Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-63/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Bala Kolatan kəndində yerləşən bir mərtəbəli kürsülü fərdi yaşayış evinə evin balkonunun qapısını açmaq yolu ilə qanunsuz daxil olub, evin yataq otağındakı şkafdan Zərərçəkmiş şəxs məxsus bir ədəd 6 qram çəkidə, 585 əyarlı, üzərində bir ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan brilliant qaşlı qızıl üzük, bir cüt hər birinin üzərində 1 ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan ümumi çəkisi 12 qram təşkil edən, 585 əyarlı brilliant qaşlı sırğa və bir ədəd üzərində 2 ədəd qırmızı rəngli, 31 ədəd ağ rəngli qaşları olan 10 qram çəkidə, 585 əyarlı brilliant qaşlı qızıl reket boyunbağıdan ibarət ümumi dəyəri 2500 manat olan qızıl dəstini, bir ədəd 3,3 qram çəkidə, 585 əyarlı, 350 manat dəyərində reket bilərziyi və bir ədəd, 8 qram çəkidə, 750 əyarlı, üzərində 40 ədəd kiçik brilliant qaşları olan, 1150 manat dəyərində qızıl üzüyü və həmin şkafdan asılmış gödəkçənin iç cibindən 300 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətlərinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3.-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu Qızılavar kəndində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə bir yerdə fəhlə işləmişlər, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxsla birlikdə işlədikləri zaman Zərərçəkmiş şəxsla razılaşmışlar ki, axşam birlikdə onun yaşadığı kənddə yerləşən çayxanaya getsinlər. Lakin sonradan Elvin ona zəng edib çayxanaya gələ bilməyəcəyini, ailəsi ilə birlikdə qayınatasının evinə qonaq gedəcəyini bildirmişdir. O, Elvinin ailəsi ilə birlikdə qayınatasıgilə gedəcəyi üçün evində heç kimin olmayacağını bildiyindən Elvinin evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb yaşadığı kəndlə qonşu kənd olan Elvinin yaşadığı Bala Kolatan kəndinə piyada getmişdir. Elvinin yaşadığı fərdi yaşayış evinin işıqlarının sönülü olduğunu, evin yerləşdiyi küçədə heç kimin olmadığını görmüşdür. O, Elvinin evinin həyətyanı sahəsinə həyətin dəmirdən olan giriş darvazasını açıb daxil olmuşdur. Evin dəmirdən olan giriş qapısı kilidli olmuş, bundan sonra balkonda yerləşən plastik materialından olan qapını əli ilə itələyən zaman qapının kilidli olmadığını görüb evə daxil olmuşdur. Daxil olduğu otaq yataq itağı olmuş, işıq yanılı olduğu üçün ətrafı axtarmağa başlamış, paltar şkafının qapısını açıqdan sona şkafın birinci dolabında boz rəngli dəmir qutunun olduğunu görmüş, həmin qutunu açdıqda içərisində qırımızı rəngli qızılqabının olduğunu görüb həmin qabın qapağını açmışdır. Qızıl qabının içərisində olan bir ədəd qızıl üzüyü, bir ədəd qızıl bilərziyi və bir ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğadan ibarət komplekt qızıl dəstini oğurlayıb həmin qutunun içərisində olan şəffaf rəngli sellofanın içərisinə qoyduqdan sonra sellofanı gödəkçəsinin çibinə qoymuşdur. Daha sonra həmin şkafın digər gözündən asılmış gödəkçənin ciblərini axtarmağa başlamış və həmin gödəkçənin sağ iç cibinə baxan zaman orada 3 ədəd 100 manatlıq əskinazdan ibarət 300 manat pul olduğunu görmüşdür. Həmin pulu da, cibinə qoyduqdan sonra Elvinin evindən çıxmış və yaşadığı evə getmişdir. Yaşadığı evə çatan zaman Elvinin evindən oğurladığı qızılları qoyduğu sellofan torbanı yaşadığı evin yaxınlığında olan hal-hazırda fəaliyyət göstərməyən və kimə məxsus olduğunu bilmədiyi dükanın damı ilə divarının arasında olan boşluqda gizlətmişdir. Onun Elvinin evindən oğurluq etməyini heç kim bilməmişdir. O, oğurladığı 300 manat pulu həmin günün səhəri xərcləyib evinə bazarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Elvin onunla əlaqə saxlayıb evindən oğurluq edilməsi barədə polisə şikayət etməsi barədə bildirmiş və həmin vaxt o, etdiyi əməldən peşman olub məsuliyyətə cəlb olunacağından qorxduğu üçün Elvinin evindən oğurladığı qızılları aparıb Elvinin özünə təhvil vermiş və imkansızlıq ucbatında oğurluq etdiyini bildirib haqqında şikayətçi olmamasını Elvindən xahiş etmişdir. Lakin Elvin artıq gec olduğunu və hadisə günü Boradigah PB-nə məlumat verdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Masallı rayonu Bala Kolatan kəndində yaşayır. Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır, birlikdə həyətlərdə fəhlə işləmişlər, münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 20 radələrində ailəsi ilə birlikdə Masallı rayonu Böyük Kolatan kəndində yaşayan qayınatası X2 evinə qonaq getmiş, gedərkən evinin giriş qapısını kilidləmişdir. Həmin gün saat 22 radələrində qayınatası onu və ailəsini öz avtomobili ilə yaşadığı evə gətirmişdir. Həyətə daxil olarkən yataq otağının işığının yanılı olmasını görmüşdür. Həmin vaxt o, evinin sağ tərəfində olan balkonun qapısının altında kiçik stolun qoyulmasını gördükdə evinə naməlum şəxs və ya şəxslərin daxil olmasından şübhələnmişdir. Bundan sonra o, evinin giriş qapısına yaxınlaşmış və qapını açmaq istəyəndə qapının kilidli olduğunu görmüşdür. Evə daxil olduqdan sonra balkon qapısının yerləşdiyi yataq otağına keçən zaman otaqda olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Evə oğurluq məqsədi ilə daxil olmasını başa düşmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı naməlum şəxs və ya şəxslərin evinin sol tərəfində olan plastik qapını açmaqla evə daxil olduğu müəyyən olunmuşdur. Yataq otağında olan paltar şkafının dolabına baxan zaman orada saxladığı qızıl qabının içərisində olan ona məxsus, arvadına saxlaması üçün verdiyi bir ədəd qızıl qadın üzüyünün, bir ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğadan ibarət komplekt qızıl dəstinin, bir ədəd qızıl bilərziyin və həmin şkafdan asılmış gödəkçəsinin iç cibindən 300 manat pulunun oğurlanmasını bilmişlər. Polislər ondan soruşduqda, evdə olmadıqları barədə Təqsirləndirilən şəxs deməsini bidirmiş, onlar da oğurluq edənin o, olmasından şübhələndiklərini bildirmişlər. Odur ki, zəng edib Fəridlə danışanda polisə şikayət etməsini bildirmiş, Fərid isə oğurluq etməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs ona məxsus qızıl-zinət əşyalarını qaytarmış, 28.03. 2023-cü ildəə isə 300 manat pul ona qaytarmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun əridir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində onlar ailəvi atası X2 evinə qona getmişlər və saat 22 radələrində atası onları öz avtomobili ilə yaşadıqları evə gətirmişdir. Evə daxil olduqdan sonra birlikdə balkon qapısının yerləşdiyi yataq otağına keçən zaman otaqda olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Elvin evə naməlum şəxs və ya şəxslərin oğurluq məqsədi ilə daxil olmasını deyib dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, oğurluq edən Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yataq otağında olan şkafdan bir ədəd qızıl qadın üzüyü, bir ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğadan ibarət komplekt qızıl dəsti, bir ədəd qızıl bilərziyi və həmin şkafdan asılmış əri Elvinə məxsus gödəkçənin iç cibindən 300 manat pul oğurlamışdır. xx.xx.2023-cü il tarixdə səhər radələrində Elvin evə qayıtdıqdan sonra əri Elvinlə birlikdə fəhləlik edən Masallı rayonu Qızılavar kənd sakini Təqsirləndirilən şəxs evlərinə gəlmişdir. Həmin vaxt Fərid əri ilə söhbət edib getdikdən sonra Elvin ona demişdir ki, evlərindən qızıl-zinət əşyalarını və 300 manat pulu tanışı Fərid oğurlamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Masallı RPŞ-in Boradigah PB-nin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Masallı rayonu Bala Kolatan kəndi onun xidməti ərazisinə daxildir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində xidməti iş yerində olduğu zaman Boradigah PB-nin növbətçi hissəsi tərəfindən ona məlumat verilmişdir ki, Masallı rayonu Bala Kolatan kənd sakini Zərərçəkmiş şəxs məxsus Bala Kolatan kəndində yerləşən fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Həmin vaxt o, PB-nin əməliyyat-təhqiqat qrupunun üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmişdir. Orada Zərərçəkmiş şəxs hadisə yerini onlara təqdim edərək özünə məxsus yaşadığı evdə yerləşən paltar dolabında olan gödəkçəsinin cibindən 90 manat pulunun oğurlanması barədə məlumat verib ərizə ilə Boradigah PB-nə müraciət etmişdir. Həmin vaxtdan etibarən oğurluq faktı ilə bağlı tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs Boradigah PB-nə təkrar ərizə ilə müraciət edib, xx.xx.2023-cü il tarixdə özünə məxsus evdən 90 manat deyil ümumilikdə 300 manat pulunun və ümumi dəyəri 4000 manat təşkil edən müxtəlif növ qızıl zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etdiyini bildirmişdir. Həmin faktla bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus evdən bir ədəd qızıl üzüyü, bir ədəd qızıl bilərziyi, bir ədəd üzük, bir ədəd boyunbağı, bir cüt sırğadan ibarət qızıl dəstini və 300 manat pulu Zərərçəkmiş şəxs tanışı Masallı rayonu Qızılavar kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdikdən sonra oğurladığı qızıl-zinət əşyalarının hamısını Zərərçəkmiş şəxs qaytarmışdır. Keçirilmiş-əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tərəfindən Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılaraq istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs xidməti ərazisinin sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsindən başqa hər hansı cinayət hadisəsi törətməsi və ya törədilməsində iştirak etməsi barədə ona əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/135 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Bala Kolatan kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 11 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərinindən 13 ədəd əl-barmaq izi və 05 ədəd ovuc uzu şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl zilərindən 02 ədədi xx.xx.1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyül və sol əlinin böyük barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirirlməsi üçün yararlı olan 11 ədəd əlbarmaq və 05 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. "xxxx" MMC-dən alınmış rəydən görünür ki, təqdim olunmuş bir ədəd 6 qram çəkidə, 585 əyarlı, üzərində bir ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan brilliant qaşlı qızıl üzük, bir cüt hər birinin üzərində 1 ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan ümumi çəkisi 12 qram təşkil edən, 585 əyarlı brilliant qaşlı sırğa və bir ədəd üzərində 2 ədəd qırmızı rəngli, 31 ədəd ağ rəngli qaşları olan 10 qram çəkidə, 585 əyarlı brilliant qaşlı qızıl reket boyunbağıdan ibarət qızıl dəstinin qiyməti 2500 manatdır, bir ədəd 3,3 qram çəkidə, 585 əyarlı reket bilərziyin qiyməti 350 manatdır və bir ədəd, 8 qram çəkidə, 750 əyarlı, üzərində 40 ədəd kiçik brilliant qaşları olan, qızıl üzüyün qiyməti 1150 manatdır. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. Maddi sübutun tanınması haqqında qərardan görünür ki, bir ədəd 6 qram çəkidə, 585 əyarlı, üzərində bir ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan brilliant qaşlı qızıl üzük, bir cüt hər birinin üzərində 1 ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan ümumi çəkisi 12 qram təşkil edən, 585 əyarlı brilliant qaşlı sırğa və bir ədəd üzərində 2 ədəd qırmızı rəngli, 31 ədəd ağ rəngli qaşları olan 10 qram çəkidə, 585 əyarlı brilliant qaşlı qızıl reket boyunbağıdan ibarət ümumi dəyəri 2500 manat olan qızıl dəsti, bir ədəd 3,3 qram çəkidə, 585 əyarlı, 350 manat dəyərində reket bilərziyi və bir ədəd, 8 qram çəkidə, 750 əyarlı, üzərində 40 ədəd kiçik brilliant qaşları olan, 1150 manat dəyərində qızıl üzük Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxs və şahidlərin ifadəsi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3.cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB Viləş kənd İƏRDÜ Nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X1 rayonu Qızılavar kəndində qeydiyyatdadır, o, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizə və qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və oğurlanmış 300 manat pul ona ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, dəyən ziyanı ödəməklə islah yolundadır. Odur ki, məhkəmə hesab edir ki, o, cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini, əməlində olan yüngülləşdirici halları, şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən yuxarı həddində təyin edilməsi cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Maddi sübutlar bir ədəd 6 qram çəkidə, 585 əyarlı, üzərində bir ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan brilliant qaşlı qızıl üzük, bir cüt hər birinin üzərində 1 ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan ümumi çəkisi 12 qram təşkil edən, 585 əyarlı brilliant qaşlı sırğa və bir ədəd üzərində 2 ədəd qırmızı rəngli, 31 ədəd ağ rəngli qaşları olan 10 qram çəkidə, 585 əyarlı brilliant qaşlı qızıl reket boyunbağıdan ibarət ümumi dəyəri 2500 manat olan qızıl dəsti, bir ədəd 3,3 qram çəkidə, 585 əyarlı, 350 manat dəyərində reket bilərziyi və bir ədəd, 8 qram çəkidə, 750 əyarlı, üzərində 40 ədəd kiçik brilliant qaşları olan, 1150 manat dəyərində qızıl üzüyün Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar bir ədəd 6 qram çəkidə, 585 əyarlı, üzərində bir ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan brilliant qaşlı qızıl üzük, bir cüt hər birinin üzərində 1 ədəd qırmızı rəngli, 12 ədəd ağ rəngli qaşları olan ümumi çəkisi 12 qram təşkil edən, 585 əyarlı brilliant qaşlı sırğa və bir ədəd üzərində 2 ədəd qırmızı rəngli, 31 ədəd ağ rəngli qaşları olan 10 qram çəkidə, 585 əyarlı brilliant qaşlı qızıl reket boyunbağıdan ibarət ümumi dəyəri 2500 manat olan qızıl dəsti, bir ədəd 3,3 qram çəkidə, 585 əyarlı, 350 manat dəyərində reket bilərziyi və bir ədəd, 8 qram çəkidə, 750 əyarlı, üzərində 40 ədəd kiçik brilliant qaşları olan, 1150 manat dəyərində qızıl üzüyün Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülsün. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-63/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-63/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver