Məhkəmə qərarları › İş №1(050)-66/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-66/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-66/2023 24.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, onun vəkili və nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-mülki cvabadeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonunda anadan olmuş, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixdən həbs saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs şərəf və ləyaqətinin Masallı Rayon Polis şöbəsinin əməkdaşı X11 tərəfindən alçaldılması ilə bağlı sonuncunun barəsində Cəlilabad Rayon Məhkəməsində iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhərində yerləşən “Lallar” çayxanasında 2210 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs şərəf və ləyaqətinin Masallı Rayon Polis şöbəsinin əməkdaşı X12 tərəfindən alçaldılması ilə bağlı sonuncunun barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdna sonra Zərərçəkmiş şəxs 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhərində yerləşən “Lallar” çayxanasında 2210 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs onu Daxili İşlər Nazirliyinin vəzifəli şəxlərinin qəbuluna salacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin may ayının ortalarında Masallı şəhərində yerləşən “Lallar” çayxanasında 1500 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs onu Respublika Baş Prokurorunun qəbuluna salacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin may ayının 15-də Masallı şəhərində 1000 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Nazim Əkbərovun işin Cəlilabad Rayon Məhkəməsindən alınıb başqa rayon məhkəməsinə verilməsi barədə Şirvan Apellyasiya məhkəməsinə ərizə verməsini, işin Cəlilabad Rayon Məhkəməsində saxlanılması üçün Şirvan Apellyasiya məhkəməsi qarşısında qarşılıqlı iddia qaldıraraq işi Cəlilabad Rayon Məhkəməsində saxlayacağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayının əvvəllərində Masallı rayonu, Banbaşı kəndində 780 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindən alınıb başqa rayon məhkəməsinə veriməsi barədə Bakı Apellyasiya məhkəməsinə ərizə verməsini, Bakı Apellyasiya məhkəməsi qarşısında qarşılıqlı iddia qaldıraraq işi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində saxlayacağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayının əvvəllərində Masallı şəhərində yerləşən “Lallar” çayxanasında 870 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı onun barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi qarşısında iddia qaldırmasını, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi qarşısında qarşılıqlı iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq Zərərçəkmiş şəxs özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində Masallı şəhərində yerləşən “Xətai” parkının yaxınlığında 2630 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Nazim Əkbərovun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı onun barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi qarşısında iddia qaldırmasını, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi qarşısnda qarşılıqlı iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayının ortalarında Masallı şəhərində “Təhsil şöbəsi” nin yanında 1500 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya məhkəməsinə şikayət etməsini bildirib, qarşılıqlı olaraq Bakı şəhəri Apellyasiya məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayının 20-si ərəfələrində Masallı şəhərində 1330 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Nazim Əkbərovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya məhkəməsinə şikayət etməsini bildirib, qarşılıqlı olaraq Bakı Apellyasiya Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayının əvvəllərində Masallı şəhərində yerləşən çayxanaların birində 1200 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs onu Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxlərinin qəbuluna salacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayı ərəfələrində Masallı şəhərində 880 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun Bakı Apellyasiya məhkəməsi qarşısında yeni yaranmış hallar üzrə iddia qaldırmasını bildirib, qarşılıqlı olaraq Bakı Apellyasiya Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr ayının 20-də Masallı şəhərində 1100 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Nazim Əkbərovun Bakı Apellyasiya Məhkəməsi qarşısında yeni yaranmış hallar üzrə iddia qaldırmasını bildirib, qarşılıqlı olaraq Bakı şəhəri Apelyasiya məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayının axırlarında Masallı şəhərində 1150 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun və Nazim Əkbərovun Bakı Apellyasiya Məhkəməsi qarşısında linqvistiq ekspertizaların keçirilməsi ilə bağlı vəsatət vermələrini, həmin vəsatətlərə Azərbaycan Milli Elmlər Akademiyasının ekspertiza mərkəzində baxılacağını bildirib, ekspertizanın onun xeyrinə rəy verməsini təmin edəcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının əvvəllərində Masallı şəhərində 800 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlunun fərdi yaşayış evindən baş vermiş oğurluq nəticəsində oğurlanmış qızıl-zinət əşyalarının ekspertiza qiymətləndirilməsini təmin edəcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının ortalarında Masallı şəhərində 1000 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun xeyrinə çıxarılmış qərarın icrası üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsi qarşısında iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının ortalarında Masallı şəhərində 750 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun xeyrinə çıxarılmış qərarın icrası üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi qarşısında iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının axırlarında Masallı şəhərində 870 manat pulu alıb ələ keçirəib Zərərçəkmiş şəxs 870 manat məbləğində maddi ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə şikayət etməsini bildirib qarşılıqlı olaraq Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində Masallı şəhəri, Nərimanov küçəsində 1730 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Nazim Əkbərovun məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə şikayət etməsini bildirib qarşılıqlı olaraq Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının ortalarında Masallı şəhərində 1730 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun məhkəmə proseslərində hüquqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etməsini bildirib qarşılıqlı olaraq Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının axırlarında Masallı şəhərində 1930 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Nazim Əkbərovun məhkəmə proseslərində hüquqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etməsini bildirib qarşılıqlı olaraq Konstitusiya məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayının əvvəllərində Masallı şəhərində 1930 manat pulu alıb ələ keçirib Zərərçəkmiş şəxs 1930 manat məbləğində maddi ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun və Nazim Əkbərovun konstitusiyon hüquqlarının pozulması ilə bağlı ilə Konstitusiya Məhkəməsində birgə iddia qaldırdıqlarını bildirib, qarşılıqlı olaraq Konstitusiya məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayının ortalarında Masallı şəhərində 3700 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs aralarında bağlanan müqavilə bitməsini bildirib, yeni müqavilə bağlamlı olmalarına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayının axırlarında Masallı şəhərində 530 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun iddia qaldıraraq bütün məhkəmə qərarlarını Ədliyyə Nazirliyinin müzakirəsinə verməsini bildirib, qarşılıqlı olaraq Ədliyyə Nazirliyi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının əvvəllərində Masallı şəhərində 1760 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun onun barəsində yalan məlumatların təkzib edilməsinə dair Masallı Rayon Məhkəməsi qarşısında iddia qaldırmasını bildirib, qarşılıqlı olaraq Masallı Rayon Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının ortalarında Masallı şəhərində 670 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs cinayətkar əməlinə inandırmaqdan ötrü istintaqa dəqiq məlum olmayan tarixdə və şəraitdə X36 Abdullayevə qarşı iddia tələbinin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin adından rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli, İş № 2(050)-2- 2413/2022 saylı saxta qətnamə hazırlayıb Zərərçəkmiş şəxs təqdim edərək sonuncuya qarşı dələduzluq etməklə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun ekspertiza rəyi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarından Prezident Aparatının hüquq şöbəsinə şikayət etməsini bildirib, qarşılıqlı olaraq Prezident Aparatının hüquq şöbəsinə vəsatət verəcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının axırlarında Masallı şəhərində 1550 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs məhkəmə proseslərində çəkdiyi xərclərin Anar Xəlilovdan və Nazim Əkbərovdan tutularaq ona ödənilməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının əvvəllərində Masallı şəhərində 1000 manat pulu alıb ələ keçirərək dələduzlqu etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ümumilikdə çıxarılmış məhkəmə qərarlarının müzakirə olunması üçün Məhkəmə Hüquq Şurasına ərizə verəcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının axırlarında Masallı şəhərində 2080 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun Məhkəmə Hüquq Şurasını onların xeyrinə çıxardığı qərardan Milli Məclisə müzakirə olunması üçün şikayət etməsini bildirib, qarşılıqlı olaraq Milli Məclis qarşısında iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayının əvvəllərində Masallı şəhərində 1830 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun Milli Məclisin İnsan Hüquqları Komitəsinə şikayət etməsini bildirib, qarşılıqlı olaraq iddia qaldıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayının ortalarında Masallı şəhərində 3400 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun işlədilmiş ifadələrin şərəf, ləyaqəti alçaldan ifadələr olub-olmamasının yoxlanılması üçün Milli Məclisin Ekspert Komissiyasına şikayət etməsini bildirib, qarşılıqlı olaraq vəsatət verəcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayının axırlarında Masallı şəhərində 955 manat pulu alıb ələ keçirərək dələduzlqu etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Milli Məclisin onun xeyrinə çıxarıdığı qərarın icraya yönləndiriləcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayının əvvəllərində Masallı şəhərində 1250 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs X27 İşlər Nazirliyinin Həmkərlar Komitəsi tərəfindən çıxarılmış qərarın ləğv edilməsi ilə bağlı Masallı rayon məhkəməsi qarşısında iddia qaldırmasını bildirib, qarşılıqlı olaraq Masallı rayon məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının əvvəllərində Masallı şəhərində 670 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs cinayətkar əməlinə inandırmaqdan ötrü istintaqa dəqiq məlum olmayan tarixdə və şəraitdə X27 İşlər Nazirliyinin Həmkərlar Komitəsinin qərarının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin adından rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli, İş № 2(050)- 2099-2022 saylı saxta qətnamə hazırlayıb Zərərçəkmiş şəxs təqdim edərək sonuncuya qarşı dələduzluq etməklə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs aıdna "xxxx" ASC-də hesab açdıracağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının ortalarında Masallı şəhərində 710 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Anar Xəlilovun məhkəmə proseslərindən Avropa Məhkməsinə şikayət etməsini bildirib, qarşılıqlı olaraq Avropa Məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının ortalarında Masallı şəhərində 2060 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs X1 xeyrinə çıxardığı qərardan şikayət etməsini bildirib, qarşılıqlı olaraq Avropa məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının axırlarında Masallı şəhərində 2500 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs X28 Məhkməsinə ekspert rəyinin alınması üçün vəsatət göndərdiyini bildirib, qarşılıqlı olaraq Avropa məhkəməsinə vəsatət verəcəyinə dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin sentyabr ayının axırlarında Masallı şəhərində 600 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs X28 Məhkməsinin qərarlarında apellyasiya şikayəti verməsini bildirib, qarşılıqlı olaraq Avropa məhkəməsi qarşısında iddia qaldırcağına dair yalan vəd verməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayında Masallı şəhərində 1300 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan baqşa o, təkrarən Zərərçəkmiş şəxs cinayətkar əməlinə inandırmaqdan ötrü istintaqa dəqiq məlum olmayan tarixlərdə və şəraitlərdə Anar Xəlilovun Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarının ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin adından rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli, № 2-1(103)-994-2022 saylı saxta qərar, Nazim Əkbərovun Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarının ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə Bakı Apellyasiya məhkəməsinin adından rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli, № 2(103)-2333-2022 saylı saxta qərar, Zərərçəkmiş şəxs Anar Xəlilovdan 62000 manat pul tələbinin təmin edilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin adından xx.xx.2022-ci il tarixli, İş № 2(006)-1037/2022 saylı saxta qərardad, Zərərçəkmiş şəxs 1 saylı Bakı Şəhər İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(033)-3457 saylı qərarının ləğv edilməsinə dair Bakı Apellyasiya məhkəməsinin adından rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli, İş № 2(103)- 5429/2022 saylı saxta qətnamə, Zərərçəkmiş şəxs Anar Xəlilov tərəfindən şərəf, ləyaqətinin təhqir edilməsi, yalan məlumatların təkzib edilməsi, maddi və mənəvi təzminatın təmin edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli, İş № 2(107)3219/2022 saylı saxta qətnamə hazırlayıb Zərərçəkmiş şəxs təqdim edərək bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 56165,00 (əlli altı min bir yüz altmış beş) manat, mənəvi ziyana görə 5000 (beş min) manat və dövlət rüsumuna görə ödənilmiş 274 (iki yüz yetmiş dörd) manat, cəmi 61439 (altmış bir min dörd yüz otuz doqquz) manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, göstərdi ki, Zərərçəkmiş şəxs ilə ilk tanılığı 2021-ci ilin fevral ayının əvvəllərində olmuşdur. Belə ki, 2021-ci ilin fevral ayının əvvəllərində Masallı rayonu, Mollaoba kəndindən uzun müddətdir ki, tanıdığı Güloğlan adlı şəxs ona zəng edərək bir nəfər tanışının olmasını və ona müəyyən qurumlara ərizə yazmaq üçün köməklik etməyini xahiş etmişdir. O, isə Güloğlana həmin şəxsə köməklik edə biləcəyini bildirmiş və fevral ayının əvvəllərində Masallı rayonu, “Köhnə bazar” ərazisində yerləşən çayxanada Güloğlan və Adil ilə görüşmüşlər. Güloğlan onu Adil ilə tanış etdikdən sonra çıxıb getmişdir. Adil ilə aralarında olan danışıq zamanı Adil ona Ərkivan qəsəbəsində yerləşən oğlu Rəşada məxsus fərdi yaşayış evindən 2019-cu ilin axırlarında oğurluq hadisəsinin olmasını, lakin oğurluq edən şəxslərin tapılmamasını, bu məqsədlə ona köməklik kimi müxtəlif instansiyalara müraciətlər yazmağını xahiş etmişdir. Onun niyyəti ilk əvvəllər Adilə aldığı pul qarşılığında xidmət göstərmək olmuşdur. Adilə yazacağı müraciətin hər birinin hazırlanmasının 100 manat məbləğində xərcinin olmasını demişdir. Həmin vaxt Adil ilk dəfə ona çayxanada 100 manat pul vermişdir. Həmçinin, o, əvvəlcədən Adilə jurnalistlik fəaliyyəti ilə məşğul olduğunu demişdir. Aralarında olan danışıq zamanı əlavə olaraq Adil ona onunla müqavilə bağlamağını istəmişdir. O, Adilə müqaviləyə ehtiyac olmamasını bildirmişdir. Lakin Adil ona müqaviləsiz köməkliyindən istifadə etməyəciyini demişdir. Bundan sonra o, Adilə onunla müqavilə bağlayacağını demişdir. Lakin əslində müqaviləni saxta şəkildə hazırlamağı düşünmüşdür. Adilə isə müqavilə üçün 330 manat müqavilə xərci üçün pul lazım olmasını demişdir. Adil onunla razılaşdıqdan bir-iki gün sonra telefonunda olan proqramlar vasitəsi ilə saxta müqavilə sənədi hazırlayıb 2021-ci ilin fevral ayının 8-də Adilə gətirib təqdim edərək 330 manat ondan pul almışdır. Müqaviləni Adilin ona təkidi ilə saxta şəkildə hazırlayıb versə də Adilə ərizə və müraciətlərin yazılmasında həqiqətən köməklik etməyə, müxtəlif yuxarı instansiyalara ərizələr yazmağa başlamışdır. Bu minvalla Adildən ayrı-ayrı vaxtlarda fevral ayının axırlarına kimi 150 manat bir, 200 manat bir, 200 manat da bir olmaqla aldığı ümumilikdə 650 manat pul qarşılığında Adilin adından müxtəlif yuxarı instansiyalara müraciətlər ünvanlamışdır. Mart ayının axırlarına kimi isə Adildən hissə-hissə olmaqla ümumilikdə 500 manat pul alaraq müxtəlif instansiyalara teleqramlar göndərmişdir. Həmin ilkin müraciətləri əlyazma şəkilində yazaraq Masallı şəhərində yaşayan Ramiz adlı şəxsin yanında kompüterlə çap elətdirirmiş. Hətta bir müddət sonra Adilin özünü Ramizlə tanış etmişdir. Buna görə də sonralar müraciəti əlyazma şəklində yazıb Adilin özünə verirmiş. Adil isə Ramizin yanına gedərək həmin əlyazmanı özü çap elətdirirmiş. Ramiz ilə tanışlığı isə “X17” MMC-də işlədiyi vaxtlardan olmuşdur. Belə ki, Ramiz həmin idarədə mühasib işləyirmiş. Sonuncu dəfə isə Adilin adından müxtəlif instansiyalara Masallı Rayon Polis şöbəsinin sabiq əməkdaşları Anar Xəlilov və Nazim Əkbərov barəsində onlar tərəfindən təhqir olunması ilə bağlı müraciətlər ünvanlamışdır. Lakin müraciətlərə verilən cavablarda təhqirlə bağlı xüsusi ittiham və ya mülki qaydada iddia qaldırmaq hüququnun olması göstərilmişdir. Həmin məktubların cavabları ilk əvvəllər Adilin özünə gəlirmiş. Məktubların cavablarından bir müddət sonra Adil ilə Masallı şəhərində görüşdükdən sonra Adil ona Anar Xəlilovu və Nazim Əkbərovu şərəf və ləyaqətinin alçaldılması ilə bağlı məhkəməyə vermək istədiyini, lakin Anar Xəlilovun və X19 rayonunda işlədikləri üçün barələrində şikayəti Masallı Rayon Məhkəməsinə vermək istəmədiyini demişdir. Bundan sonra, o, məhkəmədə gələcəkdə hər hansı bir nəticənin olmayacağını düşünmüş və Adildən ona iş görəcəyi adı ilə dələduzluq edərək pul almaq qərarına gəlmişdir. Adil ona Nazim Əkbərov və Anar Xəlilovun barəsində məhkəmədə iddia qaldırmaq niyyətində olmasını dedikdən bir müddət sonra o, X29 barəsində Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmalarnı məsləhət görmüşdür. Adil isə onunla razılaşmışdır. O, bununla bağlı Adilin adından saxta iddia ərizəsi hazırlamışdır. Dövlət rüsumu, məhkəməyə depozit qoyulması, sənədlərin mətbəədə toplanması və hakimə qabaqcadan hörmət ediləcəyi adı ilə Adildən 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhərində yerləşən “Lallar” çayxanasında ümumilikdə 2210 manat pul almışdır. Adilə tərtib etdiyi saxta iddia ərizəsinə qol çəkdirmiş və toplanmış materialı məhkəməyə göndərəcəyini bildirmişdir. Adilə isə işin məhkəmədə icraata düşməsi və konkret hakimə ünvanlanması üçün müəyyən müddətin keçməli olmasını, həmçinin cavabların ona mail poçt vasitəsi ilə gələcəyini və ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra isə Cəlilabad Rayon Məhkəməsinin adından zəruri sənədləri özünə məxsus mobil telefonun “word” və digər proqramları vasitəsi ilə hazırlayıb vatsap vasitəsi ilə Ramizə göndərirmiş. Ramiz isə həmin sənədləri çap edərək ona təhvil verirmiş. Lakin Ramiz həmin sənədlərin saxta olmasından xəbəri olmurmuş. Hazırladığı saxta sənədləri Adilə təqdim etmişdir. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləməyə başlamışdır. Bundan bir müddət sonra isə Adil özü təkidlə Anar Xəlilovun barəsində də Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinə iddia ərizəsi vermələrini bildirməyə başlamışdır. O, Adilin həm ondan şübhələnməməsi, həmdə ki, özünün təkid etməsinə görə Anar Xəlilovun barəsində də eyni qaydada saxta iddia ərizəsi tərtib etmək qərarına gəlmişdir. Bundan sonra qeyd etdiyi iddia ərizəsini eyni qaydada hazırlayaraq Adilə təqdim etmiş və Anar Xəlilov tərəfindən təhqir olunması ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinə verilən iddia ərizəsi üçün 2710 manat pul lazım olmasını demişdir. Adil isə onunla razılaşmış və idda ərizəsini imzalayaraq 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhəri, Köhnə bazar ərazisində 2710 manat pulu ona vermişdir. Bundan sonra məhkəməyə idda ərizələrinin göndərilməsi, məhkəmənin baxış iclaslarının keçiriləcəyi tarixlərlə bağlı saxta bildirişlər hazırlayaraq Adilə təqdim etmişdir. Bildirişlərdə olan imzaları özü çəkirmişdir. Məhkəmə hakimlərinin ad, soyadları ilə bağlı məlumatları isə internet vasitəsi ilə əldə edirmiş. Ümumiyyətlə tərtib etdiyi sənədlərin blankalarını çox vaxt internet vasitəsi ilə baxaraq saxtalarını hazırlayırmış. Adil məhkəmə prosesləri barədə soruşduqda isə ya işin icraata qəbul edilmədiyini, ya da hələlik işin baxılmamış saxlanılmasını bildirirmiş. Bir müddət sonra Adil həm oğlunun evindən edilən oğurluq hadisəsi ilə bağlı, həmdə ki, təhqir olunmasına görə Daxili işlər Nazirliyinin vəzifəli şəxslərinin qəbuluna düşmək istədiyini demişdir. O, Adili DİN-in yuxarı vəzifəli şəxslərinin qəbuluna sala bilməyəcəyini fikirləşmiş və dələduzluqla ondan təkrar pul almaq qərarına gəlmişdir. Adilə onu DİN-nin yuxarı vəzifəli şəxslərinin qəbuluna salmaq üçün 1500 manat pul lazım olmasını bildirmişdir. Adil razılıq verdikdən sonra 2021-ci ilin may ayının ortalarında Masallı rayonu, “Lallar” çayxanasında Adildən 1500 manat pul almışdır. “Online” qaydada Adilin adından saxta müraciətlər hazırayaraq Adilə təqdim etmişdir. Daha sonra Adil onu Baş prokurorun da qəbuluna salmağını istədiyi üçün ondan əlavə pul almaq fikri ilə Baş prokurorun qəbuluna düşmək üçün 1000 manat pul lazım olmasını demişdir. Adil isə onunla razılaşmışdır. 2021-ci ilin may ayının 15-də Adildən Masallı şəhərində yerləşən çayxanaların birində 1000 manat pul almışdır. Eyni qaydada saxta müraciətər hazırlayaraq Adilə təqdim etmişdir. Bəzi hallarda isə Adilin özü ilə Ramiz adlı şəxsin Masallı şəhərində yerləşən evinə gedərək orada yuxarı instansiyalara həqiqətən ümumi müraciət forması hazırlayıb onun özünə verirmişdir. Adil həmin müraciətləri özü poçtla göndərirmiş və onun özünə cavab gəlirmiş. Zaman-zaman Adil ona yazmağı üçün pul verdiyi müraciətlərin nəticəsi barədə soruşduqca əlavə olaraq saxta cavab məktubları və Adilin adından hazırladığı təkrar saxta müraciətləri hazırlayıb inanması üçün ona təqdim edirmiş. Adil Cəlilabad və Nəsimi Rayon Məhkəmələrinə ünvanlanmış iddia ərizələri barədə maraqlanmağa başladığı üçün onun fikrini yönəltmək və əlavə Adildən dələduzluqla pul almaq qərarına gəlmişdir. Bundan sonra 2021-ci ilin may ayının axırlarında Adil ilə əlaqə saxlayaraq Nazim Əkbərovun onun barəsində verdikləri iddia ərizəsi ilə bağlı işin Cəlilabad Rayon Məhkəməsindən alınıb Masallı Rayon Məhkəməsinə verilməsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə ərizə verməsini, qarşılıqlı iddia qaldırmalarını və işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsində saxlamalarını, bu işin müqabilində isə 650 manat dövlət rüsumuna və 130 manat da vəkilin orderi üçün pul lazım olmasını demişdir. Adil onun sözlərinə inanmış və 2021-ci ilin iyun ayının əvvəllərində onunla əlaqə saxlayıb Masallı rayonu, Banbaşı kəndinin girişində görüşərək ona ümumilikdə 780 manat pul vermişdir. O, Adilə narahat olmamasını, Şirvan Apellyasiya Məhkəməsində tanışının olmasını bildirib özünün gedib işi həll edəcəyini demişdir. Qısa müddət sonra Şirvan Apellyasiya Məhkəməsinin adından saxta tərtib edilmiş qərar gətirərək guya apellyasiyanın onların xeyrinə qərar çıxarmasını və işin Cəlilabad Rayon Məhkəməsində qalmasını demişdir. Adildən pul aldığı sənədlərdə adı keçən şəxslərin imzalarını saxta olaraq özü çəkirmiş. Adil məhkəmə işləri ilə davamlı maraqlandığı üçün 2021-ci ilin iyul ayının əvvəllərində onunla əlaqə saxlayaraq Anar Xəlilovun onların iddia ərizələrindən şikayət edərək işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindən alınıb başqa rayon məhkəməsinə verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət etməsini, onların isə qarşılıqlı iddia ərizəsi verərək işi Nəsimi Rayon Məhkəməsində saxlamalarını məsləhət görmüşdür. Adil onunla razılaşmış və o, 2021-ci ilin iyul ayının əvvələrində Masallı şəhərində yerləşən “Lallar” çayxanasında Adildən 740 manat dövlət rüsumu, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 870 manat manat pul almışdır. Bundan bir müddət sonra Adilə zəng edərək guya Anar Xəlilovun şərəf və ləyaqətinin təhqir olunmasına görə onun barəsində Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi verməsini demişdir. Anar Xəlilovun adından saxta iddia ərizəsi hazırlayaraq Masallı şəhərində Adil ilə görüşüb həmin iddia ərizəsini inanması üçün ona təqdim edib, onların da qarşılıqlı iddia ərizəsi vermələrini demişdir. Adil isə onunla razılaşmış və 2021-ci ilin oktyabr ayının əvvəllərində 1800 manat dövlət rüsümu, 500 manat depozit haqqı, 200 manat mətbəədə material toplanması üçün və 130 manat vəkil orderi üçün olmaqla ümumilikdə 2630 manat pulu Masallı şəhərində Xətai parkının yaxınlığında yerləşən çayxanada ona vermişdir. Eyni qaydada saxta qarşılıqlı iddia əriəsi hazırlayaraq Adilə təqdim etmiş və zəruri sənədləri toplayıb iddia ərizəsini özünün məhkəməyə göndərəcəyini demişdir. Həmin ərəfələrdə Adil ondan Anar Xəlilovun iddia qaldırdığı halda nə üçün Nazim Əkbərov un iddia qaldırmamasını soruşmuşdur. O, şübhə yaranmaması üçün 2021-ci ilin oktyabr ayının ortalarında X29 da işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı onu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verməsini, onların da qarşılıqlı iddia ərizəsi vermələrini demişdir. Bu minvalla Adil ilə Masallı şəhərində görüşmüşlər və ona iddia rüsumu ilə bağlı 1500 manat pul lazım olmasını demişdir. Adil onunla razılaşmış və 2021-ci ilin oktyabr ayının ortalarında Masallı şəhəri, Təhsil şöbəsinin yanında ona 1500 manat pul vermişdir. Bir müddət sonra rayon məhkəmələri adından saxta qərarlar yazıb hazırlayaraq Adilə təqdim edib məhkəmələrin onun xeyrinə qərarlar çıxarmasını bildirirmiş. Bundan sonra Adilə Binəqədi Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qərardan Anar Xəlilovun Bakı Apellyasiya Məhkəməsinə şikayət etməsini, onların da qarşılıqlı iddia ərizəsi vermələrini bildirib 1200 manat dövlət rüsumu, 130 manat vəkil orderi üçün pul lazım olmasını demişdir. Adil isə onun sözünə inanmış və 2021-ci ilin oktyabr ayının 20-si ərəfələrində Masallı şəhəri ərazisində ona 1330 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayının axırlarında isə Adilə X20 Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etməsini, buna görə də qarşılıqlı iddia ərizəsi verməli olduqlarını bildirmişdir. Adil onun sözünə inandmış və 2021-ci ilin noyabr ayının əvvəllərində Masallı şəhərində yerləşən çayxanaların birində onunla görüşüb ona 1200 manat pul vermişdir. Yenə də həmişəki qaydada lazımi saxta iddia ərizələri hazırlayaraq Adilə təqdim etmişdir. 2021-ci ilin noyabr ayı ərəfələrində X15 Xidmətinin ali vəzifəli şəxslərinin qəbuluna düşmək istədiyini, ona bu işdə köməklik etməyini xahiş etmişdir. O, Adilə onu DTX-nin ali vəzifəli şəxlərinin qəbuluna salacağını, bunun müqabilində isə 880 manat pul lazım olmasını demişdir. Adil isə onun sözünə inanmış və 2021-ci ilin noyabr ayının ortalarında Masallı şəhərində onunla görüşüb 880 manat ona pul vermişdir. Bundan sonra DTX-nin qəbulu üçün müəyyən saxta məktublar, sənədlər hazırlayaraq Adilə gətirib verirmiş. DTX-nin qəbulu ilə bağlı hətta Adildən həmin idarənin adından izahat da almışdır. Bundan sonra Adil təkrar məhkəmə prosesləri ilə bağlı maraqlanmağa başladığı üçün ona Anar Xəlilovun yaranmış yeni hallar üzrə Bakı Apellyasiya Məhkəməsində iddia qaldırmasını və onların da Anar Xəlilovun iddiası üzrə qarşılıqlı iddia ərizəsi verməli olmalarını bildirmişdir. Həmin qarşılıqlı iddia ərizəsi üçün Adildən 1100 manat pul istəmişdir. Adil isə onunla razılaşmış və noyabr ayının 20-də Masallı şəhəri ərazisində onunla görüşüb 1100 manat pulu ona vermişdir. Bundan qısa müddət sonra Adilin şübhələnməməsi üçün ona Nazim Əkbərovun da Anar Xəlilov kimi Bakı Apellyasiya Məhkəməsində iddia qaldırmasını və onların iddia ərizəsi qarşısında vəsatət qaldırmalarını bildirib ondan 1150 manat pul istəmişdir. Adil noyabr ayının axırlarında həmin vəsatətin hazırlanıb göndərilməsi vədi ilə Masallı şəhərində ona 1150 manat pul vermişdir. İnandırcı olması və Adil üçün iş gördüyünü təsdiq etmək məqsədi ilə məhkəmələr tərəfindən guya Adilin xeyrinə çıxarılmış saxta qərarlar çıxarılmasını bildirib ona saxta məhkəmə sənədlərini təqdim edirmiş. Bir çox hallarda saxta sənədləri telefonunda hazırlayıb çıxarması üçün vatsap vasitəsi ilə Ramiz adlı şəxsin vatsapına göndərirmiş. Ramizə isə məhkəmə qərarlarını və ya məktublarını guya ona həmin məhkəmələrin göndərməsini bildirirmiş. Yəni, Ramizin həmin sənədlərin saxta olmasından məlumatı olmurmuş. Ramiz sənədi printerdən çıxardıqdan sonra isə Adilə məlumat verirmiş və Adil özü gedib Ramizdən həmin sənədləri götürürmüş. Adil özü məhkəmələr barədə davamlı maraqlnamağa başladıqca onun fikrini yayındırmaq üçün yeni bir prosedur ortaya çıxararaq işi uzadırmış. Bir müddət sonra Adil məhkəmə nəticələri barədə maraqlandığı üçün X32 və Nazim Əkbərovun linqvistik ekspertizaların keçirilməsi ilə bağlı vəsatət qaldırmalarını və Azərbaycan Milli Elmlər Akademiyasının ekspertiza mərkəzində həmin vəsatətlərə baxılacağını bildirmişdir. Adil isə onların da qabaqcadan tədarük görmələrini isdədyii üçün Adilə dövlət rüsumları da daxil olmaqla ekspertizanın onların xeyrinə rəy verməsini təmin etmək adı ilə 2021-ci ilin dekabr ayının əvvələrində Masallı şəhərində Adildən 800 manat pul almışdır. Bundan sonra Adil ondan oğlunun evindən oğurlanmış əmlakla bağlı da müəyyən işlər görməyini istəmişdir. O, Adilə oğlunun evindən oğurlanmış qızılların ekspertizada düzgün qiymətləndirilməsini istəmələrini məsləhət görmüşdür. Bu vədlə 2021-ci ilin dekabr ayının ortalarında Masallı şəhərində Adildən 1000 manat məbləğində pul almışdır. Bundan bir müddət sonra isə özündən saxta sənədlər tərtib edərək Adilə təqdim edib istədikləri nəticələrə nail olduqlarını demişdir. Bir müddət sonra Adilə Bakı Apellyasiya Məhkəməsinin adından Adilin xeyrinə çıxarılmış qərar gətirib verərək qərarın qüvvəyə minməsini gözləməklərini demişdir. Qısa müddət sonra isə Adilə Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qərarlarının icraya yönləndirilməsi üçün məhkəmə qərarının lazım olmasını demişdir. Bundan sonra Nazim Əkbərovun barəsində çıxarılmış qərarların icrasına görə Binəqədi Rayon Məhkəməsi qarşısında iddia qaldırmaları üçün Adildən 2021-ci ilin dekabr ayının ortalarında Masallı şəhərində 750 manat, Anar Xəlilovun barəsində isə Nərimanov Rayon Məhkəməsi qarşısında iddia qaldırmaları adı ilə 2021-ci ilin dekabr ayının axırlarında Masallı şəhərində 870 manat pul almışdır. Adil qərarların icrası ilə bağlı demək olar ki, hər gün ona zəng edirmiş. Buna görə də 2022-ci ilin yanvar ayının əvvəllərində X32 məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə şikayət etməsini, məhkəmə hakiminin Sona Salmanova olmasını, Anar Xəlilovun məhkəməyə daxil olmuş vəsatətinin məhkəmə vasitəsi ilə onun mail poçt adresinə göndərildiyini, qarşılıqlı iddia ərizəsi verməli olduqlarını demişdir. Bundan sonra Adil ilə Masallı şəhərində görüşmüşlər və Anar Xəlilovun adından hazırladığı saxta iddia ərizəsini Adilə təqdim etmişdir. Adil ilə aralarında olan söhbət zamanı Adilə Konstitusiya Məhkəməsinin ali orqan olmasına görə rüsumunun artıq olmasını bildirib ondan 1500 manat dövlət rüsumu, 100 manat mətbəədə material yığımı üçün, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 1730 manat pul lazım olmasını demişdir. Adil 1730 manat pulu 2022-ci ilin yanvar ayının əvvəllərində Masallı şəhəri, Nərimanov küçəsində onunla görüşərək ona vermişdir. Bundan təxminən 10 gün sonra X29 eyni qaydada məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə şikayət etməsini, işə baxan hakimin isə Tatyana Qoldman olmasını bildirmişdir. Eyni qaydada Adil 2022-ci ilin yanvar ayının ortalarında Masallı şəhərində onunla görüşmüş və 1730 manat pulu ona vermişdir. Bir müddət sonra X32 məhkəmələr tərəfindən hüquqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etməsini, hakimin yenə də Tatyana Qoldman olmasını bildirib onların da Anar Xəlilovun əksinə iddia qaldırmalarını və bunun müqabilində 1700 manat dövlət rüsumu, 100 manat mətbəədə material yığımı, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 1930 manat pul lazım olmasını bildirmişdir. Adil 2022-ci ilin yanvar ayının axırlarında Masallı şəhəri ərazisində yerləşən çayxanaların birində onunla görüşmüş və ümumilikdə 1930 manat pulu ona vermişdir. 2022-ci ilin fevral ayının əvvəllərində isə Adilin şübhələnməməsi üçün onunla əlaqə saxlayaraq Nazim Əkbərovun da eyni qaydada Konstitusiya Məhkəməsinə şikayət etməsini və eyni qaydada 1930 manat pul lazım olmasını bildirmişdir. Adil 2022-ci ilin fevral ayının əvvəllərində Masallı şəhərində onunla görüşərək 1930 manat ona pul vermişdir. Bundan təxminən 10 gün sonra Adil ilə əlaqə saxlayaraq Anar Xəlilovun və Nazim Əkbərov un konstitusion hüquqlarını pozulması ilə bağlı məhkəmədə birgə iddia qaldırmalarını və onların da qarşılıqlı iddia qaldırmalarını, buna görə dövlət rüsumu üçün 2100 manat, vəkil orderi üçün 130 manat, mətbəədə material toplanması üçün isə 120 manat, həmçinin Konstitusiya Məhkəməsinə depozit qoyulması üçün 1350 manat pul lazım olmasını bildirmişdir. Adil 2022-ci ilin fevral ayının ortalarında Masallı şəhərində onunla görüşmüş və 3700 manat pulu ona vermişdir. 2022-ci ilin fevral ayının axırlarında Adilə aralarında olan müqavilə müddətinin bitməsini və yeni müqavilə bağlamalarını demişdir. Mart ayının əvvəllərində Adil ilə Masallı şəhərində görüşmüşlər və əvvəlcədən hazırladığı saxta müqavilə sənədini gətirib Adilə təqdim etmişdir. Lakin bu dəfə müqvailə üçün 330 manat, müqavilənin qeydiyyatı üçün isə 200 manat olmaqla ümumilikdə 530 manat pul lazım olmasını demişdir. Adil müqavilə sənədini imzalamış və müqavilə üçün ona 530 manat pul vermişdir. Bundan sonra Adil davamlı olaraq məhkəmə prosesləri ilə bağlı maraqlanmağa başlamışdır. Onun fikrini yayındırmaq məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində X32 iddia qaldıraraq bütün məhkəmə qərarlarını Ədliyyə Nazirliyinin müzakirəsinə verməsini, onların da qarşılıqlı şəkildə iddia qaldırmalarını, bunun müqabilində isə 1450 manat dövlət rüsumunun, 130 manat vəkil orderinin, 180 manat isə mətbəədə material hazırlanması üçün lazım olmasını demişdir. Adil 2022-ci ilin mart ayının əvvəllərində Masallı şəhərində Ramiz adlı şəxsin evinin qarşısında onunla görüşmüş və Ədliyyə Nazirliyinin müzakirəsi ilə bağlı sənəd hazırlanması vədi ilə Adildən ümumilikdə 1760 manat pul almışdır. Bəzi hallarda Adilin özü ilə, bəzi hallarda isə tək guya iş görmək adı ilə Bakı şəhərinə gedirmiş. Tək getdiyi vaxtlarda isə Adildən aldığı pulları müxtəlif iaşə obyektlərində və ya özünə paltar almaq üçün xərcləyirmiş. Bundan sonra mart ayının ortalarında Adil ilə əlaqə saxlayaraq Anar Xəlilovun onun barəsində müxtəlif orqanlara yazdıqları müraciətlərin həqiqət olmamasını əsas gətirək yalan məlumatların məhkəmədə təkzib olunması və maddi mənəvi təzminatla bağlı Masallı Rayon Məhkəməsində iddia qaldırmasını, işin Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun icraatında olmasını, onların da qarşılıqlı vəsatət vermələrini bildirib ümumilikdə 670 manat pul lazım olmasını bildirmişdir. Adil onun sözünə inanmış və 2022-ci ilin mart ayının ortalarında Masallı şəhərində onunla görüşüb 670 manat pulu ona vermişdir. Daha sonra isə Adilə Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun adından hazırladığı saxta məhkəmə qətnaməsi gətirərək Anar Xəlilovun iddiasının təmin olunmadığını demişdir. Bir müddət sonra X32 ekspertiza rəyi ilə bağlı Konstitusiya Məkəməsinin qərarından Prezident Aparatının hüquq şöbəsinə şikayət etməsini, onların da qarşılıqlı vəsatət vermələrini, bunun müqabilində 1550 manat pul tələb olunduğunu bildirmişdir. Adil onun sözünə inanaraq 2022-ci ilin mart ayının axırlarında Masallı şəhərində onunla görüşmüş və 1550 manat pulu ona vermişdir. Zaman-zaman isə Adilə sənədlər təqdim edərək guya yekun nəticələrin onların xeyirlərinə olmasını bildirirmiş. Bir müddət sonra Adil məhkəmə proseslərində çəkdiyi xərclərin hamısının Anar Xəlilovdan və Nazim Əkbərovdan tutularaq ona ödənilməsi barədə iş görmələrini istəmişdir. Buna görə də 2022-ci ilin aprel ayının əvvəllərində Adil ilə əlaqə saxlayaraq Anar Xəlilovdan və Nazim Əkbərovdan onun çəkdiyi xərclərin tutularaq ödənilməsi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmalı olduqlarını bu məqsədlə 1000 manat pul lazım olmasını bildirmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Masallı şəhərində yerləşən çayxanaların birində Adil ilə görüşmüş və Adildən 1000 manat pul almışdır. Adil pulu verdikdən bir müddət sonra məhkəmənin nəticəsi barədə tez-tez maraqlanmağa başlamışdır. O, isə Adilə məhkəmənin həmin prosesi baxılmamış saxlamasını bildirmişdir. Adil 1000 manat pul verməsinə, lakin nəticənin olmamasına görə narazıçılıq etməyə başlamışdır. Buna görə də onun fikrini yayındırmaq qərarına gəlib bir müddət sonra Adilə bu günə qədər baxılmış məhkəmə prosesləri nəticəsində çıxarılmış qərarların Məhkəmə Hüquq-Şurasında müzakirə olunmasını, buna görə də 1750 manat Məhkəmə Hüquq-Şurasına rüsum olaraq ödəmək, 200 manat mətbəədə material yığımı üçün, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 2080 manat lazım olmasını bildirmişdir. Adil isə onunla razılaşmış və Masallı şəhərində onunla görüşərək 2022-ci ilin aprel ayının axırlarında 2080 manat pulu ona vermişdir. Bundan bir müddət sonra Adilə saxta sənəd təqdim edərək Məhkəmə Hüquq- Şurasının onların xeyrinə çıxarmasını, lakin həmin qərardan Anar Xəlilovun şikayət edərək qərarı Milli Məclisə müzakirəyə verməsini, qarşılıqlı olaraq Milli Məclis qarşısında iddia qaldırılmalı olmasını bildirib bunun müqabilində 1500 manat rüsum haqqı üçün, 200 manat mətbəədə sənəd hazırlanması üçün, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 1830 manat pul lazım olmasını demişdir. Adil onun sözünə inanmış və 2022ci ilin iyun ayının əvvəllərində 1830 manat pulu Masallı şəhərində ona vermişdir. Bir müddət sonra Milli Məclisin adından saxta sənəd tərtib edərək Adilə təqdim edib Milli Məclis tərəfindən onların xeyrinə qərar çıxarılmasını demişdir. 2022-ci ilin iyun ayının əvvəllərində X32 Milli Məclisin İnsan Hüquqları Komitəsinə şikayət etməsini və onların da qarşılıqlı iddia üçün pul köçürməli olduqlarını demişdir. Bu minvalla Adilə dövlət rüsumu üçün 3200 manat, mətbəədə materialın yığılması üçün 200 manat olmaqla ümumilikdə 3400 manat pul lazım olmasını demişdir. Adil onun sözünə inanmış və 2022-ci ilin iyun ayının ortalarında Masallı şəhərində 3400 manat mənə pul vermişdir. Bundan bir müddət sonra Milli Məclisin adından saxta sənəd tərtib edərək Adilə təqdim edib Milli Məclis tərəfindən onların xeyrlərinə qərar çıxarılmasını bildirmişdir. Bundan bir müddət sonra Adil təkrar gedən proseslərdən davamlı maraqlanmağa başladığı üçün onun yenə də fikrini bir qədər yayındırmaq qərarına gəlmişdir. Buna görə də X32 işlədilmiş ifadələrin şərəf ləyaqəti alçaldan ifadələr olub-olmamasının yoxlanılması məqsədi ilə Milli Məclisin Ekspert komissiyasına şikayət etməsini, onların da qarşılıqlı vəsatət vermələrini, bunun üçün 825 manat dövlət rüsumunun olmasını, 130 manat order pulu üçün olmaqla ümumilikdə 955 manat pul lazım olmasını demişdir. Adil onunla razılaşmış və 955 manat pulu 2022-ci ilin iyun ayının axırlarında Masallı şəhərində çayxanada görüşərək ona vermişdir. Təkrar Milli Məclisin adından saxta sənəd hazırlayıb Adilə təqdim edərək Milli Məclisin onların xeyrlərinə qərar qəbul etməsini demişdir. Daha sonra isə Adilə həmin qərarın icraya yönləndirilməli olmasını, buna görə də Milli Məclisə 1250 manat dövlət rüsumu ödəməli olduqlarını demişdir. Adil onunla razılaşmış və 2022-ci lin iyul ayının əvvəllərində Masallı şəhərində 1250 manat pulu ona vermişdir. Bundan sonra iyul ayı ərəfələrində çəkdiyi dövlət rüsumları xərcləri ilə bağlı ona qəbzləri təqdim etməyini istəmişdir. O, isə qəbzləri özündə saxlamadığını, lakin sorğu əsasında "xxxx" ASC-dən onun ödədiyi dövlət rüsumları ilə bağlı ümumi çıxarış əldə edib ona təqdim edəcəyini demişdir. Bundan sonra Adilin ona verdiyi dövlət rüsumlarına dair "xxxx" ASC-nin adından saxta çıxarış hazırlayaraq Adilə təqdim etmişdir. Adil çəkdiyi xərclərin ona ödənilməsini tələb etməyə başlamışdır. Bundan sonra Adilə Milli Məclisin qərarları nəticəsində Daxili İşlər Nazirliyinin Həmkarlar Komitəsi tərəfindən Anar Xəlilovun ona dəymiş maddi, mənəvi ziyanın ödəməsi ilə bağlı qərar qəbul etməsini, həmin qərarın ləğv edilməsi barədə X24 Rayon Məhkəməsinə iddia verməsini, işin Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun icraatında olmasını, onların da qarşılıqlı vəsatət vermələrini bildirib 670 manat pul lazım olmasını demişdir. Adil onunla razılaşmış və 2022-ci ilin avqust ayının əvvələrində Masallı şəhərində onunla görüşüb 670 manat pulu ona vermişdir. Sonradan isə Adilə Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun adından tərtib edilmiş qətnamə gətirərək Anar Xəlilovun iddasının təmin edilməməsini demişdir. Bir müddət sonra X18 dəymiş ziyanı ödəməsi üçün adına "xxxx" ASC-də hesab açdırmalı olduqlarını bildirmişdir. Adil onunla razılaşmış və ona həmin hesab üçün "xxxx" ASC-yə 710 manat komissiya haqqı ödəmələrini demişdir. Adil 2022-ci ilin avqust ayının ortalarında Masallı şəhərində onunla görüşərək "xxxx" ASC-yə getmişdir. Həmin vaxt Adil 710 manat pulu ona verdikdən sonra özünün gözləməsini və onun "xxxx" ASC-yə girib komissiya haqqını ödəyəcəyini demişdir. Özü "xxxx" ASC-yə girib bankın içərisində bir qədər gözlədikdən sonra bayıra çıxaraq Adilə pulu ödədiyini və adına hesab açıldığını demişdir. Həmin gün axşam saatlarında Adilə zəng edərək növbəti gün Bakı şəhərinə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinə getmələrini, bank tərəfindən ona pul ödəniləcəyini demişdir. Bundan bir gün sonra o, Adil ilə birlikdə Bakı şəhərində yerləşən "xxxx" ASC-nin baş ofisinə getmişdir. "xxxx" ASC-nin baş ofisinin qarşısına çadıqdan sonra isə Adilin yanında yalandan mobil telefonla danışaraq guya ona Anar Xəlilovun qeyd edilən proseslərdən Avropa Məhkəməsinə müzakirə olunması üçün şikayət etməsini dediklərini bildirib, hesabına pul köçürmələrinin Avropa Məhkəməsinin müzakirə nəticələrindən sonra baş tuta biləcəyini bildirmişdir. Həmin ərəfələrdə artıq bu prosesləri çox uzada bilməyəcəyini düşünməyə başlayıb Adildən uzaqlaşmağa çalışırmış. Lakin Adil demək olar ki, hər gün bu işlərə maraqlanırmış və hətta dəfələrlə onlara məxsus evə gəlibgedirmiş. Bir müddət sonra o, Adil ilə əlaqə saxlayaraq müzakirənin Avropa Məhkəməsinin Lidiya Yanikoviç adlı komissarın icraatında olmasını, onların da Avropa Məhkəməsinə qarşılıqlı iddia vermələrini, rüsum haqqının dollarla olmasını, lakin Adilin pulu Azərbaycan manatı ilə verməyini və 2060 manat rüsum haqqının lazım olmasını demişdir. Bundan sonra Adil 2022-ci ilin avqust ayının ortalarında 2060 manat pulu Masallı şəhərində ona vermişdir. Bundan təxminən 7-8 gün sonra saxta sənəd hazırlayıb Adilə təqdim edərək Avropa Məhkəməsinin onların xeyirlərinə qərar çıxarmasını, lakin Anar Xəlilovun qərarla razılaşmamasını və əlavə olaraq Avropa Məhkəməsinin böyük komissarına şikayət etməsini, işin Alyona Silvanın icraatında olmasını, onların da qarşılıqlı vəsatət vermələrini və bunun müqabilində 2500 manat rüsum haqqı lazım olmasını bildirmişdir. Adil onun sözünə inanmış və 2022-cilin avqust ayının axırlarında 2500 manat pulu Masallı şəhərində ona vermişdir. Bir müddət sonra isə Adilə X28 Məhkəməsindən şərəf, ləyaqət işgüzar nüfuzla bağlı ekspertiza keçirilməsini tələb etməsini, buna görə də onların da qarşılıqlı olaraq ekspert rəyi üçün vəsatət vermələrini, buna görə də 600 manat pul ödəmələrini demişdir. Adil onunla razılaşmış və 2022-cilin sentyabr ayının əvvəllərində Masallı şəhərində onunla görüşərək ona 600 manat pul vermişdir. Sonradan o, saxta sənədlər hazırlayaraq Adilə verib Avropa Məhkəməsinin onların xeyirlərinə qərar çıxarmasını, lakin X28 Məhkəməsinin qərarlarından apellyasiya şikayəti verməsini, işin yenə də Alyona Silva tərəfindən baxılacağını, rüsum olaraq 1300 manat pul lazım olmasını, lakin material sənədlərinin məhkəməsinin özündə olduğu üçün əlavə mətbəə də material toplanmasına ehtiyac olmadığını bildirmişdir. Adil ona inanmış və 2022-ci ilin oktyabr ayında Masallı şəhərində 1300 manat pulu ona vermişdir. Bundan sonra o, Adilə Avropa Məhkəməsi tərəfindən yekun qərar çıxarılaraq ona ödədiyi depozitlər və rüsumlarla, o cümlədən maddi, mənəvi ziyanla birlikdə ümumilikdə çəkdiyi rəsmi xərclərə görə 62000 manat pul ödəniləcəyini, pulun isə Avropa Məhkəməsinin Bakı ofisi tərəfindən təmin ediləcəyini bildirmişdir. Lakin son aylar o, Adildən yayınmağa başlamışdır. Buna görə də Adildə ona qarşı tərəddüdlər yaranmışdır. Belə ki, sonuncu dəfə onlar Avropa Məhkəməsinin baş ofisinə getməli imişlər. Lakin o, Adilə baş ofisə özünün getməsini demişdir. Həmin ərəfələrdə Adil onunla əlaqə saxlayaraq onun özündə olan məhkəmə qərarları ilə bağlı maraqlanmasını, lakin məhkəmələrdə ümumiyyətlə belə bir qərarların olmamasını deməyə başlamışdır. O, Adildən yayınmağa çalışsa da Adil ona qarşı dələduzluq etdiyini öyrənmişdir. Bundan sonra isə ona verdiyi pulları ondan tələb etməyə başlamışdır. Lakin o, Adilə ondan aldığı pulları xərclədiyini və ona geri qaytarmağa pulunun olmamasını demişdir. Onun ilk əvvəllər Adilə qarşı dələduzluq etmək fikri olmamışdır. Lakin ilk dəfə dələduzluqla ondan pul aldıqdan sonra Adilin özü də ona iş görməyini təkid etdiyi üçün o yaranmış vəziyyəti uzatmağa məcbur olurmuş. Həmdə ki, bu yolla ondan əlavə pul alırmış. Sonda təqsirləndirilən şəxs Q.B.Balazşadə əməlindən səmimi peşman olmasını, ona həbslə əlaqdar olmayan cəza veriləcəyi təqdirdə, işləyərək mülki idda üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyəcəyini, valideynlərinin xəstə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında mülki iddianı qismən qəbul edərək, bildirdi ki, törətdiyi cinayətlər nəticəsində Zərərçəkmiş şəxs Ramazn oğluna 56165,00 manat məbləğində maddi ziyan vurduğunu etiraf edir. Azadlıqda qalarsa işləyib zərəri ödəyəcəkdir. Tələb edilən mənəvi ziyan çoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətləri törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ailəsi ilə birlikdə Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Yük avtomobillərinin təmir edilməsi ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə oğlu Rəşad Abdullayevə məxsus olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi baş vermişdir. Bununla bağlı oğlu Rəşad Abdullayev polis şöbəsinə şikayət etmişdir. Şikayət əsasında cinayət işi başlanaraq müəyyən istintaq hərəkətləri keçirilsə də oğuluq hadisəsini törədən şəxs və ya şəxslər müəyyən edilməmişdir. Bu minvalla o, müxtəlif yuxarı instansiyalara şikayət xarakterli müaciətlər etmişdir. Həmçinin, polis şöbəsinə də gəlib-gedirmiş. Həmin ərəfələrdə şöbə əməkdaşları ilə arasında narazıçılıq da yaranmışdır. Bu məqsədlə həm oğurluq hadisəsinin açılması yönümündə, həm də şöbənin rəis müavini olan Anar Xəlilov və baş əməliyyat müvəkkili işləyən Nazim Əkbərov barəsində özünün təhqir edilməyi ilə bağlı şikayətlər etmək qərarına gəlmişdir. 2021-ci ilin fevral ayının 5-də Masallı rayonu, Mollaoba kəndindən olan Güloğlan adlı tanışı ilə Masallı rayonunda rastlaşan zaman aralarında olan söhbət zamanı ona baş verənlərdən danışmış və yuxarı instansiyalara, məhkəmələrə şikayətlər etmək üçün ona köməklik edə biləcək məsləhətli bir adam axtardığını demişdir. Güloğlan isə ona Masallı rayonu, Banbaşı kəndindən Qeyrət adlı bir nəfəri tanımasını və “yazı-pozu” işlərində ona köməklik edə biləcəyini bildirmişdir. O, Güloğlanın mobil telefon nömrəsini alaraq Qeyrətlə danışmasını, növbəti gün ona zəng edərək məlumat alacağını demişdir. Növbəti gün saat təxminən 11 radələrində Güloğlana zəng edərək Qeyrətlə danışıb-danışmamasını maraqlanmışdır. Güloğlan ona Qeyrətin hazırda onun yanında olmasını və Köhnə bazar ərazisində yerləşən çayxanada olmalarını demişdir. O, Güloğlanın dediyi yerə getmişdir. Həmin vaxt çayxanada Güloğlan onu Təqsirləndirilən şəxs ilə tanış eləmiş və bir qədər sonra isə özü çıxıb getmişdir. Qeyrətlə o, çayxanada qalmışdır. Aralarında olan söhbət əsnasında o, oğlu Rəşad Abdullayevin evində baş verən oğurluq hadisəsi barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Qeyrət isə ona köməklik edəcəyini, ümumilikdə şikayət xarakterli ərizənin hər birini 100 manata hazırlayacağını bildirmişdir. O, Qeyrətlə razılaşmış və çayxanda ilk dəfə Qeyrətə 100 manat pul vermişdir ki, Qeyrət oğurluq hadisəsi ilə bağlı yuxarı instansiyalara şikayət etsin. Həmçinin, o, Qeyrətdən nə işlə məşğul olmasını soruşmuşdur. Qeyrət isə ona vəsiqə təqdim edərək jurnalist olmasını demişdir. Bundan sonra o, Qeyrətə görəcəyi işlərlə bağlı onunla müqavilə bağlamasını istəmişdir. Qeyrət ilk əvvəl müqaviləyə ehtiyac olmamasını bildirsə də o, Qeyrətə müqavilə ilə bağlı təkid etdikdən sonra Qeyrət onunla razılaşmışdır. Bundan iki gün sonra isə Qeyrət onunla əlaqə saxlayaraq müqavilənin hazır olmasını bildirmiş və 2022-ci ilin fevral ayının 8-də Qeyrətlə Masallı şəhərində görüşüb 330 manat pulu ona vermişdir. Qeyrət isə hazırladığı 1 illik müqavilə sənədini ona vermişdir. Bundan sonra may ayına qədər Qeyrət müxtəlif instansiyalara müraciətlər, teleqramlar göndərərək ondan hər müraciətə görə ayrı-ayrı vaxtlarda ən çoxu 200 manat olmaqla ümumilikdə 1150 manat pul almışdır. Qeyrət müraciətləri əlyazma şəkilində yazırmış və Masallı şəhərində yaşayan Ramiz adlı şəxsin yanında çap etdirirmiş. Bəzi hallarda o, çap olunmuş müraciətləri Ramizdən götürüb özü poçtla qeyd olunan ünvana göndərimiş. İlk vaxtlar Qeyrət onun üçün həqiqətən ərizə müraciətlər hazırlayıb müxtəlif instansiyalara göndərirmiş, bəzi hallarda isə müraciətlərin cavabları ona poçt vasitəsi ilə gətirilib verilirmiş. Buna görə də onda Qeyrətə qarşı inam yaranmışdır. Bir müddət keçdikdən sonra onun özünün Qeyrətlə tanışlığından əvvəl təhqir olunmağı ilə bağlı etdiyi müraciətə DİN-dən cavab gəlmişdir. Həmin cavabda isə onun təhqir edilməyi ilə bağlı məhkəməyə mülki və ya xüsusi ittiham qaydasında iddia qaldırmaq hüququnun olması bildirilirmişdir. Həmin ərəfələrdə isə Masallı Rayon Polis şöbəsində kadr dəyişikləri olmuş və X33 Rayon Polis şöbəsindən Tovuz Rayon Polis şöbəsinə təyinat almışdır. Bundan sonra o, Masallı şəhərində çayxanaların birində Qeyrətlə görüşmüşdür. Söhbət zamanı X34 və Nazim Əkbərovdan şikayət etmək istədiyini demişdir. Qeyrət isə onun bu işlərdən yaxşı başının çıxmasını, məhkəmədə bu istiqamətdə iddia qaldıra biləcəyini bildirmişdir. O, Qeyrətə iddia ərizələrinin Masallı Rayon Məhkəməsinə verilməsinə razı olmadığını, iddia ərizələrini başqa rayon məhkəmələrinə vermək istədiyini demişdir. Qeyrət isə bunun mümkün olmasını bildirmişdir və o, Qeyrətlə razılaşmışdır. X25 barəsində Cəlilabad Rayon Məhkəməsinə, Anar Xəlilovun barəsində isə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizələri vermələrini demişdir. Nazim Əkbərov barəsində Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsinin göndərilməsi üçün Qeyrət ondan 510 manat rüsum haqqı, 500 manat məhkəməyə depozit qoymaq üçün, 200 manat Masallı rayon mətbəəsində material toplanması üçün və 1000 manat hakimə əvvəlcədən hörmət edəcəyi adı ilə olmaqla ümumilikdə 2210 manat pul almışdır. Həmin pulu 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhərində “Lallar” çayxanasında Qeyrətə vermişdir. Qeyrətlə razılıqlarına görə həmin məhkəmə üçün olan xərcləri özü ödəməli, hakimə qabaqcadan özü hörmət etməli imiş. Bundan sonra Qeyrət müəyyən sənədlər hazırlamış və ona göstərdikdən sonra Cəlilabad Rayon Məhkəməsinə göndərdiyini demişdir. Məhkəmələrin cavabları isə Qeyrətə mail poç adresi ilə gəlməli imiş. Bundan bir müddət sonra isə X30 barəsində Nəsimi Rayon Məhkəməsinə mülki qaydada iddia qaldırılması adı ilə ondan 510 manat rüsum haqqı, 500 manat məhkəməyə depozit qoyacağı, 200 manat Masallı mətbəəsində material hazırlanacağı, 1500 manat isə hakimə əvvəlcədən rüşvət verəcəyi adı ilə ümumilikdə 2710 manat pul almışdır. Sənədləri isə özü mail poçt vasitəsi ilə göndərməli imiş. Nəsimi Rayon Məhkəməsinə göndərilən sənədlərlə bağlı 2710 manat pulu isə Qeyrətə 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhəri, Köhnə bazar ərazisində vermişdir. Məhkəməyə iddia ərizələrinin göndərilməsi və məhkəmə baxış iclasları ilə bağlı isə Qeyrət ona bildirişlər gətirərək təqdim edib guya məhkəmənin iddia ərizələrini icraatına götürdüyünü və ya baxılmamış saxlamasını deyirmiş. Həmin ərəfələrdə Qeyrətlə Masallı şəhərində görüşən zaman ona Daxili İşlər nazirinin qəbuluna düşmək istədiyini, ona bu yönümdə köməklik etməsini demişdir. Qeyrət isə bunun mümkün olmasını, buna görə nazirliyə “online” qaydada müraciət ünvanlayacağını, lakin DİN-in qəbuluna düşməsi üçün 1500 manat pul lazım olmasını demişdir. O, Qeyrətin sözünə inanmış və 2021-ci ilin may ayının ortalarında Qeyrətlə görüşüb Masallı şəhərində yerləşən “Lallar” çayxanasında ona 1500 manat pul vermişdir. Bundan sonra Qeyrətdən onu Respublika Baş prokurorunun qəbuluna salmaq üçün müraciət yazmasını istəmiş və Qeyrət eyni qaydada 2021-ci ilin may ayının 15-də ondan Masallı şəhərində yerləşən çayxanaların birində 1000 manat pul almışdır. 2021-ci ilin may ayının axırlarında isə Qeyrət onunla əlaqə saxlayaraq Nazim Əkbərovun barəsində verdikləri iddia ərizəsi ilə bağlı işin Cəlilabad Rayon Məhkəməsindən alınıb Masallı Rayon Məhkəməsinə verilməsi ilə bağlı X13 Məhkəməsinə ərizə verməsini, onların da qarşılıqlı iddia qaldırmaqlarını və işi Cəlilabad Rayon Məhkəməsində saxlamaqlarını demişdir. Bu işin müqabilində isə 650 manat dövlət rüsumuna və 130 manat da vəkilin order puluna lazım olmasını demişdir. O, Qeyrətə inanmış və 2021-ci ilin iyun ayının əvvəllərində Masallı rayonu, Banbaşı kəndinin girişində Qeyrətlə görüşərək 780 manat pulu ona vermişdir. Qeyrət isə guya özü Şirvan Apellyasiya Məhkəməsinə gedib işi həll edəcəyini demişdir. Bundan sonra Qeyrət məhkəmənin adından tərtib edilmiş qərar gətirərək apellyasiyanın onların xeyrinə qərar çıxarmasını və işin Cəlilabad Rayon Məhkəməsində qalmasını demişdir. Zaman-zaman o, Qeyrətdən məhkəmə işləri ilə bağlı maraqlanırmış. Qeyrət isə hər dəfə yeni bir məhkəmə işinin ortaya çıxmasını deyirmiş. 2021-ci ilin iyul ayının əvvəllərində Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovun onların iddia ərizələrindən şikayət edərək işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindən alınıb başqa rayon məhkəməsinə verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət etməsini, onların da qarşılıqlı iddia ərizəsi verərək işi Nəsimi Rayon Məhkəməsində saxlamalarını məsləhət görmüşdür. Bu minvalla Qeyrət ondan 740 manat dövlət rüsumuna görə, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 870 manat pul lazım olmasını demişdir. O, Qeyrətlə razılaşmış və 2021-ci ilin iyul ayının əvvələrində Masallı şəhərində yerləşən “Lallar” çayxanasında Qeyrətə 870 manat pul vermişdir. Bundan bir müddət sonra Qeyrət ona zəng edərək guya Anar Xəlilovun şərəf və ləyaqətinin ləkələnməsinə görə onun barəsində Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi verməsini demişdir. O, Qeyrətlə Masallı şəhərində görüşmüş və Qeyrət özü ilə Anar Xəlilovun iddia ərizəsinin surətini gətirərək Anar Xəlilov tərəfindən Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi verilməsini, sənəddə isə dövlət rüsümunun 1800 manat göstərilməsini, iddia ərizəsi üçün vəkil orderinin lazım olmasını, onların da eyni qaydada qarşılıqlı iddia ərizəsi vermələrini bildirmişdir. Bundan sonra o, Qeyrətin sözünə inanmış və 1800 manat dövlət rüsümu, 500 manat depozit haqqı, 200 manat mətbəədə material toplanması üçün və 130 manat vəkil orderi üçün olmaqla ümumilikdə 2630 manat pulu 2021-ci ilin oktyabr ayının əvvəllərində Masallı şəhərində Xətai parkının yaxınlığında yerləşən çayxanada Qeyrətə vermişdir. Qarşılıqlı iddia ərizəsinin nə olması barədə müəyyən hüquqşünaslardan maraqlanan zaman ona həqiqətən qarşılıqlı iddia ərizəsi deyilən bir prosedurun olmasını bildirmişlər. Buna görə də onda Qeyrətə qarşı hər hansı bir şübhə yaranmırmış. Həmçinin, verdikləri iddia ərizələrinin cavabları ilə bağlı Qeyrət hər dəfə gerbli, möhürlü və imzalanmış səndələr gətirərək ona təqdim edib guya şikayətlərinzə cavablar göndərdiklərini bildirirmiş. O, həmin sənədlərin həqiqiliyinə inanırmış və Qeyrətin onun xeyrinə nəsə bir iş görməsini düşünürnmüş. Bundan sonra 2021-ci ilin oktyabr ayının ortalarında Qeyrətlə əlaqə saxlayan zaman X25 şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı onu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verməsini, onların da qarşılıqlı iddia ərizəsi vermələrini demişdir. Bu minvalla o, Qeyrətlə Masallı şəhərində görüşmüş və Qeyrət ona iddia rüsumu ilə bağlı 1500 manat pul lazım olmasını demişdir. O, Masallı şəhəri, Təhsil şöbəsinin yanında Qeyrətə 1500 manat pul vermişdir. Bundan sonra Qeyrət Binəqədi Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qərardan Anar Xəlilovun Bakı Apellyasiya Məhkəməsinə şikayət etməsini, onların da qarşılıqlı iddia ərizəsi vermələrini bildirib 1200 manat dövlət rümuna və 130 manat vəkil orderinə pul lazım olmasını demişdir. O, Qeyrətin sözünə inanmış və 2021-ci ilin oktyabr ayının 20-si ərəflərində Masallı şəhəri ərazisində Qeyrətə 1330 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayının axırlarında isə Qeyrət ona X20 Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etməsini, buna görə də onların da qarşılıqlı iddia ərizəsi verməli olduqlarını bildirmişdir. O, yenə də Qeyrətin sözünə inanmış və 2021-ci ilin noyabr ayının əvvəllərində Masallı şəhərində yerləşən çayxanaların birində Qeyrətlə görüşüb ona 1200 manat pul vermişdir. 2021-ci ilin noyabr ayı ərəfələrində o, Qeyrətdən onu DTX-nin ali vəzifəli şəxlərinin qəbuluna salmasını xahiş etmiş, Qeyrət isə bunun müqabilində 880 manat pul lazım olmasını demişdir. O, Qeyrətin sözünə inanmış və 2021-ci ilin noyabr ayının ortalarında Masallı şəhərində Qeyrətlə görüşüb 880 manat pulu ona vermişdir. Qeyrət hər dəfə qəbullarla bağlı saxta sənədlər gətirib ona verirmiş. Hətta guya DTX-ya göndərəcəyi adı ilə ondan izahatlar alırmış. Bundan bir müddət sonra Qeyrət ona Anar Xəlilovun Bakı Apellyasiya Məhkəməsində yaranmış yeni hallar üzrə idda ərizəsi qaldırmasını və onların da Anar Xəlilovun iddiası üzrə qarşılıqlı iddia ərizəsi vermələrini bildirmişdir. Həmin qarşılıqlı iddia ərizəsi üçün Qeyrət ondan 1100 manat pul istəmişdir. O, Qeyrətin sözünə inanmış və noyabr ayının 20-də Masallı şəhəri ərazisində Qeyrətlə görüşüb 1100 manat pulu ona vermişdir. Bundan qısa müddət sonra Qeyrət onunla əlaqə saxlamış və X35 Xəlilov kimi Bakı Apellyasiya Məhkəməsinə iddia ərizəsi verməsini və onların Anar Xəlilovun iddia ərizəsi qarşısında vəsatət qaldırmalarını bildirib 1150 manat pul istəmişdir. O, noyabr ayının axırlarında Qeyrətə qeyd etdiyi vəsatətin hazırlanıb göndərəcəyi adı ilə Masallı şəhərində 1150 manat pul vermişdir. Hər dəfə isə Qeyrət məhkəmələr tərəfindən guya onun xeyrinə qərarlar çıxarılmasını bildirib ona saxta məhkəmə sənədləri gətirib göstərirmiş. Bundan sonra X30 və Nazim Əkbərovun linqvistik ekspertizaların keçirilməsi ilə bağlı vəsatət qaldırmalarını və Azərbaycan Milli Elmlər Akademiyasının ekspertiza mərkəzində həmin vəsatətlərə baxılacağını bildirib dövlət rüsumları da daxil olmaqla ekspertizanın onların xeyrinə rəy verməsi adı ilə 2021-ci ilin dekabr ayının əvvələrində Masallı şəhərində ondan 800 manat pul almışdır. Həmin ərəfələrdə o, Qeyrətdən oğlunun evindən oğurlanmış əmlakla bağlı da müəyyən işlər görməsini istəmişdir. Qeyrət həmin ərəfələrdə oğlunun evindən oğurlanmış qızılların ekspertizada qiymətləndirilməsi adı ilə 2021-ci ilin dekabr ayının ortalarında Masallı şəhərində ondan 1000 manat məbləğində pul almışdır. Özündən isə saxta sənədlər düzəldib gətirərək guya istədikləri nəticələrə nail olduqlarını bildirirmiş. Bakı Apellyasiya Məhkəməsinin qərarları guya onların xeyrinə çıxdıqdan sonra Qeyrət qərarların icrası üçün məhkəmə qarşısında idda qaldırmalı olduqlarını bildirmişdir. Bu minvalla Nazim Əkbərovun barəsində çıxarılmış qərarların icrasına görə Binəqədi Rayon Məhkəməsi qarşısında iddia qaldırmaları üçün 2021-ci ilin dekabr ayının ortalarında Masallı şəhərində 750 manat, Anar Xəlilovun barəsində isə Nərimanov Rayon Məhkəməsi qarşısında iddia qaldırmaları adı ilə 2021-ci ilin dekabr ayının axırlarında Masallı şəhərində 870 manat ondan pul almışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Qeyrət ona zəng edərək Anar Xəlilovun məhkəmə qərarlarından Konstitusiya məhkəməsinə şikayət etməsini, məhkəmə hakiminin Sona Salmanova olmasını, Anar Xəlilovun vəsatətinin məhkəmə vasitəsi ilə onun mail poçt adresinə göndərildiyini, qarşılıqlı iddia ərizəsi verməli olduqlarını demişdir. O, Qeyrətlə Masallı şəhərində görüşmüş və Qeyrət ona Konstitusiya Məhkəməsinin ali qanunvericilik orqan olmasına görə rüsumunun artıq olmasını bildirib ondan 1500 manat dövlət rüsumu üçün, 100 manat mətbəədə material yığımı üçün, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 1730 manat pul lazım olmasını demişdir. O, 1730 manat pulu 2022-ci ilin yanvar ayının əvvəllərində Qeyrətlə Masallı şəhəri, Nərimanov küçəsində görüşərək ona vermişdir. Bundan təxminən 10 gün sonra X25 eyni qaydada məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə şikayət etməsini, işə baxan hakimin isə Tatyana Qoldman olmasını bildirib ondan 1730 manat pul istəmişdir. Eyni qaydada o, 2022-ci ilin yanvar ayının ortalarında Masallı şəhərində Qeyrətlə görüşmüş və 1730 manat pulu Qeyrətə vermişdir. Təxminən 10 gün sonra Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovun məhkəmələrdə hüquqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etməsini, hakimin yenə də Tatyana Qoldman olmasını bildirib onların da iddia qaldırmalarını və bunun müqabilində 1700 manat dövlət rüsumu, 100 manat mətbəədə material yığımı, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 1930 manat pul lazım olmasını bildirmişdir. O, Qeyrətlə 2022-ci ilin yanvar ayının axırlarında Masallı şəhəri ərazisində yerləşən çayxanaların birində görüşmüş və ümumilikdə 1930 manat pulu Qeyrətə vermişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Qeyrət onunla əlaqə saxlayaraq Nazim Əkbərovun da eyni qaydada Konstitusiya Məhkəməsinə şikayət etməsini və eyni qaydada 1930 manat pul lazım olmasını bildirmişdir. O, 2022-ci ilin fevral ayının əvvəllərində Qeyrətlə Masallı şəhərində görüşərək onun dediyi kimi 1930 manat pulu ona vermişdir. Bundan təxminən 10 gün sonra Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovun və Nazim Əkbərovun konstitusion hüquqlarını pozulması ilə bağlı məhkəmədə birgə iddia qaldırmalarını və onların da qarşılıqlı iddia qaldırmalarını, buna görə dövlət rüsumu üçün 2100 manat, vəkil orderi üçün 130 manat, mətbəədə material toplanması üçün isə 120 manat, həmçinin Konstitusiya Məhkəməsinə depozit qoyulması üçün 1350 manat pul lazım olmasını bildirmişdir. O, 2022-ci ilin fevral ayının ortalarında Masallı şəhərində Qeyrətlə görüşmüş və 3700 manat pulu Masallı şəhərində Qeyrətə vermişdir. 2022-ci ilin fevral ayının axırlarında Qeyrət ona onunla bağladığı müqavilənin vaxtının qurtarmasını və yeni müqavilə bağlamalı olmalarını demişdir. Həmin vaxt özü ilə köhnə müqaviləni gətirib ona göstərən zaman o, müqavilədə göstərilən tarixin həqiqətən keçməsini görmüş və yeni müqavilə balanması ilə bağlı Qeyrətlə razılaşmışdır. Qeyrət bu dəfə müqavilə üçün 330 manat, müqavilənin qeydiyyata alınması üçün isə 200 manat pul lazım olmasını demişdir. O, Qeyrətlə razılaşmış və 2022-ci ilin fevral ayının axırlarında Masallı şəhərində Qeyrətlə görüşüb 530 manat pulu ona vermişdir. Qeyrət isə mart ayının əvvəllərində müqavilə sənədi hazırlayaraq gətirib ona vermişdir. 2022-ci ilin mart ayının əvvəllərində Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovun iddia qaldıraraq bütün məhkəmə qərarlarını Ədliyyə Nazirliyinin müzakirəsinə verməsini, onların da qarşılıqlı şəkildə iddia qaldırmalarını, bunun müqabilində isə 1450 manat dövlət rüsumunun, 130 manat vəkil orderinin, 180 manat isə mətbəədə material hazırlanması üçün lazım olmasını demişdir. O, Qeyrətlə Ramiz adlı şəxsin evinin qarşısında görüşmüş və 2022-ci ilin mart ayının əvvəllərində Ramiz adlı şəxsin Masallı şəhərində yerləşən evinin qarşısında Qeyrətə Ədliyyə Nazirliyinin müzakirəsi ilə bağlı sənəd hazırlanması üçün ümumilikdə 1760 manat pul vermişdir. Ramizin Qeyrətlə onun arasında olan haqq-hesabdan xəbəri olmurmuş. Ramizə aradabir o, özü də sənədləri printerdən çıxarmasına görə pul verirmiş. Bundan sonra mart ayının ortalarında Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovun onun barəsində müxtəlif orqanlara yazdıqları müraciətlərin həqiqət olmamasını əsas gətirək yalan məlumatların məhkəmədə təkzib olunması və maddi mənəvi təminatla bağlı Masallı Rayon Məhkəməsində iddia qaldırmasını, işin Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun icraatında olmasını, onların da qarşılıqlı vəsatət vermələrini bildirib ümumilikdə 670 manat pul lazım olmasını demişdir. O, Qeyrətin sözünə inanmış və 2022-ci ilin mart ayının ortalarında Masallı şəhərində Qeyrətlə görüşüb 670 manat pulu ona vermişdir. Daha sonra isə Qeyrət ona Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun adından tərtib edilmiş məhkəmə qətnaməsi gətirərək Anar Xəlilovun iddiasının təmin olunmadığını demişdir. Bundan bir müddət sonra Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovun ekspertiza rəyi ilə bağlı Konstitusiya Məkəməsinin qərarından Prezident Aparatının hüquq şöbəsinə şikayət etməsini, onların da qarşılıqlı vəsatət vermələrini, bunun müqabilində 1550 manat pul lazım olmasını bildirmişdir. O, Qeyrətin sözünə inanaraq 2022-ci ilin mart axırlarında Masallı şəhərində 1550 manat pulu Qeyrətə vermişdir. Zaman-zaman Qeyrət ona sənədlər təqdim edərək guya yekun nəticələrin onların xeyirlərinə olmasını bildirirmiş. Bu minvalla 2022-ci ilin aprel ayının əvvəllərində Qeyrət onunla əlaqə saxlayaraq Anar Xəlilovdan və Nazim Əkbərovdan onun çəkdiyi xərclərin tutularaq ona ödənilməsi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia ərizəsi qaldırmalı olduqlarını, bu məqsədlə 1000 manat pul lazım olmasını bildirmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Masallı şəhərində yerləşən çayxanaların birində Qeyrətlə görüşmüş və 1000 manat pulu Qeyrətə vermişdir. Lakin sonradan Qeyrət ona məhkəmənin həmin prosesi baxılmamış saxlamasını bildirmişdir. Bundan bir müddət sonra Qeyrət onunla əlaqə saxlayaraq, bu günə qədər baxılmış məhkəmə prosesləri nəticəsində çıxarılmış qərarların Məhkəmə Hüquq-Şurasında müzakirə olunması üçün ərizə vermələrini, buna görə də 1750 manat Məhkəmə Hüquq-Şurasına rüsum olaraq ödəmələrini, 200 manat mətbəədə material yığımı üçün, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 2080 manat pul lazım olmasını demişdir. Bu minvalla Qeyrət 2022-ci ilin aprel ayının axırlarında Masallı şəhərində onunla görüşərək 2080 manat ondan pul almışdır. Bundan bir müddət sonra Qeyrət Məhkəmə Hüquq-Şurasının onların xeyrinə qərar çıxarmasını, həmin qərardan isə Anar Xəlilovun şikayət edərək Milli Məclisə müzakirəyə verməsini, onların da qarşılıqlı olaraq Milli Məclis qarşısında iddia qaldırmalarını bildirərək bunun müqabilində 1500 manat rüsum haqqı üçün, 200 manat mətbəədə sənəd hazırlanması üçün, 130 manat isə vəkil orderi üçün olmaqla ümumilikdə 1830 manat pul lazım olmasını bilirmişdir. O, Qeyrətin sözünə inanmış və 2022-ci ilin iyun ayının əvvəllərində Masallı şəhərində Qeyrətlə görüşüb 1830 manat pulu ona vermişdir. Bu proseslərdən sonra Qeyrət ona Milli Məclis tərəfindən onların xeyrinə qərar çıxarılmasını bildirib müəyyən sənədləri ona təqdim etmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində isə X30 Milli Məclisin İnsan Hüquqları Komitəsinə şikayət etməsini və onların da qarşılıqlı iddia üçün pul köçürmələrini demişdir. Bu minvalla Qeyrət ona dövlət rüsumu üçün 3200 manat, mətbəədə materialın yığılması üçün 200 manat olmaqla ümumilikdə 3400 manat pul lazım olmasını demişdir. O, Qeyrətin sözünə inanmış və 2022-ci ilin iyun ayının ortlarında Masallı şəhərində Qeyrətlə görüşüb 3400 manat ona pul vermişdir. Bundan bir müddət sonra Qeyrət Milli Məclis tərəfindən yenə də onların xeyrinə qərar çıxarılmasını bildirmişdir. Daha sonra X30 işlədilmiş ifadələrin şərəf ləyaqəti alçaldan ifadələr olub-olmamasının yoxlanılması məqsədi ilə Milli Məclisin Ekspert komissiyasına şikayət etməsini, onların da qarşılıqlı vəsatət vermələrini, bunun üçün 825 manat dövlət rüsumunun olmasını, 130 manat order pulu üçün olmaqla ümumilikdə 955 manat pul lazım olmasını demişdir. O, Qeyrətlə razılaşmış və 2022-ci ilin iyun ayının axırlarında Masallı şəhərində çayxanada Qeyrətlə görüşərək 955 manat pulu ona vermişdir. Bundan sonra iyul ayında Qeyrət ona Milli Məclisin onların xeyrinə qərar qəbul etməsini və qərarın icraya yönləndirilməli olmasını, buna görə də Milli Məclisə 1250 manat dövlət rüsumu köçürməli olduqlarını bildirmişdir. O, Qeyrətlə razılaşmış və 2022-ci ilin iyul ayının əvvəllərində Masallı şəhərində 1250 manat pulu ona vermişdir. Bundan bir müddət sonra Qeyrətdən ona verdiyi dövlət rüsumları ilə bağlı qəbzlərin surətlərini ona təqdim etməsini tələb etmişdir. Qeyrət isə ona qəbzləri saxlamamasını, lakin bu barədə "xxxx" ASC-yə sorğu edərək çıxarış alacağını bildirmişdir. İyul ayının əvvələrində Qeyrət ona "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş sənəd gətirərək guya onun ödədiyi dövlət rüsumlarına dair "xxxx" ASC-dən çıxarış almasını bildirib həmin sənədin surətini ona təqdim etmişdir. Həmin sənəddə isə Qeyrətin ona dediyi yalnız dövlət rüsumu kimi nəzərdə tutulan məbləğlər qeyd edilmişdir. Yəni əlavə olaraq ondan aldığı depozit və digər xərclər həmin sənəddə qeyd edilməmişdir. Bundan sonra Qeyrət Milli Məclisin qərarları nəticəsində Daxili İşlər Nazirliyinin Həmkarlar Komitəsi tərəfindən Anar Xəlilovun ona dəymiş maddi, mənəvi ziyanın ödəməsi ilə bağlı qərar qəbul etməsini, həmin qərarın ləğv edilməsi barədə X24 Rayon Məhkəməsinə iddia verməsini, işin Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun icraatında olmasını, onların da qarşılıqlı vəsatət vermələrini bildirib 670 manat pul lazım olmasını demişdir. O, Qeyrətlə razılaşmış və 2022-ci ilin avqust ayının əvvlərində Masallı şəhərində Qeyrətlə görüşüb 670 manat pulu ona vermişdir. Sonradan isə Qeyrət ona Masallı Rayon Məhkəməsinin hakimi Ayaz Səlimovun adından tərtib edilmiş qətnamə gətirərək Anar Xəlilovun iddasının təmin edilməməsini demişdir. Daha sonra X16 dəymiş ziyanı ödəməsi üçün adına "xxxx" ASC-də hesab açdırmalı olduqlarını bildirmişdir. O, Qeyrətlə razılaşmış və Qeyrət həmin hesab üçün "xxxx" ASC-yə 710 manat komissiya haqqı ödəmələrini demişdir. O, Qeyrətlə 2022-ci ilin avqust ayının ortalarında Masallı şəhərində görüşərək "xxxx" ASC-yə getmişdir. Həmin vaxt Qeyrətə 710 manat pul vermişdir. Qeyrət "xxxx" ASC-yə girib çıxdıqdan sonra komissiya haqqı üçün pulu ödədiyini və adına hesab açıldığını bildirmişdir. Həmin gün axşam saatlarında isə Qeyrət ona zəng edərək növbəti gün "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinə getmələrini, bank tərəfindən ona pul ödəniləcəyini demişdir. Bundan bir gün sonra o, Qeyrətlə birlikdə Bakı şəhərində yerləşən "xxxx" ASCnin baş ofisinə getmişdir. "xxxx" ASC-nin baş ofisinin qarşısında olan zaman Qeyrət mobil telefonu götürərək guya kiminləsə danışdıqdan sonra ona Anar Xəlilovun qeyd edilən proseslərdən Avropa Məhkəməsinə müzakirə olunması üçün şikayət etməsini, heabına pul köçürmələrinin Avropa Məhkəməsinin müzakirə nəticələrindən sonra baş tuta biləcəyini bildirmişdir. Bundan sonra onlar Bakı şəhərindən Masallı rayonuna qayıtmışlar. Qeyrət növbəti gün onunla əlaqə saxlayaraq müzakirənin Avropa Məhkəməsinin Lidiya Yanikoviç adlı komissarının icraatında olmasını, onların da Avropa Məhkəməsinə qarşılıqlı iddia vermələrini, rüsum haqqının dollar olmasını, lakin onun pulu Azərbaycan manatı ilə verməyini və 2060 manat rüsum haqqının lazım olmasını demişdir. Bundan sonra o, Qeyrətə inanmış və 2022-ci ilin avqust ayının ortalarında 2060 manat pulu Masallı şəhərində ona vermişdir. Bundan təxminən 7-8 gün sonra Qeyrət ona sənəd gətirərək Avropa Məhkəməsinin onların xeyrinə qərar çıxarmasını, lakin Anar Xəlilovun qərarla razılaşmamasını və əlavə olaraq Avropa Məhkəməsinin baş komissarına şikayət etməsini, işin Alyona Silvanın icraatında olmasını demişdir. Onların da qarşılıqlı vəsatət vermələrini və bunun müqabilində 2500 manat rüsum haqqı lazım olmasını bildirmişdir. O, Qeyrətin sözünə inanmış və 2022-cilin avqust ayının axırlarında Masallı şəhərində 2500 manat pulu Qeyrətə vermişdir. Bir müddət sonra isə Qeyrət X28 Məhkəməsinə ekspert rəyinin alınması üçün vəsatət verməsini, onların də qarşılıqlı olaraq ekspert rəyi üçün vəsatət vermələrini, buna görə də 600 manat pul ödəməli olduqlarını demişdir. O, Qeyrətin sözünə inanaraq 2022-cilin sentyabr ayının əvvəllərində Qeyrətlə Masallı şəhərində görüşərək ona 600 manat pul vermişdir. Sonradan Qeyrət ona sənədlər gətirərək Avropa Məhkəməsinin onun xeyrinə qərar çıxarmasını, lakin X28 Məhkəməsinin qərarlarından apellyasiya şikayəti verməsini, işin yenə də Alyona Silva tərəfindən baxılacağını, rüsum haqqı olaraq 1300 manat pul lazım olmasını, lakin material sənədlərinin məhkəmənin özündə olduğu üçün əlavə mətbəədə material toplanmasına ehtiyac olmadığını bildirmişdir. O, Qeyrətə inanmış və 2022-ci lin oktyabr ayında Masallı şəhərində 1300 manat pulu ona vermişdir. Bundan sonra Qeyrət ona Avropa Məhkəməsi tərəfindən yekun qərar çıxarılaraq ona ödədiyi depozitlər və rüsumlarla, o cümlədən maddi, mənəvi ziyanla birlikdə ümumilikdə çəkdiyi rəsmi xərclərə görə 62000 manat pul ödəniləcəyini, pulun isə Avropa Məhkəməsinin Bakı ofisi tərəfindən təmin ediləcəyini bildirmişdir. Bundan sonra onlar baş ofiisə getməli imişlər. Lakin son zamanlar o, Qeyrətin fəaliyyətindən şübhələndiyi üçün bir gün əvvəlcədən özü tək Bakı şəhərinə getmişdir. Müəyyən tanışları ilə məsləhətləşdikdən sonra məhkəmə qərarları ilə bağlı müəyyən məhkəmələrdə sənədləri göstərərək maraqlanmış və ona bəlli olmuşdur ki, qeyd edilən məhkəmə qərarları Təqsirləndirilən şəxs tərəfindən saxta şəkildə hazırlanmışdır. Həmçinin, müəyyən tanışlar vasitəsi ilə Nazim Əkbərovdan məhkəmə prosesləri barədə soruşan zaman Nazim belə bir proseslərin olmamasını, sənədləri hazırlayan şəxsin ona qarşı dələduzluq etməsini bildirmişdir. Həmçinin, sonradan Təqsirləndirilən şəxs jurnalist kimi fəaliyyət göstərdiyi “Dünyanın səsi” qəzetinin çoxdan fəaliyyətini dayandırmasını, Təqsirləndirilən şəxs işdən çıxarılmasını, onunla bağladığı müqavilələrin saxta olmasını öyrənmişdir. Qeyrətin özü ilə də sonradan görüşüb bu haqda onunla danışmış və Qeyrət onu aldadaraq etibarından sui-istifadə edib ona qarşı dələduzluq etdiyini özü də etiraf etmişdir. Bu işlərlə bağlı dəfələrlə Qeyrətlə Bakı şəhərinə gedib-qayıtmışlar. Qeyrətin onun işləri ilə bağlı 2021-ci ilin may ayından 2022-ci ilin oktyabr aylarına qədər Bakı şəhərinə birlikdə gedib-qayıtmaqlarına görə hissə-hissə 200, 300 manat olmaqla ümumilikdə 4000 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs ona yuxarı instansiyalara şikayət xarakterli müraciətlər edəcəyi və məhkəmə proseslərində ona köməklik edəcəyi vədi ilə dələduzluq yolu ilə ondan hissə-hissə olmaqla ümumilikdə 56165 manat pul almışdır. Bununla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ziyan ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Masallı rayonu, Nərimanov küçəsində ailəsi ilə birlikdə yaşayır. Orta- ixtisas təhsillidir və əvvəllər müxtəlif dövlət idarələrində mühasib və digər vəzifələrdə işləmişdir. Yaşadığı fərdi yaşayış evində isə özünə məxsus olan komputeri və printer aparatı var. Komputer vasitəsi ilə yazıların yazılması və çapdan çıxarılması xidmətlərini həyata keçirir. Masallı rayonu, Banbaşı kənd sakini olan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla tanışlığı “X17” MMC-də işlədiyi vaxtlardan olmuşdur. Buna görə də Qeyrətin komputer vasitəsi ilə yazıları, sənədləri çıxarmaq işləri olarkən ona müraciət edirmiş. O, da gördüyü işin müqabilində ondan zəhmət haqqını alırmış. Masallı rayonu, Ərkivan qəsəbə sakini olan Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. 2021-ci ilin ilk aylarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə ona müxtəlif yuxarı instansiyalara müraciətlərin edilməsi, məhkəmə proseslərində ona köməklik edəcəyi ilə bağlı razılığa gəlmələrini onların özlərindən eşitmişdir. Buna görə də Qeyrət ilk əvvəllər əlyazma şəklində yazdığı yazıları ona məxsus ev ünvanına gətirib komputer vasitəsi ilə yazıdırıb çap elətdirirmiş. Həmin ərəfələrdə Qeyrət onu Adil ilə də tanış etmişdir. Bəzi hallarda Qeyrətlə birlikdə Adilin özü də onlara gəlirmiş və o, onların gətirdikləri sənədləri çap şəkilində yazaraq printerlə çıxarıb onların özünə verirmiş. Hətta müəyyən vaxtlarda Qeyrət əlyazmaları komputerinə yazdırdığı vatsap mesajlaşma şəbəkəsinə göndərirmiş və o, onun göndərdiyi sənədləri çapdan çıxarıb, Adilə verirmiş. İlk əvvəllər Qeyrətin müraciətləri yuxarı instansiyalara ərizə və məktubların hazırlanması şəklində olurmuş. Lakin sonralar Qeyrət müxtəlif rayon şəhər məhkəmələrinin adından çıxarılmış qətnamələri, qərarları və müxtəlif yuxarı instansiyaların cavab məktublarını ona məxsus vastsap mesajlaşma şəbəkəsinə göndərib, onları çıxarıb Adilə verməyini deyirmiş. O, əvvəllər Qeyrətdən məhkəmə sənədlərinin ona necə gəlməsini soruşan zaman Qeyrət həmin məhkəmə sənədlərinin onun mail poçt adresinə göndərildiyini bildirirmiş. Bu minvalla o, 2022-ci ilin payız aylarına qədər Qeyrətin ona göndərdiyi sənədləri çapdan çıxarıb onlara təqdim edirmiş. Lakin 2022-ci ilin axırlarında isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsini və gördüyü işlərin saxta olmasını bildirmişdir. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsindən, həmçinin ona göndərdiyi sənədlərin saxta yolla özü tərəfindən hazırlamasından məlumatı yox imiş. Çünki, sənədlər ona məxsus vatsap mesajlaşma şəbəkəsinə xüsusi blanklarda və imzalanmış halda gəlirmiş. Buna görə də onda hər hansı bir şübhə yaranmırmış. Təqsirləndirilən şəxs həmin sənədləri ona göndərərkən sənədi çapdan çıxardıqdan sonra vatsapdan silməyini, sənədin hər hansı bir formada kiminsə əlinə keçməsindən ehtiyat etməsini bildirirmiş. O, da onun dediyi kimi sənədi çapdan çıxaran kimi vatsap mesajlaşma şəbəkəsindən silirmiş. Buna görə də onun göndərdiyi sənədlər vatsap mesajlaşma şəbəkəsində qalmamışdır. İş materiallarında olan: Üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadə etmək məqsədi ilə saxta yolla hazırladığı müxtəlif instansiyaların adından tərtib edilmiş 117 vərəqdən ibarət xüsusi blanklarda, üzərində rekvizitlər və imzalar olan məktub, qətnamə və digər sənədlər götürülmüş və həmin sənədlər maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-13-97/1-1366/2023 nömrəli məktubundan görünür ki, 2021-2022-ci illər ərzində məhkəmənin elektron və arxiv baza məlumatlarına əsasən iddiaçı X3 cavabdeh Zərərçəkmiş şəxs qarşı mülki qaydada hər hansı bir idda tələbi olmamışdır. Həmçinin, Masallı Rayon Məhkəməsinin hakimi olmuş Ayaz Səlimovun adından hazırlanmış 2(050)-2-2413/2022 saylı və 2(050)-2099/2022 saylı qətnamələrlə bağlı bildirilir ki, həmin saylı mülki işlər məhkəmənin hakimi Habil Bəhmənovun icraatında olmuş, 2(050)-2099/2022 saylı mülki iş iddiaçı "xxxx" MMC-nin cavabdeh X10 qarşı borc tələbi və 2(050)- 2413/2022 saylı mülki iş "xxxx" KB ASC-nin cavabdeh X5 qarşı borc tələbi barədə iddialar olmuşdur. Eləcə də, məhkəmənin hakimi Habil Bəhmənovun adından xx.xx.2022-ci il tarixdə 2(050)-219/2022 saylı sorğu məktubu verilməmişdir. Həmin saylı mülki iş hakim Habil Bəhmənovun icraatında olsa da, iddiaçı "xxxx" QSC-nin cavabdeh Səfərov Cəmiyyət Ayaz oğluna qarşı borc tələbinə dair iddiası olmuşdur. Tovuz Rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11412-989/2023 saylı məktubundan görünür ki, Masallı rayonu, Ərkivan kənd sakini Zərərçəkmiş şəxs adına göndərilmiş 31 mart 2022-ci il tarixli 1/71503 nömrəli məktub Tovuz RPŞ-də qeydiyyatdan keçməmiş və göndərilməmiş, həmçinin həmin məktubun aşağı hissəsindəki “Habil Əmiraslanov” ad və soyadını qarşısındakı imza saxta yolla çəkilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-13-97/1-3052/2023 nömrəli məktubundan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbə sakinləri Zərərçəkmiş şəxs və X4 barəsində Cəlilabad Rayon Məhkəməsinin icraatında hər hansı bir mülki iş olmamış, hal-hazırdada yoxdur. Məktuba əlavə edilmiş məhkəmə bildirişləri və digər sənədlər Cəlilabad Rayon Məhkəməsinə, o cümlədən də hakim Elxan Əmirəliyevə aid deyildir və onun tərəfindən imzalanmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-13-97/1- 3055/2023 nömrəli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin icraatında vətəndaş X6 və Zərərçəkmiş şəxs münasibətdə hər hansı bir iş olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli, 2-1(106)-503-2022 nömrəli məktub Bİnəqədi Rayon Məhkəməsinə aid deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-97/1-3054/2023 nömrəli məktubundan görünür ki, Konstitusiya Məhkməsinin hakimi Sona Salmanovanın adından hazırlanmış 19 noyabr 2021-ci il tarixli, (021)4615- 2021 nömrəli məktub, Konstutiya Məhkəməsinin hakimi Tatyana Qoldmanın adından hazırlanmış 17 dekabr 2021-ci il tarixli, (021)4627-2021 nömrəli və 20 dekabr 2021-ci il tarixli, (021)4630-2021 nömrəli məktublar saxta tərtib olunmaqla ümumiyyətlə mövcud olmamışdır. Sabiq hakim X8 Məhkəməsinin hakimi vəzifəsində deyil, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-13-97/1-3053/2023 nömrəli məktubundan görünür ki, məktuba əlavə edilən xx.xx.2022-ci il tarixli, 2-1(103)-986-2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(103)-994-2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(103)- 2333-2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(103)-2335-2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(103)-5429/2022 nömrəli sənədlərin heç biri Bakı Apellyasiya Məhkəməsinə aid olmamaqla həmin sənədlərdəki əl imzaları, eləcə də sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil setifikatlı gücləndirilmiş imzalar Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə aid deyildir. Həmçinin, qeyd olunan şəxslərlə bağlı Bakı Appellyasiya Məhkəməsinin icraatında hər hansı cinayət, inzibati və mülki iş mövcud deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-13-97/1- 5809/2023 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında Zərərçəkmiş şəxs və X3 tərəf olduğu mülki iş olmamışdır. xx.xx.2021-ci il tarixli, (04)2-16422021 nömrəli, xx.xx.2021-ci il tarixli, (034)2-1642-2021 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(006)-1037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(107)3219/2022 nömrəli sənədlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən tərtib edilməmiş və qeydiyyata alınmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 31397/1-6825/2023 nömrəli məktubundan görünür ki, 2021-2022-ci illərdə məhkəmənin icaatında iddiaçı qismində Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs cavabdehlər X4 və X7 qarşı inzibati mübahisə olmamışdır. Müraciətə əlavə edilmiş 26 mart 2022-ci il tarixli, 18-403 nömrəli məktubun Şirvan İnzibati Məhkəməsinə heç bir aidiyyəti yoxdur. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 320.2-ci madələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayır, Təqsirləndirilən şəxs subaydır, ali təhsillidir, ərazidə heç kəslə münqaişədə olmamışdır. Qonşularla münasibəti yaxşı olmuşdur. Kəndin ictimai işlərində fəal işitrak etmişdir. Barəsində ərazi nümayəndəliyinə hər hansı bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin CM-nin 178.2.2 və 320.2-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.1 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini (onun əvvəllər dəfələrlə anoloji cinayət törətməsi), törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir. Onun məhkumluğu götürülsə də, lakin islah olunmamışdır. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1992-ci ildə Masallı rayonunda anadan olmuş, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının DİN-in Masallı Rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş məktubdan və axtarışda olan şəxsin könüllü gəlməsi protokoldan görünür ki, xx.xx.1992-ci ildə Masallı rayonu Banbaşı kəndində anadan olmuş, Masallı rayonu Banbaşı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış və profilaktik xarakterli tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gələrək özünü təqdim etmiş, tərəflərindən Masallı RPŞ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 15 may 2023-cü il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 56165,00 (əlli altı min bir yüz altmış beş) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, və dövlət rüsumuna görə ödənilmiş 274 (iki yüz yetmiş dörd) manat, cəmi 61439 (altmış bir min dörd yüz otuz doqquz) manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın məbləği 56165,00 manatdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyan hissəsində qeyd isə edir ki, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurmulş, mülki cavabdehin təqsiri üzündən iddiaçı psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə iddiaçının 5000 (beş min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 500 (beş yüz) manat tutulması ağlabatan və ədalətlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu maddi ziyana görə 56165,00 (əlli altı min bir yüz altmış beş) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat, cəmi 56665,00 (əlli altı min altı yüz altımış beş) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməli, həmçinin dövlət rüsumuna görə ödənilmiş 274 (iki yüz yetmiş dörd) mant pul vəsaitinin 253,84 (iki yüz əlli üç manat, səksən dörd qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübutun cinayət işinin materiallarında olması, məhkəmə xərcinin isə olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nini 66.2.-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu maddi ziyana görə 56165,00 (əlli altı min bir yüz altmış beş) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat, cəmi 56665,00 (əlli altı min altı yüz altımış beş) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 274 (iki yüz yetmiş dörd) mant pul vəsaitinin 253,84 (iki yüz əlli üç manat, səksən dörd qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübutun cinayət işinin materiallarında olması, məhkəmə xərcinin isə olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar