Məhkəmə qərarları › İş №1(050)-49/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-49/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-49/2024 21.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi-Nümayəndə, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Şərəfə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə, saat 22 radələrində Masallı rayonu, Şərəfə kəndi ərazisində yerləşən “Vüsal” market ərzaq mağazasının qarşısında tanışı Zərərçəkmiş şəxs onun barəsində həqiqətə uyğun olmayan xoşagəlməz sözlər yaymasının səbəbini aydınlaşdırmaq istəyərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sağ əlinin V barmağını qəsdən buraraq, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sol əlin V barmağının orta falanqa sümüyünün yerinidəyişən sınığı ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır və onunla qohumluq münasibəti vardır. Tamerlanla əvvəllər aralarında hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22:30-da özünə siqaret almaq üçün evində usta işləyən Cəlilabad rayonu, Göytəpə şəhər sakini X12 ilə birlikdə idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Şərəfə kəndində yerləşən “Vüsal” market adlı ərzaq mağazasına getmiş və orada avtomobili saxlamışdır. Daha sonra idarə etdiyi avtomobildən yerə düşmüş və Tamerlanın idarə etdiyi özünə məxsus avtomobilin sərnişin oturacağında spirtli içkinin təsiri altında əyləşdiyini görmüşdür. Həmin vaxt Tamerlan onu nalayiq sözlərlə söyüb təhqir etməyə başlamışdır. Sonra ona “sən və anan işverənsiz” sözlərini dedikdə, o, Tamerlana danışdığı sözlərə diqqət yetirməsini və spirtli içkinin təsirindən olduğundan onunla sabah söhbət edəcəyini bildirmişdir. Həmin zaman Tamerlan yenə onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə davam etsə də, o Tamerlana əhəmiyyət verməyib geri qayıdarkən sonuncu avtomobilindən yerə düşüb ona yaxınlaşmış və yumruqla onun sol sifət nahiyəsinə bir dəfə qəsdən vurub onu təhqir etməyə davam etmişdir. Bu zaman o, Tamerlanı itələyib avtomobilinə əyləşdirmək istəmiş, lakin, sonuncu spirtli içkinin təsirində olduğundan yenə onun üzərinə getmiş, o da Tamerlanı təkrar itələyib mübahisənin davam etməməsi üçün avtomobili ilə yola salmağa çalışmışdır. Bundan sonra o, Tamerlandan kənarlaşıb avtomobilini hərəkətə gətirib evinə qayıtmaq üçün avtomobilinin ön sürücü oturacağına yaxınlaşmış və qapını açmışdır. Həmin vaxt avtomobilinin arxa sağ qapısının yanında olan Yusif qışqıraraq ona çəkilməyini demiş və o, baxdığı zaman Tamerlanın idarə etdiyi “Chevrolet” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb ön hissəsilə əvvəlcə onun avtomobilinin sağ arxa qanadına, sonra sağ arxa sərnişin qapısına və sonra sağ ön sərnişin qapısına vurmuşdur. O, həmin vaxt zərbənin təsirindən yıxılıb avtomobilin alt hissəsinə düşmüş və orada sol çiyin, sol aşağı çənə və sol diz nahiyələrindən bədən xəsarətləri almışdır. Sonra Tamerlan oradan uzaqlaşıb getmişdir. Həmin vaxt Yusif də sağ əlinin İ barmağından xəsarət almışdır. Daha sonra o, Yusifi də götürüb idarə etdiyi avtomobil ilə yaşadığı evə geri qayıtmışdır. Həmin gün gec olduğundan xəstəxanaya müraciət etməmiş, lakin səhəri gün Masallı RMX-ya yaxınlaşıb tibbi müayinə olunmuş və oradan da Masallı RPŞ-yə yaxınlaşıb ərizə yazmışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Tamerlan təkrar idarə etdiyi avtomobil ilə sərxoş vəziyyətdə yaşadığı evin qarşısına gəlib avtomobili saxlamış və yerdən daş parçası götürüb onun evinin həyətinə atmışdır. O, həmin vaxt həyətdən çıxmış və Tamerlan onu görüb idarə etdiyi avtomobil ilə oradan uzaqlaşıb getmişdir. O, Tamerlana heç bir xəsarət yetirməmiş, əksinə Tamerlana ona bədən xəsarətləri yetirmiş və onun avtomobilinə maddi ziyan vurmuşdur. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, uzun illərdir ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamasına baxmayaraq, mütəmadi olaraq Masallı rayonu, Şərəfə kəndində olan fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə gəlib-gedir. Təqsirləndirilən şəxs onun qohumu və həmkəndlisidir. Maliklə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. O, “Chevrolet Nexia” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Masallı sərnişin daşımaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında idarə etdiyi Chevrolet Nexia markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomaşınla Masallı şəhəri, Seybətin dairəsindən Masallı rayonu, Şərəfə kəndində olan evinə kənd yolu ilə hərəkətdə olarkən istifadəsində olan mobil telefonla anası X1 ilə danışan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-OT-*** dövlət nömrə nişanlı avtomobillə idarə etdiyi avtomobilinin önünə keçib onun hərəkətini dayandırmışdır. O, avtomobilini saxladıqdan sonra Malik avtomobilindən enib onun üzərinə getmiş, o isə sağ əlində olan telefonunu qulağına söykəyib anası ilə telefonla danışmaqda davam etmişdir. Malik yaxınlaşdıqdan sonra o, Malikin özündə olmamasını görmüşdür. Həmin vaxt Malik heç bir səbəb olmadan onunla sözlə mübahisə etməyə başlamış və onun sol əlinin V barmağını tutaraq qəsdən əli ilə burmuşdur. O, barmağında olan ağrıdan özünü itirib avtomaşından yerə enmiş və Malikdən nə üçün belə etdiyini soruşduqda, sonuncu onun haqqında kənddə həqiqətə uyğun olmayan sözlər danışıldığını və həmin söhbətləri onun camaat arasında yaydığını demişdir. O da Malikdən kənd camaatı yanında onun anasının ünvanına nalayiq ifadə işlətməsinin və təhqir etməsinin səbəbini soruşduqda, Malik həmin vaxt ona heç bir cavab verməmişdir. Sonra Malik təkidlə öz barəsində nə danışdığını soruşduqda, o da Malikə kənd camaatının olan sözləri danışdığını demişdir. Həmin vaxt Malik onun şərəf və ləyaqətini alçaldaraq anasının və bacısının ünvanına nalayiq söyüşlər söyüb idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Həmin hadisədən təxminən 2-3 gün sonra Masallı rayonu, Şərəfə kəndində Malikin evinin yanında hərəkətdə olarkən digər tanışı X3 Malikin evinin həyət qapısını bağlamasını görmüşdür. Həmin vaxt qəfildən avtomobilinin üzərinə 4-5 dəfə daş atılmış və avtomaşını əzilmişdir. O, həmin daşların Malik tərəfindən atıldığını zənn etdiyi üçün mübahisə olmasın deyə hərəkətini dayandırmadan oradan çıxıb getmişdir. Lakin, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə vurub zədə yetirməmiş, Maliki nalayiq ifadələrlə təhqir etməmiş və ona heç bir bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün onun barəsində həqiqətə uyğun olmayan müraciət etmişdir. Bundan başqa X8 ümumiyyətlə tanımır və həmin şəxsə də heç bir bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs və Yusif Əliyev ona şər ataraq barəsində əsassız şikayətlər etmişlər. Təqsirləndirilən şəxsla barışmadığından məhkəmədən ona qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə hal-hazıradək barışmadığını bildirərək, məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə bir ilə yaxındır tanıyır. O, fərdi yaşayış evlərinin təmiri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə o, Malikə məxsus evi təmir etmiş və axşam saat 22 radələrində Maliklə birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı 10-0T-412 dövlət qeydiyyat nişanlı avtomobili ilə kənd ərazisində olan marketə siqaret almaq məqsədi ilə getmişdir. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxsin tanımadığı bir nəfər şəxslə öz avtomobilində əyləşdiyini görmüşdür. Malik avtomobili saxlayaraq marketə getmək istədikdə, Tamerlan heç bir səbəb olmadan Malikin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Tamerlan ilə Malik arasında sözlə mübahisə yaranmışdır. Sonra Tamerlan avtomobilindən düşərək Malikin üzərinə getmiş və Malikin yaxasından tutaraq yumruqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. Daha sonra o, Maliklə Tamerlanın arasına girərək, Maliki idarə etdiyi avtomobilə tərəf aparmış və Maliki avtomobilə əyləşdirmək istəmişdir. Həmin vaxt Tamerlanın idarə etdiyi “Chevrolet Nexia” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Malikin avtomobilinə tərəf sürdüyünü gördükdə, o, qışqıraraq Malikə çəkilməsini demişdir. Tamerlan idarə etdiyi “Chevrolet” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb ön hissəsi ilə əvvəlcə Malikin avtomobilinin sağ arxa qanadına, sonra sağ arxa sərnişin qapısına və sağ ön sərnişin qapısına vurmuşdur. Malik həmin vaxt zərbənin təsirindən yıxılıb maşının alt hissəsinə düşmüş, o da sağ əlinin İ barmağından xəsarət almışdır. Sonra Tamerlan oradan uzaqlaşıb getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 80 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və X2 adlı uşaqları vardır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 26 may 2023-cü il tarixli 463 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin V barmağının orta falanqa sümüyünün yerinidəyişən sınığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İlkin tibbi sənəd olmadığından aşkar olunan xəsarətin törənmə müddətini dəqiq müəyyən etmək mümkün deyildir, 01 may 2023-cü il tarixdə əmələ gələ bilməsi də inkar olunmur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar