Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-41/2024 22.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək çəkilməmiş qalan 01 il 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı şəhəri, Seybətin küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs özünə məxsus olan “Şükür İnşaat” mağazasındaki tikinti materiallarını daşımaq məqsədilə etibarnamə ilə idarə etmək üçün ona verdiyi ağ rəngli, 2006-cı il istehsallı, yüksüz kütləsi 1900 kiloqram, maksimum kütləsi isə 3500 kiloqram olan **********5869 ban nömrəli, 40630C63064982 şassi nömrəli, X**********133653 mühərrik nömrəsi olan “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini 29 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Masallı rayonu, Səmidxan kəndi ərazisindən keçən kənd yolunda Zərərçəkmiş şəxs oğlu Şahid1 işə çıxmadığı üçün ondan avtomobili geri qaytarmasını tələb etməsindən əsəbləşib avtomobilin mühərrikinə birləşmiş yanacaq borusunu ayırıb kibritlə qəsdən yandırıb məhv edərək Zərərçəkmiş şəxs 14000 manat maddi ziyan vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 14000 manat və ödənilmiş dövlət rüsumuna görə 132 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şükür İnşaat” adlı tikinti materiallarının satışı mağazası var. O, yaşlandığından işlərini oğlu Şahid1 və bacısı oğlu Şahid2 həvalə etmişdir. xx.xx.2019-cu ildə internet vasitəsilə tapdığı Salyan rayonundan 9500 manat pula “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili almış, bacısı oğlu Şahid2 adına sənədləşdirmişdir. Mütəmadi olaraq yaşadığı evdə olmuş və kənd təsərrüfatı ilə məşğul olmuşdur. Avtomobili onun razılığı əsasında Əliqismət və oğlu Zahir tərəfindən 1 il müddətində ödənilmək şərti ilə 9500 manat pula Təqsirləndirilən şəxs satılmışdır. xx.xx.2023-cü il tarixdə o, Masallı şəhəri ərazisində gəzərkən Masalllı rayonu, Səmidxan kənd sakini X4 ona Coşqunun “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırdığını demiş, buna görə də o, mağazaya gedib bu barədə oğlundan məlumat aldıqda oğlu Şahid1 ona xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin küçəsində yerləşən otlaq sahəsində “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini qəsdən yandırdığını, ondan şikayət edəcəkləri təqdirdə mağaza və yaşadıqları evi yandıracağı ilə hədələdiyini bildirmişdir. Buna görə də o, Zahirə şikayət etməsini demiş, sonuncu da həmin tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. O, Masallı RPŞ-nin İstintaq bölməsinə izahat verərkən “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili 9500 manata aldığı üçün onun yandırılması nəticəsində 9500 manat maddi ziyan dəydiyini bildirmiş, sonradan isə bazar qiymətləri ilə maraqlandığı zaman yük avtomobilinin 14000 manat dəyərində olduğunu bilmişdir. Buna görə də dəymiş ziyanın məbləğini 14000 manat dəyərində qiymətləndirmiş və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Avtomobilin pulundan Təqsirləndirilən şəxs 800 manatını ödəmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirib barəsində qanuni qərara çıxarılmasını, həmçinin mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən atası Zərərçəkmiş şəxs məxsus “Şükür İnşaat” adlı tikinti materiallarının satışı mağazası var. Həmin mağazanı o, işlədir və atası ora ara-bir nəzarət edir. Bibisi oğlu Şahid2 isə həmin mağazada satıcı işləmiş, mağazanın bütün satış işlərinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs taksi fəaliyyətilə məşğul olmuş və onunla hər hansı ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Coşqunun oğlu Fərid mağazada fəhlə işlədiyindən Fəridin vasitəsilə Coşqunu daha da yaxından tanımışdır. Atası Zərərçəkmiş şəxs xx.xx.2019-cu ildə mağazada yüklərin daşınması üçün Salyan rayonundan tanımadığı şəxsdən “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini 9500 manata almışdır. Lakin, atası yaşlı olduğundan həmin yük avtomobili bibisi oğlu Şahid2 adına sənədləşdirilmişdir. 2022ci ilin avqust ayında taksi fəaliyyətilə məşğul olduğu üçün Coşqundan inşaat materiallarının satışı zamanı yüklərin daşınmasında istifadə etmiş, sonradan Coşqun ona “Qaz 3302 yük”markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilindən istifadə etmək istədiyini və yüklərin daşınmasını həmin avtomobillə həyata keçirməyin daha rahat olduğunu demişdir. Buna görə də razılıq əsasında Şahid2 həmin yük avtomobilini idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Təxminən 1 ilə yaxın Təqsirləndirilən şəxs həmin avtomobildən istifadə edərək mağazanın yüklərini daşımış, Coşquna daşıdığı yükə görə pul verilmişdir. Sonradan razılıq olmuşdur ki, Təqsirləndirilən şəxs 9500 manat pulu 1 il müddətində ödəsin və avtomobil ona qalsın. 2023-cü ilin sentyabr aylarında Coşqunun işdən yayındığını və “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili isə ümumiyyətlə mağazaya gətirmədiyini, öz şəxsi işlərini gördüyünü görmüş, buna görə də ondan yük avtomobilini təhvil verməsini tələb etmişdir. Lakin, Coşqun buna məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində bibisi oğlu Şahid2 ona Təqsirləndirilən şəxs “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırdığını və avtomobilin yanması barədə ona məlumat verdiyini, onun da həmin yerə gedib avtomobilin yanmasını videogörüntüyə aldığını, həmçinin Coşqunun Əliqismətə obyektlərini də yandıracağını deməsini bildirmişdir. Coşqun avtomobilə görə 800 manat ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dayısı Zərərçəkmiş şəxs Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şükür İnşaat” adlı tikinti materiallarının satışı mağazası var. O, həmin mağazada satıcı işləmiş, mağazanın satış işlərinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuş, onun maddi durumuna kömək etməkdən ötrü inşaat materiallarının satışı zamanı hər hansı bir yerə çatdırılmasından ötrü Təqsirləndirilən şəxs ödəniş edilməklə onun vasitəsilə işlərini görmüşlər. Bir müddət sonra Təqsirləndirilən şəxs onun və dayısı oğlu Şahid1 yanında etibar qazanmış və ona inanmışlar. Coşqunun idarə etdiyi avtomobil sedan tipli olduğundan mağazada satışını həyata keçirdikləri tikinti materiallarının daşınması zamanı həmin avtomobil əlverişli olmamışdır. Dayısı Zərərçəkmiş şəxs öz şəxsi vəsaiti hesabına Salyan rayonundan tanımadığı şəxsdən bildiyinə görə 9800-10000 manat pul dəyərində özünə “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili almış və onun adına sənədləşdirmişdir. Həmin avtomobilə görə o, heç bir ödəniş etməmiş, avtomobil ona bağışlanmamış, sadəcə formal olaraq onun adına sənədləşdirilmişdir. Təxminən 2022-ci ilin avqust aylarında Təqsirləndirilən şəxs dayısı oğlu Şahid1 yaxınlşaraq ondan yüklərin daşınması zamanı “Qaz 3302 yük” markalı 10 RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilindən istifadə etmək istədiyini xahiş etmişdir. Zahir ona Coşquna həmin yük avtomobilini idarə etmək üçün etibarnamə verməsini demişdir. xx.xx.2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs “Qaz 3302 yük” markalı ** RP *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək üçün etibarnamə vermişdir. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxın müddətdə mağazada yüklərin daşınması zamanı işləmiş, 2023-cü ilin sentyabr ayında Coşqun artıq işlərindən yayınmağa başlamış və buna görə də Zahir ona Coşquna zəng edib yük avtomobilini mağazaya gətirməsini deməsini bildirmişdir. O, da bu barədə Coşquna mənlumat vermişdir. xx.xx.2023-cü il tarixdə o, Coşqun ilə mobil telefon əlaqəsi saxlaya bilmədiyi üçün onun yaşadığı evə getmiş və evdə olmadığı üçün geri qayıtmışdır. Həmin gün səhər saatlarında Coşqunun atası Cabir ona zəng edərək Coşqunun “Qaz 3302 yük” markalı ** RP *** dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırdığını ona demişdir Buna görə də o, Coşqunun istifadəsində olan mobil telefonuna zəng etmişdir. Həmin vaxt Coşqun ona “mən Qazeli yandırdım, Zahirə de bir vedrə su götürüb gəlsin Səmidxan yoluna otlaq sahəsinə maşını söndürsün, məndən şikayət etməsin, etsə obyektini də yəndıracam” sözlərini deyərək mobil telefonu söndürmüşdür. O, da buna görə Masallı rayonu, Səmidxan kəndi ərazisində yerləşən otlaq sahələrinin olduğu yerə getmiş və həmin vaxt ümumi istifadədə olan otlaq sahəsində “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yandığını və ətrafda heç bir şəxsin olmadığını görmüşdür. Buna görə də mobil telefonla yük avtomobilinin yanmasını videogörüntüyə almışdır. Bundan sonra mağazaya geri qayıdıb dayısı oğlu Şahid1 bu barədə məlumat vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus “Şükür İnşaat” adlı tikinti materiallarının satışı mağazası var. Həmin mağazanı Zərərçəkmiş şəxs oğlu Şahid1 və bacısı oğlu Şahid2 işlətmişlər. X14 də həmin mağazada fəhlə kimi işləmişdir. O, əvvəllər özünə məxsus sedan tipli avtomobil ilə taksi fəaliyyətilə məşğul olmuş, 2022-ci ilin iyul-avqust aylarında Şahid1 ondan yüklərin daşınması zamanı istifadə etmiş və gördüyü işə görə ona pul vermişdir. 2023-cü ilin sentyabr ayında Zahir ona mağazanın həyətində olan atası Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini satmaq istədiyini bildirmişdir. O, Zahirdən həmin yük avtomobilini hansı qiymətə satdığını soruşduğu zaman sonuncu avtomobili 9500 manata satdığını, pulunu isə 3 il müddətinə hissə-hissə ödəməyə razı olduğunu, avtomobili pulunu tam ödəyib bitirənədək mağazanın yüklərini benzin puluna daşımağını təklif etmişdir. O, da Zahirlə razılaşmış və xx.xx.2022ci ildə Şahid2 ona həmin yük avtomobilini idarə etmək üçün etibarnamə vermişdir. Avtomobilin təmiri üçün 2000 manat pul xərcləmişdir. Həmçinin, mağazanın işlərini görmüş, ona əlavə əmək haqqı verilməmişdir. 2023-cü ilin avqust ayında əsəbləri yerində olmadığından işə getməmişdir. xx.xx.2023-cü il tarixdə Şahid1 ona telefon vasitəsilə zəng edərək işə getməyini tələb etmiş, o, da Zahirə xəstə olduğunu bildirmişdir. Bundan sonra Zahir bibisi oğlu Şahid2 onun yaşadığı evə göndərmişdir. O, Əliqismətə də xəstə olduğunu və onu narahat etməməsini, sağaldıqdan sonra işə çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində Şahid1 ona mobil telefonla zəng etdiyi zaman o, Zahirin zənginə cavab verməmişdir. Əsəbləşdiyi üçün təxminən 10 radələrində “Qaz 3302 yük” markalı 10 RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırmaqdan ötrü yaşadığı evdən çıxmış, yaşadığı evdən təxminən 500-600 metr məsafədə Masallı rayonu, Səmidxan kəndində yerləşən ümumi istifadədə olan otlaq sahələrindən keçən yolda hərəkətdə olarkən avtomobili saxlayıb əvvəlcə ətrafa nəzər yetirmiş və heç bir şəxsin olmadığını və onu görmədiyinə əmin olduqdan sonra avtomobilin ön mühərrik örtüyünü (kapot) açıb mühərrikə birləşən benzin borusunu ayırıb üzərində olan kibrit vasitəsilə yandırmış və avtomobil alışıb yanmağa başlamışdır. Bundan sonra oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Yaşadığı evə çatdıqdan sonra Şahid2 onun mobil nömrəsinə zəng etdiyi zaman ona “Qaz 3302 yük” markalı yük avtomobilini yandırdığını bildirmişdir. Həmin gün saat 14 radələrində təkrar həmin yerə getdiyi zaman avtomobilin tam yanaraq yararsız hala düşdüyünü görmüşdür. Avtomobilin dəyərindən 800 manat pul ödəmişdir. Sonda C.C Hüseynov zərərçəkmiş şəxslə barışıq əldə etməsi üçün cəhd etməsini, lakin zərərçəkmiş şəxsin onu qəbul etməməsini, avtomobil dəyərini hissəs-hissə ödəyəcəyini, yaşlı və xəstə atasının olmasını, oğlunun hərbi xidmətdə olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqında mülki iddianı qəbul etməyərək göstərdi ki, avtomobil ona 9500 manata satılmışdır. Avtomobilin təmiri üçün 2000 manat pul xərcləmişdir. Avtomobilin dəyərindən 800 manat pul ödəmişdir. Avtomobilin dəyərini birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Avtomobilin dəyərini hissəs-hissə ödəyəcəkdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı veridiyi ifadəsi məhkəmə iclasında tədqiq edilərək elan edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə azadlıqdan məhrum edilmişdir. Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus “Şükür İnşaat” adlı tikinti materiallarının satışı mağazası vardır. Həmin mağazanı Zərərçəkmiş şəxs oğlu Şahid1 və bacısı oğlu Şahid2 işlətmişlər. X10 həmin mağazada fəhlə kimi işləmişdir. O, əvvəllər özünə məxsus “VAZ 412” markalı dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı sedan tipli avtomobil ilə taksi fəaliyyətilə məşğul olmuş, 2022-ci ilin iyul-avqust aylarında Şahid1 ondan yüklərin daşınması zamanı istifadə etmiş və gördüyü işə görə ona pul vermişdir. 2023-cü ilin sentyabr ayında Zahir ona mağazanın həyətində olan atası Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini ona satmaq istədiyini bildirmişdir. O, Zahirdən həmin yük avtomobilini hansı qiymətə satdığını soruşduğu zaman sonuncu ona 9500 manata satdığını, pulu isə aylıq 500 manat verməklə ödəyə biləcəyini, pul tam ödəyib bitirənədək onun yüklərini benzin puluna daşımağını təklif etmişdir. O, da Zahirlə razılaşmış və xx.xx.2022-ci ildə Şahid2 ona həmin yük avtomobilini idarə etməyə etibarnamə vermişdir. Həmin vaxtdan 2023-cü ilin yanvar ayınadək o, Zahirə hissə-hissə ümumilikdə 800 manat pul ödəmişdir və avtomobilin təmiri üçün isə 2000 manat pul xərcləmişdir. Həmçinin, Zahirin bütün işlərini görmüş və Zahir isə ona əlavə əməkhaqqı verməmişdir. 2023-cü ilin avqust ayında əsəbləri yerində olmadığından işə getməmişdir. xx.xx.2023-cü il tarixdə Şahid1 ona telefon vasitəsilə zəng edərək işə getməyini tələb etmiş, o, da Zahirə xəstə olduğunu bildirmişdir. Bundan sonra Zahir bibisioğlu Şahid2 onun yaşadığım evə göndərmişdir. O, Əliqismətə də xəstə olduğunu və onu narahat etməməsini, sağaldıqdan sonra işə çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində Şahid1 ona mobil telefonla zəng etdiyi zaman o, Zahirin zənginə cavab verməmişdir. Bundan sonra yaşadığı evdə olan spirtli içki (araq) içib saat təxminən 10 radələrində “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırmaqdan ötrü yaşadığı evdən çıxmış, yaşadığı evdən təxminən 500-600 metr məsafədə Masallı rayonu, Səmidxan kəndində yerləşən ümumi istifadədə olan otlaq sahələrindən keçən yolda hərəkətdə olarkən avtomobili saxlayıb əvvəlcə ətrafa nəzər yetirmiş və heç bir şəxsin olmadığını və onu görmədiyinə əmin olduqdan sonra avtomobilin ön mühərrik örtüyünü (kapot) açıb mühərrikə birləşən benzin borusunu ayırıb üzərində olan kibrit vasitəsilə yandırmış və avtomobil alışıb yanmağa başlamışdır. Bundan sonra oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Yaşadığı evə çatdıqdan sonra Şahid2 onun mobil nömrəsinə zəng etdiyi zaman ona “Qaz 3302 yük” markalı yük avtomobilini yandırdığını bildirmişdir. Əliqismətdə cavabında ona xeyirli olsun sözlərini demişdir. Bundan sonra həmin gün saat 14 radələrində təkrar həmin yerə getdiyi zaman avtomobilin tam yanaraq yararsız hala düşdüyünü görüb təkrar Masallı şəhəri, Heydər Əliyev prospektinə gedərək yol kənarında dayanmışdır. Həmin vaxt yolda hərəkətdə olan avtomobillərin daşınması fəaliyyətilə məşğul olan şəxsə əli ilə işarə edib saxlatdırmış və həmin şəxslə birlikdə gedib yandırdığı “Qaz 3302 yük” markalı yük avtomobilini yaşadığı evin həyətinə aparıb orada saxlamışdır. Həmin evakuatorun sürücüsü onun “Qaz 3302 yük” markalı yük avtomobilini qəsdən yandırmağından məlumatı olmamışdır. Həmin yük avtomobilinin yanması barədə heç bir şəxsə məlumat verməmişdir. Ailə üzvləri bu barədə soruşduqda isə “Qaz 3302 yük” markalı yük avtomobilinin texniki nasazlıq səbəbindən yandığı barədə məlumat vermişdir. Məhkəmə iclasında iş materiallına əlavə edilmiş 01 ədəd CD diskdə olan videogörüntüdə otlaq ərazidən keçən kənd yoluna bənzər yolda bir ədəd “Qaz 3302” markalı yük avtomobilinin dövlət qeydiyyat nişanı aydın görünməyən yüksək təzyiqli alovla yanması və kənara qara tüstü yayılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidləin ifadələri, özünün ibtidai istintaqda verdiyri ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünün müdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zahid Məmmədov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə yanğın-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8471-9/8642 nömrəli rəyindən görünür ki, “Qaz 3302 yük” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın izlərinin nisbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilir ki, yanğının mənbəyi, avtomobilin mühərrik bölməsinin daxilində olmuş və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobilin bütün hissələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisıənin baş vermə şəraitini, iş materiallarında olan məlumatları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən 2006-cı il buraxılışlı “Qaz 3302 yük” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanmamışdan əvvəl normal vəziyyətdə 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 14000 manat müəyyən edilmişdir. Hadisə yerinə keçirilmiş baxış haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırıldığı Masallı rayonu, Səmidxan kəndində yerləşən ümumi istifadədə olan otlaq sahəni təqdim etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yandırılaraq yararsız hala düşmüş Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilinin maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin duracağında saxlanılır. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanmasını özündə əks etdirən 01 ədəd video disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək çəkilməmiş qalan 01 il 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin küçəsi ev 9-da qeydiyyatda olmaqla, arvadı xx.xx.1982-ci il təvəllüdlü X1, oğlu-xx.xx.2004cü il təvəllüdlü X3 və qızı-xx.xx.2003-cü il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, Masallı şəhərində yaşadığı müddətdə özünü qeyri səmimi aparmış və yaşadığı ərazidə cəmiyyətə yaraşmayan hüquqa zidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur, onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və elektron sistemdən çıxarışdan görünür ki, “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dair xx.xx.2019-cu il tarixdə X9 tərəfindən Zərərçəkmiş şəxs etibarnamə verilmiş, həmin avtomobil xx.xx.2019-cu il tarixdə Şahid2 adına sənədləşdirilmiş, Şahid2 xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsini idarə etmək üçün Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsi həqiqətən də Şahid2 məxsus olsaydı, X9 (və ya onun səlahiyyəti nümayəndəsi arasında) ilə onun arasında hər hansı bir əqd olardı. Həmçinin, məhkəmə iclasında nəqliyyat vasitəsi adına sənədləşdirilmiş şəxs Şahid2 bildirmişdir ki, dayısı Zərərçəkmiş şəxs öz şəxsi vəsaiti hesabına Salyan rayonundan tanımadığı şəxsdən bildiyinə görə 9800-10000 manat pul dəyərində özünə “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili almış və onun adına sənədləşdirmişdir. Həmin avtomobilə görə o, heç bir ödəniş etməmiş, avtomobil ona bağışlanmamış, sadəcə formal olaraq onun adına sənədləşdirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “... M.Sarıyev “X17” Məhdud Məsuliyyətli Cəmiyyətə faktiki rəhbərlik edərək, MMC-nin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, vergi ödəyicisinin fəaliyyətinə görə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olan şəxs kimi Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına yanlış məlumat verməklə külli miqdarda hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu əmələ görə M.Sarıyev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, müraciətdə qeyd olunur ki, M.Sarıyev MMC-də rəsmi vəzifə tutmamış, hüquqi şəxsin rəhbəri başqa şəxs olduğu halda, o, MMC-yə faktiki rəhbərlik etməsinə görə məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı, Goranboy rayon məhkəməsi Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmasının Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinə münasibətdə şərh edilməsini xahiş etmişdir.” Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin 186.2.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cünayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən çəkilməmiş qalan 03 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş tarixdən altı il keçmədən qəsdən hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan təqsirləndirilən şəxs X7 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 22 apel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut Masallı RPŞnin duracağında saxlanılan “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanmasını özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 165 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 14000 manat və dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilini yandırılması nəticəsində vurulmuş 14000 manat məbləğində ziyandan 800 manatı ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 13200 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməli, həmçinin dövlət rüsumuna görə ödənilmiş 132 manat pul vəsaitinin 129.60 manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut-Masallı RPŞ-nin duracağında saxlanılan “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs məxsus “Qaz 3302 yük” markalı 10RP635 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanmasını özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 165 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 13200 manat və dövlət rüsumuna görə ödənilmiş 132 manat pul vəsaitinin 129.60 manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-41/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-41/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver