Məhkəmə qərarları › İş №1(050)-54/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-54/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-54/2024 02.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 1994-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Masallı rayon, Həsənli kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı şəhəri, Qarabağ küçəsində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən 01 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 470 ( dörd yüz yetmiş ) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, O, bir büküm narkotik vasitə heroini videoçəkən Zaur adlı şəxsdən alaraq anasına məxsus evə getmiş, oradan çıxan zaman yaşadığı blokun qarşısında olan zaman Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman qarşısına 470 qram qurudulmuş marixuana qoyularaq etirafedici ifadə verməsinə təhrik edilmiş, o da qorxaraq belə ifadə vermişdir. Polis şöbəsində fiziki işcəngəyə məruz qalmamış, lakin üzərinə qoyulmuş marixunanın ona məxsus olması ilə bağlı etirafedici ifadə vermədiyi təqdirdə daha ağır maddə ilə narkotik vasitənin üzərinə qoyulacağı ilə bağlı hədə-qorxu gəlinmişdir. Bundan başqa o, narkotik vasitə heroini polis əməkdaşına Zaur adlı şəxsdən aldığını bildirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs X3 cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında cinayət işi materiallarında olan tədqiq edilmiş həmin ifadələrində göstərmişdir ki, o, bir müddətdir ki, bədənində olan ağrılar ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 17 yanvar 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yuxudan oyanarkən bədənində ağrılar hiss etmişdir. Özündə narkotik vasitə marixuana olmadığından əvvəlcə Lənkəran rayonu qumbaşı kəndinə getmək istəmişdir. Lakin sonradan fikrini dəyişmiş və o, Cəlilabad şəhər ərazisinə gedib oradan istifadə etmək üçün marixuana əldə etmək qərarına gəlmişdir. Masallı şəhər ərazisində yerləşən “Seybətin dairəsi” adlanan yerdə Cəlilabad rayon istiqamətinə gedən tanımadığı taksi sürücüsünə əl etmiş və həmin avtomobilə əyləşib Cəlilabad rayonuna getmişdir. Cəlilabad şəhər ərazisində olarkən 1 nəfər tanımadığı şəxsin yolun kənarında dayanmasını görmüş və zahiri görünüşündən narkotik vasitə aludəçisinə oxşatmışdır. O, həmin şəxsə yaxınlaşmış, bədənində ağrıların olmasını və narkotik vasitə marixuanaya ehtiyacının olmasını, həmçinin uzun müddət istifadə etmək üçün xeyli miqdarda lazım olduğunu demişdir. Həmin şəxs ona yarım kilo narkotik vasitə marixuana təşkil də biləcəyini demiş və əgər almaqda fikri ciddidirsə gedib gətirə biləcəyini bildirmişdir. O, ona fikrinin ciddi olmasını və üzərində pulun olmasını bildirmişdir. Həmin şəxs çıxıb getmiş və ondan həmin yerdə gözləməsini xahiş etmişdir. Təxminən 1 saat sonra gəlmiş və gödəkçəsinin iç hissəsindən qara rəngli sellofana bükülmüş bükümü ona verərək qurudulmuş marixuana olduğunu demişdir. O, həmin şəxsdən bükümü götürmüş və əvvəlcədən razılaşdığı kimi 280 manat pulu vermişdir. Narkotik vasitə qurudulmuş marixuananı ondan aldıqdan sonra bir qədər Cəlilabad şəhər ərazisində yerləşən parkda gəzmiş, yemək yemiş və sonra Masallı rayonuna tanımadığı taksi ilə gəlmişdir. O, Masallı şəhər ərazisinə gəldikdə saat artıq təxminən 15 radələri olmuşdur. Üzərindəki narkotik vasitəni ailə üzvləri bilməsin deyə yaşadığı evə aparmaq istəməmişdir. Buna görə də bir qədər Masallı şəhər ərazisində piyada gəzmişdir ki, hava qaraldıqdan sonra narkotik vasitə marixuananı əlverişli yerdə gizlətsin və lazım olanda istifadə edə bilsin. Saat təxminən 19 radələrində Masallı şəhəri Qarabağ küçəsində piyada hərəkət edərək əlverişli yer axtarmaq istəyərkən bu zaman əvvəllər tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib Nüsrət, Aqil və İbrahim adlı polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞ-yə dəvət etmişlər. O, Polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində onu baş təhqiqatçı Ariz Səfərovun xidməti otağına aparmışlar və o, şübhəli şəxs qismində tutulmuşdur. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərimdə olubolmaması barədə sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin iç sol qoltuqlatı hissəsində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 500 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X4, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı şəhəri Qarabağ küçəsində Təqsirləndirilən şəxs gəzişərkən saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirillən zaman o, əynində olan qara rəngli gödəkçəsinin iç hissəsinin sol qoltuqaltından qara rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və Cəlilabad şəhəri ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 280 manata aldığını bildirmişdir.Bundan başqa keçirilən əməliyyat axtarış zamanı Təqsirləndirilən şəxs Zaur adlı şəxdən narkotik vasitə alması ilə bağlı fakt aşkar olunmamışdır. O, məsuliyyətdən yayınmaq üçün məhkəmə iclasında ziddiyyətli ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, X5 və şahid Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Masallı rayon, Həsənli kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri Qarabağ küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X4, onun və Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı şəhəri Qarabağ küçəsində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı Ariz Səfərovun xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin iç hissəsinin sol qoltuqaltından qara rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin günü səhər saatlarında Cəlilabad şəhəri ərazisindən tanımadığı şəxsdən 280 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 500 (beş yüz) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə fiziki-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19/42 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi:- 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. marixuananın təmiz çəkisi 470,0 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 469,9 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 19 yanvar 2024-cü il tarixli 43 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür Sübütların qıymətləndirilməsi haqqında qərardan görünür ki, qalıq çəkisi 469,9 qram qurudulmuş marixuna və şəxsi axtarış barədə 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən 01 ( bir) ədəd qara rəngli sellofan büküm təqdim etməsi və marixuna olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahid ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması barədə məhkəmə istintaqında verdiyi ifadəyə münasibətdə qeyd edir ki, onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı şəxsi axtarış keçirilməsi barədə protokol, protokola əlavə edilmiş videoçəkiliş, həmçinin ibtidai istintaqda vermiş olduğu etirafedici ifadələri ilə onun məhkəmədə verdiyi ifadəsi təkzib olunur, ona görə də, məhkəmə onun məhkəmədə verdiyi ifadəsini qanuni və mötəbər sübut kimu qəbul etmir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2024-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı RİHB-nın Həsənli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X6 rayonu, Təkdam kəndində qeydiyyatda olsa da, yaşamayıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 59.1-ci maddəsinə göstərilən yüngülləşdirici və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 469,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı 469,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar