Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-40/2024 02.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs şəxsin hüquqi varisi X3, Müdafiəçilər Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxx 2003-cü il tarixdə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində şəxsiyyəti istintaqa məlum olmayan qız tanışı ilə Masallı şəhərində yerləşən Xətai parkının qarşısından keçərkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs bununla bağlı ona iradını bildirdiyinə görə aralarında yaranmış narazılığı aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs onu istifadəsində olan VAZ 21074 markalı 90DK516 dövlət qeydiyyat nişanlı avtomobilə mindirib söhbət etmiş, onlar Masallı şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinə yumruqla bir zərbə vuraraq ona üst dodağın selikli qişasında 1 ədəd əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, sevdiyi xanımla birlikdə piyada Köhnə Bazara tərəf getməyə başlamışlar və Xətai parkının yaxınlığına çatanda üç nəfər tanımadığı cavan oğlan onların yanından keçib qısa müddətdən sonra geri qayıdaraq onu çağırmışlar. O, onların yanına çatanda adını daha sonra Elməddin kimi bildiyi şəxs haradan olduğunu ondan soruşmuş, o, həmin şəxsə Viləş kəndindən olduğunu demişdir. Həmin vaxt Elməddin onun yanındakı qızın kim olmasını, haralı olduğunu, onun istədiyi qız olub-olmadığını soruşduqda o, cavabında Elməddinə həmin qızın istədiyi qız olduğunu ona demişdir. Sonuncu kişi olan şəxsin ciddi istədiyi qızla o formada gəzə bilməyəcəyini ona demişdir. Elməddinin istədiyi qızın yanında ona belə söz deməsi və əlini çiyninə qoyub yoluyla getməyə qoymaması xətrinə dəymiş, ona görə də ondan qızı evə yola salandan sonra geri qayıdıb nə lazımdırsa ona deyə biləcəyinə dair icazə istəmişdir. Bunu deyib onlardan ayrılıb Sevinclə birlikdə yoluna davam etmək istədikdə Elməddin yenə də arxadan onu səsləyib “mənim səbrim yoxdur, gözləyə bilmirəm” deyərək getməməsini tələb etmişdir. Elməddin yanında olan iki nəfər tanımadığı oğlana onlardan ayrılıb kənara çəkilmələrini təklif etmiş, həmin iki nəfər onlardan təxminən 5-10 metr kənara çəkilmişdir. Bu zaman Elməddin ona “sən səhvsən və üzr istəməlisən” demiş, ondan səhvini üzünə deməsini, əgər səhv etmişsə üzr istəyəcəyini demişdir. Elməddin isə ona “yox e sən belə başa düşməyəssən gəl otur maşına mən səni başa salaram” deyərək onu avtomobilinə dəvət etmişdir. Həmin vaxt Elməddinin ağ rəngli “Vaz” markalı, qeydiyyat nömrəsini xatırlamadığı avtomobili yolun kənarında saxlanılmışdır. Sevinc söhbəti belə görüb oradan uzaqlaşıb getmişdir. O Elməddinə durduqları yerdə söhbət etmələrini deyərək ilk əvvəl maşına oturmaq istəməmiş, sonuncu isə buranın söhbət yeri olmadığını, bildirib ondan maşınına oturmasını tələb etmişdir. O vəziyyəti belə görüb Elməddinin onu aparıb döyəcəyindən qorxaraq həmin vaxt dostu Nurlanın hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək düşdüyü vəziyyət barədə ona məlumat verib Elməddinin onu avtomobili ilə Köhnə Bazar istiqamətində aparacağını demişdir. Nurlan isə ona “gözlə gəlirəm indi” cavabını vermiş, həmin vaxt o Nurlana dalınca gəlməsini və yaxud digər şəxsləri də yığıb gətirməsini deməmişdir. Nurlanla danışığı yekunlaşdırdıqdan sonra o Elməddinə məxsus avtomobilin arxa oturacağında, sonuncu isə avtomobilin sükanı arxasında əyləşmiş və avtomobili Köhnə Bazar istiqamətində sürmüşdür. Avtomobildə digər şəxs olmamışdır. Köhnə Bazardan Viləş körpüsünə gedən yoldakı döngəyə çatanda o Elməddindən haraya getdiklərini soruşmuş, sonuncu isə “səbirli ol, haraya getdiyimizi bilərsən” cavabını vermişdir. O Elməddinin avtomobili "xxxx" ASC-nin yerləşdiyi istiqamətə tərəf sürdüyünü görüb avtomobil hərəkətdə olarkən qapını açıb özünü yerə tullamaq istəmiş, Elməddin avtomobili yolun sağ tərəfinə verib saxlayaraq ona “şüvənlik eləmə” deyərək arxaya çönüb ona əli ilə yumruq atmış, onun zərbəsi sinəsinə dəymişdir. O da həmin vaxt özünü müdafiə etmək üçün Elməddinə yumruq atmış və atdığı yumruq Elməddinin dodaq nahiyəsinə dəymiş, lakin, Elməddinin ona atdığı yumruq zamanı o, heç bir bədən xəsarəti almamışdır. Həmin vaxt Elməddinə şüvənlik etmədiyini deyərək avtomobildən düşmək istəmiş, lakin Elməddin gödəkçəsindən yapışıb dartdığı üçün avtomobildən düşə bilməmişdir. Vəziyyəti belə görüb o ayağı ilə maşının arxa qapısını itələyib oradan düşmüş, bu zaman Elməddin də avtomobildən düşmüşdür. Həmin vaxt onlar şosse yolun qarşı tərəfinə keçib ara yolla Viləş çayına tərəf getmişlər, Elməddin çayın yaxınlığına gedib onu oraya çağırmış, lakin onun yanına getməmişdir. Bu zaman Nurlan ona zəng edərək harada olduğunu soruşmuş, ona olduğu yeri tərif etmişdir. Qısa müddət keçdikdən sonra Nurlan və Höccət “Vaz” markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobillə yanına getmişlər. Bundan sonra Elməddinin dostları və onun dostları arasında Masallı-Hüseynhacılı avtomobil yolunun sağ kənarında yerləşən meşə sahəsində mübahisə olmuş, yaranmış mübahisənin böyüməməsi üçün o, onların yanından qaçıb həmin yerdən uzaqlaşmışdır. Sonradan polis şöbəsinə gətirildikdə dostu Höccət Sultanovun hadisə yerində Zərərçəkmiş şəxs bıçaqlayıb öldürdüyünü öyrənmişdir. Həmin hadisə ilə bağlı ətraflı şəkildə Masallı rayon prokurorluğuna verdiyi ifadəsində qeyd etmişdir. Hazırda törətdiyi əməlindən səmimi olaraq peşmançılıq keçirir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə cəhd göstərsədə lakin barışıq əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun sonuncu övladı olmuşdur. O, Xırmandalı kəndində qeydiyyatda olmağına baxmayaraq uzun illər Masallı şəhərində kirayədə yaşamış, bir neçə il bundan əvvəl Masallı şəhəri, Füzuli küçəsində ailə üzvlərilə birlikdə fərdi yaşayış evi alaraq orada yaşamağa başlamışlar. Qızlarını gəlin köçürmüş, böyük oğlu Ceyhun Kərimov hazırda törətdiyi cinayətə görə həbsdədir. Kiçik oğlu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Vətən müharibəsi qazisi olmaqla Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir Ehtiyata buraxıldıqdan sonra oğlu Elməddin Masallı Mənzil Kommunal Təsərrüfat Birliyində işə düzələrək orada işləmiş, hər ay 355 manat əmək haqqı, eyni zamanda qazi olduğuna görə hər ay 80 manat müavinət almışdır. Özü də oğlunun işlədiyi idarədə nəzarətçi qismində işləmişdir. Müharibədən sonra oğlu Elməddin əsəb xəstəliyindən əziyyət çəkmiş, tez-tez əsəbiləşmiş, lakin sakit bir adam olmaqla onun heç kimlə narazılığı, ziddiyyəti, ədavəti, mübahisəsi və münaqişəsi olmamışdır. Oğlu Elməddini bıçaqlayan X4 və sonuncunun dostu Fuad adlı şəxsi Elməddin məlum hadisəyə kimi tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 18 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında oğlu Zərərçəkmiş şəxs işə gedib həmin gün saat 15 radələrində evə qayıtmışdır. Həmin vaxt Elməddin yeməyini yedikdən sonra işinin olduğunu bildirib evdən çıxıb getmişdir. Elməddindən haraya getdiyini soruşanda bu barədə ona heç nə deməmişdir. Daha sonra Elməddin evə qayıtmamış və o, Elməddinin dostları ilə görüşüb söhbət etdiyini düşündüyü üçün onun harada olması ilə maraqlanmamışdır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 17 radələrində o, evdə darıxdığı üçün bir az gəzmək məqsədi ilə evdən çıxmış, yaxınlıqda yerləşən məscidin qarşısından keçən zaman istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı bir nömrədən zəng edilmişdir. Cavab verəndə telefonda tanımadığı bir şəxs ona evinin yıxıldığını və təcili olaraq Masallı rayon mərkəzi xəstəxanasına getməyini bildirmişdir. Həmin şəxs başqa heç nə demədən danışığı sonlandırmışdır. Ona görə də o, ərazidən keçən tanımadığı taksi avtomobili ilə Masallı rayon mərkəzi xəstəxanasına, konkret olaraq təcili tibbi yardım şöbəsinə getmiş və Masallı rayon polis şöbəsinin əməkdaşlarının orada olduğunu görmüşdür. Orada ona Zərərçəkmiş şəxs bir az əvvəl Masallı-Hüseynhacılı avtomobilinin sağ tərəfində aralarında yaranmış mübahisə zamanı Masallı rayonu Qızılağac kənd sakini X4 tərəfindən bıçaqlanması barədə məlumat verilmişdir. O, xəstəxanaya çatanda oğlu Elməddin artıq ölmüş, meyiti təcili tibbi yardım şöbəsində olmuşdur. Daha sonra oğlu Elməddinin meyiti xarici və daxili müayinə edilməsindən ötrü MTE və PA Birliyin Masallı rayon şöbəsinə təhvil verilmişdir. O, Elməddinin dostlarından məlumat aldığı zaman Elməddinin yaşadıqları Füzuli küçəsində yerləşən Xətai parkının yaxınlığında olan zaman Masallı rayonu Viləş kənd sakini Təqsirləndirilən şəxs bir qızla ictimai yerdə qucaqlaşdığını görərək bununla bağlı Fuada öz iradını bildirməsini, sonra Fuad Elməddinlə sonuncunun avtomobilində Masallı şəhərinin ərazisində gəzişərkən aralarında sözlü mübahisə olmasını, həmin vaxt Fuadın Elməddinə yumruq atıb dodağını partlatmasını və sonuncunun avtomobilinin daxildən ön oturacağını qırdığını, eləcə də avtomobili çöldən təpiklədiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir, oğlunun ölümünün bir başa səbəbkarı Fuaddır. Ona görə də azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dost olmuş, Zərərçəkmiş şəxs 44 günlük Vətən müharibəsində iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o avtomobil təmiri ustasının yanında olan zaman Elməddin yenidən ona zəng edərək “qardaşına əl atıblar” demiş, ondan harda olduğunu soruşanda sonuncu iş yerində olduğunu bildirmişdir. O Elməddinin Masallı şəhəri, Sənaye məhəlləsində yerləşən iş yerinə getmişdir. Görüş zamanı Elməddin məhəllədə evlərinin qarşısında tanımadığı qızla oğlanın qucaqlaşıb öpüşdüklərini gördüyünü, evlərinin qarşısında əxlaqsız hərəkət etdiklərinə görə söhbət etmək məqsədi ilə həmin oğlana qızı yola salıb onun yanına qayıtmasını, söhbət zamanı oğlanın özünü onun iş yoldaşı Azərin qaynı kimi təqdim etdiyini-, həmin oğlana avtomobilinə oturub məsələni ayındaşdırmaq üçün Azərin yanına getməyini dediyini, onun avtomobilində olan zaman həmin sonradan adının Fuad olduğunu bildiyi şəxsin arxada əyləşmiş vəziyyətdə Elməddinin çənə və dodaq nahiyəsinə yumruq atdığını, həmin zərbənin təsirindən idarəetməni itirərək avtomobilini “Uşaq aləmi” mağazasının arxa tərəfində səkiyə vurduğunu, avtomobil səkiyə çırpılıb dayanandan sonra Fuadın düşərək oradan uzaqlaşmışdır. Avtomobili vuruq vəziyyətdə sürərək iş yerinə getdiyini ona demişdir. Fuadın vurduğu zərbənin təsirindən Elməddinin dodağı partlamışdır. Bundan sonra o, Elməddin və digər dostlarıyla birlikdə Fuadla aralarında olan söhbəti aydınlaşdırmaq üçün Masallı- Hüseynhacılı avtomobil yolunun sağ kənarında yerləşən meşə sahəsinə getmişlər. Orada olan zaman aralarında yaranmış mübahisə zamanı Masallı rayonu Qızılağac kənd sakini X1 bıçaqla qəsdən vuraraq öldürmüşdür. Şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsussatları bir daha təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 34 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarət müəyyən olundu: üst dodağın selikli qişasında 1 bir ədəd əzilmiş yara müəyyən olundu, həmin xəsarət bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlımlağa yüngül zərər vurma əlamətlərinə malikdir. Sorğu əsasında alınmış əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Masallı rayonu Viləş kənd sakini Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan qız tanışı ilə Masallı şəhəri ərazisində yerləşən Xətai parkının qarşısından keçərkən Masallı şəhər sakini mərhum Zərərçəkmiş şəxs bununla bağlı ona iradını bildirdiyinə görə aralarında sözlü mübahisə yaranmış, həmin vaxt Zərərçəkmiş şəxs söhbəti davam etdirmək üçün onu öz avtomaşınına əyləşdirib Masallı şəhəri ərazisində hərəkətdə olarkən ondan qızla birlikdə ictimai yerdə parkın qarşısından keçməsinin düzgün olmadığını bildirib üzr istəməsini tələb etdiyinə görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla mərhum Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq sonuncuya bədən xəsarəti yetirmişdir. Baş vermiş hadisə qısa müddətdə və mərhum Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə davam etdiyi üçün həmin vaxt ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamış və kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nin Viləş kənd İƏVÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur, lakin məhkəmə onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaması, ibtidiai istintaq və məhkəmə istintaqında olan dövrdə özünün davranışları ona əsas verir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə təyin olunmuş cəzanın onun ailə şəraitinə təsirini nəzərə alınaraq, aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədəuyğu hesab edir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldıqdan sonra 20 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-40/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-40/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver