Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-5/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Masallı şəhəri, Natəvan küçəsi ev 34-də yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 02 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinə giriş qapısı olmayan yerdən qanunsuz olaraq daxil olub həmin evin yataq otağındakı divarın rəfində olan 12 ədəd, hər biri 15 manat qiymətində olmaqla ümumi dəyəri 180 manat olan boşqabı, 07 ədəd, hər biri 10 manat qiymətində olmaqla ümumi dəyəri 70 manat olan kasanı, 06 ədəd, hər biri 50 manat qiymətində olmaqla ümumi dəyəri 300 manat olan çaydanı, 06 ədəd, hər biri 8 manat qiymətində olmaqla ümumi dəyəri 48 manat olan fincanı, 03 ədəd, hər biri 6 manat qiymətində olmaqla ümumi dəyəri 18 manat olan duzqabını, 02 ədəd, hər biri 30 manat qiymətində olmaqla ümumi dəyəri 60 manat olan şəkər tozu qabını, 02 ədəd, hər biri 20 manat qiymətində olmaqla ümumi dəyəri 40 manat olan mürəbbəqabını, 02 ədəd, hər biri 10 manat qiymətində olmaqla ümumi dəyəri 20 manat olan nəlbəkini, 02 ədəd, hər biri 15 manat qiymətində omaqla ümumi dəyəri 30 manat olan qulplu stəkanı və 01 ədəd, 34 manat dəyərində qəndqabını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Masallı şəhəri, M.Talışxanov küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi - 0,421 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə qəbul edir. xx.xx.2022-ci il tarixdə narkotik vasitə almaq və digər ehtiyaclarını ödəmək üçün pul lazım olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb piyada yaxınlıqda yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri, Talışxanov küçəsində olan evin yanına getmişdir. Evin həyətinə daş hasarın üstündən keçib evin giriş qapısına yaxınlaşmışdır. Zərərçəkmiş şəxs çağırıb evdə olub-olmamasını bilmək istəmiş, həmin vaxtı Azadın çağrışına cavab vermədiyini və evin işıqlarının yanmadığını görüb onun evdə olmadığına əmin olmuşdur. Bundan sonra evin giriş qapısı olmadığı üçün həmin yerdən birbaşa pilləkənlə evin dəhlizinə qalxmışdır. Əvvəlcə evin qonaq və mətbəx otaqlarına baxıb hər hansı bir dəyərli əşyaların olmadığını görmüşdür. Sonra evin giriş pilləkəni ilə üzbəüz olan yataq otağının bağlı taxta qapısını əli ilə bərk itələyib açaraq otağa daxil olmuşdur. Otağa daxil olduqdan sonra axtarmağa başlamış, otağın divarında olan rəfə baxan zaman orada içərisində qabqacaq və məişət əşayaları olan çoxlu kardon qutularını aşkar etmişdir. Həmin rəfdən içərisində 12 ədəd boşqab, 7 ədəd kasa, 6 ədəd çaydan, 6 ədəd fincan, 3 ədəd duzqabı, 2 ədəd şəkər tozu qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd nəlbəki, 2 ədəd tutacaqlı stəkan və 1 ədəd qəndqabı olmaqla 4 ədəd kardon qutunu oğurlayaraq əvvəlcədən özü ilə götürdüyü böyük sellofan bağlamanın içinə yığıb evin həyətində olan darvazanaın yanına aparmışdır. Sonra oğurladığı əşyaları Lənkəran şəhərində aparıb satmaq üçün taksi çağırmaqdan ötrü piyada yaxınlıqda olan “İsgəndərli” dairəsinə getmişdir. Orada nömrəsi və sürücüsünü tanımadığı taksi fəaliyyəti ilə məşğul olan bir nəfər şəxsə yaxınlaşıb yalandan yaşadığı evdə lazımsız qab-qacaqların olduğunu, həmin qab-qacağı Lənkəran şəhəri “Böyük bazar” adlanan yerdə tanışına pay vermək üçün onu Lənkəran şəhərinə aparmasını xahiş etmişdir. Tanmadığı taksi sürücüsü 20 manat pulun qarşılığında onu Lənkəran şəhərinə apara biləcəyinə razılaşdıqdan sonra onunla Zərərçəkmiş şəxs darvazasının qarşısına gəlmişdir. Darvazanın iç tərəfindən oğurladığı əşyaları götürüb taksinin yük yerinə qoyduqdan sonra Lənkəran şəhəri “Böyük Bazar” adlanan yerə getmişdir. Bazarda taksinin yük yerindən oğurladığı əşyaları götürüb taksi sürücüsünə 20 manat yol pul verərək həmin şəxsə getməsini bildirmişdir. Taksi sürücüsü getdikdən sonra oğurladığı qab-qacağı bazarda satmaq üçün alıcı axtarmağa başlamışdır. Gecə saatları olduğu üçün bazarda adam az olmuş və oda bu səbəbdən oğurladığı əşyaları həmin vaxt sata bilməmişdir. Buna görə də o, həmin əşyaları səhəri gün gəlib satmaqdan ötrü bazarda heç kimin diqqətini cəlb etməyən yerdə gizlədib üzərinə çoxlu sayda kağızsellofan kəsikləri tökmüşdür. Daha sonra tanımadığı yol avtomobili ilə Masallı şəhərində yerləşən yaşadığı evə gəlib yatmışdır. xx.xx.2022-ci il tarxdə səhər saatlarında yuxudan durmuş və bədənində bərk ağrılar olduğundan oğurladığı əşyaları Lənkəran şəhərinə gedib “Böyük bazar” adlan yerdə satmağını hələki təxirə salıb əvvəlcə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. Bu məqsədlə həmin günü saat 10 radələrində yaşadığı evdən çıxaraq Masallı şəhəri, “Seybətin dairəsi” adlanan yerə və həmin yerdən tanımadığı şəxsə məxsus yol avtomobili ilə Lənkəran rayonu, Qumbaşı kəndinə gedib kəndin mərkəzindən keçən yolun kənarında avtomobildən düşmüşdür. Qumbaşı kəndinin mərkəzində bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini istəsə ona satacağını demişdir. Daha sonra həmin şəxs cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardıb ona göstərək həmin bükümün içində təxminən bir qram ağırlığında metamfetamin olduğunu və həmin bir büküm metamfetamini 15 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, tanımadığı şəxslə razılaşıb ondan bir ədəd şəffaf sellofana bükülmüş təxminən bir qram ağırlığında psixotrop maddə metamfetamini 15 manat pulun qarşılığında alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Masallı rayonu istiqamətində dayanıb taksi gözləmiş və yarım saatdan çox keçməsinə baxmayaraq hər hansı bir taksi tapa bilmədiyindən piyada Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Bir müddət piyada Masallı rayonu, Təzəkənd kəndi istiqamətində hərəkət etdikdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı sərnişin mikroavtobusun yanında dayandığını görmüşdür. Həmin tanımadığı şəxsə məxsus mikroavtobusa oturub Masallı şəhərində yerləşən “Köhnə Bazar” adlanan yerə gəlib orada düşmüşdür. Daha sonra “Köhnə Bazar” adlanan yerin yaxınlığına gedib həmin yerdən keçən “Viləş çayının” sahilində üzərində olan metamfetamindən bir az qəbul etmiş və sonra piyada yaşadığı evə qayıtmışdır. Evdə özünə aid yataq otağındakı çarpayının altında tanımadığı şəxsdən aldığı metamfetamini başqa vaxtı yenə istifadə etməkdən ötrü gizlətmiş, sonra Lənkəran şəhəri, “Böyük Bazar” adlanan yerə gedib orada gizlətdiyi oğurluq əşyaları götürüb bazarda satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb sərnişin mikroavtomusu ilə Lənkəran şəhərində yerləşən həmin “Böyük Bazara” getmişdir. Bazarda oğurladığı qab-qacaq əşyalarını gizlətdiyi yerdən tapıb götürərək alıcı axtarmağa başlamışdır. Saat təxminən 17 radələrində bazarda əlində içərisində qab-qacaq olan böyük sellofan bağlama ilə gəzən vaxt iki nəfər polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin şəxslər ona Lənkəran ŞRPŞ-nin əməkdaşları olduqlarını, şübəli hərəkətlər etdiyi üçün yaxınlaşdıqlarını bildirərək əlində olan bağlamanın içində nələrin olduğunu ondan soruşmuşdur. Qorxduğu üçün polis əməkdaşlarına bağlamanın içində oğurluq qab-qacaq olduğunu deməmiş və onlara bağlamanın içərisinə baxmağına imkan verməmişdir. Bundan sonra polis əməkdaşları onu əlində olan bağlama ilə birlikdə Polis şöbəsinə gətirmişdir. Lənəran RPŞ-də oğurluq etdiyini biləcəklərini başa düşdüyündən orada özü əlində olan bağlamanın içində 4 qutu qab-qacaq olduğunu və həmin qab-qacağı Masallı şəhərində yerləşən Azad adlı şəxsin evindən xx.xx.2022-ci il tarixdə oğurlayaraq satmaq məqsədilə Lənkəran şəhərinə gətirdiyini etiraf etmişdir. Bundan sonra Masallı Rayon Polis şöbəsinə məlumat verilmiş və Polis şöbəsinin əməkdaşları ora gəlib oğurladığı qabqacaqla birlikdə onu Masallı RPŞ-yə gətirmişdir. Masallı RPŞ-də oğurladığı əşyaları təqdim etmişdir. Sonra sərbəst buraxılmış və polis şöbəsindən birbaşa yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığı bir büküm metamfetamini çarpayının altında gizlətdiyi yerdən götürərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq istifadə etməkdən ötrü yaşadığı evdən piyada çıxıb şəhər ərazisində özünə uyğun yer axtarmağa başlamışdır. Masallı şəhəri, M.Talışxanov küçəsi ilə piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün ona yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb birlikdə polis şöbəsinə getməli olduğunu demiş və heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilərək üzərində axtarış aparılmışdır. Həmin vaxt ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etmək təklif etmiş, oda əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamini çıxardıb təqdim edərək, təqdim etdiyi psixotrop maddə metamfetamini Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pulun qarşılığında aldığını, həmin psixotrop maddədən bir az istifadə etdiyini və qalanını da istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir bükümdə psixotrop maddə metamfetamini şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,45 qram olduğunu müəyyən etmişdir. Sonra həmin psixotrop maddə metamfetamin kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirləndirilən şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 7 mişar daşı üstündə tikilmiş birmərtəbəli fərdi yaşayış evi olsa da, çox vaxt arvadı Gövhər Əliyeva ilə Bakı şəhərinə gedib orada oğluyla birlikdə bir müddət yaşayıb Masallı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Masallı şəhərində yerləşən evinin qapı-pəncərəsini bağlayıb arvadı Gövhərlə birlikdə Bakı şəhərinə gedib oğlunun evində qalmışdır. xx.xx.2022-ci il tarixdə Masallı şəhərində yerləşən evinə baxmaq üçün Bakı şəhərindən çıxıb saat təxminən 17 radələrində Masallı şəhərində yerləşən evinə gəlmişdir. Evin içinə daxil olub baxan zaman evin giriş pilləkəni ilə üzbəüz olan yataq otağının taxta qapısının açıq olduğunu görmüşdür. Həmin otağda olan rəfə baxan vaxtı ora əvvəlcədən qoyduğu özünə məxsus içərisində ümumi dəyəri təxminən ***-**** manat olan 12 ədəd boşqab, 7 ədəd kasa, 6 ədəd çaydan, 6 ədəd fincan, 3 ədəd duzqabı, 2 ədəd şəkər tozu qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd nəlbəki, 2 ədəd tutacaqlı stəkan və 1 ədəd qəndqabı olmaqla 4 ədəd karton qutunun yerində olmadığını və həmin qab-qacaqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan başqa, digər əmlakları, o cümlədən evin naqilləri də oğurlanmışdır. Oğurlanmış qab-qacaqlar ona geri qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs oğurlanmış əmlaklarının təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə deyil, istintaq zamanı geri qaytarıldığını, evindən digər əmlakların da oğurlanmasını, təqsirləndirilən şəxslə barışmadığını bildirib barəsində həbslə əlaqədar olan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-də xidmətdə olduğu vaxt həmin günü saat 18:30 radələrində Lənkəran RPŞnin növbətçisi polis kapitanı X4 RPŞ-nin növbətçi hissəsinə zəng edərək, Masallı rayon sakini xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Lənkəran RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan böyük sellofan bağlamada məişət əşyalarının olmasını aşkar etdiyini, Təqsirləndirilən şəxs deməsinə görə həmin əşyaları Masallı şəhərində yerləşən fərdi yaşayış evlərin birindən oğurladığını göstərməsini bildirmişdir. Bundan sonra Masallı RPŞ-nin rəhbərliyinin göstərişi əsasında o, polis nəfəri Şahid4la birlikdə Lənkəran RPŞ-yə gedərək orada saxlanılan Təqsirləndirilən şəxs oğurladığı içərisində qab-qacaqlar olan 4 ədəd karton qutu ilə birlikdə saat 19:45-də Masallı RPŞ-yə gətirmiş və bu barədə raportla aidiyyəti üzrə məruzə etmişdir. Sonra RPŞ-nin təhqiqatçısı X11 Nəzərovun izahatını alan zaman bilmişdir ki, Təqsirləndirilən şəxs içərisində 12 ədəd boşqab, 7 ədəd kasa, 6 ədəd çaydan, 6 ədəd fincan, 3 ədəd duzqabı, 2 ədəd şəkər tozu qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd nəlbəki, 2 ədəd tutacaqlı stəkan və 1 ədəd qəndqabı olmaqla ümumilikdə 4 ədəd karton qutunu o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlamış və satmaq üçün Lənkəran rayonuna aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Masallı şəhəri, Natavan küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında həmin gün tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Zaur Zeynalov və PPXB-nin polis nəfəri Şahid2 təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Talışxanov küçəsində piyada hərəkətdə olması barədə məlumat əldə edib Şahid2la birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Sona ondan şifahi formada üzərində narkotik vasitə və yaxud psixotrop maddə olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Zaur Zeynalovun xidməti otağa aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı Zaur Zeynalov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı Z.Zeynalov Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Sonra təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa, təqdim etməyi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxaradıb təqdim edərək bükülünün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu və həmin metamfetamini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldıb üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Z.Zeynalov təqdim edilmiş bir bükümdə psixotrop maddə metamfetamini şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,45 qram olduğunu müəyyən etmişdir. Sonra həmin psixotrop maddə metamfetamin kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra Z.Zeynalov şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və oda iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2022-ci il tarixdə saxlanılıb Polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitələrdən qanunsuz istifadəyə görə şübhəli kimi tutulmazdan əvvəl onun xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsindən xəbəri olmamış, lakin sonradan bu barədə eşitmişdir İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs özü tərəfindən əynində boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq könüllü təqdim etdiyi müəyyən edildi. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli prootkoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq cinayət əməli üzrə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 19/1057 saylı rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,421 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,421 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,371 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair 06 oktyabr 2022-ci il tarixli, 1048 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunan 12 ədəd boşqabın bir ədədinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 180 manat, 7 ədəd kasanın bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 70 manat, 6 ədəd çaydanın bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 300 manat, 6 ədəd fincanın bir ədədinin qiyməti 8 manat olmaqla cəmi qiyməti 48 manat, 3 ədəd duzqabının bir ədədinin qiyməti 6 manat olmaqla cəmi qiyməti 18 manat, 2 ədəd şəkərtozu qabının bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat, 2 ədəd mürəbbə qabının bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 40 manat, 2 ədəd nəlbəkinin bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manat, 2 ədəd tutacaqlı stəkanın bir ədədinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 30 manat və 1 ədəd qəndqabının qiyməti 34 manatdır. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi - 0,371 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Həmçinin, 02 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 12 ədəd boşqab, 7 ədəd kasa, 6 ədəd çaydan, 6 ədəd fincan, 3 ədəd duzqabı, 2 ədəd şəkər tozu qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd nəlbəki, 2 ədəd tutacaqlı stəkan və 1 ədəd qəndqabı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnziabti Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəzərov X6 şəhəri, X.Natavan küçəsi, ev 34-də qeydiyyatda olmaqla, atası xx.xx.1942-ci il təvəllüdlü X10, anası xx.xx.1942-ci il təvəllüdlü X3 və arvadı xx.xx.1977-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələrin saksiyasına uyğun cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Nəzərov X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “8 X13 münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. “8 X13 münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir. Onun məhkumluğu götürülsə də, lakin islah olunmamışdır. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 oktyabr 2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 06 oktyabr 2022-ci il tarixli, 1048 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,371 qram olan kristal formada olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 12 ədəd boşqab, 7 ədəd kasa, 6 ədəd çaydan, 6 ədəd fincan, 3 ədəd duzqabı, 2 ədəd şəkər tozu qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd nəlbəki, 2 ədəd tutacaqlı stəkan və 1 ədəd qəndqabının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (ay) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nini 66.2.-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 17 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,371 qram olan kristal formada olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 12 ədəd boşqab, 7 ədəd kasa, 6 ədəd çaydan, 6 ədəd fincan, 3 ədəd duzqabı, 2 ədəd şəkər tozu qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd nəlbəki, 2 ədəd tutacaqlı stəkan və 1 ədəd qəndqabının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-5/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-5/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver