Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-47/2023 30.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1986-cı il tarixdə Masallı rayonu Əzizabad kəndində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-262/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza, Şəki Apelyasiya Məhkəməsinin 1(107)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu ilə tam, 3000 manat cərimə cəzası ilə qismən toplanmış, qəti olaraq 4000 manat cərimə cəzası və 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı rayonu Əzizabad kəndində qeydiyyatda olan, barəsində olan digər cinayət işi ilə əlaqədar Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 noyabr 2022ci il tarixli qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 03 saylı İstintaq təcridxanasında saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayının ortalarında əvvəllər tanımadığı X1 3000 manat müqabilində pensiyaya çıxaracağına dair Şərakət Nurullayevin əri, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən X9 rayon şöbəsinin qarşısında 300 manat pulu və 510 manat nisbətində 300 ABŞ dolları nağd pulu ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 810 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayında əvvəllər tanımadığı X3 müavinətinə qoyulan stopu aradan qaldırmaq və növbəti həkim komissiyasından 3000 manat müqabilində keçirəcəyinə dair Nurlan Hüseynlinin anası Şahid rəfiqəsi, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verilməsi üçün Şahid verdiyi 3000 manat pulu sonuncudan 2022-ci ilin fevral ayının sonlarında Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının qarşısında 1000 manat, 2022-ci ilin mart ayı ərzində Masallı şəhəri “İsgəndərli dairəsi” adlanan ərazidə yerləşən “Ağa” marketin qarşısında öncə 500, daha sonra isə həmin marketin qarşısında 1500 nağd pulu ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla vahid niyyətlə dələduzluq etmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilrərək ifadəsində göstərmişdir ki, əvəllər Azərbaycan Respublikası CM-nin 177 və 178-ci maddələri ilə məhkum olunmuşdur. Barəsində olan oğurluq cinayət işi üzrə barəsində Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ilin fevral ayının ortalarında o, Masallı şəhəri H.Əliyev prospekti ərazisində Masallı şəhər sakini Zərərçəkmiş şəxs1lə rastlaşmışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs1 ona arvadı üçün pensiya düzəltdirmək istədiyini və bunun üçün də kömək edən şəxs axtardığını ona bildirmişdir. O, pensiya işinin düzəlməsində kömək edə biləcəyini və bu işin düzəlməsi üçün 3000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs1 bildirmişdir. Zərərçəkmiş şəxs1 də onun bu təklifi ilə razılaşmış və bir gün sonra gün onunla yenə də həmin yerdə görüşüb orada ona pul verəcəyini bildirmişdir. Sabahı gün Masallı şəhəri H.Əliyev prospektində yerləşən X9 rayon filialının qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüş, orada Zərərçəkmiş şəxs1 300 ABŞ dolları və 300 manat pulu ona vermiş və qalan pulu da pensiya işi düzəldikdən sonra verəcəyini bildirmişdir. O da həmin pulları Zərərçəkmiş şəxs1 almış və arvadı Şərakət Nurullayevanın pensiya işinin 2 ay müddətinə düzələcəyini bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs1 aldığı 300 ABŞ dolları və 300 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda ona dəymiş ziyan qohumları tərədindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, 2022-ci ilin fevral ayının əvvəlində işləri ilə əlaqədar Masallı RMX-da olduğu zaman əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 ilə təsadüfən rastlaşmış, o, Zərərçəkmiş şəxs2 yaxınlaşmış və tanışlıq vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 yanında əvvəllər tanımadığı və adını bilmədiyi Şahid adlı qadın da olmuşdur. Söhbət vaxtı Zərərçəkmiş şəxs2 yanında olan rəfiqəsi Şahid oğlunun pensiyasına qoyulan “stopu” aradan qaldırmaq və növbəti həkim komissiyasından keçirmək istədiyi üçün orada olduğunu bildirmişdir. O da həmin oğlanı növbəti həkim komissiyasından keçirə biləcəyini və pensiyasına qoyulan “stopu” aradan qaldıra biləcəyini Zərərçəkmiş şəxs2 bildirmişdir. Sonra isə bu işə görə əlaqə saxlamaq üçün Şahid mobil nömrəsini almış və sonradan zəng edərək 3000 manat pul lazım olduğunu bildirmişdir. Şahid da onun bu təklifi ilə razılaşmış və həmin pulu tapib ona verəcəyini bildirmişdir. Buna görə də 2022-ci ilin fevral ayının sonlarında Şahid ilə Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının qarşısında görüşmüş, Şahid 3000 manat pulu ona hissə-hissə verəcəyini bildirmiş və o da Şahid bu təklifi ilə razılaşmışdır. Daha sonra Şahid həmin işə görə 1000 manat pulu ona vermiş və o da həmin pulu Şahid almışdır. 2022-ci ilin mart ayında, dəqiq xatırlamadığı tarixdə Şahid ilə Masallı şəhəri İsgəndərli dairəsi adlanan ərazidə yerləşən “Ağa” marketin qarşısında görüşmüş və Şahid 500 manat pul almışdır. Həmin gündən bir neçə gün sonra, yəni 2022-ci ilin mart ayında, dəqiq xatırlamadığı tarixdə Şahid ilə Masallı şəhəri İsgəndərli dairəsi adlanan ərazidə yerləşən “Ağa” marketin qarşısında görüşmüş və 1500 manat pulu Şahid almışdır. Sonra isə Şahid aldığı ümumilikdə 3000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonradan Şahid və Zərərçəkmiş şəxs2 onun istifadə etdiyi mobil telefona zəng edərək Nurlan Hüseynlinin pensiya işi ilə maraqlanmağa başlamış, o isə Şahid və Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələr gətirərək guya işin düzələcəyi barədə yalan vədlər vermişdir. Sonradan isə istifadəsində olan mobil nömrəni dəyişmiş, Şahid və Zərərçəkmiş şəxs2 ilə hər hansı əlaqəsi də olmamışdır. Həmin pulları X7 Yaqubovanın verməsini bilmişdir. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan qohumları tərəfindən tam ödənilmişdir. Hazırda əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayının ortalarında Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı rayon Məhkəməsinin köhnə inzibati binasının qarşısında dayandığı vaxt orada dayanmış əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona tək yaxınlaşmış, nə üçün orada dayandığını və ona hər hansı köməklik edə biləcəyini ondan soruşmuşdur. O da xəstəlikdən əziyyət çəkən arvadı Şərakət Nurullayevaya pensiya düzəltdirmək istədiyini Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs da Bakı şəhərində yerləşən Nazirliklərin birində çalışdığını və arvadı Şərakət Nurullayevanın pensiya işinin düzəlməsinə köməklik edə biləcəyini ona bildirmişdir. Təqsirləndirilən şəxs pensiya işinin düzəlməsi müqabilində ondan 3000 manat pul istəmiş, o da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və oradan yaşadığı evə getmişdir. Ertəsi gün o, Təqsirləndirilən şəxs ilə Masallı şəhəri H.Əliyev prospektində yerləşən X9 rayon şöbəsinin qarşısında görüşmüş və həmin vaxt orada Təqsirləndirilən şəxs 300 ABŞ dolları və 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs 2 ay müddətində arvadı Şərakət Nurullayevanın pensiya işinin düzələcəyini bildirmiş və o da Təqsirləndirilən şəxsun bu təklifi ilə razılaşmışdır. Bundan sonra o, işin düzəlməsini gözləmış, lakin pensiya işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs zəng edərək verdiyi pulu istəmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu qaytarmadığını görüb Masallı RPŞ-yə bu barədə ərizə ilə müraciət etmiş, sonradan Təqsirləndirilən şəxs onun verdiyi ümumilikdə 810 manat pulun 370 manatını ona geri qaytarmış, 440 manatını məhkəmə iclası dövründə qohumları ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyan tam olaraq ödənilməsini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayının əvvəlində Masallı şəhərində olduğu zaman Şahid X2nun astma xəstəsi olduğu üçün Nurlan Hüseynliyə təyin olunmuş pensiyaya stop qoyulduğunu və aylıq pensiyasını ala bilmədiyini bildirmişdir. Buna görə də o, həmin ay Şahid ilə birlikdə Nurlan Hüseynlinin pensiyasının bərpası ilə əlaqədar Masallı RMX-na getmiş və orada olduğu zaman Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmışdır. Təqsirləndirilən şəxs ondan nə üçün orada olduğunu soruşmuş, o da tanışı Şahid oğlu Nurlan Hüseynlinin pensiyasına qoyulan stopu götürmək üçün Masallı RMX-na gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs da Nurlan Hüseynlinin pensiyasına qoyulan stopu aradan qaldıra biləcəyini ona bildirmiş və daha sonra isə həmin işlə bağlı Masallı RMX-dan müvafiq arayış alaraq Şahid vermişdir. Həmin gündən təxminən 15 gün sonra, yəni 2022-ci ilin fevral ayının sonlarında Şahid Təqsirləndirilən şəxs zəng edərək oğlu Nurlan Hüseynlinin pensiyasının bərpası üçün həkim komissiyasından keçməsinə görə 3000 manat pul lazım olduğunu ona bildirmiş, Şahid maddi imkanının aşağı olduğunu və 3000 manat pul verməyini ondan xahiş etmişdir. Bundan sonra o, 3000 manat pulu Şahid vermiş və Şahid da həmin 3000 manat pulu hissə-hissə olaraq Təqsirləndirilən şəxs verdiyini ona bildirmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarımdan suiistifadə edərək ona məxsus 3000 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş, sonradan o, Təqsirləndirilən şəxs ona məxsus 3000 manat pulu qaytarmadığını görüb Masallı RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımış, heç bir ədavəti və düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs həmkəndlisi Şahid oğlu Nurlan Hüseynlinin pensiyasının bərpa edəcəyi vədini vermişdir, buna görə ona məxsus 3000 manat pulu ələ keçirmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, həmin işi düzəltməyərək ona məxsus pulu ələ keçirərək aldatmış və 3000 manat pulun hamısı ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilməsini, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 həm onun həmkəndlisi, həm də rəfiqəsi olmuşdur. Zərərçəkmiş şəxs2 təxminən 20 ilə yaxın müddətdir tanımış, Zərərçəkmiş şəxs2 tanıdıqdan sonra münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Masallı rayon Əzizabad kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. X2 2001-ci ildən astma xəstəliyindən əziyyət çəkmiş və buna görə də təxminən 12 ildir oğlu Nurlan Hüseynli aylıq pensiya da almışdır. 2022-ci ilin əvvəlində oğlu Nurlan Hüseynlinin aldığı aylıq müavinətə stop qoyulmuş, həmin vaxtdan Nurlan Hüseynli aylıq pensiyasını ala bilməmiş və o, bu barədə həmkəndlisi Zərərçəkmiş şəxs2 bildirdiyi zaman sonuncu ona bu işdə köməklik edəcəyini demişdir. 2022-ci ilin fevral ayında o, Zərərçəkmiş şəxs2 ilə birlikdə oğlu Nurlan Hüseynlinin pensiya işinə görə Masallı RMX-na getmiş və onlar həmin xəstəxanada olduğu zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tanışlıq vermiş və daha sonra nə üçün orada olduqlarını soruşmuşdur. Zərərçəkmiş şəxs2 da oğlu Nurlan Hüseynlinin pensiya işi ilə əlaqədar gəldiklərini Təqsirləndirilən şəxs bildirmiş və Təqsirləndirilən şəxs da oğlu Nurlan Hüseynlinin pensiyasına qoyulan stopu aradan qaldıra biləcəyini onlara demişdir. Həmin gündən təxminən 15 gün sonra, yəni 2022-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək oğlu Nurlan Hüseynlinin pensiyasına qoyulan stopu götürmək və Nurlan Hüseynlinin növbəti həkim komissiyasından keçməsi üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs2 dedikdən sonra maddi imkanım olmadığını, 3000 manat pulu ona verməsini sonuncudan xahiş etmiş və Zərərçəkmiş şəxs2 da 3000 manat pulu Təqsirləndirilən şəxs verməyi üçün ona vermişdir. 2022-ci ilin fevral ayının sonlarında o, Təqsirləndirilən şəxs ilə Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının qarşısında görüşmüş və 1000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin mart ayı ərzində isə Təqsirləndirilən şəxs ilə Masallı şəhəri İsgəndərli dairəsi adlanan ərazidə yerləşən “Ağa” marketin qarşısında görüşüb öncə 500, daha sonra isə həmin marketin qarşısında 1500 pul vermişdir. Həmin gündən sonra o və Zərərçəkmiş şəxs2 istifadələrində olan mobil nömrələr ilə Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etsək də Təqsirləndirilən şəxs onlara müxtəlif bəhanələr gətirmiş, lakin sonradan Ramalın istifadə etdiyi mobil nömrəyə zəng çatmadığına görə Zərərçəkmiş şəxs2 bu barədə Masallı RMX-na ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs oğlu Nurlan Hüseynlinin pensiyasının bərpa edəcəyi vədini vermişdir, buna görə Zərərçəkmiş şəxs2 məxsus 3000 manat pulu ələ keçirmiş və Təqsirləndirilən şəxs oğlu Nurlan Hüseynlinin pensiyasının bərpa edəcəyi adı ilə aldadaraq ələ keçirdiyi 3000 manat pulu Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Cinayət işinin materiallarında olan Masallı RPŞ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 156-42437-1121 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Masallı rayonu Əzizabad kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadıb arvadı X1 pensiyaya çıxaracağına dair yalan vədlər verərək 300 manat və 300 ABŞ dollarını, həmçinin Masallı rayon sakini Zərərçəkmiş şəxs2 tanışı Şahid övladını növbəti həkim komissiyasından keçirəcəyini vəd edərək 3000 manat pulunu ələ keçirməsi müəyyən edilmişdir. Hadisəni birbaşa görə biləcək şahidlərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadəsi, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayətlər üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 93 nömrəli məktubdan görünür ki, məhkum Mirişov X4 rayon Məhkəməsinin 1(049)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirsə də, 3000 (üç min) manat cərimə cəzasından bu günə qədər heç bir ödəniş etməmişdir. Mirişov X4 rayon Məhkəməsinin 1(049)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü və hökmün icrası barədə göstəriş azadlığın məhdudlaşdırılması cəzasına aid hissədə xx.xx.2021-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Mirişov X4 rayon Məhkəməsinin 1(049)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(060)-262/2023 nömrəli hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza, Şəki Apelyasiya Məhkəməsinin 1(107)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu ilə tam, 3000 manat cərimə cəzası ilə qismən toplanmış, qəti olaraq 4000 manat cərimə cəzası və 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunması qərara alınmış, cəzaçəkmə müddətinin başlancığı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Masallı RİHB-nın Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış xasiyyətnamədən görünür ki, Mirişov X5 rayonu, Əzizabad kəndində qeydiyatdadır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması cəzanı yüngülləşdirən halları vardır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətlərə məhkum olunmuş şəxsdir, şəxsiyyətinə görə mülkiyyət əleyhinə cinayətlərə meyillidir. Bu halda məhkəmə hesab edir ki, ona bu cinayət əməli üzrə yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Sumqayıt Şəhər Məhkəməsinin 1(050)-262/2023 saylı, 26 iyul 2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 4000 manat cərimə cəzası və 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəza ilə toplanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən cərimə növlərində cəza islah işləri intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi ilə əlaqədar Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə haqqında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Şumqayıt Şəhər Məhkəməsinin 1(050)-262/2023 saylı, 26 iyul 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 4000 manat cərimə cəzası və 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 4000 manat cərimə cəzası və 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini alana qədər Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi ilə əlaqədar Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə haqqında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-47/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-47/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver