Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-42/2023 18.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxx 1986-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Masallı şəhəri, Digah küçəsii ev 98/3-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri Xətai küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 425,0 qram təşkil edən narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır narkotik vasitə marixuana qəbul edir. 13 yanvar 2022-ci il tarixdə bədənində ağrılar yaranmış, ona görə də Cəlilabad rayonu Göytəpə şəhərinə getmişdir. Göytəpə şəhərində xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb onunla bir qədər söhbət etdikdən sonra onun narkotiki vasitələrinin satışı ilə məşğul olduğunu bilmiş və ona 500 manat pul verərək narkotik vasitə qurudulmuş marixuana almişdır. Həmin gün saat təxminən 18 radələrinədə Masallı şəhəri H.Əliyev prospekti yaxınlığında evə getdiyi zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək saxlanılmasının səbəbini izah edərək onu Masallı RPŞ-yə gətirmişlər. Masallı RPŞ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videokameranın müşahidəsi altında üzərinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq qara rəngli gödəkçənin sağ iç hissəsində saxladığı içərisində qurudulmuş marixuana olan bir ədəd qara rəngli sellofan bükülünü təqdim etmişdir. Ona qarşı fiziki güc və yaxud zor tətbiq edilməmişdir. Şəxsi istifadəsi üçün qurudulmuş marixuananı əsasən Cəlilabad rayonu Göytəpə şəhərindən və bəzən də Lənkəran rayonu Qumbaşı kəndindən tanımadığı şəxslərdən almışdır. Narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin çəkidə qurudulmuş marixuananı almaqda məqsədi tez-tez rayonu tərk edə bilmədiyindən narkotik vasitə tapmaqda çətinlik çəkməyi, eləcə də bir dəfəlik istifadəsi üçün qurudulmuş marixuananı baha qiymətə aldığından daha çox qurudulmuş marixuana alıb uzun müddət istifadə etmək olmuşdur. Qurudulmuş marixuananı aldığı şəxsi əvvəllər tanımamış, eləcə də onu əvvəllər görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik kütləsi daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Ona gör də əməliyyat- təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Xətai küçəsində yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra X5 Təqsirləndirilən şəxs tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmaq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçisi kimi dəvət olunmuşdur. X5 videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Şəxsi-axtarışa başlayan zaman X5 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, iştirakçılara təqdim etməsini xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ iç hissəsindən bir ədəd qara rəngli sellofan bükülünü, eləcə də gödəkçəsinin sol yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd beş manatlıq pul əskinazından ibarət pulunu çıxarıb təhqiqatçıya təqdim etdikdən sonra təqdim etdiyi bükülünün içərisində qurudulmuş marixuana olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən 500 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 459 qram müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin içərisində qurudulmuş marixuana olan qara rəngli sellofan bükülü zərfin içərisinə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqda. RPŞ-yə gətirildikdə, onun üzərində axtarış aparıldıqda ona qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı Cəlilabad rayonu Göytəpə şəhərində əvvəllər tanımadığı şəxsdən aldığını bildirmşdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etsə də, onun narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Əhməd oğlu Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 19/46 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində " Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli bükülüdə olan qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd paketdəki. 1 ədəd bükülüdə təmiz çəkisi: -425,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarından görünür ki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın 19 yanvar 2023 2022-ci il tarixli 71 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabınoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 01 ədəd bükümü təqdim etməsi, həmin maddənin qurudulmuş marixuana olmasını bildirməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən Təqsirləndirilən şəxs etirafı, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, maddi sübut və ekspretiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı Rayon Mənzil İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə edilir, və Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Masallı Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin ictimai təhlükəliliyi, törədilmə üsülü və xarakteri, ağırlıq dərəcəsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmiş olsa da, cinayətin ictimai təhlükəliliyi, törədilmə üsülü və xarakteri, ağırlıq dərəcəsi əsas verir ki, o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində yüngülləşdirən halların olmasını nəzərə alıb aşağı həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X4 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 424,95 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış barədə görüntü olan video disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilsin və üzərində 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübutlar, tədqiqata sərf edildikdən sonrakı şəkisi 424,95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürmə barədə videogörüntü olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə-kimyəvi ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-42/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-42/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver