Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-62/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı ildə Cəlilabad rayonu, Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 azyaşlı uşağı olan, orta təhsilli, “DOST” mərkəzində fəhlə işləyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,372 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almaq məqsədilə yaşadığı kənddən Cəlilabad şəhərinə getmişdir. Cəlilabad şəhərində yerləşən “İran Bazarı” deyilən yerə doğru bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə heroin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, bir az ona baxıb düşündükdən sonra onda narkotik vasitə heroin olduğunu, istəsə ona verə biləcəyini demişdir. Bundan sonra həmin tanımadığı şəxs cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə maddəni çıxardıb ona göstərək həmin bükümün içində təxminən yarım qram ağırlığında heroin olduğunu və həmin heroini 10 manata sata biləcəyini bildirmişdir. Həmin tanımadığı şəxslə razılaşıb ondan bir ədəd bükümdə narkotik vasitə heroini 10 manat pula alıb əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra yaşadığı Uzuntəpə kəndində yerləşən evinə getmişdir. Həmin günü saat 18 radələrində üzərində olan və tanımadığı şəxsdən əldə etdiyi bir büküm narkotik vasitə heroini qəbul etməkdən ötrü yenidən Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhəri ərazisindən keçən köhnə Ələt-Astara avtomobil yolununun üzərindəki dairənin yaxınlığında olarkən əvvəllər tanıdığı Cəlilabad şəhər sakini Şahid2 orada olduğunu görmüşdür. Rəvanla salamlaşıb söhbət etdikdən sonra Rəvan ona Masallı rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasına gedib orada çay içməklərini təklif etmiş, o, da razılaşmışdır. Bundan sonra onlar həmin yerdə taksi fəaliyyətilə məşğul olan əvvəllər tanımadıqları şəxsin idarə etdiyi “VAZ 2106” markalı avtomobilə sərnişin qismində oturub Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Masallı şəhəri, C.Cabbarlı küçəsində hərkətdə olarkən Rəvan taksi sürücüsünə avtomobili saxlamasını və su almaq istədiyini bildirmişdir. Bundan sonra həmin taksi sürücüsü, yəni adının sonradan Xəyal olduğunu bildiyi şəxs avtomobilini əvvəllər tanımadığı şəxsin işlətdiyi ərzaq mağazasının önündə saxlamışdır. O və Rəvan avtomobildən düşdükləri zaman üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, hər üçünün qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra onları Masallı RPŞ-yə dəvət edərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra həmin şəxslər onları ayrı-ayrı xidməti otağa aparmışlar. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində istəyinə əsasən Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, da həmin vaxtı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edərək, həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəlilabad rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov ondan üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, o, baş təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Baş təhqiqatçı Ariz Səfərov tərəfindən ona təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız büküm açılmış və içərisində həqiqətəndə narkotik vasitə heroin olduğu görünmüşdür. Bundan sonra həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,51 qram olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə olan heroin kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən üzərində axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonda baş təhqiqatçı tərəfindən üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol uca səslə oxunmuş və oda iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Rəvənın üzərində narkotik maddə olmasında onun, həmçinin onun da üzərində narkotik olmasında Rəvanın heç bir xəbəri olmamışdır. Eyni zamanda taksi sürücüsü Şahid1 də nə onun, nə də ki, Rəvanın üzərində narkotik olduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə heroin özünə məxsus olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində dörd azyaşlı uşağı olmaqla ailəyə yeganə qazancə gətirən olmasını, “Vətən Müharibəsi” nin iştirakçısı olmaqla “Fizulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunduğunu nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə bədənində yaranmış ağrıları sakitləşdirmək məqsədilə yaşadığı evdən çıxaraq piyada hərəkət edib Cəlilabad şəhərinin mərkəzində yerləşən avtovağzal deyilən yerin yaxınlığına gedərək orada özünə narkotik vasitə almaq üçün satıcı axtarmağa başlamışdır. Həmin vaxt yol kənarında zahirən uzun boylu, sifətində saqqalı olan arıq bədən qurluşlu narkotik aludəçisinə oxşayan bir nəfər əvvəllər tanımadığı şəxsin olduğunu görüb ona yaxınlaşaraq narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə heroin tapmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Həmin şəxs ona üzərində narkotik vasitə heroin olduğunu həmin heroini 10 manat pul müqabilində sata biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşıb cibində olan pulların arasından 10 manat ayırıb həmin şəxsə vermişdir. Həmin şəxs də ona cibindən çıxardığı gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində heroin olduğunu dəqiqləşdirdikdən sonra həmin şəxsin yanından uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Həmin gün bir sıra işlərini gördükdən sonra üzərində olan nakrotik vasitə heroini istifadə etmək məqsədilə küçəyə çıxmışdır. Lakin küçədə inasnaların çox olduğunu görüb piyada hərəkət edərək Cəlilabad şəhəri ərazisində yerləşən köhnə Ələt-Astara yolundan keçən dairəvi hərəkət təşkil olunmuş yolayrıcının yerləşdiyi istiqamətə doğru getməyə başlamışdır. Həmin yerə çatdıqdan sonra əvvəllər tanıdığı Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Təqsirləndirilən şəxsla salamlaşıb söhbət etdikdən sonra Masallı rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasına gedib çay içməyi qərarlaşdırmışlar. Sonra orada taksi fəaliyyətilə məşğul olan əvvəllər tanımadığı lakin adının sonradan Xəyal olduğu bildiyi şəxsin idarə etdiyi “VAZ 2106” markalı avtomobilə yaxınlaşıb həmin şəxslə razılaşıb İlkinlə birgə avtomobilə əyləşmişlər və Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Masallı şəhəri, C.Cabbarlı küçəsində hərkətdə olarkən taksi sürücüsünə avtomobili saxlamasını və su almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs orada avtomobilini əvvəllər tanımadığı şəxsin işlətdiyi ərzaq mağazasının önündə saxlamışdır. O və İlkin avtomobildən düşdüyü zaman üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, hər üçünün qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərilərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Daha sonra onları Masallı RPŞ-yə dəvət edərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra həmin şəxslər onları ayrı-ayrı xidməti otağa aparmışlar. Bir neçə müddət sonra həmin üç nəfər polis əməkdaşı onu digər xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X12 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, da əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edərək, həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Cəlilabad şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,51 qram olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən protokol tərtib edilmiş və o da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasında onun, həmçinin onun da üzərində narkotik olmasında İlkin heç bir xəbəri olmamışdır. Eyni zamanda taksi sürücüsü Şahid1 də nə onun, nə də ki, İlkinin üzərində narkotik olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid2 və Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 narkotik vasitələri qanunsuz əldə edib üzərilərində gəzdirməkdə və istifadəsində, həmçinin Şahid1 idarə etdiyi “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Cəlilabad rayonundan Masallı rayonu ərazisinə gəlmələri bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında tərəfindən həmin günü qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə Masallı RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X13, RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və RPŞnin CAB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid5 təyin edilmişdir. Həmin gün saat 19 radələrində hər üç şəxsin Masallı şəhəri, Cəfər Cabbarlı küçəsində avtomobildə hərəkətdə olmaları barədə məlumat əldə edib polis əməkdaşları Şahid4 və Şahid5 ilə birlikdə həmin əraziyə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 “VAZ 2106” markalı 20BK214 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olmalarını görüb onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərlərində narkotik vasitə gəzdirmələrini və qəbulunda şübhəli olmalarını bildirib onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid2 Masallı RPŞ-yə məxsus xidməti avtomobildə, Şahid1 isə onun iştirakıyla idarə etdiyi “VAZ 2106” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Masallı RPŞ-yə gətirilmişdir. Bundan sonra qeyd etdiyi şəxslərin üzərlərinə şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəisinə məruzə etmişdir. Raportun icrası TB-nin baş təhqiqatçısı polis mayoru Ariz Səfərova həvalə olunmuşdur. Sonra baş təhqiqatçı Ariz Səfərov ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən onun, müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edərək, həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəlilabad şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı X28 Abışovdan üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, o üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də baş təhqiqatçı tərəfindən onun üzərində axtarış davam etdirilmiş və əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra baş təhqiqatçı tərəfindən bir ədəd gümüşü rəngli kağız büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,51 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokoli imzalamışdır. Sonra baş təhqiqatçı Ariz Səfərov Şahid2 şübhəli şəxs qismində tutmuş, Şahid2 istəyilə ona dövlət hesabına təyin edilmiş Masallı Rayon Vəkil Bürosunun vəkili X7 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 0,51 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sonra həmin heroin zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Cəlilabad şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və o, da həmin protokolu imzalamışdır. Daha sonra baş təhqiqatçı Ariz Səfərov Şahid1 şübhəli şəxs qismində tutmuş, Şahid1 istəyilə ona dövlət hesabına təyin edilmiş Masallı Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə onun üzərinə şəxsi axtarış və idarə etdiyi “VAZ 2106” markalı 20BK214 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin, Şahid1 üzərindən və idarə etdiyi avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 üzərinə şəxsi axtarış və idarə etdiyi “VAZ 2106” markalı 20 BK214 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib olunmuş və həmin protokolu iştirakçılar birlikdə imzalamışdır. Həmin şəxsləri əvvəllər tanımamış, onlarla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərilərinə şəxsi axtarış aparıldıqda onlara qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsində göstərilmişdir ki, onun atası X5 adına “VAZ 21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobil ilə taksi fəaliyyətilə məşğul olur. Lakin sürücülük hüququmu təsdiq edən sənədi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri ərazisində yerləşən köhnə Ələt-Astara yolundan keçən dairəvi hərəkət təşkil olunmuş yolayrıcının kənarında idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt iki nəfər şəxs ona yaxınlaşıb onları Masallı rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasına aparıb-apara bilməyəcəyini soruşmuşlar. O, həmin şəxslərə 20 manat pul müqabilində onları qeyd etdikləri ünvana apara biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxslər onun avtomobilinə əyləşmişlər və o, da avtomobilini idarə etməyə başlamışdır. Yolda hərəkətdə olarkən onlardan biri adının İlkin, digəri isə adının Rəvan olduğunu ona demişlər. Masallı şəhəri ərazisinə daxil olub C.Cabarlı küçəsində “İstisu” sanatoriyası istiqamətində hərəkətdə olarkən adını Rəvan kimi bildiyi şəxs yol kənarında avtomobilini saxlamağını və ərzaq mağazasından su almaq istədəyini bildirmişdir. Buna görə o, avtomobilini yol kənarında əvvəllər tanımadığı şəxsin işlətidiyi ərzaq mağazasının önündə saxlamışdır. Bundan sonra Rəvan və İlkin adlı şəxslər avtomobildən yerə düşmüşdür. O, da təmiz hava almaq məqsədilə avtomobilindən yerə düşmək istəyərkən üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, hər üçünün qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Daha sonra onları Masallı RPŞ-yə dəvət edərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra həmin şəxslər onları ayrı-ayrı xidməti otağa aparmışlar. Bir neçə müddət sonra həmin üç nəfər polis əməkdaşı onu digər xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, da üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olmadığını demişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin, üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Baş təhqiqatçı Ariz Səfərov idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Bundan sonra Masallı RPŞ-nin müvəqqəti duracağında saxlanılan özünə məxsus “VAZ 2106” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin, həmin avtomobildən də istifadəsi və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamşdır. Təqsirləndirilən şəxs və Şahid2 əvvəllər tanımamış, həmin şəxslərə qarşı heç bir ədavəti və düşmənçiliyi olmamış, onların üzərində narkotik maddə olmasında məlumatı olmamışdır. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəlilabad şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını deməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 01 fevral 2024-cü il tarixli, 19/93 nömrəli rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zəfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,372 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,372 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq - 0,322 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X20 Yoxlamanın nəticələrinə dair 02 fevral 2024-cü il tarixli, 103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz qalıq çəkisi 0,322 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğu görüntünün olduğu 01 ədəd video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cəlilabad Rayon İHB-ın Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Abışov X10 rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1990-cı il təvəllüdlü X4, qızı-xx.xx.2011-ci il təvəllüdlü X14, oğlu-xx.xx.2023-cü il təvəllüdlü X22, qızıxx.xx.2018-ci il təvəllüdlü X15 və oğlu-xx.xx.2019-cu il təvəllüdlü X8 ibarət ailə tərkibində yaşayır. Abışov X2 yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-ci maddəsin əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşağının olmasını, CMnin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, “Vətən Müharibəsi” iştirakçısı olmaqla “Fizulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında törədilmiş əmələ görə ilk növbədə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə şəxsə ilk növbədə həmin cəzanın təyin edilməsinin mümkünlüyü məsələsini qiymətləndirməlidir. Məhkəmə tərəfindən cəza təyin edilərkən şəxsə daha ağır cəzanın təyin edilməsi o halda məqbul hesab edilə bilər ki, təyin ediləcək yüngül cəza cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(073)-29/2024 nömrəli qərarından görünür ki, Abışov X17 RPŞ-nin İstintaq bölməsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(073)-29/2024 nömrəli qərarı Təqsirləndirilən şəxs barəsində 10 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,322 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 31 yanvar 2024cü il tarixindən 02 fevral 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəlilabad Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 4(073)-29/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,322 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-62/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-62/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver