Məhkəmə qərarları › İş №1(050)-65/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-65/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-65/2024 08.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü madələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 2005-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxxxx 2006-cı ildə Masallı rayonu, Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində əvvəllər tanıdığı, Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs işlətdiyi Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” mobil telefon və kompüter aksesuarlarının alışı-satışı mağazasına plastik qapının kilidini dəmir parçasıla açmaq yolu ilə qanunsuz olaraq daxil olub mağazadan 1 ədəd 32 gb daxili yaddaşa malik 100 manat dəyərində “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 180 manat dəyərində “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 150 manat dəyərində “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 160 manat dəyərində “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd 128 gb daxili yaddaşa malik 200 manat dəyərində “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 100 manat dəyərində “Realme C33” markalı mobil telefon, 1 ədəd 16 gb daxili yaddaşı olan 15.6 ekran diaqonallı 500 manat dəyərində “Acer” markalı noutbuk, 150 manat dəyərində müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd “Flash drive” firmasına məxsus hər birinin 16 gb yaddaş həcmi olan hər birinin qiyməti 20 manat təşkil edən USB fləş kart, 10 ədəd “Sandisk” firmasına məxsus hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən USB fləş kart, 5 ədəd “Samsung” firmasına məxsus hər birinin 32 gb yaddaş həcmi olan hər birinin qiyməti 25 manat təşkil edən USB fləş kart, 12 ədəd hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən batareya, 4 ədəd “Xiaomi firmasına məxsus hər biri 40 santimetr uzunluqda hər birinin qiyməti 5 manat təşkil edən USB kabeli, 1 ədəd “WS-E9-Ultra” firmasına məxsus 100 manat dəyərində smart saat dəsti, 1 ədəd “Ultra 8” firmasına məxsus 40 manat dəyərində smart saat, 5 ədəd “Microwear” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 8 ədəd “Samsung” firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən şarj başlığı, 6 ədəd “Airpods” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən naqilsiz qulaqcıq, 4 ədəd “M7 plus” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 1 ədəd 15 manat dəyərində kompüter səs gücləndirici cihazı və 1 ədəd 15 manat dəyərində kompüter çantasını idman çantalarına yığmış, lakin oraya gələn xidmətdə olan Masallı RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən ifşa olunaraq, cinayət başında tutulduğu üçün öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs məxsus olan 2755 manat dəyərində əmlakı gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində əvvəllər tanıdığı, Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs işlətdiyi Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” mobil telefon və kompüter aksesuarlarının alışı-satışı mağazasına plastik qapının kilidini dəmir parçasıla açmaq yolu ilə qanunsuz olaraq daxil olub mağazadan 1 ədəd 32 gb daxili yaddaşa malik 100 manat dəyərində “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 180 manat dəyərində “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 150 manat dəyərində “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 160 manat dəyərində “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd 128 gb daxili yaddaşa malik 200 manat dəyərində “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 100 manat dəyərində “Realme C33” markalı mobil telefon, 1 ədəd 16 gb daxili yaddaşı olan 15.6 ekran diaqonallı 500 manat dəyərində “Acer” markalı noutbuk, 150 manat dəyərində müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd “Flash drive” firmasına məxsus hər birinin 16 gb yaddaş həcmi olan hər birinin qiyməti 20 manat təşkil edən USB fləş kart, 10 ədəd “Sandisk” firmasına məxsus hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən USB fləş kart, 5 ədəd “Samsung” firmasına məxsus hər birinin 32 gb yaddaş həcmi olan hər birinin qiyməti 25 manat təşkil edən USB fləş kart, 12 ədəd hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən batareya, 4 ədəd “Xiaomi firmasına məxsus hər biri 40 santimetr uzunluqda hər birinin qiyməti 5 manat təşkil edən USB kabeli, 1 ədəd “WS-E9-Ultra” firmasına məxsus 100 manat dəyərində smart saat dəsti, 1 ədəd “Ultra 8” firmasına məxsus 40 manat dəyərində smart saat, 5 ədəd “Microwear” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 8 ədəd “Samsung” firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən şarj başlığı, 6 ədəd “Airpods” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən naqilsiz qulaqcıq, 4 ədəd “M7 plus” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 1 ədəd 15 manat dəyərində kompüter səs gücləndirici cihazı və 1 ədəd 15 manat dəyərində kompüter çantasını idman çantalarına yığmış, lakin oraya gələn xidmətdə olan Masallı RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən ifşa olunaraq, cinayət başında tutulduğu üçün öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs məxsus olan 2755 manat dəyərində əmlakı gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində əvvəllər tanıdığı, Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs işlətdiyi Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” mobil telefon və kompüter aksesuarlarının alışı-satışı mağazasına plastik qapının kilidini dəmir parçasıla açmaq yolu ilə qanunsuz olaraq daxil olub mağazadan 1 ədəd 32 gb daxili yaddaşa malik 100 manat dəyərində “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 180 manat dəyərində “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 150 manat dəyərində “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 160 manat dəyərində “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd 128 gb daxili yaddaşa malik 200 manat dəyərində “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 100 manat dəyərində “Realme C33” markalı mobil telefon, 1 ədəd 16 gb daxili yaddaşı olan 15.6 ekran diaqonallı 500 manat dəyərində “Acer” markalı noutbuk, 150 manat dəyərində müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd “Flash drive” firmasına məxsus hər birinin 16 gb yaddaş həcmi olan hər birinin qiyməti 20 manat təşkil edən USB fləş kart, 10 ədəd “Sandisk” firmasına məxsus hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən USB fləş kart, 5 ədəd “Samsung” firmasına məxsus hər birinin 32 gb yaddaş həcmi olan hər birinin qiyməti 25 manat təşkil edən USB fləş kart, 12 ədəd hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən batareya, 4 ədəd “Xiaomi firmasına məxsus hər biri 40 santimetr uzunluqda hər birinin qiyməti 5 manat təşkil edən USB kabeli, 1 ədəd “WS-E9-Ultra” firmasına məxsus 100 manat dəyərində smart saat dəsti, 1 ədəd “Ultra 8” firmasına məxsus 40 manat dəyərində smart saat, 5 ədəd “Microwear” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 8 ədəd “Samsung” firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən şarj başlığı, 6 ədəd “Airpods” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən naqilsiz qulaqcıq, 4 ədəd “M7 plus” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 1 ədəd 15 manat dəyərində kompüter səs gücləndirici cihazı və 1 ədəd 15 manat dəyərində kompüter çantasını idman çantalarına yığmış, lakin oraya gələn xidmətdə olan Masallı RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən ifşa olunaraq, cinayət başında tutulduğu üçün öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs məxsus olan 2755 manat dəyərində əmlakı gizli olaraq talamağa cəhd etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilrərək, ifadəsində göstərdi ki, bərbərlik etməklə gündəlik olaraq qazanc əldə edir və əldə etdiyi pul ilə dolanışığını təmin edir. Masallı şəhər sakini Təqsirləndirilən şəxs2 və Masallı rayonu, Ərəb kənd sakini Təqsirləndirilən şəxs3 bir müddətdir ki, tanımış, onlarla əvvəllər aralarında dostluq münasibətləri olmuşdur. Tez-tez Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Masallı şəhər ərazisində görüşmüş, 05 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhər ərazisində yerləşən bərbər işlətdiyi obyektin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə görüşmüş, hər üçü aralarında ümumi hal-əhvallaşarkən maddi sıxıntılardan gileylənmişlər. Zeyn və Cavid heç yerdə işləməmiş, özü isə gündəlik qazandığı pulun siqaret və digər xərclərini ödəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona və Cavidə oğurluq etməyi təklif etmiş, oğurlayacaqları əmlakın satışından əldə edəcəkləri pul ilə 3 nəfər aralarında bölüşməyi və bir müddət yaxşı pul olacağını bildirmişdir. Cavidlə birlikdə Zeyndən haradan oğurluq edəcəkləri barədə soruşmuş, sonuncu Masallı şəhəri “Köhnə bazar” adlanan ərazinin arxa tərəfində tanışı Zəki adlı şəxsin mobil telefon və komputer aksesuarları mağazası işlətdiyini, həmin mağazada kifayət qədər əmlak olduğunu və oradan oğurlayacaqları əmlakın satışından yaxşı pul əldə edəcəklərini demişdir. Zeyn söhbət zamanı həmin mağazaya tez-tez getdiyindən müşahidə kamerasının yaddaş qurğusu və videoqeydiyyatçısının harada yerləşdiyini və necə çıxarıldığını bildiyini demiş, Zərərçəkmiş şəxs işlətdiyi həmin mağazaya əvvəllər bir neçə dəfə Zeyn ilə birlikdə getmiş və Zəki ilə əvvəllər hər hansı bir düşmənçiliyi olmamışdır. Zeynin oğurluq etmək barədə təklifi ona və Cavidə xoş gəldiyi üçün razılaşmış, 3 nəfər birlikdə oğurluq etməyi qərara almışlar, aralarında olan razılaşmaya əsasən oğurluq etmək üçün qanunsuz daxil olacaqları mağaza Masallı şəhərinin mərkəzində yerləşdiyindən oraya gecə vaxtı daxil olmağı planlaşdırmışlar. Gecə olmasını gözləmişlər, həmin vaxta kimi 3 nəfər birlikdə Masallı şəhəri ərazisində işlədiyi bərbər salonunda gözləmişlər, qabaqcadan aralarında olan razılaşmaya əsasən mağazanın plastik qapısını Təqsirləndirilən şəxs3 açacaqmış, daha sonra hər üçü mağazaya daxil olacaqmış, o mağazadan çöldə ətrafı müşahidə edəcəkmiş, Cavid mağazadan dolablardan mobil telefon və digər aksesuarları oğurlayıb çantalara yığacaqmış, Zeyn isə mağazanın müşahidə kamerasının yaddaş qurğusu və videoqeydiyyatçısını elektrik enerjisindən ayırıb götürdükdən sonra Cavidə aksesuarlar oğurlayıb çantaya yığmağa köməklik edəcəkmişdir. Bunun üçün Təqsirləndirilən şəxs3 üzərində 2 ədəd idman çantası və plastik qapının kilidini açmaqdan ötrü 1 ədəd balaca dəmir parçası götürmüş, 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mobil telefon və komputer aksesuarlarının alışı-satışı mağazasının qarşısına gəlmişlər, ətrafda insan və avtomobil gediş-gəlişi olmadığına əmin olub Cavid mağazanın plastik qapısının kilidini əlində olan dəmir parçası ilə açmışdır. Dərhal ilk əvvəl mağazaya Cavid, daha sonra o və ardınca Zeyn daxil olmuş, mağazaya daxil olarkən hər üçü üzlərini şarf və papaq ilə görünməz etmişlər, mağazanın plastik pəncərəsindən çölü müşahidə etməyə başlamış, Zeyn müşahidə kamerasının yaddaş qurğularını elektrik xəttindən ayırmaq ilə məşğul olmuş, Cavid isə əlində mobil telefonunun fanarının işığı ilə mağazada yerləşən dolablardan mobil telefon, komputer, smart saatlar, mobil telefon və komputer aksesuarları oğurlayaraq əlində olan idman çantalarına yığmışdır. Zeyn müşahidə kamerasını xəttdən ayırdıqdan sonra Cavidə köməklik etməyə başlamış, Cavid və Zeyn oğurladıqları əşyaların az olduğunu və hələ mağazada kifayət qədər mobil telefon və komputer aksesuarları olduğu üçün oğurlamağa davam edəcəklərini bildirmişlər, Zeyn və Cavid əllərində olan 2 ədəd idman çantası və mağazadan götürdükləri 1 ədəd komputer çantasına yığdıqları aksesuarları ona vermişlər və həmin çantaları yanında saxlamışdır. Zeyn və Cavid isə sellofan torbalara oğurlayacaqları əşyalara yığmağa başlamışlar, həmin vaxtı anidən mağazanın qapısını 2 nəfər polis formasında olan şəxs itələyərək açmış, polis formasında olan şəxsləri görüncə yerlərində donub qalmışlar. Tanımadıqları polis formasında olan şəxslər orada qaranlıqda nə etmələri barədə sual vermişlər, ilk əvvəl cavab verməmişlər, polis formasında olan şəxslər özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzlərində olan papaq və şarfı çıxartmışlar. Həmin şəxslərə mağazaya 3 nəfər oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olduqlarını demişlər, polis əməkdaşlarına Cavid və Zeynlə birlikdə şəxsiyyət məlumatlarını demiş, daha sonra polis əməkdaşları ona, Cavidə və Zeynə onlarla oğurladıqları əşyalar ilə birlikdə Masallı RPŞ-yə getmək lazım olduğunu demişlər. Polis əməkdaşları ilə birlikdə mağazadan oğurlanmasına cəhd edib 2 ədəd idman çantasına yığdıqları 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd “Realme C33” markalı mobil telefon, müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd 16 gb yaddaş həcmi olan USB fləş kart, 10 ədəd 8 gb yaddaş həcmi olan USB fləş kart, 5 ədəd 32 gb yaddaş həcmi olan USB fləş kart, 12 ədəd 8 gb yaddaş həcmi olan yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon batareyası, 4 ədəd “Xiaomi” firmasına məxsus USB kabeli, 11 ədəd smart saat dəsti, 8 ədəd batareya başlığı, 6 ədəd naqilsiz qulaqcıq, 1 ədəd komputer səs gücləndirici cihazı, 1 ədəd “Acer” markalı noutbuk və çantası birlikdə Masallı RPŞ-yə gəlmişlər. Masallı RPŞ-yə gəldikdən sonra Cavid və Zeyn ilə birlikdə Zərərçəkmiş şəxs məxsus mağazaya oğurluq etmək məqsədilə daxil olduqlarını, lakin polis əməkdaşlarının mağazada oğurluq edərkən aşkar etdikləri üçün əməllərini başa çatdıra bilmədiklərini demişlər. Əgər həmin vaxtı mağazada oğurluq etmək məqsədilə olmaları polis əməkdaşları tərəfindən aşkar olunmasaydı, Cavid və Zeyn ilə birlikdə mağazadan oğurladığı əşyaları növbəti günlərdə Masallı şəhər ərazisində satışını həyata keçirdib əldə edəcəkləri pulu 3 nəfər arasında böləcəklərmiş, lakin qabaqcadan razılaşdırdıqları oğurluq əməlinin sona kimi başa çatdırmaqlarına polis əməkdaşları mane olmuşdurlar. Sonda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilrərək, ifadəsində göstərdi ki, Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir müddətdir ki, tanıyır, onlarla əvvəllər dostluq münasibətləri olmuşdur. Törətmiş olduqları hadisəyə kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tez-tez görüşmüş, 05 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 işlədiyi bərbər salonunun qarşısında İlkin və Cavid ilə görüşmüş, hər üçü aralarında ümumi hal-əhvallaşarkən maddi sıxıntılardan gileylənmişlər. Özü və Zeyn heç yerdə işləməmiş, İlkin isə gündəlik qazandığı pulun xərclərini ödəməməsi barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs2 ona və İlkinə oğurluq etməyi təklif etmiş, oğurlayacaqları əmlakın satışından əldə edəcəkləri pulu 3 nəfər aralarında bölüşməyi və bir müddət yaxşı pul olacağını bildirmişdir. Zeyndən haradan oğurluq edəcəkləri barədə soruşmuş, sonuncu Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə tanışı Zəki adlı şəxsin mobil telefon və komputer aksesuarları mağazası işlətdiyini, həmin mağazada kifayət qədər aksesuarlar olduğunu və oradan oğurlayacaqları əmlakın satışından yaxşı pul əldə edəcəklərini demişdir. Zeyn söhbət zamanı həmin mağazaya tez-tez getdiyindən müşahidə kamerasının yaddaş qurğusu və videoqeydiyyatçısının harada yerləşdiyini və necə çıxarıldığını bildiyini demiş, Zərərçəkmiş şəxs işlətdiyi həmin mağazaya əvvəllər Zeyn və İlkin ilə birlikdə mobil telefon üçün aksesuar almaqdan ötrü getmiş və Zəki ilə hər hansı bir ədavəti olmamışdır. Zeynin oğurluq etmək barədə təklifi ona və İlkinə xoş gəldiyi üçün Zeynlə razılaşmışlar, 3 nəfər birlikdə oğurluq etməyi qərara almışlar, aralarında olan razılaşmaya əsasən oğurluq etmək üçün qanunsuz daxil olacaqları mağaza Masallı şəhərinin mərkəzində yerləşdiyindən oraya gecə vaxtı daxil olmağı planlaşdırmışlar və həmin vaxta kimi 3 nəfər birlikdə İlkinin işlədiyi bərbər salonunda gözləmişlər. Qabaqcadan aralarında olan razılaşmaya əsasən mağazanın plastik qapısını özü açacaqmış, daha sonra hər üçü mağazaya daxil olacaqmış, İlkin mağazanın içərisindən çölü müşahidə edəcəkmiş, o, mağazadan dolablardan mobil telefon və digər aksesuarları oğurlayıb çantalara yığacaqmış, Zeyn isə mağazanın müşahidə kamerasının yaddaş qurğusu və videoqeydiyyatçısını elektrik enerjisindən ayırıb götürdükdən sonra ona aksesuarlar oğurlayıb çantaya yığmağa köməklik edəcəkmişdir. Üzərində 2 ədəd idman çantası və plastik qapının kilidini açmaqdan ötrü 1 ədəd balaca dəmir parçası götürmüş, 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mobil telefon və komputer aksesuarlarının alışı-satışı mağazasının qarşısına gəlmişlər, ətrafda insan və avtomobil gediş-gəlişi olmadığına əmin olub mağazanın plastik qapısının kilidini əlində olan dəmir parçası ilə açmış, həmin dəmir parçasını sonradan polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirilərkən oğurluq etmək üçün qanunsuz daxil olduqları Zərərçəkmiş şəxs işlətdiyi mobil telefon aksesuarlarının alışı-satışı mağazasının qarşısında qoyulmuş zibil yeşiyinə tullamışdır. Dərhal ilk əvvəl mağazaya özü, daha sonra İlkin və Zeyn daxil olmuşlar, mağazaya daxil olarkən hər üçü sifətlərini şarf və papaq ilə görünməz etmişlər, İlkin kimsə ətrafdan keçərsə və ya gələrsə onu və Zeyni məlumatlandırmaqdan ötrü mağazanın plastik pəncərəsindən çölü müşahidə etməyə başlamış, Zeyn müşahidə kamerasının yaddaş qurğularını elektrik xəttindən ayırmağa çalışmışdır. Əlində mobil telefonun fanarının işığı ilə mağazada yerləşən dolablardan mobil telefon, komputer, smart saatlar, mobil telefon və komputer aksesuarları oğurlayaraq əlində olan idman çantalarına yığmış, Zeyn müşahidə kamerasını xəttdən ayırdıqdan sonra ona köməklik etməyə başlamış, Zeyn ilə birlikdə 2 ədəd idman çantasına doldurub yığdıqları 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd “Realme C33” markalı mobil telefon, müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd 16 gb yaddaş həcmi olan USB fləş kart, 10 ədəd 8 gb yaddaş həcmi olan USB fləş kart, 5 ədəd 32 gb yaddaş həcmi olan USB fləş kart, 12 ədəd 8 gb yaddaş həcmi olan yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon batareyası, 4 ədəd “Xiaomi” firmasına məxsus USB kabeli, 11 ədəd smart saat dəsti, 8 ədəd batareya başlığı, 6 ədəd naqilsiz qulaqcıq, 1 ədəd komputer səs gücləndirici cihazı, 1 ədəd “Acer” markalı noutbuk və çantası birlikdə İlkinə vermişlər və İlkin həmin çantaları yanında saxlamışdır. Mağazada nağd pul olmamış, Zeynlə birlikdə oğurladıqları əşyaların az olmasını və mağazada kifayət qədər mobil telefon və komputer aksesuarları olmasını əsas gətirib oğurluğa davam edəcəklərini İlkinə demişlər, Zeyn ilə birlikdə mağazadan sellofan torbalar tapıb oğurlayacaqları əşyalara yığmağa yenicə başlamışlar, həmin an anidən mağazanın qapısını 2 nəfər polis formasında olan şəxs itələyərək açmışdır. Polis formasında olan şəxsləri görüncə yerlərində donub qalmışlar, tanımadıqları polis formasında olan şəxslər orada qaranlıqda nə etmələri barədə sual vermişlər, polis formasında olan şəxslərə cavab verməmişlər. Polis formasında olan həmin şəxslər özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, sifətlərində olan papaq və şarfı çıxartmışlar, həmin şəxslərə mağazaya 3 nəfər oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olduqlarını demişlər, polis əməkdaşları şəxsiyyətlərini təsdiq edən məlumatları öyrənmişlər. Daha sonra polis əməkdaşları ona, Zeynə və İlkinə onlarla oğurladıqları əşyalar ilə birlikdə Masallı RPŞ-yə getmək lazım olduğunu demişlər, polis əməkdaşları ilə birlikdə mağazadan oğurlanmasına cəhd edib 2 ədəd idman çantası və 1 ədəd komputer çantasına yığdıqları əşyalar ilə birlikdə Masallı RPŞ-yə gəlmişlər. Masallı RPŞ-yə gəldikdən sonra Zeyn və İlkin ilə birlikdə Zərərçəkmiş şəxs məxsus mağazaya oğurluq etmək məqsədilə daxil olduqlarını, lakin polis əməkdaşlarının mağazada oğurluq edərkən aşkar etdikləri üçün əməllərini başa çatdıra bilmədiklərini demişlər. 06 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mobil telefon aksesuarlarının alışı-satışı həyata keçirilən mağazaya oğurluq etmək məqsədilə qanunsuz daxil olaraq orada olmaqları polis əməkdaşları tərəfindən aşkar olunmasaydı, Zeyn və İlkin ilə birlikdə mağazadan oğurladıqları əşyaları üzərilərində götürüb mağazanı tərk edəcəklərini, daha sonra oğurladıqları əşyaları satıb əldə edəcəkləri pulu 3 nəfər aralarında eyni məbləğdə böləcəkdilər. Lakin qabaqcadan razılaşdırdıqları oğurluq əməlinin sona kimi başa çatdırmaları özü, Zeyn və İlkindən asılı olmayan səbəbdən, yəni polis əməkdaşlarının onları mağazada oğurluq etdikləri an aşkar etmələri səbəbindən mümkün olmamışdır. Sonda C.C.Camalov əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməklə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilrərək, ifadəsində göstərdi ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs1 və Masallı rayonu Ərəb kənd sakini Təqsirləndirilən şəxs3 bir müddətdir ki, tanıyır, onlarla dostluq münasibətləri vardır. Törətmiş olduqları hadisəyə kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə tez-tez görüşmüşdür. 05 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhər ərazisində Təqsirləndirilən şəxs1 işlədiyi bərbər salonunun qarşısında sonuncu və Təqsirləndirilən şəxs3 ilə görüşmüş, hər üçü ümumi hal-əhvallaşıb söhbət edərkən maddi sıxıntılardan gileylənmişlər, Cavid heç yerdə işləməmiş, İlkin isə qazandığı pulun gündəlik xərclərini ödəməməsindən gileylənmişdir. Söhbət zamanı İlkinə və Cavidə oğurluq edib oğurlayacaqları əmlakın satışından əldə edəcəkləri pulu 3 nəfər aralarında bölüşməyi təklif etmiş, İlkin və Cavid ondan haradan oğurluq edəcəkləri barədə maraqlanmış, onlara Masallı şəhəri “Köhnə bazar” adlanan ərazinin arxa tərəfində Zəki adlı tanışının mobil telefon və komputer aksesuarları mağazası işlətdiyini, həmin mağazada kifayət qədər mobil telefonlar, komputer və telefon üçün aksesuarlar olmasını və oradan oğurlayacaqları aksesuarların satışından yaxşı pul qazanacaqlarını demişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, sonuncunun işlətdiyi mağazaya tez-tez getmiş və Zəki ilə səmimi münasibətləri yaranmışdır. İlkin və Cavidə həmin mağazaya tez-tez getdiyindən müşahidə kamerasının yaddaş qurğusu və videoqeydiyyatçısının harada yerləşdiyini və necə söküldüyünü bildiyini demiş, bir neçə dəqiqə fikirləşdikdən sonra İlkin və Cavid oğurluq etmək barədə təklifi ilə razılaşmışlar, qabaqcadan aralarında olan razılaşmaya əsasən oğurluq etmək üçün qanunsuz daxil olacaqları mağaza Masallı şəhərinin mərkəzində yerləşdiyindən oraya gecə vaxtı daxil olmağı planlaşdırmışlar. Gecə olmasını gözləmişlər, həmin vaxta kimi 3 nəfər birlikdə Masallı şəhəri ərazisində İlkinin işlədiyi bərbər salonunda gözləmişlər, qabaqcadan aralarında olan razılaşmaya əsasən mağazanın plastik qapısını Təqsirləndirilən şəxs3 açacaqmış, daha sonra hər üçü mağazaya daxil olacaqmış, İlkin mağazanın içində ətrafı müşahidə edəcəkmiş, Cavid mağazadan dolablardan mobil telefon, smart saatlar və digər aksesuarları oğurlayıb çantalara yığacaqmış, özü isə mağazanın müşahidə kamerasının yaddaş qurğusu və videoqeydiyyatçısını xəttdən ayırıb götürdükdən sonra Cavidə əmlak oğurlayıb çantaya yığmaqda köməklik edəcəkmişdir. Təqsirləndirilən şəxs3 üzərində 2 ədəd idman çantası və plastik qapının kilidini açmaqdan ötrü 1 ədəd balaca dəmir parçası götürmüş, 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mobil telefon və komputer aksesuarlarının alışı-satışı mağazasının qarşısına gəlmişlər, ətrafda insan və avtomobil gediş-gəlişi olmadığına əmin olub Cavid mağazanın plastik qapısının kilidini əlində olan dəmir parçası ilə açmışdır. Mağazaya ilk əvvəl Cavid, daha sonra İlkin və sonda özü daxil olmuş, mağazaya daxil olarkən hər üçü sifətlərini əyinlərində olan şarf və papaq ilə görünməz etmişdirlər. İlkin mağazanın plastik pəncərəsindən çölü müşahidə etməyə başlamış, kimsə gələrsə ona və Cavidə məlumat verəcəkmiş, müşahidə kamerasının yaddaş qurğularını elektrik xəttindən ayırmış, Cavid isə əlində mobil telefonun fanarının işığı ilə mağazada yerləşən dolablardan mobil telefon, komputer, smart saatlar, mobil telefon və komputer aksesuarları oğurlayaraq əlində olan idman çantalarına yığmışdır. Müşahidə kamerasının yaddaş qurğusunu və videoqeydiyyatçısını xəttdən ayırdıqdan sonra Cavidin əlində olan idman çantasına qoymuş və Cavidə əşyalar oğurlayıb çantaya yığmağa köməklik etməyə başlamış, Cavid ilə birlikdə 2 ədəd idman çantasına doldurub yığdıqları 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd “Realme C33” markalı mobil telefon, müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd 16 gb yaddaş həcmi olan USB fləş kart, 10 ədəd 8 gb yaddaş həcmi olan USB fləş kart, 5 ədəd 32 gb yaddaş həcmi olan USB fləş kart, 12 ədəd 8 gb yaddaş həcmi olan yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon batareyası, 4 ədəd “Xiaomi” firmasına məxsus USB kabeli, 11 ədəd smart saat dəsti, 8 ədəd batareya başlığı, 6 ədəd naqilsiz qulaqcıq, 1 ədəd komputer səs gücləndirici cihazı, 1 ədəd “Acer” markalı noutbuk və çantası birlikdə İlkinə vermişlər və İlkin həmin çantaları yanında saxlamışdır. Cavidlə birlikdə oğurladıqları əşyaların az olduğunu və hələ mağazada kifayət qədər mobil telefon və komputer aksesuarları olduğu üçün oğurlamağa davam edəcəklərini İlkinə demişlər, Cavid ilə birlikdə mağazadan sellofan torbalar tapıb oğurlayacaqları əşyalara yığmağa başlamış, həmin an anidən mağazanın qapısını 2 nəfər polis formasında olan şəxs itələyərək açmışdır. Polis formasında olan şəxsləri görüncə yerlərində qalmışlar, tanımadıqları polis formasında olan şəxslər orada qaranlıqda nə etdikləri barədə sual vermiş, ilk əvvəl polis formasında olan şəxslərə cavab verməmişlər, həmin polis formasında olan şəxslər özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onların üzlərində olan papaq və şarfı çıxartmışlar. Həmin şəxslərə mağazaya 3 nəfər oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olduqlarını demişlər, polis əməkdaşlarına şəxsiyyətlərini təsdiq edən məlumatları demişlər, daha sonra polis əməkdaşları ona, Cavidə və İlkinə oğurladıqları əşyalar ilə birlikdə Masallı RPŞ-yə getmək lazım olduğunu demişdirlər. Polis əməkdaşları ilə birlikdə mağazadan oğurlanmasına cəhd edib 2 ədəd idman çantası və 1 ədəd komputer çantasına yığdıqları əşyalar ilə birlikdə Masallı RPŞ-yə gəlmişlər, Masallı RPŞ-yə gəldikdən sonra Cavid və İlkin ilə birlikdə Zərərçəkmiş şəxs məxsus mağazaya oğurluq etmək məqsədilə daxil olduqlarını, lakin polis əməkdaşlarının mağazada oğurluq edərkən aşkar etdikləri üçün əməllərini başa çatdıra bilmədiklərini demişlər. 06 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mobil telefon aksesuarlarının alışı-satışı həyata keçirilən mağazaya oğurluq etmək məqsədilə qanunsuz daxil olaraq orada olmaları polis əməkdaşları tərəfindən aşkar olunmasaydı, Cavid və İlkin ilə birlikdə mağazadan oğurladıqları əşyaları götürüb mağazanı tərk edəcəklərini, həmin əşyaları satıb əldə edəcəkləri pulu 3 nəfər aralarında böləcəklərdi. Lakin qabaqcadan razılaşdırdıqları oğurluq əməlinin sona kimi başa çatdırmalarına onlardan asılı olmayan səbəbdən, yəni polis əməkdaşları onlara mane olmuşdurlar. Sonda Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməklə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən birmərtəbəli qeyriyaşayış binasını mobil telefon və komputer aksesuarlarının alışı-satışı mağazası kimi işlətmişdir. Həmin mağaza “Xan Telecom” adı ilə fəaliyyət göstərmiş, qanunvericiliklə nəzərdə tutulmuş bütün sosial, vergi və digər ödənişləri ödəmiş, hər gün səhər saat 08 radələrində işlədiyi mağazaya getmiş və saat 18 radələrinə kimi mağazada olmuşdur. Mağazadan əldə etdiyi qazanc ilə ailəsinin dolanışığını təmin etmiş, 06 dekabr saat 03 radələrində yaşadığı evdə olarkən xatırlamadığı mobil telefon nömrəsindən istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı şəxs zəng etmiş, mobil telefonu açdıqda həmin şəxs özünün Masallı RPŞ-nin CAB-nin əməkdaşı Məmməd adlı şəxs olduğunu və Masallı rayon “Köhnə bazar” adlanan ərazidə yerləşən işlətdiyi mağzadan oğurluq etməyə cəhd edilən 3 nəfər şəxsin saxlanıldığını, həmin şəxslərin mağazadan oğurlamağa cəhd etdikləri əşyaların üzərilərində onlarla birlikdə Masallı RPŞ-yə gətirildiyini bildirmişdir. Yaşadığı evdən yatağından qalxmış, idarə etdiyi avtomobil ilə ilk öncə Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mağazaya getmiş, oraya gəldikdə mağazanın qapısının örtülü olmasını, mağazanın plastik qapısının kilidinin açılmasını, mağazanın dağınıq hala salınaraq oradan müxtəlif markalı mobil telefonlar, noutbuk, smart saatlar, mobil telefon və komputer aksesuarları, mağazada olan müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısının oğurlanmasını bilmişdir. Mağazadan müşahidə kamerasının yaddaş qurğusu aparıldığı üçün mobil telefonda müşahidə kamerasını yönəltdiyi proqram vasitəsilə mağazaya qanunsuz daxil olan şəxslərin videogörüntələrini çıxartmış, mağazadan oğurlanmasına cəhd edilmiş əşyaların siyahısın dəqiqləşdirmiş və daha sonra şikayət ərizəsi yazmaqdan ötrü Masallı RPŞ-yə getmişdir. Masallı RPŞ-yə getdikdə mağazaya oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olan şəxslərin Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Masallı rayonu, Ərəb kənd sakini Təqsirləndirilən şəxs3 olmasını bilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamış, Təqsirləndirilən şəxs2 ona məxsus mağazaya əvvəllər tez-tez gəlib-getmişdir. Mağazadan 1 ədəd 32 gb daxili yaddaşa malik 100 manat dəyərində “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 180 manat dəyərində “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 150 manat dəyərində “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 160 manat dəyərində “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd 128 gb daxili yaddaşa malik 200 manat dəyərində “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd 64 gb daxili yaddaşa malik 100 manat dəyərində “Realme C33” markalı mobil telefon, 1 ədəd 16 gb daxili yaddaşı olan 15.6 ekran diaqonallı 500 manat dəyərində “Acer” markalı noutbuk, 150 manat dəyərində müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd “Flash drive” firmasına məxsus hər birinin 16 gb yaddaş həcmi olan hər birinin qiyməti 20 manat təşkil edən USB fləş kart, 10 ədəd “Sandisk” firmasına məxsus hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən USB fləş kart, 5 ədəd “Samsung” firmasına məxsus hər birinin 32 gb yaddaş həcmi olan hər birinin qiyməti 25 manat təşkil edən USB fləş kart, 12 ədəd hər birinin 8 gb yaddaş həcmi olan hər birinin qiyməti 10 manat təşkil edən yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən batareya, 4 ədəd “Xiaomi firmasına məxsus hər biri 40 santimetr uzunluqda hər birinin qiyməti 5 manat təşkil edən USB kabeli, 1 ədəd “WS-E9-Ultra” firmasına məxsus 100 manat dəyərində smart saat dəsti, 1 ədəd “Ultra 8” firmasına məxsus 40 manat dəyərində smart saat, 5 ədəd “Microwear” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 8 ədəd “Samsung” firmasına məxsus hər birinin qiyməti 5 manat təşkil edən şarj başlığı, 6 ədəd “Airpods” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən naqilsiz qulaqcıq, 4 ədəd “M7 plus” firmasına məxsus hər birinin qiyməti 25 manat təşkil edən smart saat, 1 ədəd 15 manat dəyərində komputer səs gücləndirici cihazı və 1 ədəd 15 manat dəyərində komputer çantasının oğurlanmasına cəhd edilmiş, bütün əmlaklar işlək vəziyyətdə olmuş və ümumi dəyəri 2755 manat təşkil etmişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la ilə barışmasını, təqsirləndirilən şəxslərin hər biri tərəfindən ona dəymiş ziyanın ödənilməsini, onlara qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş əməliyyat-istintaq qrupunun gündəlik üzvü kimi 05 dekabr 2023-cü il tarixdə sutkalıq xidmətdə olmuş, onunla birlikdə əməliyyat-istintaq qrupunun üzvü kimi RPŞ-nin digər xidmət sahələrinin əməkdaşları ilə yanaşı İTB-nin polis sahə rəisi, polis mayoru Şahid2 da xidmət etmişdir. 06 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Masallı RPŞnin əməliyyat-istintaq qrupunun üzvü kimi RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə Masallı şəhər ərazisində xidmətdə olarkən şəhərin M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” mobil telefon aksesuarlarının alışı-satışı mağazasının qapısının açıq vəziyyətdə və mağazanın daxilində fanar işığı ilə hərəkətlik olmasını görmüş, dərhal gecə vaxtı mağazanın qapısının hansı səbəbdən açıq olmasını aydınlaşdırmaqdan ötrü mağazanın qarşısına gəlmişlər və içəriyə daxil olmuşlar. Mağazaya daxil olduqda orada 3 nəfər şəxsin üzləri şarf və papaq ilə örtülmüş halda mağazada olan dolabdan telefon və komputer aksesuarlarını əllərində olan çantalara yığmalarını görmüşlər, həmin şəxslər onu və digər polis əməkdaşı Şahid2 görən kimi hərəkətlərini dayandırmışlar, həmin tanımadığı şəxslərdən mağazada nə etdikləri barədə soruşduqda onlar ilk əvvəl susaraq cavab verməmişlər. Dərhal həmin şəxslərin üzlərində olan şarf və papaqları çıxartmışlar, onlar mağazaya oğurluq etmək məqsədilə qanunsuz daxil olduqlarını və özlərinin kimliklərini bildirmişlər. Üzərində olan portal-axtarış sistemi vasitəsilə həmin şəxslərin şəxsiyyətlərini müəyyənləşdirdikdə onların Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs1, X4 və Masallı rayonu, Ərəb kənd sakini Təqsirləndirilən şəxs3 olmaları müəyyən edilmişdir. Onlar mağazaya qanunsuz olaraq oğurluq etmək məqsədilə daxil olduqlarını bildirdikləri üçün Təqsirləndirilən şəxs1 əlində olan 2 ədəd idman və 1 ədəd komputer çantasına yığdıqları əşyalar ilə birlikdə Masallı RPŞ-yə dəvət etmişlər. Bundan sonra onların törətmiş olduqları əmələ hüquqi qiymət verilməsindən ötrü tərəfindən RPŞ-nin rəisinə raportla məruzə edilmiş, daha sonra RPŞ-də ilkin araşdırma dövründə Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs1, X4 və Masallı rayonu, Ərəb kənd sakini Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs işlətdiyi Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” mobil telefon aksesuarlarının alışı-satışı mağazasına oğurluq etmək məqsədilə qanunsuz olaraq daxil olmaları, onlar mağazadan müxtəlif markalı mobil telefonlar, 1 ədəd noutbuk, müşahidə kamerasının yaddaş qurğusu və rəqəmsal videoqeydiyyatçısı, mobil telefon və kompüter üçün nəzərdə tutulmuş müxtəlif aksesuarlar, smart saatları oğurlamağa cəhd edib əllərində olan idman çantalarına və mağazadan götürdükləri kompüter çantasına yığmaları, lakin mağazadan digər aksesuarlar oğurlamağa davam edərkən aşkar olunduqlarından öz cinayətkar əməllərini başa çatdıra bilməmələri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mağazadan oğurlamağa cəhd etdikləri 6 ədəd müxtəlif markalı mobil telefon, 1 ədəd noutbuk, müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, mobil telefon və komputer üçün nəzərdə tutulmuş müxtəlif aksesuarlar, smart saatlar onlardan götürülmüş və bu barədə müvafiq sənədləşmə işləri aparılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 oğlunun məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İfadələrinin yerində yoxlanılması haqqında 18 dekabr, 23 dekabr və 28 dekabr 2023-cü il tarixli protokollardan görünür ki, ifadələrin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 06 dekabr 2023-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs işlətdiyi Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” mobil telefon və komputer aksesuarlarının alışı-satışı həyata keçirilən mağazaya qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd etmələri cinayət əməli üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir. 06 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməyə cəhd etdikləri yeri-Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən “Xan Telecom” adı ilə fəaliyyət göstərən mobil telefon və komputer aksesuarlarının alışı-satışı həyata keçirilən mağazanı təqdim etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əşyanın müddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli və maddi sübutun mülkiyyətçiyə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs işlətdiyi mobil telefon aksesuarlarının alışı-satışı mağazasından oğurlamağa cəhd etdikləri 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 40” markalı mobil telefon, 1 ədəd “Samsung Galaxy A 50” markalı mobil telefon, 1 ədəd “Xiaomi Mi 11 Lite” markalı mobil telefon, 1 ədəd “Realme C33” markalı mobil telefon, 1 ədəd “Acer” markalı noutbuk, müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısı, 12 ədəd “Flash drive” firmasına məxsus hər birinin 16 gb yaddaş həcmi olan USB fləş kart, 10 ədəd “Sandisk” firmasına məxsus hər birinin 8 gb yaddaş həcmi olan USB fləş kart, 5 ədəd “Samsung” firmasına məxsus hər birinin 32 gb yaddaş həcmi olan USB fləş kart, 12 ədəd hər birinin 8 gb yaddaş həcmi olan yaddaş kartı, 5 ədəd “Nokia” mobil telefon firmasına məxsus batareya, 4 ədəd “Xiaomi firmasına məxsus hər biri 40 santimetr uzunluqda USB kabeli, 1 ədəd “WS-E9-Ultra” firmasına məxsus smart saat dəsti, 1 ədəd “Ultra 8” firmasına məxsus smart saat, 5 ədəd “Microwear” firmasına məxsus smart saat, 8 ədəd “Samsung” firmasına məxsus şarj başlığı, 6 ədəd “Airpods” firmasına məxsus naqilsiz qulaqcıq, 4 ədəd “M7 plus” firmasına məxsus smart saat, 1 ədəd komputer səs gücləndirici cihazı və 1 ədəd komputer çantası tərəfimdən götürülərək baxış keçirilmiş, maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs işlətdiyi “Xan Telecom” mobil telefon aksesuarlarının alışı-satışı mağazasına xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq daxil olduqlarını özündə əks etdirən videogörüntülər olan CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 18 yanvar 2024-cü il tarixli rəyin nəticə hissəsində göstərilir;

1. Təqdim olunan 1 ədəd 32 gb daxili yaddaşa malik “Samsung Galaxy A10” markalı mobil telefonun qiyməti 100 manatdır.

2. Təqdim olunan 1 ədəd 64 gb daxili yaddaşa malik “Samsung Galaxy A32” markalı mobil telefonun qiyməti 170 manatdır.

3. Təqdim olunan 1 ədəd 64 gb daxili yaddaşa malik “Samsung Galaxy A40” markalı mobil telefonun qiyməti 150 manatdır.

4. Təqdim olunan 1 ədəd 64 gb daxili yaddaşa malik “Samsung Galaxy A50” markalı mobil telefonun qiyməti 150 manatdır.

5. Təqdim olunan 1 ədəd 128 gb daxili yaddaşa malik “Xiaomi Mi 11 Lite” markalı mobil telefonun qiyməti 200 manatdır.

6. Təqdim olunan 1 ədəd 64 gb daxili yaddaşa malik Realme C33” markalı mobil telefonun qiyməti 100 manatdır.

7. Təqdim olunan 1 ədəd 16 gb daxili yaddaşı olan 15.6 ekran diaqonallı “Acer” markalı noutbuk qiyməti 450 manatdır.

8. Təqdim olunan müşahidə kamerasının 1 ədəd yaddaş qurğusu və 1 ədəd rəqəmsal videoqeydiyyatçısının cəmi qiyməti 150 manatdır.

9. Təqdim olunan 12 ədəd “Flash drive” firmasına məxsus hər birinin 16 gb yaddaş həcmi olan USB fləş kartın 1 ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 240 manatdır.

10. Təqdim olunan 10 ədəd “Sandisk” firmasına məxsus hər birinin 8 gb yaddaş həcmi olan USB fləş kartın 1 ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 100 manatdır.

11. Təqdim olunan 5 ədəd “Samsung” firmasına məxsus hər birinin 32 gb yaddaş həcmi olan USB fləş kartın 1 ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 125 manatdır.

12. Təqdim olunan 12 ədəd hər birinin 8 gb yaddaş həcmi olan yaddaş kartının 1 ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 120 manatdır.

13. Təqdim olunan 5 ədəd “Nokia” mobil telefon firmasına məxsus batareyanın 1 ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 20 manatdır.

14. Təqdim olunan 4 ədəd “Xiaomi firmasına məxsus hər biri 40 santimetr uzunluqda USB kabelin 1 ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 16 manatdır.

15. Təqdim olunan 1 ədəd “WS-E9-Ultra” firmasına məxsus smart ağıllı saat dəstinin qiyməti 100 manatdır.

16. Təqdim olunan 1 ədəd “Ultra 8” firmasına məxsus smart ağıllı saatın qiyməti 40 manatdır.

17. Təqdim olunan 5 ədəd “Microwear” firmasına məxsus smart ağıllı saatın 1 ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 125 manatdır.

18. Təqdim olunan 4 ədəd “M7 plus” firmasına məxsus smart ağıllı saatın 1 ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 100 manatdır.

19. Təqdim olunan 8 ədəd “Samsung” firmasına məxsus şarj başlığının 1 ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 32 manatdır.

20. Təqdim olunan 6 ədəd “Airpods” firmasına məxsus naqilsiz qulaqcığın 1 ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 150 manatdır.

21. Təqdim olunan 1 ədəd kompüter səs gücləndirici cihazın qiyməti 15 manatdır.

22. Təqdim olunan 1 ədəd qara rəngli kompüter çantasının qiyməti 15 manatdır.

Qeyd: İs materiallarında təsvir olunmuş əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq bazarda müəyyənləşdiyindən qeyd olunan qiymətlər dəyisə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inziabati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Cəfərov X5 rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla anası-xx.xx.1984-cü il təvəllüdlü Qanuni nümayəndə ibarət ailə təribində yaşayır. Cəfərov X5 rayonu, Ərəb kəndində qeydiyyatda olmasına baxmayaraq, Masallı şəhərində yaşayır, onun barəsində Masallı Rayon İHB-nın Xırmandalı kənd İƏDÜ nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan Masallı Rayon Mənziıl istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı şəhəri, Qarabağ küçəsi, bina 18, mənzil 31-də qeydiyyatda olmaqla atasıxx.xx.1977-ci il təvəllüdlü X3 və anası-xx.xx.1979-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs1 Masallı şəhəri, Qarabağ küçəsi, bina 18, mənzil 31-də yaşadığı müddətdə özünü intizamlı aparmış, birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barəsində Masallı Rayon Mənzil istismar sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Masallı Rayon Mənziıl istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Həsənov X7 şəhəri, Heydər Əliyev prospekti bina 50 mənzil 20-də qeydiyyatda olmaqla anası-xx.xx.1979-cu il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır. Həsənov X7 şəhəri, Heydər Əliyev prospekti, bina 50 mənzil 20-də yaşadığı müddətdə özünü intizamlı aparmış, birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barəsində Masallı Rayon Mənziıl istismar sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə onlara elan olunmuş ittihamlar üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-in 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulan - zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin, Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun yetkinlik yaşına çatmadan cinayət əməlini törətməsi; 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulan - zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin, Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun yetkinlik yaşına çatmadan cinayət əməlini törətməsi; 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulan - zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin, Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirinin yetərli olmasını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə onlara təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onlar cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut 06 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında mobil telefon aksesuarlarının alışı-satışı mağazasından oğurlamağa cəhd etdikləri əşyaların Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalı, 06 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs işlətdiyi “Xan Telecom” mobil telefon aksesuarlarının alışı-satışı mağazasına qanunsuz olaraq daxil olduqlarını özündə əks etdirən videogörüntülər olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 20 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ013501 **********4944, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 20 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ013501 **********4944, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) köçürülsün. Cinayət işi üzrə maddi sübut 06 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında mobil telefon aksesuarlarının alışı-satışı mağazasından oğurlamağa cəhd etdikləri əşyaların Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. 06 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs işlətdiyi “Xan Telecom” mobil telefon aksesuarlarının alışı-satışı mağazasına qanunsuz olaraq daxil olduqlarını özündə əks etdirən videogörüntü olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Msasallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar