Məhkəmə qərarları › İş №1(050)-6/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-6/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-6/2024 10.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X12 (sədrlik edən), Məhkəmə iclasının katibi X18, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçiləri Masallı Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.2007-ci ildə Lənkəran rayonu, Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla Masallı rayonu Sərçuvar kəndində yaşayan, qəsdən hazırki cinayət əməlini törətmiş, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə xx.xx.2007-ci ildə Masallı rayonu Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu Sərçuvar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, qəsdən hazırki cinayət əməlini törətmiş, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə saat 23 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq oradan diametri 2,2 mm, ümumilikdə uzunluğu 27 metr olan, 1 metrinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 81 manat təşkil edən polad çubuqları (armatur), diametri 57 sm, ümumilikdə uzunluğu 120 metr olan, 1 metrinin qiyməti 8 manat olmaqla cəmi qiyməti 960 manat təşkil edən dəmir boruları, diametri 1,6 mm, ümumilikdə uzunluğu 300 metr olan, 1 metrinin qiyməti 1 manat 80 qəpik olmaqla cəmi qiyməti 540 manat təşkil edən polad çubuqları (armatur), diametri 1,8 mm,ümumilikdə uzunluğu 278 metr olan, 1 metrinin qiyməti 2 manat 50 qəpik olmaqla cəmi qiyməti 695 manat təşkil edən polad çubuqları (armatur), cəmi qiyməti 80 manat olan 1 dəst VAZ-2106 markalı avtomobilin sükanının dartma mexanizmini (tiaqası), bir ədədinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat təşkil edən VAZ-2106 markalı avtomobilin 2 ədəd sükan qapağını (rulavoy kalonka), bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən Vaz 2106 markalı avtomobilin 1 cüt ön (fara) işıqlarını, bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 80 manat təşkil edən Vaz 2106 markalı avtomobilin 4 ədəd amortizatorlarını, cəmi qiyməti 300 manat təşkil edən avtomobil üçün nəzərdə tutulmuş açar dəstini, 1 ədəd qiyməti 80 manat təşkil edən “Aqidel” markalı su nasosunu, 1 ədəd qiyməti 70 manat təşkil edən bıçaq itiləmək üçün nəzərdə tutulmuş elektrikli mühərriki, 1 ədəd qiyməti 40 manat təşkil edən avtomobili qaldırıcı qurğunu (danqrat), 1 ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 75 manat təşkil edən 3 ədəd avtomobil travesini (ortazat), 1 ədəd qiyməti 20 manat təşkil edən kiçik həcmli qaz balonunu, 1 ədəd qiyməti 100 manat təşkil edən 8 litr həcmli kömür samovarı, 1 ədəd qiyməti 10 manat təşkil edən sapı taxtadan olan çəkici, 1 ədəd qiyməti 5 manat təşkil edən dəmir lingi ( lom), 1 ədəd qiyməti 15 manat təşkil edən sapı taxtadan olan baltanı və 1 ədəd qiyməti 5 manat təşkil edən sapı taxtadan olan mismar çıxaran çəkici gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 3416 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə saat 23 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq oradan diametri 2,2 mm, ümumilikdə uzunluğu 27 metr olan, 1 metrinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 81 manat təşkil edən polad çubuqları (armatur), diametri 57 sm, ümumilikdə uzunluğu 120 metr olan, 1 metrinin qiyməti 8 manat olmaqla cəmi qiyməti 960 manat təşkil edən dəmir boruları, diametri 1,6 mm, ümumilikdə uzunluğu 300 metr olan, 1 metrinin qiyməti 1 manat 80 qəpik olmaqla cəmi qiyməti 540 manat təşkil edən polad çubuqları (armatur), diametri 1,8 mm,ümumilikdə uzunluğu 278 metr olan, 1 metrinin qiyməti 2 manat 50 qəpik olmaqla cəmi qiyməti 695 manat təşkil edən polad çubuqları (armatur), cəmi qiyməti 80 manat olan 1 dəst VAZ-2106 markalı avtomobilin sükanının dartma mexanizmini (tiaqası), bir ədədinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat təşkil edən VAZ-2106 markalı avtomobilin 2 ədəd sükan qapağını (rulavoy kalonka), bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən Vaz 2106 markalı avtomobilin 1 cüt ön (fara) işıqlarını, bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 80 manat təşkil edən Vaz 2106 markalı avtomobilin 4 ədəd amortizatorlarını, cəmi qiyməti 300 manat təşkil edən avtomobil üçün nəzərdə tutulmuş açar dəstini, 1 ədəd qiyməti 80 manat təşkil edən “Aqidel” markalı su nasosunu, 1 ədəd qiyməti 70 manat təşkil edən bıçaq itiləmək üçün nəzərdə tutulmuş elektrikli mühərriki, 1 ədəd qiyməti 40 manat təşkil edən avtomobili qaldırıcı qurğunu (danqrat), 1 ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 75 manat təşkil edən 3 ədəd avtomobil travesini (ortazat), 1 ədəd qiyməti 20 manat təşkil edən kiçik həcmli qaz balonunu, 1 ədəd qiyməti 100 manat təşkil edən 8 litr həcmli kömür samovarı, 1 ədəd qiyməti 10 manat təşkil edən sapı taxtadan olan çəkici, 1 ədəd qiyməti 5 manat təşkil edən dəmir lingi (lom), 1 ədəd qiyməti 15 manat təşkil edən sapı taxtadan olan baltanı və 1 ədəd qiyməti 5 manat təşkil edən sapı taxtadan olan mismar çıxaran çəkici gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 3416 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan oğurluq cinayət əməlini törətmişlər. Məhkəmə istintaqında Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Nadirlə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs onların qohumu, Təqsirləndirilən şəxs2 isə bibisi oğludur. Xeyrullanın atası ilə anası ayrıldıqdan sonra Xeyrulla onlarla birlikdə yaşamağa başlamışdır. Atası Ramin həmin ərəfələrdə Bakı şəhərinə işləmək üçün getmişdir. Xeyrullanın və onun pulu olmadığından belə qərara gəlmişlər ki, həmkəndlisi Zərərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olaraq oğurluq etsinlər. Çünki evin sahibi Zərərçəkmiş şəxs uzun müddətdir ki, Bakı şəhərində yaşayır və onun evi sahibsiz qalmışdır. Buna görə də 07 aprel 2023-cü il tarixdə axşam saat 23 radələrində o və bibisioğlu Xeyrulla birlikdə evdən çıxmış və həmkəndlisi Zərərçəkmiş şəxs evinin açıq sahədən ibarət həyətinə sakitcə daxil olmuş və ətrafa nəzər salıb kiminsə olmadığına əmin olmuşdur. Zərərçəkmiş şəxs evinin 1-ci mərtəbəsinin pəncərəsi açıq vəziyyətdə olmuşdur. Əvvəlcə o, sonra isə Xeyrulla evə daxil olmuşlar. Nadirin evi təmirsiz və yaşayışa yararsız vəziyyətdə olmuşdur, o və Xeyrulla evin 1-ci mərtəbəsinə daxil olduqdan sonra orada içərisində dəmir materiallar olan 2 ədəd kisə torbalar, Vaz 2106 markalı avtomobilə aid ehtiyat hissələri, samovar, taxta qutunun içərisində çəkic, lom, uzunluğu yarım metr olan 1 ədəd dəmir boru, 1 ədəd qaz balonu, su matoru, bıçaq itiləyən mator, mismar çıxaran, armaturlar və nazik dəmir borular və sair dəmir materialları var idi. O və Xeyrulla həmin dəmirləri evə daxil olduqları pəncərədən çıxarıb evin həyətinə yığmışdır. Daha sonra isə onlar oğurladıqları əşyaları Xeyrullagilin evinin həyətinə aparıb yığmışlar. Çünki Nadirin evi qonşuluqda yerləşirmiş və oğurladıqları dəmirləri daşıyarkən kimsə görməyəcəkmiş. O, oradan oğurladıqları, 1 ədəd samovar, 1 ədəd dəstəyi taxtadan olan çəkic, 1 ədəd lingi, 1 ədəd uzunsov formalı mismar çıxaran dəmiri və 1 ədəd baltanı öz yaşadığı evin həyətinə aparıb həyətdə gizlətmişdir. Qalan əşyaları isə Xeyrullanın evinin həyətinə yaxın olduğundan oraya yığmışlar ki, aparıb sonradan satsınlar. Səhəri gün isə Xeyrulla və o, yaşadığı Sərçuvar kəndi ərazisində Elman adlı taksi sürücüsünü götürüb Xeyrullanın həyətinə gətirmişlər. İçərisində dəmirlər, yəni su matoru, qaz balonu, avtomobil ehtiyat hissələri və bir sıra oğurladığı əşyaları Elmanın maşının arxa yük yerinə yığıb Gəyəçöl kəndinə aparmış və orada Elşən adlı şəxsə 25 manata sataraq geri qayıtmışlar. 5 manat pulu da Elman adlı taksi sürücüsə yol haqqı olaraq vermişlər. O və Xeyrulla həmin ərəfələrdə həmkəndlisi Səid adlı şəxsin evinin həyətində fəhlə işləyirmiş. Oğurladıqları samovarı Xeyrulla aparıb Səidə satmışdır. 2023-cü ilin may ayında isə onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı Masallı RPŞ-nə şikayət etmiş və onların oğurluq etməsi barədə məlumat almışdır. Buna görə də o və Xeyrulla qərara gəlmişlər ki, atası Şahid2 bu barədə məlumat versinlər. O və Xeyrulla Raminə etdiyi oğurluq barədə məlumat verdikdən sonra atası Ramin onları danlamış və onlardan oğurladıqları əşyaları hara verdiyini soruşmuşdur. Onlar isə oğurladığı əşyaların çox hissəsini Gəyəçöl kəndində dəmir qəbulu məntəqəsinə satmalarını, samovarı Səidə verdiklərini, lom, çəkic, mismar çıxaran və baltanı isə evin həyətində olmasını bildirmişlər. Atası Ramin isə gedib Səiddən samovarı almış və evin həyətində gizlətdiyi lom, çəkic, mismar çıxaran və baltanı Nadirin qardaşı Əmirağaya təhvil vermişdir. O və bibisioğlu Xeyrulla 7 aprel 2023-cü il tarixdə axşam saat 23 radələrində Zərərçəkmiş şəxs evinin 1-ci mərtəbəsinə daxil olaraq oradan konkret olaraq Vaz 2106 markalı avtomobilə aid ehtiyat hissələri, (2 ədəd rulavoy kalonka, 1 cüt Vaz 2106 markalı avtomobilin fara işıqları, Vaz 2106 markalı avtomobilin 4 ədəd amartizatoru, 1 dəst avtomobil üçün nəzərdə tutulmuş dəst açar, 1 ədəd balaca “Aqidel” markalı su matoru, 1 ədəd bıçaq itiləmək üçün cihaz mator, 1 ədəd maşını qaldırmaq üçün nəzərdə tutulmuş alət (danqrat), 3 ədəd avtomobil travesti, 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd lom və 1 ədəd mismar çıxaran dəmir oğurlamışlar. Elman və Elşən adlı şəxslər onlardan həmin dəmirlərin kimə məxsus olmasını soruşmuş, lakin Xeyrulla və o yalandan demişlər ki, həmin dəmirlər onların evinin həyətində çoxdandır ki, var və özlərinə məxsusdur. Pula ehtiyac olduğundan dəmirləri satırlar. Zərərçəkmiş şəxs evindən oğurladıqları dəmir armaturları və dəmir boruları tanımadığı motosiklet sürücüsünə satmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Nadirlə əvvəllər araların heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs həmçinin atası Musanın qohumudur. Atası Musa ilə anası Günel ayrıldıqdan sonra Rusiya federasiyasına getmişdir. O, isə anası Qanuni nümayəndə1 ilə birlikdə qalmışdır. Daha sonra anası Qanuni nümayəndə1 bacısı ilə birlikdə Masallı şəhərinə köçüb orada qalmışlar. O, isə anası Günel ilə qalmaq istəmədiyindən dayısı Raminin evində qalmaq qərarına gəlmişdir. Dayısı Raminin kiçik oğlu Məhəmmədlə onun pula ehtiyacı olduğundan və sürmək üçün at almaq qərarına gədliyindən belə qərara gəlmişlər ki, həmkəndlisi Zərərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olaraq oğurluq etsinlər. Çünki evin sahibi Zərərçəkmiş şəxs uzun müddətdir ki, Bakı şəhərində yaşayır və onun evi sahibsiz olurmuş. Buna görə də 7 aprel 2023-cü il tarixdə axşam saat 23 radələrində o və Məhəmməd evdən çıxaraq onların evin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evinin açıq sahədən ibarət həyətinə sakitcə daxil olmuş və ətrafa nəzər salıb kiminsə olmadığına əmin olmuşlar. Zərərçəkmiş şəxs evinin 1-ci mərtəbəsinin pəncərəsi açıq vəziyyətdə olmuşdur. Əvvəlcə Məhəmməd, sonra isə o, evə daxil olmuşlar. Nadirin evi təmirsiz və yaşayışa yararsız olmuşdur. O, Məhəmmədlə evin 1-ci mərtəbəsinə daxil olduqdan sonra orada içərisində dəmir materiallar olan 2 ədəd kisə torbalar, Vaz 2106 markalı avtomobilə aid ehtiyat hissələri, samovar, taxta qutunun içərisində çəkic, lom, 1 ədəd qaz balonu, su matoru, bıçaq itiləyən mator, mismar çıxaran, nazik armaturlar və dəmir borular olmuşdur, o və Məhəmməd həmin dəmirləri evə daxil olduğundan pəncərədən çıxarıb evin həyətinə yığmışlar. Daha sonra isə oğurladıqları əşyaları onların evin həyətinə aparıb yığmışlar ki, sonra satıb pul əldə etsinlər. Çünki Nadirin evi onların qonşuluğunda yerləşmiş və oğurladıqları dəmirləri daşıyarkən kimsə görməyəcəkmiş. Məhəmməd oğurladıqları 1 ədəd samovar, 1 ədəd dəstəyi taxtadan olan çəkic, 1 ədəd lingi, 1 ədəd uzunsov formalı mismar çıxaran dəmiri və 1 ədəd baltanı öz yaşadığı evin həyətinə aparmışdır. Qalan əşyaları isə onun evinin həyətinə yaxın olduğundan oraya yığmışdır ki, aparıb sonradan satsınlar. Səhəri gün isə Məhəmməd və o yaşadığı Sərçuvar kəndi ərazisində Elman adlı taksi sürücüsünün yolun kənarında dayanıb sərnişin gözlədiyini görmüşlər. Onlar Elman adlı şəxsə yaxınlaşıb demişlər ki, özlərinə məxsus dəmirləri var və Elmanın maşınına yığıb satmaq üçün Masallı rayonu, Gəyəçöl kəndi ərazisində yerləşən dəmir qəbulu məntəqəsinə aparmaq istəyirlər. Elman da onlarla razılaşmış və o, avtomobili onun evinin həyətinə sürdürmüşdür. İçərisində dəmirlər, yəni su matoru, qaz balonu, avtomobil ehtiyat hissələri və bir sıra oğurladığı əşyaları Elmanın maşının arxa yük yerinə yığıb Gəyəçöl kəndinə aparmış və orada Elşən adlı şəxsə 25 manata sataraq geri qayıtmışlar. 5 manat pulu da Elman adlı taksi sürücüsə yol haqqı olaraq vermişlər. Dəmir armaturları və dəmir boruları isə bir neçə gün sonra o, yaşadığı Sərçuvar kəndi ərazisində tanımadığı motosiklet sürücüsünə 50 manata satmışdır. O, həmin ərəfələrdə həmkəndlisi Səid adlı şəxsin evinin həyətində fəhlə işləyirmiş. Arabir də Məhəmmədi özü ilə gətirirmiş ki, ona köməklik etsin. Oğurladıqları samovarı o, aparıb Səidə satmaq istəmişdir. Lakin Səid samovarı almaq istəməmişdir. O, isə samovarı geri qaytarmamışdır ki, Səidin evinin həyətində işləyərkən qaynadıb çay içər. 2023-cü ilin may ayında isə onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı Masallı RPŞnə şikayət etmiş və onların oğurluq etməsi barədə məlumat almışdır. Buna görə də onlar Məhəmmədlə qərara gəlmişlər ki, dayısı Raminə bu barədə məlumat versinlər. O və Məhəmməd Raminə etdiyi oğurluq barədə məlumat verdikdən sonra dayısı onları danlamış və onlar oğurladıqları əşyaları hara verdiyini soruşmuşdur. Onlar isə oğurladıqları əşyaların çox hissəsini Gəyəçöl kəndində dəmir qəbulu məntəqəsinə satmalarını, samovarı Səidə verdiyini, lom, çəkic, mismar çıxaran və baltanı isə evin həyətində olmasını bildirmişlər. Dayısı Ramin isə gedib Səiddən samovarı almış və Məhəmmədin evin həyətində gizlətdiyi lom, çəkic, mismar çıxaran və baltanı Nadirin qardaşı Əmirağaya təhvil vermişdir. O və dayısıoğlu Məhəmməd 7 aprel 2023-cü il tarixdə axşam saat 23 radələrində Zərərçəkmiş şəxs evinin 1-ci mərtəbəsinə daxil olaraq oradan konkret olaraq Vaz 2106 markalı avtomobilə aid ehtiyat hissələri, (2 ədəd rulavoy kalonka, 1 cüt Vaz 2106 markalı avtomobilin fara işıqları, Vaz 2106 markalı avtomobilin 4 ədəd amartizatoru, 1 dəst avtomobil üçün nəzərdə tutulmuş dəst açar, 1 ədəd balaca “Aqidel” markalı su matoru, 1 ədəd bıçaq itiləmək üçün cihaz-mator, 1 ədəd maşını qaldırmaq üçün nəzərdə tutulmuş alət (danqrat), 3 ədəd avtomobil travesti, 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd lom və 1 ədəd mismar çıxaran dəmir oğurlamışlar. Elman və Elşən adlı şəxslər onlardan həmin dəmirlərin kimə məxsus olmasını soruşmuş, lakin Məhəmməd və o yalandan demişlər ki, həmin dəmirlər onların evinin həyətində çoxdandır ki var və özlərinə məxsusdur. Pula ehtiyac olduğundan dəmirləri satırlar. Zərərçəkmiş şəxs evindən oğurladıqları dəmir armaturları və dəmir boruları tanımadığı motosiklet sürücüsünə satmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, eləcə də Masallı RPŞ-nə ərizə yazaraq, Masallı rayon, Sərçuvar kəndində yerləşən ona məxsus, yaşayış olmayan evinin zirzəmisindən bir sıra təmir inşaat materiallarının oğurlanmasını bildirmişdir o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Sərçuvar kəndində ona məxsus yaşayış olmayan 2 mərtəbəli evi vardır. Həmin evin 1-ci mərtəbəsinə o, məişət və inşaat materiallarını yığmışdır. Onun evinə nəzarəti qardaşı Şahid3 etmişdir. 2023-cü ilin aprel ayının ortalarında qardaşı Əmirağa ona zəng edərək, evinin 1-ci mərtəbəsində olan inşaat materiallarının və digər əşyalarının oğurlanması barədə ona məlumat vermişdir. O, Əmirağaya demişdir ki, biraz gözləsinlər ki, həm oğurluq etmiş şəxsləri özləri müəyyən etsin və zərəri ödətdirsinlər. xx.xx.2023-cü il tarixdə həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Masallı rayon, Sərçuvar kəndinə gəlmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş, baxış keçirmişlər. O, evin zirzəmisinin pənəcərəsini təqdim edərək, inşaat materiallarının oğurlanaraq həmin pənəcərədən daşınmasını bildirmişdir. Daha sonra Bakı şəhərinə qayıtmışdır. Təxminən 2-3 gün sonra isə qardaşı Əmirağa ona zəng edərək bildirmişdir ki, evinin zirzəmisindən oğurlanmış samovarı Şahid2 oğlu Məhəmməd və X1 ərazsində yaşayan Səid adlı şəxsə satmışdır. Onlar polisə şikayət etdikdən sonra Şahid2 samovarı, çəkiç, lom, mismar çıxaran çəkici və baltanı gətirib Əmirağaya qaytarmışdır. Sonradan onlara məlum olmuşdur ki, onun evinin 1-ci mərtəbəsindən sadalanan əşyaları oğurlayan şəxslər Raminin oğlu Məhəmməd və Musanın oğlu Xeyrulla aparmışdır. O, həmin şəxslərə bir neçə gün vaxt vermiş ki, gətirib oğurladıqları əşyaları hamısını qaytarsınlar. Lakin onlar oğurladıqları əşyaları tanımadığı şəxslərə satmışlar. Ona məxsus yaşayış olmayan evindən 9 ədəd diametri 2,2 mm, hər birinin uzunluğu 3 metr olan armatur ( ümumilikdə 27 metr), 20 ədəd diametri 57 mm, hər birinin uzunluğu 6 metr olan dəmir boru ( ümumilikdə 120 metr), diametri 1,6 mm, uzunluğu 300 metr olan və diametri 1,8 mm, uzunluğu 200 metr olan dəmir armatur, 13 ədəd, diametri 1,8 mm, hər birinin uzunluğu 6 metr olan, ümumilikdə 78 metr armatur, 1 dəst avtomobil tiyaqası, 2 ədəd rulavoy kalonka, 1 cüt Vaz 2106 markalı avtomobilin fara işıqları, Vaz 2106 markalı avtomobilin 4 ədəd amartizatoru, avtomobil üçün nəzərdə tutulmuş dəst açar, 1 ədəd balaca “Aqidel” markalı su matoru, 1 ədəd bıçaq itiləmək üçün elektrikli mator, 1 ədəd avtomobil qaldırıcı qurğu ( danqrat), 3 ədəd avtomobil travesi, 1 ədəd kiçik həcmli qaz balonu, 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd lom və 1 ədəd mismar çıxaran dəmir oğurlanmışdır. Lakin onlar şikayət etdikdən sonra Məhəmmədin atası Ramin 1 ədəd samovar, balta, çəkic, 1 ədəd lom, mismar çıxaranı gətirib qardaşı Əmirağaya qaytarmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3416 manat maddi ziyan dəymişdir. Lakin ona dəymiş ziyan ödənilməmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmadıqlarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə qanuna müvafiq lakin həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Sərçuvar kəndində yerləşən ona məxsus fərdi yaşayış evində heç kim yaşamır. Həmin evə nəzarəti o, həyata keçirir. Təxminən 10 gündən bir boş vaxtlarında gedib Nadirin evinə nəzarət edirmiş. Çünki Nadirin evi ilə onun evi arasında təxminən 400-500 metr məsafə vardır və onun avtomobili olmadığından gec gec gedib evə baxırmış. 2023cü ilin may ayının əvvəllərində o, Nadirin evinin həyətinə daxil olduqda görmüşdür ki, evin 1-ci mərtəbəsinin pəncərəsi açıq vəziyyətdədir və şüşələri sınmışdır. O, evdən oğurluq edilməsini ehtimal edib Nadirin özünə zəng edib bu barədə məlumat vermişdir. Qardaşı Zərərçəkmiş şəxs Bakı şəhərindən çıxıb təxminən 2 saat müddətinə kəndə çatmışdır. Evin açarı Nadirdə olduğundan o, evə daxil ola bilməmişdir. Nadir evin qapısını açarla açmış və onlar evə daxil olmuşlar. Həmin vaxt görmüşlər ki, evin 1-ci mərtəbəsində olan, Nadirə məxsus bir sıra tikinti materialları, avtomobil ehtiyat hissələri və sair məişət əşyaları oğurlanmışdır. Onlar belə qərara gəlmişdir ki, həmin oğurluq hadisəsini törədən şəxs azyaşlı uşaqlardır. Çünki evin pəncərəsini eni balaca olduğundan oradan yalnız azyaşlı uşaq keçə bilərmiş. Buna görə də onlar şikayət etməmiş və həmin oğurluğu həmkəndlisi Şahid2 oğlu Məhəmmməd və Musanın oğlu Xeyrulla tərəfindən törədilməsindən şübhələnmişlər. O, Ramini yanına çağırmış və baş vermiş oğurluq barədə məlumat vermişdir. Ramin öz oğlu Məhəmmədi danlamağa başlamış və ondan oğurluq edibetməməsini soruşmuşdur. Bu zaman Məhəmməd etiraf etmişdir ki, həmin oğurluğu Musanın oğlu Xeyrulla ilə birlikdə 2023-cü ilin aprel ayının əvvəlində etmişlər. O, Nadirə bu barədə məlumat vermişdir ki, oğurluq hadisəsini Raminin oğlu Məhəmməd və Musanın oğlu Xeyrulla etmişdir. Nadir və o, Raminə vaxt vermişlər ki, dəymiş ziyanı ödəsinlər və onlar şikayət etməsin. Lakin təxminən 10 gün keçməsinə baxmayaraq nə Xeyrullanın, nə də ki Məhəmmədin valideynləri ziyanı ödəməmişdir. Buna görə də qardaşı Nadir xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Masallı RPŞ-nə ərizə yazaraq, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Təxminən 2023-cü ilin may ayının ortalarında Ramin oğlu Məhəmmədin və bacısıoğlu Xeyrullanın Nadirin evindən oğurladığı 1 ədəd samovarı, 1 ədəd baltanı, 1 ədəd dəmir lingi və 1 ədəd uzunsov formalı mismar çıxaran dəmiri gətirib ona təhvil vermişdir. Qalan əşyaları isə Məhəmmədin və Xeyrullanın tanımadığı şəxsə satmasını bildirmişdir. Ramin həmçinin onlara bir qədər vaxt verməsini xahiş etmişdir ki, guya dəymiş ziyanı ödəyəcək. Lakin yenə də Ramin ziyanı ödəməmişdir. Qardaşı Nadirin evinin 1-ci mərtəbəsindən vaz 2106 markalı avtomobilinin bir neçə ehtiyat hissələri, 1 ədəd qaz balonu, 1 ədəd su matoru, 1 ədəd elektrikli bıçaq itiləyən mator, dəst avtomobil açarları, müxtəlif diametrlərdə armaturlar, dəmir borular, 1 ədəd samovar, 1 ədəd dəmir ling, 1 ədəd çəkic, 1 ədəd balta və 1 ədəd mismar çıxaran dəmir ling oğurlanmışdır. Çünki həmin oğurlanmış əşyalar əvvəllər Nadirin evinin həyətində yerləşirmiş. Lakin sonralar həmin əşyaların oğurlanmasının qarşısını almaq üçün Nadirin evinin 1-ci mərtəbəsinə yığmışlar. Ramin sonradan 1 ədəd samovar, 1 ədəd dəmir ling, 1 ədəd çəkic, 1 ədəd balta və 1 ədəd mismar çıxaran dəmir çəkici ona qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Masallı rayon ərazisində özünə məxsus “Vaz 2107” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Dəqiq tarixini xatırlamır, amma təxminən 2023-cü ilin aprel ayının əvvəllərində o, yaşadığı Sərçuvar kəndi ərazisində olarkən saat təxminən 13 radələrində həmkəndlisi X7 ona yaxınlaşmış və demişdir ki, yaşadığı evin həyətində bir qədər dəmir materialları vardır. Həmin materialları götürüb Masallı rayon, Gəyəçöl kəndində yerləşən dəmir qəbulu məntəqəsinə aparmaq lazımdır o, da taksi fəaliyyəti ilə məşğul olduğundan onlarla razılaşmışdır. Həmin vaxt Xeyrulla ilə birlikdə Raminin oğlu Məhəmməd də olmuşdur. Xeyrulla və Məhəmməd onun avtomobilinə əyləşmiş və o, maşını bir qədər irəli sürmüşdür. Xeyrulla və Məhəmməd evin həyətində olan 2 ədəd, içərisində dəmir materialları olan kisəni götürüb onun avtomobilinə qoymuşlar. O, avtomobili Masallı rayon, Gəyəçöl kəndinə sürmüşdür. Metal qəbulu sexinə çatdıqdan sonra Xeyrulla ilə Məhəmməd maşından düşmüş və avtomobilindən kisəni götürüb ilk dəfə gördüyü dəmir qəbulu sexinə aparmışlar. O da avtomobilində oturub onları gözləmişdir. Az sonra Xeyrulla və Məhəmməd gəlib onun avtomobilinə əyləşmiş və o, onları Sərçuvar kəndinə geri qaytarıb 5 manat yol pulu almışdır. Daha sonra olanlardan heç bir xəbəri yoxdur. O, Xeyrulla və Məhəmmədin kənd ərazisində əvvəllər oğurluq etmələrini eşitməmişdir. Həmçinin onun avtomobili ilə apardıqları dəmir materiallarının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Xeyrulla demişdir ki, həmin dəmirlər onun özünə məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənd ərazisində fəhləçilik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Arabir kəndə gəlib-gedir. Ona məxsus fərdi yaşayış evində halhazırda heç kim qalmır. X2 anası Günel ilə birlikdə qalırmış və arabir onlara gələrək ona həyət işlərində köməklik edirmiş. O, isə Xeyrullaya hər dəfə işləyəndə 5-10 manat pul verirmiş. 2023-cü ilin aprel ayının sonu, may ayının əvvəlində Xeyrulla onların evin həyətində işləyəndə ona demişdir ki, ona məxsus 1 ədəd samovar vardır və həmin samovarı ona 20 manata sata bilər. Həmin vaxt Xeyrulla samovarın ona məxsus olduğunu bildirmişdir. O, da Xeyrulla ilə razılaşmış və bir neçə gün sonra Xeyrulla samovarı onların evin həyətinə gətirib qoymuşdur. O, həmin vaxt Bakı şəhərində olmuş və sonra Masallı rayouna qayıtmışdır. O, Xeyrullanın 20 manat pulunu verməmiş, Şahid2 oğlu Məhəmməd gəlmiş və ona demişdir ki, Xeyrulla həmin samovarı Zərərçəkmiş şəxs evindən oğurlamışdır və Zərərçəkmiş şəxs da bu barədə şikayət ərizəsi yazmışdır. Buna görə də o, həmin samovarı Məhəmmədin özünə vermişdir. Ona məlum olmuşdur ki, Raminin oğlu Məhəmməd və Musanın oğlu Xeyrulla Zərərçəkmiş şəxs evindən samovar və bir sıra dəmir materialları oğurlamış, buna görə də Zərərçəkmiş şəxs Masallı RPŞ-nə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs şikayət etdiyini görən Ramin Məhəmməd və Xeyrullanın oğurladıqları əşyaları tapıb Nadirə qaytarmışdır ki, şikayətini geri götürsün. O, samovarı onlara qaytardıqdan sonra olanlardan heç bir xəbəri yoxdur. O, Xeyrulla və Məhəmmədin kənd ərazisində əvvəllər oğurluq etmələrini eşitməmişdir. Həmçinin Xeyrulla ona demişdir ki, samovar guya ki onun özünə məxsusdur. Lakin sonradan bilmişdir ki, Xeyrulla və Məhəmməd həmin samovarı Nadirin evindən oğurlamışdır. Bundan sonra samovarı onların özünə qaytarmışdır. O, istəmişdir ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat versin. Lakin həmin vaxt Zərərçəkmiş şəxs Masallı RPŞ-nə şikayət ərizəsi yazdığından o, məlumat verməmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, o, Masallı rayonu Gəyəçöl kəndi ərazisində özünə məxsus dəmir qəbulu məntəqəsi vardır. Vergi orqanından vergi ödəyicisi olaraq qeydiyyatdan keçmiş və hər ay dəmir alqı-satqısı ilə bağlı vergisi ödəyir. Masallı rayonu Sərçuvar kənd sasinləri Zərərçəkmiş şəxs, Məhmməd Niftullayevi, Təqsirləndirilən şəxs2 və Şahid2 əvvəllər tanımamış və həmin şəxslərlə onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü il tarixdə aprel ayının əvvəllərində o, dəmir qəbulu məntəqəsində olarkən günorta saatlarında məntəqəyə dövlət qeydiyyat nişanını xatırlamadığı vaz 2107 markalı avtomobil gəlmiş və məntəqədən bir qədər kənarda saxlamışdır. Avtomobilin içərisindən həmin vaxt tanımadığı, lakin adını sonradan öyrəndiyi Xeyrulla adlı azyaşlı uşaq düşərək avtomobilin arxasından 2 ədəd kisə torbada dəmirləri götürüb sürüyə-sürüyə ona tərəf gətirmişdir. O, həmin şəxsə köməklik edib kisələri məntəqənin içinə gətirmişdir. Həmin Xeyrulla adlı şəxs ona demişdir ki, həmin dəmirləri öz yaşadığı evin həyətindən yığıb gətirmiş və pula ehtiyacları olduğu üçün satmaq istəyir. O da həmin kisədəki dəmirləri tərəzi vasitəsi ilə çəkmiş və həmin dəmirləin çəkisi təxminən 60 kiloqrama qədər etmişdir. O, həmin uşağa 25 manat pul vermişdir. Daha sonra isə gəldiyi avtomobilə minib çıxıb getmişdir. O, Xeyrulla adlı şəxsdən kisələrin içərisində hansı əşyaların olduğunu və haradan gətirməsini əvvəlcə soruşmuşdur. O, isə demişdir ki, yaşadığı evin həyətində olan dəmirlərdir və pula ehtiyacları olduğundan dəmirləri satmaq qərarına gəlmişdir. O, həmin əşyaların oğurluq yolu ilə əldə edilməsini bilməmiş, sonradan kisələri açdıqda həmin kisələrin içərisində bir neçə ədəd avtomobil ehtiyat hissələrinin, 1 dəst avtomobil üçün nəzərdə tutulmuş dəst açarların, 1 ədəd balaca köhnə “Aqidel” markalı su matoru, 1 ədəd bıçaq itiləmək üçün köhnə elektrikli mator və sair lazımsız dəmirlər olmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, eləcə də qohumudur. Zərərçəkmiş şəxsla əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun bacısı Qanuni nümayəndə1 əri Musadan ayrıldıqdan sonra Musa Rusiya federasiyasına getmişdir. Günel isə qızı ilə Masallı şəhər ərazisində qalmışdır. Bacısıoğlu Xeyrulla isə gəlib onun evində qalmışdır. O, Masallı rayon ərazisində fəhlə işləyərək ailəsini dolandırırmış. Lakin maddi ehtiyaclarını tam ödəyə bilmədiyindən Bakı şəhərinə getmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayının sonunda o, Bakı şəhərinə getmişdir. 2023-cü ilin may ayının ortalarında o, Bakı şəhərindən Masallı rayonu, Sərçuvar kəndinə qayıtmışdır. Kənd ərazisində olarkən Nadirin qardaşı Əmirağa onu görüb demişdir ki, onun oğlu Məhəmmədlə bacısıoğlu Xeyrulla qardaşı Nadirin yaşayış olmayan evinə daxil olaraq oradan oğurluq etmişlər. O, bunu eşidən kimi evə qayıtmış və oğlu Məhəmməddən Nadirə məxsus evindən oğurluq edib etməməsi barədə soruşmuşdur. Bu zaman oğlu Məhəmməd ona demişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərində Xeyrulla ilə birlikdə gecə saatlarında Nadirin evinə daxil olaraq, oradan maşın ehtiyat hissələri, qaz balonu, su matoru, açar dəsti, samovar, dəmir ling, balta və sair əşyaları oğurlamışlar. Oğurladıqdan sonra isə samovarı həmkəndlisi Səid adlı şəxsə, qalan əşyaları isə Masallı rayonu, Gəyəçöl kəndində yerləşən dəmir məntəqəsində Elşən adlı şəxsə satmışlar. O, bunu eşidən kimi Xeyrullaya və oğlu Məhəmmədə iradını bildirmiş və Səidə soraq göndərmişdir ki, samovarı geri qaytarsın. Səid həmin samovarın oğurluq əşya olmasını bildikdən sonra geri qaytarmışdır. O, Məhəmməddən oğurladıqları digər əşyaları hara satdıqlarını soruşmuşdur. Məhəmməd demişdir ki, dəmir lingi, balta və mismarçıxaran dəmiri onların evinin həyətindəki kolluqda gizlətmişdir. O, samovarı və digər əşyaları götürüb Nadirin qardaşı Əmirağaya qaytarmışdır. Cinayət işində olan 13 noyabr 2023-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, qeyd olunmuş diametri 2,2 mm, uzunluğu 3 metr ümumilikdə 9 ədəd polad çubuqların (armatur) bir metrinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 81 manat, diametri 57 mm, ümumilikdə uzunluğu 120 metr dəmir boruların bir metrinin qiyməti 8 manat olmaqla cəmi qiyməti 960 manat, diametri 1,6 mm, ümumilikdə uzunluğu 300 metr dəmir polad çubuqların (armaturların) bir metrinin qiyməti 1 manat 80 qəpik olmaqla cəmi qiyməti 540 manat, diametri 1,8 mm, ümumilikdə uzunluğu 278 metr damir polad çubuqların (armaturların) bir metrinin qiyməti 2 manat 50 qəpik olmaqla cəmi qiyməti 695 manat, 1 dəst VAZ-2106 markalı avtomobilin sükanının dartma mexanizminin (tiyaqası) qiyməti 80 manat, VAZ-2106 markalı avtomobilin 2 ədəd sükan qapağınınm (rulavoy kalonka), bir ədədinin 100 manat olmaqla cəmi qiyməti 200 manat, Vaz 2106 markalı avtomobilin 1 cüt ön (fara) işıqlarının bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat, Vaz 2106 markalı avtomobilin 4 ədəd amortizatorlarının bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 80 manat, avtomobil üçün nəzərdə tutulmuş açar dəstinin cəmi qiyməti 300 manat, 1 ədəd "Aqidel" markalı su nasosunun (matorunun) qiyməti 80 manat,1 ədəd bıçaq itiləmək üçün nəzərdə tutulmuş elektrikli mühərrikin qiyməti 70 manat, 1 ədəd avtomobili qaldırıcı qurğunun (danqrat) qiyməti 40 manat, 3 ədəd avtomobil travesinin (ortazat) bir ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 75 manat, 1 ədəd kiçik həcmli qaz balonunun qiyməti 20 manat, 8 litr həcmli kömür samovarın qiyməti 100 manat, sapı taxtadan olan 1 ədəd çəkicin qiyməti 10 manat, 1 ədəd dəmir lingin (lom) qiyməti 5 manat, 1 ədəd sapı taxtadan olan baltanın qiyməti 15 manat, sapı taxtadan olan mismar çıxaran çəkicin qiyməti 5 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, qeydiyyatda olduğu ünvanda yaşamır, atası Şahid2, anası Qanuni nümayəndə2, bacısı X6 və qardaşı X3 ibarət ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla atası X13, anası X8, bacıları xx.xx.2005-ci il təvəllüdlü X16 və xx.xx.2006-cı il təvəllüdlü X9 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan götürmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid3 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdiyi, həcmi 8 litr təşkil edən 1 ədəd samovarı, 1 ədəd baltanı, 1 ədəd çəkici, 1 ədəd dəmir lingi (lom) və 1 ədəd uzunsov formalı mismar çıxaran çəkic götürülmüş və maddi sübut qismində tanınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Masallı rayonu Sərçuvar kənd sakini Səmədov X11 RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X4 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd dəmir ling (lom) və 1 ədəd mismar çıxaran çəkici təhvil almışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1.-ci maddəsində göstərilir ki, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59.1.2. və 59.1.14-cü maddələrində nəzərdə tutulan cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarından göründüyü ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsində qeyd edilmişdir ki, Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsində isə yetkinlik yaşına çatmayan şəxslərə təyin edilə biləcək cəzaların növləri göstərilmiş və həmin maddənin 85.1.3-1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-cü maddəsində qeyd edilmişdir ki, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 21 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.2. və 59.1.14-cü maddələrində nəzərdə tutulan cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarından göründüyü ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxsdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsində qeyd edilmişdir ki, Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsində isə yetkinlik yaşına çatmayan şəxslərə təyin edilə biləcək cəzaların növləri göstərilmiş və həmin maddənin 85.1.3-1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-cü maddəsində qeyd edilmişdir ki, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 21 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd dəmir ling (lom) və 1 ədəd mismar çıxaran çəkici Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə ediləcək əmlak, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Zərərçəkmiş şəxs ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) köçürülsün. Cinayət işi üzrə maddi sübut 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd dəmir ling (lom) və 1 ədəd mismar çıxaran çəkicinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilsin. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar