Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-47/2025 05.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1977-ci ildə Masallı rayon Bədəlan kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayon Bədəlan kəndində yaşamaqla qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində, saat 19 radələrində yaşadığı Masallı rayon Bədəlan kəndində fərdi yaşayış evində qardaşı oğlu Şahid1 danlayıb otaqdan qovduğu üçün sonuncunun anası X3 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs boğazından əli ilə tutub sıxaraq, qəsdən itələyib divara vurmaqla sonuncuya sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ dirsək oynağı nahiyəsinin və sağ bazu nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmişdir. Bu əməlinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərdi ki, Çinarə Nurullayevə qardaşı Xalıqın arvadıdır. O, bacısı Xatirə, Xalıq və Xalıqın ailə üzvləri mərhum valideyinlərindən miras qalan fərdi yaşayış evində yaşayır. Onların evlərində bir qaz sayğacı vardır. O və Xatirə öz otaqlarında isinmək üçün qaz sobasından istifadə etmir. Buna baxmayaraq evin mətbəxində olan qazdan ümumi istifadə edirlər. Çinarə isə öz otağında qaz sobasından istifadə edir. Hal-hazırda qaz pulu borcları 120 manatdır. Borcun ödənilməsindən ötrü bildiriş gəlibdir. O, Çinarənin hər ayın 15-də əmək haqqı almasını bilir. Ona görə də, xx.xx.2025-ci il tarixdə, Çinarəyə bildirmişdir ki, qaz pulunu ödəsin. Çinarə ona bildirmişdir ki, pulu yoxdur. Həmin vaxt qaz pulu borcunun ödənilməməsinə görə aralarında sözlə mübahisə olmuşdur. Buna baxmayaraq aralarında dava olmamışdır. Bundan sonra Çinarənin oğlu Muhəmməd həqiqətə uyğun olmayan sözləri Çinarəyə aparıb xəbər verərək evdə söz-söhbətə səbəb olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Muhəmmədi otağının qarşısında görüb qovmuşdur. Həmin vaxt Çinarə ora gəlib Muhəmmədi qovmasına görə ona irad bildirmişdir. Onların aralarında yenidən sözlə mübahisə olmuş, mübahisə zamanı Çinarə üzərinə gəlib sağ sifət nahiyəsinə sillə vurub getmişdir. Sonra o, evi tərk edəndə Çinarə evin həyətində ikinci dəfə üzərinə gəlib onu vurmaq istəyən zaman Çinarənin əynində olan geyimin yaxasından tutub qəsdən itələyib divara vurmuşdur. Ora bacısı Xatirə gəlib onları ayıraraq sakitləşdirmişdir. Həmin vaxt orada 4-5 dəqiqə mübahisə olmuşdur. Məhkəmənin baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, zərərçəkmiş şəxs X3 ilə barışdığını, dəymiş ziyanı tam ödəməsini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, o, 2006-cı ildə Xalıq Nurullayevlə qohum vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt da Xalıq Nurullayev Bakı şəhərində işləmişdir. Onlar sonra el adəti ilə toy edib Xalıqın valideynlərinin evinə gəlmişdir. Həmin evdə qayını Təqsirləndirilən şəxs, baldızı Xatirə Nurullayevə və digərləri yaşamışdır. Onlar evliliklərinin əvvəllərində mehriban yaşasa da, Xatirə və Akifin onların ailə işlərinə mütəmadi müdaxilə etməsinə görə aralarında tez-tez narazılıqlar olmuşdur. O, bu və ya digər səbəblərdən Xalıqdan ayrılmaq üçün Masallı rayon məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq Xalıqla sonra barışmışdır. Onların birgə nikahdan dörd övladı vardır. O, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin İİ mərtəbəsində öz otağında uşaqların geyimlərini səliqəyə salan zaman həmin evin İ mərtəbəsində oğlu Muhəmmədin ucadan səsi gəlməsini eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün səsküy gələn yerə gəlmişdir. Bu zaman Akifin Muhəmmədlə sözlə mübahisə etdiyini və Akifin Muhəmmədi evdən qovduğunu görmüşdür. O, onlara yaxınlaşıb Muhəmmədlə nə üçün mübahisə etmələrinin səbəbini soruşmuşdur. Bu zaman Akif üzərinə gəlib sol əliyə boğazından tutub sıxaraq evin divarına qəsdən onu itələmişdir. Həmin vaxt sağ bədən nahiyəsi divara dəymişdir. O, özü Akifdən uzaqlaşıb evin İİ mərtəbəsinə qalxmışdır. Həmin vaxt onların arasında 4-5 dəqiqə mübahisə olmuş, orada Muhəmməd və Xatirədən savayı şəxs olmamışdır. Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxs X3 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam ödənilməsini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X5 rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 46 saylı rəyindən görünür ki, X1 dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ dirsək oynağı nahiyəsinin və sağ bazu nahiyəsinin qançırları müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və sonuncunun ona qarşı şikayət və tələbi olmadığı üçün o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsini, zərərçəkmiş şəxsin təqdim etdiyi barışıq ərizəsini, habelə Cinayət və Cinayət Prosessual Məcəllələrinin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 300.1.7, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-47/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-47/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver