Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-49/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Masallı rayon Ərkivan qəsəbəsindəki evinin həyətində Zərərçəkmiş şəxs əvvəllər onun arvadı Şahid2 barəsində xoşagəlməz sözlər danışması ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruqla vuraraq sonuncuya sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sol göz qapaqlarının hematoması, sol göz qapaqlarının hematoması, sol göz almasının ağlı qqişasına yayılmış qansızma, üzün sol yarısının və sağ əlin İV barmağının sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Ramil ilə əvvəllər aralarında mübahisələri və ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında işdən evə gəlmiş, həmin vaxt arvadı Natəvanın bikef olduğunu ağladığını görmüşdür. Bu zaman arvadı Natəvandan nə baş verdiyini soruşmuşdur. Natəvan isə cavabında həmin gün evə gəldiyi zaman yolda olarkən üzdən tanıdığı lakin adını xatırlamadığı bir nəfər şəxsin ona səslənərək “sən Natəvan deyilsən, nə gözəl olmusan, eşitdim evində basqası ilə görüşürsən, mobil telefon işlədirsənmi” deməsini, onun isə həmin şəxsə “ayıbdır mənim ailəm uşağım var, səni yoldaşım İlhama deyəcəyəm” deməsini, həmin şəxsində cavabında “necə istəyirən gəlsin deyərsən İlhama” deməsini demişdir. Oda arvadına növbəti gün işdən qayıdan zaman həmin şəxsin kim olduğunu öyrənməsini tapşırmışdır. xx.xx.2023-cü il tarixdə axşam işdən evə gəldiyi zaman arvadı Natəvan bir gün öncə ona nalayiq sözlər deyən şəxsin qonşuları Rafailin oğlu Ramilin olduğunu demişdir. O, Ramili tanıdığı üçün ilk öncə onun belə bir hərəkət edəcəyinə inanmamışdır. Daha sonra məsələni aydınlaşdırmaq üçün xx.xx.2023-cü il tarixdə axmaş saatlarında arvadı Natəvanla birlikdə qonşuluqda yaşayan Ramilin yaşadığı evinin həyətinə getmişlər. Həyətdə Ramili çağırmış, çağırışına sonuncu evdən həyətə çıxmış və yanlarına gəlmişdir. O, arvadı Natəvandan ona yolda nalayiq sözlər deyən şəxsin hazırda qarşılarında duran şəxsin olub-olmamasını soruşmuşdur. Natəvanda həmin şəxsin Ramil olduğunu təsdiqləmişdir. Bundan sonra Ramilə “sən nə üçün dünən arvadım Natəvanın qarşısını kəsərək ona nalayiq sözlər demisən” demişdir. Ramil isə ona həyətdən bayırda küçədə danışmağı təklif etmişdir. Arvadı isə Ramilə həyətlərində danışmasını və onun ailə üzvlərinində eşitməsini demişdir. Bundan sonra Ramillə mübahisələri yaranmış və bir-birilərinin yaxasından tutmuşlar. Mübahisə edə-edə həyət qapısına tərəf getmişlər. Həyət qapısının yanında Ramil onu vurmaq məqsədi ilə ona iki dəfə yumruq atmışdır. O, yumruqlardan yayınmaq məqsədi ilə kənara çəkilmək istədiyi zaman həyət qapısının yanında yerləşən dəmir tor çəpərin üzərinə aşmışdır və Ramildə onun üzərinə aşmışdır. Ramil bədəncə ondan böyükdür və çəkisidə ondan ağırdır. Onlar çəpərin üzərinə aşdıqdan sonra arvadı onun çətin vəziyyətdə olduğunu görüb Ramili onun üzərindən kənara itələmişdir. Bundan sonra Ramilin onu vurmaq istədiyini görüb özünü müdafiə etmək məqsədi ilə oda Ramilə bir yumruq vurmuşdur. Bundan sonra Ramilin atası gələrək ondan Ramili buraxmasını tələb etmişdir. Ramilin atası onları ayırmaq üçün onu tutmuşdur və bu zaman Ramil onu vurmuşdur. Bundan sonra ayrılmışlar və evlərinə getmişlər. Daha sonra o, Ramilin bir daha etdiyi hərəkətləri təkrarlamaması üçün DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. İlk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Şahid2 və Təqsirləndirilən şəxs tanıyır, onlarla əvvəllər aralarında mübahisələri və ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında məhəllələrində olduqları zaman Natəvanı görüb salam vermiş və Natəvana “siz Natəvansız, sizi tanımadım, dəyişmisiz, xanım barəsində xoşagəlməz sözlər eşitmişəm, yəni yaşadığın evdə başqa biri ilə görüşürsən, ayıbdı, belə hərəkətlər etmə, kənddi, biabırçılıqdı” demişdir. Bu sözləri o, Natəvana insanların gediş-gəlişinin olduğu yerdə demişdir və həmin sözlərdən artıq Natəvana heç bir söz deməmişdir, ələxsusda qeyri-etik heç bir söz deməmişdir. Həmçinin o, namaz qılan, dindar bir insandır, o, heç bir vaxt hansısa xanıma əxlaqsız heç bir təklif edə bilməz, ələxsusda insanların gur olduğu bir yerdə belə bir hərəkət edib özünü camaat içində biabır etməz. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olduğu zaman həyat yoldaşı ona kiminsə onu çağırdığını demişdir. Pəncərədən həyətə baxdığı zaman onu çağıranın İlham olduğunu və yanındada arvadı Natəvanın olduğunu görmüşdür. Bundan sonra o, evdən həyətə çıxmış, həmin vaxt həyətdə Natəvanla əri İlhamın dayındığlarını görüb yanlarına yaxınlaşmış və hər ikisi ilə salamlaşmışdır. Həmin vaxt İlhama çıxıb həyətdən bayırda danışmağı təklif etmişdir. Lakin onlar həyətdən çıxmayaraq səs-küy salmağa başlamışlar. Bundan sonra o, İlhamın yaxasından tutub həyətdən küçəyə çıxarmağa çalışmışdır. Həyət qapısının yanına çatdıqları zaman İlhamın arvadı onun qulağından tutmuşdur. Bu zaman o, Natəvana tərəf döndüyü zaman İlham yumruqla onun sifətindən vurmuşdur. Bundan sonra o, İlhamın üzərinə hücum çəkərək onu vurmağa başlamışdır. bu zaman İlhamın arvadı Natəvan onu ayaqlarından tutaraq İlhamın üzərindən çəkməyə çalışmışdır. Bundan sonra isə atası Rafail gələrək onları ayrımış və olara iradını bildirərək İlhamı və Natəvanı məscidə kimi qovub aparmışdır. Bundan sonra atası evə gələrək İlhamın DİN-nin 102 xidmətinə zəng etdiyini və evlərinə polis gələcəyini bildirmişdir. O, çox gözləsədə həmin gecə polis əməkdaşları gəlməmişdir. Növbəti gün isə o, özü polis şöbəsinə getmişdir. Polis şöbəsində barəsində şikayət olduğunu öyrənmişdir. Bundan sonra oda polis şöbəsində İlham tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra o, ekspert müayinəsindən keçmişdir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxslə barışmamışdır. Şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, 25.01,2023-cü il tarixdə Ərkivan qəsəbəsində yerləşən Şahin marketin yanında marşurutdan düşərək, piyada yaşadığı evə gedən zaman adını bilmədiyi lakin üzdən tanıdığı qəsəbə sakini yolda ona səslənərək “dayan, dayan, sən Natəvan deyilsən, nə gözəl olmusan, əvvəllər elə gözəl idin yoxsa işə gedəli belə gözəlləşmisən” demiş, oda Ramilə “sözlərinə fikir ver bu nə sözdü deyirsən” deyə ona iradını bildirmiş, Ramil isə əlavə olaraq sözünə davan edərək “biri var sənin haqqında deyirki onunla evində görüşürəm” demişdir, oda Ramilə əsəbləşmiş və həmin adamın adını deməsini bildirmişdir. Ramildə həmin vaxt bir şəxsin adını vermiş, daha sonra isə verdiyi adı inkar etmişdir. Lakin sonradan Ramilin dediyi həmin adamın adını unutmuşdur. Həmin vaxt yoldan kənd sakini keçmişdir. Bundan sonra o, Ramilə axşam əri İlham evə gəldikdən sonra onun ona dediklərini ərinə çatdıracağını və əri İlhamın gəlib onu tapacağını və ona dediyi sözləri İlhamada deməsini bildirmişdir. Ramildə həmin vaxt heç bir problem olmadığı, İlhamada ona dediyi bütün sözləri deyəcəyini, heç kimdən qorxmadığını demişdir. Bundan sonra o, evinə getmişdir. Axşamçağı əri İlham işdən evə gəldikdən sonra ondan niyə ağladığını, nəyə görə əsəbi olduğunu soruşmuş oda həmin gün işdən evə gəldiyi zaman yolda üzdən tanıdığı lakin adını bilmədiyi bir şəxsi ona nəlayiq sözlər deyiyini deyərək həmin vaxtı Ramilin ona dediyi sözləri İlhama demişdir. İlhamda ona səhər işdən gəldiyi zaman həmin adamın kim olması barədə kənddə maraqlanıb adını öyrənməsini və şəkilini çəkib ona təqdim etməsini demişdir. Həmçinin bildirmişdir ki, özüdə sabah işdən icazə alıb tez çixib gələcək və birlikdə həmin şəxsin yaşadığı ünvana gedəcəklər. Oda növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə işə getmiş, İlhamda həmin gün işə getmişdir. Günorta saatlarında evə gəldiyi zaman həmişə olduğu kimi Şahin marketin yanında deyildə bir qədər irəlidə Nemət adlı şəxsin dükanının yanında avtobusdan düşmüşdür. Çünki xatırladığı qədərində o, həmin şəxsi əvvəllər ət aldıqları dükanda görmüşdür. Nemətin mağazasının yanında onu görməmişdir. Daha sonra evə qayıtmışdır. Evə qayıtdığı zaman dükançı Ziba xalanın yanına getmiş və hadisəni ona danışmışdır. Həmin vaxt bir gün öncə Ramillə danışdıqları zaman yanlarından keçən kənd sakini olan müəllimi görmüş və ona yaxınlaşaraq dünən onunla qalan şəxsin kim olduğunu ondan soruşduğu zaman həmin müəllim ona həmin şəxsin Rafailin oğlu Ramilin olduğunu demişdir. Daha sonra o, evinə getmişdir. İlham axşam evə gəldiyi zaman o, İlhama bir gün öncə ona həmin sözləri deyən şəxsin kim olduğunu öyrənmişdir həmin şəxs Rafailin oğlu Ramildir. Bunu dediyi zaman İlham ilk öncə inanmamışdır. Daha sonra məsələni dəqiqləşdirmək məqsədi ilə birlikdə Ramilin yaşadığı ünvana getmişlər. Çatdıqları zaman Ramili səsləmişlər və Ramil evdən həyətə düşərək onlara yaxınlaşmışdır. Bu zaman İlham ondan həmin şəxsin Ramil olduğunu soruşmuş oda ona söz atan şəxsin Ramil olduğunu təsdiqləmişdir. Bundan sonra İlham Ramilə iradını bildirərək “nə üçün arvadıma sataşmısan, utanmırsan, arvadım Natəvana nə demisənsə hamısını mənədə de” demişdir. Bundan sonra Ramil İlhama gedib həyətdən çöldə küçədə danışmağı təklif etdi. Qorxduki arvadı, ailəsi, qonşular onun nə etdiyindən məlumatı olacaqdır. Əri İlham həyətdən çıxmadığına görə aralarında mübahisə düşmüş və mübahisə zaman Ramil İlhamın yaxasından tutaraq onu həyətdən çıxarmaq istəmişdir. Bu zaman İlhamda Ramilin yaxasından tutmuşdur. Həyət qapısının yanına gəldikləri zaman Ramil yumruqla İlhamı vurmaq istəmiş İlham isə zərbədən yayınmaq üçün İlham Ramili itələmək istədiyi zaman ayağı dəmir tor şəpərə ilişmiş və İlham həmin tor çəpərin üzərinə yıxılmışdır. Ramildən bundan istifadə edərək İlhamın boğazından tutmuşdur. Bundan sonra o, Ramili İlhamın üzərindən kənarlaşdırmaq üçün kənara itələmişdir. Bundan sonra İlham ayağa qalxmışdır. Artıq həmin vaxt İlham çəpərin digər tərəfində yolda olmuşdur və onu çağıraraq çıxıb getmələrini demişdir. Bu zaman Ramil qaçaraq İlhama yaxınlaşmış İlhamda özünü müdafiə üçün yumruqla Ramili bir dəfə vurmuşdur. Bundan sonra Ramilin atası Rafail ora gəlmişdir. İlhamın qoyundan tutaraq Ramili buraxmasını tələb etmişdir. Həmin vaxt Ramil yumruqla əri İlhamın başından vurmuşdur. Bundan sonra onlar ayrılmışlar və onlar yaşadıqları evə qyıtmışlar. Evdə İlham DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, 26.01,2023-cü il tarixdə axşam vaxtı evdə olduğu zaman gəlini otağa girərək oğlu Ramili vurduqlarını demişdir. Bundan sonra o, həyətə düşmüşdür. Həyətə düşdüyü zaman oğlu Ramillə qonşuları İlhamın savaşdıqlarını Ramilin gözünün göyərdiyini görmüşdür. Bundan sonra o, onları ayırmağa çalışmışdır. Lakin ayırmaq mümkün olmamışdır. İlham arvadı ilə birlikdə oğlunu vurmağa çalışırdılar. Sonda o, onları ayırmışdır və İlham arvadı ilə birlikdə çıxıb getmişdir. Dalaşmalarının səbəbi isə guya oğlu Ramilin İlhamın arvadına yolda hansısa sözləri deməsi olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 28 yanvar 2023-cü il tarixli, 83 saylı tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sol göz qapaqlarının hematoması, sol göz almasının ağlı qişasına yayılmış qansıma, üzün sol yarısının və sağ əlin İV barmağının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 26 yanvar 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamə, nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Abıyev X2 rayonu, Ərkivan qəsəbəsində arvadı Şahid2, xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən, qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməli və ya seçilməli (məhz hansı tədbirinin) olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-49/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-49/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver