Məhkəmə qərarları › İş №1(050)-49/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-49/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-49/2025 27.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1970-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu, Alışanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanışı Zərərçəkmiş şəxs1 qardaşı oğlu Şahid3 dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra yaşadığı Masallı rayonu, Alışanlı kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə isə 1500 manat olmaqla, ümumilikdə 3000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2023-ci ilin oktyabr ayının əvvələrində Masallı şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə 1000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2023-ci ilin dekabr ayının axırlarında Masallı şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə 3000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 övladı Ramal Əhədovun dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında 580 manatı, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən çay evində verdiyi 900 manatı, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xıl kəndində yerləşən “Zəfər” marketdə qurtaşdılımış ternminaldan ona məxsus bank kart hesabına göndərilən 280 manatı, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinə quraşdırılmış terminaldan bank kart hesabına göndərilən 1233 manatı, ümumilikdə 2993 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 xx.xx.2024cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndi ərazisində yerləşən “Sənan” marketə quraşdırılmış terminaldan ona məxsus bank kart hesabına göndərilən 1236 manatı, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndi ərazisində yerləşən “Sənan” marketə quraşdırılmış terminaldan ona məxsus bank kart hesabına göndərilən 450 manatı, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndi ərazisində yerləşən “Sənan” marketə quraşdırılmış terminaldan ona məxsus bank kart hesabına göndərilən 1315 manatı, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Spar” marketə quraşdırlımış terminaldan ona məxsus bank kart hesabına göndərilən 450 manatı, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndi ərazisində yerləşən “Sənan” marketə quraşdırlımış terminaldan ona məxsus bank kart hesabına göndərilən 550 manatı və xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndi ərazisində yerləşən “Sənan” marketə quraşdırılmış terminaldan ona məxsus bank kart hesabına göndərilən 2000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 6001 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 oğlu X4 dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2024-cü ilin iyun ayının əvvələrində Masallı şəhəri, ərazisində yerləşən “Ağa” marketə quraşdırılmış terminaldan ona məxsus bank kart hesabına göndərilən 4000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 dayandırılmış təqaüdünün bərpa ediləcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs7 xx.xx.2024cü il tarixdə Masallı şəhəri “Köhnə bazar” ərazisində ona verdiyi 1500 manat pulu, xx.xx.2024-cü il tarixdə ona məxsus bank hesab kartına “Leo bank” mobil tətbiqi vasitəsi ilə göndərilən 315 manat pulu və xx.xx.2024-cü il tarixdə ona məxsus bank hesab kartına “Birbank” mobil tətbiqi vasitəsi ilə göndərilən 1500 manat pulu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 3315 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, o, Masallı rayon sakinləri Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 dayandırılmış təqaüdlərinin bərpası ilə əlaqədar müxtəlif vaxtlarda və məbləğlərdə pullar almışdır. Belə ki, 2023-cü ilin sentyabr ayında yaşadığı Alişanlı kənd ərazisində təşkil edilmiş ad günü zamanı onun qohumu, Xallıcallı kənd sakini Zərərçəkmiş şəxs1 də orada olmuşdur. Onlar digər şəxslərlə təqaüd düzəldilməsi ilə bağlı söhbət edərkən Nahid də onlara qoşulmuş və ona demişdir ki, Sənan adlı qardaşı oğlu vardır və həmin şəxsin təqaüdü dayandırılmışdır. Ondan köməklik edib-etməyəcəni soruşduqda o, Nahidə demişdir ki, qardaşı oğlu Sənanın dayandırılmış təqaüdünü bərpa etdirə bilər və bunun üçün təxminən 3000 manat pul lazım olacaq. Zərərçəkmiş şəxs1 də ona həmin pulu ona verməyə hazır olduğunu demişdir. O, Nahidə təxminən 3 gün sonra uşağın sənədlərini də götürüb onun yaşadığı evə gəlməsini və sənədlərə baxıb dəqiq bir söz deyə biləcəyini demişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Nahid 2 dəfə ayrı-ayrı vaxtlarda onların evinə gəlmiş və hər dəfə gələndə 1500 olmaqla, ümumilikdə 3000 manat pulu ona vermişdir. O, Nahidi inandırmaq üçün demişdir ki, onun bu sahədə tanışları var, həmin tanışlarının vasitəsilə bu işi həll edəcək və iş hazır olan kimi özü ona məlumat verəcəkdir. Bundan əlavə, 2023-cü ilin oktyabr ayının əvvəllərində ona Masallı rayon sakini Orucağa adlı şəxs zəng edərək, tanışı Qorxmazdan onun nömrəsini almasını, dayandırılmış pensiyasını bərpa etmək üçün ona köməklik etməsini xahiş etmişdir. O, Orucağa ilə Masallı rayon ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə görüşmüş, Orucağanın sənədlərinə baxdıqdan sonra işinin həlli üçün 2500 manat pul lazım olacağını bildirmişdir. Orucağa isə ona demişdir ki, hazırda 1000 manat pul verə bilər, qalan 1500 manat pulu isə işi düzəldikdən sonra verəcək. O, Orucağa ilə razılaşıb 1000 manat pulu alıb getmişdir. Orucağanın işinin həlli üçün nə qədər çalışsa da, düzəldə bilməmişdir. Bundan əlavə, 2023-cü ilin dekabr ayında, dəqiq tarixi xatırlamadığı vaxtda Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 onun mobil telefonuna zəng edərək əvvəllər təqaüd aldığını, lakin pandemiya dövründə yenidən komissiyadan keçə bilmədiyi üçün təqaüdünün dayandırıldığını deyərək bu işdə ona köməklik etməsini xahiş etmişdir. Bu səbəbdən də 2023-cü ilin dekabr ayının ortalarında Mirvalehlə Masallı şəhər ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə görüşmüş, həmin vaxt Mirvalehə onun təqaüdünü bərpa edə biləcəyini və bunun üçün 3000 manat pul lazım olacağını demişdir. Mirvaleh onunla razılaşmış və təxminən 1 həftə sonra yenidən “Köhnə bazar” adlanan yerdə görüşmüş və Mirvaleh ona 3000 manat pulu vermişdir. O, Mirvalehə vəd vermişdir ki, 6 ay müddətində onun təqaüdünü düzəldəcək. Mirvalehdən aldığı 3000 manat pulu digər şəxslərdən aldığı borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, 2024-cü ilin fevral ayının əvvəllərində Masallı şəhər ərazisində yerləşən çay evində Xıl kənd sakini Əlizadə adlı şəxslə tanış olmuş və söhbət əsnasında Əlizadə ona Ramal adlı əlil oğlunun olmasını, Ramalın təqaüdünün dayandırıldığını, həmin təqaüdü bərpa etdirmək istədiyini bildirmişdir. O, Əlizadəyə də digərləri kimi eyni qayda ilə vədlər verərək təqaüdü düzəldə biləcəyini və bunun üçün təxminən 3000 manat pul lazım olacağını demişdir. Əlizadə ilə razılaşdıqdan sonra ondan 2024-cü ilin fevral-aprel aylarında ayrı-ayrı vaxtlarda ümumilikdə 2993 manat pul almışdır. Əlizadəyə də tezliklə işinin həll ediləcəyi barədə vədlər vermiş, lakin düzəldə bilməmişdir. Bundan əlavə, 2024-cü ilin mart ayının axırları, aprel ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı vaxtda əvvəldən tanıdığı Masallı rayonu, Binə Xocavar kənd sakini Zərərçəkmiş şəxs3 ona təyin edilmiş təqaüdünün dayandırıldığını deyərək, təqaüdün bərpası üçün köməklik etməsini xahiş etmişdir. O da Rabilə köməklik edəcəyini, lakin bunun üçün pul lazım olacağını bildirmişdir. Rabil ondan nə qədər pul lazım olduğunu soruşduqda o, Rabilə təxminən 6500 manat pul lazım olacağını demişdir. 2024-cü ilin aprel ayı ərzində ayrı-ayrı vaxtlarda o, ümumilikdə Zərərçəkmiş şəxs3 6001 manat pul almışdır. Rabilə də digərləri kimi söz vermişdir ki, təqaüd işini həll edəcək və həll etdikdən sonra əlaqə saxlayacaqdır. Bundan əlavə, 2024cü ilin iyun ayının əvvəllərində Masallı rayon sakini Tənzilə adlı xanım onun mobil telefonuna zəng edərək, oğlu Elsevərin təqaüdünün dayandırıldığını bildirmiş və ondan təqaüdün bərpası üçün köməklik istəmişdir. O, həmin gün Tənzilə ilə Masallı rayon ərazisində görüşmüş və Tənzilənin oğlu Elsevərin tibbi sənədlərinə baxıb işini həll edə biləcəyini, bunun üçün təxminən 4000 manat pul lazım olacağını demişdir. Səhəri gün Tənzilə onun verdiyi hesab kartına 4000 manat pulu göndərmiş və o, eyni qayda ilə Tənziləyə də vəd vermişdir ki, tezliklə oğlunun işi həll olacaqdır. Lakin, Tənzilənin işini həll edə bilməmişdir. Bundan əlavə, Masallı rayon sakini Zərərçəkmiş şəxs7la 2024-cü ilin mart ayında Bakı şəhərindən gələrkən tanış olmuş və həmin vaxt aralarında olan söhbət əsnasında İnqilab demişdir ki, əvvəllər pensiya almış, lakin sonradan onun pensiyası dayandırılmışdır. O, İnqilaba köməklik edə biləcəyini bildirmiş, İnqilab ondan telefon nömrəsini götürmüş və zəng edəcəyini demişdir. 2024-cü ilin avqust ayında Masallı şəhər ərazisində İnqilabla rastlaşmış və İnqilab ondan köməklik istəmişdir. O, İnqilaba pensiyanın bərpası üçün Bakı şəhərində yerləşən X6 müraciət etməli olduğunu və bunun üçün təxminən 3500 manat pul lazım olduğunu demişdir. İnqilab onunla razılaşdıqdan sonra ondan zəruri sənədləri alıb baxmış və sonradan İnqilaba zəng edib demişdir ki, Bakı şəhərində yerləşən X10 gedib oradan qeydiyyatda keçsin. İnqilab getdikdən sonra ona zəng edib qeydiyyatdan keçməsi barədə məlumat vermişdir. O, İnqilabdan 2024-cü ilin avqust ayının ortalarında ayrı-ayrı vaxtlarda ümumilikdə 3315 manat pul almışdır. Lakin Zərərçəkmiş şəxs7 da təqaüd işini həll edə bilməmişdir. O, qeyd edilən şəxslərdən müxtəlif məbləğdə pulları təqaüd düzəldəcəyi adı ilə almış, məqsədi isə əvvəlki borclarını bağlamaq və şəxsi ehtiyacları üçün xərcləmək olmuşdur. Hazırda əməlindən peşmandır. İş üzrə verilmiş mülki iddiaların təmin edilməsinə etiraz etmir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qohumu olduğu üçün əvvəllər tanımışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində o, Masallı rayonu, Alişanlı kəndində keçirilən qohumunun ad günü mərasiminə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da həmin məclisdə olmuş və İsa orada əyləşmiş tanımadığı şəxslərlə pensiyanın bərpası ilə bağlı söhbət etmişdir. O, İsanın həmin şəxslərlə etdiyi söhbətə qulaq asarkən İsanın Bakı şəhərində yerləşən X8 tanışının olması və həmin tanışının vasitəsilə dayandırılmış pensiyanı bərpa edə bilməsi barədə dediklərini eşitmişdir. Onun qardaşı oğlu Şahid3 əvvəllər əlilliyə ilə bağlı təqaüd almışdır. Lakin, qardaşı oğlu Sənanın 18 yaşı tamam olan kimi təqaüdü dayandırılmışdır. Bu söhbətdən sonra o, Sənanın təqaüdünü bərpa etmək üçün Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu da ona bu işin düzəlməsi üçün ümumilikdə 3000 manat pul lazım olacağını bildirmişdir. İsa ilə razılaşdıqdan sonra həmin pulu verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə o, İsaya zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu evinə dəvət etmişdir. O, Masallı rayonu, Alişanlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş, İsa ilə görüşüb əvvəlcə 1500 manat pulu və Sənanın sənədlərini İsaya vermişdir. Qalan 1500 manat pulu isə 2-3 gün ərzində verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə isə qalan 1500 manat pulu düzəltmiş və yenidən Təqsirləndirilən şəxs evinə gedib qalan 1500 manat pulu da vermişdir. Ümumilikdə 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. İsa isə təxminən 3 ay müddətində qardaşı oğlu Sənanın təqaüdünün bərpa olunacağını bildirmişdir. Lakin, artıq 1 ildən çox vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, telefonlarına cavab verməmiş və evinə dəfələrlə getsə də, İsanı tapa bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanınamış və həmin şəxslə heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs o, 1 il bundan əvvəl həmkəndlisi Qorxmazın vasitəsilə tanımışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxsla Masallı şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə görüşmüş və ona əvvəllər əlilliyi iə bağlı təqaüd aldığını, lakin sonradan dayandırılmasını, hazırda isə təqaüdünün bərpa edilməsini istədiyini demişdir. İsa isə ona bunun üçün ümumilikdə 2500 manat pul lazım olacağını demişdir. İsaya hazırda o qədər pulunun olmdığını demiş və 1000 manat verə biləcəyini, verdiyi vədinə əməl etdikdən sonra isə qalan 1500 manat pulu da verəcəyini bildirmişdir. İsa ondan əlilliyi barəsində tibbi sənədləri istəmişdir. O da İsaya tibbi sənədləri və 1000 manat pulu vermişdir. İsa demişdir ki, 2024-cü ilin aprel ayında təqaüd kartı ondan olacaqdır. O, gündən sonra İsa hər dəfə ona müxtəlif bəhanələr gətirərək demişdir ki, işi ilə bağlı bəzi prosedurlar həyata keçirilir və biraz səbrli olsa işi düzələcəkdir. O, İsanın bəhanələrində bezdiyi üçün ondan pulunu geri istəmişdir. xx.xx.2024-cü il tarixdən etibarən İsa telefonunu söndürmüş və onun zənglərinə cavab verməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək onu aldatmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Lakin, buna baxmayaraq onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun uzaq qohumu sayılır. Oğlu Şahid1 anadangəlmə fiziki qüsurludur və buna görə də 2005-ci ildən 2019-cu ilə qədər xəstəliyi ilə bağlı sosial müavinət almışdır. 2019-cu ilin may ayında isə oğlu Ramala ayrılmış sosial müavinət dayandırılmış və o, sonra dayandırılmış təqaüdün bərpa edilməsi üçün müraciət etməmişdir. 2024-cü ilin əvvəllərində o, Masallı şəhər ərazisində yerləşən çay evində İsa ilə qarşılaşmış və aralarında olan söhbət zamanı İsa demişdir ki, Bakı şəhərində yerləşən X8 tanışı var və həmin tanışının vasitəsilə dayandırılmış pensiyanı bərpa edir. O, İsadan xahiş etmişdir ki, oğlu Ramalın dayandırılmış təqaüdünü bərpa etməyə köməklik etsin. Təqsirləndirilən şəxs baxıb qərar verməsi üçün əvvəlcə oğlu Ramalın xəstəliyi ilə bağlı sənədlərini təqdim etməsini demişdir. 2024-cü ilin fevral ayının əvvəllərində o, Masallı şəhər ərazisində Təqsirləndirilən şəxs ilə görüşüb sənədləri İsaya vermişdir. İsa sənədlərə baxdıqdan sonra demişdir ki, gərək özü həmin mərkəzə gedib sənədləri göstərsin və sonra onunla əlaqə saxlayıb bir söz deyəcəkdir. Bir neçə gün sonra o, oğlu Ramalla birlikdə Bakı şəhərinə getmiş və onlar orada İsa ilə görüşmüş, həmin vaxt İsa sənədləri onlara qaytarıb demişdir ki, Ramalın dayandırılmış təqaüdünün düzəlməsi üçün ümumilikdə 3000 manat pul lazım olacaqdır. İsa ilə razılaşdıqdan sonra sonuncu oğlu Ramala həmin sənədləri götürüb X9 getməsini və orada müayinədən keçməsini demişdir. Ramal da sənədləri götürüb mərkəzə getmiş və təxminən 2-3 saat sonra geri gələrək müayinədən keçdiyini bildirmişdir. İsa həmin vaxt ondan 580 manat pul istəmiş və o da xx.xx.2024-cü il tarixdə 580 manat pulu Bakı şəhəri, 20 Yanvar ərazisində İsaya vermişdir. İsa demişdir ki, oğlu Ramal qeydiyyatdan keçdikdən sonra 900 manat da verməlidir. O, İsa ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə Masallı şəhər ərazisində yerləşən çay evində İsa ilə görüşüb ona 900 manat pulu vermişdir. İsa demişdir ki, aralarında 1500 manat pul qalmış və həmin pulu təqaüd kartı gələndən sonra verməlidir. 2024-cü ilin aprel ayında İsa ona zəng edib təcili olaraq X9 280 manat pul köçürmək lazım olduğunu deyərək ona xatırlamadığı hesab nömrəsini vermişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Xıl kəndində yerləşən marketdən İsanın ona verdiyi hesab kartına 280 manat pul göndərmişdir. Təxminən 1 ay sonra İsa ona yenidən zəng edərək oğlu Ramalın işinin artıq yekunlaşmaq üzrə olduğunu, qalan pulu da göndərməsini demişdir. O da xx.xx.2024-cü il tarixdə 20 manat və 1213 manat pulu Masallı şəhər ərazisindən “Milliön” ödəmə sistemi ilə İsanın hesab nömrəsinə göndərmişdir. O, İsaya ümumilikdə 2993 manat pul vermişdir. Bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, telefonlarına cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs bağışlamır. Məhkəmədən vermiş olduğu mülki idiasının tam təmin edilməsini və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, İsanın övladlarının kiçik toylarında aşpaz olaraq iştirak etmişdir. 2024-cü ilin mart ayının sonlarında o, İsanın evinə heyvan almaq üçün getmişdir. Həmin vaxt aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs ona demişdir ki, Bakı şəhərində yerləşən X8 tanışı vardır və həmin tanışının vasitəsilə dayandırılmış pensiyanı bərpa edir. O, əvvəllər əlilliyi ilə bağlı təqaüd almış, lakin 2023-cü ilin ortalarında onun təqaüdünü dayandırmışlar. Bu səbəbdən də İsaya dayandırılmış təqaüdünü bərpa etməyə köməklik etməsini xahiş etmiş, İsa da işin düzəlməsi üçün ümumilikdə 6000-6500 manat pul lazım olacağını demişdir. İsa ilə razılaşdıqdan sonra sonuncunun verdiyi bank hesabına yaşadığı Binə Xocavar kənd ərazisində yerləşən mağazada quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsilə xx.xx.2024cü il tarixdə 1236 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 1315 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən mağazada quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsilə 450 manat, xx.xx.2024-cü il tarixdə Binə Xocavar kənd ərazisində yerləşən mağazada quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsilə 550 manat və xx.xx.2024-cü il tarixdə 2000 manat göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 6001 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə təxminən 3 ay müddətində təqaüdünün bərpa olunacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs inanmışdır. Lakin, Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, telefonlarına cavab verməmiş və evinə dəfələrlə getsə də, Təqsirləndirilən şəxs tapa bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun oğlu Elsevərin uşaqlıq vaxtlarında ayağı sınmış və səhhətində ciddi problemlər yarandığından dövlət tərəfindən Elsevərə təqaüd ayrılmışdır. 2023-cü ilin iyuniyul aylarına qədər oğlu Elsevər təqaüd almışdır. 1 ildən çoxdur ki, oğlunun təqaüdü dayandırılmışdır. 2024-cü ilin iyun ayının əvvələrində adını xatırlamadığı şəxsdən eşitmişdir ki, İsa adlı şəxs təqaüdlərin bərpa olunmasında köməklik göstərir. O da axtarıb İsanın mobil nömrəsini tapmış və zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin gün Masallı şəhər ərazisində İsa ilə görüşmüş və oğlu Elsevərin təqaüdünün bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona oğlu Elsevərin dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik edəcəyini, bunun üçün ümumilikdə 4000 manat pul lazım olduğunu demişdir. İsa ilə razılaşdıqdan sonra oğlu Elsevərin xəstəliyi ilə bağlı olan zəruri sənədləri ona vermişdir. Sonra isə bir neçə tanışlarından borc alıb 4000 manatı toplamış və Təqsirləndirilən şəxs ona verdiyi, hazırda xatırlamadığı hesab nömrəsinə Masallı şəhər ərazisində yerləşən “Ağa” marketdə quraşdırılmış “Milliön” ödəmə sistemi vasitəsilə göndərmişdir. Göndərdikdən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, tezliklə onun məsələsini həll edəcək. Lakin, pulu göndərdiyi gündən sonra İsa onun telefonlarına cavab verməmişdir. O, dəfələrlə İsanın yaşadığı evinə getmiş, lakin onu tapa bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan əvvəl də bir neçə şəxsin etibarından sui-istifadə edərək aldatmışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs bağışlamır. Məhkəmədən vermiş olduğu mülki idiasının tam təmin edilməsini və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, Bakı şəhərində yaşayır və arabir Masallı rayonuna gəlib-gedir. 19 mart 2024-cü il tarixdə günorta saatlarında idarə etdiyi avtomobili ilə Bakı şəhərindən çıxıb Masallı rayonuna gəlmişdir. 20 Yanvar ərazisindən keçərkən sərnişin də götürmək istəmişdir ki, yol pulunu çıxarsın. O, yolun kənarında saxlayıb Masallı rayonuna gedən sərnişinlərə səslənmişdir. 3 nəfər tanımadığı şəxs maşına əyləşmişdir. Adını sonradan bildiyi İsa adlı şəxs qabağda, digər 2 nəfər isə arxada oturmuşdur. İsa ilə aralarında olan söhbət zamanı o, İsadan nə işlə məşğul olması barədə soruşmuşdur. Bu zaman İsa demişdir ki, dayandırılmış pensiyaların bərpası ilə məşğuldur. O da əvvəllər pensiya almış və 3 ilə yaxındır ki, pensiyası dayandırılmışdır. Buna görə də İsadan xahiş etmişdir ki, ona köməklik etsin. İsa telefon nömrəsini ona verərək köməklik edəcəyini bildirmişdir. Lakin o, İsanın telefon nömrəsini telefona qeyd etmədiyindən sonradan tapa bilməmişdir. 2024-cü ilin avqust ayında o, Masallı şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə Təqsirləndirilən şəxsla rastlaşmış və bir qədər söhbət etmişdir. İsa ona pensiyasının bərpası ilə bağlı köməklik edəcəyini bildirərək ondan əlilliyi barəsində tibbi sənədləri istəmişdir. O, xx.xx.2024-cü il tarixdə İsaya həmin sənədləri vermiş və İsa ona demişdir ki, bu iş üçün təxminən 3000-3500 manat pul lazımdır. O da İsaya həmin pulu verəcəyini bildirmişdir. İsa ondan sənədləri aldıqdan sonra getmiş və xx.xx.2024-cü il tarixdə onun mobil telefonuna xx.xx.2024-cü il tarixdə Bakı şəhərində X3ması barədə mesaj gəlmişdir. O, həmin gün X6 getmiş və orada qeydiyyatdan keçmiş, onun fotoşəkilini çəkdikdən sonra evinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib demişdir ki, 1500 manat pul versin ki, o da həmin pulu lazımi adamlara versin. O, xx.xx.2024-cü il tarixdə “Köhnə bazar” ərazisində İsa ilə görüşüb 1500 manat pulu vermişdir. Qalan 1500 manat pulu isə düzəldib yaxınlarda verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, yenidən İsa ilə görüşmüş və İsadan işinin nə yerdə olmasını soruşmuşdur. İsa ona demişdir ki, onun işi tezliklə həll olacaq və qalan 2000 manat pulu da istəmişdir. O da xx.xx.2024-cü il tarixdə İsanın hesabına 315 manat pulu kart vasitəsilə göndərmişdir. 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən zəng edib təcili olaraq qalan pulu da istəmişdir. O da 1500 manat pul düzəldib İsanın verdiyi kartına “Birbank” vasitəsilə göndərmişdir. İsa ona demişdir ki, tez bir zamanda pul kartını əldə edəcək. xx.xx.2024-cü il tarixdən etibarən isə İsaya nə qədər zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatmışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 3315 manat pul vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs bağışlamır. Məhkəmədən vermiş olduğu mülki idiasının tam təmin edilməsini və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun ürək-damar sistemində problemləri olmuş və bununla bağlı dövlətdən 2012-ci il tarixdən etibarən təqaüd almışdır. 2020-ci il tarixdə pandemiya ilə əlaqədar komissiyadan keçə bilməmiş və onun təqaüdünü dayandırmışlar. 2023-cü ilin dekabr ayında hazırda xatırlamadığı şəxsdən Təqsirləndirilən şəxs telefon nömrəsini almış və İsaya zəng edərək görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir ədavəti olmamışdır. İsa haqqında ona həmin nömrəsini aldığı xatırlamadığı şəxs danışaraq təqaüd düzəltdiyini bildirmişdir. 2023cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxsla Masallı şəhər ərazisində görüşmüş və İsa ondan xəstəliyi ilə bağlı sənədləri alaraq ona sonra məlumat verəcəyini bildirmişdir. Sonra ona demişdir ki, onun təqaüdünün düzəlməsi üçün 3000 manat pul lazım olacaq. O da 1 həftə vaxt verməsini istəmişdir ki, pulu düzəldib versin. 2023-cü ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxsla Masallı rayonu ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə görüşmüş və 3000 manat pulu İsaya vermişdir. Təqsirləndirilən şəxs ona vəd vermişdir ki, 6 ay müddətində onun təqaüdü düzələcək. O, bir neçə ay İsaya zəng etməmiş, ona dediyi müddəti gözləmişdir. Təxminən 5-6 ay sonra Təqsirləndirilən şəxs zəng etmiş və işinin nə yerdə olduğunu soruşmuşdur. Bu zaman İsa ona demişdir ki, 2-3 ay da səbr etsin, demək olar ki, işi düzəlmək üzrədir. O, 2-3 ay da İsanı gözləmiş, lakin İsa yenə də verdiyi vədinə əməl etməmişdir. 2024-cü ilin oktyabr ayından etibarən isə Təqsirləndirilən şəxs telefonuna zəng çatmamış və o, İsa ilə əlaqə yarada bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan əvvəl və sonra bir neçə nəfəri aldadaraq pulunu almışdır. Bu zaman anlamışdır ki, İsa onun etibarından sui-istifadə edərək aldatmışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs bağışlamır. Məhkəmədən vermiş olduğu mülki idiasının tam təmin edilməsini və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Masallı rayonu, Alişanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və Təqsirləndirilən şəxsla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. Bir neçə il bundan əvvəl o, Bakı şəhərinə taksi ilə gedərkən həmin vaxt Təqsirləndirilən şəxs da taksidə olmuş və o, Təqsirləndirilən şəxs oradan tanımışdır. Söhbət zamanı İsa bildirirmiş ki, təqaüd düzəltməklə məşğuldur. O, gündən sonra Təqsirləndirilən şəxs bir daha görməmişdir. 2023-cü ilin oktyabr ayında dəqiq tarixi xatırlamadığı vaxtlarda Masallı rayonu ərazisində yerləşən “Köhnə bazar” adlanan yerdə Zərərçəkmiş şəxs2la birlikdə olarkən Orucağa əvvəllər təqaüd aldığını, lakin sonradan aldığı təqaüdünün dayandırıldığını bildirmiş və həmin təqaüdü bərpa etdirmək üçün adam axtarmasını demişdir. Həmin vaxt Masallı rayonu, Alişanlı kənd sakini Təqsirləndirilən şəxs onun yadına düşmüş və o, Orucağaya İsa haqqında danışmışdır. Orucağa ondan İsanın telefon nömrəsini istəmişdir. O da İsanın mobil nömrəsini hazırda xatırlamadığı şəxsdən tapıb Orucağaya vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 4(050)-106/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməyərək, barəsində ev dustağlığı qətimkan tədbiri seçilmiş, ev dustağlığında saxlama müddəti 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 1(050)-49/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində seçilmiş ev dustağlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 12 aprel 2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Masallı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət nəticəsində vurduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətçi olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinəyət əməli nəticəsində vurulmuş maddi ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 (dörd min altmış) manat məbləğində pulun Zərərçəkmiş şəxs6 xeyrinə, 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pulun Zərərçəkmiş şəxs4 xeyrinə, 3315 manat və ödənilmiş dövlət rüsumuna görə 54 manat, cəmi 3369 (üç min üç yüz altmış doqquz) manat məbləğində pulun Zərərçəkmiş şəxs7 xeyrinə, 2993 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3043 (üç min qırx üç) manat məbləğində pulun Zərərçəkmiş şəxs5 xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs mülki iddiaları tam qəbul edərək təmin olunması barədə qərar qəbul edilməsinə etirazı olmamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxslərə maddi ziyan vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddialar tam təmin edilməklə Təqsirləndirilən şəxs 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs6, 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs4, 3315 manat və ödənilmiş dövlət rüsumuna görə 54 manat, cəmi 3369 (üç min üç yüz altmış doqquz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs7, 2993 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3043 (üç min qırx üç) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs5 ödənilməlidir. İş üzrə məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdən 12 aprel 2025-ci il tarixədək həbsdə və ev dustağlığında saxlandığı 3 (üç) ay 18 (on səkkiz) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddialar tam təmin edilsin. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyanlara görə Təqsirləndirilən şəxs 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs6, 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs4, 3315 manat və ödənilmiş dövlət rüsumuna görə 54 manat, cəmi 3369 (üç min üç yüz altmış doqquz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs7, 2993 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3043 (üç min qırx üç) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs5 ödənilsin. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar