Məhkəmə qərarları › İş №1(050)-63/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-63/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-63/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu, Qızılağac kəndində Zərərçəkmiş şəxs ilə aralarında pul borcu ilə əlaqədar baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs boynundan qəsdən əlləri ilə tutub sıxandan sonra sol ayaq nahiyəsindən təpiklə vuraraq sonuncuya sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırı, boynun sol yan hissəsinin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin iyul ayının ortalarında gündüz saatlarında özünə motosklet lazım olduğu üçün Ehtibarın yaşadığı evinin həyətinə getmiş, həmin vaxt evdə olan Ehtibarı çağırmış, Etibar onu görüb həyətə çıxmış, o, Ehtibarla salamlaşandan sonra sonuncuya demişdir ki, ona mosklet lazımdır, Etibra ona demişdir ki, motoskletim işləmir, amma istəyirsən verim get təmir etdir və idarə et, amma hər günə 10 manat pul səndən alacam. Ehtibarın ona dediyi təkliflə razılaşmışdır. Bu səbəbdən həyətdə olan xarab motoskleti təmirxanaya aparıb təmir etdirmişdir. Həmin gündən 4 ay keçəndən sonra motosklet xarab olmuş, bu səbəbdən gündüz saatlarında Ehtibarın yaşadığı evin həyətinə gedib sonuncuya bu barədə demiş, Ehtibar ona demişdir ki, motoskletin mühərrikini sök mən onu ustaya aparım. Bu səbəbdən o, motoskletin mühərrikini Ehtibarın həyətində hissələrə ayırmış və bundan sonra Ehtibar ehtiyyat hissələri usataya aparmışdır. Motosklet 10 gün müddət ərzində təmir edilmişdir. Təmir zamanı o, ümumilikdə motoskletin ehtiyat hissələrinin alınması üçün 30 manat pul xərcləmişdir. Artıq motosklet işlək vəziyyətdə olandan sonra Ehtibar ona demişdir ki, motoskletin təmiri üçün 90 manat pul vermiş, həmin pulu versə ona motoskleti verəcəkdir. Ehtibara demişdir ki, hazırda həmin məbləğdə pulu yoxdur, amma motoskleti ona versə işləyib o, pulu hissə-hissə ödəyər. Ehtibar onunla razılaşmayaraq, həyətindən getməyini istəmişdir. Ona görə o, həyətdən çıxıb getmişdir. Həmin gündən müxtəlif vaxtlarda Ehtibar onunla rastlaşarkən ondan həmin pulu verməyini demişdir. O, isə Ehtibara demişdir ki, “motoskleti ver işləyim pulu verim, hazırda pulum yoxdur”. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı kənddə olduğu zaman Ehtibar yanına yaxınlaşıb demişdir ki, pulunu ver. Ehtibara demişdir ki, pulu yoxdur. Ehtibar ona demişdir ki, arağa pul tapırsan. Ehtibara demişdir ki, sən kişi deyilsən. Bu sözləri deyən zaman Ehtibar iki əli ilə onun boğazından tutub təpiklə sol qıç nahiyəsindən vurmuş və sonra onu buraxmış, həmin vaxt o, Ehtibara polisə şikayət edəcəyini demiş, bundan sonra oradan yaşadığı evə çıxıb getmişdir. Həmin vaxt evdə olan arvadı Aygün onu görüb nə baş verdiyini soruşmuş, o, Aygünə baş vermiş hadisə barədə danışmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı Rayon Polis şöbəsinə gəlib döyülməsi barədə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasına Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs əvvəllər tanımış, aralarında mübahisələri və ədavətləri olmamışdır. 2023-cü ilin iyul ayının ortalarında gündüz saatlarında yaşadığı evdə olduğu zaman həyətdən kiminsə onu çağırdığını eşidib evdən həyətə çıxmış, həmin vaxt həyətdə Qəhrəmanın onu çağırdığını görüb sonuncu ilə salamlaşmış, bundan sonra Qəhrəman ona demişdir ki, ona motosklet lazımdır, Qəhrəmana demişdir ki, əgər hər günə 10 manat pul verməyə razılıq versən, motoskleti götür apar. Qəhrəman ona demişdir ki, işləsin qazandığından 10 manat pul verəcək. Qəhrəmanın dedikləri ilə razılaşdığı üçün sonuncu motoskletini həyətdən aparmışdır. Həmin gündən 4 ay keçəndən sonra gündüz saatlarında yaşadığı evinin həyətində olduğu zaman Qəhrəmanı motoskletlə gəldiyini görmüş, sonuncu yanına yaxınlaşıb demişdir ki, motoskletin mühərriki xarab olub, Qəhrəmana demişdir ki, motoskletin mühərrikini sök, onu ustaya aparsın, təmir etdirsin. Bu sözdən sonra Qəhrəman motoskletinin mühərrikini hissələrə ayırmış və bundan sonra o, həmin hissələri usataya aparmışdır. Usta mühərriki təmir etməsi üçün ona motoskletin müəyyən ehtiyat hissələrin almasını demiş, bu səbəbdən o, həmin ehtiyat hissələri alıb ustaya vermişdir. Bundan sonra usta motoskletini təmir etmişdir. Motoskleti təmirxanada olduğu zaman Qəhrəman motosklet üçün 6 manat dəyərində mühərrik yağı alıb vermişdir. Artıq motosklet işlək vəziyyətdə olandan sonra Qəhrəmana demişdir ki, motoskletin təmiri üçün 150 manat pul vermiş, lakin ona 100 manat pul versə motoskleti idarə etməyə verər. Qəhrəman ona demişdir ki, hazırda həmin məbləğdə pulu yoxdur, amma motoskleti ona versə işləyib o, pulu sənə hissə-hissə ödəyər. Qəhrəmanın ona təklif etdiyi ilə razılaşmayıb demişdir ki, xahiş edir getsin. Bu sözdən sonra Qəhrəman çıxıb getmişdir. Həmin gündən müxtəlif vaxtlarda Qəhrəmanla kənddə rastaşlarkən sonuncuya demişdir ki, motoskletə xərclədiyi pulu versin. Qəhrəman isə ona demişdir ki, vermir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı kənddə olduğu zaman Qəhrəmanı görmüş və yanına yaxınlaşıb demişdir ki, pulunu versin. Qəhrəman ona pulunun olmadığını demiş, aralarında mübahisə yaranmış, mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərinin ünvanına söyüş söymüş, bundan sonra bir-birilərinin yaxasından tutub mübahisə etmişlər. Lakin Zərərçəkmiş şəxs təpiklə vurmamış, ona xəsarət yetirməmişdir. Buna baxmayaraq həmkəndli olduqlarından hazırda barışmışlar, zərərçəkmiş şəxsə dəymi ziyanı ödəmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs əvvəllər tanımış, aralarında mübahisələri və ədavətləri olmamışdır. 2023-cü ilin iyul ayının ortalarında gündüz saatlarında yaşadığı evdə olduğu zaman həyətdən kiminsə onu çağırdığını eşidib evdən həyətə çıxmış, həmin vaxt həyətdə Qəhrəmanın onu çağırdığını görüb sonuncu ilə salamlaşmış, bundan sonra Qəhrəman ona demişdir ki, ona motosklet lazımdır, Qəhrəmana demişdir ki, əgər hər günə 10 manat pul verməyə razılıq versən, motoskletimi götür apar. Qəhrəman ona demişdir ki, sənə işlədiyi müddət ərzində qazandığından 10 manat pul verəcək. Qəhrəmanın dedikləri ilə razılaşdığı üçün sonuncu motoskletini həyətdən aparmışdır. Həmin gündən 4 ay keçəndən sonra gündüz saatlarında yaşadığı evinin həyətində olduğu zaman Qəhrəmanı motoskletlə gəldiyini görmüş, sonuncu yanına yaxınlaşıb demişdir ki, motoskletin mühərriki xarab olub. Qəhrəmana demişdir ki, motoskletin mühərrikini sök, onu ustaya aparsın, təmir etdirsin. Bu sözdən sonra Qəhrəman motoskletinin mühərrikini hissələrə ayırmış və bundan sonra o, həmin hissələri usataya aparmışdır. Usta mühərriki təmir etməsi üçün ona motoskletin müəyyən ehtiyat hissələrin almasını demiş, bu səbəbdən o, həmin ehtiyat hissələri alıb ustaya vermişdir. Bundan sonra usta motoskletini təmir etmişdir. Motoskleti təmirxanada olduğu zaman Qəhrəman motosklet üçün 6 manat dəyərində mühərrik yağı alıb vermişdir. Artıq motosklet işlək vəziyyətdə olandan sonra Qəhrəmana demişdir ki, motoskletin təmiri üçün 150 manat pul vermiş, lakin ona 100 manat pul versən ona motoskleti idarə etməyə verər. Qəhrəman ona demişdir ki, hazırda həmin məbləğdə pulu yoxdur, amma motoskleti ona versə işləyib o, pulu hissə-hissə ödəyər. Qəhrəmanın ona təklif etdiyi ilə razılaşmayıb demişdir ki, xahiş edir getsin. Bu sözdən sonra Qəhrəman çıxıb getmişdir. Həmin gündən müxtəlif vaxtlarda Qəhrəmanla kənddə rastaşlarkən sonuncuya demişdir ki, motoskletə xərclədiyi pulu ver. Qəhrəman isə ona demişdir ki, vermir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı kənddə olduğu zaman Qəhrəmanı görmüş və yanına yaxınlaşıb demişdir ki, pulu ver. Qəhrəman ona demişdir ki, pulum yoxdur, Qəhrəmana demişdir ki, arağa pul tapırsan, Qəhrəman ona demişdir ki, sən kişi deyilsən, Qəhrəmanın dediyi sözə hirslənmiş, bu səbəbdən sonuncu ondan kənara çəkilməsi üçün iki əli ilə boğazından tutmuş və təpiklə sol ayağından vurub buraxmış, Qəhrəman isə ona demişdir ki, polisə şikayət edəcəkdir. Bu sözləri deyib getmişdir. Sonradan o, Masallı Rayon Polis şöbəsinə dəvət olunarkən bilmişdir ki, Qəhrəman onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 127 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırı, boynun sol yan hissəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 09 fevral 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, araşdırma zamanı Quliyev X2 rayonu, Qızılağac kəndində döyülərək xəsarət aldığı yeri təqdim etmiş, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunaraq materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİdən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinaytət işi üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. O, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1969-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşuları və dostları ilə mehriban olmuşdur. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İHB-nın Qızılağac kənd İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə təqdim etidiyi xx.xx.2024-cü il tarixli ərizədə göstərilir: xx.xx.2024-cü il tarixdə mən həmkəndlim Təqsirləndirilən şəxs ilə kiçik münqaişə zəminində savaşmışıq, məni döyən Təqsirləndirilən şəxs 128-ci maddə ilə cinayət işi açılmışdır. Hal-hazırda barışmışıq, mənə dəyən ziyan ödənilib, mənim Təqsirləndirilən şəxs heç bir iddiam və tələbim yoxdur. Ərizə mənim sözlərimlə yazılıb imza edirəm. Təqsirləndirilən şəxs məhkəmə təqdim etidiyi xx.xx.2024-cü il tarixli ərizədə göstərilir: Mən həmkəndlim Zərərçəkmiş şəxs ilə kiçik münaqişə zəmnində dalaşmışdım. Mənim üçün 128-ci maddə ilə cinayət işi açılmışdı. Hal-hazırda Zərərçəkmiş şəxsla barışmışam, ona dəyən ziyanı ödəmişəm. Ərizəmi nəzərə alıb mənim barəmdə olan cinayət işinin icraatına xitam verəsiniz. Ərizə mənim sözlərimlə yazılıb, imzamla təsdiq edirəm. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs oğlunun ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır.; cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli Plenum Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 240 (iki yüz qırx) saat ictimai işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar