Məhkəmə qərarları › İş №1(050)-62/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-62/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-62/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Masallı Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarilxi qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xx xxxxxx 1981-ci il tarixdə Lənkəran rayonu, Gərmətük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 10 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu Qəzvinoba kəndi ərazisində yerləşən özünün vərəsəlik hüququ ilə payı olduğunu iddia etdiyi torpaq sahəsinin giriş hissəsinə qohumu Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri tərəfindən qoyulmuş qapının onun torpaq sahəsinə daxil olması üçün yaradılmış maneə və özünə qarşı qərəzli münasibət kimi qəbul edərək qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd edilən torpaq sahəsinə gedərək oranın insanların sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən bir qrup şəxs halında birləşib ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs1 üzərinə yaşadığı evin həyətinin giriş darvazasının qarşısında hücum edib zor tətbiq edərək sonuncuya bir dəfə əl zərbəsi ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Daha sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya sağ said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, əlində olan istintaqa məlum olmayan elektrik mişarından və dəmir çəkicdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin həyətinin ümumi dəyəri 1240 manat təşkil edən 1 ədəd 400x240 sm ölçüdə darvazasını, 1 ədəd 550x240 sm ölçüdə darvazasını, 1 ədəd 160x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 500x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 1 ədəd yaşayış evinin giriş qapısının dəstəkli kilidini, 1 ədəd 200x90 sm ölçüdə taxta qapını, 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini sındırıb zədələməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumilikdə 1280 manat məbləğində maddi ziyan vurması nəticəsində 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 10 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu Qəzvinoba kəndi ərazisində yerləşən qohumu Təqsirləndirilən şəxs1 vərəsəlik hüququ ilə payı olduğunu iddia etdiyi torpaq sahəsinin giriş hissəsinə sonuncunun həmin torpaq sahəsinə görə ədavətdə olduğu Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri tərəfindən qoyulmuş qapının Təqsirləndirilən şəxs1 torpaq sahəsinə daxil olması üçün yaradılmış maneə və qərəzli münasibət kimi qəbul edərək sonuncu ilə birlikdə qeyd edilən torpaq sahəsinə gedərək oranın insanların sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən bir qrup şəxs halında birləşib ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs1 inşa etdiyi birmərtəbəli fərdi yaşayış evinin çardağında olan taxta masanın üstünə çıxaraq Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərini uca səslə nalayiq sözlərlə təhqir edib zor tətbiq edərək Zərərçəkmiş şəxs1 üzərinə masa üstündən qəsdən atılıb sonuncuya sağ dirsək nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib əlində olan istintaqa məlum olmayan dəmir çəkicdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin ümumi dəyəri 40 manat təşkil edən 1 ədəd 120x100sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini, 1 ədəd 100x100sm ölçüdə plastik pəncərənin iki ədəd ikiqat şüşəsini sındırıb zədələməklə Təqsirləndirilən şəxs1 ilə birlikdə ümumilikdə 1280 manat məbləğində maddi ziyan vurması nəticəsində 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, videoyazılardan görünür, getdiyi yer uzun müddət istifadə etdiyi torpaq sahəsidir. Masallı rayon Türkoba kənd X9 Məhkəməsinin sorğusuna cavab olaraq bildirib ki, həmin torpaq sahəsi Təqsirləndirilən şəxs1 aiddir. Həmin torpaq sahəsində 70 ədəd ağac əkmiş, qoyun saxlamışdır. O, həyətə dəmirdən və şiferdən hasar çəkmiş, Zərərçəkmiş şəxs1 isə həmin dəmirləri oğurlamışdır. Bununla bağlı məhkəməyə müraciət etsə də, heç bir hüquqi qiymət verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin məktubuna əsasən 11 sentyabr 2023-cü il tarixdə gündüz saatlarında ekspertizanın keçirilməsi ilə bağlı ona iştirak etməsi ilə bağlı məlumat verilmişdir. Ona görə də, 10 sentyabr 2023-cü ildə oğlu ilə birlikdə rayona getmişdir. Həmin həyətə qapı qoyulduğunu görmüşdür. İnsanın bir qapısı olar, bunların isə iki qapısı var, ilk dəfə belə bir şey görür. Öz evlərində qapı var, onun torpağına da, qapı qoyublar ki, istifadə edə bilməsin. Zərərçəkmiş şəxslərə bildirmişdir ki, ekspertlər gələcək və həyətə keçə bilməyəcəklər. Ona görə də, darvazanı açmalarını təklif etmişdir. Lakin onlar darvazanı açmadıqları üçün anasının evinin həyətindən götürdüyü laqonda ilə öz bastırdığı borunu kəsmək istəmişdir. Digər şəxslər anasının evindən zərərçəkmişlərin yüksək səslərinə həmin yerə gəlmişlər. Zərərçəkmiş şəxslər imkan vermədikləri üçün qapını çiyni ilə vurub açmış və içəri girmişdir. Zərərçəkmişlər deyir ki, onların ağıza vurmuş, sonra yerə yıxaraq təpikləmişdir. Ancaq o, heç kimə xəsarət yetirməmiş və fiziki təmasda olmamışdır. Həmçinin hadisə yerinə gələn təcili tibb yardım xidmətinin əməkdaşları da, bildirmişlər ki, gözlə görünən xəsarət aşkar olunmayıb, lakin səs yazısında və istintaqa verdiyi ifadəyə uyğun gəlmir. Burda o, bədən deyəndə əli nəzərdə tutmuşdur, lakin leksikonda bədən ilə əl ayrı məna verir. Sonra xəstəxanadan belə məlumat veriblər ki, Zərərçəkmiş şəxs1 10 sentyabr 2023-cü il tarixdə daxil olmamışdır, lakin sonradan bilinmişdir ki, Nümayəndə adı ilə daxil olmuş, Rədifənin şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirmişlər. Sonra isə Zərərçəkmiş şəxs1 deyir ki, Sabit onu bu qapıda deyil, digər qapıda döymüşdür. Darvazanın kimə məxsus olmasını bilmir, ancaq o, Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 gün inzibati qaydada müvvəqəti saxlama yerində olduğu müddətdə zərərçəkmiş şəxslər onun içəridə olduğundan istifadə edərək istifadə etdiyi torpağa qeyri-qanunsuz darvazanın qoyulması üçün qazıntı işləri aparmışlar və 30 yanvar 2023-cü il tarixdə darvaza qoyulmuşdur. Pəncərəsi sındırılan evin kimə məxsus olmasını bilmir, lakin evin inşasına 2017-ci ildə başlanıb, buna görə inzibati qaydada İcra Hakimiyyəti Nümayəndə cərimə etmiş və protokol tərtib etmişdir. Lakin aktda evin Xırdabacıya məxsus olması qeyd olunur. Həmçinin təhqiqatçının qərarından da, görünür ki, həmin məsələ orda qeyd olunub. Anası bu məsələ ilə bağlı qardaşına müraciət etmiş, qardaşı Əlövsət də, 102 xidmətinə zəng etmiş və əməkdaşlar həmin əraziyə gəlmişlər. 08 fevral 2023-cü il tarixdə o, azad olunsa da, sonradan digər inzibati işlə bağlı cərimə olunmuş, həmin cəriməni də, ödəmişdir. Darvaza ilə bağlı özü müraciət etməmişdir, çünki dəfələrlə zərərçəkmişlər tərəfindən şərlənmişdir. Düşünmüşdür ki, heç bir nəticəsi olmayacaqdır, həmçinin təkrar şərlənməkdən qorxduğu üçün heçnə etməmişdir. Onların verdiyi ifadələrlə, ekspert rəyləri ilə tamamilə uyğunluq yoxdur, istintaqda da, verdiyi ifadələrlə üst-üstə düşmür. İstintaqda başqa ifadə verir, burda başqa ifadə verir. 2021-ci ildə cinayət məsuliyyətə cəlb olunmuş, sonra amnistiyaya düşmüş və anlayışla yanaşmışdır, çünki hər yerə ondan şikayətlər edirlər. Təqsirinin olmadığını bildirərərk məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, istirahət məqsədilə rayona gəlmişdir. Tez-tez Lənkəran rayonunda, ya da, Masallı rayonunda olur. Həmin günü rəfiqələri və ailəsi ilə birlikdə Masallıya gəlmiş və gecəni oteldə qalmışlar. Sabitin anası Elmira hər dəfə onun üçün ətdən, cücədən azuqə yığır ki, o, gəlib götürsün. Bu məqsədlə 10 sentyabr 2023-cü il tarixdə həmin azuqəni götürmək üçün gəlmişdir. Evdə oturub yemək yedikdən sonra Sabit gəlmişdir. Elmiranın evi Xədicənin evinin həyət darvazası ilə üzbə-üzdə yerləşir. Sabitdən ora gəlməsinin səbəbini soruşmuş, o isə torpağı ölçmək üçün reyestr xidmətindən əməkdaşların gələcəklərini demişdir. Sabit həyətə çıxandan təxminən 10-15 dəqiqə sonra orada qırğın getməsini eşidib həmin yerə gəlmişlər. Sevilə səs-küy salmamasını, ayıb olduğunu demişdir. Sevil isə ona: “səni anan bic gətirib, burda doğmayıb, Sarı kənddə doğub, nə bilim harda” deyə cavab vermişdir. Sonra videogörüntüdən də, göründüyü kimi o, Sevilin əlindən laqondanı və uzunladıcını almaq istəyərkən Sevil ona acıq üçün: “üstümə komanda yığıb gətirmisən” kimi ifadələr işlətmişdir. O, həmin həyətə dəfələrlə gəlmiş, ortada evləri ayıran çəpəri onunla Sabit bir yerdə düzəltmişlər. Həmçinin orda bir yerdə qoyun saxlamışlar. Astaradan 60-70 ədəd ağac alaraq həmin torpağda əkmişlər. Onda həmin qadınlar belə bir hərəkət etməmişlər, lakin həmin yeri rəsmiləşdirmək istədiklərini eşidəndə qırğın qiyamət yaratmağa başlamışlar. Həmin yerdə dəmir borunu laqonda ilə kəsmək istəyərkən onları davaya tutmuşlar. Onu söydükləri üçün o, da qarşılıqlı olaraq onları söymüşdür. Atası 2018-ci ildə rəhmətə gedib, heç kimin haqqı yoxdur ki, onu söysün, ya da, qızını söysün, şəxsiyyətinə toxunsun, əgər onun qızının şəxsiyyətinə kimsə toxunursa, o, da toxunur. Sabit kəsməyə başlayanda, Sevil yenə də, laqondanı şəbəkədən ayırmağa çalışmışdır. O, təkrar Sevilin yanına gedib belə etməməsini demiş, lakin Sevil 102 xidmətinə zəng edəcəyini demişdir. Bundan sonra Sabit çiyni ilə qapını vurub açaraq içəri girmiş, onlar da, onun ardınca həyətə daxil olmuşlar. Sabit qorxudan onlara toxunmayıb, həyətdə belə əlləri arxada olmuş, təmas olmamışdır. Sözlə Sabiti söymüşlər, o, da onlara cavab vermişdir. Sevil ona qarşı da, acıqlı sözlərdən istifadə etmişdir ki: “komanda yığıbsan, gətirmisən”. İstəkləri ondan ibarət olmuşdur ki, onlara nəsə etsinlər, lakin elə bir şey baş verməmişdir. Sabit heç kimə xəsarət yetirməyib. Arvad davası idi, zərərçəkmiş tərəf onu, o, da cavab olaraq onları söymüşdür. Öz mülkü olmasa da, ata ocağıdır. Xədicə atasını söymüş, sonra onun şəxsiyyətinə toxunmuşdur ki, “Türkiyədə elə edirsən, içirsən”. O, da yerdən çəkici götürmüş, ya da, səhv etmirsə çəkic Sabitin əlində olmuş, o, da hardansa götürmüşdür. Çəkiçi götürüb şüşəni qırmış lakin, onlara heç bir şey etməmişdir. Xırdabacı taxtanı əlinə götürüb onun kürəyindən davamlı olaraq vurmuşdur. X20 əlindən taxtanı alan zaman arvad yerə yıxılmışdır. O, stolun üstündən arvada baxanda özündən gedərək yerə yıxılmışdır. Yerdə olarkən Xırdabacı onun başına vurmuşdur. Xədicə bildirmişdir ki, sağ tərəfinə nəsə olub, lakin videogörüntüdən görünür ki, ona həmin tərəfdən dəyməmişdir. Həmçinin videogörüntüdə əks olunur ki, Xədicə yerini daha da, rahat edərək uzanır ki, polis əməkdaşları gələndə ona nəsə olmuş kimi görünsün. O və qardaşı hüquqi varis olsalar da, onun torpaqla bağlı iddiası yoxdur. Mübahisənin baş verdiyi evin həyətində olan darvaza hadisədən təxminən 5-6 ay əvvəl Xədicə tərəfindən qoyulmuşdur. Pəncərəsini sındırdığı evin isə kim tərəfindən inşa olması barədə məlumatı yoxdur. Təqsirinin olmadığını bildirərərk məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, şəhid anasıdır və neçə ildir ki, Sabit onun başına oyun açır, ona evində rahat yaşamasına icazə vermir. 10 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Sabit əmisi qızı Günay ilə birlikdə yaşadığı evin həyətinin darvazasını elektrik mişarı ilə kəsməyə başlamış və darvazanın kilidini sındırmışlar. Sabit darvazanı açaraq özü, Günay, Sabitin oğlu, Elmira və Kəmalə həyətə daxil olmuşlar. Sabit dəmir çəpərləri qırmağa başlamışdır. Bundan sonra Sabit əlindəki çəkiclə evin giriş qapısının kilidini vurub sındırarkən qapını sındırmamasını tələb etmiş, Sabit isə onu vuraraq itələmişdir. O, daşın üstünə dəymiş və özündən getmişdir. X31 çəkici alıb ona məxsus evin pəncərəsinin şüşəsini sındırmağa başlamışdır. Yerdə olarkən Günay masanın üzərindən özünü onun üzərinə atmış, sonra böyrəyinə vurmuş və o, xəsarət almışdır. Günay “məni vurdular” deyərək qışqırmağa başlamış, o isə uzandığı yerdən qalxa bilməmişdir. Hadisə nəticəsində əmlakına ziyan dəymiş və həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, şəhid bacısıdır. Sabit neçə ildir onların başına oyun açır. Onlara imkan vermir ki, rahat yaşasınlar. Anasını öldürmək istəyirlər, yaşlı adamdı. 10 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Sabit əmisi qızı Günay ilə birlikdə yaşadıqları evin həyətinin darvazasını elektrik mişarı ilə kəsərkən elektrik mişarının kabelini şəbəkədən ayırmışdır. Sabit bundan sonra çəkiclə darvazanı vurmağa başlamış və darvazanı açaraq həyətə daxil olub dəmir çəpərləri qırmağa başlamışdır. O, Sabitə mane olmaq istəyərkən Sabit onu itələmiş və sağ qolundan tutub sıxmışdır. Sabitin oğlu Elmir isə onu sürükləmişdir, digər adamlar ona xəsarət yetirməmişlər. Sabit daha sonra əlindəki çəkiclə evin giriş qapısını vurub sındırmışdır. X22pını sındırmamasını xahiş edərkən anasını itələyərək daşların üstünə yıxmışdır. Anası yıxıldıqdan sonra ayaq üstə qalxa bilməmişdir. Daha sonra Günay pəncərənin qarşısında olan stolun üstünə çıxaraq çəkiclə pəncərənin iki şüşəsini sındırmış və stolun üstündən yerdə uzanıqlı olan anasının üstünə tullanaraq ona xəsarət yetirmişdir. Günay anasının üstündə olan zaman yumruqla və təpiklə anasının sinəsindən və çiyinlərindən vurmuşdur. Münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Evdə baş verən münaqişədə anası Xədicə, bacısı Xırdabacı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Sabitin oğlu Elmir Əliyev, Günayın qızı Selin Əliyeva, Sabitin anası Elmira Şükürova olmuşlar. Təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, uzun müddət olar ki, ata ocağına getməmişlər. 10 sentyabr 2023-cü il tarixdə istirahət etmək üçün rayona getmişlər. Bacısı Günay rəfiqəsi ilə getmişdi, orda həmçinin bacısı uşaqları da, olmuşdur. Belə eşitmişdir ki, Sabit həmin torpaq üzrə dəfələrlə məhkəməyə müraciət etmiş və torpağa görə 5-6 il ərzində əziyyət çəkmişdir. Bəzi məhkəmələrdə özü iştirak etmişdir. Sonuncu məhkəmə iclası səhv etmirsə Şirvanda olmuşdur, ordan qayıdanda görmüşlər ki, darvaza qoyulub, qapı da, içəri tərəfdən bağlanmışdır. Sabitgilə getmişlər, anası onlara çay vermiş, sonra isə Sabit gəlmişdir. Sabitdən burda olmasının səbəbini soruşmuş, Sabit isə reyestr xidmətindən torpağı ölçməyə əməkdaşların gələcəyini demişdir. Sonra Sabit çölə çıxmış və bir qədər sonra çöldən səs-küy gəldiyi üçün onlar da, çölə çıxmışlar və qadınların xoşagəlməz ifadələr işlətdiyini görmüşlər. Onlara ata ocaqları olduğunu və qapını açmalarını bildirmişlər. Onlarla aralarıda düşməncilik və ədavət olmamışdır. Uşaqlıqları orda keçib, orada böyümüş və bir müddət keçəndən sonra ata ocağına gəlmişlər. Hasarın qırağından birtəhər içəri keçmişlər, Sabit isə qapını əks tərəfdən açmaq istəyəndə Xırdabacı, Sevil və anaları Xədicə kürəkciklə Sabiti vurmağa başlamışlar. Sabiti əsasən Xədicə vurmuşdur. Sabit isə heç kimi vurmamış, əllərini arxada tutmuşdur. Sabit anası Elmiranın gətirdiyi laqundanı uzadıcıya birləşdirərək borunu kəsmək istəmişdir. Lakin zərərçəkmiş tərəf borunu kəsməyə icazə verməmişdir. Sonra Xırdabacı bacısının üstünə hücum edərək “Sən bura niyə gəlmisən, həyətə niyə girmisən”, kimi ifadələrlə qışqırmağa başlamışdır. Bacısı da, “Ata ocağımızdır, gəlmişik” deyə cavab vermişdir. Xırdabacı isə bacısına “Kimlə gəlibsən, Sabitnən?”, bacısı isə cavab olaraq “Nə fərqi var kimlə, ata ocağıdır, evimizdir” deyə cavab vermişdir. Daha sonra Xərdabacı bacısının üstünə hücum etmişdir. Xırdabacı əlində olan taxta ilə bacısının kürəyinə vurmağa başlamışdır. Həmin məqamlar video çəkilişdə əks olunmalıdır. O, həmin taxtanı Xədicənin əlindən alanda arvad yerə yıxılmışdır. Həmin vaxt bacısının halı pisləşdiyi üçün Xədicənin üstünə yıxılmışdır. Lakin Xədicə xəsarət almamış və onda heç bir xəsarət olmamışdır. Səs-küyə 3-5 qonşu çölə çıxsa da, evin həyətinə daxil olmamışdırlar. Sonradan Xədicənin qızları gəldiyi üçün ordan uzaqlaşmışlar. Masallı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərarına əsasən Şahid1 məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmış və qərar icra olunması üçün Masallı rayon Polis şöbəsinə göndərilmişdir. Masallı rayon Polis şöbəsinin 08 aprel 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şahid1 yaşadığı Masallı rayonu Qəzvinoba kəndində yerləşən fərdi yaşayış evinin həyətində qalaraq məhkəməyə getməyəcəyini bildirmişdir. Odur ki, Şahid1 şahid qismində Masallı rayon Məhkəməsinə gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı ifadəsində bildirmişdir ki, atası Fazil anası Xədicə ilə 1959-cu ildə evlənərək hazırda yaşadıqları Qəzvinoba kəndində yerləşən evə gəlin gəlmişdir. Onlar bütün uşaqlar həmin evdə anadan olmuşlar. O, həmin evdə anası Xədicə və bacısı Sevil ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun babası Məhrəm Əliyevin qeyri-rəsmi nikahda olduğu Səkinə Balakişiyevanın oğul nəvəsidir. Onlar Qəzvinoba kəndində yaşasalar da, onların evlərində yaşamayıblar. Təxminən 2014-cü ildən başlayaraq Sabit və ailəsi onların yaşadıqları həyətə və evə iddia etməyə başlamışlar. Onlar bildirilər ki, guya onların yaşadıqları ata evində və həyətdə onların payı var. Onlar həmin paya hüquqlarını nənələri Səkinənin guya Məhrəmin mülkündə payı olmasına əsaslandırırlar. Lakin əslində həmin evə babası Məhrəmin arvadı olan nənələri Xırdanın qardaşı Mirmövsümün tikdirdiyi evdir. Həmin evi Mirmövsüm bacısı oğlu olan atası Fazil üçün tikib və ona hədiyyə edib. Bu söhbətlərlə onların arasında uzun müddətdir ki, münaqişə vardır. 10 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 əmisi qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları evin həyətinin darvazasını elektrik mişarı ilə kəsməyə başlamışdır. O, həmin vaxt həyətdə durub onlara baxmışdır. Sonra isə Sabit darvazanın kilidini sındırmışdır, lakin yenə qapını aça bilməmişdir. X23 birlikdə əlləri və bədənləri ilə darvazanı itələyərək açmışlar. Onlar həyətə daxil olduqdan sonra Sabit həyətdə dəmir çəpərləri qırıb dağıtmağa başlamışdır. O, həmin dəmir çəpərləri yerdən çıxarmaq üçün əlləşmişdir. Sonra isə Sabit yaşadıqları evə doğru gəlmişdir. Anası Xədicə də, həmin vaxtı həyətdə olmuşdur. Sabit və Günay birlikdə evlərinin giriş qapısına doğru gəlmişlər. Sabit əlindəki çəkiclə evin giriş qapısını vurub sındırmışdır. Anası Xədicə həmin vaxt Sabitin yanına gəlib ondan xahiş etmişdir ki, “qapımı sındırma”, Sabit isə cavab vermədən çəkici əmisi qızı Günaya vermiş və anasını əlləri ilə itələyərək bir qədər kənarda olan daşların üstünə yıxmışdır. Anası da, daşlara dəyəndən sonra daha ayaq üstə qalxa bilməmişdir. O, həmin vaxt anasının yanına gəlmişdir. Sabit bu zaman onun başının sol gicgah nahiyəsindən yumruqla vurmuşdur. Daha sonra Günay pəncərənin qarşısında olan stolun üstünə çıxmışdır. Sabit Günaya demişdir ki, “al çəkici, pəncərələri sındır”. Bundan sonra Günay stolun üstündə duraraq Sabitdən aldığı çəkiclə pəncərənin iki şüşəsini sındırmışdır. Bundan sonra Sabit Günaya demişdir ki, “Tullan o arvadın üstünə”. Günay Sabitin bu sözündən sonra stolun üstündən yerdə uzanılı olan anasının üstünə tullanmış və bədəni ilə anasını əzmişdir. Günay anasının üstündə olan zaman anasını yumruqla və təpiklə sinəsindən və çiyinlərindən vurmuşdur. Bu zaman o, Günaya qışqırmağa başlamış və Günay onun qışqırmağına görə anasının üstündən durub getməyə başlamışdır. Bundan başqa bildirir ki, Sabitlə Günay anasını və onu döyüb evinə, həyətinə maddi ziyan vurduqları zaman onların yanında başqa şəxslər də, olmuşdur. Belə ki, Sabitin oğlu Elmir, Günayın qızı Elin Əliyeva, Günayın qardaşı Şahid2 və Sabitin anası Şükürova Elmira da, orada olmuşlar. Lakin Günay və Sabitdən başqa digərləri onları döyməmiş və evlərinə ziyan vurmamışlar. Həmin şəxslərdən Elmir və Elin əllərində olan telefonla baş verənləri çəkmişlər. Günay anasının üstündən qalxdıqdan sonra həyətdən daşları götürüb evlərinin pəncərəsinə doğru atmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 (hazırda zərərçəkmiş şəxs) tərəfindən Boradigah polis bölməsinin rəisinə ünvanlanmış 10 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, ərizədə Zərərçəkmiş şəxs1 10 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 onu qəsdən döyərək xəsarət yetirdiyindən onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (İ cild, səh 10). - Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən alınmış Zərərçəkmiş şəxs1 (hazırda zərərçəkmiş şəxs) izahatından görünür ki, 10 sentyabr 2023cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxslə onların yaşadıqları evə hücum çəkərək yaşadıqları fərdi yaşayış evinin daravazasını elektirik mişarı ilə kəsib doğrayaraq onlara maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 evin darvazasından başqa fərdi yaşayış evinin dəmir hasarını çəkiclə vurub əzərək maddi ziyan vurmuşdur. Daha sonra Sabit əlində olan çəkiclə yaşadıqları fərdi yaşayış evinin giriş qapısına vuraraq sındırıb onlara maddi ziyan vurmuşdur. Sındıran zaman o, Sabitin üzərinə getmişdir ki, qapını sındırmasın. Bu zaman Sabit onu itələyərək yerə yıxmış və başı daşa dəyərək xəsarət almışdır. O, yerə yıxıldıqdan sonra Sabit yerdə onun sağ çiyninə təpiklə vuraraq zərbə yetirmişdir. Onu vurduqdan sonra əlindəki çəkici Günaya vermişdir ki, evin pəncərələrini sındırsın. Günay evin pəncərəsini sındırdıqdan sonra stolun üzərindən onun üstünə tullanaraq ona xəsarət yetirmişdir və yerdə ola-ola onu dizləri ilə qəsdən dəfələrlə vuraraq sinə və qarın nahiyəsini əzmişdir (İ cild, səh 11). - Zərərçəkmiş şəxs1 18 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində dindirmə protokolundan görünür ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 əmisi qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı evin həyətinin darvazasını elektrik mişarı ilə kəsməyə başlamış, sonra isə darvazanın kilidini sındırmışdır. Həyətə daxil olduqdan sonra Sabit həyətdə dəmir çəpərləri qırıb dağıtmağa başlamışdır. Sonra Sabit əlindəki çəkiclə evinin giriş qapısını vurub sındırmışdır. Həmin vaxt Sabitin yanına gəlib ondan qapını sındırmamasını xahiş etmiş, Sabit isə onu əlləri ilə itələyərək bir qədər kənarda olan daşların üstünə yıxmış, o, daşlara dəyəndən sonra başında və sağ qolunda ağrılar hiss etmişdir. Daşların üstündə uzanılı vəziyyətdə olan zaman Günay Sabitdən aldığı çəkiclə pəncərənin iki şüşəsin sındırmış və sonra strolun üstündən onun üstünə tullanmışdır. Günay üstündə olan zaman onu yumruqla və təpiklə sinəsindən və çiyinlərindən vurmuşdur (İ cild, səh 75). - Zərərçəkmiş şəxs2 (hazırda zərərçəkmiş şəxs) tərəfindən Boradigah polis bölməsinin rəisinə ünvanlanmış 23 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, ərizədə Zərərçəkmiş şəxs2 10 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun sağ qoluna çəkiclə vuraraq xəsarət yetirdiyindən onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (İ cild, səh 43). - Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən alınmış Zərərçəkmiş şəxs2 (hazırda zərərçəkmiş şəxs) izahatından görünür ki, 10 sentyabr 2023cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxslə onların yaşadıqları evə hücum çəkərək yaşadıqları fərdi yaşayış evinin daravazasını elektirik mişarı ilə kəsib doğrayaraq onlara maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 evlərinin darvazasından başqa fərdi yaşayış evlərinin dəmir hasarını çəkiclə vurub əzərək maddi ziyan vurmuşdur. Həyətə daxil olduqdan sonra Sabit əlində olan çəkiclə yaşadıqları fərdi yaşayış evinin giriş qapısına vuraraq sındırıb onlara maddi ziyan vurmuşdur. Sındıran zaman anası Xədicə Sabitin üzərinə getmişdir ki, qapını sındırmasın. Bu zaman Sabit anasını itələyərək yerə yıxmış və yıxılan zaman anasının başı daşa dəymişdir. Anası yerə yıxıldıqdan sonra Sabit yerdə anasının sağ çiyninə təpiklə vuraraq zərbə yetirmişdir. Anasını vurduqdan sonra əlindəki çəkici Günaya vermişdir ki, evin pəncərələrini sındırsın. Günay evin pəncərəsini sındırdıqdan sonra stolun üzərindən anasının üstünə tullanaraq anasına xəsarət yetirmiş və yerdə ola-ola dizləri ilə qəsdən dəfələrlə anasının sinə və qarın nahiyələrinə vuraraq əzmişdir (İ cild, səh 15). - Zərərçəkmiş şəxs2 (hazırda zərərçəkmiş şəxs) 27 oktyabr 2023-cü il tarixli şahid qismində dindirmə protokolundan görünür ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 əmisi qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları evin həyətinin darvazasını elektrik mişarı ilə kəsməyə başlamışdır. Həyətə daxil olduqdan sonra Sabit həyətdə dəmir çəpərləri qırıb dağıtmağa başlamışdır. Sabit onun qabağında durmağını görüb onu itələmişdir. Onu itələyən zaman sağ qolundan tutub sıxmışdır. Küçədə adamlar çox olduğundan və onlara baxdıqlarından həyətin darvazasını bağlamağa çalışmışdır. Sabit əlindəki çəkiclə evin giriş qapısını vurub sındırmışdır. Anası Xədicə həmin vaxt Sabitin yanına gəlib ondan qapını sındırmamasını xahiş etsə də, Sabit anasını əlləri ilə itələyərək bir qədər kənarda olan daşların üstünə yıxmışdır. Daha sonra Günay pəncərənin qarşısında olan stolun üstünə çıxaraq Sabitdən aldığı çəkiclə pəncərənin iki şüşəsini sındırmışdır. Bundan sonra Günay stolun üstündən yerdə uzanılı olan anasının üstünə tullanmış, sonra yumruqla və təpiklə sinəsindən, çiyinlərindən vurmuşdur. Günay anasının üstündən qalxdıqdan sonra həyətdən daşları götürüb evin pəncərəsinə doğru atmışdır (İ cild, səh 83). - Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən alınmış Şahid1 (hazırda şahid) izahatından görünür ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxslə onların yaşadıqları evə hücum çəkərək yaşadıqları fərdi yaşayış evinin daravazasını elektirik mişarı ilə kəsib doğrayaraq onlara maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 evin darvazasından başqa fərdi yaşayış evinin dəmir hasarını çəkiclə vurub əzərək maddi ziyan vurmuşdur. Sabit darvazanı sındırdıqdan sonra əlində olan çəkiclə yaşadıqları fərdi yaşayış evinin giriş qapısına vuraraq sındırıb onlara maddi ziyan vurmuşdur. Sındıran zaman anası Xədicə Sabitin üzərinə getmişdir ki, qapını sındırmasın. Bu zaman Sabit anasını itələyərək yerə yıxmış və yıxılan zaman anasının başı daşa dəymişdir. Anası yerə yıxıldıqdan sonra Sabit yerdə anasının sağ çiyninə təpiklə vuraraq zərbə yetirmişdir. Anasını vurduqdan sonra əlindəki çəkici Günaya vermişdir ki, evin pəncərələrini sındırsın. Günay evin pəncərəsini sındırdıqdan sonra stolun üzərindən anasının üstünə tullanaraq anasına xəsarət yetirmiş və yerdə ola-ola dizləri ilə qəsdən dəfələrlə anasının sinə və qarın nahiyələrinə vuraraq əzmişdir (İ cild, səh 13). - Şahid1 23 oktyabr 2023-cü il tarixli şahid qismində dindirmə protokolundan görünür ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 əmisi qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları evin həyətinin darvazasını elektrik mişarı ilə kəsməyə başlamışdır. Sonra isə Sabit darvazanın kilidini sındırmışdır. Həyətə daxil olduqdan sonra Sabit həyətdə dəmir çəpərləri qırıb dağıtmağa başlamışdır. Sabit əlindəki çəkiclə evin giriş qapısını vurub sındırmışdır. Anası Xədicə həmin vaxt Sabitin yanına gəlib ondan qapını sındırmamasını xahiş etsə də, Sabit anasını əlləri ilə itələyərək bir qədər kənarda olan daşların üstünə yıxmışdır. Daha sonra Günay pəncərənin qarşısında olan stolun üstünə çıxaraq Sabitdən aldığı çəkiclə pəncərənin iki şüşəsini sındırmışdır. Bundan sonra Günay stolun üstündən yerdə uzanılı olan anasının üstünə tullanmış, sonra yumruqla və təpiklə sinəsindən, çiyinlərindən vurmuşdur. Günay anasının üstündən qalxdıqdan sonra həyətdən daşları götürüb evin pəncərəsinə doğru atmışdır (İ cild, səh 79). - Zərərçəkmiş şəxs1 (hazırda zərərçəkmiş şəxs) ilə Təqsirləndirilən şəxs1 (hazırda təqsirləndirilən şəxs) 01 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzünə demişdir ki, Sabit 10 sentyabr 2023-cü il tarixdə yaşadıqları evə hücum edərək əvvəlcə həyətinə qoydurduğu darvazanı elektirk mişarı ilə kəsməyə başlamışdır. Sabit həyətdə olan zaman ona və qızlarına ancaq söyüşlər söymüşdür. Nə qədər sındırma, eləmə desələr də, Sabit bu dəfə əlinə çəkic alıb darvazaya vurmağa başlamışdır. Bundan sonra Sabit əlində çəkiclə evin giriş qapısına çəkiclə bir neçə dəfə vurmuşdur. Ona qapını sındırma demiş, lakin Sabit əlləri ilə onu itələmiş və o, yerə yıxılaraq daşa dəymişdir. Yıxılanda sağ qolundan xəsarət almışdır (İ cild, səh 161). - Zərərçəkmiş şəxs2 (hazırda zərərçəkmiş şəxs) ilə Təqsirləndirilən şəxs1 (hazırda təqsirləndirilən şəxs) 01 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 üzünə demişdir ki, Sabit 10 sentyabr 2023-cü il tarixdə yaşadıqları evə hücum edərək əvvəlcə həyətinə qoydurduğu darvazanı elektirk mişarı ilə kəsməyə başlamışdır. Sabit həyətdə olan zaman anasına və bacısı Xırdabacıya ancaq söyüşlər söymüşdür. Sabit əlinə çəkic alıb darvazaya vurmağa başlamışdır. Anası və bacısı Xırdabacı Sabitə mane olmaq istəsələr də, o, yenə də, darvazaya çəkiclə vurmuşdur. Bundan sonra Sabit əlində çəkiclə evin giriş qapısına çəkiclə bir neçə dəfə vurmuşdur. Sonra Sabit əlindəki çəkiclə hətta daşa və çardağın sütununa da, vurmuşdur. Xırdabacı Sabitin yanına yaxınlaşdıqdan sonra o, çəkiclə qapını vurub sındırmağa çalışmışdır. Anası Sabitin arxasında durub sındırma desə də, geri dönüb anası Xədicəni əlləri ilə itələmiş və anası yerə yıxılaraq daşa dəymişdir. Anası həmin vaxt yıxılanda sağ qolundan xəsarət almışdır (İ cild, səh 164). - X5 11 dekabr 2023-cü il tarixli şahid qismində dindirmə protokolundan görünür ki, hadisə zamanı ətrafa yüksək səs-küy yayılırdı, mübahisə vaxtı ondan başqa digər qonşuları Nailə və Solmaz da, küçədə idilər. Küçədə olan mübahisənin şahidi olmuşlar (İ cild, səh 224). - X1 11 dekabr 2023-cü il tarixli şahid qismində dindirmə protokolundan görünür ki, küçədən möhkəm səs-küy eşitdiyi üçün evdən çölə çıxmış və küçədə olan mübahisənin şahidi olmuşdur ( İ cild, səh 227). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X13 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının Masallı rayon şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, 867 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sağ dirsək nahiyəsinin sıyrığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 10 sentyabr 2023-cü il tarixə yğun gəlir. Sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sağ dirsək nahiyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X13 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının Masallı rayon şöbəsinin 23 sentyabr 2023-cü il tarixli, 912 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 sağ said nahiyəsinin qançırları (iki ədəd) müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 11-15 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X13 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının Masallı rayon şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, 875 nömrəli ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs1 sağ dirsək nahiyyəsinin və sağ əlin İİİ barmağının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 sentyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X13 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının Masallı rayon şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, 876 nömrəli ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs2 sağ baldır nahiyəsinin sıyrığı və sol diz oynağı nahiyyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 sentyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - ********* nömrəli cinayət işinin ilkin istintaqı zamanı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilən zaman həmin diskdə müddəti 4 dəqiqə 44 saniyə olan 1 ədəd, müddəti 2 dəqiqə 14 saniyə olan 1 ədəd video olmaqla 2 ədəd video yazı olması aşkar edilmişdir. Həmin video yazılardan 4 dəqiqə 44 saniyə olan video yazıya baxış zamanı müəyyən edilmişdir ki, videonun ilk saniyələrində Təqsirləndirilən şəxs1 əlində elektrikli mişarı işə salaraq Masallı rayon Qəzvinoba kəndində yerləşən və X7 faktiki yaşadığı evin bayırdan dəmir çəpərlərini kəsməyə çalışır. Bir qədər sonra Zərərçəkmiş şəxs2 elektrikli mişarı elektrik girişindən ayırdığı üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əlindən elektrikli mişarın kabelini dartaraq almağa çalışır. Daha sonra Təqsirləndirilən şəxs1 yalın əlləri ilə həyətin giriş darvazasını itələməyə başlayır. Zərərçəkmiş şəxs2 ona mane olmaqla hər Şahid1 102 xidmətinə zəng etməsini deyir. Videonun 2-ci dəqiqə 54-cü saniyəsində Təqsirləndirilən şəxs1 yenidən elektrikli mişarı əlinə alaraq giriş darvazasına tərəf gedir. Təqsirləndirilən şəxs1 darvazanı elektrikli mişarla kəsməyə çalışsa da Zərərçəkmiş şəxs2 ona mane olur və Təqsirləndirilən şəxs1 əlində olan elektriki mişar yan tərəfdə olan dəmir lövhələrə dəyir. Zərərçəkmiş şəxs2 yenidən elektrikli mişarı elektrik girişindən ayırsa da, Təqsirləndirilən şəxs1 bu dəfə əlinə dəmir çəkic alaraq giriş darvazasına tərəf gedir və əlindəki dəmir çəkiclə darvazaya bir neçə dəfə zərbələr vurub darvazanı itələyərək açır. Təqsirləndirilən şəxs1 həyətə daxil olduqdan sonra həyətin daxilində Zərərçəkmiş şəxs1 və Şahid1 əllərində ağacla digər şəxsləri həyətə daxil olmağa icazə vermirlər. Təqsirləndirilən şəxs1 darvazanın giriş qapısını dartaraq tam açır. Həmin video yazılardan 2 dəqiqə 14 saniyə müddətində olan videoya baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 videonun ilk saniyələrində giriş darvazanın yanında durarkən “ ağacı bunun dalına sala.....” deyə nalayiq ifadə işlədir. Daha sonra Zərərçəkmiş şəxs1 ona çölə çıxarmaq üçün əlindəki ağacla vuraraq itələyir. Təqsirləndirilən şəxs1 isə darvazanın sağ qapısını əlindəki çəkiclə bir neçə dəfə vurmağa başlayır. Zərərçəkmiş şəxs1 və Şahid1 isə Təqsirləndirilən şəxs1 bu hərəkətlərini görüb onun əllərinə, qollarına və ayaqlarına ağacla bir neçə dəfə zərbələr vururlar. Bundan sonra Təqsirləndirilən şəxs1 darvazanın digər yan qapısına doğru gedir və 46-cı saniyədə qapının dəmir cəfdəsini çəkic zərbələri ilə vurub sındırır. Şahid1 isə Təqsirləndirilən şəxs1 bu hərəkətini görüb yenidən Təqsirləndirilən şəxs1 əllərinə ağacla zərbələr vurur. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs1 ayaqlarına 2 dəfə ağac zərbələri vurur. Videonun 1-ci dəqiqə 01-ci saniyəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurmasından sonra əlini Zərərçəkmiş şəxs1 üzünə tutaraq, “ sənin ağzına iş....” kimi nalayiq ifadə işlədir. Videonun 1ci dəqiqə 30-cu saniyəsində isə Təqsirləndirilən şəxs1 həyətin daxilində olan 1 mərtəbəli tikilinin giriş qapısına qalxaraq əlindəki çəkiclə həmin giriş qapısına da bir neçə dəfə zərbələr vurur və aşağı düşərək evin qarşısında daşın üstündə oturur. Təqsirləndirilən şəxs1 daşın üstündə oturduqdan sonra əlindəki çəkiclə bir neçə dəfə dəmir turbaya da zərbə vurur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1a “kimə güvənirsən” deyə soruşduqda Təqsirləndirilən şəxs1 “özümə” deyə cavab verir. Təqsirləndirilən şəxs1 daha sonra Zərərçəkmiş şəxs1 sözlərinə qarşılıq olaraq “ cəhənnəm olun burdan, əcəb eliyirəm” deyə sözlər deyir. - Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş və ********* nömrəli cinayət işinin təkrar istintaqı zamanı maddi sübut kimi tanınmış cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 10 sentyabr 2023-cü il tarixdə baş vermiş mübahisənin gedişində evin qarşısındakı daşların üzərində əyləşmiş, Təqsirləndirilən şəxs1lə birlikdə gəlmiş əmisi qızı Təqsirləndirilən şəxs2 Sabitin əlindən dəmir çəkici alaraq, zərərçəkmiş şəxslərə məxsus evin qarşısındakı stolun üzərinə çıxaraq çəkiclə evin pəncərələrini sındırmış, həmin vaxt ibtidai istintaqla şəxsiyyəti müəyyən edilməyən Günayın qardaşı olduğu bildirilən Şahid2 Təqsirləndirilən şəxs2 hərəkətlərinə mane olmağa çalışan Zərərçəkmiş şəxs1 arxa tərəfindən gələrək sonuncunun əlindəki çubuğu cəld şəkildə dartıb almış, bundan sonra Zərərçəkmiş şəxs1 müvazinətini saxlaya bilməyib beli üstə evin giriş qapısının ön tərəfindən olan mişar daşları ilə yarımçıq şəkildə hörülmüş divarın üzərinə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 qarşısında stolun üzərində olan Təqsirləndirilən şəxs2 özünü qəsdən Zərərçəkmiş şəxs1 üzərinə tullamış, qışqıraraq saçlarını yolaraq bir neçə saniyə Zərərçəkmiş şəxs1 üzərində qaldıqdan sonra ayağa qalxmış, bundan sonra Zərərçəkmiş şəxs2 ünvanına uca səslə nalayiq sözlər işlətmiş, daha sonra əlinə daş parçasını alaraq evin pəncərəsini sındırmış, ona mane olmağa çalışan Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yenə də çəkici əlinə alıb darvazaya və dəmir hasara səbəbsiz zərəblər vurmuş, zərərçəkmiş şəxslər ona mane olduqdan sonra hərəkətlərini saxladığı müəyyən edilmişdir. - "xxxx" MMC-nin 17 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, darvazanın kilidinin qırılması, fərdi yaşayış evinin giriş qapısının kilidinin qırılması, yaşayış evinin 100x100 ölçüdə plastik pəncərəsinin şüşələrinin sındırılması nəticəsində ev sahibinə ümumilikdə 80 manat maddi ziyan dəymişdir. Aparılmış qiymətləndirmənin dəyəri 20 manatdır (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES**********1252 170701), (İ cild, səh 41). - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Əli Şiriyevin 01 dekabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür (İ cild, səh 145). - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Əli Şiriyevin 01 dekabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür (İ cild, səh 152). - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Əli Şiriyevin 01 dekabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür (İ cild, səh 155). - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Əli Şiriyevin 14 dekabr 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi, Təqsirləndirilən şəxs2 barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarı surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi, 2 ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu, Qəzvinoba kənd sakini Təqsirləndirilən şəxs1 “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən verilmiş 16 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşa görə pensiya təyin edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti MKTD 3 saylı Xüsusi təyinatlı MKTB-nin 73 saylı MKİS tərəfindən verilmiş 28 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 aşağıdakı ailə üzvləri vardır: arvadı X15, oğlu 2006-cı il təvəllüdlü Əliyev Elmir, qızı 2008-ci il təvəllüdlü Əlili Elvira, oğlu 2015-ci il təvəllüdlü Əliyev İntiqam, anası X8. - Bakı şəhəri İcra Hakimiyyəti MKTD 3 saylı Xüsusi təyinatlı MKTB-nin 73 saylı MKİS tərəfindən verilmiş 28 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istər ictimai-siyasi, istərsə də, hüquq mühafizə orqanlarından 73 saylı MKİS-nə heç bir şikayət və sorğu daxil olmamışdır. - Masallı Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. - "xxxx" MMC-nin 31 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, yararsız hala salınmış 1 ədəd 400x240 sm ölçüdə darvazanın bərpa dəyəri 150 manat, təqdim olunmuş yararsız hala salınmış 1 ədəd 500x240 sm ölçüdə darvazanın bərpa dəyəri 350 manat, təqdim olunmuş 1 ədəd 160x180 sm ölçüdə sinkləşdirilmiş dalğalı dəmir şiferdən tikilmiş hasarın bərpa dəyəri 160 manat, təqdim olunmuş 500x180 sm ölçüdə sinkləşdirilmiş dalğalı dəmir şiferdən tikilmiş hasarın bərpa dəyəri 500 manat, təqdim olunmuş yaşayış evinin giriş 1 ədəd qapısının dəstəkli kilidinin bərpa dəyəri 30 manat, təqdim olunmuş 1 ədəd 100x100sm ölçüdə plastik pəncərənin iki ədəd ikiqat şüşələrinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 120x100sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 200x90 sm ölçüdə taxta qapının bərpa dəyəri 30 manat olmaqla yekun bərpa dəyəri 1280 (bir min iki yüz səksən) manat təşkil etmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 30 manatdır (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ**********00 00014944, SWİFTBRESAZ22, İBAN AZ11BRES**********125 2170701), (Vİ cild, səh 50). - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 29 yanvar 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, 10 sentyabr 2023-cü il tarixdə baş vermiş mübahisəni özündə əks etdirən videogörüntü olan 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş 15 avqust 2017-ci il tarixli aktdan görünür ki, Qəzvinoba kənd sakini Şahid1 dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq qeyri-qanuni tikinti işlərini davam etdirir (İ cild, səh 23). - Masallı RİHB-nın Qəzvinoba kənd sakinləri tərəfindən tərtib edilmiş 15 avqust 2017-ci il tarixli aktdan görünür ki, Qəzvinoba kənd sakini olmuş X2 təsərrüfatında olmuş 0.14 ha torpaq sahəsi X6 vəfad edəndən sonra onun varisləri olan X16 və Təqsirləndirilən şəxs1 Məhərrəm oğlunun daimi istifadəsində olub. Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsi sözügedən həyətdən dəmir çəpərlə ayrı olmasına baxmayaraq 2017-ci ildə Zərərçəkmiş şəxs1 və üç qızı həmin çəpəri söküb tikinti aparıblar (İİ cild, səh 123). - AZ-İ seriyalı 558122 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Təqsirləndirilən şəxs2 19 yanvar 2010-cu il tarixdə nikaha daxil olmuşlar. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 21 iyun 2010-cu ildə doğulmuşdur. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 20 fevral 2020-ci ildə doğulmuşdur. - AZ-İV seriyalı 409710 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 20 fevral 2020-ci ildə doğulmuşdur. X4, anası Təqsirləndirilən şəxs2dır. - X33 tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli Təqsirləndirilən şəxs2 uşaqlıq boşluğunda 7 +_ 1 həftəlik hamiləlik izlənilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 11 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 – Masallı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 9.1-ci bəndinə əsasən təyin edimiş cəzadan azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - Masallı Rayon Məhkəməsinin 1(050)-273/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Şahid1 24 avqust 2021-ci il tarixdə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edimiş ay müddətə azadlığın məhdulaşdırılması cəzasından azad edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-122/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 08 sentyabr 2022ci il tarixdə döydüyünə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-244/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Nümayəndə 08 sentyabr 2022-ci il tarixdə döydüyünə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Masallı Rayon Məhkəməsinin 1(050)-10/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Nümayəndə Təqsirləndirilən şəxs1 08 sentyabr 2022-ci il tarixdə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 saat ictimai işlər cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-98/2023 nömrəli, 05 aprel 2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xüsusi ittiham qaydasında şikayəti əsasında Nümayəndə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş və ona CPM-nin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmişdir. Nümayəndə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək ona 1000,00 (bir min) manat miqdarda cərimə cəzası təyin edilmişdir. Nümayəndə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)- 1219/2023 saylı qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)- 10/2023 saylı hökmünə əsasən təyin edilmiş 360 (üç yüz altmış) saat ictimai işlər cəzasının əvəz edildiyi 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1000 (bir min) manat miqdarda cərimə cəzası ilə tamamilə toplanmaqla üzərində qəti olaraq 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1000 (bir min) manat miqdarda cərimə cəzası saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 11 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1981-ci il tarixdə Lənkəran rayonu, Gərmətük kəndində anadan olmuş Təqsirləndirilən şəxs2 – Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 yanvar 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş və 1 il sınaq müddəti təyin edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı və məhkəmə zamanı təqdim edilmiş, özündə hadisəni əks etdirən DVD disklərə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri iş materiallarında olan digər sübutlarla uzlaşır və məhkəmə bunları ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə iclasında əmlak ziyan yetirdiyi evin həyətinin giriş darvazasının 30 yanvar 2023-cü ildə zərərçəkmiş şəxslər tərəfindən qoyulduğunu və özünün bu barədə məlumatı olduğunu etiraf etmişdir. Bundan başqa hadisənin baş verdiyi torpaq sahəsində yerləşən, taxta qapısını və dəstəkli kilidini çəkiclə sındırdığı yaşayış evinin kimə məxsus olduğunu bilmədiyini qeyd etsə də, suallara cavab olaraq iş materiallarında həmin evin Zərərçəkmiş şəxs1 məxsus olması ilə bağlı sənəd olduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 silah qismində əşyadan istifadə etməklə zərər yetirdiyi əmlakların Zərərçəkmiş şəxs1 məxsus olmasını bildiyi halda həmin əmlaklara ziyan vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə iclasında hadisənin baş verdiyi torpaq sahəsində yerləşən, çəkiclə şüşələrini sındırdığı yaşayış evinin kimə məxsus olduğunu bilmədiyini qeyd etsə də, Zərərçəkmiş şəxs1 onun ögey əmisi qızıdır və özü mütəmadi olaraq həmin həyətə getdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 zərər yetirdiyi əmlakların Zərərçəkmiş şəxs1 məxsus olmasını bilmədiyini bildirməsi həqiqəti əks etdirmir. Ondan başqa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 xəsarət yetirmədiyini, evin şüşəsini sındırdıqdan sonra özünü pis hiss etdiyi üçün oradan Zərərçəkmiş şəxs1 üzərinə yıxıldığını bildirsə də, məhkəmə tərəfindən proses iştirakçılarının iştirakı ilə 1 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 evin şüşəsini sındırdıqdan sonra yüksək səslə qışqıraraq Zərərçəkmiş şəxs1 üzərinə tullanmış, sonra isə onu vurmaları ilə bağlı qışqırmağa başlamışdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, 10 sentyabr 2023cü il tarixdə, saat 17 radələrində Masallı rayonu Qəzvinoba kəndi ərazisində qohumu (şəhid anası) Zərərçəkmiş şəxs1 üzərinə yaşadığı evin həyətinin giriş darvazasının qarşısında hücum edib zor tətbiq edərək sonuncuya bir dəfə əl zərbəsi ilə qəsdən vurub sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan (şəhid bacısı) Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya sağ said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Sonra əlində olan istintaqa məlum olmayan elektrik mişarından və dəmir çəkicdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin həyətinin ümumi dəyəri 1240 manat təşkil edən 1 ədəd 400x240 sm ölçüdə darvazasını, 1 ədəd 550x240 sm ölçüdə darvazasını, 1 ədəd 160x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 500x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 1 ədəd yaşayış evinin giriş qapısının dəstəkli kilidini, 1 ədəd 200x90 sm ölçüdə taxta qapını, 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini sındırıb zədələməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumilikdə 1280 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin özündə hadisəni əks etdirən DVD disklərdə olan görüntülərdən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə yaşadığı evin həyətinin giriş darvazasının qarşısında hücum edib zor tətbiq edərək sonuncuya bir dəfə əl zərbəsi ilə qəsdən vurması, daha sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya bədən xəsarətləri yetirməsi öz əksini tapmamışdır. Görüntülərə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 torpaq sahəsinin giriş hissəsinin qarşısında insanların sıx məskunlaşdığı yaşayış sahəsi olmasına əhəmiyyət vermədən ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək əlində olan elektrik mişarından və dəmir çəkicdən silah qismində istifadə edərək zərərçəkmiş şəxs (şəhid anası) Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin həyətinin 1 ədəd 400x240 sm ölçüdə darvazasını, 1 ədəd 550x240 sm ölçüdə darvazasını, 1 ədəd 160x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 500x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 1 ədəd yaşayış evinin giriş qapısının dəstəkli kilidini və 1 ədəd 200x90 sm ölçüdə taxta qapını sındırıb zədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. "xxxx" MMC-nin 31 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, yararsız hala salınmış əmalkın yekun bərpa dəyəri 1280 (bir min iki yüz səksən) manat təşkil edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən zədələnmiş əmlakın dəyəri 1220 manat təşkil edir. "xxxx" MMC-nin 31 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuş 1 ədəd 100x100sm ölçüdə plastik pəncərənin iki ədəd ikiqat şüşələrinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 120x100sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsinin bərpa dəyəri 20 manat, ümumilikdə 60 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən yetirilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 izahatlarından, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs, Şahid1 şahid qismində dindirmə protokollarından, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs1 üzləşdirmə protokollarından görünür ki, onlar izahatlarında, ifadələrində və üzləşdirmə zamanı bildirmişlər ki, Təqsirləndirilən şəxs1 darvazanı sındırdıqdan sonra əlində olan çəkiclə yaşadıqları fərdi yaşayış evinin giriş qapısına vuraraq sındıran zaman Zərərçəkmiş şəxs1 Sabitin üzərinə getmişdir ki, qapını sındırmasın. Bu zaman Sabit anasını itələyərək yerə yıxmış və yıxılan zaman anasının başı daşa dəymişdir. Anası yerə yıxıldıqdan sonra Sabit yerdə anasının sağ çiyninə təpiklə vuraraq zərbə yetirmişdir. Lakin irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinin giriş darvazasının qarşısında bir dəfə əl zərbəsi ilə qəsdən vurması, daha sonra Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya bədən xəsarətləri yetirməsi öz əksini tapmamışdır. Eyni zamanda hadisəni özündə əks etdirən videogörüntüdən və həmin videogörüntüyə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı olduğu bildirilən Şahid2 Təqsirləndirilən şəxs2 hərəkətlərinə mane olmağa çalışan Zərərçəkmiş şəxs1 arxa tərəfindən gələrək sonuncunun əlindəki çubuğu cəld şəkildə dartıb almış, bundan sonra Zərərçəkmiş şəxs1 müvazinətini saxlaya bilməyib beli üstə evin giriş qapısının ön tərəfindən olan mişar daşları ilə yarımçıq şəkildə hörülmüş divarın üzərinə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 qarşısında stolun üzərində olan Təqsirləndirilən şəxs2 özünü qəsdən Zərərçəkmiş şəxs1 üzərinə tullamışdır. Göründüyü kimi zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ifadələrində qeyd etdikləri hadisənin törədilmə yeri ilə irəli sürülmüş ittihamda hadisənin törədilmə yeri arasında ziddiyət vardır. Hadisəni özündə əks etdirən videogörüntüdə isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən yetirildiyini qeyd etdiyi xəsarətlərin əmələ gəlmə yerinin evin giriş qapısının ön tərəfində olması, yəni hadisənin törədilmə yeri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 izahatları və ifadələri ilə uzlaşır. Lakin Zərərçəkmiş şəxs1 xəsarətlərin nəinki evin həyətinin giriş darvazasının qarşısında, hətta evin giriş qapısının qarşısında Təqsirləndirilən şəxs1 tərəfindən yetirilməsi sübuta yetirilmir. Eyni zamanda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən evin həyətinin giriş darvazasının qarşısında və ya evin giriş qapısının qarşısında xəsarət yetirməsi də, öz təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 izahatlarında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vurması öz əksini tapmamışdır. Bu hal hadisəni özündə əks etdirən videogörüntüdə də, öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncuya bir dəfə əl zərbəsi ilə qəsdən vurub sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirməsi, daha sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya sağ said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi, sonra əlində olan istintaqa məlum olmayan elektrik mişarından və dəmir çəkicdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin həyətinin ümumi dəyəri 1240 manat təşkil edən 1 ədəd 400x240 sm ölçüdə darvazasını, 1 ədəd 550x240 sm ölçüdə darvazasını, 1 ədəd 160x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 500x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 1 ədəd yaşayış evinin giriş qapısının dəstəkli kilidini, 1 ədəd 200x90 sm ölçüdə taxta qapını, 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini sındırıb zədələməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumilikdə 1280 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı ittihamın həcmi dəyişdirilərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncuya bir dəfə əl zərbəsi ilə qəsdən vurub sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirməsi, daha sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya sağ said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi, dəmir çəkicdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini sındırıb zədələməsi ittihamdan xaric edilməlidir. Eyni zamanda ittihamın həcmi dəyişdirilərək Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın məbləği 1280 manatdan 1220 manatadək azaldılmalı, ittihamın həcminin dəyişdirilməsi və məbləğin azaldılması Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə insanların sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən bir qrup şəxs halında birləşib ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, orada olan şəxslərin, o cümlədən istintaq zamanı şahid qismində dindirilmiş X5 və X1 gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək əlində olan istintaqa məlum olmayan elektrik mişarından və dəmir çəkicdən silah qismində istifadə edərək zərərçəkmiş şəxs (şəhid anası) Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin həyətinin ümumi dəyəri 1240 manat təşkil edən 1 ədəd 400x240 sm ölçüdə darvazasını, 1 ədəd 550x240 sm ölçüdə darvazasını, 1 ədəd 160x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 500x180 sm ölçüdə dəmir şiferdən tikilmiş hasarı, 1 ədəd yaşayış evinin giriş qapısının dəstəkli kilidini və 1 ədəd 200x90 sm ölçüdə taxta qapını sındırıb zədələməklə ümumilikdə (şəhid anası) Zərərçəkmiş şəxs1 1220 manat məbləğində maddi ziyan vurmaqla şəxslərin narahatçılığına səbəb olan, əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında (şəhid anası) Zərərçəkmiş şəxs1 inşa etdiyi birmərtəbəli fərdi yaşayış evinin çardağında olan taxta masanın üstünə çıxaraq Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərini uca səslə nalayiq sözlərlə təhqir edib zor tətbiq edərək Zərərçəkmiş şəxs1 üzərinə masa üstündən qəsdən atılıb sonuncuya sağ dirsək nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Daha sonra əlində olan istintaqa məlum olmayan dəmir çəkicdən silah qismində istifadə edərək zərərçəkmiş şəxs (şəhid anası) Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin ümumi dəyəri 40 manat təşkil edən 1 ədəd 120x100sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini, 1 ədəd 100x100sm ölçüdə plastik pəncərənin iki ədəd ikiqat şüşəsini sındırıb zədələməklə, maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın məbləği 1280 manatdan 60 manatadək azaldılmalıdır. Belə ki, "xxxx" MMC-nin 31 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuş 1 ədəd 100x100sm ölçüdə plastik pəncərənin iki ədəd ikiqat şüşələrinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 120x100sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsinin bərpa dəyəri 20 manat, təqdim olunmuş 1 ədəd 120x90sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsinin bərpa dəyəri 20 manat, ümumilikdə 60 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən yetirilmişdir. Məbləğin azaldılması Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 insanların sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən bir qrup şəxs halında birləşib ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, orada olan şəxslərin, o cümləıdən istintaq zamanı şahid qismində dindirilmiş X5 və X1 gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs1 inşa etdiyi birmərtəbəli fərdi yaşayış evinin çardağında olan taxta masanın üstünə çıxaraq Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərini uca səslə nalayiq sözlərlə təhqir edib zor tətbiq edərək Zərərçəkmiş şəxs1 üzərinə masa üstündən qəsdən atılıb sonuncuya sağ dirsək nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib əlində olan istintaqa məlum olmayan dəmir çəkicdən silah qismində istifadə edərək zərərçəkmiş şəxs (şəhid anası) Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin ümumi dəyəri 40 manat təşkil edən 1 ədəd 120x100sm ölçüdə plastik pəncərənin bir ədəd ikiqat şüşəsini, 1 ədəd 100x100sm ölçüdə plastik pəncərənin iki ədəd ikiqat şüşəsini sındırıb zədələməklə ümumilikdə Zərərçəkmiş şəxs1 60 manat məbləğində maddi ziyan vurmaqla şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən xuliqanliq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğunun olmamasını, iki yetkinlik yaşına çatmayan uşağı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğunun olmamasını, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olmasını, hamiləliyini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, maddədə müəyyən edilmiş aşağı həddən də, az cəza təyin edilə bilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Buna görə də, ona Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmə qanunauyğun hesab edir. “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzadan azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağı cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs1 “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətə görə təyin edilmiş azadlığın məhdulaşdırılması cəzasından azad edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür və o, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 18 mart 2025-ci il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, maddədə müəyyən edilmiş aşağı həddən də, az cəza təyin edilə bilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Buna görə də, ona Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmə qanunauyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı halları, bir azyaşlı və bir yetkinlik uşağının olmasını, hamiləliyini, həmçinin ədalətli və humanizm prinsiplərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə Zərərçəkmiş şəxs1 narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girməyin qadağan edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 yanvar 2002-ci il tarixli hökmünə əsasən şərti məhkum edildiyindən və ona təyin edilmiş 1 il sınaq müddəti başa çatdığından məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut hadisəni özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. 02 sentyabr 2024-cü il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi daxil olmuşdur. Ərizədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 onun xeyrinə 1930 manat məbləğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsi tərəfindən mülki iddia ərizələri icraata götürülmüş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs1 mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə hesab edir ki, baş vermiş hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 1280 (bir min iki yüz səksən) manat maddi ziyan dəyməsi iş materialları əsasında sübuta yetirilir. Belə ki, "xxxx" MMC-nin 31 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, yararsız hala salınmış əmalkın yekun bərpa dəyəri 1280 (bir min iki yüz səksən) manat təşkil edir. Həmin ziyanın 1220 manatı Təqsirləndirilən şəxs1 tərəfindən yetirilsə də, 60 manatı Təqsirləndirilən şəxs2 tərəfindən yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs1 1220 manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Mülki iddia maddi ziyanın qalan hissələrinin tutulması hissədə təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur». Zərərçəkmiş şəxs1 mənəvi əzab çəkməsi, psixi və fiziki sarsıntı keçirməsi, bunların Təqsirləndirilən şəxs1 hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə iclası zamanı sübuta yetirilmədiyindən mülki iddia 50000 manat mənəvi ziyanın ödənilməsi hissəsində rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı yazılı şəkildə iddia ərizəsi təqdim etməmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, Günya Əliyevaya qarşı yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materialında olan 002965 nömrəli vəsiqəyə əsasən Zərərçəkmiş şəxs1 şəhid ailəsi olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edilmişdir Ona görə də, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32 manat 20 qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBANAZ11BRES**********12521 70701) keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 100 (yüz) saat vaxt, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, Azərbaycan Respublikasının dövlət büdcəsindən 600 (altı yüz) manat məbləğində vəsait Müdafiəçi4, 120 (yüz iyirmi) manat məbləğində vəsait Müdafiəçi3 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 18 mart 2025-cil il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 1 (bir) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə Zərərçəkmiş şəxs1 narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girməyin qadağan edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hadisəni özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBANAZ11BRES**********12521 70701) keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 1220 (bir min iki yüz iyirmi) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs1 32,20 (otuz iki manat iyirmi qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 600 (altı yüz) manat məbləğində vəsait, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar