Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-6/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı rayonu, Güllütəpə kəndində daimi qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs 800 manat pul qarşılığında sonuncunun oğlu Şahid1 adına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş SX № ******* nömrəli Hərbi Biletin “tibbi müayinələr haqqında məlumatlar” bölməsində 2016, 2019 və 2022-ci illərdə tibbi yoxlanışdan keçməklə bağlı rəsmi olaraq qeydiyyatdan keçirəcəyinə dair yalan vədlər verməklə üzərinə götürdüyü həmin öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2024-cü il tarixdə Masallı şəhəri ərazisində yerləşən Xətai parkında Zərərçəkmiş şəxsla görüşüb sonuncudan 800 manat pulunu alıb ələ keçirərək İsgəndər Əsədova qarşı dələduzluq etmiş, daha sonra 2024-cü ilin fevral ayının ortalarında Şahid1 məxsus olan SX № ******* nömrəli, hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən Hərbi Bileti Masallı rayon ərazisində yerləşən Xətai Parkında sonuncunun atası Zərərçəkmiş şəxs alaraq bundan iki gün sonra Masallı şəhəri ərazisində yerləşən istintaqa dəqiq məlum olmayan kompüter mağazasında həmin hərbi biletin “tibbi müayinələr haqqında məlumatlar” bölməsində müvafiq olaraq Şahid1 xx.xx.2016-cı il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə təkrar tibbi müayinədən keçməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər Cədvəlinin” İ qrafasının 20-ci maddəsinin “b” bəndi ilə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmasını göstərən həqiqətə uyğun olmayan saxta yazıları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin vəzifəli şəxslərinin adından yazıb saxta imzalar icra edərək, saxta qeydlərini “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış şöbəsi” məzmunlu möhür əkslərini şırnaqlı printerlə çap etmə üsulu ilə möhürləmiş, bununla da hüquq verən və ya vəzifədən azad edən vəsiqəni istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 əvvəllər tanımışdır. Onlarla arasında əvvəllər heç bir narazılıq və düşmənçilik olmamışdır. 10 fevral 2024-cü il tarixdə o, Masallı rayonu ərazisində yerləşən Xətai parkında çayxanada əyləşdiyi zaman Zərərçəkmiş şəxsla onun arvadı Xeyrənisənin parka gəldiyini görmüşdür. Onlar hansısa işlə bağlı bir-biri ilə söhbət etmişlər. İskəndər ona oğlu Qorxmazın şəxsiyyət vəsiqəsini dəyişdirmək istədiyini, lakin Asan Xidmətdə ona oğlunun hərbi biletində tibbi yoxlanışla bağlı qeydlərin edilmədiyi üçün vəsiqənin dəyişdirilməsinin mümkün olmadığını bildiriklərini demişdir. Belə ki, İskəndərin oğlu Qorxmaz ilk dəfə tibbi müayinədən keçdiyi zaman ona 3 illik möhlət hüququ verilmiş, lakin 3 il bitdikdən sonra təkrar tibbi müayinədən keçməmişdir. Hazırki vaxta qədər Qorxmaza tibbi müayinədən keçməsini təsdiq edən 3 dəfə müxtəlif tarixlərə aid qeydlər edilməsi lazım olmuşdur. O da həmin vaxt pula ehtiyacı olduğu üçün bu işi görə biləcəyi barədə İskəndərə yalan vəd vermişdir. O, İskəndərə 1000 (min) manat pul qarşılığında hərbi biletdə yazılar yazdıracağını və möhür də vurduracağını söz vermişdir. İskəndər onunla razılaşmışdır. Onlar həmin günün səhəri gün, yəni 11 fevral 2024-cü il tarixdə günorta saatlarında yenidən eyni yerdə görüşmüşlər. İskəndər arvadı Xeyrənisə ilə birlikdə gəlmişdir. İskəndər arvadı Xeyrənisənin yanında ona 800 manat pul vermiş və qalan 200 manata imkanı çatmadığını demişdir. O da İskəndərdən həmin 800 manat pulu və oğlu Qorxmazın hərbi biletini almışdır. Bir neçə gün sonra onlara işin düzəlməsi barədə xəbər edəcəyini deyib oradan evə getmişdir. Özünü Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, pulu və hərbi bileti alımışdır. Lakin işi o, icra etməmişdir. Hərbi bileti alıb başqa bir şəxsə vermiş və həmin şəxsdə işi icra etmişdir. Həmin şəxsi bir dəfə görmüşdür, rayon adamıdır, lakin adını xatırlamır. Məhkəmədən yaşlı və ağır xəstə olmasını nəzərə alaraq ona ən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətləri törətməsi onun özünün qismən etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, iki il öncə əməliyyat olunduğu üçün heç bir yerdə işləyə bilməmişdir. Onun xx.xx.1995-ci il təvəllüdlü Şahid1 adında bir oğlu vardır. Oğlu ilk dəfə 2013-cü ilin yanvar ayında olan çağırış üzrə Masallı rayon komissarlğına getmişdir. Həmin vaxt oğlunun səhhətində olan problemlərə görə Bakı şəhərində yerləşən Respublika Psixtariya Xəstəxanasında həkim müayinəsinə aparmışlar. Orada həkim komissiyasının qərarına əsasən oğlunda “Yüngül əqli gerilik” diaqnozu müəyyən edilmişdir. Masallı rayon komissarlığında oğlu həmin diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin İ qrafasının 20-ci maddəsinin “b” bəndi ilə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və 3 il müddətinə möhlət hüququ verilməklə evə göndərilmişdir. Onlara daha sonra 2016-cı il tarixdə yenidən tibbi yoxlanışdan keçəcəkləri barədə bildirilmişdir. Lakin bu illər ərzində tibbi yoxlanışdan keçmək üçün komissarlığa getməmişlər. O, 2024-cü ilin əvvəllərində oğlu Qorxmazın adına sosial yardım verilməsi üçün müraciət etmək qərarına gəlmişdir. Lakin həmin vaxt Qorxmazın hərbi biletində tibbi yoxlanışla bağlı qeydlər olmadığını bildiyi üçün sosial yardımla bağlı problem yaşayacağını əvvəlcədən bilmişdir. O, bundan sonra oğlunun əvvəlki illərdə tibbi yoxlanışdan keçməsini təsdiq edən qeydlərin hərbi biletə yazılması işini bacara biləcək kimsə axtarmağa başlamışdır. O, bir müddət tanışları ilə əlaqə saxladıqdan sonra bu işi görəcək kimsə tapmamışdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Xeyrənisə ilə birlikdə Masallı rayon, Xətai parkından keçən zaman orada tanışı olan Təqsirləndirilən şəxsla rastlaşmışdır. Onlar salamlaşıb söhbət etmişlər. Bir az sonra o, Heybətəliyə oğlu Qorxmazın hərbi biletində tibbi yoxlanışla bağlı qeydlər aparılmalı olduğunu demişdir. Heybətəli ona həmin işi tanışları vasitəsilə həyata keçirə biləcəyini demişdir. Belə ki, Heybətəli ona komissarlıqda olan tanışları vasitəsilə Qorxmaza aid olan hərbi biletin lazımi yerlərinə, yəni 15 və 16-cı səhifələrinə 2016-cı il, 2019-cu il və 2022-ci illərdə tibbi yoxlanışdan keçməsini və möhlət verilməsini təsdiq edən qeydlər ediləcəyini və möhürlənib təhvil veriləcəyini bildirmişdir. Heybətəli bu işin qarşılığında ondan 1000 manat pul istəmişdir. Lakin o, maddi imkanı zəif olduğu üçün 800 manat pul verəcəyini bildirmiş və onlar razılaşmışlar. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə o, arvadı Xeyrənisə ilə birlikdə yenidən eyni yerdə Heybətəli ilə görüşmüşdür. Həmin vaxt o, arvadının yanında Heybətəliyə 800 manat pulu və hərbi bileti təqdim etmişdir. Heybətəli ondan 800 manat pulu və oğlu Qorxmazın adına olan hərbi bileti alıb bir neçə gün sonra yenidən görüşəcəklərini demişdir. Həmin gündən təxminən 4-5 gün sonra onlar yenidən görüşmüşlər. Bu zaman Heybətəli oğlunun adına olan hərbi bileti ona təqdim etmişdir. Heybətəli ona hərbi biletin 15 və 16-cı səhifələrində xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək hərbi xidmətə çağırışdan azad olunması barədə qeydlərin edilməsini, imza çəkilməsini və möhürlə möhürlənməsini göstərmişdir. O da razılıq edib sağollaşmışdır. Heybətəli ona həmin hərbi biletdə aparılmış qeydlərlə bağlı heç bir problem olmayacağını demişdir. O, bir neçə gün sonra oğlunun adından sosial yardım üçün Asan Xidmətə müraciət etmişdir. Oradan adını xatırlamadığı əməkdaş təxminən iki gün sonra onu çağırmış və ona sistemdə möhlət hüququ ilə bağlı qərarların olmadığını bildirmişdir. O, bundan sonra hərbi biletdə aparılan qeydlərin sistemə yüklənməsini təmin etmələri üçün Masallı rayon Komissarlığına yaxınlaşmışdır. Həmin gün ona adını bilmədiyi əməkdaş hərbi biletdə olan qeydlər üzrə arxivdə heç bir məlumat tapılmadığını və hərbi biletdə olan yazıların gümanki saxta ola biləcəyini demişdir. O, həmin əməkdaşların tələbi ilə hərbi bileti komissarlığa təqdim etmişdir, komissarlıqda ona məlum hər bir hal barədə izahat vermiş və Təqsirləndirilən şəxs onu aldadaraq 800 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs ondan 11 fevral 2024-cü il tarixdə Masallı şəhər ərazisində yerləşən Xətai parkında 800 manat pul almışdır. Təqsirləndirilən şəxs ondan həmin 800 manat pulu oğlu Şahid1 adına olan hərbi biletdə qanuni şəkildə 2016, 2019 və 2022-ci illərdə tibbi yoxlanışdan keçməsini və möhlət hüququ verilməsini təsdiq edən yazılar yazdıracağı və möhürlə təsdiq etdirəcəyi adı ilə almışdır. Həmin vaxt yanında arvadı Xeyrənisə olmuşdur. Onun Təqsirləndirilən şəxs oğlunun adına olan hərbi biletdə hansı üsulla və hansı şəraitdə yazılar yazması, qeydlər aparması barədə heç bir məlumatı olmamışdır. Onlar yenidən toplanış olsa bununla bağlı xəbər veriləcəyini və o zaman tibbi yoxlanışdan keçməli olduğuqlarını düşünüb gözləmişlər. Lakin bu müddət ərzində oğluna dəvət gəlməmişdir. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tutulmasına razı deyil, ona qarşı heç bir tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, ona hər hansı bir məbləğdə pulun verilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs atası, Şahid2 anasıdır. Pulu Heybətəliyə atası vermişdir. Atası Heybətəliyə pulu ona məxsus hərbi biletlə bağlı vermişdir. Belə ki, ona 2013-cü ildə hərbi xidmətdən möhlət hüququ verilmiş və o, 3 ildən bir tibbi müayinədən keçməlimiş, lakin səhlənkarlıq edərək hər 3 ildə bir dəfə həmin müayinələrdən keçməmişdir. Psixi - əsəbi xəstəliyi var. Atası ona aid hərbi bileti Heybətləliyə vermiş və Heybətəlidə onun hərbi biletinə möhür vurmalı imişki guya o, təkrar tibbi müayinədən keçmişdir. Təqsirləndirilən şəxsla olan məsələ ilə bağlı atası ona danışmışdır. 2024-cü ilin iyul ayında Hərbi həkim komissiyasından keçmiş və xəstəliyi ilə bağlı ona möhlət verilmişdir. Savadsız olduğu üçün hərbi biletini açıb içində yazılanları oxumamışdır. Sonradan atası hərbi bileti yoxlatdırdığı zaman müəyyən olmuşdur ki, ona aid olan hərbi bilet saxdadır. 2016, 2019 və 2022-ci illərdə o tibbi yoxlanışdan keçməmişdir və bu müddət ərzində tibbi yoxlanışdan keçməsi ilə bağlı ona hər hansı bir xəbərdarlıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Şahid1 isə oğludur. Oğlu Qorxmazın psixi problemi olduğundan və gözlərində zəiflik olduğu üçün oğluna 2013-cü ildə hərbi xidmətdən möhlət hüququ verilmişdir. 2024-cü ilin əvvəllərində əri İskəndər oğlu Qorxmazın adına sosial yardım verilməsi üçün müraciət etmək istədiyi zaman Qorxmazın hərbi biletində tibbi yoxlanışla bağlı qeydlər olmadığı üçün sosial yardımla bağlı problem yaşayacaqlarını demişdir. xx.xx.2024-cü il tarixdə o, İskəndərlə birlikdə Masallı rayonunda yerləşən adını bilmədiyi parkda Təqsirləndirilən şəxsla rastlaşmışlar. Onlar salamlaşıb söhbət etmişlər. Söhbət zamanı Heybətəli İskəndərə komissarlıqda olan tanışları vasitəsilə oğlu Qorxmaza aid olan hərbi biletin lazımi yerlərinə tibbi yoxlanışdan keçməsini və möhlət verilməsini təsdiq edən qeydlər ediləcəyini və möhürlənib təhvil veriləcəyini bildirmişdir. Heybətəli bu işin qarşılığında İskəndərdən 1000 manat pul istəmişdir. Lakin İskəndər ona maddi imkanı zəif olduğu üçün 800 manat pul verəcəyini bildirmiş və onlar razılaşmışlar. Səhəri gün o, İskəndər ilə birlikdə yenidən eyni yerdə Heybətəli ilə görüşmüşlər və həmin vaxt əri İskəndər onun yanında Heybətəliyə 800 manat pulu və hərbi bileti təqdim etmişdir. Heybətəli 800 manat pulu və oğlu Qorxmazın adına olan hərbi bileti alıb bir neçə gün sonra yenidən görüşəcəklərini demişdir. Həmin gündən təxminən 4-5 gün sonra İskəndər Heybətəlinin yanına getmiş və geri qayıdarkən hərbi bileti də özü ilə gətirmişdir. Bir müddət sonra ərinə oğlu Qorxmazın adına olan qeydlərin sistemdə işlənmədiyini bildirmişlər. İskəndər bununla bağlı Masallı rayon hərbi komissarlığına müraciət etdikdən sonra orada hərbi biletdə olan yazıların saxta olmasını və Heybətəlinin ərini aldadaraq 800 manat pulu ələ keçirdiyini başa düşmüşdür. Onun Təqsirləndirilən şəxs oğlu Qorxmazın adına olan hərbi biletdə hansı üsulla və hansı şəraitdə yazılar yazması, qeydlər aparması barədə heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən göstərilir ki, Orucov X1 rayonu, Tatyanoba kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə həmyaşıdları ilə səmimi və xoş davranmış onlar arasında hörmətə malik olmuşdur. Qonşuları ilə yaxşı münasibətdə olmuş xeyir-şər məclislərində onlara yaxından köməklik göstərmişdir. Heç bir qanuna zidd hərəkət etməmiş, onun barəsində hal-hazıra kimi Güllütəpə kənd İƏD üzrə nümayəndəliyinə rəsmi heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki eskpertizasının 07 oktyabr 2024-cü il tarixli, 5/1044-4/1415 saylı rəyində qeyd edilmişdir ki,
1. Təqdim edilmiş X2 adına verilmiş SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi biletin 15-ci səhifəsinin yuxarı sol hissəsində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur.
2. Təqdim edilmiş X2 adına verilmiş SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi biletin 15-ci səhifəsinin aşağı orta hissəsində və 16-cı səhifədə olan möhür əksləri şırnaqlı printerdə çap edilmişdirlər.
3. Təqdim edilmiş X2 adına verilmiş SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi biletin 15 və 16-cı səhifələrində olan “AZƏRBAYCAN RESPUBLİKASİ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞİRİŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ *MASALLİ RAYON SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞİRİŞ ŞÖBƏSİ” məzmunlu möhür əksləri eksperimental əks nümunələri ilə eynilik təşkil edilər.
4. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində qeyd edilmiş əlamətlərə əsasən hərbi biletin orta hissəsində tikilmiş sap açılmış, sonradan həmin vərəqlər stepler vasitəsilə yenidən tikilmişdilər. Ekspertizaya təqdim olunmuş X2 adına verilmiş SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi biletin 15-16-cı səhifələrində olan əlyazmalar və imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, X8 tərəfindən yox, X9 tərəfindən yox, X6 tərəfindən yox, X4 tərəfindən yox, X7 tərəfindən yox, X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eləcədə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(050)-215/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanaqla, təyin olunmuş cəzaya qismən toplanmış və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-110/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri müəyyən edici hissəsindən (qərarın 4-cü səhifəsinin 2-ci və 3-cü abzaslarından) görünür ki, Masallı Rayon Məhkəməsinin müvafiq hökmü ilə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(050)-106/2018 saylı hökmü ilə təyin olunmuş islah işləri və cərimə cəzasından Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən azad edilmiş və icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert komissiyasının sonuncu müayinəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Tmson xəstəliyi, Miopatiya diaqnozu ilə 2-ci qrup əlildir və əlillik müddətsizdir. İş materiallarında olan 09 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 adına olan verilmiş SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi bilet maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlətin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını, 2-ci qrup əlil olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini (onun əvvəllər dəfələrlə anoloji cinayət törətməsi), törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir. Onun məhkumluğu ödənilməmiş və ya qanunvericiliyə əsasən götürülməmişdir, buda onu göstərir ki, o, islah olunmamışdır. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, hazırkı cinayət əməli Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədilmişdir. Qeyd olunan səbəbə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(050)-110/2024 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(050)-110/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərkən onun cəzaçəkməsinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid1 adına olan verilmiş SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi bilet cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizanın dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(050)- 110/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökm ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(050)- 110/2024 saylı hökmünə əsasən azadlıqdan mərhumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid1 adına olan SX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli hərbi bilet cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zeynal Zeynalov