Məhkəmə qərarları › İş №1(050)-48/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-48/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-48/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2, Müdafiəçiləri Masallı Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məktəbli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə xx.xx.2006-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Cəlilabad şəhəri Sabir küçəsi ev 109da qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə babası X1 məxsus olan, Masallı rayonu Yeyənkənd kəndi ərazisində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub həmin evin ikinci mərtəbəsindəki yataq otağında olan termonun çəkməcəsindən nənəsi Zərərçəkmiş şəxs məxsus 1 ədəd əyarı 585, çəkisi 15 qram olan, 1650 manat dəyərində zəncir formalı qaşsız qızıl qolbaq, 1 ədəd əyarı 585, çəkisi 10 qram olan, 1300 manat dəyərində, üzərində 1 ədəd çəhrayı rəngli zifir qaşı,16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl aralıq, 1 dəst əyarı 585, ümumi çəkisi 31 qram olan, 3410 manat dəyərində, sadə formada, hər birinin üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 16 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəsti, 1 dəst əyarı 585, ümumi çəkisi 18 qram olan, 1980 manat dəyərində, tac formalı, üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 12 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd əyarı 585, çəkisi 04 qram olan, 520 manat dəyərində, sadə formalı, üzərindəki üçbucağın içərisində isə 3 ədəd kiçik ölçülü brilliyant qaşlı sadə qızıl üzük və 1 ədəd əyarı 585, çəkisi 09 qram olan, 1140 manat dəyərində, paxlava formalı, üzərində 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl üzüyü gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumlikdə 10000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə əvvəllər tanımadığı X1 məxsus olan, Masallı rayonu Yeyənkənd kəndi ərazisində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub həmin evin ikinci mərtəbəsindəki yataq otağında olan termonun çəkməcəsindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd əyarı 585, çəkisi 15 qram olan, 1650 manat dəyərində zəncir formalı qaşsız qızıl qolbaq, 1 ədəd əyarı 585, çəkisi 10 qram olan, 1300 manat dəyərində, üzərində 1 ədəd çəhrayı rəngli zifir qaşı,16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl aralıq, 1 dəst əyarı 585, ümumi çəkisi 31 qram olan, 3410 manat dəyərində, sadə formada, hər birinin üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 16 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəsti, 1 dəst əyarı 585, ümumi çəkisi 18 qram olan, 1980 manat dəyərində, tac formalı, üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 12 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd əyarı 585, çəkisi 04 qram olan, 520 manat dəyərində, sadə formalı, üzərindəki üçbucağın içərisində isə 3 ədəd kiçik ölçülü brilliyant qaşlı sadə qızıl üzük və 1 ədəd əyarı 585, çəkisi 09 qram olan, 1140 manat dəyərində, paxlava formalı, üzərində 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl üzüyü gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumlikdə 10000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan oğurluq cinayət əməlini törətmişlər. Məhkəmə istintaqında Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun nənəsidir, Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 onun dostudur, Təqsirləndirilən şəxs2 ilə münasibəti həmişə yaxşı olmuşdur və onlar təxminən 5 ilə yaxındır dostluq münasibətindədir. Həm onun həm də Təqsirləndirilən şəxs2 maddi vəziyyəti pis olmuşdur və buna görə də onlar oğurluq etməyə qərar vermişdir. Bu barədə təklifi Təqsirləndirilən şəxs2 o vermiş və Təqsirləndirilən şəxs2 də onun bu təklifi ilə razılaşmışdır. O, Masallı rayonu Yeyənkənd kəndində yaşayan nənəsi Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək barədə Təqsirləndirilən şəxs2 demiş və Təqsirləndirilən şəxs2 də onunla birlikdə oğurluq edəcəyini bildirmişdir. 01 dekabr 2023-cü il tarixdə səhər saat 10 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Yeyənkənd kəndinə gəlmişdir. Daha sonra avtomobildən düşüb piyada hərəkət etməyə başlamış, nənəsi Zərərçəkmiş şəxs yaşadığı evə yaxınlaşdıqları zaman babası Əlicavad Eynullayev və nənəsi Zərərçəkmiş şəxs yaşadıqları evdən çıxdıqlarını görmüşdür. Bu vaxt onlar həmin evdə heç kimin olmamasına əmin olmuş və bundan sonra o, Təqsirləndirilən şəxs2 “gəl içəri, mən evə girib qızılları götürəcəm, sən də burada gözlə” demişdir. Təqsirləndirilən şəxs2 də onun bu təklifi ilə razılaşmış və bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə nənəsi Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 həyətdəki darvazanın yanında gözləməyə başlamış, o isə evin arxasında olan anbara daxil olmuş və oradan bir ədəd qayçı götürmüşdür. Daha sonra evin ikinci mərtəbəsində olan eyvana dırmaşaraq qalxmış, sonra əlində olan qayçı ilə eyvanda olan plastik pəncərəni açmış və sonra isə həmin pəncərədən içəri daxil olmuşdur. Bundan sonra o, pəncərədən pilləkənlərə düşmüş və qapını açıb ikinci mərtəbəyə daxil olmuşdur. Sonra həmin mərtəbədə olan qonaq otağında daxil olmuş və daha sonra isə qonaq otağına bitişik olan yataq otağına daxil olmuşdur. O, həmin otaqda qızıl-zinət əşyalarının olduğunu və harada qoyulduğunu bir neçə il əvvəl görmüşdür. O, əvvəlcə termonun birinci çəkməcəsinə baxmış, lakin orada qızıl-zinət əşyalarını tapa bilməmişdir. Sonra isə həmin termonun ikinci çəkməcəsini açmış və orada bir ədəd mücrü tapmışdır. Həmin mücrünü açmış və içərisində qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Sonra həmin qızıl-zinət əşyalarını götürmüş və əynindəki gödəkçənin cibinə qoymuşdur. Daha sonra həmin otağın pəncərəsini açmış və oradan həyətə tullanmışdır. O, həyətə düşdükdən sonra hasardan aşaraq küçəyə çıxmış və qaçaraq həmin yerdən uzaqlaşmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs2 gözləməyə başlamış, sonra Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və onlar birlikdə həmin kənddə yerləşən göl kənarına getmişdir. Orada nənəsi Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinət əşyalarına birlikdə baxış keçirmiş və sonra onlar birlikdə taksi ilə Cəlilabad rayonu Göytəpə şəhərinə getmişdir. Bundan sonra onlar Göytəpə şəhərində yerləşən qəbirstanlığa getmiş və orada yenidən nənəsi Zərərçəkmiş şəxs evindən oğurladığı qızılzinət əşyalarına baxmışlar. Sonra o, anası Qanuni nümayəndə1 mobil telefonuna zəng etmiş və nənəsi Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl-zinət əşyaları oğurladığını demişdir. Anası da ona həmin qızıl-zinət əşyaları nənəsi Suraya qaytarmağı təklif etmişdir. O da anası Qanuni nümayəndə1 təklifi ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə Masallı rayonu Yeyənkənd kəndinə gəlmiş və sonra oğurladığı qızıl-zinət əşyalarını nənəsi Zərərçəkmiş şəxs təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 onun dostudur. Təqsirləndirilən şəxs1 ilə münasibəti həmişə yaxşı olmuşdur və onlar təxminən 5 ilə yaxındır dostluq münasibətindədir. Həm onun həm də Təqsirləndirilən şəxs1 maddi vəziyyəti son vaxtlar pis olmuşdur və buna görə də onlar oğurluq etməyə qərar vermişdir. Təqsirləndirilən şəxs1 bu barədə ona təklif vermiş və o da Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 Masallı rayonu Yeyənkənd kəndində yaşayan nənəsi Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək barədə ona demiş və o da Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq edəcəyini bildirmişdir. Bu məqsədlə 01 dekabr 2023-cü il tarixdə səhər saat 10 radələrində o, dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Göytəpə şəhərində tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşmiş və Masallı rayonu Yeyənkənd kəndinə gəlmişlər. Yeyənkənd kəndinə gəldikdən sonra kənd arası yolda olarkən Təqsirləndirilən şəxs1 babası Əlicavad Eynullayev və nənəsi Zərərçəkmiş şəxs yaşadıqları evin həyətindəki darvazadan çıxdıqlarını görmüşlər və sonra Təqsirləndirilən şəxs1 ona “gəl içəri, mən evə girib qızılları götürəcəm, sən də burada gözlə” demişdir. O, Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmış və həmin evin həyətyanı sahəsinə daxil olmuşdur. Daha sonra həyətdə darvazanın yanında gözləməyə başlamış, sonra Təqsirləndirilən şəxs1 evin arxasında olan anbara daxil olmuş və oradan bir ədəd qayçı götürüb evin qarşısına doğru gəlmişdir. Sonra Təqsirləndirilən şəxs1 həmin evin ikinci mərtəbəsində olan eyvana dırmaşaraq çıxmış, o isə dayandığı yerdə Təqsirləndirilən şəxs1 gözləməyə başlamış və daha sonra Təqsirləndirilən şəxs1 nənəsi və xalasının darvazadan evin həyətinə daxil olduğunu görmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs1 qaçaraq evin həyətindən çıxdığını görmüş və o da qaçaraq evin darvazasından küçəyə doğru qaçaraq çıxmışdır. Sonra isə Təqsirləndirilən şəxs1 onu gözlədiyini görmüş və Vasifə doğru yaxınlaşmışdır. Bundan sonra onlar birlikdə həmin kəndin ərazisində yerləşən göl kənarına getmiş və orada Təqsirləndirilən şəxs1 ilə birlikdə Vasifin oğurladığı qızıl-zinət əşyalarına baxış keçirmişlər. Bundan sonra onlar birlikdə tanımadığı şəxsin idarə etdiyi taksi ilə Göytəpə şəhərinə getmiş və daha sonra isə birlikdə Göytəpə şəhərində yerləşən qəbirstanlığa getmişlər. Orada yenidən Təqsirləndirilən şəxs1 oğurladığı qızıl-zinət əşyalarına baxdıqdan sonra Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə1 mobil telefonuna zəng etmiş və nənəsi Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl-zinət əşyalarını oğurladığını bildirmişdir. Qanuni nümayəndə1 da oğurladığı qızıl-zinət əşyalarını nənəsi Zərərçəkmiş şəxs qaytarmağı Təqsirləndirilən şəxs1 təklif etmişdir. Təqsirləndirilən şəxs1 də anasının bu təklifi ilə razılaşdıqdan sonra o, Təqsirləndirilən şəxs1 ilə Masallı rayonu Yeyənkənd kəndinə gəlmiş və sonra Təqsirləndirilən şəxs1 oğurladığı qızıl-zinət əşyalarını nənəsi Zərərçəkmiş şəxs təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu Yeyənkənd kəndində yerləşən iki mərtəbəli yaşayış evi əri Əlicavad Eynullayevə məxsusdur və o, həmin evdə əri Əlicavad Eynullayev ilə birlikdə yaşamışdır. O, özünə məxsus qızıl-zinət əşyalarını mücrünün içərisində gizlətmiş və həmin mücrünü də yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağındakı termonun ikinci çəkməcəsində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, vaxt keçirmək üçün qonşuluqda yaşayan qızı Ramilənin yaşadığı evə getmiş və həmin tarixdə saat 11:15 radələrində yaşadığı evə qızı Ramilə ilə birlikdə qayıtmışdır. Onlar birlikdə yaşadığı evin həyətinə daxil olmuş və bu vaxt Ramilə həyətdə bir nəfər oğlanın dayanmış vəziyyətdə olduğunu ona demişdir. O da qızı Ramiləyə yaxınlaşmış, lakin həyətdə heç kimi görə bilməmişdir. Daha sonra evin qarşısına gəlmiş və bu vaxt başqa bir oğlanın ağacların arasından qaçaraq küçəyə çıxmasını görmüşdür. Bundan sonra qızı Ramilə evin ikinci mərtəbəsindəki pəncərənin açıq vəziyyətdə olduğunu ona bildirmiş və sonra o, cəld yataq otağına daxil olmuşdur. Bu vaxt yataq otağında olan termonun çəkməcəsini açmış və mücrünün orada olmasını görmüşdür. Lakin mücrünü açdığında içərisindəki qızıl-zinət əşyalarını oğurlandığını görmüş və sonra bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra polislər hadisə yerinə gəlmiş və o, Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonra qızı Raöyalə Əliyevaya da yaşadığı evdə oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermiş, sonra nəvəsi Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmiş və oğurladığı qızıl-zinət əşyalarını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ona məxsus evdən əvvəllər oğurluq etməmiş və xx.xx.2023-cü il tarixdə yaşadığı evdən 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl aralıq, 1 dəst sırğa-üzük dəsti, 2 ədəd qızıl üzük oğurlanmışdır. Ona məxsus evdən oğurlanmış qızıl-zinət əşyaları saz vəziyyətdə ona qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslərə cəza verilərkən onların yetkinlik yaşına çatmadıqlarının nəzərə alımasını xahiş etdi. Zərərçəkmiş şəxs barışıqla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun bacısı oğludur, Təqsirləndirilən şəxs1 ilə münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs isə onun anasıdır, anası Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Anası Zərərçəkmiş şəxs həm də onun qonşusudur və onlar hər gün bir-birilərinin evinə gedib-gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, yaşadığı evdə olduğu zaman anası Zərərçəkmiş şəxs onlara gəlmiş və saat 11:15 radələrində o, anası Zərərçəkmiş şəxs ilə birlikdə anasının yaşadığı evə getmişdir. Onlar birlikdə evin həyətyanı sahəsinə daxil olmuş, bu vaxt o, ağacların arasında bir nəfər oğlanın dayandığını görmüş və anası Zərərçəkmiş şəxs bu barədə demişdir. Bundan sonra o, evin ikinci mərtəbəsindəki pəncərənin açıq vəziyyətdə olduğunu görmüş və anası Zərərçəkmiş şəxs bu barədə bildirmişdir. Bundan sonra o, anası Zərərçəkmiş şəxs ilə birlikdə evin ikinci mərtəbəsinə getmiş, orada anası Zərərçəkmiş şəxs yataq otağında olan termonun çəkməcəsini açmış və mücrünün orada olmasını görmüşdür. Lakin mücrünü açdıqdan sonra içərisindəki qızıl-zinət əşyalarını oğurlandığını görmüş və sonra anası Zərərçəkmiş şəxs bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra polislər hadisə yerinə gəlmiş və anası Zərərçəkmiş şəxs Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonra anası Zərərçəkmiş şəxs bacısı Qanuni nümayəndə1 yaşadığı evdə oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermiş və daha sonra bacısı oğlu Təqsirləndirilən şəxs1 oğurladığı anası Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını təqdim etmişdir. Cinayət işində olan 12 dekabr 2023-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunan 1 ədəd əyarı 585, çəkisi 15 qram olan zəncir formalı qaşsız qızıl qolbaqın qiyməti 1650 manat, 1 ədəd əyarı 585, çəkisi 10 qram olan üzərində 1 ədəd çəhrayı rəngli zifir qaşı,16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl aralığın qiyməti 1300 manat, 1 dəst əyarı 585, ümumi çəkisi 31 qram olan sadə formada, hər birinin üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 16 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəstinin 3410 manat, 1 dəst əyarı 585, ümumi çəkisi 18 qram olan tac formalı, üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 12 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəstinin qiyməti 1980 manat, 1 ədəd əyarı 585, çəkisi 04 qram olan sadə formalı, üzərindəki üçbucağın içərisində isə 3 ədəd kiçik ölçülü brilliyant qaşlı sadə qızıl üzüyün qiyməti 520 manat, 1 ədəd əyarı 585, çəkisi 09 qram olan paxlava formalı, üzərində 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl üzüyün qiyməti 1140 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə daktiloskopik ekspertizanın xx.xx.2024-cü il tarixli 24/05R saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxs məxsus, Masallı rayonu, Yeyənkənd kəndində yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədaqr hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X8 rayonu, Göytəpə şəhəri Ə.Hüseynov küçəsi ev 06-da qeydiyyatdadır, atası X13, anası Qanuni nümayəndə1, bacısı X6 ibarət ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədli X3 rayonu, Göytəpə şəhəri C.Cabbarlı küçəsi ev 74-də yaşayır, atası X4, anası Qanuni nümayəndə2, bacıları X2 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru X5 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl aralıq və 1 ədəd qızıl qolbağı saz vəziyyətdə təhvil almışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1.-ci maddəsində göstərilir ki, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarından göründüyü ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsində isə yetkinlik yaşına çatmayan şəxslərə təyin edilə biləcək cəzaların növləri göstərilmiş və həmin maddənin 85.1.3-1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-cü maddəsində qeyd edilmişdir ki, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 02 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarından göründüyü ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsində isə yetkinlik yaşına çatmayan şəxslərə təyin edilə biləcək cəzaların növləri göstərilmiş və həmin maddənin 85.1.3-1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-cü maddəsində qeyd edilmişdir ki, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 02 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd əyarı 585,çəkisi 15 qram olan zəncir formalı qaşsız qızıl qolbaq, 1 ədəd əyarı 585, çəkisi 10 qram olan üzərində 1 ədəd çəhrayı rəngli zifir qaşı, 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl aralıq, 1 dəst əyarı 585, ümumi çəkisi 31 qram olan sadə formada, hər birinin üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 16 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd əyarı 585, çəkisi 04 qram olan sadə formalı, üzərindəki üçbucağın içərisində isə 3 ədəd kiçik ölçülü brilliyant qaşlı sadə qızıl üzük və 1 ədəd əyarı 585, çəkisi 09 qram olan paxlava formalı, üzərində 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl üzük Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə ediləcək əmlak, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) köçürülsün. Cinayət işi üzrə maddi sübut 1 ədəd əyarı 585, çəkisi 15 qram olan zəncir formalı qaşsız qızıl qolbağın, 1 ədəd əyarı 585, çəkisi 10 qram olan üzərində 1 ədəd çəhrayı rəngli zifir qaşı, 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl aralığın, 1dəst əyarı 585, ümumi çəkisi 31 qram olan sadə formada, hər birinin üzərində 1 ədəd çəhrayı rəngli zifir qaş, həmçinin 16 ədəd kiçik ölçülü brilliyant qaşlı sırğa-üzük dəstinin, 1 ədəd əyarı 585, çəkisi 04 qram olan sadə formalı, üzərindəki üçbucağın içərisində isə 3 ədəd kiçik ölçülü brilliyant qaşlı sadə qızıl üzüyün və 1 ədəd əyarı 585, çəkisi 09 qram olan paxlava formalı, üzərində 16 ədəd kiçik ölçülü brilliyant qaşlı qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar