Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-53/2025 22.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu Tatyanoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Tatyanoba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Masallı rayonu, Tatyanoba kəndi ərazisində yerləşən örüş sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə 3 gün əvvəl baş vermiş sözlü mübahisəni aydınlaşdırmaq istəyərkən sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan istintaqa məlum olmayan dəmir parçası ilə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol qaş nahiyəsinin və qulaq seyvanının xarici qulaq keçidinin ön hissəsində yerləşən kiçik çıxıntılı hissəsinin (tragus) əzilmiş yarası, alnın tüksüz hissəsinin sol yarısının və burun nahiyəsinin sıyrıqları və sağ və sol gözaltı nahiyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslə birlikdə işləmişdir. Axşamçağı Biləsuvar rayonuna çadır qurmağa getmişlər. Oradan qayıdandan sonra gecə başqa bir yerə getmək üçün dəmirləri bir maşından başqa bir maşına boşaltmışlar. Bu zaman kimsə dəmirlərdən birini yerə qoymuşdur. O, həmin dəmiri kimin yerə qoyduğunu, həmin dəmirin maşında lazım olduğunu demişdir. Həmin vaxt Ülvi həmin dəmirin lazım olmadığını bir kənarda qoymasını bildirmişdir. O, həmin dəmiri qıraqda qoyduğu zaman Neymət bunu görüb ona niyə həmin dəmiri kənara qoyduğunu bildirmiş, oda cavabında həmin dəmiri maşına qoymaq istədiyini lakin Ülvinin ona həmin dəmirin lazım olmadığı və kənara qoymasını bildirdiyini demişdir. Bundan sonra Neymət onunla deyinməyə başlayaraq “sənin ağlın yoxdur, sən başa düşmürsən, görmürsən o lazımdır, niyə onu kənaraq qoyursan” demişdir. Oda cavabında “dəmirin sahibinin Ülvi olduğunu, onun mənə dediyini, Ülvi ilə mübahisə edən deyiləmki” demişdir. Nemət isə ona cavab verərək “yox, niyə bilmirsən, sən burda işləyirsən, sən bilməlisən” deyərək deyinməyə davam etmişdir. Neymət beləcə bir neçə dəfə davam etmişdir. Həmin vaxt Ülvidə ona özünün dediyini bildirsə də, Neymət sakitləşməmiş davam edərək “özünün başı yoxdur, özü bilmir nə etmək lazımdır” demişdir. O, Neymətə zarafata “az danışda, qoca arvadlar kimi dır-dır deyinirsən” demişdir. Neymət isə ona “arvad sən özünsən” deyə qarşılıq vermişdir. Bundan sonra mübahisə etməyə başlamışlar. O, Neymətə əgər onunla arasında problem varsa daha sonra görüşüb bu barədə danışıb həll edə biləcəklərini demişdir. Həmin vaxt Neymət maşının yük yerində olmuş o, isə yerdə olmuşdur. Daha sonra Neymət maşının yük yerindən düşərək üzərinə gəlmiş onu söyərək ona bir dəfə təpik zərbəsi vurmuşdur. Oda Neymətə “səni bu təpiyinə görə cıracam” demişdir. Bundan sonra orada olan şəxslər onları ayırmışlar. Səhəri isə o, oğluna kiçik toy mərasimi keçirmişdir. Neymət isə ora gəlməmişdir. Əgər Neymət gəlib ondan üzürxahlıq etmiş olsaydı, əsəbi olduğunu demiş olsaydı o zaman keçərdi. Daha sonra o, Neymətin onu təhqir etməsinin səbəbini və onunla yaşda kiçik olmasına baxmayaraq onu danlayan formada acıqlı şəkildə danışmasının səbəbini aydınlaşdırmaq üçün Neymətə zəng etmişdir. Bu zaman Neymət ona sahəlik ərazidə inəklərin yanında olmasını demişdir. Oda Neymətə “bu tərəfə gələrsən” demiş Neymət qoyunların yanına gələcəyini demiş, oda “gələrsən söhbət edərik” demişdir. Sonra Neymət ona zəng vurub gəldiyini demiş, oda Neymətin olduğu yerə getmişdir. Orada aralarında söz-söhbətləri yaranmış, Neymət ona nə istəyirsən demiş, oda “necəyəni yadından çıxıb sən mənə söyüşlər deyirdin” demişdir. Neymət ona “mən səni söyməmişəm” demişdir. Oda “necəyəni demirdin ağzını belə edəcəm, gəl görüm necə edirsən” demişdir. Bundan sonra bir birilərinə yaxınlaşmışlar və dalaşmışlar, biri-birilərini vurmuşlar. Neymət ekspertizadan keçib şikayət etmiş, o isə etməmişdir. Onun həmin günə kimi Neymətlə heç bir ədavəti və düşmənçiliyin olmamışdır. Neymət camaatın yanında onu söyüb təhqir etmişdir. Əməlindən peşmandır. Tələb olunan ziyanı ödəmək iqtidarında deyildir, heç bir yerdə işləmir. Məhkəmədən ona cəza verilməməsini və ya cəza verilərsə elə bir cəza verilməsini xahiş edir ki, evində olsun. Çünki ikinci uşağı dünyaya gəlmiş və ailəyə yəganə qazanc gətirən odur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunmuşdur. Belə ki, məhkəmə istintaqında dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Biləsuvardan toydan gəlib dəmirləri həyətdə boşaltmışlar, daha sonra Əmirtürbə kəndində olan yas mərasiminə çadır aparmaq üçün çadırın dəmirlərini başqa yük maşınına yükləmişlər. Orada 3 metrlik dəmir olmuşdur. Ülvi həmin dəmiri Rzvana vermiş Rzvanda yerdə yığmışdır. Kərəmin oğlu onlarla işləmir, arasıra onlarla gəlmişdir. O, Ülvidən dəmirin harada olduğunu soruşmuş, Ülvidə dəmiri Rzvana verdiyini və Rzvanın dəmiri bir kənarda qoyduğunu demişdir. O, Rzvana dəmiri maşına qoymasını, çadırın qurulmasına lazım olacağını demişdir. Rzvan isə birinin yerə qoymasının birini isə maşına qoymasını demişdir. O, Rzvana Ülvinin onlarla çadır qurmağa gəlmədiyini, üç nəfər getdiklərini, dəmirin çadır qurmaq üçün lazım olduğunu bildiyini demişdir. Rzvan isə qayıdıb ona “nə arvad-arvad danışırsan” demişdir. Oda qayıdıb Rzvana “arvad özünsən” demişdir. Təpik məsələsinə gəldikdə isə Rzvanda ona təpik atmış oda Rzvana təpik atmışdır. Sonradan ayırlmışlar. Ayın 10-u axşamçağı Rzvan ona zəng vurmuş, o, həmin vaxt meşədə olmuşdur. Ayın 13-də yenidən ona zəng vurmuş o, həmin vaxt mal-qaranın yanında olmuş, qoyunlarıda sahədə olmuşdur. Çağırmağına isə Rzvan onu özü çağırmış oda getmişdir. Vurmağa gəldikdə isə Rzvan onu yumruqla vurduğunu qeyd edir, lakin Rzvan onu əlində olan ağacın başında olan yumru başlı dəmirlə bir dəfə vurmuş, sonra isə yumruqla vurmuşdur. Rzvanın əmisi oğlu Zamin onu qardaşının goruna, Rzvan isə atasının goruna and vermişdir ki, bir-biriləri ilə dalaşmasınlar. Lakin Rzvan ona çatar-çatmaz dəmirlə bir dəfə onu vurmuşdur. Qaşınıda, qulağınıda kəsmişdir, xəstəxanada yeddi tikiş atılmışdır. Rzvanın söyüş söyüb deməsi yalandır o, heç kimi söyməmişdir. Üç dəfə Rzvan ona zəng vurmuşdur. Lazım gəlsə zənglərin siyahısınıda çıxarıla bilər. Zəng vurub “sənlə işim var, söhbətim var” demişdir. Davadan sonra Rzvan ona zəng vurmamışdır. Daha sonra əmisi oğlu gəlib onları ayırmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, dəymiş ziyanı ödənsin keçər. Cəza verilməsini istəmir. Ziyanı ödəsin. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Neymət ona zəng vuraraq Rzvanın onunla dalaşdığını, körpünün üstünə gəlməsini demişdir. Oda gəlib oğlu Neymətin sir-sifətinin hamısının qaniçində olduğunu görmüşdür. Nə üçün dalaşdıqlarını soruşmuş, Neymət cavabında çadır dəmirləri ilə bağlı narazılıqları olmuş, “arvad” sözünə görə. Üç gün Neymət çağırmış Neymət getməmişdir. Dördüncü gün harada olduğunu soruşmuş Neymət qoyunları ayırıram demişdir. Bundan sonra Rzvanda o tərəfə keçmişdir. Rzvan Neyməti xəlvəti bir yerə vurmaq üçün çağırmışdır. Neymət o biri tərəfə keçməyi təklif etmiş Neymət imtina etmişdir. Bundan sonra Rzvan əlində olan nə silahı olmuşsa, beşbarmaqmı bilmir, amma həmin alətlə vurub Neymətin sir-sifətini pis günə qoymuşdur. Neymət onu körpü üstünə çağırıb savaşdığını demiş, nə üstündə olduğunu soruşduğu zaman dəmiri götürüb başqa yerə qoymaq üstündə, arvad sözü üstündə mübahisələri olmuşdur. Rzvan onlarla çəpər qonşusudur. Hadisə yerində olmamışdır. Neymət onu çağırdıqdan sonra və o, gəlib Neyməti o vəziyyətdə gördükdən sonra DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Neymətlə qohumluqu yoxdur, Rzvan əmiuşağı sayılırlar. Bütün kəndin mal-qarası bir yerdə otlaq sahəsində olur. O, axşamçağı qoyunlarını ayırmaq üçün sahəyə getmişdir. Həmkəndlisi ilə söhbət etdiyi zaman Neymət gəlib onu çağırmışdır. O, Neymətin yanına getmişdir. Neymət ona əmisi oğlu Rzvanın onu söhbətə çağırdığını, guya o, Rzvanı söymüşdür. O, Neymətə heç bir yerə getməməsini, yanında durmasını, Rzvana zəng edəcəyini bildirmişdir. Daha sonra Rzvana zəng edərək onu danlamışdır. Rzvan isə cavabında Neymət onu camaatın arasında şöymüşdür və maşından düşərək ona təpik vurmuşdur. “Neymət söydüyü söyüşü geri götürsün, mənim Neymətlə heç bir işim yoxdur” demişdir. Sonra o, telefonu sondürərək Neyməti danlamışdır ki, nə üçün camaat arasında Rzvanı söymüşdür. Neymət ona “mən onun yanına gedirəm görüm mən onu haçan söymüşəm” demişdir. O, isə Neymətə getməməsini onun yanında qalmasını demişdir. Sonra Neymət ona “gedim atı bağlıyım gəlirəm” demişdir. Neymət ondan təxminən 15-20 metr aralanmışdır ki, Neymətin telefonda Rzvanla danışdığını görmüşdür. Neymətin Rzvanın yanında getmək istədiyini görüb gedib Neymətin qolundan tutub “səni and verirəm ölmüş qardaşının goruna ayıbdı gedib dalaşmayın” demişdir. Neymət ona onu qardaşının goruna and verdiyinə görə dalaşmayacağını demişdir. Onların bir birinə yaxınlaşdığını görüb Rzvanada and vermişdir ki, “əmioqlu dalaşma, ayıbdır”. Sonra onlardan uzaqlaşmışdır. Təxminən 200-250 metrə uzaqda olmuşdur. Rzvanla Neymətin dalaşdıqlarını görüb onlara yaxınlaşaraq “siz kişi deyilsiz, kül sizin başınıza, qırın birbirinizi” demişdir. Həmin hadisədə Rzvanın əlində heç bir şey görməmişdir. Hadisə zamanı Neymət xəsarət almış, qaşının üstü əzilmiş, qan gəlmişdir. Rzvanın isə baş barmağının dırnağı qopmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1045 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin və qulaq seyvanının xarici qulaq keçidinin ön hissəsində yerləşən kiçik çıxıntılı hissəsinin (tragus) əzilmiş yarası, alnın tüksüz hissəsinin sol yarısının və burun nahiyəsinin sıyrıqları və sağ və sol gözaltı nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 13 noyabr 2024cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İsayev X3 rayonu, Tatyanoba kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi arvadı 1986-cı il təvəllüdlü X7 və oğlu 2023-cü il təvəllüdlü X8 ibarətdir. İş materiallarında olan Masallı MRX-nın poliklinika şöbəsinin müdiri X.Ə.Şahmarov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 889 saylı arayışdan görünür ki, X1 RMX-nın Qadın Məsləhətxanasında tibbi müayinədən keçmişdir və 13-14 həftəlik hamiləlik müəyyən olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 4000 (dörd min) manat məbləğində maddi ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ona ağır xəsarət yetirdiyinə görə məhkəmə məsuliyyətinə verilmişdir. Hazırda onun barəsində cinayət işini hakim Zeynal Zeynalov aparır. Təqsirləndirilən şəxs ona yetirdiyi ağır xəsarət nəticəsində hazırda da müalicələri davam edir. Hər gün dava-dərmanlardan istifadə edir. Dəfələrlə Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tələb etməsinə baxmayaraq, ona vurduğu ziyanı ödəməmişdir. Onsuz da o, bununla bağlı yəni, Təqsirləndirilən şəxs barəsində Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayətlər edəcəkdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs dərman preparatlarının alınmasından ötrü apteklərə 37 (otuz yeddi) manat pul ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin terminalı vasitəsi ilə ödənilmiş 9008 saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mülki iddianın verilməsi üçün mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən 60 (altımış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki iddiaya münasibətdə qeyd edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən dərman preparatlarının alınmasına 37 manat pul sərf olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 37 (otuz yeddi) manat zərər məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 67 (altımış yeddi) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia qəlan hissədə baxılmamış saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 37 (otuz yeddi) manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu, cəmi 67 manat pul alınıb Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-53/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-53/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver