Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-53/2024 02.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə. xx.xx.1988-cı ildə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Güllütəpə kəndində qeydiyyatda olan və yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri Füzuli küçəsində Zərərçəkmiş şəxs ilə aralarında pul borcu ilə əlaqədar baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruqla vuraraq sonuncuya sol göz nahiyəsinin əzilib şişkinləşməsi, sol göz almasının ağlı qişasına, başın alın nahiyəsinin, sol göz nahiyəsinin və boynun sol yarısının ön hissəsinin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir neçə ay bundan əvvəl Turaldan 50 manat dəyərində ət almışdır. Turaldan əti alarkən bir həftə ərzində pulu verəcəyinə dair söz vermişdir. Tural ona etiraz etməmiş və o, mağazadan çıxıb getmişdir. Maddi imkanı pis olduğundan Turaldan aldığı ətin pulunu verə bilməmişdir. xx.xx.2024- cü il tarixdə saat 10 radələrində Masallı şəhəri Füzüli küçəsində olduğu zaman Turalı yanına gəldiyini görüb sonuncu borclu olduğu pulu istəmək üçün gəldiyini anlamış, ona görə utanıb Turala demişdir ki, get gəlirəm, buna baxmayaraq Tural yanına yaxınlaşıb demişdir ki, əti alıb yemisən, ətin pulunu istiyirəm, səndən başqa heçnə istəmirəm. Turala demişdir ki, get verərəm, Tural ona demişdir ki, sən kişi kimi söz verdin pulu verəcəksən, amma sən kişi kimi sözünü tutmadın. Turalın dediyi sözə hirslənmiş və həmin vaxt aralarında sözlə mübahisə başlanmış, mübahisə zamanı yumruqla Turalın sifətindən və bədəninin müxtəlif nahiyələrindən vurub kənara çəkilmiş, Tural isə ona polisə şikayət edəcəyini demişdir. Hazırda zərərçəkmiş şəxslə barışmamışdır. Tututduğu əməldən peşman olmuşdur. O, sürücü işləyir, əkin sahəsinə işləmək üçün fəhlə aparmaqla ailəsini dolandırır. Odur ki, məhkəmədən göstərilənləri nəzərə alınmasını, baərsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərmişdir ki, 5 ay bundan əvvəl Elşən yanına yaxınlaşıb 50 manat dəyərində ət sifariş etmiş, o, Elşən üçün həmin məbləğdə tərəzidə ət çəkib vermişdir. Elşən əti alıb demişdir ki, bir həftə ərzində pulu gətirib verəcəm. O, Elşənin dediyi ilə razılaşmış, lakin bir həftə keçməsinə baxmayaraq Elşən pulu gətirib verməmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində mağazasının qarşısında olduğu zaman küçədə Elşəni avtomaşını idarə etdiyini görüb həmin istiqamətdə arxasınca getmiş, artıq Elşəni avtomaşından kənarda dayandığını görüb yanına yaxınlaşmağa başlamışdır. Həmin vaxt Elşən onu görüb demişdir ki, get gəlirəm, o isə Elşənin yanına yaxınlaşıb demişdir ki, əti alıb yemisən, ətin pulunu istiyirəm, səndən başqa heçnə istəmirəm. Elşən ona demişdir ki, get verərəm, Elşənə demişdir ki, sən kişi kimi söz verdin pulu verəcəksən, amma sən kişi kimi sözünü tutmadın. Bu sözləri deyən zaman Elşənlə aralarında mübahisə başlanmış, mübahisə zamanı Elşən yumruqla sifət və bədəninin müxtəlif nahiyələrinə vurub kənara çəkilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmaq istəmir. Ona ədalətli şəkildə cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında idadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında mübahisələri və ədavətləri olmamışdır. Əri Zərərçəkmiş şəxs ilə təxminən 2001-ci ildə ailə qurmuş, birgə nikahdan iki övladları var. Tural Masallı şəhərində yerləşən Köhnə Bazar adlanan ərazidə ət mağazası var, həmin mağazada ət satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində yaaşdığım evdə olduğum zaman Turalı evə gəldiyinə görmüş, həmin vaxt onun boyun və sifət nahiyəsində xəsarətlərin, əynində olan geyiminin səliqəsiz vəziyyətdə görüb ondan nə baş verdiyini soruşdum. Tural bildirdi ki, təxminən 5 ay bundan əvvəl təxminən saat 11 radələrində mağazada olarkən tanışı Elşən yanına yaxınlaşıb ona 50 manat dəyərində ət sifariş etmiş o da həmin məbləğdə tərəzidə ət çəkib vermişdir. Elşən əti alıb ona bildirmişdir ki, bir həftə ərzində pulu gətirib verəcək. Elşəni tanıdğından onun dediyi ilə razılaşmış, lakin bir həftə keçməsinə baxmayaraq Elşən pulu gətirib verməmişdir. Bugün təxminən saat 10 radələrində mağazamın qarşısında olduğu zaman küçədə Elşəni avtomaşını idarə etdiyini görüb həmin istiqamətdə arxasınca getmiş, Elşəni avtomaşından kənarda dayandığını görüb yanına yaxınlaşmağa başlamışdır. Həmin vaxt Elşən onu görüb dedi ki, get gəlirəm, o isə Elşənin yanına yaxınlaşıb demişdir ki, əti alıb yemisən, ətin pulunu istiyir, ondan başqa heçnə istəmir. Elşən ona demişdir ki, get verər, Elşənə demişdir ki, sən kişi kimi söz verdin pulu verəcəksən, amma sən kişi kimi sözünü tutmadın. Həmin vaxt Elşənlə aralarında mübahisə başlandı, mübahisə zamanı Elşən yumruqla sifət və bədəninin müxtəlif nahiyələrinə vurub getmişdir. Mən isə barəsində polisə şikayət edəcəyimi deyib istifadəmdə olan mobil telefonumla DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat verdim.Turala demişdir ki, düz edib polisə şikayət etmisən. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 107 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs sol göz nahiyəsinin əzilib şişkinləşməsi, sol göz almasının ağlı qişasına, başın alın nahiyəsinin, sol göz nahiyəsinin və boynun sol yarısının ön hissəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Masallı rayon polis şöbəsində xx.xx.2022-ci tarixli qərarla Azərbaycan Respublikası CPM 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Masallı rayon İHB-nin Güllütəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla, arvadı 1989-cu il tarixdə doğulmuş X2, qızı xx.xx.2006-ci il tarixdə doğulmuş X4, qızı xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və oğlu xx.xx.2010-cu il tarixdə doğulmuş X7 adında övladları var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq üçün cəhd göstərməsi, əməlində yüngülləşədirici halların olması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların başlandığı gündən hesablansın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-53/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-53/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver