Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-60/2024 17.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1965-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, çoban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1971-ci ildə Masallı rayonu, Lürən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sağıcı işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Tüklə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fermasında xırdabuynuzlu heyvanlar saxlanılan tövlənin yan tərəfindən dəmir materialından olan şiferinin çürümüş hissəsini aralamaq yolu ilə qanunsuz daxil olaraq oradan 4 (dörd) baş xırdabuynuzlu quzunu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fermasında xırdabuynuzlu heyvanlar saxlanılan tövlənin yan tərəfindən dəmir materialından olan şiferinin çürümüş hissəsini aralamaq yolu ilə qanunsuz daxil olaraq oradan 4 (dörd) baş xırdabuynuzlu quzunu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fermasında xırdabuynuzlu heyvanlar saxlanılan tövlənin yan tərəfindən dəmir materialından olan şiferinin çürümüş hissəsini aralamaq yolu ilə qanunsuz daxil olaraq oradan 4 (dörd) baş xırdabuynuzlu quzunu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fermasında xırdabuynuzlu heyvanlar saxlanılan tövlənin yan tərəfindən dəmir materialından olan şiferinin çürümüş hissəsini aralamaq yolu ilə qanunsuz daxil olaraq oradan 4 (dörd) baş xırdabuynuzlu quzunu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2013-cü ilin fevral ayının 9-dan 2020-ci ilin mart ayının 2-nə qədər Masallı rayonu, Boradigah qəsəbə sakini Tahir Məmmədova məxsus Tüklə kəndi ərazisində yerləşən fermada çoban işləmişdir. Tahirin fermasından işdən ayrıldıqdan sonra müxtəlif fermalarda qısa müddətlər ərzində işləmişdir. 2023-cü ilin iyun ayının 11-dən isə yenidən Tahir Məmmədova məxsus fermada hazırki vaxta qədər işləyir. Həmin fermada ondan başqa Masallı rayonu, Qızılağac kəndindən olan Təqsirləndirilən şəxs2 da işləyir. Onun iş fəaliyyəti fermada olan inəkləri sağmaqdan ibarətdir. Onların işlədikləri ferma ilə Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus fermanın arasında təxminən 200-250 metr məsafə var. Təxminən 2 ay müddətdir ki, Zərərçəkmiş şəxs fermasında işləyən çoban çıxıb getdiyi üçün onun fermasını mühafizə edən Əflatun onlardan işçi tapana qədər fermanın işlərində ona köməklik etmələrini xahiş etdiyi üçün 2023-cü ilin noyabr ayının 29-dan axşam saatlarından etibarən o, Tükazla birlikdə Əlinin fermasına gedərək müəyyən işlərdə Əflatuna köməklik etmişlər. O, danaları və inəkləri açıb bağlamaqla, Tükaz isə inəkləri sağmaqla məşğul olmuşdur. Əflatun onların kömək etdiklərinə görə ikisinə ümumilikdə hər gün 7 manat pul vermişdir. Bu minvalla o, 2023-cü ilin dekabr ayının 21-nə qədər axşam saatlarına doğru Əlinin fermasına gedib-gəlmişdir. Lakin həmin ərəfələrdə xəstələndiyi üçün Tükaz özü təkcə Əlinin fermasına gedib müəyyən işlərdə köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarına doğru Tükaz həmişəki kimi Əlinin fermasına gedib yenidən Tahirin fermasına qayıtmışdır. Həmin tarixdə Əlinin fermasına əlavə maşınlar gəldiyi üçün o, Tükazdan Əlinin fermasına gələn şəxslərin kim olduğunu soruşduqda, sonuncu ona ora gələn şəxslərin Əlinin tanışları olduğunu, küləyin Əlinin fermasında olan kameraları xarab etdiyi üçün gələn şəxslərin kameranı düzəltməkdən gəldiklərini, lakin kameranın düzəlmədiyini bildirmiş və Əlinin fermasından quzu oğrulayıb satmalarını təklif etmişdir. O, Tükazdan mühafizəçi Əflatun barədə soruşduqda isə, Tükaz Əflatunun kəndə getdiyini və fermada heç kimin olmadığını bildirmişdir. Həmin vaxt maddi imkanı aşağı olduğu üçün o, Tükazın təkilifi ilə razılaşmış və həmin tarixdə təxminən saat 18 radələrində havanın qaranlıq vaxtında Tükazla birlikdə Əlinin fermasına doğru getmişdir. Tükaz iki fermanın arasında olan və Əlinin fermasına daha yaxın məsafədə yerləşən kanalın kənarında gözləmiş, o isə Əlinin fermasına yaxınlaşıb fermanın içərisində olan tövlənin dəmir materialdan olan şiferinin çürümüş hissəsini aralayıb tövləyə daxil olaraq oradan 4 ədəd xırdabuynuzlu quzuları çıxarıb Tükaza təhvil vermiş, Tükaz də həmin quzuları sürüyərək kanalın üzərində olan taxta körpünün yanına gətirib onun gözləmişdir. Bundan sonra o oğurladıqları 4 baş xırdabuynuzlu quzunu həmin axşam satmaq məqsədi ilə Masallı rayonu, Boradigah qəsəbəsində qəssab işləyən qaynı oğlu Ramilə zəng etmiş və təcili pula ehtiyacı olduğu üçün özünə məxsus olan 4 baş xırabuynuzlu quzuları satmaq istədiyini bildirmişdir. Ramil quzular barədə ondan maraqlandıqda o quzuların diri çəkilərinin 23-24 kq. olduğunu bildirdikdə, Ramil quzuların hər birinə 150 manatdan artıq pul verə bilməyəcəyini demişdir. O, Ramillə razılaşmış və Ramil fermaya gələrək 600 manat pul verib 4 baş xırdabuynuzlu quzunu ondan almışdır. Ramil getdikdən sonra 600 manat puldan 200 manatını Tükaza vermiş, 400 manatı isə özünə götürmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində həmişəki kimi Tükaz Əlinin fermasında inəkləri sağdıqdan sonra Tahirin fermasına gəlmiş və Əflatunun yenə də kəndə çıxıb getdiyini, fermanın boş qaldığını bildirib yenidən fermadan quzu oğurlayıb satmalarını təklif etdikdə, o, Tükazla razılaşmış və həmin tarixdə təxminən saat 18 radələrində havanın qaranlıq vaxtında yenidən eyni qaydada Əlinin fermasına gedib oradan 4 baş xırabuynuzlu quzuları oğurlamışlar. Sonra quzuları satmaq məqsədi ilə qaynı oğlu Ramilə zəng etmiş və kredit borcları ilə əlaqədar təcili pula ehtiyacı olduğu üçün özünə məxsus olan 4 baş əlavə xırabuynuzlu quzunu ümumilikdə 600 manata satmaq istədiyini bildirdikdə, Ramil onun işlədiyi fermaya gəlmiş və 600 manat pul verərək 4 ədəd quzuları ondan almışdır. Ramil getdikdən sonra 600 manat puldan 200 manatını Tükaza vermiş, 400 manatı isə özünə götürmüşdür. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdən Masallı rayonu, Boradigah qəsəbə sakini Tahir Məmmədova məxsus Tüklə kəndi ərazisində yerləşən fermada sağıcı işləyir. Həmin fermada ondan başqa Masallı rayonu, Boradigah qəsəbəsindən olan Təqsirləndirilən şəxs1 da çoban kimi işləyir. Onların işlədikləri Tahir Məmmədova məxsus ferma ilə Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus fermanın arasında təxminən 200 metr məsafə vardır. Zərərçəkmiş şəxs fermasında işləyən qadın və oğlu fermadan çıxıb getdikləri üçün onun fermasını mühafizə edən Əflatun onlardan işçi tapana qədər fermanın işlərində ona köməklik etmələrini xahiş etdiyi üçün 2023-cü ilin noyabr ayının 29-dan axşam saatlarından etibarən o Yusiflə birlikdə Əlinin fermasına gedərək müəyyən işlərdə köməklik etmişlər. Yusif danaları və inəkləri açıb bağlamaqla, o isə inəkləri sağmaqla məşğul olmuşdur. Əflatun onlara kömək etdikləri üçün ikisinə ümumilikdə hər gün 7 manat pul vermişdir. Yusif xəstələndiyi üçün 2023-cü ilin dekabr ayının 21-dən sonra Əlinin fermasına o təkcə gedib gəlmişdir. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə axşam saatlarına doğru Əlinin fermasına gedərkən əvvəllər görmədiyi iki avtomobil ilə tanımadığı şəxslərin fermaya gəldiyini görmüşdür. Yusif olmadığı üçün o heyvanları sağarkən inəklərin başını Əflatun özü tutmuşdur. İnəkləri sağan zaman Əflatundan həmin avtomobil ilə gələn şəxslərin kim olduqlarını soruşduqda, Əflatun ona fermanın kamerasını küləyin xarab etdiyini, gələn şəxslərin Əlinin qohumları olduğunu və fermanın kameralarını düzəltmək üçün gəldiklərini bildirmişdir. O, Əlinin fermasına gedib gələrkən fermaya quraşdırılmış kameralardan yalnız yolu çəkən kameranı görmüşdür. Adətən həmin kamera çəkiliş apararkən onun işıqları yanılı olmuşdur. Lakin həmin tarixdə kameranın işıqları yanmadığı üçün kameranın artıq işləmədiyini düşünmüşdür. O, inəkləri sağdığı müddət ərzində fermaya gələn şəxslər çıxıb getmişlər. Əlinin fermasından çıxıb Tahirin fermasına doğru yol ilə qayıdan zaman o, yenə də yola tərəf quraşdırlmış kameranın işığının yanmadığını görüb kameranın düzəlmədiyini fikirləşmişdir. Bundan sonra Tahirin fermasına gələn zaman Yusif ona Əlinin fermasına gələn maşınların nə üçün gəldiklərini və maşınla gələn şəxslərin kim olduğunu soruşduqda, o, Yusifə Əlinin fermasında olan kameranın xarab olduğunu, fermaya gələn şəxslərin isə kameranı düzəltmək üçün gəldiklərini, lakin kameranın düzəlmədiyini bildirmişdir. Axşam saat 18 radələrindən 19 radələrinə qədər Əflatun şam yeməyi üçün kəndə getmiş, qayıdan vaxtı isə ona axşam yeməyi gətirmişdir. Lakin həmin tarixdə soyuqladığı üçün Əflatundan yemək istəməmiş, gələrkən ona “kola” almasını xahiş etmişdir. O, Əflatuna qabları təhvil verdikdən sonra sonuncu 1 saatlıq fermanı ona tapşırıb çıxıb getmişdir. Bundan sonra fermanın boş olmasını nəzərə alıb və kameranın işləməməsini düşünüb Yusifə Əlinin fermasından xırdabuynuzlu heyvan oğurlayıb satmağı təklif etmişdir. Yusif də onunla razılaşmış və həmin tarixdə təxminən saat 18 radələrində havanın qaranlıq vaxtında onlar Əlinin fermasına doğru getmişlər. Aralarında olan razılığa görə o gələn şəxslərin olubolmamasına nəzarət etmək üçün yolda kanalın kənarında dayanıb gözləmiş, Yusif isə Əlinin fermasına gedərək ayaqları bağlı şəklildə bir-bir xırdabuynuzlu 4 ədəd quzuları gətirib dəmir barmaqlıqlardan ibarət olan qapıdan ona vermişdir. O, isə quzuları kanalın üzərində olan taxta körpünün yaxınlığına tərəf bir neçə metr sürüyüb gözləmişdir. Sonra Yusiflə quzuları bir-bir körpüdən keçirərək Tahirin ferması tərəfə keçirib yerə yığmışlar. Həmin tarixdə Yusif oğurladıqları 4 baş quzunu ümumilikdə 600 manata satmış, pula ehtiyacının olduğunu bildirərək ona 200 manat pul vermişdir. Sonradan Yusifin 4 baş xırdabuynuzlu quzuları qaynı oğlu Ramil adlı qəssaba satdığını bilmişdir. Bundan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlar öz işləri məşğul olmuş və həmin tarixdə axşam saat 18 radələrində həmişəki kimi o Əlinin fermasında inəkləri sağdıqdan sonra Tahirin fermasına gəlmişdir. Bir qədər sonra isə Əflatun Tahirin fermasına gəlib ona yemək gətirib gətirməyəcəyini soruşduqda, o, gətirməməsini bildirmişdir. Əflatun getdikdən sonra o Yusiflə bir daha aralarında Əlinin fermasından quzu oğurlayıb satmaqla bağlı razılaşmış və həmin tarixdə saat təxminən 18 radələrində havanın qaranlıq vaxtında yenidən eyni qaydada Əlinin fermasına gedərək oradan 4 ədəd xırdabuynuzlu quzuları bir-bir tutub ayağını bağlayaraq tövlədən çıxarıb ona təhvil vermiş, o, isə quzuları bir-bir sürüyərək kanalda olan taxta körpünün kənarına gətirmişdir. Sonra quzuları bir-bir Tahirin fermasına düşən sahəyə keçirmişlər. Həmin tarixdə Yusif oğurladıqları 4 baş xırdabuynuzlu quzuları yenidən satdıqdan sonra evə gələrək ona 200 manat pul vermişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1998-ci il tarixdən fərdi təsərrüfatla məşğul olur. Onun yaşadığı kənd ərazisində özünə məxsus olan ferması var və həmin fermada xırdabuynzulu, həmdə iribuynuzlu heyvanlar saxlayır. Xırdabuynuzlu heyvanlar fermanın həyətində tikilmiş ayrı tövlədə, iribuynuzlu heyvanlar isə ayrı tövlədə saxlanılır. Fermanın həyətində olan iribuynuzlu heyvanları saxlamaq üçün nəzərdə tutulan tövlə mişar daşlarından tikilmiş, xırdabuynuzlu heyvanları saxlamaq üçün nəzərdə tutulan tövlə isə dəmir şiferlərdən inşa edilmişdir. Ümumi nəzarət üçün fermaya görüntü kameraları quraşdırılmışdır. Fermaya təxminən 6 ay müddətdir ki, qohumu olan Masallı rayonu, Mollaoba kənd sakini Şahid2 nəzarət edir. Fermada işləyən çoban çıxıb getdiyi üçün fermanın işlərində çətinlik yaranmış və köməklik etmək üçün Əflatun Masallı rayonu, Boradigah qəsəbəsindən olan Tahir Məmmədova məxsus qonşu fermada işləyən Yusif adlı çobanı və Tükaz adlı sağıcı qadını çağırmışdır. Özü isə müəyyən vaxtlarda fermaya gedib ümumi nəzarət edib qayıtmışdır. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə fermaya nəzarət etmək üçün gedən zaman xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin sağ yan tərəfindən olan dəmir şiferin çürümüş hissəsinin qaldırılmış vəziyyətdə olduğunu görüb, tövləyə naməlum şəxslərin daxil olmasından şübhələnmiş və fermaya quraşdırılmış kameralara baxmışdır. Kameraların aldığı qeydlərə baxan zaman xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində naməlum şəxsin həmin xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin sağ yan tərəfində olan dəmir şiferin çürümüş hissəsindən tövləyə daxil olaraq tövlədə olan xırdabuynuzlu quzulardan bir-bir aparmaqla ümumikdə 4 baş xırdaduynuzlu quzunu oğurlayıb aparmasını müşahidə etmişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə də saat 18 radələrində eyni ilə naməlum şəxsin xırdabuynuzlu quzuların saxlanıldığı tövlənin sağ yan tərəfində olan dəmir şiferin çürümüş hissəsindən tövləyə daxil olaraq xırdabuynuzlu quzulardan bir-bir aparmaqla ümumikdə 4 baş xırdaduynuzlu quzunu oğurlayıb aparmasını müəyyən etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ona məxsus olan Masallı rayonu, Mollaoba kəndində yerləşən fermadan ümumilikdə 8 baş xırdabuynuzlu quzu oğurlanmış və quzuların hər birinin dəyəri 200 manat olmaqla, ümumilikdə ona 1600 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı iddia, tələb və şikayəti olmadığını qeyd edərək, barələrində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 2023-cü ilin avqust ayının 4-dən Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs məxsus fermada nəzarətçi kimi işləməyə başlamışdır. O, fermada nəzarətçi işləməyə başlayarkən Astara rayonundan olan Rəfiqə adlı qadın və oğlu Famil femrada işləmişlər. Fermanın qonşuluğunda isə Boradigah qəsəbə sakini Tahir Məmmədova məxsus ferma yerləşir. 2023-cü ilin noyabr ayının ortalarında Əlinin fermasında sağıcı işləyən Rəfiqə adlı qadın və çoban işləyən oğlu Famil işdən çıxmışlar. Buna görə də fermanın işlərində çətinliklər yaranmağa başlamışdır. Əligilin məsləhəti ilə fermaya sağıcı və çoban tapılana qədər femanın işlərinə köməklik etmək üçün Yusifdən və Tükazdan xahiş etməli olmuşdur. Yusiflə Tükaz fermanın işlərində axşam təxminən 1-2 saat ərzində ona köməklik etmiş və o, gündəlik onlara ümumilikdə 7 manat pul vermişdir. Yusif 2023-cü ilin dekabr ayının 21nə qədər Əligilin fermasına gəlib getmişdir. Həmin ərəfələrdə Yusif xəstələndiyi üçün dekabr ayının 21-dən Tükaz özü təkcə Əlinin fermasına gəlib getməyə başlamışdır. Əligilin fermasına ümumi nəzarət üçün kameralar quraşdırılmışdır. Dekabr ayının axırlarında möhkəm külək əsməsi nəticəsində Əligilin femasında olan kameralar xarab olmuşdur. Həmin vaxt kameraları düzəltmək üçün fermaya Əlinin qohumları gəlmişdir. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə axşam saatlarına doğru Tükaz inəkləri sağmaq məqsədi ilə femraya gəlmiş, Yusif olmadığı üçün Tükaz heyvanları sağarkən inəklərin başını o tutmuşdur. Tükaz ondan Əlinin fermasına gələn şəxslərin kim olduğunu soruşduqda, o, fermanın kamerasını küləyin xarab etdiyini, gələn şəxslərin fermanın kameralarını düzəltmək üçün gəldiklərini bildirmişdir. Tükaz inəkləri sağdıqdan sonra çıxıb getmişdir. O, hər axşam saat 18 radələrindən 19 radələrinə qədər şam yeməyi yemək üçün kəndə getmiş, Fermaya qayıdan zaman isə Tükaza özü ilə şam yeməyi gətirmişdir. Lakin həmin axşam o evə gedərkən Tükaz ondan yemək istəməmişdir. O Tükazdan kəndə gedib gələnə qədər Əlinin fermasına da 1 saat ərzində nəzarət etməsini xahiş etmişdir. Onun evdə olduğu müddət ərzində Tükazla Yusifin fermanın kameralarının işlək olmamasını düşündükləri üçün xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrinədək, yəni o fermaya qayıdana qədər Əlinin fermasında olan tövlədən 4 baş xırdabuynuzlu heyvanı oğurlanmışlar. X2rluq edəcəyini düşünmədiyi üçün həmin tarixdə fermaya qayıdarkən heç nədən şübhələnməmişdir. Gedərkən Tükaz kənddən ona “Kola” alıb gətirməsini xahiş etdiyi üçün Tahirin fermasına gedib aldığı “Kola”nı Tükaza vermiş və Yusifi soruşduqda, Tükaz ona Yusifin qonşu fermanın heyvanlarını Tahirə məxsus fermanın sahəsindən çıxarmaq üçün atı minib getdiyini demişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə eyni qaydada axşam saatlarında Tükaz inəkləri sağdıqdan sonra saat 18 radələrində o, fermanı onlara tapşırıb evə getmiş, təxminən saat 19 radələrində geri qayıtmışdır. Lakin yenə də şübhələndiyi heç bir hal olmamışdır. Növbəti gün Əli özü femraya gəldikdən sonra fermadan oğurluq halının baş verməsi müəyyən edilmişdir. Bundan sonra Əli polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra fermada olan kameralara baxılan zaman xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Yusif və Tükazın fermadan hər dəfə 4 baş xırdabuynuzlu quzu olmaqla ümumilikdə 8 baş xırda buynuzlu quzuları oğurlamaları müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən (arayış) görünür ki, təsvir olunmuş 8 baş xırdabuynuzlu quzunun hər birinin ət çəkisi 12 kq olmaqla bir baş quzunun qiyməti 200 manat, ümumilikdə 8 baş quzunun qiyməti isə 1.600 manatdır. Təsvir olunmuş 8 baş xırdabuynuzlu quzunun qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Qızılağac inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmalarını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncunun onlardan iddia, tələb və şikayətinin olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini, əməllərindən peşman olmalarını və təqsirlərini səmimi etiraf etmələrini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərən şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalı,. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Hakim Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-60/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-60/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver