Məhkəmə qərarları › İş №1(050)-59/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-59/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-59/2025 18.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respubikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İİ qurup əlil, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2004-cü ildə anadan olmaqla yetkinlik yaşına çatmış şəxs olduğu halda 18 avqust 2008-ci il təvəllüdlü, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan əmisi qızı Zərərçəkmiş şəxs ilə 2024-cü ilin aprel ayının 4-5-i tarixlərində yaşadığı Masallı rayonu, Qızılağac kəndində yerləşən nənəsi Şahid2 məxsus bir mərtəbəli yaşadığı fərdi evin yataq otağındakı çarpayının üzərində onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bildiyi halda Zərərçəkmiş şəxs razılığı əsasında onunla öpüşüb-sevişərək öz kişi cinsiyyət orqanını sonuncunun qadın cinsiyyət orqanının üzərinə sürtüb tam ereksiya vəziyyətinə gətirib ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs qadın cinsiyyət orqanına daxil etməklə onun qızlıq pərdəsinin anatomik tamlığını pozaraq təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Həmin tarixdə təxminən 10-15 dəqiqədən sonra eyni yerdə və üsulla həmin əməllərini davam etdirib Zərərçəkmiş şəxs ilə ümumlikdə iki dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Masallı rayonu, Qızılağac kəndində nənəsi Şahid2 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əmisi qızıdır. 2024-cü ilin fevral ayının əvvəllərindən Səidəgilə gedib-gəldiyi müddətdə Səidəyə qarşı sevgi hislərinin olmasını hiss etdiyi üçün ondan xoşu gəldiyini demişdir. Həmin vaxtdan etibarən Səidə ilə aralarında qarşılıqlı sevgi münasibətləri yaranmışdır. Biz bir müddət gizli söhbət edərək danışmışlar. 2024-cü ilin aprel ayının əvvəllərində Səidə ilə evlənmək məqsədi ilə qoşulub qaçmaq barədə razılığa gəlmişdir. 2024-cü ilin aprel ayının 4-5-i ərəfələrində, saat 23 radələrində Səidəgilə gəlmiş və onu nənəsi Diləfruza məxsus evə gətirmişdir. Onun təklifi və Səidənin razılığı ilə cinsi əlaqədə olmuşlar. Bundan təxminən 10-15 dəqiqə sonra ikinci dəfə cinsi əlaqədə olmuşlar. Nənəsinin evdə olmaqlarından xəbəri olmamışdır. Bundan sonra Səidəni evlərinə aparmışdır. Bir müddətdən sonra Səidə aybaşı olmadığını bildirdiyi üçün 23 noyabr 2024cü il tarixdə, saat 15 radələrində hamiləlik testi alıb ona vermişdir. Səidə testlə özünü yoxlayan zaman ona hamilə olmasını demişdir. 25 noyabr 2024-cü il tarixdə, saat təxminə 17 radələrində Səidə ailə üzvüləri ilə birlikdə nənəsi Diləfruzun evinə qonaq gəlmişdir. Orada Səidə ilə ailə qurmaq üçün qaçmaq qərarına gəlmişlər. Səidə saat 23 radələrində evlərinə qayıtdıqdan sonra Səidənin yaşadığı evə gələrək onu öz razılığı ilə nənəsi Diləfruzun evinə gətirmişdir. Həmin günü baş verənlər haqqında nənəsinə məlumat verdikdən sonradan nənəsi Səidənin valideynlərini, yəni əmisi Ramalı və əmisi arvadı Vüsaləni öz evinə çağırmış və olanlar barədə onlara məlumat vermişdir. Əmisi arvadı Vüsalə Səidəni öz evinə aparmaq istəyəndə nənəsi Səidənin hamilə olduğunu bildirdiyi üçün Səidə onunla nənəsinin evində qalmışdır. 30 noyabr 2024-cü il tarixdə nənəsi Səidəni həkim müayinəsi üçün Masallı rayon Mərkəzi xəstəxanasına aparmış, sonra əmisi Şahid3 onunla birlikdə Masallı rayon Polis şöbəsinə gəlmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə faktiki nikah münasibətlərində birlikdə yaşayacağını, İİ qrup əlliyini və anasının hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Masallı rayon İcra Hakimiyyəti Başçısı yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 18 avqust 2008-ci il təvəllüdlü olmaqla atası Ramal, anası Vüsalə və digər ailə üzvləri ilə birlikdə yaşayır. 2024-cü ildə Qızılağac kənd orta məktəbin 9-cu sinifini bitirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində əmisi oğlu Təqsirləndirilən şəxs onların evilərinə gəlib-gedən zamanı Saleh onu bəyəndiyini demişdir. O, da Salehə ondan xoşu gəldiyini bildirmişdir. Bir müddət gizli söhbət edərək danışırmışlar. 2024-cü ilin aprel ayının əvvəllərində Saleh ilə evlənmək məqsədi ilə qaçmağa razılaşmışdır. 2024-cü ilin aprel ayının təxminən 4-5-i ərəfələrində, saat 23 radələrində Saleh onun yaşadığı evə gələrək onunla qaçmağı təklif etmiş, o, da könüllü olaraq ailə qurmaq məqsədi ilə Salehlə birlikdə nənəsi Diləfruza məxsus evə qaçmışdır. Orada Salehin təklifi əsasında öz razılığı və istəyi əsasında könüllü olaraq cinsi əlaqədə olmuşlar. Həmin vaxt onun qızlıq pərdəsi pozulmuşdur. Bundan 10-15 dəqiqə sonra Salehlə ikinci dəfə cinsi əlaqədə olmuşlar. Sonra Saleh onu yaşadıqları evə gətirmişdir. Bu barədə heç kimə xəbər verməmişdir. Bir neçə ay sonra davamlı aybaşı olmadığını görüb Salehə demiş və o, hamiləlik testi alaraq ona vermişdir. O, testlə özünü yoxlamış və hamilə olduğunu bilmişdir. Bu barədə Salehə dedikdən sonra 25 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində onun yaşadığı evə gələrək evlənmək məqsədi ilə qaçmağı təklif etmişdir. O, öz razılığı ilə Salehlə birlikdə nənəsin evinə qaçmışdır. Həmin gün nənəsi Diləfruza baş verənlər haqqında məlumat verdikdən sonradan nənəsi valideyinlərini çağıraraq bu barədə onlara məlumat vermişdir. Atasıgil onu öz evlərinə aparmaq istəyəndə nənəsi onun hamilə olmağından şübhəli olduğun və onu həkim müayinəsinə aparmalı olduqlarını dediyi üçün orda qalmışdır. 30 noyabr 2024-cü il tarixdə nənəsigil onu Masallı rayon Mərkəzi xəstəxanasına həkim müayinəsinə apardıqdan sonra atası Şahid3 onunla birlikdə Masallı rayon Polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə faktiki nikah münasibətlərində birlikdə yaşamaq istədiyini, ona qarşı şikayət və tələbi olmadığını, uşağının ana bətinində həlak olduğunu bildirərək Təqsirləndirilən şəxs həbs olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. 25 noyabr 2024-cü il tarixdə qaynanası Diləfruzun dəvəti ilə əri Ramil ilə birlikdə onun evinə getmişlər. Həmin vaxt qızı Səidə orada olmuşdur. Diləfruz qızı Səidənin qaynı oğlu Salehlə ailə qurmaq məqsədi ilə qaçıb onlara gəlmələrini, bir neçə ay əvvəl aralarında cinsi münasibətlərinin olmasını və qızı Səidənin bakirəliyinin pozulmasını bildirmişdir. O, deyilənlərə inanmamış və Səidənin qolundan tutaraq onu evə aparmaq istəyən zaman X4 hamilə olmasını bildirmişdir. O, qızı ilə ayrıca söhbət edən zaman Səidə 2024-cü ilin aprel ayının əvvəllərində Salehlə təbii yolla cinsi əlaqədə olmasını, bakirəliyinin pozulmasını, aybaşı olmamasına görə hamilə qalmasından şübhələndiyini, test eləyib yoxlayan zaman hamilə olmasını öyrəndiyini demişdir. 30 noyabr 2024-cü il tarixdə Səidəni müayinə üçün Masallı rayon Mərkəzi xəstəxanasına aparmışlar və onun 32 həftəlik hamilə olması müəyyən edilmişdir. Daha sonra Səidəni izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər. X8 istədiyi üçün və ailə qurmaq niyyəti ilə onunla birlikdə getmişdir. Hal-hazırda qızı oxumaq istəyir. Ancaq müəyyən yaş həddinə çatdıqda Salehlə birlikdə yaşamaları onun özünün qərarıdır. Salehlə bağlı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, Saleh demək olar ki, özü böyütmüşdür. Saleh də, onun bir övladıdır. Hal-hazırda qızı oxumaq istəyir. Ancaq müəyyən yaş həddinə çatdıqda Salehlə birlikdə yaşamaları onun özünün şəxsi qərarıdır. Salehlə bağlı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs qzı və Təqsirləndirilən şəxs onun nəvələridir. Salehin atası, yəni onun oğlu Samir Bakı şəhərində işlədiyi, gəlni Aygün isə cəzaçəkmə müəssisəsində olduğu üçün Saleh onunla birlikdə yaşayır. 25 noyabr 2024-cü il tarixdə, gecə saatlarında Səidə və Salehin yaşadığı evə gəldiklərini görüb Səidədən evlərinə getməməsinin səbəbini soruşmuşdur. Saleh Səidəni evlənmək məqsədi ilə qaçırdığını və Səidənin ondan hamilə olduğunu bildirmişdir. O, Ramala zəng edərək arvadı Vüsalə ilə birlikdə evə çağırmış və onlar gəldikdən sonra Səidənin Saleh ilə ailə qurmaq məqsədi ilə qaçıb onlara gəldiyini, bir neçə ay əvvəl aralarında cinsi münasibətlərinin olmasını və Səidənin bakirəliyinin pozulmasını demişdir. Vüsalə deyilənlərə inanmayaraq Səidənin qolundan tutub onu evə aparmaq istəyən zaman Səidənin Salehdən hamilə olmasını bildirmişdir. Bu zaman Vüsalə Səidə ilə ayrıca otağa keçib söhbət edən zaman Səidə baş verənləri anasına danışmışdır. Ona görə də, 30 noyabr 2024-cü il tarixdə Səidəni müayinə üçün Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışlar və onun 32 həftəlik hamilə olması müəyyən edilmişdir. Daha sonra Səidəni izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər. Hər ikisi onun nəvəsidir, bir-birilərini sevdikləri üçün bu hadisə baş vermişdir. Bundan sonra da, ər-arvad olaraq faktiki nikah münasibətlərində yaşayacaqlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 02 dekabr 2024-cü il tarixli, 1096 nömrəli rəyindən görünür ki, 1.vət. Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmadı; 2.vət. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı çoxdan pozulmuşdur, daha doğrusu pozulma müddəti 2-3 həftədən artıqdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 30 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, 18 avqust 2008-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs 30 noyabr 2024-cü il tarixdə Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin “Ginekologiya və Doğum” şöbəsinə müraciət etmiş, həkim mütəxəssis tərəfindən müayinə edilmişdir. Diaqnoz: “32 həftəlik hamiləlik-baş gəlişi. Anaemiya 2-ci dərəcə.” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 02 dekabr 2024-cü il tarixli, 1098 nömrəli rəyindən görünür ki, 1. Vət. Təqsirləndirilən şəxs cinsi əlaqədə ola bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar olunmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 11/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişikliklərin baş verməsi müəyyən olunmur. X1 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. X2 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilmiş hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 14 fevral 2025-ci il tarixli raportdan görünür ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Qızılağac kənd sakini Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının 4-5-i tarixlərində Masallı rayonu, Qızılağac kəndində yerləşən nənəsi Şahid2 məxsus yaşadığı evdə onun üçün aşkar surətdə 16 yaşına çatmayan 18 avqust 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə iki dəfə təbii yola cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu vaxtlarda ona qarşı heç bir fiziki və psixi təsir etməmiş, Zərərçəkmiş şəxs öz razılığı və istəyi əsasında kənar təsirlər olmadan könüllü olaraq Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs digər şəxslərlə cinsli əlaqədə və ya münasibətdə olması, həmçinin hadisəni görən və yaxud ondan xəbəri olan şəxslər barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə müraciət etməsi barədə hər hansı müraciət aşkar olunmamışdır. 18 avqust 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 30 noyabr 2025-ci il tarixdə “Ananın antenatal müayinəsi zamanı aşkar edilən normadan kənara çıxmalar” diaqnozu ilə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Doğum və Ginekologiya şöbəsinə müraciət etmişdir. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan Əsgərov X5 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs – “Skolioz. Onurğanın anadangəlmə döş tipli sol tərəfli dördüncü dərəcəli (=560), bel tipi sağ tərəfli dördüncü dərəcəli (=740) S-vari skoliozu” diaqnozu ilə İİ qrup əlildir və pensiya alır. - fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs anadangəlmə döş tərəfi və belin sağ tərəfi dəyişilmiş formadadı, onurğanın skoliozu xəstəliyindən əziyyət çəkir. - Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin ərazisində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şifahi və yazılı müraciət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 2004-cü ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, özünün və atasının İİ qrup əlilliyini, anasının azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, zərərçəkmiş şəxs olan əmisi qızı ilə qanunla rəsmi nikaha icazə verilməsinə baxmayaraq birlikdə ər-arvaq olaraq yaşamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, maddədə müəyyən edilmiş aşağı həddən də, az cəza təyin edilə bilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Buna görə də, ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmə qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı halları, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, habelə cinayətin ictimai təhlükəliliyini, faktiki olaraq ər-arvad münasibətlərində olmalarını, özünün İİ qrup əlil olmaqla onurğanın skoliozu xəstəliyindən əziyyət çəkməsini, faktiki nikahdan olan uşaqlarının ana bətnində tələf olmasını nəzərə alaraq, həmçinin ədalətli və humanizm prinsiplərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən X3 ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 1 (bir) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış)məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar