Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-63/2025 06.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1999-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs adına olan Gəncə şəhər, Nizami küçəsində yerləşən “Glamour Lady” qadın geyim dükanından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan tarixlərdə onlayn yolla sifarişlər edərək əldə etdiyi qadın geyim paltarları və geyim aksessuarlarının pullarını ona göndərilmiş bank kart hesablarına köçürməklə Zərərçəkmiş şəxs süni şəkildə etibar və inam hissi formalaşdırmaqla, alqısatqı münasibətlərində mövcud olan malların, məhsulların və xidmətlərin əldə edilməsi qarşılığında pulun və ya digər ödəniş vasitələrinin verilməsi öhdəliyini əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, əslində Zərərçəkmiş şəxs yəni, özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq vahid niyyətlə ələ keçirmək niyyətində olmaqla aldadaraq Masallı rayon, Ərkivan qəsəbəsində yerləşən yaşadığı evdə özünə məxsus olan İphone markalı mobil telefonda olan Snapseed, İnshott və istintaqa məlum olmayan digər proqramlar vasitəsilə əvvəllər aldığı məhsulların qarşılığında ona göndərilmiş olan nömrələri 41697388 **** 7822, 41697388 **** 2583, 52391517****9780, 41697388 **** 0362 və 416973******9389 ilə olan bank kartları və istintaqa məlum olmayan digər bank kartlarına pul köçürmələrini təsdiq edən ödəniş qəbzlərində tarixləri, məbləğləri, kart hesab rəqəmlərini qəsdən dəyişməklə saxtalaşdırıb hazırlayaraq xx.xx.2024-cü il tarixdə 35 manat və 73 manat, xx.xx.2024-cü il tarixdə 57 manat, xx.xx.2024-cü il tarixdə 79 manat, xx.xx.2024-cü il tarixdə 82 manat, 136 manat və 53 manat, xx.xx.2024-cü il tarixdə 116 manat, xx.xx.2024-cü il tarixdə 170 manat və 5 manat, xx.xx.2024-cü il tarixdə 155 manat və 356 manat, xx.xx.2024-cü il tarixdə 474 manat və 250 manat, xx.xx.2024-cü il tarixdə 452 manat, xx.xx.2024-cü il tarixdə 25 manat, 95 manat və 489 manat, xx.xx.2024-cü il tarixdə 645 manat və 175 manat, xx.xx.2024-cü il tarixdə 359 manat, 39 manat və 129 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 202 manat və 122 manat, xx.xx.2024-cü il tarixdə 353 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, 370 manat və 124 manat, xx.xx.2024-cü il tarixdə 257 manat və xx.xx.2024-cü il tarixdə 178 manat və 60 manat məbləğdə ödənişlər edilməsini göstərən saxta ödəniş qəbzlərini Zərərçəkmiş şəxs məxsus olan “Glamour Lady” qadın geyim dükanında çalışan Şahid1 istifadəsindəki ***-***-**-** saylı mobil nömrəsində olan whatsapp hesabına özünə məxsus olan ***-***-**- ** saylı mobil nömrədəki whatsapp hesabından göndərməklə sifariş etdiyi məhsulların pulunu ödədiyi görüntüsü yaradaraq Zərərçəkmiş şəxs aldadıb sonuncunun onun adına Masallı rayon Mərkəzi Poçtuna göndərdiyi qadın geyim paltarları və geyim aksessuarlarını Masallı rayon ərazisində əldə edərək vahid niyyətlə zərərçəkmiş şəxsə 6525 manat məbləğdə yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs adına olan Gəncə şəhər, Nizami küçəsində yerləşən “Glamour Lady” qadın geyim dükanına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində etdiyi sifarişlərin qarşılığında göndərmiş olduğu saxta ödəniş qəbzlərinin Zərərçəkmiş şəxs və sonuncunun dükanında işləyən satıcılar tərəfindən saxta olduğunun başa düşülmədiyini görüb, göndərmiş olduğu çoxsaylı saxta ödəniş qəbzlərinin Zərərçəkmiş şəxs və sonuncunun dükanında satıcı işləyən Şahid1 inam və etibar hissini möhkəmləndirdiyini anlayıb təkrarən alqı-satqı münasibətlərində mövcud olan malların, məhsulların və xidmətlərin əldə edilməsi qarşılığında pulun və ya digər ödəniş vasitələrinin verilməsi öhdəliyini əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, əslində Zərərçəkmiş şəxs yəni, özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq vahid niyyətlə təkrarən ələ keçirmək niyyətində olmaqla aldadaraq Masallı rayon, Ərkivan qəsəbəsində yerləşən yaşadığı evdə özünə məxsus olan İphone markalı mobil telefonda olan Snapseed, İnshott və istintaqa məlum olmayan digər proqramlar vasitəsilə əvvəllər aldığı məhsulların qarşılığında ona göndərilmiş olan nömrələri 41697388 **** 7822, 41697388 **** 2583, 52391517****9780, 41697388 **** 0362 və 416973******9389 ilə olan bank kartları və istintaqa məlum olmayan digər bank kartlarına pul köçürmələrini təsdiq edən ödəniş qəbzlərində tarixləri, məbləğləri, kart hesab rəqəmlərini qəsdən dəyişməklə saxtalaşdırıb hazırlayaraq 2024-cü ilin iyun ayının əvvəllərində 1000 manat, xx.xx.2024-cü il tarixdə 247 manat, xx.xx.2024-cü il tarixdə 321 manat, xx.xx.2024-cü il tarixdə 441 manat, xx.xx.2024cü il tarixdə 334 manat, xx.xx.2024-cü il tarixdə 202 manat, xx.xx.2024-cü il tarixdə 215 manat və 55 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 66 manat, xx.xx.2024-cü il tarixdə 372 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 741 manat, 2024-cü ilin iyul ayının əvvəllərində 3000 manat, 2024-cü ilin iyul ayının ortalarında 2633 manat, xx.xx.2024-cü il tarixdə 70 manat və 731 manat, xx.xx.2024-cü il tarixdə 336 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, 742 manat və 425 manat, xx.xx.2024-cü il tarixdə 700 manat və 103 manat, xx.xx.2024-cü il tarixdə 159 manat, xx.xx.2024-cü il tarixdə 468 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 333 manat və 414 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1296 manat, xx.xx.2024-cü il tarixdə 523 manat və xx.xx.2024-cü il tarixdə 490 və 170 manat məbləğdə ödənişlər edilməsini göstərən saxta ödəniş qəbzlərini Zərərçəkmiş şəxs məxsus olan “Glamour Lady” qadın geyim dükanında çalışan Şahid1 istifadəsindəki ***-***-**-** saylı mobil nömrəsində olan whatsapp hesabına özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədəki whatsapp hesabından göndərməklə sifariş etdiyi məhsulların pulunu ödədiyi görüntüsü yaradaraq Zərərçəkmiş şəxs aldadıb sonuncunun onun adına Mərkəzi Poçt və rayonlar arası xidmət göstərən avtobuslar vasitəsilə göndərdiyi qadın geyim paltarları və geyim aksessuarlarını Masallı rayon ərazisində əldə edərək vahid niyyətlə zərərçəkmiş şəxsə ümumilikdə 19475 manat məbləğdə yəni, xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, geyim tələbatını ödəmək üçün ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətmişdir. O, instaqram sosial şəbəkəsində “ Glamour Lady” qadın geyim dükanından özü üçün müxtəlif dəst paltarlar sifariş etmişdir. Həmin geyimlər üçün 200-300 manat və müxtəlif məbləğlərdə ödəniş edərək qəbzini əldə etmişdir. Daha sonra o, hər dəfəsində paltarlardan sifariş etdikcə həmin qəbzlərin tarixini və məbləğini proqram vasitəsilə dəyişərək geyim dükanının əməkdaşlarına göndərmişdir. Paltarlar əsasən ona poçt vasitəsilə göndərilmişdir. O hesab edir ki, törətdiyi cinayət əməli nəticəsində “Glamour Lady” geyim dükanın mağaza sahibinə 20000 manat maddi ziyan vurmuşdur. Həmin dəymiş ziyandan 6000 manat məbləğində geyim zərərçəkmiş şəxsə qaytarılmışdır. İbtidai istintaq dövründə ona sənədlərə məcbur qol çəkdirilmiş iş materialları ilə tanış olmağına imkan yaradılmamışdır. Ona görə də o, 26000 manat maddi ziyanla bağlı sənədlərə qol çəkmişdir. Törətdiyi cinayət əməli ilə bağlı polis əməkdaşları onu şöbəyə çağırmış və ona hüquqazidd hərəkət etdiyini bildirmişlər. Daha sonra o, Gəncə şəhərinə polis şöbəsinə çağırılmışdır. Orada törətdiyi əməllə bağlı dindirildikdən sonra babası ilə birlikdə evə gələrək evdə olan geyimləri götürərək Gəncədə yerləşən polis şöbəsinə aparmışlar. Orada zərərçəkmiş şəxslərə göstərmiş, o da həmin paltarın bir qismini götürmüşdür. Götürülən paltarların dəyəri 6000 manat civarında qiymətləndirilmişdir. Qalan paltarlar da müxtəlif bəhanələr gətirilərək götürülməmiş, hazırda etiketləri üzərində olan 3000 manat dəyərində geyimləri, eləcə də istifadə olunmuş paltarları evində saxlayır. O, paltarları özü üçün əldə etmiş, bir də Nabat adlı şəxsə bir dəfə uşaq və qadın geyimi sifariş etmişdir. Nabatın onun qanunsuz hərəkətlərindən xəbəri olmamışdır. Sonrakı məhkəmə iclaslarında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən 1000 manat mülki iddianı qəbul etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödədiyini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində yüngül və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdehin ittiham olunduğu cinayəti törətməsi onun özünün ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işlətdiyi “Glamour Lady” qadın geyim mağazasından müntəzəm olaraq qadın geyimləri almağa başlamışdır. O, xanımın yaxşı müştəri olduğuna görə satıcı xanımlara Elvira xanımla “xüsusi” ilə məşğul olmalarını tapşırmışdır. Elvira xanım iki-üç gündən bir paltar sifariş etmiş və o yalançı qəbzləri onlara göndərdikdən sonra paltarları Elvira xanıma göndərmişlər. 5-6 aydan sonra Elvira xanımın tez tez onlardan alış-veriş etməsi, eyni ölçüdə geyim alması onda şübhələr oyatmağa başlamış və fikirləşmişdir ki, bu qədər paltarları bir insan geyinə bilməz. Daha sonra xanımın onlara göndərdiyi qəbzləri yoxlamış, həmin qəbzlərdə olan pulların heç birinin onların kart hesabına köçürülmədiyini görmüşlər. Bundan sonra polisə müraciət etmişdir. Onlara məxsus “Glamour Lady” qadın geyim mağazasının bir neçə filialı olduğuna görə həm də 5-6 ay ərzində zaman zaman alış-veriş etdiyi üçün Elvira xanım saxta qəbzlərdən istifadə edərək onları aldatmasının fərqində olmamışlar. Satıcı xanımlar paltarları bağlamaya qoyub poçtla Elvira xanıma göndərmişlər. Dəymiş ziyanın 20000 manat civarını qəbzlər vasitəsilə qalan 6000 manatı Elvira xanıma göndərilən bağlamalar vasitəsilə aşkar edilmişdir. İlk olaraq instaqram sosial şəbəkəsi, daha sonra whatsapp vasitəsilə alış-veriş etmişlər. İnstaqramdan olan alış-verişlər silinmişdir. Whatsapp vasitəsilə olunan alış-verişin saxta qəbzləri qalmışdır. Onlar əsasən xanıma geyimlər göndərmiş, bir dəfə isə onun qohumu dediyi şəxsə geyimlər göndərmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçınn nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 mülki iddia ərizəsinə dəqiqləşmə verərək göstərmişdir ki, təmsil etdiyi şəxs təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Ona dəymiş ziyandan 9000 (doqquz min) manat ödənilmişdir. 9000 manatın qarşılığında mülki iddianın 18500 (on səkkiz min beş yüz) manatını silir. Yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülki iddiadan 1000 manat ziyana görə borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs ilə barışdığından ona həbslə əlaqədar olmayan cəza verilməsini istəyir. Sonda Nümayəndə2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə, yəni əmlakına vurduğu ziyana görə 1000 (min) manat pulun və ödədiyi dövlət rüsumuna görə 158,40 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, O, “Glamour Lady” qadın geyim mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs onunla ilk olaraq instaqram sosial şəbəkəsindən daha sonra whatsapp sosial şəbəkəsi vasitəsilə alış-veriş etmişdir. Elvira xanım instaqram sosial şəbəkəsində paylaşdıqları geyimləri və aksesuarlardan bəyəndiklərinin şəkillərini ona göndərmiş və qiymətini soruşmuşdur. Geyimlərin alınması ilə bağlı aralarında razılıq əldə edildikdən sonra Elvira xanım ödəniş qəbzlərini onun mobil telefonuna yolladıqdan sonra onlar da geyimləri poçt vasitəsilə xanıma göndərmişlər. Onlarda üç-dörd mağaza olduğuna görə hesablarına pulun gəlibgəlməməsinə baxmamışlar. Elvira xanımla aralar whatsapp sosial şəbəkəsində olan yazışmalar qalmışdır. Xakerlər tərəfindən “Glamour Lady” qadın geyim mağazasına məxsus olan instaqram hesabları dondurulmuşdur. Daha sonra həmin hesab bərpa olunsa da Elvira xanımla aralarında olan yazışmalar silinmişdir. Cinayət işi üzrə 26000 manat məbləğində dəymiş ziyanın necə hesablanması barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımışdır. O, Zərərçəkmiş şəxs məxsus olan və Gəncə şəhər Nizami küçəsində yerləşən “Glamour Lady” geyim dükanından sifariş edilən bağlamaların yaxın ünvanlara çatdırılması və uzaq yerlərə göndərilməsi işini pul qarşılığında görmüşdür. Bəzən dükana yeni mal və məhsullar depo ediləndə də daşıma işlərini görmüşdür. O, həmin dükandan kimlərin nə sifariş etdiyini xatırlamamış, lakin dükandan ona bəzən uzaq rayonlara, məsələn Bərdə, Şəmkir, Mingəçevir, Şəki və s. kimi rayonlara bağlama göndərilməsi tapşırılmışdır. Belə ki, 2024-cü ilin iyun ayının əvvəllərində Samir ona Masallı rayonuna bir bağlama göndərilməli olduğunu demişdir. O da dükana gəlmiş və qablaşdırılmış bağlamanı öz maşını ilə Gəncə şəhər avtovağzalına aparmışdır. Orada xatırlamadığı avtobusların biri ilə bağlamanı Masallı rayonuna göndərmişdir. O, həmin vaxt avtobusda xidmət göstərən cavan oğlana bağlamanın Təqsirləndirilən şəxs adlı qadına çatacağını demişdir. Daha sonra o, dükana qayıdıb avtobusda işləyən şəxslərdən birinin mobil nömrəsini dükanda işləyən satıcı Şahid1 vermişdir. O, bu işə qarşılıq Zərərçəkmiş şəxs 10 manat pul almışdır. O, bundan başqa eyni qaydada Zərərçəkmiş şəxs çağırışı ilə 2024-cü ilin iyul ayının əvvəllərində 1 dəfə, 2024-cü ilin iyul ayının ortalarında 1 dəfə və 2024-cü ilin sentyabr ayında isə 3 dəfə Masallı rayonuna Təqsirləndirilən şəxs çatacaq adı ilə avtobusla bağlama göndərmişdir. O, avtobus sürücülərinə yaxınlaşmış və sürücülər də ona bağlamanı avtobusda xidmət edən köməkçilərə verməyi tapşırmışlar. O, köməkçilərin mobil nömrələrini alıb dükanda işləyən şəxslərə vermişdir. O, Təqsirləndirilən şəxs ilə heç vaxt mobil telefon əlaqəsi saxlamamışdır. Dükanda işləyən satıcılar özləri həm Elvira ilə, həm də avtobuslarla əlaqə saxlayıb bağlamanın çatdırılmasını tənzimləmişlər. Bu səbəbdən Samir ona bağlamanı göndərməyi və mobil nömrələri Şahid1 və ya başqa işçi qızlara gətirib verməyi tapşırmışdır. o, başqa rayonlara bağlama göndərsə də, Masallı rayonuna ancaq Təqsirləndirilən şəxs adına avtobusla bağlama göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Əli Şiriyev tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqı aparılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 18 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 28 dekabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2024-cü ilin aprel-sentyabr ayları müddət ərzində ona məxsus olan mağazadan saxta çeklər vasitəsilə ümumilikdə 26000 manat dəyərində qadın geyim əşyalarını dələduzluq vasitəsilə əldə etdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun mağazasından saxta ödəniş çeklərindən istifadə edərək qadın geyimlərini aldığını və ümümilikdə 26000 manat dəyərində Zərərçəkmiş şəxs ziyan vurduğunu bir-birinin üzünə demişlər. Cinayət işinin materiallarında olan 28 dekabr 2024-cü il tarixli üzləşdirmə dindirmə protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayından başlayaraq mesaj yazaraq müxtəlif geyim paltarları və geyim aksessuarları şifariş etdiyini, sifarişləri qəbul etdikdən sonra sifarişlərin qiymətini ödədiyini təsdiq edən ödəniş qəbzlərinin şəkilini göndərdiyini həmin qəbzlərin şəkilini Zərərçəkmiş şəxs göstərdikdən sonra onun razılığı ilə sifarişləri qablaşdırılaraq poçt vasitəsilə Elviraya göndərdiyini, Təqsirləndirilən şəxs Şahid1 üzünə saxta çeklər vasitəsilə qadın geyimləri sifariş etdiyini bir-birinin üzünə demişlər. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. Cinayət Əməlinin tövsifi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci cə 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 13 sentyabr 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi müxtəlif markalı, model, ölçüdə və qiymətdə olan geyim paltarlarının və geyim aksessuarlarının bir hissəsi babası X3 tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verilmişdir. 17 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən X1 tərəfindən dələduzluq yolu ilə əldə etdiyi müxtəlif markalı, model, ölçüdə və qiymətdə olan geyim paltarlarının və geyim aksessuarlarının bir hissəsi saxlanılması üçün təhvil alınmışdır. Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılan whatsapp mesajlaşmasını əhatə edən 01 ədəd DVD diskə baxış keçirilən zamanı CD diskin içərisində 17 ədəd video yazıların olması aşkar edildi. Həmin video yazılar Şahid1 məxsus olan mobil telefonda ekran görüntüsünü qeyd etmə funksiyası ilə qeydə alınmışdır. Həmin video yazılarda Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi ***-***-**-** saylı mobil nömrədə olan whatsapp hesabı ilə mesajlar yazaraq müxtəlif qiymətdə, ölçüdə, marka və modeldə olan qadın geyim paltarları və geyim aksessuarları sifariş etməsi, sifariş etdiyi məhsulların qarşılığında isə son 4 rəqəmi 7822, 2583 ilə bitən bank kartlarına ödənişlər edildiyini göstərən saxta ödəniş qəbzləri göndərdiyi, sifariş edilən məhsulların çox hissəsinin qablaşdırılması, qablaşdırılmaların üzərində “Təqsirləndirilən şəxs, Masallı rayonu” sözləri yazılması aşkar edildi. Təqsirləndirilən şəxs həmin saxta ödəniş qəbzlərini özünə məxsus olan mobil telefondakı inshot və snapseed proqramları vasitəsilə hazırladığını, qəbzlərdə əsasən son 4 rəqəmi 7822, 2583 olan bank kartıları nömrələrini yazdığını, lakin ona göndərilmiş digər bank kartlarına da ödəniş edildi barədə saxta ödəniş qəbzləri hazırladığını bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs videolarda olan yazışmaların onun sifariş etdiyi bütün məhsulları əhatə etmədiyini, saxta qəbzləri göndərmək üsulu ilə dələduzluq əməllərinə 09 may 2024-cü il tarixdən başladığını və 2024-cü ilin may ayı ərzində vahid niyyətlə çox sayda saxta ödəniş qəbzi göndərməklə qadın geyim paltarları və geyim aksessuarları əldə etdiyini, 2024-cü ilin may ayı ərzində təxminən 7000 manat məbləğdə məhsul sifariş etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əldə etdiyi məhsulların qarşılığında Zərərçəkmiş şəxs göndərdiyi qəbzlərin saxta olmasının ortaya çıxmadığını görüb yenidən təkrarən eyni əməlləri törətmək niyyətinə düşmüşdür. Bu niyyətlə o, 2024-cü ilin iyun ayının əvvəllərindən başlayaraq xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində vahid niyyətlə yenidən çox sayda saxta qəbzlər hazırlayıb həmin Aysel adlı satıcıya göndərdiyini və 2024-cü ilin iyun-sentyabr ayları ərzində isə təxminən 19000 manat dəyərində məhsullar sifariş etdiyini deyib Zərərçəkmiş şəxs ümumilikdə 26000 manat məbləğində maddi ziyan vurmasını bir daha təsdiq etdi. Təqsirləndirilən şəxs əlavə olaraq sifariş etdiyi məhsulların çox hissəsini poçt göndərişi şəklində, bir neçə dəfə isə öz istəyi ilə rayonlar arası xidmət göstərən avtobuslar vasitəsilə əldə etdiyini və bütün ona göndərilmiş bağlamaları Masallı rayon ərazisində əldə etdiyini demişdir. Cinayət işinin materiallarında olan Azərpoçt MMC-nin X4 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhərindən Masallı rayon, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs adına ayrı-ayrı tarixlərdə 23 sayda (xx.xx.2024-xx.xx.2024) bağlamalar daxil olmuş və Cəlilabad RPF-nin Masallı Müştəri Xidmətlər şöbəsində vətəndaşa poçt qaydalarına uyğun təhvil verilmişdir. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, 9/7919 ekspert rəyi üzrə aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən yazılmaqla imzalanmış xx.xx.2025-ci il tarixli ərizədə göstərilir ki, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 1000 manat pulu və ödənilmiş 158,40 manat pulun alınaraq ona ödənilməsini tələb edir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdehə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxs və mülki cavabdehə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, onun nümayəndələrinin və şahidin məhkəmə iclasında verdiyi ifadələri, üzləşdirmə protokolları, CD disklər, baxış və götürmə protokolu, ona əlavə edilmiş fotocədvəllər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin birinci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 dekabr 1921-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.14-cü maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Masallı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından mülki iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 158,40 manat pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə, iş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək, müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs kimi dindirilməsini özündə əks etdirən 02 ədəd CD disk, içərisində whatsapp yazışmalarını özündə ehtiva edən video görüntü olan 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq, saxlanıldığı 17 dekabr 2024-cü il tarixindən 18 dekabr 2024-cü il tarixədək olan 01 (bir) gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 158,40 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs Kaml qızından tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut: Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs kimi dindirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk, içərisində whatsapp yazışmalarını özündə ehtiva edən video görüntü olan 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-63/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-63/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver