Məhkəmə qərarları › İş №1(050)-54/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-54/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-54/2023 15.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il ildə Masallı rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, məhkum olunmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, C.Cabbarlı küçəsi ev 55-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının Ünvanlı Dövlət Sosial Yardımının Təminatı şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə etdiyi, əvvəllər tanımadığı xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Masallı rayon, Mollaoba kənd sakini X6 məxsus "xxxx" tərəfindən verilmiş 6768 6753 7594 1661 nömrəli plastik təqaüd kartı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Xumar Əhmədovaya məxsus elektron məlumat daşıyıcısı hesab edilən dövlət büdcəsindən sonuncu üçün təyin edilmiş təqaüdün xx.xx.2014-cü il tarixdə 308 manatını, xx.xx.2014-cü il tarixdə 150 manatını, xx.xx.2014-cü il tarixdə 4 manatını, xx.xx.2014-cü il tarixdə 150 manatını, xx.xx.2014-cü il tarixdə 5 manatını, xx.xx.2014-cü il tarixdə 150 manatını, xx.xx.2014-cü il tarixdə 4 manatını, xx.xx.2014-cü il tarixdə 154 manatını, xx.xx.2014-cü il tarixdə 154 manatını, xx.xx.2014-cü il tarixdə 154 manatını, xx.xx.2014-cü il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 154 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını Masallı rayonu ərazisində, xx.xx.2015-ci il tarixdə 155 manatını Lənkəran rayonu ərazisində, xx.xx.2015-ci il tarixdə 155 manatını Masallı rayonu ərazisində, xx.xx.2016-ci il tarixdə 155 manatını Lənkəran rayonu ərazisində, xx.xx.2016-ci il tarixdə 169 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 168 manatını Masallı rayonu ərazisində, xx.xx.2016-ci il tarixdə 167 manatını Lənkəran rayonu ərazisində, xx.xx.2016ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını Masallı rayonu ərazisində, xx.xx.2016-ci il tarixdə 167 manatını Bakı şəhəri ərazisində, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2017-ci il tarixdə 168 manatını, xx.xx.2017-ci il tarixdə 167 manatını, xx.xx.2017-ci il tarixdə 181 manatını, xx.xx.2017-ci il tarixdə 174 manatını, xx.xx.2017-ci il tarixdə 100 manatını və xx.xx.2017-ci il tarixdə 74 manatını Masallı rayonu ərazisində, vahid niyyətlə "xxxx"a aid bankomatlardan çıxarıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 5939 (beş min doqquz yüz otuz doqquz manat) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ali məktəbi bitirdikdən sonra 2002-ci ildə hazırkı DSMF-du həmin vaxt Əmək və Əhəlinin Sosial Müdafiəsi Mərkəzi adlanmış və oda həmin məkrəzə mühasibatlıq şöbəsinə işə qəbul olunmuşdur. 2006-cı ildə fərdi uçotun təşkili sektoruna məsləhəti təyin olunmuş, sonra sosial sığorta şöbəsinə və sair kimi vəzifələrdə işləmişdir. 2019-cu ildə Nazirlik tərəfindən regional ASAN xidmət mərkəzinə ezam olunmuşdur. 2021-ci ilin 22 yanvar tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən azad olunmuşdur. İşlədiyi müddət ərzində nə xəbərdarlıq almış, nə barəsində intizam icraatı açılmış, nədəki hər hansı bir başqa tənbeh tərtib olunmuşdur. 2021-ci ildə bir vətəndaş Korrupsiya idarəsinin qaynar xətti olan 161 nömrəsinə müraciət edərək ona təyin olunmuş sosial yardımın kəsilməsi ilə bağlı onun adını hallandırıb ki, guya onun həmin şəxsə təyin olunmuş sosial yardımın dayandırılmasına səbəb olmuşdur. Həmin işlə bağlı da məhkum olunmuşdur. Lakin 2021-ci ilin mart ayında Masallı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qətnaməsində həmin şəxsin izahatında şəxs ona təyin olunmuş sosial yardımın kəsilməsində onun günahının olmasını qeyd etməsini ona qarşı atılmış şər və böhtan olduğunu bildirmişdir. Məhkəmədə qətnamə qəbul edib ki, həmin şəxsin barəsində söylədikləri şər və böhtan xarakterlidir. Həmin şəxs onun işdən azad olunmasınada səbəb olmuşdur. Hazırkı işlə bağlı prokurorluğa çağırıldığı zaman ona məlum olmuşdur ki, mərhum Səkinə Nəhmətovanın və Xumar Əhmədovanın kartından pul çıxarılmışdır. Həmin işlə bağlı prokurorluqda olduğu zaman ona fotoşəkillər göstərmişlər, onun özünündə fotoşəkillərini çəkmişlər. 2020-ci ilin şəkilləri ilə eyniləşdirmişlər, guya ki, həmin vaxtı olan şəkillərdə uyğunluq var, yaxudda şəkil oxşarlığı istisna olunmur. Amma hansı cizgilərin uyğunluğunu bilmir. Lakin bununla bağlı ekspert rəyi olduğu qeyd olunmuşdur. Təbii ki, onun bənzəri, oxşarı ola bilər. Şəxsiyyət vəsiqəsində də 19 oxşarının olduğu qeyd olunmuşdur. Bu səbəbdən həmin şəxsin onun oxşarı olması istisna olunmur. Hansısa cizgilər uyğun gələ bilər. Onu əsas götürərək onu Səkinə Nəhmətova və Xumar Əhmədovanının işləri ilə bağlı eyniləşdiriblər. Guya orada o, iştirak etmişdir və buna görə hazırkı ittihamlar üzərinə qoyulmuşdur. Teymur Əliyev onun həmkəndlisi, qonşusu və keçmiş iş yoldaşı olmuş və 2011-ci ildə işdən çıxmışdır. Bu səbəbdən də Teymuru tanıyır, münasibətləri olub. Hələ onu prokurorluğa çağırmamış Teymuru çağırmışlar ki, “sənin belə bir işdə iştirakın var ya yox” və bununla bağlı suallar veriblər, fotoşəkilləri təqdim ediblər. Teymurun deməsinə görə orada görünən şəxs “mənə oxşayır”. Bundan bir müddət sonra isə onu çağırmışlar və demişlər ki, “sənə oxşarlığı vardır”. Təsadüf nəticəsində torpanmış sənədlər əsasında ona qarşı belə bir ittiham irəli sürülmüşdür. Çünki ona qarşı əvvəllərdə Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə ittiham irəli sürülmüş və sonradan 178-ci maddəyə tövsif edilmişdir. Səkinə Nəhmətovanı və Xumar Əhmədovanı, eləcədə onların qohumlarını əvvəllər tanımamışdır. Sonradan keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilərək törətmiş olduğu əməli etiraf etdiyini bildirərək, əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənilməsi ilə bağlı ona vaxt verilməsini xahiş etmişdir. Ona verilmiş vaxt ərzində o, vurulmuş ziyanı tam şəkildə ödəmiş, eyni zamanda dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizini ödəyərək zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmadığını nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Masallı rayon Məhkəməsinin icraatında olan 1(050)-54/2023 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu müvafiq qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə Masallı rayon prokuroru baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən fakta görə başlanmış ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə istintaqın aparılması üçün aidiyyəti üzrə Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının Ünvanlı Dövlət Sosial Yardımının Təminatı şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə etdiyi, əvvəllər tanımadığı xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Masallı rayon, Mollaoba kənd sakini X6 məxsus "xxxx" tərəfindən verilmiş 6768 6753 7594 1661 nömrəli plastik kartı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Xumar Əhmədovaya məxsus elektron məlumat daşıyıcısı hesab edilən dövlət büdcəsindən sonuncu üçün təyin edilmiş təqaüdün xx.xx.2014-cü il tarixdə 308 manatını, xx.xx.2014-cü il tarixdə 150 manatını, xx.xx.2014-cü il tarixdə 4 manatını, xx.xx.2014-cü il tarixdə 150 manatını, xx.xx.2014-cü il tarixdə 5 manatını, xx.xx.2014-cü il tarixdə 150 manatını, xx.xx.2014-cü il tarixdə 4 manatını, xx.xx.2014-cü il tarixdə 154 manatını, xx.xx.2014-cü il tarixdə 154 manatını, xx.xx.2014-cü il tarixdə 154 manatını, xx.xx.2014-cü il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 154 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını. xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını, xx.xx.2015-ci il tarixdə 155 manatını Masallı rayonu ərazisində, xx.xx.2015-ci il tarixdə 155 manatını Lənkəran rayonu ərazisində, xx.xx.2015-ci il tarixdə 155 manatını Masallı rayonu ərazisində, xx.xx.2016-ci il tarixdə 155 manatını Lənkəran rayonu ərazisində, xx.xx.2016ci il tarixdə 169 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 168 manatını Masallı rayonu ərazisində. xx.xx.2016-ci il tarixdə 167 manatını Lənkəran rayonu ərazisində, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-cı il tarixdə 167 manatını Masallı rayonu ərazisində. xx.xx.2016-ci il tarixdə 167 manatını Bakı səhəri ərazisində, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2016-ci il tarixdə 167 manatını, xx.xx.2017-ci il tarixdə 168 manatını, xx.xx.2017-ci il tarixdə 167 manatını, xx.xx.2017-ci il tarixdə 181 manatını, xx.xx.2017-ci il tarixdə 174 manatını, xx.xx.2017-ci il tarixdə 100 manatını və xx.xx.2017-ci il tarixdə 74 manatını Masallı rayonu ərazisində, vahid niyyətlə "xxxx"a aid bankomatlardan çıxarıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 5939 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzuluq etmişdir. Sonradan keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 çıxışında törədilmiş cinayət əməli nəticəsində dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığı bildirərək bununla bağlı verilmiş məktubu məhkəməyə təqdim edərək qənuni və ədalətli məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Xumar Əhmədova onun anasıdır. Ailədə 8 uşaq olmuşlar. Anası Xumar və atası Mirzəbalanın birlikdə yaşadığı Masallı rayonu, Mollaoba kəndində o və qardaşı Soltanağa yaşayır. Digər bacı və qardaşları isə Bakı şəhərində və Türkmənistan Respublikasında yaşayırlar. 2001ci il tarixdə dini təhsil almaq üçün İran İslam Respublikasının Məşhəd şəhərində oxuyub yaşamışdır. 2015-ci il tarixdə isə birdəfəlik olaraq Azərbaycan Respublikası Masallı rayonuna qayıtmışdır. Müvafiq dövlət orqanından daxil olmuş məlumatın mahiyyəti üzrə bildirmək istəyir ki, anası Xumar Əhmədova 24 mart 2014-cü il tarixdə vəfat etmişdir. Anasının bir evdə yaşadığı atası Mirzəbala Əhmədov isə 16 fevral 2018-ci ildə dünyasını dəyişmişdir. Anası rəhmətə getdiyi vaxt onun sənədləşmə, ölüm pulu və s. işlərini atası Mirzəbala o vaxt Boradigah icra nümayəndəsi olan, hazırda ölmüş Ələkbər Cəfərov vasitəsilə görmüşdür. 2020-ci ilin yanvar ayında həmkəndlisi, əvvəllər DSMF işçisi olmuş Teymur Əliyev ona zəng edərək anasının pensiyasının ölümündən sonra da alınması ilə bağlı DSMF-nın Masallı rayon şöbəsinə gəlməli olduğunu bildirmişdir. DSMF-nin Masallı rayon şöbəsində olarkən DSMF-nin işçisi Rövşən və adını xatırlamadığı DSMF-nın bir nəfər əməkdaşı onları idarədə qəbul etmişlər. O, orada olarkən ona məlum olmuşdur ki, anası Xumar Əhmədovanın 14 mart 2014-cü ildə ölməsinə baxmayaraq onun pensiyası 2018-ci ilədək şəxsiyyəti ona məlum olmayan şəxs tərəfindən hər ay çıxarılmışdır. DSMFnin işçiləri onlardan qeyd edilən faktla bağlı xəbərinin olub-olmamasını soruşmuşlar. Soltanağa və o, isə bu barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. Daha sonra isə evə gəlmişlər. Anasının öldüyü vaxt o, İran İslam Respublikasında olmuş, çox güman ki, sənədləşmə həmin vaxt hal-hazırda ölmüş atası Mirzəbala tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və qərarlardan görünür ki, Paşayev X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(99)-404/2021 saylı hökmü dəyişdirilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə tövsif edilmiş və ona 6000 (altı min) manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli 1(102)-920/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi haqqında yekun qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli 1(106)742/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7.000 (yeddi min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 26 aprel 2021ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüquqndan məhrum edilməklə 6.000 (altı min) manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli 1(102)-1370/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Masallı rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 6000 (altı min) cərimə cəzasının icrası ilə əlaqədar 300 manat ödəniş etmişdir. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında 14 nömrəli akt qeydindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüş və bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 14 nömrə ilə qeydiyyat aparılmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-1672/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən çıxarışdan və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 1929-cu ildə Masallı rayonu Mollaoba kəndində doğlunmuş X4 09 aprel 2004-cü ildə Masallı rayonu Mollaoba kəndində ölməsi faktı müəyyən edilmiş və bu barədə Masallı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 711 nömrə ilə qeydiyyat aparılmışdır. Kapital Bank ASC-nin Masallı rayon filialından təqdim edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X5 adına olan plastik kartdan (kartın nömrəsi-6768 6753 7594 1661) xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 5939 manat pul ATM (bankomat) vasitəsilə pul çıxarılmışdır. Eyni zamanda "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd DVD diskdəki fayllara baxış keçirilmişdir. Baxış zamanı Xumar Əhmədovaya məxsus olan plastik kartdan xx.xx.2016-cı il tarixdə, xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixlərdə ATM ( bankomat) vasitəsilə pul çıxaran şəxsin fotogörüntüləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən **********3 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Masallı RİHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Paşayev X8 rayonu, Boradigah qəsəbəsi, C.Cabbarlı küçəsi ev 55-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə portret ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 3/1602 saylı rəyində qeyd edilmişdir ki, təqdim edilmiş üzərində “ATM görüntüləri” yazı qeydləri olan diskin daxilindəki “xx.xx.2017” adlı qovluqda olan fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün sifət elementləri (yanaqlar, gözlər, göz yarıqları, göz qapaqları, burun, qaşlar, ağız, çənə və s.) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Təqdim edilmiş üzərində “ATM görüntüləri” yazı qeydləri olan diskin daxilindəki “xx.xx.2017” və “xx.xx.2016” adlı qovluqlarda olan toşəkillərdə əks olunmuş kişi cinsi şəxsin xarici görünüşünün ümumifiziki və bir neçə anatomik element və əlamətləri – sifətin konfiqurasiyası, saç xətti, alın, burun, qaşlar, qulaq müqayisəli tədqiqat üçün qismən yararlıdır. Təqdim edilmiş üzərində “ATM görüntüləri” yazı qeydləri olan diskin daxilindəki “xx.xx.2017” və “xx.xx.2016” adlı qovluqlarda olan fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş üzərində “X17 Paşayev” yazı qeydləri olan diskin daxilindəki “Təqsirləndirilən şəxs” adlı qovluqda olan fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, X6 ölümündən sonra artıq ödənilmiş 5939 (beş min doqquz yüz otuz doqquz manat) manat vəsait Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1485 manat ödəməklə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 15108, 20515 və 26315 nömrəli "xxxx" ASC-yə məxsus qəbzlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna dəymiş maddi zərər müvafiq hesaba köçürülmüşdür. Mülki iddiada qeyd edilmiş 5939 (beş min doqquz yüz otuz doqquz manat) manat məbləğində ziyan tam şəkildə ödənildiyindən, zərərçəkmiş hüquqi şəxs olaraq tələb və şikayəti yoxdur. Nəzərə almağınızı xahiş edirik. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, zərərçəkmiş şəxslə barışdığından (şikayət və tələbi olmadığından), ona vurulmuş ziyan tamamilə ödənildiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə prosses iştirakçılarının ifadələrini və dövlət ittihamçısının təklifini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməl az ağır cinayətdir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək əməlindən peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini qeyd edərək, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətmişdir. Buna görə də təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizini təşkil edən 1485 manat ödənişin edilməsi qanuna müvafiqdir və onun cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, habelə cinayət təqibinə xitam verilməsi haqqında xahişini nəzərə alıb belə qərara gəlir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkəmə portret ekspertizanın dəyəri olan 146 (yüz qırx altı) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan da göründüyü kimi mülki iddiada qeyd edilmiş 5939 (beş min doqquz yüz otuz doqquz) manat məbləğində ziyan tam şəkildə ödənildiyindən, zərərçəkmiş hüquqi şəxs olaraq tələb və şikayətlərinin olmadığı bildirilmişdir. Məhkəmə dəymiş ziyanın tam şəkildə ödənildiyini və zərərçəkmiş şəxsin tələb və şikayətlərinin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs 146 (yüz qırx altı) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar