib adlı şəxsdən cinsi əlaqədə olmaq üçün otaq və qadın təşkil etməsini xahiş etmiş və Raqib onu başa düşdükdən sonra ona 2-3 qadın fotoşəkli göstərmişdir. O, qiymətləri soruşduqda onun qadınlarla razılaşmalı olduğunu bildirmiş və bundan sonra Raqib cinsi əlaqədə olmaq üçün 20 manat müqabilində qısamüddətli otaq vermişdir. Daha sonra Dünya adlı qadın oraya gəlmiş və 65 manat müqabilində onunla cinsi əlaqədə ola biləcəyini bildirmişdir. O, da Dünya adlı qadınla razılaşmış, 65 manat pul vermiş və bundan sonra Dünya adlı qadınla cinsi əlaqədə olmuşdur. Daha sonra mülki geyimdə olan bir neçə nəfər şəxs Raqib ilə birlikdə otağa daxil olmuş və onlar xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişdir. Onlara şəxsiyyətlərini müəyyən etmək və bu şəraitin kim tərəfindən yaradıldığı barədə bir neçə sual vermiş, o, buraya Bakı şəhərindən cinsi əlaqədə olmaq məqsədilə gəldiyini və Dünyaya 65 manat pul verərək cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olmaq üçün otağa görə Raqibə 20 manat verdiyini və cinsi əlaqədə olduğu qadını da Raqib tərəfindən oraya dəvət edildiyini bildirmişdir. Dünya onun dediklərini təsdiq etmiş və 65 manat müqabilində onunla cinsi əlaqədə olduğunu və həmin pulun 5 manatını cinsi əlaqədə olduqdan sonra Raqibə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də onun dediklərini təsdiq etmiş, 20 manat müqabilində ona qısamüddətli otaq verdiyini və Dünyanı buraya dəvət etdiyini bildirmişdir. Bundan sonra Raqib onun verdiyi 20 manat pulu, Dünya verdiyi 65 manat pulu polis əməkdaşlarına təqdim etmiş və həmin əsginaslar zərfə qoyularaq 16 saylı möhürlə möhürlədikdən sonra onlar həmin zərfi imzalamışdır. Bundan sonra polis əməkdaşları onları Bakı şəhərində yerləşən DİN-in İnsan X3 Baş idarəsinə getməyə dəvət etmiş, Baş İdarədə baş verənlər barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onlar tərəfindən təsdiq edilmişdir. Daha sonra onların izahatı alınmış və onlar sərbəst buraxılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Lukiol” yanacaqdolurma məntəqəsinin yaxınlığında dayanan zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək İnsan X3 Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş və Masallı rayonunda keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahidi qismində dəvət etmişdir. O, razılıq verdikdən sonra Baş İdarəyə dəvət edilmiş və hal şahid kimi hüquq və vəzifələri izah edilmişdir. Ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmiş və hüquq və vəzifələri izah edildikdən sonra Masallı rayonuna yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 14:00-da polis əməkdaşları ilə birlikdə Masallı rayonu, Qəriblər kəndində yerləşən Gölüstü istirahət mərkəzinə daxil olmuş və istirahət mərkəzinin həyətinə daxil olarkən onları özünü həmin kafenin işçisi kimi təqdim edən Raqib adlı şəxs qarşılamışdır. Polis əməkdaşları Raqib adlı şəxsə xidməti vəsiqələrini təqdim edərək DİN-in İnsan X3 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında obyektə baxış keçirmək üçün icazə istəmişdir. Təqsirləndirilən şəxs həmin təklifə etiraz etməmiş, baxış zamanı istirahət mərkəzinin həyətyani sahəsində olan 2 mərtəbəlinin tikililərdən birində yerləşən 13 nömrəli otaqda bir nəfər kişi və bir nəfər qadının olması aşkar edilmişdir. İlkin sorğu zamanı onların Şahid4 və Zərərçəkmiş şəxs olmaları müəyyən edilmiş, otaqda aşkar olunmuş Şahid4 həmin istirahət mərkəzində cinsi əlaqədə olmaq üçn şəraitli otaq və qadın təşkil edilməsindən xəbərdar olduğu üçün xx.xx.2022-ci il tarixdə günorta saatlarında istirahət mərkəzinə gəldiyini bildirmişdir. Şahid4 istirahət mərkəzində Təqsirləndirilən şəxs qarşıladığını, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq üçün qadın və otaq təşkil etməsini istəmiş və bundan sonra Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq üçün 65 manat müqabilində Zərərçəkmiş şəxs oraya dəvət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları 20 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün şərait yaradılmış otağa yerləşdirmiş, otaqda aşkar edilmiş Zərərçəkmiş şəxs bir müddətdir pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmaq məqsədilə görüşərək fahişəliklə məşğul olduğunu, müştərilərlə əsasən “Gölüstü” istirahət mərkəzində görüşdüyünü, müştəriləri bəzən özünün tapdığını, bəzi hallarda isə Təqsirləndirilən şəxs müştəri olması ilə bağlı oraya dəvət etdiyini, Təqsirləndirilən şəxs buna görə pul tələb etmədiyini, lakin hər dəfə ona 5 manat pul verdiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid4 istirahət mərkəzinə dəvət etmiş və müştəri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 65 manat pul veriləcəyini bildirmiş və həmin pulun 5 manatını Raqibə verəcəyini bildirmişdir. Bundan sonra ilkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs deyilənləri təsdiq etmiş və obyektə əsasən kişilərlə qadınların həmin istirahət mərkəzinə gələrək qısamüddətli 20-30 manat müqabilində kirayə otaq götürdüklərini, tanıdığı bir neçə fahişəliklə məşğul olan qadınları da müştərinin istəyi ilə obyektə dəvət etdiyini, buna görə pul tələb etməsə də bəzi qadınların 5 manat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şahid4 aldığı 20 manat, Zərərçəkmiş şəxs isə 65 manat pulu polis əməkdaşlarına təqdim etmiş və təqdim edilən pul əsginasları zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşdirmə aparılması üçün şəraitinin olmadığından polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, Baş İdaərə protokol tərtib edilmiş və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqınsa şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzi ona mənə məxsus olmuş və o, həmin istirahət mərkəzini 2001-ci ildən etibarən işlətmişdir. “Gölüstü” istirahət mərkəzi hər birində 2 otaq olmaqla 13 ədəd kotecdən ibarət olmuş və istirahət mərkəzindən kənarda kafe də fəaliyyət göstərmişdir. İstirahət mərkəzi müştərilərin dincəlməsi məqsədilə istifadə edilmiş və istirahət mərkəzində müştərilərin yerləşdirilməsinə inzibatçı Təqsirləndirilən şəxs nəzarət etmişdir. “Gölüstü” istirahət mərkəzini işlətdiyi dövr ərzində heç vaxt müştərilərin cinsi əlaqədə olması məqsədilə istifadə olunmamışdır. O, Təqsirləndirilən şəxs obyektin ailəvi istirahət mərkəzi olduğunu, oranın ancaq müştərilərin qidalanması və dincəlməsi üçün istifadə edilməsini, orada olan kotec və otaqlarda dincəlmək istəyən kişi və qadın müştərilər olduqda həmin şəxslərin şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnaməsi olduğu halda ona bu barədə məlumat verməklə onları otaqlarla təmin etməsini tapşırmış və istirahət mərkəzinə gələn müştərilər cinsi əlaqədə olmaq niyyətləri olduğu halda onları istirahət mərkəzinə buraxmamağı bildirmişdir. Ümumiyyətlə istirahət mərkəzinə gələn müştərilərə oradakı kotec və otaqların əxlaqsızlıqla məşğul olunması məqsədilə istifadə edilmədiyini hər dəfə və işçiləri tərəfindən bildirilmiş və baş vermiş hadisə Təqsirləndirilən şəxs laqeydsizliyi üzündən olmuşdur. Hadisə günü, yəni 25 avqust 2022-ci il tarixdə o, yaşadığı evdə olmuş və sonradan ona məlum olmuşdur ki, 25 avqust 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin İnsan X3 Baş İdarəsinin əməkdaşları istirahət mərkəzində əməliyyat keçirmiş, Təqsirləndirilən şəxs istirahət mərkəzində qadınları fahişəliyə cəlb etmiş və əxlaqsız yuvası təşkil etdiyi üçün polis əməkdaşları ora gələrək tədbir keçirmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir münasibəti və düşmənçiliyi olmamış, o, 25 avqust 2022-ci il tarixdə “Gölüstü” istirahət mərkəzində Şahid4 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasında heç bir gəlir və ya digər fayda əldə etməmiş, gəlir və ya digər fayda əldə etmək niyyəti də olmamışdır. Ümumiyyətlə baş vermiş hadisədən məlumatsız və xəbərsiz olmuş, bu hadisənin onunla heç bir əlaqəsi olmamış, o, istirahət mərkəzini işlətdiyi dövr ərzində heç vaxt bu işlərə icazə verməmişdir. İstirahət mərkəzini işlədiyi müddətdə belə hadisələr baş verməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi pulları əxlaqsız yuva saxlamaqla əldə etməsi barədə ona heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə isə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzində 13 nömrəli otaqda baş vermişdir. Bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 22462 nömrəli telefon danışıqlarının siyahısına baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 12:57:53-də 18 saniyə, saat 13:02:35-də 42 saniyə və saat 13:13:19-də 10 saniyə telefon danışığı olmuşdur. Maddi sübutun tanınması və depozit hesabına keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd A93822121 seriyalı, B13175417 seriyalı, B07252569 seriyalı, B27648488 seriyalı, ümumilikdə 4 ədəd 20 manatlıq pul əskinası və 1 ədəd A31931196 seriyalı 5 manatlıq pul əskinası Masallı RPŞnin depozit hesabına verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 243.1 və 244.1-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB-nın Qəriblər kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qəribər kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1967-ci il təvəllüdlü X1, oğlu xx.xx.1988-ci il təvəllüdlü X4 və oğlu - xx.xx.1990-cı il təvəllüdü X2 ibarət ailə tərkibində yaşayr və ərazidə yaşadığı müddətdə onun barəsində yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2022-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2 və 3-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdiriən hal kimi nəzərə alır. Təqsirləndirlən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd A93822121 seriyalı, B13175417 seriyalı, B07252569 seriyalı, B27648488 seriyalı, ümumilikdə 4 ədəd 20 manatlıq pul əskinası və 1 ədəd A31931196 seriyalı 5 manatlıq pul əskinası hökm qanuni qüvvəyə mindikdən sonra əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) saat ictimai işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək, 450 (dörd yüz əlli) saat ictimai işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nini 66.2.-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 600 (altı yüz) saat ictimai işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd A93822121 seriyalı, B13175417 seriyalı, B07252569 seriyalı, B27648488 seriyalı, ümumilikdə 4 ədəd 20 manatlıq pul əskinası və 1 ədəd A31931196 seriyalı 5 manatlıq pul əskinası hökm qanuni qüvvəyə mindikdən sonra əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar