Məhkəmə qərarları › İş №1(050)-68/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-68/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-68/2024 17.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh)-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 01 yanvar 1976-cı ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-nın 9.1-ci bəndində nəzərdə tutulmuş “xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilməsi”, eləcə də həmin qaydalara əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində xüsusi mühafizə olunan təbiət ərazisi sayılan Qızılağac Milli Parkının kiçik körfəz su sahəsinin Masallı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən hissəsinə gələrək özünə məxsus taxta materialdan hazırlanmış 1 ədəd qayıq, 1 ədəd avar, balıqların kütləvi məhvinə səbəb olan vasitələr hesab edilən 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə etməklə həmin gün saat 10:30 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 11 (on bir) manat təşkil edən və Milli Park ərazisində baş verməsi səbəbindən 3 qatına vurulması yolu ilə hesablanan 32 ədəd daban balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1056 (bir min əlli altı) manat ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və mülki iddianı qəbul edərək ifadəsində göstərdi ki, o, uzun illərdir balıq tutmaqla məşğuldur. xx.xx.2024-cü il tarixdə təxminən saat 05:00 radələrində Masallı rayonu, Təzəkənd kənd istiqamətində kanal vasitəsilə “Qızılağac” Milli Parkının içinə daxil olmuşdur. O, dənizə bir ədəd taxta qayıqla daxil olmuş və balıq tutmaq üçün 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə etməklə bir xeyli müddət “Qızılağac” Milli parkının Kiçik Körfəz adlanan hissəsində balıq tutmaqla məşğul olmuşdur. Balıq tutduğu müddət ərzində bir növ balıqlar, yəni daban balığı adlanan balıqlar tutmuşdur. Bundan sonra, yəni təxminən saat 10:30 radələrində 4 nəfər şəxs ona yaxınlaşaraq Su NPİ-nin Lənkəran XPŞ-nin və Qızılağac Milli Parkının əməkdaşları olduqlarını bildirib, “Qızılağac” Milli Parkında balıq ovlamağa rəsmi icazəsi olub-olmadığını soruşduqda, o, icazəsi olmadığıdı, qida ehtiyacını ödəmək üçün qanunsuz balıq ovu etdiyini demişdir. Sonra yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd taxta qayıq, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca və “Qızılağac” Milli Parkından tutduğu balıqları aşkar etmiş və onu Lənkəran XPŞ-nə dəvət etmişlər. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış keçirilən zaman “Qızılağac” Milli Parkından tutduğu 32 ədəd daban balıqlar aşkar olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən ona məxsus 1 ədəd qayığı, 1 ədəd avarı, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcanı və “Qızılağac” Milli Parkının ərazisindən icazəsiz tutduğu 32 ədəd daban balığını götürmüşlər. Bununla bağlı protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət əməli törətdiyini, ailəli olmasını, ailəsinin yeganə təminatçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Qızılağac Milli Parkının direktor müavini vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Su NPİ-nin Lənkəran XPŞ-nin və “Qızılağac” Milli parkının əməkdaşlarının Qızılağac Milli Parkının ərazisində olan Kiçik körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonu, Təzəknd kənd sakini Təqsirləndirilən şəxs Masallı rayonu, Təzəkənd kəndi istiqamətində Qızılağac Milli Parkın ərazisində olan Kiçik körfəz su sahəsində 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca ilə 32 ədəd daban balıqları tutarkən saxlanılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Qızılağac Milli Parkına 1.056 manat maddi ziyan dəymiş, həmin ziyandan hal-hazıradək 500 manat ödənilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının direktoru Aqil Sucayev məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 35 saylı məktubunda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1.056 manat vəsaitin Qızılağac Milli Parkının hesabına tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddiaları, tələbləri və şikayətlərinin olmamasını, məhkəmədən mülki iddianın baxılmamış saxlanmasını və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, X6 İdarəsinin Lənkəran Xətt Pois Şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 10:30 radələrində Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfərləri polis serjantı Şahid1, polis serjantı Şahid3 və Qızılağac Milli Parkının əməkdaşı Şahid4 Əliəşrf oğlu ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz balıq tutarkən yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videokamera vasitəsi ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca, həmin domca vasitəsilə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu 32 ədəd daban balıqları aşkar edilmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs qida ehtiyacını ödəməkdən ötrü 32 ədəd daban balıqlarını Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid3, Qızılağac Milli Parkının yegeri Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il təvəllüdlü oğlu X2 “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş, İİ Qarabağ Müharibəsi veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılağac” Milli Parkının elmi işçi əvəzi X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tutulmuş 32 ədəd balıq daban balığıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd daban balığı üçün ziyanın miqdarı şərti maliyyə havidinin 1.10 x10 misli=11 manat, 32 (otuz iki) ədəd daban balığına görə, 11x32=352 manat, Milli parklarda və ya xüsusi mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanaraq, 352x3=1.056 manat təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 256.2.2 və 256.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və oğlu Mirməcid Məcidovovun “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməklə İİ Qarabağ Müharibəsi veteranı olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, islah işləri cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili X5 Nəqliyyatında Polis İdarəsinin X8 Şöbəsində saxlanılan 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 1 ədəd üzərində elektrik naqili olan domca xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınmalı, iş üzrə üzrə maddi sübut olan və "xxxx" MMC-də saxlanılan 32 ədəd daban balıqlarının satışından əldə olunan məbləğ dövlət nəfinə köçürülməli, iş üzrə məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılağac” Milli Parkı Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək vurulmuş maddi ziyan olan 1.056 manat pulun alınıb Qızılağac Milli Parkının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda isə zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılağac” Milli Parkının direktoru Aqil Sucayev məhkəməyə müraciət edərək vurulmuş 1.056 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən Qızılağac Milli Parkının hesabına tam ödənildiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılağac” Milli Parkının mülki iddiası baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili X5 Nəqliyyatında Polis İdarəsinin X8 Şöbəsində saxlanılan 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 1 ədəd üzərində elektrik naqili olan domca xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınsın. İş üzrə üzrə maddi sübut olan və "xxxx" MMC-də saxlanılan 32 ədəd daban balıqlarının satışından əldə olunan məbləğ dövlət nəfinə köçürülsün. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının mülki iddiası baxılmamış saxlansın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar