Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-43/2024 02.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnun, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1993-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bağban işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Məmmədxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 30 dekabr 2023-cü il tarixdə saat 02 radələrində ölmüş qardaşının arvadı Zərərçəkmiş şəxs Masallı rayonu Məmmədxanlı kəndində yaşadığı evin həyətində yerləşən tövləsinə giriş qapısından qanunsuz olaraq daxil olub oradan 1 baş xırdabuynuzlu dişi cinsli, sarı rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 15 kiloqram, yerli cinsə mənsub olan, 240 manat dəyərində damazlıq qoyunu; 1 baş xırdabuynuzlu dişi cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 15 kiloqram, yerli cinsə mənsub olan, 240 manat dəyərində damazlıq qoyunu; 1 baş xırdabuynuzlu erkək cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 16 kiloqram, yerli cinsə mənsub olan, 260 manat dəyərində damazlıq qoyunu; 1 baş xırdabuynuzlu erkək cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 16 kiloqram, yerli cinsə mənsub olan, 260 manat dəyərində damazlıq qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həyat yoldaşı X1, övladı X3 ilə birlikdə Abşeron rayonu Hökməli qəsəbəsi yeni yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs isə onun rəhmətə getmiş qardaşı İftixarın arvadı olmuş və Zərərçəkmiş şəxs rəhmətə getmiş qardaşının evində övladları ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs Masallı rayonu Məmmədxanlı kəndində yaşadığı evin həyətində yerləşən tövlədə şəxsi vəsaiti hesabına heyvan saxlamış, həmin təsərrüfatda xırdabuynuzlu heyvanlar olmuşdur. 29 dekabr 2023cü il tarixdə müvəqqəti olaraq işlədiyi Laçın rayonundan bir neçə günlük bayram tətilinə buraxılmış, buna görə də Masallı rayonuna gəlməyi planlaşdırmış, bayramı maddi sıxıntılar içində keçirməmək üçün asan yolla pul qazanmaq barədə düşünmüş və ağlına gələn ilk şey rəhmətə getmiş qardaşının arvadı Zərərçəkmiş şəxs məxsus təsərrüfatda olan qoyunlardan oğurlayıb satıb nağd pul əldə etmək olmuşdur. xx.xx.2023-cü il tarixdə təqribən saat 24 radələrində Masallı şəhəri ərazisinə tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə gəlmiş, Masallı şəhəri Digah küçəsində dördyol adlanan yerdə taksidən düşmüş, kəndə getməkdən ötrü həmin ərazidə dayanmış əvvəllər tanımadığı şəxsə məxsus “VAZ-2107” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə yaxınlaşmış, həmin avtomobilin tanımadığı sürücüsündən Masallı rayonu Məmmədxanlı kəndi ərazisinə hansı qiymətə aparacağı barədə soruşmuşdur. Həmin şəxs 6 manat pul müqabilində onu oraya apara biləcəyini demiş, sonradan adının Razim olduğunu bildiyi sürücü ilə razılaşmış və avtomobilin ön sərnişin oturacağına əyləşib kəndə getmişdir. Yolda olarkən sürücü Razimə yaşadığı kənddə özünə məxsus bir neçə baş qoyunu satmaq üçün bazara çıxaracağını və həmin qoyunları Masallı şəhəri ərazisində yerləşən mal bazarına daşıyacağı halda ümumilikdə 30 manat pul verə biləcəyini demiş, sürücü ilk öncə qoyunları hansı səbəbə satması barədə soruşduqda sonuncuya bayramqabağı olduğu üçün qoyunları satıb evə bayram bazarlığı edəcəyini və digər şəxsi problemlərini həll edəcəyini demişdir. Taksi sürücüsü Razim inanmış, qoyunları mal bazarına gətirə biləcəyini demiş, Masallı rayonu Məmmədxanlı kəndinə çatdıqda taksini rəhmətə getmiş qardaşının arvadı Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində sürdürmüş, evin yerləşdiyi yerdən təxminən 30-40 metr aralıda sürücüyə avtomobili saxlamasını və tövlədən gedib qoyunları gətircəyini demişdir. Taksi avtomobilinin Zərərçəkmiş şəxs yaşadığı evdən uzaq saxlamaqda məqsədi həmin sürücünün oğurluq etməsini görməməsi olmuş, həm də avtomobilin evə yaxınlaşdıqda diqqət çəkəcəyini düşünmüşdür. Həmin vaxtı saat 02 radələri olmuş, avtomobildən aşağı düşüb qardaşı arvadının yaşadığı evin işıqlarının sönlü olmasından sonuncunun və övladlarının yatmasını bilib tövlənin yerləşdiyi həyətə darvazanın üzərindən tullanaraq daxil olmuş, tövlənin qapısını rahat açmış və tövlənin içərisinə daxil olaraq əlində olan mobil telefonun fanarı ilə 4 baş iri çəkidə qoyunu seçib tövlədən çölə çıxartmışdır. Oğurluq etməsinin kimsə şahid olmamış, oğurladığı qoyunları tövlənin yerləşdiyi həyətin dəmir giriş darvazasını açıb çölə çıxartmış, darvazanı bağlamış, qoyunları sürüb avtomobilə tərəf aparmış, 4 baş qoyunu rahatlıqla tutub ayaqlarını tövlədən götürdüyü ip ilə bağlamış, avtomobilin yük yerinə yükləmişdir. Avtomobildə əyləşmiş sürücü Razimə avtomobili mal bazarına sürməsini demiş, avtomobilə əyləşib mal bazarına gəlmiş, yolda olarkən sürücü ilə qoyun saxlamaq işinin əziyyətli olması barədə dialoqu olmuş və bu danışığı ilə sürücü Razimə qoyunların ona məxsus olmasına tam inandırmışdır. Mal bazarına çatdıqda sürücü Razimə üzərində pul olmadığı üçün qoyunları satıb əldə edəcəyi pul ilə taksi pulunu verəcəyini və gözləməsini demişdir. Mal bazarının işlədiyi gün olmuş, təxminən 20-25 dəqiqə ərzində 4 baş qoyunu tanımadığı orta yaşlarında olan kişi müştəriyə ümumilikdə 800 manata satmış, həmin şəxsi ilk dəfə görmüş və zahiri əlamətlərini xatırlamamışdır. Daha sonra avtomobilə tərəf gəlib 30 manat pul taksi sürücüsü Razimə əvvəlcədən razılaşdırdığı xidmət haqqı kimi vermiş, sonuncu ilə sağollaşmış, Razim adlı şəxs oğurluq etməsindən xəbəri olmamışdır. Bundan sonra səhər sübh tanımadığı şəxsin taksi avtomobili ilə Bakı şəhərinə geri qayıtmış, əldə etdiyi pulu şəxsi məqsədləri və əyləncəsi üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Masallı rayonu Məmmədxanlı kəndində yerləşən fərdi yaşayış evində övladları ilə birlikdə yaşayır. 3 oğlan övladı onunla birlikdə yaşamış, 1 qız övladı isə Bakı şəhərində müvəqqəti yaşayaraq təhsilini davam etdirmişdir. 30 dekabr 2023-cü il tarixdə səhər saat 08 radələrində yuxudan oyanıb qoyunları örüş sahəsinə buraxmaq üçün tövləyə getmiş, tövlənin qapısını açıb qoyunları örüş sahəsinə aparmaq üçün tövlədən çölə çıxartmış, qoyunları saydıqda 4 baş qoyunun əskik gəldiyini görmüş, dərhal tövlənin içərisinə girib oraya nəzər yetirmiş, lakin həmin 4 baş qoyunu tapa bilməmişdir. 4 baş qoyunun tövlədən oğurlanmasını bilmiş, hadisə barədə polisi məlumatlandırmış, daha sonra Masallı rayon Polis Şöbəsinin əməkdaşları oraya gəlmişlər və müvafiq sənədləşmə işləri aparmışlar. Oğurlanan heyvanlara 1 baş xırdabuynuzlu dişi cinsli, sarı rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 15 kiloqram, yerli cinsə mənsub olan, 240 manat dəyərində damazlıq qoyun, 1 baş xırdabuynuzlu dişi cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 15 kiloqram, yerli cinsə mənsub olan, 240 manat dəyərində damazlıq qoyun; 1 baş xırdabuynuzlu erkək cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 16 kiloqram, yerli cinsə mənsub olan, 260 manat dəyərində damazlıq qoyun, 1 baş xırdabuynuzlu erkək cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 16 kiloqram, yerli cinsə mənsub olan, 260 manat dəyərində damazlıq qoyun aid olmuş, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qaynı Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus tövləyə qanunsuz daxil olaraq oradan 4 baş qoyunu oğurlaması cinayət əməli üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. 30 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi yer-Masallı rayonu Məmmədxanlı kəndində həyətyanı sahədə yerləşən mal-qara saxlanılması üçün nəzərdə tutulan tövlədir. "xxxx" MMC-dən alınmış rəydən görünür ki, təqdim olunmuş 1 baş xırdabuynuzlu dişi cinsli, san rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 15 kiloqram, yerli cinsə mənsub olan, damazlıq qoyunun qiyməti 240 manat, 1 baş xırdabuynuzlu dişi cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 15 kiloqram, yerli cinsə mənsub olan, damazlıq qoyunun qiyməti 240 manat, 1 baş xırdabuynuzlu erkək cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 16 kiloqram, yerli cinsə mənsub olan, damazlıq qoyun qiyməti 256 manat, 1 baş xırdabuynuzlu erkək cinsli, boz rəngli, 1 illik, sağlamlıq vəziyyəti əla olan, çəkisi 16 kiloqram, yerli cinsə mənsub olan, damazlıq qoyunun qiyməti 256 manatdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxsin ifadəsi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3.-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB Həsənli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əlişli X4 rayonu Məmmədxanlı kəndində qeydiyyatdadır və müsbət xarakterizə edilir. Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X1, övladı X3 ilə birlikdə Hökməli qəsəbəsi yeni yaşayış massivində qeydiyyatsız yaşayır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladı var. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2024-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, dəyən ziyanı ödəməklə islah yolundadır. Odur ki, məhkəmə hesab edir ki, o, cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini, əməlində olan yüngülləşdirici halları, şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən yuxarı həddində təyin edilməsi cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxsnın şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi ziyan 1000 manat məbləğində nağd pulun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi ziyan 1000 manat məbləğində nağd pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə xərci 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülsün. Hökmün icrası Sumqayı Probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-43/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-43/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver