Məhkəmə qərarları › İş №1(050)-52/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-52/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-52/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinin həyətində keçmiş kürəkəni Zərərçəkmiş şəxs ünsiyyət hüququ olduğu azyaşlı övladını yaşadığı evə aparmaq istəməsi ilə əlaqədar Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əliylə qəsdən vurub döyərək sonuncuya sağ göz nahiyəsinin və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi, sağ göz almasının ağlı qişasına yayılmış qansızma, sağ göz, sağ və sol bazu, sağ çiyin və döş qəfəsinin sağ arxa hissəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin yay aylarında Masallı rayonu, Şərəfə kənd sakini Şahid ilə tanış olmuş, sonradan onların arasında səmimi münasibətlər yaranmışdır. O, 2020-ci ilin iyul ayında Şahid razılığı ilə ailə qurmaq məqsədi ilə Cəlilabad rayonu, Muğan kəndində olan evinə gətirmişdir. Onlar bir müddət birlikdə yaşadıqdan sonra Şahid bacısı vəfat etmişdir. Həmin ərəfələrdə Şahid hamilə olmuşdur. Nərmin valideyinlərinin yanında olmaq üçün atası evinə gəlmişdir. Lakin, sonra Nərmin onun yanına qayıtmamışdır. Şahid atası Kərəm onu Masallı rayonu, Şərəfə kəndində olan evinə çağırmışdır. O, da həmin ünvana getmişdir. Kərəm ona Şahid ilə düzgün davranmamasını iddia edib irad bildirmişdir. O, da həmin iradları qəbul etməmişdir. Həmin vaxtdan onların arasında narazılıqlar yaranmışdır. Buna baxmayaraq, Şahid birgə evlilikdən olan uşağı dünyaya gətirmişdir. Lakin, Şahid ondan boşanmaqla bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə uşağa görə 175 manat aliment ödəmək vəzifəsi qoyulmuşdur. Alimenti vaxtlı-vaxtında ödəyir. O və Nərmin öz aralarında övladları Toğrulun ayın 3 həftəsinin Nərmində, bir həftəsinin onda qalması barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarına yaşadığı Cəlilabad rayonu, Muğan kəndində olarkən bacısı uşaqları onlara gəlmişdir. Həmin vaxt atası X9 digər nəvələri ilə birlikdə görmək istəməsini ona demişdir. O, həmin tarixdə təxminən saat 16 radələrində Toğrulu evinə aparmaq üçün Şahid yaşadığı Masallı rayonu, Şərəfə kəndində olan ev ünvanına idarə etdiyi avtomaşınla gəlmiş və avtomaşının siqnalından Nərmini çağırmaq məqsədi ilə istifadə etmişdir. Bu zaman Nərmin yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsini açıb ona baxmışdır. O, Nərmin Sefullayevaya uşağı görmək üçün gəlməsini demişdir. Nərmin Toğrul ilə evin həyətinə gəlmişdir. O, Nərminə ataı Xanların Toğrulu görmək istəməsini demiş, Toğrulu qucağına alıb aparmaq istəmişdir. Lakin, Nərmin ona razılıq verməmişdir. Bu zaman Nərmin ilə onun arasında sözlə mübahisə olmuş, mübahisə zamanı qəfil arxadan kimsə onun çiyin nahiyəsinə zərbə vurmuşdur. O, həmin zərbənin kimin vurmasını görmək üçün Toğrul qucağında arxaya dönmüşdür. Bu zaman Nərminin anası Mərifəti görmüşdür. O, Toğrul qucağında onların həyətini tərk etmək istəyəndə Mərifət onun sifətinə və bədənin müxtəlif nahiyələrinə sillə və yumruqla vurmuşdur. O, daha mübahisənin böyüməməsi məqsədi ilə Toğrulu Nərminə verib həyətdən çıxaraq idarə etdiyi avtomaşına əyləşib DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və Masallı RPŞ-yə gəlib şikayət ilə müraciət etmişdir. Həmin vaxt onların arasında 3-5 dəqiqə mübahisə olmuş, orada Nərmindən başqa heç bir şəxs olmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəyən ziyan ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2020-ci ilin yay aylarında Cəlilabad rayonu, Muğan kənd sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Lakin toyları olmamışdır. Ramal onunla ailə qurmaq məqsədi ilə Cəlilabad rayonu, Muğan kəndində olan evinə aparmışdır. Onların faktiki nikahından Toğrul adında övladları vardır. Birlikdə yaşadıqları müddətdə hamilə olmasına baxmayaraq, Ramal müxtəlif bəhanələrlə onunla mütəmadi mübahisə etmişdir. Ona heç kimlə, o cümədən valideynləri ilə həm telefonda, həm də başqa vasitə ilə ünsiyyət saxlamasına imkan verməmiş, mütəmadi ona əziyyətlər vermiş, bu səbəblərdən Masallı rayonu, Şərəfə kəndində olan atası Kərəmin evinə qayıtmışdır. Valideynlərinə Ramal ilə xarakterlərinin qəti uyğun olmamasını və digər əsaslı səbəblərə görə ayrılmaq istəməsini demişdir. Valideynləri ona əvvəlcə ailəsinin dağılmamasına görə yenidən səbrli olmağı tövsiyə etmişlər. O, isə onlara Ramal ilə daha yaşaya bilməməsini izah etmişdir. Valideynlərinin razılığı ilə Ramaldan ayrılmaq qərarına gəlib Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsində azyaşlı Toğrulun saxlanılması üçün Ramaldan hər ay 175 manat aliment tutulması qət edilmiş, Ramal da hər ay 175 manat pulu ödəyir. Aralarında olan razılığa görə azyaşlı Toğrul ayda 1 həftə atası Ramalla, qlaan 3 həftəni isə onlarda qalmalı idi. Bir müddət belə də davam etsə də, lakin Ramal Toğrulu aparanda gec gətirmiş, şərtləri pozmuşdur. Bu səbəblə də Ramal ilə Toğrula görə aralarında narazılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 16 radələrində Masallı rayonu, Şərəfə kəndində atası evində anası Mərifətlə birlikdə olarkən yaşadıqları evin giriş qapısında avtomaşın siqnal səsini eşitmişdir. O, siqnal səsinin həyətlərinə giriş qapısından gəlibgəlməməsi aydınlaşadırmaq üçün evin pəncərəsini açmışdır. Bu zaman Ramalı görmüşdür. Ramal ondan Toğrulu gətirməsini istəmişdir. O, da Toğrul ilə birlikdə evin həyətinə düşmüşdür. Ramal Toğrulu qucağına alıb əzizləmiş və Toğrulu evlərinə aparmaq istəməsini ona demişdir. O, Ramala Toğrulu aparanda gec gətirməsinə görə narazılıq etmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə olmuş, Ramal onları söyüb təhqir etmiş, səsə anası Mərifət aşağı düşmüşdür. Ramal Toğrulu zorla aparmaq istəmiş, mübahisə zamanı Ramal Toğrul ilə evin həyətindən çıxmaq istəyəndə onun haqqında təqhqiredici sözlər işlətmiş, anası Mərifət isə Ramalın bu sözünə görə əsəbilərək onu əli ilə qarnından itələmişdir. Lakin anası Ramalı vurmamışdır. Təhqiqat zamanı ifadəsini sərbəst şəkildə vermiş, ona qarşı hər hansı zor tətbiq edilməmiş, ifadəsini oxumuş, imzası ilə təsdiq etmişdir. Lakin həmin ifadədə anası Mərifətin arxadan və sifət nahiyəsindən Ramalı vurmasını deməmiş, nədə belə bir hadisə baş verməmişdir. Ramal uşağı pilləkəndə qoyub həyətdən çölə çıxmışdır. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Şahid qismində ifadə vermiş Şahid təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında Cəlilabad rayonu, Muğan kənd sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Sonradan onların arasında səmimi münasibətlər yaranmışdır. 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs onu razılığı ilə ailə qurmaq məqsədi ilə Cəlilabad rayonu, Muğan kəndində olan evinə aparmışdır. Onların rəsmi nikahı yoxdur. Onların bu evlilikdən bir Toğrul adında övladı vardır. Onlar birlikdə yaşadıqları müddətdə hamilə olmasına baxmayaraq, Ramal müxtəlif bəhanələrlə onunla mütəmadi mübahisə etmişdir. O, da bu və ya digər səbəblərdən Masallı rayonu, Şərəfə kəndində olan atası Kərəmin evinə qayıtmışdır. O, valideyinlərinə Ramal ilə xarakterlərinin qəti uyğun olmamasını və digər əsaslı səbəblərə görə ayrılmaq istəməsini demişdir. Valideyinləri ona əvvəlcə ailəsinin dağılmamasına görə yenidən səbrli olmağı tövsiyə etmişlər. O, isə onlara Ramal ilə daha yaşa bilməməsini izah etmişdir. O, sonra valideyinləri ilə birlikdə Ramaldan ayrılmaq qərarına gəlib alimentlə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsində Ramala 175 manat aliment ödəmək kəsilmişdir. Ramalda hər ay 175 manat pulu ödəyir. O, Ramal ilə öz aralarında Toğrulun ayın 3 həftəsinin onda, bir həftəsinin Ramalda qalması barədə razılaşmışdır. Bir müddət belə də davam etmişlər. Lakin, sonra Ramal Toğrulu aparanda gec gətirmişdir. Bu səbəbdən də Ramal ilə Toğrula görə aralarıda narazılıq olmuşdur. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Masallı rayonu, Şərəfə kəndində atası evində anası Mərifətlə birlikdə olarkən yaşadıqları evin giriş qapısında avtomaşın siqnalının səsini eşitmişdir. O, siqnal səsinin həyətlərinin giriş qapısından gəlib-gəlməməsi aydınışaladırmaq üçün evin pəncərəsini açmışdır. Bu zaman Ramalı görmüşdür. Ramal ondan Toğrulu gətirməsini istəmişdir. O, da Toğrul ilə birlikdə evin həyətinə düşmüşdür. Ramal Toğrulu qucağına alıb əzizləmiş və Toğrulu evlərinə aparmaq istəməsini ona demişdir. O, Ramala Toğrulu aparanda gec gətirməsinə görə narazılıq etmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə olmuş, mübahisə zamanı Ramal Toğrul ilə evin həyətindən çıxmaq istəyəndə onun haqqında xoşagəlməz sözlər demişdir. Mərifətdə həmin sözləri eşidib Ramalı arxadan vurmuş və üzərinə gəlib sifətindən vuraraq həyətdə qovmuşdur. Ramalda Toğrulu orada qoyub getmişdir. Həmin vaxt onların arasında 3-5 dəqiqə mübahisə olmuş, orada ondan savayı şəxs olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı Şahid keçmiş əridir. 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs Şahid öz razılığı ilə ailə qurmaq məqsədi ilə Cəlilabad rayonu, Muğan kəndində olan evinə gəlin aparmışdır. Lakin, onların rəsmi nikahı olmamışdır. Onların bu evlilikdən Toğrul adlı bir övladı doğulmuşdur. Onlar birlikdə yaşadığı az müddət ərzində Nərmin ilə Ramal arasında mütəmadi müxtəlif səbəblərdən mübahisələr olmuşdur. Ramal qızını demək olar ki, onlarla ünsiyyət saxlamağa imkan verməmişdir. Nərmin ona bir neçə dəfə Ramaldan ayrılmaq istəməsi barədə demişdir. O, isə Nərminə ailəsinin dağılmamasına görə səbrli olmağı demişdir. Lakin, Nərmin bir neçə ay sonra evə gəlib bildirmişdir ki, daha Ramal ilə yaşamaq istəmir. O və əri Kərəm Nərmindən nə baş verməsini soruşmuşdur. Nərmin onlara bildirmişdir ki, Ramal qısqancdır və xarakterləri qəti uyğun gəlmir. Sonra da alimentlə bağlı müraciət etmişdir. Masallı Rayon Məhkəməsində Ramala 175 manat aliment ödəmək barədə qətnamə çıxarılmışdır. Ramal da hər ay 175 manat pulu ödəyir. Nərmin ilə Ramal öz aralarında övladları Toğrulun ayın 3 həftəsinin Nərmində, bir həftəsinin Ramalda qalması barədə razılaşmışlar. Lakin sonuncu dəfə Ramal Toğrulu bir həftəliyinə saxlamaq üçün aparsa da, lakin gec gətridiyi üçün Nərminlə aralarında narazılıq yaranmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Nərminlə evdə olarkən yaşadığı evin həyət qapısının qarşısında olan küçədən avtomaşın siqnalı səsini eşitmişlər. Bu zaman Nərmin evin pəncərəsindən küçəyə baxmış və ona bildirmişdir ki, Ramal bacısı uşaqları ilə onlara gəlib. O, da Nərminə demişdir ki, Toğrulu apar Ramal ilə görüşdür. Nərmin Toğrulu götürüb Ramalın yanına aparmışdır. Bir neçə dəqiqə sonra səsküy eşitmiş, səs-küyə pilləkəndən aşağı enərkən Ramalın zorla Toğrulu aparmaq istədiyini görmüş, Ramal onu və qızını söyüb təhqir etmiş, zənn etmişdir ki, Ramal onu və Nərmini döyüb Toğrulu aparmağa nail olacaqdır. O, Ramalın Toğrulu aparmamasından ötrü əli ilə onun qarın nahiyəsindən itələmişdir ki, çıxıb həyətindən getsin. Bundan sonra Ramal Toğrulu pilləkənə qoyub həyətdən çıxıb getmişdir. Ramalı nə arxa tərəfdən çiyin nahiyəsinə, nədə sifət nahiyəsindən sillə və yumruqla vurmamışdır. Təhqiaat zamanı ifadəsi alnmış, ona qarşı heç bir zor tətbiq edilməmiş, ifadəsi ona təhqiqatçı tərəfindən oxunmuş, hesab etmişdir ki, həmin ifadəsi öz sözləri ilə yazıldığından imzası ilə təsdiq etmişdir. Halbuki, təhqiqat zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs vurmamış, sadəcə əli ilə onu qarın nahiyəsindən itələməkdə məqsədi onun həyətdən çıxıb getməsi olmuşdur. Sonda Təqsirləndirilən şəxs qeyd etdikərini nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs qismində qismində ifadə vermiş Təqsirləndirilən şəxs təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Nərmin Sefullayeva qızı, Zərərçəkmiş şəxs isə Şahid keçmiş əridir. O, 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs Şahid öz razılığı ilə ailə qurmaq məqsədi ilə Cəlilabad rayonu, Muğan kəndində olan evinə gəlin aparmışdır. Lakin, onların rəsmi nikahı yoxdur. Onların bu evlilikdən Toğrul adlı bir övladı vardır. Onlar birlikdə yaşadığı az müddət ərzində Nərmin ilə Ramal arasında mütəmadi müxtəlif səbəblərdən mübahisələr olmuşdur. Nərmin ona bir neçə dəfə Ramaldan ayrılmaq istəməsi barədə demişdir. O, isə Nərminə ailəsinin dağılmamasına görə səbrli olmağı töviyə etmişdir. Lakin, Nərminin Ramal ilə evliliklərindən bir neçə ay sonra evə gəlib bildirmişdir ki, daha Ramal ilə yaşamaq istəmir. O və atası Kərəm Nərmindən nə baş verməsini soruşmuşdur. Nərmin onlara bildirmişdir ki, Ramal qısqancdır və xarakterləri qəti uyğun gəlmir. Sonra da Nərmin Ramaldan boşanmaq üçün Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsində Ramala 175 manat aliment ödəmək kəsilmişdir. Ramalda hər ay 175 manat pulu ödəyir. Nərmin ilə Ramal öz aralarında övladları Toğrulun ayın 3 həftəsinin Nərmində, bir həftəsinin Ramalda qalması barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Nərminlə evdə olarkən yaşadığı evin həyət qapısının qarşısında olan küçədən avtomaşın siqnalı səsini eşitmişlər. Bu zaman Nərmin evin pəncərəsindən küçəyə baxmış və ona bildirmişdir ki, Ramal bacısı uşaqları ilə onlara gəlib. O, da Nərminə demişdir ki, Toğrulu apar Ramal ilə görüşdür. Nərmin Toğrulu götürüb Ramalın yanına aparmışdır. Sonra Ramal ilə Nərminin mübahisə səsini və Toğrulun ağlamaq səsini eşitmişdir. O, 2 mərtəbəli fərdi yaşayış evinin pilləkənləri ilə aşağı enmişdir. Bu zaman Ramalın Toğrulu qucağına alıb zorla aparmaq istəməsini və Nərminlə mübahisə etməsini görmüşdür. O, zənn etmişdir ki, Ramal onu və Nərmini döyüb Toğrulu aparmağa nail olacaqdır. O, Ramalın Toğrulu aparmamasından ötrü Ramala arxadan çiyin nahiyəsinə yumruqla zərbə vurdmuşdur. Lakin, Ramal Toğrulu yerə qoymamışdır. O, da Ramalı sillə və yumruqla sifət və digər bədən nahiyəsinə vurmuşdur. Bundan sonra Ramal Toğrulu qoyub getmişdir. Həmin vaxt onların arasında 3-5 dəqiqə mübahisə olmuş, orada Nərmindən savayı şəxs olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 28 yanvar 2023-cü il tarixli, 81 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz nahiyəsinin və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi, sağ göz almasının ağlı qişasına yayılmış qansızma, sağ göz, sağ və sol bazu, sağ çiyin və döş qəfəsinin sağ arxa hissəsinin qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 27 yanvar 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Masallı rayonu, Şərəfə kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baş vermiş hadisə Masallı rayonu, Şərəfə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətidir. Təqsirləndirilən şəxs hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla əri 1972-ci il təvəllüdlü X3, qızı 2000-ci il təvəllüdlü Şahid, oğlu 2013-cü X2 və oğlu 2013-cü il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və onun barəsində Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurması onun zərər çəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar