Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-44/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi ev 26-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həbsdə olan oğlu Əsgərov Amid Habil oğlunu 7500 manat pulun müqabilində həbs yerindən azad etdirəcəyinə və ona elan olunan ittihamı dəyişdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs aldadıb özünə inandırdıqdan sonra 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə tanışı Şahid2 vasitəsilə 400 manat, yenə 2022-ci ilin dekabr ayının əvvəllərində tanışı Şahid2 vasitəsilə plastik kart hesabına köçürmə üsulu ilə 1100 manat, xx.xx.2023-cü iltarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bravo” super marketdəki “MilliÖn” ödəmə terminalından plastik kart hesabına köçürmə üsulu ilə 3000 manat, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Bədəlan kəndində yerləşən “Bizim market”dəki “MilliÖn” ödəmə terminalından yenə plastik kart hesabına köçürmə üsulu ilə 2000 manat və xx.xx.2023-cü il tarixdə yenə Masallı rayonu Bədəlan kəndində yerləşən “Bizim market”dəki “MilliÖn” ödəmə terminalından plastik kart hesabına köçürmə üsülü ilə 890 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 7390 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2022-ci ilin noyabr ayında oğlu tutulduqdan sonra qərara qəlmişdir ki, bir nəfər şəxs hüquqşunas, vəkil tapsın ki, oğluna köməklik etsin və oğlu ruhi xəstə olduğuna görə işini yüngülləşdirsin. Bununla bağlı Bakı şəhərində yaşayan həmkəndlisi hüquqşunas olan Şahid2 zəng vuraraq əlaqə saxlamış və vəziyyəti ona danışmışdır. Şahində ona bir nəfər şəxs tanıdığını hüquqşunas, vəkil olduğunu ona köməklik edə biləcəyini Bakı şəhərinə gəlməsini bununla bağlı söhbət edəcəklərini demişdir. Oda Bakı şəhərinə getmiş və Şamaxinka adlanan yerdə yerləşən çayxanada üç nəfər görüşmüşlər və söhbət etmişlər. Xəlil ona oğlunun psixiatriya xəstəxanasında müalicə olunması ilə bağlı gətirməsini demişdir. Oda həmin sənədləri gətirib vermişdir. Daha sonra ona demişlər ki, müqavilə bağlanılması ilə bağlı əvvəlcədən 1500 manat pul verməlidir, sonrakı məsələlərə isə sonra baxacaqlar. Oda həmin vaxt üzərində pul olmadığını və Şahinə verəcəyini Şahinində ona verəcəyini demişdir. Həmin gün 400 manat pulu Şahinə vermişdir. Daha sonra evinə getmişdir. Səhəri gün isə oğlu ona pul göndərmiş oda Şahinin kartına 1100 manat pul köçürmüşdür. Təxminən bir neçə ay sonra istintaq prosesi zamanı aralarında olan söhbət zamanı nə etmək olar, nəqədər pul lazım olar bu işi həll etmək üçün demişdir. Söhbət zamanı Xəlilə 3000 manat pul verəcəyini, məhkəməyə qədərdə 3000 manat pul verəcəyini, ümumilikdə 6000 manat pul verəcəkdir ki, oğlunun işi yüngülləşəcək, ya işi şərti olacaq, yada psixiatriyaya göndəriləcəkdir. Danışdıqları kimi 3000 manat pulu Xəlilin kartına atmışdır. 3-4 ay sonra məhkəmə prosesinə az qalmış qalan puluda ödəmişdir. 2000 manat bir, 890 manat isə bir ödəmişdir. İş istintaqdan məhkəməyə verilmişdir və məhkəmə prosesinin nəticəsində oğluna 9 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra o, Xəlilə zəng vurmuşdur. Xəlildə ona alınmadığını demişdir. Bir müddət sonra isə Xəlilə zəng vuraraq pulunu qaytarmasını demişdir. Xəlildə pulunu qaytamadığından oda polis şöbəsinə müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, Xəlillə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, qeyd edərək məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 2012-ci ildən etibarən 11 saylı Vəkillər Kollegiyasının üzvüdür, Təqsirləndirilən şəxs onun tanışıdır, Təqsirləndirilən şəxsla münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs və Əsgərov Amid Habil oğlunu isə əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin dekabr ayında tanışı Təqsirləndirilən şəxs ilə işlədiyi 11 saylı Vəkil Bürosuna görüşmüş, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu və Amid Əsgərova hüquqi yardım göstərmək lazım olduğunu ona bildirmişdir. Daha sonra onlar 500 manat pul müqabilində müqavilə ilə həmin cinayət işi üzrə Amid Əsgərovun hüquqlarını müdafiə edəcəyi barədə razılaşmış və sonra Təqsirləndirilən şəxs 500 manat pulu ona vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə müqavilə bağlamış, daha sonra Bakı İstintaq Təcridxanasına getmiş və orada Amid Əsgərov ilə görüşmüşdür. Həmin gündən 2-3 gün sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə Cəlilabad şəhərinə gəlmiş, orada cinayət işinin istintaqını aparan müstəntiq Elton Ağayev ilə görüşmüş və lazım olan sənədlərin surətini götürmüşdür. Daha sonra Amid Əsgərovun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair toplanmış cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Amid Əsgərovun cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün Təqsirləndirilən şəxs ona 500 manat pul vermişdir və həmin pulu da Zərərçəkmiş şəxs aldığını demişdir. O, Amid Əsgərovun cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün Zərərçəkmiş şəxs hər hansı pul almamışdır. Həmçinin Şahid1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı dindirilərkən verilmiş ifadəsindən görünür ki, 2012-ci il tarixdən etibarən 11 saylı Vəkillər Kollegiyasının üzvüdür. Təqsirləndirilən şəxs onun tanışıdır, onunla münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Abazər oğlu və Əsgərov Amid Habil oğlunu isə əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin dekabr ayında tanışı Təqsirləndirilən şəxsla işlədiyi 11 saylı Vəkil Bürosuna görüşmüşdür. Təqsirləndirilən şəxs ona tanışı Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu və Amid Əsgərova hüquqi yardım göstərmək lazım olduğunu ona bildirmişdir. Daha sonra onlar 500 manat pul müqabilində müqavilə ilə həmin cinayət işi üzrə Amid Əsgərovun hüquqlarını müdafiə edəcəyi barədə razılaşmışlar. Sonra Təqsirləndirilən şəxs 500 manat pulu ona vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə müqavilə bağlamışdır. Daha sonra o, Bakı İstintaq Təcridxanasına getmiş və orada Amid Əsgərov ilə görüşmüşdür. Həmin gündən 2-3 gün sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə Cəlilabad şəhərinə gəlmişdir. Orada cinayət işinin istintaqını aparan müstəntiq Elton Ağayev ilə görüşmüş və lazım olan sənədlərin surətini götürmüşdür. Daha sonra Amid Əsgərovun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair toplanmış cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Amid Əsgərovun cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün Təqsirləndirilən şəxs ona 500 manat pul vermişdir və həmin pulu da Zərərçəkmiş şəxs aldığını demişdir. O, Amid Əsgərovun cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün Zərərçəkmiş şəxs hər hansı pul almamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Əsgərov Amid Habil oğlu onun həmkəndliləridir, Zərərçəkmiş şəxs və Amid Əsgərov ilə münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə onun tələbə yoldaşı olmuşdur, Təqsirləndirilən şəxs ilə 1990-cı ildən etibarən səmimi münasibəti vardır və hər hansı düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər vətandaşlara hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı işi olmamışdır. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilinərək həbs olunduğunu və buna görə də Amid Əsgərova hüquqi yardım göstərilməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını və Bakı şəhərinə gəməli olduğunu bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəlində o, “Şamaxinka” deyilən ərazidə Zərərçəkmiş şəxs ilə görüşmüş və həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbsdən azad etmək və elan olunan ittihamı dəyişdirmək istədiyini ona bildirmiş və o da vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs bu işdə köməklik edə biləcəyini ona demişdir. Zərərçəkmiş şəxs da onun bu təklifi ilə razılaşmış və sonra onlar birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbs yerindən azad etmək və elan olunan ittihamı dəyişdirmək istədiyini Təqsirləndirilən şəxs bildirmiş, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə söhbət əsnasında oğlu Amid Əsgərovun psixi xəstə kimi Lənkəran rayonunda yerləşən xəstəxanada qeydiyyatda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində 7500 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs bildirmiş, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və sonradan həmin pulu Xəlilə hissə-hissə göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Amid Əsgərovun psixi xəstə kimi qeydiyyatda olması barədə sənədləri gətirib verməyini və müqavilə bağlamaq üçün ilkin olaraq 1500 manat pulu verməli olduğunu Zərərçəkmiş şəxs bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin gün 400 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün ona iş yerində vermiş və o da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs qalan 1100 manat pulu ona məxsus plastik kart hesabına göndərmiş, o da həmin tarixdə 1100 manat pulu hesabından çıxarmış və Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən bir həftə sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə onun iş yerində görüşmüş və bundan sonra onlar 11 saylı Vəkil Bürosuna getmişdir. Zərərçəkmiş şəxs həmin Vəkil Bürosunda vəkil işləyən Pəhləvan Aslanov ilə müqavilə bağlamış və sonrakı müddətdə Pəhləvan Aslanov onun və Təqsirləndirilən şəxs iştirakı ilə bir neçə dəfə Cəlilabad RPŞ-nə getmişdir. Pəhləvan Aslanov orada istintaq olunan cinayət işində iştirak etmiş, həmin vaxt Zərərçəkmiş şəxs da orada olmuş, lakin sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində DİN-nin rəhbərliyinə müraciət edərək şikayətçi olmuşdur. Həmçinin Şahid2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı dindirilərkən verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Abazər oğlu və Əsgərov Amid Habil oğlu onun həmkəndlisdir. Zərərçəkmiş şəxs və Amid Əsgərov ilə münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə onun tələbə yoldaşı olmuşdur, onunla 1990-cı ildən etibarən səmimi münasibəti vardır və hər hansı düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər vətandaşlara hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı işi olmamışdır. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək oğlu Amid Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilinərək həbs olunduğunu və buna görə də ona hüquqi yardım göstərilməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını və onun da Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəlində o, “Şamaxinka” deyilən ərazidə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbsdən azad etmək və ona elan olunan ittihamı dəyişdirmək istədiyini ona bildirmişdir. Oda vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs ona bu işdə köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs da onun bu təklifi ilə razılaşmış və sonra onlar birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Zərərçəkmiş şəxs oğlu Amid Əsgərovu həbs yerindən azad etmək və ona elan olunan ittihamı dəyişdirmək istədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə söhbət əsnasında oğlu Amid Əsgərovun psixi xəstə kimi Lənkəran rayonunda yerləşən xəstəxanada qeydiyyatda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində hüquqi xidmətə görə vəkillə müqavilə bağlanması üçün 1500 manat lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Amid Əsgərovun psixi xəstə kimi qeydiyyatda olması barədə sənədləri gətirib ona verməsini və müqavilə bağlamaq üçün 1500 manat pulu verməli olduğunu ona bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin gün 400 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün ona iş yerində vermişdir. Oda həmin pulu Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə isə qalan 1100 manat pulu ona məxsus plastik kart hesabına göndərmişdir. Oda həmin tarixdə 1100 manat pulu hesabından çıxarmış və Təqsirləndirilən şəxs vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs Habilin maddi imkanının aşağı səviyyədə olduğunu bildirib həmin 1500 manat puldan 500 manatını Habil geri qaytaracağını demiş və sonradan həmin pul ailə üzvləri tərəfindən Habilə geri qaytarılmışdır. Həmin gündən bir həftə sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə onun iş yerində görüşmüşdür. Bundan sonra onlar 11 saylı Vəkil Bürosuna getmişlər. Zərərçəkmiş şəxs həmin Vəkil Bürosunda vəkil işləyən Pəhləvan Aslanov ilə müqavilə bağlamışdır. Sonrakı müddətdə Pəhləvan Aslanov onun və Təqsirləndirilən şəxs iştirakı ilə bir neçə dəfə Cəlilabad RPŞ-nə getmişlər. Pəhləvan Aslanov orada istintaq olunan cinayət işində iştirak etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da orada olmuşdur. Xəlillə Habil arasında olan söhbətdən bilmişdir ki, Təqsirləndirilən şəxs bu işin müqabilində əlav 6000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və sonradan həmin pulu Xəlilə hissə-hissə göndərəcəyini bildirmişdir. Lakin onlar arasındakı sonrakı söhbətdə, həmçinin 6000 manat pulun nə vaxt və hansı şəkildə Təqsirləndirilən şəxs verilməsində o, iştirakçı olmamış, həmin vaxt Reabilitasita mərkəzində müalicədə olmuşdur. Hal-hazırda da müalicəsi davam edir. Sonradan ona məlum olmuşdu ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində DİN-nin rəhbərliyinə müraciət edərək ondan şikayətçi olmuşdur. Ona görə ki, oğlu Amid Əsgərov həbs edilmişdir. İstintaq zamanı müstəntiq tərəfindən müalicədə olduğu reabilitasiya mərkəzində ifadəsi alınmış, həmin ifadənin altındakı imzalar ona məxsus olsa da, lakin orada yazılanlar tam yadında qalmamışdır, dərmanların təsiri altında ifadə vermişdir. Verdiyi ifadədə birinci dəfə görüş zamanı Xəlilin Habilə işlərin görülməsi üçün 7500 manat pul istəməsini deməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli biləməyərək qeyd etdi ki, ittiham aktı qanunsuzdur. Çünki onun əməlində əvvəlcədə aldatma, etibardan sui istifadə niyyəti olmayıb. Şahid2 onun tələbə yoldaşı olmuşdur, Şahin Həmodovla 1990-cı ildən etibarən səmimi münasibəti vardır. Hüquqi xidmətlə bağlı VÖEN-i vardır. 2018-ci ildən artıq etibarnamə üzrə məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilmədiyi üçün hüquqi xidmət kimi vəkillərlə müqavilə bağlatdırıb prosesə özü nəzarət etmişdir və işləri özü götürmüşdür. Habillə rastlaşmamışdan öncə Şahin ona zəng vuraraq məsələni ona demişdir. Oda Şahinə telefon söhbəti olmadığını adamı çağırıb onunla görüşüb dinləyib nə probleminin olduğunu, nədən ibarət olduğunu bilmək lazım olduğunu bildirmişdir. Çünki o, sənədlər olmamış, tərəfi dinləməmiş, heç kimə heçnə söz vermir. Sonradan onlar 20 Yanvar adlanan yerdə görüşüb söhbət etmişlər. Məlum olmuşdur ki, Habilin oğlu narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə bağlı Cəlilabad RPŞ-də tutulmuşdur. Həmin vaxt Habil oğlunun üç azyaşlı uşağının olduğunu, yoldaşının xəstə olduğunu, oğlu isə Lənkəran psixiatrik xəstəxanasında qeydiyyatdadır və oğlundan alət kimi istifadə edirlər. O, Habilə sənədləri gətirməsini demiş görsünki həqiqətənmi oğlu psixiatriya xəstəxanasında qeydiyyatdadır. Həmdə işə başlamaq üçün həmin sənədlər əsasdır. Görüşdükləri zaman həmdə Habilə 1500 manat ümumi xərci çıxacağını demişdir. Daha sonra onlar getmişlər və Habil Şahinlə görüşüb Şahinə pul vermişdir. Şahin bu barədə ona bildirməmiş, amma fakt Şahinə pul vermişdir. Sonradan isə Şahinin kartına 1100 manat pul göndərmişdir. Ondanda onun xəbəri olmamışdır. Bir müddət sonra hiss etmişdir ki, proses artıq gecikir o, ona söz vermişdir. Oda Şahinə zəng vurmuş və Şahinə həmkəndlisinin harada olduğunu, görünmədiyini, onların ona söz verdiklərini, ilk növbədə 500 manata vəkili tapmalarını, onların pulunu sonra verəcəkdir demişdir. Habili çağırmışlar gəlmiş Şahin 500 manat pulu vermiş vəkillə müqavilə bağlanılmışdır. Hələ həmin vaxt o, pul almamışdır, nə 400 manatı nədə digərini. Ondan sonra istintaq prosesinə gəlmişlər, həmin vaxt o, Şahin, Pəhləvan gəlmişlər. Orada o, Pəhləvana qərarların hamısını almasını demişdir. Çünki onların əsasında vəsatətlər verilməlidir ki, həqiqətəndə şəxsin psixi xəstəliyi nə dərəcədə cinayət məsuliyyətinə təsir edir. Sənədləri götürmüş tanış olmuşdur. İkinci dəfə istintaqa gəlib vəsatətləri verən zaman Şahin Habillə söhbət etmiş, lakin onların nə söhbət etdiklərini bilməmişdir. Sonradan onu çağırmışlar və Habil ona demişdir ki, Xəlil müəllim bu prosedurlar davam edəcək məhkəmə prosesində nə ediləcəkdir. Oda məhkəmə prosesinin tənzimlənməsi baxımından uşağın birmənalı xəstə olması, alət kimi istifadə olunması, istintaqın gedişində obyektiv həqiqətin üzə çıxarılması, qanunun aliliyinin tətbiq olunması mümkün olmasa məhkəmə istintaqında bu proseslər gedəcəkdir və üç məhkəmə instansiyası var, bu mərhələlərdə onun işi ilə bağlı çalışacaqlar. O, etibarnamə üzrə onun adından Baş prokurorluqda, Məhkəmə Hüquq şurasında, Mehriban xanımın qəbulunda olmuşdur. Lakin Ağır Cinayətlər Məhkəməsində iştirak etməmişdir. Orxanla Amidin eyniləşdirilməyəcəyini demişdir. Habil cavabında hamının elə dediyini demişdir. Oda Habilə gözlə hamının dediyini görsünlər necə olur və nəticədə 9 il cəza verilmişdir. Sonrada Habil ona deyir ki, oğlunu o, tutdurmuşdur. O, Habilə apellyasiya şikayəti verməyi təklif etmiş Habildə onunla razılaşmışdır. Lakin sonradan Habil ona oğlunun razı olmadığını deyərək apellyasiya şikayəti verməkdən imtina etmiş və pulunun qaytarılmasını demişdir. Onlar əvvəlcədən razılaşmışlar ki, üç pilləli məhkəmə sisteminin gedişində hüquqi məsələlərə 6000 manat pul sərf olunacaqdır. Hər mərhələyə 2000 manat və ödənişləridə hissə-hissə edəcəkdir. Əgər onun əməlində şəxsi aldatmaq olmuş olsaydı pulu əvvəlləcədən tam şəkildə almış olardı. Həmin işlə bağlı ona 400 manat pul qalmışdır. Məhkəmədən barəsində bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2011-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011ci tarixli qərarı dəyişdirilmədən saxlanılmış, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işində olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Rəncbər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, Hacıqabul rayon Rəncbər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamır və hal-hazırda harada yaşaması barədə məlumat yoxdur. Onun barəsində məlumat olmadığı üçün barəsində xasiyyətnamə və ailə tərkibi haqqında arayışı təqdim etmək mümkün olmamışdır. Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə verilən 80 manat müavinət alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, müharibə veteranı olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə dəymiş ziyanın ödənilməsinin, mülki iddianın, məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınsın. Hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-44/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-44/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver