Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-4/2025 16.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas X1, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2001-ci ildə Yardımlı rayonu, Hamarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatda olmaqla, Masallı rayonu, Təklə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qaqalı məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində 10 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində dodağından öpərək və digər seksual xarakterli hərəkətlər etdikdən sonra onun üçün aşkar surətdə ön dört yaşına çatmış, lakin on altı yaşına çatmadığını bildiyi Zərərçəkmiş şəxs razılığı əsasında öz kişi cinsiyyət orqanını sonuncunun anus dəliyinə yerləşdirməklə onunla qeyri-təbii yolla bir dəfə, eləcə də həmin tarixdən sonra 28 aprel 2024-cü il tarixədək istintaqa dəqiq məlum olmayan tarixlərdə Masallı rayonu, Şərəfə kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncu ilə qeyr-təbii yolla dəfələrlə cinsi əlaqədə olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Şərəfə kəndində yaşayan Qanuni nümayəndə onun ögey xalasıdır. Zərərçəkmiş şəxs isə Qanuni nümayəndə qızıdır. 2022-ci ilin qış aylarında dəqiq xatırlamadığı tarixdə Aytənlə nişanlanmış, lakin evlənməmişlər. O, mütəmadi olaraq Zərərçəkmiş şəxs yaşadığı evə gedərək onunla söhbət etmişdir. 10 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yenə Aytənin yaşadığı evdə olarkən dodağından öpərək sonuncunun razılığı ilə kişi cinsiyyət orqanını onun anus dəliyinə yerləşdirməklə onunla qeyri-təbii yolla bir dəfə, həmin tarixdən sonra isə bir neçə dəfə qeyr-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs onunla ailə qurmaqdan imtina etməsi barədə ona məlumat versə də o, Ləzifənin sözlərinə inanmamışdır. Zərərçəkmiş şəxs isə ona əgər onu sevirsə yaşadığı evə köçüb ailə üzvləri ilə birlikdə yaşamağını ondan istəmişdir. Buna görə də o, Aytənlə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Şərəfə kəndinə getmiş, həyətə daxil olduqda Qanuni nümayəndə Aytəni başqası ilə evləndirəcəyini deyərək ondan çıxıb getməyini tələb etmişdir. O da oradan çıxıb yaşadığı evə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə onun istifadəsində olan mobil telefona zəng edib evlərinə dəvət etmişdir. Həmin gün saat 19 radələrində o, Ləzifənin evinə getmiş, orada Ləzifə onu qarşılayıb söhbət etməyə başlamışdır. Sonra Ləzifə ondan mobil telefonunu istəmiş, o, telefonunu Ləzifəyə verdikdə sonuncu telefonu format edərək içindəki bütün faylları silib ona geri qaytarmış və onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt evdə olan Ləzifənin əri İbadət Bayramov da onunla mübahisə etməyə başlamış və sonuncu ilə arasında mübahisə yaranmışdır. Sonra Qanuni nümayəndə onu yaşadığı evin həyətinin giriş qapısından çıxarıb getməyini bildirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən gəncliyini nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2007-ci il təvəllüdlü olmaqla anası və nənəsi ilə birlikdə daimi olaraq Masallı rayonu, Şərəfə kəndində özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Ögey xalası oğlu Masallı rayonu, Təklə kəndində yaşayan Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə evlənmək məqsədilə nişanlanmışdır. Nişanlandıqdan sonra Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq öz yaşadığı Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evində görüşüb söhbət etmişdir. 10 yanvar 2023-cü il tarixdə anası və digər ailə üzvlərinin evdə olmadığı vaxtda Təqsirləndirilən şəxs ilə mobil telefonda söhbət edən zaman ona evdə tək olduğunu demişdir. Vüsal da ona evinə gəlmək istədiyini bildirmiş və o da sonuncu ilə razılaşmışdır. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib onunla söhbət etməyə başlamışdır. Vüsal ona nişanlı olduqlarını və gələcəkdə evlənəcəklərini, buna görə də onunla cinsi əlaqəyə girmək istədiyini bildirmişdir. O da Vüsalla evlənəcəyini düşündüyü üçün etiraz etməmişdir. Həmin vaxt onun yatdığı otaqda yerləşən çarpayının üzərində Vüsal öz cinsi orqanını onun arxa nahiyəsinə daxil edərək, yəni qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun 16 yaşı tamam olmamışdır. Sonraki aylarda dəqiq xatırlamadığı tarixlərdə Təqsirləndirilən şəxs onun yaşadığı evdə ailə üzvlərinin evdə olmamasından istifadə edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Hazıradək xatırlamadığı tarixlərdə Təqsirləndirilən şəxs 4 dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonradan Təqsirləndirilən şəxs mütəmadi olaraq onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyi üçün o, sonuncudan ayrılmağı qərarlaşdırıb bu barədə anası Ləzifəyə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evə gedib bütün ailə üzvlərinin üzərinə uca səslə qışqırıb ondan ayrılmaq istəmədiyini demiş, buna görə də anası Qanuni nümayəndə Vüsalı həyətdən çıxarmağa çalışarkən sonuncu həyətin giriş qapısının layını qəsdən bağlayıb anası Qanuni nümayəndə bədəninin müxtəlif nahiyələrinə bədən xəsarətləri yetirmişdir. Buna görə də anası Qanuni nümayəndə bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadığından məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Masallı rayonu, Təklə kəndində yaşayan Təqsirləndirilən şəxs isə onun bacısının ögey oğludur. 02 oktyabr 2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evlənmək məqsədilə nişanlanmışlar. Həmin vaxtdan 2024-cü ilin aprel ayınadək aralarında heç bir ədavət, düşmənçilik və qərəzli münasibətləri olmamışdır. Sonradan qızı Zərərçəkmiş şəxs ona Vüsal ilə onların yaşadığı Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinin özünə məxsus otağındaki çarpayının üzərində ilk dəfə 10 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində qeyri-təbii yolla cinsi əlaqədə olmasını, həmçinin həmin vaxtdan hazıradək 3 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Bundan sonra o, əsəbiləşmiş və qızına qəti şəkildə Vüsal ilə evlənməsinə icazə vermədiyini bildirmişdir. Həmçinin qızı Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olması səbəbindən onunla ailə qurmaqdan imtina etməsi barədə Vüsala demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib bütün ailə üzvlərinin üzərinə uca səslə qışqırıb Aytəndən ayrılmaq istəmədiyini demişdir. Buna görə də o, Vüsalı evin həyətindən çıxarmağa çalışarkən Vüsal həyətin giriş qapısının layını qəsdən bağlayıb onun bədəninin müxtəlif nahiyələrinə bədən xəsarətləri yetirmişdir. Buna görə də o, DİN-in 102 zəng xidməti mərkəzinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadıqları üçün məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Gəncə Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 1-1(050)-072/2022 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1-ci məddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik Hüquqi şəxsin 11 may 2024-cü il tarixli, 405 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anotomik tamlığı pozulmamışdır. Qızlıq pərdəsi dəliyinin ölçüsü onun tamlığı pozulmadan cinsi əlaqənin ola bilməsini istisna etmir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüvari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və s. bunu sübut edir) vardır. Düz bağırsaq nahiyyəsində hər hansı bir xəsarət olmadığından qeyritəbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan baxış keşirilməsi haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Masallı rayonu, Şərəfə kəndində yerləşən Qanuni nümayəndə məxsus iki mərtəbəli fərdi yaşayış evidir. Həmin ev Masallı rayonu, Şərəfə kəndindəki “pomidor” məhsullarının yetişdirilməsi parnikinin yaxınlığında yerləşir. Evin ikinci mərtəbəsi yarımçıq çiy kərpiclərlə hörülmüş, lakin tam şəkildə evin üst örtüyünə birləşdirilməmişdir. Həmin evdə yaşayan cinayət işi üzrə yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əvvəlcə yaşadığı evin özünü, daha sonra evin özünə məxsus yataq otağını və həmin otaqdakı çarpayını təqdim edərək əvvəllər nişanlı olduğu qohumu Masallı rayonu, Təklə kəndində yaşayan Təqsirləndirilən şəxs həmin çarpayı üzərində xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində qeyri-təbii yolla, yəni Təqsirləndirilən şəxs öz cinsi orqanını onun anus dəliyinə salaraq təxminən bir saat onunla cinsi əlaqədə olduğunu və həmin tarixdə onun 16 yaşının tamam olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 11/451 saylı rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı emosional halında ekstremal dəyişikliklər baş verməmişdir. xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs fərdi-psxioloji xususiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri üzə çıxmır. xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xususiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik Hüquqi şəxsin 28 fevral 2025-ci il tarixli 41 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş düz bağırsağın girəcəyi ətrafında şüvari büküşlərin bir qədər hamarlaşması, büzücü əzələlərin boşalması əlamətlərinin kişi cinsiyyət orqanının gərginləşdirilmiş vəziyyətdə müəyyən vaxtlarda onun düz bağırsağına daxil edilməsi yolu ilə cinsi əlaqədə olunması nəticəsində əmələ gəlməsi inkar edilmir. Zərərçəkmiş şəxs düz bağırsağın girəcəyi ətrafında şüvari büküşlərin bir qədər hamarlaşması, büzücü əzələlərin boşalması əlamətləri şəxsin özünün əl barmaqları ilə öz ehtirasını ödəməsi zamanı əmələ gəlməsi inandırıcı deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxslə razılıq əldə etməməsini, bu səbəbdən də sonuncunun ona qarşı şikayətçi olmasını və ona ağır cəza təyin edilməsi barədə xahişini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2024-ci il tarixdən 07 iyun 2024-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-4/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-4/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver