Məhkəmə qərarları › İş №1(050)-46/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-46/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-46/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə. xx xxxx 1957-ci il tarixdə Yardımlı rayonunun Tilə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Tilə kəndində qeydiyyatda olan, Masallı şəhəri, C.Cabbarlı küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində BC361773 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında AA № 268133 nömrəli qeydiyyat şəhadətnaməsi ilə etibarnamə və üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi UAZ 469 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində Yardımlı rayonu istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin avtomobil yolunu soldan sağa doğru iti yerişlə keçməkdə olan piyada, əvəllər tanımadığı Ağayev Zəfər Vəkil oğlunu idarə etdiyi avtomobilin sol ön hissəsi ilə yolun hərəkət hissəsində vuraraq ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, baş beynin sağ alın-gicgah nahiyəsinin ağır dərəcədə hemorragik əzilməsi, epidural, subdural və subaraxnoidal hematoma, baş beynin ödemi, sol alın nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin küt travması, hər iki ağ ciyərin kontuziyası, sol İİİ və İV qabırğaların sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurduqdan sonra Zəfər Ağayevin baş-beyin toxumasının əzilməsi, epidural, subdural və subaraxnoidal hematoma nəticəsində əmələ gəlmiş baş beynin ödemi nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ona BC-361773 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İdarə etdiyi UAZ 469 markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cəlilabad rayonu Buravar kənd sakini X3 olmuş, o, həmin avtomobili 2021-ci ildə adını bilmədiyi şəxsdən almış, lakin həmin şəxsdən müvafiq etibarnamə almamış, avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. 08 noyabr 2022-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evdən idarə etdiyi UAZ 469 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Yaşıl vadi” istirahət mərkəzinə getmək üçün evdən çıxmışdır. O, idarə etdiyi UAZ 469 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı- Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində 40 km/saat sürətlə hərəkətdə olduğu zaman Qəriblər kəndi ərazisində yerləşən Qəriblər kənd tam orta məktəbinin qarşısına çatan zaman, piyada keçidini keçdikdən sonra yolun sol ehtiyat hissəsindən sağa doğru əvvəllər tanımadığı Ağayev Zəfər Vəkil oğlunun iti addımla keçdiyini görmüşdür. O, dərhal əyləci basmış və idarə etdiyi avtomobili avtomobil yolunun sağ hərəkət hissəsinə doğru istiqamətləndirmişdir. Lakin piyada Zəfər Ağayev də avtomobil yolunu sağa doğru iti addımla keçməyə davam etmiş və bundan sonra o, idarə etdiyi avtomobilin sol ön hissəsi ilə Zəfər Ağayevi ehtiyatsızlıqdan vurmuşdur. Sonra isə idarə etdiyi avtomobili saxlamış və cəld xəsarət alan Zəfər Ağayevə yaxınlaşmışdır. Sonra isə istifadəsində olan mobil telefon ilə təcili yardım xidmətinə zənd edib baş vermiş hadisə barədə məlumat vermiş və daha sonra hadisə yerinə bir neçə tanımadığı şəxs gəlmişdir. O, həmin şəxslərin köməkliyi ilə hadisə zamanı xəsarət alan Zəfər Ağayevi təcili yardım avtomobilinə əyləşdirərək Masallı RMX-na yola salmış və sonra hadisə yerinə gələn müstəntiqə baş vermiş hadisənin yerini təqdim etmişdir. Hadisə vaxtı hava buludlu, asfalt yolun üzəri yaş, görmə məsafəsi normal məsafədə olmuşdur. X11 bir aydan artıq müddətddə xəstəxanada müalicə almış, ona gücü çatan qədər maddi dəstək olmuş, lakin aldığı xəsarətlərə vəfat etmişdir. Hazırda ehtiyatsız cinayət hərəkətinə görə əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Qırtlaq xərçəngi xəstəliyi olduğu üçün xx.xx.2019-cu il tarixdə ona İİ qrup əlillik dərəcəsi verilmiş, həmçinin himayəsində İ dərəcə əllil, “Serebal iflic” xəstəsi olan övladı vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquq varisi X7 ifadəsində göstərmişdir ki, X12 Vəkil oğlu onun atası olmuşdur. xx.xx.2022-ci il tarixdə Qəriblər kənd sakini Ehtiram Əmənov ona zəng edərək bir nəfər şəxsin idarə etdiyi avtomobillə atası Zəfər Ağayevi ehtiyatsızlıqdan vurduğunu bildirmiş və o da cəld Masallı şəhərində yerləşən Masallı RMXna gəlmişdir. Orada ona atası Zəfər Ağayevin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirilmiş və sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanı olmayan UAZ 469 markalı avtomobillə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən işlədiyi Qəriblər kənd tam orta məktəbində “Zəfər bayramı” münasibətilə təşkil olunmuş tədbirə gedən atası Zəfər Ağayevi vurmuşdur.Bundan sonra atasını Bakı şəhərinə aparmış, Bakı şəhərində bir aydan artıq müddətdə müalicə alsa da, atasının həyatını xilas etmək mümkün olmamışdır. Həmin müddətdə Təqsirləndirilən şəxs müəyyən qədər maddi yardım göstərmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, baş vermiş cinayət ehtiyatsızlıqdan baş verdiyinə və xəstələyinə görə görə ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş Şahid Cəmaləddin oğlu ifadəsində bildirdi ki, Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs və Ağayev Zəfər Vəkil oğlunu əvvəllər tanımamış, onlarla hər hansı münasibəti, mübahisə və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Masallı rayonu ərazisində xidmətdə olarkən Masallı-Yardımlı avtomobil yolunun Qəriblər kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə Masallı RPŞ-nin növbətçi hissəsindən ona məlumat daxil olmuş və bundan sonra o, dərhal hadisə yerinə getmişdir. Orada sürücü Təqsirləndirilən şəxs hadisə yerini müstəntiqə təqdim etmiş və daha sonra sürücü Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “UAZ 469” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı RPŞ-nin duracağına gətirilmişdir. Sonradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “UAZ 469” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəriblər kənd sakini Ağayev Zəfər Vəkil oğlunu ehtiyatsızlıqdan vurmuş və hadisə nəticəsində Zəfər Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sonradan aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonra hadisə yerindən qaçmamış və hadisə zamanı bədən xəsarətləri almış piyadanın Masallı RMX-na aparılmasına köməklik etmiş və o, baş vermiş yol-nəqliyyat hadisəsini birbaşa görməmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X12 Vəkil oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, baş beynin sağ alın-gicgah nahiyəsinin ağır dərəcədə hemorragik əzilməsi, epidural, subdural və subaraxnoidal hematoma, baş beynin ödemi, sol alın nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin küt travması, hər iki ağ ciyərin kontuziyası, sol İİİ və İV qabırğaların sınığı bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 08 noyabr 2022-ci ildə avtomobil qəzası zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən yolun asfalt örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X12 Vəkil oğlunun ölümünə bilavasitə səbəb baş-beyin toxumasının əzilməsi, epidural, subdural və subaraxnoidal hematoma nəticəsində əmələ gəlmiş baş beynin ödemi olmuşdur. Ölüm 29 dekabr 2022-ci il saat 01:30-da xəstəxanada baş vermişdir. X12 Vəkil oğlunun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqi nəticəsində qanda alkoqol və hər hansı bir uyuşdurucu maddə aşkar olunmamışdır. X12 Vəkil oğlunun meyitində onun ölümündən sonra əmələ gələn hər hansı bir xəsarət aşkar olunmadı. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3281 saylı rəyindən görünür ki, UAZ-469 markalı 15BE594 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan DİN BDYPİ-in 29 dekabr 2022-ci il tarixli, 156-52480-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə “BC” kateqoriyalı BC-361773 saylı sürücülük vəsiqəsi 10 iyul 2027-ci il tarixədək verilmişdir. Maddi sübut UAZ-469 markalı 15BE594 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərşəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasını rəyi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263.2.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllə məhkum olunmamışdır. Cinayət işində olan arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs “Qırtlağın xərçəngi” xəstəliyindən əziyyət çəkir və İİ dərəcə əlildir. Həmçinin onun oğlu X5 İ dərəcə “Serebal iflic” xəstəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.13.-cü maddələrinə əsasən, əməlindən səmimi olaraq peşman olması, İİ qrup əlil olması, himayəsində İ dərəcə əlil övladı olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 45.1. və 45.2.-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri ona əsas verir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin Təqsirləndirilən şəxs yaşı və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəratitinə təsiri nəzərə alınaraq, aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunması məqsədəuyğundur. Bundan başqa əlavə cəza olaraq müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20.-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan UAZ 469 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahib Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur, məhkəmə (ekspertiza) xərci 85 manat hesablanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2.-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut UAZ 469 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahib Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın, Ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar