Məhkəmə qərarları › İş №1(050)-52/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-52/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-52/2025 14.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1987-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində B.C kateqoriyalı sürücülük vəsiqəsi əsasında ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi X3 məxsus “Mercedes Benz E320 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Qəriblər-Ərkivan avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində İstisu istirahət mərkəzi istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsini, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, ehtiyatsızlıqdan həmin vaxt onunla əks istiqamətdə hərəkət edən Yardımlı rayon, Köryədi kəndində qeydiyyatda olmaqla yaşayan, Zərərçəkmiş şəxs B.C kateqoriyalı sürücülük vəsiqəsi əsasında ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 280 minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarnın küt travması, dalağın partlaması, nazik bağırsaq ilgəyinin və müsagirəsinin cırılması, mədəaltı vəzinin zədələnməsi, daxili qanaxma, sağ qamış və incik sümüyünün yerdəyişən qapalı sınığı və sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, İİİ dərəcə hemorraagik şok xəsarətləri alması ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 02 iyun 2024-cü il tarixdə saat 04 radələrində o, etibarnamə əsasında idarə etdiyi X3 məxsus “Mercedes Benz E320 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda təxminən 50-60 kilometr sürətlə sürmüş və maşında ondan başqa kimsə olmamışdır. O, Qəriblər kəndi ərazisində Viləşçay su anbarına çatmağa az qalmış qarşıdan yəni İstisu istirahət mərkəzi tərəfdən əks zolaqla hərəkət edən “Mercedes Benz” markalı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobilin sürəti onun fikrincə saatda təxminən 100-130 kilometr olmuşdur. O, həmin avtomobilin döngədən çıxarkən öz hərəkət zolağında deyil, onun yolunda olmasını və onun idarə etdiyi avtomobilə doğru hərəkətini davam etdirməsini görmüşdür. O, həmin Mercedes Benz markalı avtomobili onun hərəkət zolağında ona doğru gəlməsini gördüyü anda onların idarə etdikləri avtomobillərin arasında təxminən 50- 55 metr məsafə olmuşdur. Bundan sonra o, həmin avtomobilin sürücüsünə onun yolundan çıxaraq öz hərəkət zolağına qayıtması üçün idarə etdiyi avtomobilin uzaq vuran işıqları bir neçə dəfə işarə vermişdir. O, işıqlarla işarə verdikdən sonra heç bir dəyişiklik olmadığını, həmin avtomobilin onun yolunda hərəkətini davam etdirdiyini gördüyü üçün tormoz etmişdir. Lakin o, hadisədən əvvəl tormoz etsə də toqquşmadan yayına bilməmiş və avtomobillər toqquşmuşdur. Onun avtomobili toqquşma yerindən təxminən 10 metr məsafə qət etdikdən sonra dayana bilmişdir. Toqquşmadan sonra o, avtomobildən düşmüş və həmin idarə etdiyi avtomobillə toqquşan avtomobilin yanına getmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Ona görə də barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışmasını və vurulmuş zərəri aradan qaldırmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 02 iyun 2024-cü il tarixdə “Mercedes Benz 280 minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə o, iş yoldaşı və dostu olan Şahid ilə birlikdə gecə saat 03 radələrində yaşadığı Yardımlı rayonlu, Köryədi kəndindən çıxaraq hərəkət başlamışlar. O, həmin vaxt ayıq vəziyyətdə olmuş və həmin gün heç bir spirtli içki qəbul etməmişdir. Yolnəqliyyat hadisəsi zamanı avtomobilini saatda 80 kilometr sürətlə idarə etmişdir. Masallı rayon, Qəriblər kəndi ərazisində yerləşən döngədən çıxıb Viləşçay su anbarını keçdikdən sonra yoxuşu qalxmışdır. Həmin anda qarşıdan Mercedes Benz markalı avtomobilin üzərinə doğru gəldiyini görmüşdür. O, həmin avtomobili gördüyü zaman onların idarə etdiyi avtomobillərin arasında təxminən 60 metr məsafə olmuşdur. O, həmin avtomobili gördükdən sonra həmin avtomobilin sürücüsü uzaq vuran işıqları bir neçə dəfə qoşduğu üçün o, artıq avtomobilin önünü və hərəkət istiqamətini görə bilməmişdir. Təxminən 4-5 saniyə sonra toqquşma baş vermişdir. Onun idarə etdiyi avtomobil toqquşma anında ön sol qapı tərəfdən əzilmiş və toqquşma yerindən təxminən 20 metr irəlidə dayanmışdır. O, hadisə nəticəsində bədəninin müxtəlif hissələrindən ağır zədələr almış və avtomobildə sıxışıb qaldığı üçün ağrıdan şok vəziyyətinə düşmüşdür. Daha sonra nələr baş verdiyini xatırlamamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını və vurulmuş zərərin tam ödənilməsini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 noyabr 2024-cü il tarixli 8\3206 nömrəli rəyindən görünür ki: 1. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E320 markalı, 99- KV-190 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 280 markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağa nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yolhərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 786 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qarnın küt travması, dalağın partlaması, nazik bağırsaq ilgəyinin və müsagirəsinin cırılması, mədəaltı vəzinin zədələnməsi, daxili qanaxma, sağ qamış və incik sümüyünün yerdəyişən qapalı sınığı və sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, İİİ dərəcə hemorraagik şok xəsarətləri müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 02 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Masallı rayonu, Qəriblər kəndi ərazisində Ərkivan qəsəbəsi istiqamətində kəndlər arası yerləşən yol asfalt örtüklü olmaqla düz və qurudur. Həmin yol 2 hərəkət hissəlidir. Yolun eni 6 metr, hərəkət hissəsinin eni isə 3 metrdir. Üzü Ərkivan qəsəbəsi istiqamətində yola sağdan 1 metr, soldan 2-3 metr enində çiyin hissə birləşir. Ehtiyat zolaqdan sonra isə sağda və solda kənd tipli tikililər vardır. Toqquşma yeri yolun sağ çiyin hissəsinin başlanğıcından 4 metr, sol çiyin hissənin başlanğıcından 2 metr məsafədə yerləşir. Yolun hərəkət hissəsində qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti yoxdur. Yolun hərəkət hissəsi düz, asfaltbeton və qurudur. Yol zəif işıqlandırılır. Hadisədən sonra “Mercedes Benz" markalı, **-KV-*** d.q nişanlı avtomobil öz hərəkət zolağında düz istiqamətdə hərəkətsiz dayanmış, digər "Mercedes Benz” markalı **-EC-*** d.q nişanlı avtomobil isə sola öz hərəkət zolağında sağa meyilli vəziyyətdə hərəkətsiz dayanmışdır. Hadisə yerində hər iki avtomobillərin sınmış detalları aşkar olunmuşdır. Hadisə yerində tormoz izləri aşkar edilmədi. Hadisə baş verən anda ətraf yaşayış evlərində quraşdırılmış olan kameralardan video çəkilişlər götürülmüş və protokola əlavə olunmuşdur. 22 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxsin və 09 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman müddəti 3 dəqiqə 24 saniyə olan 01 ədəd video görüntü olması aşkar edildi. Həmin video görüntü işə salındığı zaman hadisə yerinin Masallı rayon, Qəriblər kəndi ərazisi olması göründü. Görüntünün 49-cu saniyəsində üzü Ərkivan qəsəbə istiqamətində olan yolda Mercedes Benz E280 markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağında hərəkətdə olması və qarşıdan gələn Mercedes Benz E320 markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin andan 3.2 saniyə sonra isə toqquşmanın baş verməsi aşkar edildi. Təqsirləndirilən şəxs həmin video görüntüdə üzü Masallı rayon İstisu istirahət mərkəzi istiqamətində hərəkətdə olmasını və hadisədən əvvəl sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz E280 markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxaraq üzərinə doğru gəlməklə təhlükə yaratmasını toqquşma anından təxminən 3-5 saniyə əvvəl görməsini, bundan sonra öz idarə etdiyi avtomobilin uzaq vuran işıqları ilə bir neçə dəfə siqnal verməsini, sürücü Zərərçəkmiş şəxs öz hərəkət zolağına qayıtmadığını gördükdən sonra tormoz etdiyini, lakin avtomobili tam dayanmadığı üçün toqquşmadan yayına bilmədiyini bildirdi. Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili təxminən saatda 60 kilometr sürətlə, Zərərçəkmiş şəxs isə öz avtomobilini daha yüksək sürətlə idarə etdiyini bildirdi. Baxışın sonunda təqsirəndirilən şəxs video görüntüdə əksini tapan halların hadisənin bütün detallarını əhatə etdiyini, hər hansı kənar müdaxilənin olmadığı, həmin görüntünün həqiqiliyinə və mötəbərliyinə hər hansı bir etirazı olmadığım bildirmişdir. Zərərçəkmiş şəxs hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşma təhlükəsi gördüyü andan avtomobillər arasında təxminən 50-60 metr məsafə olmasını, Təqsirləndirilən şəxs həmin məsafə daxilində avtomobilini tam dayandırmadığını, həmçinin Təqsirləndirilən şəxs öz hərəkət zolağına bitişik təxminən 15 metr enində yolun çiyin hissəsi olmasını və Təqsirləndirilən şəxs toqquşmadan yayınmaq üçün öz avtomobilini yolun çiyin hissəsinə də çıxara biləcəyini bildirmişdir. 10 fevral 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkət zolağında saatda 60 km/saat sürətlə hərəkətdə olmasını, avtomobilinin saz vəziyyətdə olmasını, avtomobildə hadisə zamanı heç bir sərnişin və yük olmadığını bildirdi. Həmin vaxt qarşıdan gələn Mercedes Benz 280 markalı, **-EC-*** d.q.nişanlı avtomobilin onun hərəkət zolağına çıxaraq təhlükə yaratdığını gördüyü anda aralarında 50-55 metr məsafə olmuş, həmin təhlükə yarandığı anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin uzaq vuran işıqları ilə bir neçə dəfə işarə vermiş, qarşıdan gələn avtomobilin dayanmadığını gördükdən sonra tormoz etmiş, lakin avtomobili tam dayandırmadığından toqquşmadan yayına bilməmişdir. Həmin vaxt yol boş olmuş və hər iki sürücü üçün kənar təsir olmamışdır. Hadisə yerində çəkiliş aparan kameraya düşmüş olan iki ədəd müvafiq olaraq şərti işarələnmiş 1 və 2 nömrəli işıq dirəkləri arasında 50 metr məsafə olması müəyyən edilmiş, hadisədən əvvəl Təqsirləndirilən şəxs qarşıdan gələn avtomobili idarə etdiyi avtomobil yolun sağ kənarında yerləşən 1 nömrəli işıq dirəyindən keçməzdən əvvəl görmüş, toqquşmadan sonra isə 2 nömrəli işıq dirəyinin qarşısında dayana bilmişdir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Masallı Qəriblər-Ərkivan yolunun Qəriblər kəndi ərazisindən keçən hissəsində Yardımlı rayon, Köryədi kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz 280 markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes Benz E320” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs bədən xəsarətləri almışdır. Hadisə vaxtı hər iki sürücü ayıq olmuşlar. Hadisədən sonra ora yaxınlıqda olan şəxsiyyəti hələki müəyyən edilməyən 5-6 nəfər şəxs toplaşmışdır. Hadisəni birbaşa görən şəxs Zərərçəkmiş şəxs avtomobilində ön oturacaqda əyləşmiş sərnişin X1 olmuşdur. Bundan başqa hadisədən əvvəl hər iki sürücü üçün yolda digər təhlükə doğuran başqa bir maneələr olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E320 markalı avtomobillə üzü İstisu istirahət mərkəzi istiqamətində hərəkətdə olduğu zaman qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz 280 markalı avtomobilin onun yoluna çıxaraq təhlükə yaratdığını gördüyü anda hər iki avtomobil arasında təxminən 55-60 metr məsafə olmuşdur. Hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Sürücülərin hadisə vaxtı avtomobili hansı sürətlə idarə etmələri barədə dəqiq məlumat əldə edilməmişdir. Əşyanın maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E320 minik” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 280 markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alıb həmin nəqliyyat vasitələri maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin duracağında saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsində özünə məxsus olan “Mercedes E320” markalı **-KV-*** nömrəli avtomaşın mühəndis Əli Şiriyev tərəfindən qəzadan sonrakı vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “Mercedes Benz” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin müstəntiqi Əli Şiriyevdən qəzadan sonrakı vəziyyətdə təhvil almışdır. xx.xx.2025-ci il tarixli ayışdan görünür ki, ili 1993 olan **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsi aparılmış, bu günkü bazar qiyməti 6200 manat dəyərləndirilmiş, avtomobil istismara tam yararsızdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qəriblər kəndində qeydiyyatdadır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini, dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci hissəsində göstərilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işinə üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın tam ödənilməsini və onların cinayət işinə xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, həmin Məcəllnin 39.1 və 39.1.8.-ci maddələrinin tələbinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqda sonra ləğv edilməlidir. Məhkəmə ekspertiza xərcini təşkil edən 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına ödənilməlidir. Maddi sübut kimi tanınan “Mercedes Benz E320” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Mercedes Benz 280” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, videogörüntü olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 saat vaxt sərf etmişdir. Ona görə də, 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə ekspertiza xərcini təşkil edən 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına ödənilsin. Maddi sübut kimi tanınan “Mercedes Benz E320” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Mercedes Benz 280” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Videogörüntü olan 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi xidmətə görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqda sonra ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar