Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-6/2023 25.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1965-ci il tarixdə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi ilə 6 ədəd bükümdə narkotik vasitə hesab edilən tiryəki, 3 ədəd kibrit qutusunda və 8 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, Masallı RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 06 ədəd şəffaf rəngli sellefon bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,793 qram, 0,531 qram, 9,338 qram, 0,721 qram, 0,828 qram, 0,697 qram olmaqla ümumi təmiz çəkisi 12,908 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, kimyəvi komponentlərinə görə bir-birləri ilə eynilik təşkil edən narkotik vasitə tiryək, 8 ədəd bükümlərdə və 3 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,304 qram, 0,239 qram, 0,180 qram, 0,247 qram, 0,401 qram, 0,284 qram, 0,229 qram, 4,760 qram, 2,335 qram, 5,318 qram olmaqla ümumi təmiz çəkisi 14,634 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xarici görnüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun illərdir narktoik vasitələrdən istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində bədənində güclü ağrılar olduğundan narkotik vasitə əldə etmək məqsədi ilə Masallı rayonu, Ərkivan qəsəbəsindən tanımadığı taksi ilə Lənkəran rayonu, Liman şəhərinə getmişdir. Orada tanımadığı bir nəfər şəxsdən 06 büküm, ümumilikdə 15 qram narkotik vasitə tiryəki 1 qramını 15 manatdan olmaqla 105 manata alaraq Masallı rayonundakı evinə gəlmişdir. Həmin gün 06 ədəd tiryək bükümlərindən birini açıb üzərindən az miqdarda özü istifadə etmişdir. Bundan bir neçə gün sonra qurudulmuş marixuanadan istifadə etmək istədiyi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında yenə Lənkəran rayonu, Liman şəhərinə getmiş və orada tanımadığı bir nəfər şəxsdən 3 ədəd kibrit qutularında və 8 ədəd kağız bükülülərdə, ümumilikdə 20 qrama yaxın qurudulmuş marixuananı 220 manata alaraq Masallı rayonuna qayıtmışdır. Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində aldığı narkotik vasitə qurudulmuş marixuanadan az miqdarda istifadə etmişdir. Həmin gün təxminən saat 18 radələrində Ərkivan qəsəbəsində hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu, bu səbəbdən də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirdikdə, o, polis şöbəsinə getməyə etiraz etməmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Abbasağa Paşayev ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini bildirmiş və onu şübhəli şəxs kimi tutmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində qurudulmuş marixuana olan üç ədəd kibrit qutusunu, 8 ədəd bükümü yerləşdirdiyi qara rəngli kiçik sellofanı və içərisində 06 büküm tiryəki saxladığı kiçik ağ sellofanı masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən 06 ədəd bükümdə olan tiryək, 3 ədəd kibrit qutusunda və 8 ədəd bükümdə olan qurudulmuş marixuana ayrı-ayrılıqda və ümumilikdə elektron tərəzidə çəkilmişdir. Şübhəli şəxs qismində saxlanılarkən və hal-hazırda da bildirir ki, o, kimsəyə naroktik vasitə satmamış, narkomaniya xəstəliyindən əzab çəkdiyi üçün narkotik vasitələrdən istifadə edir. Buna görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədən göstərilənləri nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş və elan olunmuş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri gəzdirməsi, qəbulu və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbə rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi təhqiqatçı Abbasağa Paşayevdən və NMQ-nun əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman görüb saxlayaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin qəbulunda, satışında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından, onu Masallı RPŞ-nə dəvət etmiş, sonuncu da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlməyə razılaşmışdır. Həmin vaxt şifahi olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, sonuncu üzərində 6 büküm tiryək, 08 bükümdə və 03 ədəd kibrit qutusunda qurdulmuş marixuana olduğunu bildirmişdir. Masallı RPŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına gətirilmişdir. Orada Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq ona hüquqları izah olunmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Sonra təhqiqatçı RPŞ-nin baş inspektor kriminalisti polis leytenantı Ramal Şükürovun video çəkiliş aparması ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlamışdır. Şəxsi axtarış başlanmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən 6 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüləri, eyni zamanda şalvarın həmin cibindən qara sellofanda üç ədəd kibrit qutusunu və 8 ədəd bükülünü təqdim etmişdir. Daha sonra edilən sorğu sual zamanı Təqsirləndirilən şəxs 6 ədəd şəffaf rəngli sellofanda narkotik vasitə hesab edilən tiryək, 3 ədəd kibrit qutusunun və 8 ədəd bükülünün içərisində isə qurudulmuş marixuana olduğunu, tiyəki xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində tanımadığı şəxsdən ümumilikdə 105 manat pul qarşılığında aldığını, 3 ədəd kibrit qutusunda və 8 ədəd bükülüdə olan qurudulmuş marixuanaları isə xx.xx.2022ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində tanımadığı şəxsdən ümumilikdə 220 manat pul qarşılığında aldığını, əldə etdiyi narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr olan tiryək və qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra zərfləşdirilərək DİN-in 90 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlarına şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, iki il bundan əvvəl naroktik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, lakin hazırda narkotik vasitələrdən istifadə etmir. Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs tanıyır, avtomobil təmiri ilə məşğul olduğundan VAZ markalı avtomobil üçün işlənmiş ehtiyyat hissəsi almaqdan ötrü Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-də ifadə verərkən özünün tutulmasından qorxaraq Təqsirləndirilən şəxs ona narkotik vasitə qurudulmuş marixuana satdığını bildirmişdir. Əslində isə Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Məhkəmə hesab edir ki, Şahid6 bilə-bilə yalan ifadə verməsi, həmçinin Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etməsi Təqsirləndirilən şəxs məsuliyyətdən kənar qalması məqsədini daşıyır. Belə ki, Şahid6 cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində video çəkiliş aparılmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Son 15 günə qədər Masallı rayonu, Ərkivan qəsəbəsində avtomobil təmiri ilə məşğul olmuşdur. Təxminən bir ildən artıqdır ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etmişdir. X6 Ərkivan qəsəbə sakini kimi tanıyır. Arzuman əsasən narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi qəsəbədə tanınmışdır. Onun atası Fərahim adına olan, lakin onun tərəfindən işlədilən ***-***-**-** saylı mobil telefon nömrəsi var. Həmin mobil telefon nömrəsi ilə Arzumana məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlayaraq ondan narkotik vasitə olan qurudulmuş marxiauana əldə etmişdir. Arzumanla əlaqə saxlayıb narkotik vasitə olubolmamasını soruşmuşdur. Arzumanda narkotik vasitə olub-olmamasını dəqiqləşdirdikdən sonra onun yaşadığı ünvana getmiş, sonuncu isə evinin həyətinə düşərək ona qurudulmuş marixuana vermişdir. Hər dəfə isə aldığı narkotik vasitə qurdulmuş marxiauanaya görə Arzumana 10 manat pul vermişdir. O, təxminən son iki ay bundan əvvəllə qədər narkotik vasitələrdən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitə qurdulmuş marixuana olmuş, başqa növ narkotik vasitələrdən istifadə etməmişdir. Arzumandan ancaq qurudulmuş marixuana almış, ondan əlavə Arzumandan kimin narkotik vasitə alıb-almamasını bilmir. Lakin ümumilikdə onun narkotik vasitələrin satışı ilə məşğul olmasından Ərkivan qəsəbəsində yaşayanların əksəriyyətinin məlumatı olmuşdur. O, narkotik vasitə istifadə etməyə başlayan ərəfələrdən Arzumandan pul qarşılığında narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişdir. Bu hal dəfələrlə baş vermişdir. Əsasən Arzumandan 10 manat pul qarşılığında narkotik vasitə alıb istifadə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Masallı rayonu, Sığdaş kəndində yaşayır. İş olduqda ev təmir edərək ailəsini dolandırır. Ərkivan qəsəbə sakini X6 təxminən iki ildir ki, tanıyır. Belə ki, o, iki il bundan əvvəl əmisi ilə birlikdə avtomobil ehtiyyat hissələri almaqdan ötrü Təqsirləndirilən şəxs yaşadığı Ərkivan qəsəbəsindəki evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxsla əmisinin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsinin şahidi olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan qurudulmuş marixuana istəmiş, sonuncu da təxminən 7-8 manat müqabilində ona bir dəfə istifadə üçün qurudulmuş marixuana vermişdir. Əvvəllər qurudulmuş marixuanadan istifadə etsə də, artıq istifadə etmir. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsidnə yaşayır. 2021-ci ilin qış aylarında atası ilə birlikdə Ukraniya Respublikasına getmiş, lakin orada müharibə başladığı üçün Azərbaycana geri qayıtmışdır. X6 Ərkivan qəsəbə sakini kimi tanıyır. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmuş, lakin onunla hər hansı bir əlaqəsi olmamışdır. Özü narkotik vasitələrdən istifadə etmir, əvvəllər də istifadə etməmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinin onun adında olmasına baxmayaraq həmin mobil telefon nömrəsinin kim tərəfindən istifadə edilməsini bilmir. O, hazırda ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. Həmin mobil nömrə ilə Arzumanla əlaqə saxlamamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi onun adıma olsa da, həmin mobil telefon nömrəsini o istifadə etməmişdir. Buna görə də həmin danışıqların kim tərəfindən aparılmasını bilmir. O, özü narkotik istifadə etməmiş və ətrafında narkotik istifadəçiləri də yoxdur. Demək olar ki, Ərkivan qəsəbəsində yaşayan hər kəs Arzumanın narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatlıdır. Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbdə mühafizəçi işləyir, İİ Qarabağ uğrunda gedən müharibənin iştirakçısıdır. X10 onlarla qonşuluqda yaşayır. Uzun müddətdir ki, Arzumanın narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmuşdur. Lakin özü narkotik vasitə istifadəçisi olmamış və Arzumandan narkotik vasitə almamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var. Həmin nömrə atasının xalası oğlu X4 adındadır. Belə ki, Masallı şəhərində nömrəni alan zaman öz şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığı üçün həmin nömrəni Tahir öz adına alaraq işlətməyi üçün ona vermişdir. Həmin nömrəni təxminən iki ildir ki, işlədir. Arzumanın kiçik oğlu Rafiq ruhi əsəb xəstəsidir. Hazırda onun ruhi əsəb dispanserində müalicə alması barədə məlumatlıdır. Müalicə almamışdan, yəni ruhi əsəb dispanserinə yerləşdirilməmişdən qabaq Rafiq yaşadıqları küçədə onlara müəyyən narahatçılıqlar yaratmışdır. Buna görə də işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə Arzumana məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla əlaqə saxlayıb oğlu Rafiqə nəzarət etməsini bildirmişdir. Yaşadıqları Ərkivan qəsəbəsində küçədə olan zaman mütəmadi olaraq Arzumanın fərdi yaşayış evinə tanımadıqları şəxslərin gəlib getməsini görmüş, lakin onun nakrotik vasitəni satdığı şəxsləri tanımamış, həmçinin konkret olaraq kimlərə satdığını bilməmişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis leytenantı X7 iştirakları ilə Masallı RPŞ-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 6 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüləri, eyni zamanda şalvarın həmin cibindən qara sellofanda üç ədəd kibrit qutusunu və 8 ədəd bükülünü təqdim edərək, 6 ədəd şəffaf rəngli sellofanda narkotik vasitə hesab edilən tiryək, 3 ədəd kibrit qutusunun və 8 ədəd bükülünün içərisində isə qurudulmuş marixuana olduğunu, tiyəki xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində tanımadığı şəxsdən ümumilikdə 105 manat pul qarşılığında aldığını, 3 ədəd kibrit qutusunda və 8 ədəd bükülüdə olan qurudulmuş marixuanaları isə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində tanımadığı şəxsdən ümumilikdə 220 manat pul qarşılığında aldığını, əldə etdiyi narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə tiryəkə və qurudulmuş marixuanaya bənzər maddələr elektron tərəzidə çəkilmiş, tiryəkin ümumi çəkisinin 13,28 qram, qurudulmuş marixuananın 3 ədəd kibrit qutusunda ümumi çəkisinin 19,54 qram, 8 ədəd kağız bükülüdü olan qurudulmuş marixuananın ümumi çəkisinin isə 3,52 qram olduğu müəyyən olunmuş, maddələr zərfə qoyularaq qablaşdırılmış, RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. İş materiallarında olan digər video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin İB-nin müsətəntiqi, polis kapitanı X9 tərəfindən Şahid6 şahid qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə dəfələrlə əlaqə saxlayaraq ondan narkotik vasitə qurudulmuş marixuana aldığını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Masallı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(050)- 272/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 30 iyul 2022-ci il tarixli 19/824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,793 qr; -0,531 qr: - 9,338 qr: -0,721 qr: -0,828 qr: -0,697 qram ümumi təmiz çəkisi -12,908 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdirlər, xarici görnüşlərinə və kimyəvi komponentlərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 8 ədəd bükümlərdə və 3 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri: -0,337 qr; -0,304 qr: -0,239 qr: -0,180 qr: -0,247 qr: -0,401 qr: -0,284 qr: - 0,229 qr: -4,760 qr: -2,335 qr: -5,318 qram: ümumi təmiz çəkisi-14,634 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görnüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədiqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 8 ədəd siqaret kağızlarındakı və 3 ədəd kibrit qutusundakı qurudulmuş marixuanalar xarici görnüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (Tiryəkin ümumi təmiz çəksi-12,908 qram, tədqiqata sərf edildi-0,3 qram (hər ob 0,05qr), qalıq-12,608 qram; marixuananın ümumi təmiz çəkisi-14,634 qram, tədqiqata sərf edildi- 0,22 qram (hər ob 0,02qr), qalıq-14,414 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 09 avqust 2022-ci il tarixli 832 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 12,608 qram olan narkotik vasitə tiryək və 14,414 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 12,608 qram olan narkotik vasitə tiryək və 14,414 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-6/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-6/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver