Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-68/2025 27.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-X8, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, Masallı Rayon Məhkəməsinin binasında 01 avqust 1955-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Masallı Mərkəzi Rayon Xəstəxanasının PHŞ-nin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim reanimotoloqanestezioloq işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Səlimov X10 Rayon Mərkəzi X12 Şəxsinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimotoloq-anestezioloqu vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012ci il tarixli, 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın İİİ bölməsinin “Həkimanestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının” 24.1-ci bəndinin ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə dair tələblərini kobud surətdə pozaraq xx.xx.2024-cü il tarixdə, saat 09:40-da “38 həftə 2 günlük hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü. Uşaqlıqda çapıq” diaqnozu ilə ünvan 1 ünvanında yerləşən Masallı Mərkəzi Rayon X12 Şəxsin Doğum şöbəsinə daxil olmuş X5 üzərində icra edilmilş “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək spinal anesteziyanı texniki cəhətdən qüsurlu icra etməsi, yəni anesteziya zamanı dərman preparatını onurğa kanalına düzgün inyeksiya etməməsi nəticəsində Elnurə Kərimlinin vəziyyətinin ağırlaşmasına, xx.xx.2024-cü il tarixdə təxliyyə edildiyi Bakı şəhəri Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında aldığı müalicələrə baxmayaraq “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit səbəbindən fiziki şəxs Elnurə Kərimlinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla xx.xx.2024-cü il tarixdə, saat 13:50-də müalicə aldığı xəstəxanada ehtiyatsızlıqdan ölmünə səbəb olan səhlənkarlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı Rayon Mərkəzi Xəstəxanasında anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimotoloqanestezioloqu işləyir. X3 xx.xx.2024-cü il tarixdə tanımışdır. Belə ki, həmin gün E.Kərimlinin üzərində Masallı RMX PHŞ-də hamiləliyin cərrahi yolla sonlandırılması üçün icra edilmiş “Keysəriyyə” cərrahi əməliyyatında iştirak etmişdir. Cərrahi əməliyyatın başlanmasından və anesteziyanın verilməsindən əvvəl müəyyən edilməli olan halları araşdırmaq üçün Elnurə Kərimliyə zəruri sualları vermiş, həmin suallara cavab olaraq Elnurə Kərimli hər hansı xəstəlikdən əziyyət çəkməməsini bildirmiş, digər zəruri suallara da sərbəst şəkildə cavab vermişdir. Bundan sonra həmin şəxs Masallı RMX PHŞ-nin “Doğum şöbəsinə” aparılaraq cərrahi əməliyyat edilmişdir. Cərrahi əməliyyatda onunla birlikdə həkim Şahid1, assistent cərrah Şahid2, anestezist tibb bacısı Şahid4, əməliyyat tibb bacısı Şahid3 iştirak etmişdir. Cərrahi əməliyyatın başlanmasından əvvəl onun tərəfindən Elnurə Kərimlinin onurğa beyin boşluğuna 2.5 ml “05% BUVASİN” preparatı inyeksiya edilməklə spinal anesteziya tətbiq edilmişdir. Qeyd edilən iynənin inyeksiya edilməsindən bir qədər sonra mama-ginekoloq Şahid1 tərəfindən cərrahi əməliyyatın icrasına başlamasının mümkün olmasını bildirmiş və sonuncu tərəfindən cərrahi əməliyyata başlanmışdır. Kəsiyin edilməsi mərhələsində Elnurə Kərimli kəsiyə reaksiya verdiyindən Şahid1 əməliyyatı dayandırmış, onun tərəfindən verilmiş göstəriş əsasında və özünün bilavasitə nəzarəti ilə Şahid4 Elnurə Kərimliyə müvafiq preparatlar inyeksiya etmiş və bununla da xəstə yatızdırılmışdır. Həmin vaxt Elnurə Kərimli normal nəfəs aldığı üçün ona O2 inhalyasiya tətbiq edilməmiş, o cümlədən həmin xəstə süni tənəffüs aparatına qoşulmamışdır. Bundan sonra Şahid1 cərrahi əməliyyata davam etmiş və ana bətnindən kişi cinsli uşaq götürülmüş, cərrahi tikişlər atılmaqla əməliyyat başa çatıdırılmış, həm yeni doğulmuş, həmdə ki, zahı Elnurə Kərimli intensiv palataya köçürülmüşdür. Elnurə Kərimlinin palataya köçürülməsindən bir neçə dəqiqə sonra sedasiyada olmasına baxmayaraq ətraf nahiyələrdə (hər iki qol və hər iki ayaqlarda) qıcolmalar, tonik-klonik tutmalar başlanmışdır. Qeyd edilən vəziyyətin hansı səbəbdən baş verməsi ona məlum olmamışdır. Belə ki, xəstəyə tətbiq edilmiş spinal anesteziya və xəstənin yatızdırılması üçün tətbiq edilmiş digər dərmanların təsiri şəraitində bu kimi qıcolmaların olması mümkün olmasa da, Elnurə Kərimlidə bu tipli qıcolmalar baş vermişdir. Buna görə də, Elnurə Kərimli yenidən əməliyyat blokuna aparılmış, sonuncuya “Propofol” dərman preparatı onun tərəfindən verilmiş göstəriş və özünün nəzarəti altında Şahid4 tərəfindən inyeksiya edilmiş və Elnurə Kərimli süni nəfəs aparatına qoşulmuşdur. Bundan sonra Elnurə Kərimliyə zəruri müalicələr başlanmaqla dərman preparatlarının təsiri hesabına sonuncuda olan qıcolmalar dayandırılmışdır. Qıcolma ocaqları aktiv şəkildə qalsa da, dərman preparatlarının təsiri hesabına şəxsin vəziyyəti stabilləşdirilmiş, lakin qıcolma ocaqları xx.xx.2024-cü il tarixədək aktiv şəkildə qalmış, yalnız ona verilmiş dərmanlar hesabına sakitləşdirilmişdir. Bundan başqa Elnurə Kərimli bütövlükdə kompyuter-tomoqrafiyasında keçirilmişdir. Qeyd edilən müayinə nəticəsində də həmin xəstənin hansı səbəbdən ağırlaşmasını müəyyən etmək mümkün olmamışdır. Elnurə Kərimlidə qıcolma ocaqları xx.xx.2024-cü il tarixdə, saat 12 radələrindən etibarən dayansa da, analiz nəticələri sürətlə mənfiyə tərəf dəyişməyə başlamış, bundan sonra “TƏBİB”in müvafiq şəxsləri ilə məsləhətləşmələr aparılmış, o cümlədən analiz nəticələrinə uyğun olaraq həmin xəstəyə müalicələr edilmiş, qeyd edilən müalicələr xx.xx.2024-cü il tarixədək, saat 02 radələrinədək davam etmişdir. Həmin tarixdə Elnurə Kərimlinin səhhəti düzəlmədiyindən və analiz nəticələri mənfiyə tərəf sürətlə dəyişdiyindən, o cümlədən görülmüş tədbirlərlə şəxsin təxliyyə edilməsinə mane törədən qıcolma ocaqlarının aktivliyi dayandırıldığı üçün xəstə Bakı şəhərinə təxliyyə edilmişdir. O, xx.xx.2024-cü il tarixdə X11 M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə eşitmişdir. Cərrahi əməliyyat zamanı Elnurə Kərimliyə spinal anesteziyanın tətbiq edilməsinə və keçirilməsinə məsul şəxs özü olmuşdur. Hesab edir ki, X16n “Kesar kəsiyi” cərrahi əməliyyatı zamanı tətbiq edilmiş spinal anesteziya onun tərəfindən düzgün icra edilmişdir. Lakin, ekspert rəylərinə görə E.Kərimlinin ölümünə səbəb anestiziyanın güsurla icra edilməsi və sonra müəyyən fəsadların yaranması olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona dəymiş maddi və mənəvi ziyanı ödəyərək onunla razılıq əldə etməsini, sonuncunun ondan heç bir şikayəti və tələbi olmamasını, həmçinin ilk dəfə olaraq cinayət törətməsini və yaşını nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, mərhum Elnurə Kərimli onun doğma qızı olmuşdur. Qızı bir neçə il əvvəl Elnur Alıyevlə evlənmiş və Yardımlı rayonu, Osnakəran kəndində yaşamağa başlamışdır. Həmin evlilikdən X21 və X22 adlı iki övladı dünyaya gəlmişdir. Elnurə Kərimli ikinci övladını xx.xx.2024-cü il tarixdə dünyaya gətirmiş, həmin doğuş “Keysəriyyə” cərrahi əməliyyatı ilə həyata keçirilmişdir. Cərrahi əməliyyat zamanı qızının səhhəti qəflətən pisləşmiş, koma vəziyyətinə düşmüşdür. Qeyd edilən vəziyyətin yaranması ilə əlaqədar olaraq Elnurə Kərimli xx.xx.2024-cü il tarixdə Masallı RMX PHŞ-də müalicə olunmuş, vəziyyəti düzəlmədiyi üçün həmin tarixdə ağır vəziyyətdə Bakı şəhərində yerləşən Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına təxliyyə edilmişdir. Həmin xəstəxanada Elnurə Kərimliyə tibbi yardımlar göstərilsə də, sonuncu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X19 vəziyyətinin ağırlaşmasında və daha sonra vəfat etməsində bilavasitə hər iki xəstəxananın həkimlərinin günahı vardır. Bu hal ekspert rəylərində də öz əksini tapmışdır. Hesab edir ki, onlar da qanun qarşısında cavab verməli, ona dəymiş maddi və mənəvi ziyanı ödəməlidirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi İ.O.Kərimov məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanı tam ödəməsini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılmasını qeyd edərək, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X23 zərərçəkmiş şəxsin hüquqi varisi X14 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RMX PHŞ-nin Doğum şöbəsində mama-ginekoloq vəzifəsində işləyir. Yardımlı rayon sakini X9 xx.xx.2024-cü il tarixdə Yardımlı RMX PHŞ-nin göstərişi əsasında Masallı RMX PHŞ-nin Doğum şöbəsində müayinə üçün gəlmiş, şöbə müdiri Təhminə Bəndəliyeva ilə birlikdə həmin xəstəni müayinə etmişdir. Həmin vaxt zəruri müayinələr, o cümlədən UZİ müayinəsi təyin edilməklə cavablar əldə edilmiş, ilkin müayinə zamanı Elnurə Kərimlinin əvvəlki doğuşunu keysəriyyə yolu ilə edilməsi məlum olduğundan və həmin əməliyyatın izlərini göründüyündən sonuncunun doğuşunun keysəriyyə əməliyyatı ilə sonlandırılmalı olması ona aydın olmuşdur. Eyni zamanda aparılmış müayinələr nəticəsində Elnurə Kərimlinin hamiləliyinin 37-ci həftəsində olması müəyyən edildiyindən əməliyyata göstəriş olmamış, buna görə də Elnurə Kərimli və yaxınlarına Elnurəni evə aparmalarını, doğum sancıları başlayacağı təqdirdə yenidən xəstəxanaya müraciət etmələrini bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:40-da Elnurə Kərimli “38 həftəlik hamiləlik, baş gəlişi, doğuşum 1-ci dövrü, uşaqlıqda çapıq” diaqnozu ilə Masallı RMX PHŞ-nin Doğum şöbəsinə daxil olmuş, xəstədə doğuş sancıları şiddətləndiyi üçün həmin tarixdə, saat 13:00 radələrində xəstənin “Keysəriyyə” cərrahi əməliyyatının icrasına başlanmışdır. Cərrahi əməliyyatın aparılması üçün anestezioloq Təqsirləndirilən şəxs tərəfindən Elnurə Kərimliyə spinal anasteziya tətbiq edilmiş, həmin cərrahi əməliyyatda Təqsirləndirilən şəxs assistenti Sevda adlı şəxs, ümumi cərrah Şahid2 və tibb bacısı Şahid3 iştirak etmişdir. Spinal anesteziyanın tətbiq edilməsindən bir qədər sonra anestezioloq Təqsirləndirilən şəxs icazəsi ilə cərrahi əməliyyata başlamış və ilk kəsiyi atdığı vaxt Elnurə Kərimlinin ağrı hiss etdiyini və həmin ağrıya reaksiya verdiyini, o cümlədən ayaqlarını tərpətməsini görmüş, buna görə də kəsiyi davam etdirməmiş və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs bir qədər sonra ona xəstəni yatızdırdığını, əməliyyata başlaya biləcəyini bildirdiyindən cərrahi əməliyyata başlamışdır. Cərrahi əməliyyatın başlanmasından bir neçə dəqiqə sonra Elnurə Kərimlidə qıcolmalar, tonikoklonik hərəkətlər başlamışdır. Qeyd edilən vəziyyətdə cərrahi əməliyyat onun tərəfindən davam etdirilmiş və kişi cinsli uşaq ana bətnindən sağlam şəkildə götürülmüşdür. Cərrahi əməliyyatın gedişində, habelə cərrahi əməliyyatın başa çatdırılmasından sonra da Elnurə Kərimlidə qıcolmalar davam etmişdir. O, cərrahi əməliyyat zamanı öz işi ilə məşğul olduğundan Təqsirləndirilən şəxs tərəfindən xəstənin qıcolmalarının qarşısının alınması üçün tədbirlərin görülməsini görsə də, Təqsirləndirilən şəxs konkret olaraq hansı tədbirlər görməsinə, əlavə dərman preparatları inyeksiya etməsinə fikir verməmişdir. Cərrahi əməliyyatın bitməsindən sonra Elnurə Kərimli və yeni doğulmuş uşaq palatalara köçürülmüş, uşağın vəziyyəti yaxşı olsa da Elnurə Kərimlinin vəziyyəti ağır olaraq qalmış və süni nəfəs aparatına qoşulması zərurəti yaranmışdır. Buna görə də xəstə yenidən ən yaxın süni nəfəs aparatının olduğu yerə, doğuş şöbəsinin əməliyyatxanasına köçürülmüş, süni nəfəs aparatına qoşulmuşdur. Əməliyyatın icra edilməsindən sonra Elnurə Kərimli təxminən iki gün müddətində Masallı RMX PHŞ-nin reanimasiya şöbəsində qalmış, həmin müddət ərzində xəstə süni nəfəs aparatına qoşulmuş və komatoz vəziyyətdə olmuş, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında Elnurə Kərimlinin vəziyyəti ağırlaşmağa tərəf getdiyi üçün Bakı şəhərində yerləşən Akademik M.Mirqasımov adına Respublika Kliniki xəstəxanasına göndərilmiş, bir neçə gün sonra isə Elnurə Kərimlinin ölməsini bilmişdir. Cərrahi əməliyyatın icra edilməsindən əvvəl Elnurə Kərimlinin səhhəti yaxşı olmuş, cərrahi əməliyyatın icra edilməsindən əvvəl sonuncunu zəruri müayinələrdən keçirmiş, əməliyyatın icrasına hər hansı əks göstəriş olmamışdır. Lakin, cərrahi əməliyyat zamanı xəstənin vəziyyəti qəflətən pisləşmiş, vəziyyətinin pisləşməsindən bilavasitə əvvəl huşu aydın və adekvat olsa da, qıcolmaların başlamasından sonra əlaqə qurmaq mümkün olmamamış, çağırışlara cavab verməmiş və qeyri-adekvat vəziyyətə gəlmişdir. Qeyd edilən şəraitdə anestezioloq Təqsirləndirilən şəxs tərəfindən də tədbirlər görülsə də, qıcolmaların qarşısını almaq mümkün olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Masallı RMX PHŞ-nin baş həkimi vəzifəsində işləyir. X2 xx.xx.2024-cü il tarixdə Masallı RMX PHŞ-də icra edilmiş “Keysəriyyə” cərrahi əməliyyatından bilvasitə sonra vəziyyəti pisləşmiş, cərrahi əməliyyatdan sonra intubasiya edilməklə süni nəfəs aparatına qoşulmuşdur. Cərrahi əməliyyatın icrası zamanı, habelə cərrahi əməliyyatdan bilavasitə sonra tibbi prosedurların icrasında iştirak etməmişdir. X16 ilk dəfə Masallı RMX PHŞ-nin doğuş şöbəsinin əməliyyat blokunda xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində görmüşdür. Həmin vaxt Elnurə Kərimli tətbiq edilmiş dərmanların təsiri altında, süni tənəffüs aparatına (STA) qoşulmuş vəziyyətdə olmuş, huşu dərmanların təsirindən qapalı olmuşdur. O, sonradan əməliyyatda iştirak etmiş Şahid1 və Şahid2 nə baş verməsi ilə maraqlanmışdır. Bu vaxt ona məlum olmuşdur ki, Elnurə Kərimli icra edilmiş cərrahi əməliyyat zamanı hiperkinezlər keçirmiş, Təqsirləndirilən şəxs müdaxiləsinə baxmayaraq həmin hiperkinezlərin qarşısı almaq mümkün olmamış, cərrahi əməliyyat müddəti ərzində həmin hiperkinezlər fasilələrlə davam etmiş, Elnurə Kərimli palataya yerləşdirildikdən sonra isə artıq sonuncuda qıcolmalar olmuşdur. Elnurə Kərimliyə göstərilmiş tibbi yardımlar nəticəsində qıcolmalar növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində dayanmış, lakin laborator analiz nəticələri sürətlə mənfiyə tərəf dəyişməyə başlamışdır. Tibbi yardımların göstərilməsi ilə eyni vaxtda tətbiq edilmiş sakitləşdiricilərin təsiri azaldılsa da, Elnurə Kərimlinin huşu açılmamış, bu vəziyyət xx.xx.2024-cü il tarixədək, saat 02 radələrinədək davam etmiş, həmin müddət ərzində Elnurə Kərimlinin laborator nəticələri mənfiyə tərəf dəyişməyə davam etmişdir. Əməliyyatdan sonrakı müddət ərzində Elnurə Kərimlinin vəziyyəti ağır və hospitalizasiyası üçün uyğun olmadığından sonuncunun Bakı şəhərində yerləşən ixtisaslı müəssisələrdən birinə göndərilməsi mümkün olmamış, yalnız xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində E.Kərimli Bakı şəhərində yerləşən Akademik M.Mirqasımov adına Respublika Kliniki xəstəxanasına göndərilmişdir. Elnurə Kərimlinin üzərində icra edilmiş cərrahi əməliyyatda iştirak etmədiyi üçün həmin xəstənin vəziyyətinin hansı səbəbdən ağırlaşması ona məlum deyildir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 1991-ci ildən hazırkı vaxtadək X20 ümumi reanimasiya, anesteziya və intensiv terapiya şöbəsinin həkim reanimatoloqu vəzifəsində işləyir. X5 barəsində tərtib edilmiş xx.xx.2025ci il tarixli, KEŞ-31 nömrəli əlavə komisyon məhkəmə tibbi ekspertizasının rəyinin verilməsində iştirak etmişdir. X5 meyitinin məhkəmə-tibbi ekspertizasının rəyi ilə həmin şəxsin ölümünün bilavasitə səbəbi spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur. Qeyd edilən vəziyyətin yaranmasında və şəxsin qeyd edilən diaqnozdan ölməsində xx.xx.2024-cü il tarixdə Elnurə Kərimlinin üzərində icra edilmiş “Keysəriyyə” cərrahi əməliyyatına iştirak etmiş həkim-anestezioloqun kobud texniki qüsuru olmuşdur. Buna görə də X5 vəziyyəti qeyd edilən spial anesteziya ilə əlaqədar ağırlaşmışdır. Spinal anesteziyanın qüsurla icra edilməsi nəticəsində Elnurə Kərimlidə hipotenziya, huşun pozulması, tənəffüsün zəifləməsi, nəbzin artması və bunların nəticəsində beynin hipoksik zədələnməsi olmuşdur. Qeyd edilən vəziyyət Elnurə Kərimlidə qıcolmaların baş verməsinə gətirmiş, eyni zamanda beyinin hipoksik zədələnməsi nəticəsində xəstədə beyin ödəmi yaranmış, bununla da Elnurə Kərimli koma vəziyyətinə düşmüşdür. Spinal anesteziyanın tam təsir etmədiyi şəraitdə həkim-anestezioloq həkim cərraha cərrahi əməliyyata başlaması barədə razılıq vermiş, lakin Elnurə Kərimlidə keyimə, yəni anesteziya tam həcmdə olmadığı üçün cərrahi kəsiyin aparılmasında xəstə reaksiya vermiş, buna görə də həmin xəstəyə ümumi sakitləşdirici olan “Midazem” preparatı inyeksiya edilmiş, lakin xəstənin idarə olunan anesteziyaya keçirilməsi anestezioloq tərəfindən ləngidilmiş, yəni xəstədə olan vital funksiyalar, texniki dəstəyə (ağ ciyərlərin süni ventilyasiyasına) ehtiyyacı olduğu halda - yəni respirator funksiyaların, ağ ciyərlərdə oksigen təminatının nəzarət altına götürülməsi gecikdirilmişdir. Bu da öz növbəsində beyin ödəmini hipoksiya səbəbi ilə daha da artırmış, xəstənin birbaşa şəkildə komaya düşməsinə səbəb olmuş, komanı daha da dərinləşdirmişdir. Qeyd edilənlər bilavasitə həkim-anstezioloqun kobud texniki qüsurlarının nəticəsidir. Həkim-anestezioloq Elnurə Kərimliyə tətbiq edilmiş spinal anesteziyadan əvvəl müvafiq müstəxəssislərinnervepotoloq baxışı, EEQ müayinəsini təmin etməmişdir. Elnurə Kərimlinin ölümünün bilavasitə səbəbi olmuş spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit həkim anetezioloqun texniki qüsurunun bir başa nəticəsidir. Belə ki, qeyd edilən diaqnozlar həkim-anestezioloqun dərman preparatını onurğa kanalına düzgün inyeksiya etməməsi və bunun nəticəsində yaranmış fəsadlaşmanı da düzgün idarə edə bilməməsi nəticəsində baş vermiş beyin ödəminin və daha sonra yaranmış dərin komatoz vəziyyətin ümumi nəticəsindir. Bir daha qeyd edir ki, həkim-anestezioloqun spinal anesteziyanı texniki qüsurla icra etməsi birmənalı şəkildə doğrudur. Belə ki, həmin şəxs dərman preparatını onurğa kanalına düzgün inyeksiya etməmiş, qeyd edilən vəziyyət Elnurə Kərimlidə cərrahi kəsik zamanı hissiyatın olması ilə özünü göstərmişdir. Bundan sonra həkim-anestezioloq tam keyimənin olmaması səbəbindən əlavə olaraq ümumi anestetik hesab olunan dərmanlar inyeksiya etmiş, bununla da Elnurə Kərimlidə geridönməz fəsadlar baş vermişdir. Bundan başqa X5 vəziyyətinin ağırlaşmasını həmin şəxsə tətbiq edilmiş dərman preparatının toksiki təsiri nəticəsində olması mümkün deyildir. Qeyd edilənlər həm də meyitin məhkəmə-tibbi müayinəsi ilə də təkzib edilmişdir. X1 Masallı RMX-sı PHŞ-də və Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞdə göstərilmiş tibbi xidmətdə, yəni müalicə taktikasında qüsurlar olmuşdur. Belə ki, X15 RMX-sı PHŞ-də “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılmış spinal anesteziya zamanı arterial hipotenziya baş vermiş və bunun nəticəsində zahının vəziyyəti ağırlaşmışdır. Zahıya Masallı RMX-sı PHŞ-də göstərilmiş tibbi tədbirlərə baxmayaraq, vəziyyəti stabilləşməmiş və daha sonra o, ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-nə təxliyyə edilmişdir. Zahı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilmiş tibbi tədbirlər adekvat olmamışdır. Zahıda anuriyanın (kəskin böyrək çatışmazlığı) olmasına baxmayaraq, venadaxili infuziya ilə bədəndən xaric olan maye arasında balans gözlənilməmişdir və hipervolemiya nəticəsində kəskin anasarka inkişaf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, MEŞ- 94 nömrəli rəyindən görünür ki, X5 ölümünün bilavasitə səbəbi spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 13:50-də Respublika Klinik Xəstəxanasında baş vermişdir. X5 meyitində hamiləliyə qədər müəddətə uyğun xəstəlik dəyişikliklərinin morfoloji əlamətləri, tibbi manipulyasiya izləri istisna olmaqla hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik, psixotrop, alkoqol və digər zəhərləyici maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ-1052 nömrəli rəyindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə, saat 09:40-da Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-in Doğum şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “38 həftəlik 2 gün hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü. Uşaqlıqda çapıq” diaqnozu təyin edilmişdir. Uşaqlıqda çapıq olduğu üçün doğuşun operativ yolla sonlandırlmasına düzgün qərar verilmişdir. Spinal anesteziya altında “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı aparılmışdır. Lakin spinal anestaziya ilə əlaqədar zahının vəziyyəti ağırlaşmışdır. Elnurə Kərimlinin üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyatdan əvvəl aparılmış ilkin müayinələr və göstərilmiş tibbi tədbirlər hamilənin vəziyyətinə uyğun olmuşdur. X15 RMX-sı PHŞ-də və Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-ndə göstərilmiş tibbi xidmətdə, yəni müalicə taktikasında qüsurlar vardır. Belə ki, X15 RMX-sı PHŞ-də “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılmış spinal anesteziya zamanı arterial hipertenziya baş vermiş və bunun nəticəsində zahının vəziyyəti ağırlaşmışdır. Zahıya Masallı RMX-sı PHŞ-də göstərilmiş tibbi tədbirlərə baxmayaraq vəziyyəti stabilləşməmiş və daha sonra o, ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-nə təxliyyə edilmişdir. Zahı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilmiş tibbi tədbirlər adekvat olmamışdır. Zahıda anuriyanın (kəskin böyrək çatmamazlığı) olmasına baxmayaraq venadaxili infuziya ilə bədəndən xaric olan maye arasında balans gözlənilməmişdir və hipervolemiya nəticəsində kəskin anasakra inkişaf etmişdir. Bu da meyitin məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqni tapmışdır, yəni meyitin daxili müayinəsi zamanı qarın boşluğunda 5 litr, sağ döş boşluğunda 300 ml, sol döş boşluğunda 750 ml və ürək kisəsində isə 150 ml mayenin olduğu qeyd edilmişdir. Elnurə Kərimlinin ölümünün bilavasitə səbəbi spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürəkağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 13:50-də Respublika Klinik Xəstəxanasında baş vermişdir. X26. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-nə daxil olduqdan sonra ona ilkin olaraq “Zahılıq dövrünün ağırlaşması”, daha sonra ayrı-ayrı mütəxəssislər tərəfindən “Qaraciyər çatışmazlığı. Böyrək və tənəffüs çatışmazlığına qarşı cavab reaksiyası” və “Hemorragik insult. Dismetabolik ensefalopatiya” diaqnozları düzgün təyin edilmişdir. Elnurə Kərimli “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından əvvəl müvafiq müayinələrdən keçmiş, həkimginekoloqun və həkim-anestezioloqun baxışları təmin edilmiş, əməliyyata əks göstəriş qeyd edilməmiş və doğuşun operativ yolla sonlandırlmasına qərar verilmişdir. Tibbi sənədlərdə olan qeydiyyatlarla iş materiallarına əlavə edilmiş həkimlərin izahatları arasında ziddiyyətlər mövcuddur. Belə ki, spinal anesteziyanın texniki qüsuru anestezioloji kartada qeyd edilməmiş və zahının vəziyyətinin ağırlaşmasının onun palataya köçürüldükdən sonra baş verdiyi qeyd edilmişdir. Elnurə Kərimlinin doğuşunun “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə sonlandırlmasına düzgün qərar verilmişdir. Lakin aparılmış spinal anesteziya texniki cəhətdən qüsurla icra edilmiş və hamilənin vəziyyəti bununla əlaqədar ağırlaşmışdır. Spinal anesteziyanın texniki qüsuru ilə hamilənin vəziyyətinin ağırlaşması və sonda ölümün baş verməsi arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim-anestezioloqdur. Elnurə Kərimlinin doğuşunun “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə sonlandırlması ilə əlaqədar spinal anesteziyanın texniki qüsurundan başqa tətbiqinə icazə verilməyən, diaqnostika və müalicə metodlarından istifadə edilməmişdir. X13 RMX-sı PHŞ-də aparılmış spinal anesteziyanın texniki qüsurundan sonra onun vəziyyəti ağırlaşmışdır. Bu ağırlaşmanın qarşısının alınması üçün tibbi tədbirlər göstəriləsə də, yaranmış patoloji vəziyyətin aradan qaldırılması mümkün olmamışdır. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) tələbləri pozulmuşdur. Buna məsul şəxs Masallı RMX-sı PHŞ-in həkim-anestezioloqdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin əlavə komisyon məhkəmətibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, KEŞ-31 nömrəli rəyindən görünür ki, Elnurə Kərimlinin doğuşunun “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının icrası zamanı spinal anesteziya texniki cəhətdən qüsurla icra edilmiş, yəni anesteziya zamanı dərman preparatı onurğa kanalına düzgün inyeksiya edilməmiş və hamilənin vəziyyəti bununla əlaqədar ağırlaşmışdır. Spinal anesteziyanın texniki qüsuru ilə hamilənin vəziyyətinin ağırlaşması və sonra ölümün baş verməsi arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim-anestezioloqdur. X5 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, ölümünün bilavasitə səbəbi “spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur” olduğu müəyyən edilmişdir ki, bu da texniki qüsurla icra edilmiş anesteziyadan sonra geridönməz fəsadların yaranmasına və sonra ölümə səbəb olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin əlavə komisyon məhkəmətibbi ekspertizasının xx.xx.2025 ci il tarixli, 544/KEŞ nömrəli rəyindən görünür ki, X7 Masallı RMX-sı PHŞ-də və Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmətdə, yəni müalicə taktikasında qüsurlar vardır. Belə ki, X15 RMX-sı PHŞ-də “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı il əlaqədar aparılmış spinal anesteziya zamanı arterial hipotenziya baş vermiş və bunun nəticəsində zahının vəziyyəti ağırlaşmışdır. Zahıya Masallı RMX-sı PHŞ-də göstərilmiş tibbi tədbirlərə baxmayaraq, vəziyyəti stabilləşməmiş və daha sonra o, ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-nə təxliyyə edilmişdir. Zahı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilmiş tibbi tədbirlər adekvat olmamışdır. Zahıda anuriyanın (kəskin böyrək çatışmazlığı) olmasına baxmayaraq, venadaxili infuziya ilə bədəndən xaric olan maye arasında balans gözlənilməmişdir və hipervolemiya nəticəsində kəskin anasarka inkişaf etmişdir. Bu da, meyitin məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapmışdır, yəni meyitin daxili müayinəsi zamanı qarın boşluğunda 5 litr, sağ döş boşluğunda 300 ml, sol döş boşluğunda 750 ml və ürək kisəsində isə 150 ml transsudat mayenin olduğu qeyd edilmişdir. X5 ölümünün bilavasitə səbəbi spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendomeritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 13:50-də Respublika Klinik Xəstəxanasında baş vermişdir. X5 hər iki tibb müəssisələrində onun müalicəsi zamanı qüsurlara yol verilmişdir. Lakin əsas texniki qüsur Masallı RMX-sı PHŞ-də doğuşun “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının icrası zamanı spinal anesteziyada istifadə edilmiş dərman preparatlarının hamilənin onurğa kanalına düzgün inyeksiya edilməməsi olmuşdur. Spinal anesteziyanın texniki qüsuru ilə hamilənin vəziyyətinin ağırlaşması və sonda ölümün baş verməsi arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim-anestezioloqdur. Ekspert rəylərindən göründüyü kimi, spinal anesteziyanın texniki qüsuru ilə hamilənin vəziyyətinin ağırlaşması və sonda ölümün baş verməsi arasında səbəbli əlaqə olmaqla buna məsul şəxs həkim-anestezioloq olmuşdur. Eyni zamanda həmin rəylərdə X7 Masallı RMX-sı PHŞ-də və Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmətdə, yəni müalicə taktikasında qüsurların olduğu, belə ki, X15 RMX-sı PHŞ-də “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılmış spinal anesteziya zamanı arterial hipotenziyanın baş verməsi və bunun nəticəsində zahının vəziyyətinin ağırlaşması, zahıya Masallı RMX-sı PHŞ-də göstərilmiş tibbi tədbirlərə baxmayaraq, vəziyyətinin stabilləşməməsi və daha sonra onun ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞnə təxliyyə edilməsi, zahı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilmiş tibbi tədbirlərin adekvat olmaması, zahıda anuriyanın (kəskin böyrək çatışmazlığı) olmasına baxmayaraq, venadaxili infuziya ilə bədəndən xaric olan maye arasında balansın gözlənilməməsi və hipervolemiya nəticəsində kəskin anasarkanın inkişaf etməsi, həmçinin tibbi sənədlərdə olan qeydiyyatlarla iş materiallarına əlavə edilmiş həkimlərin izahatları arasında ziddiyyətlərin mövcud olması, yəni spinal anesteziyanın texniki qüsurunun anestezioloji kartada qeyd edilməməsi və zahının vəziyyətinin ağırlaşmasının onun palataya köçürüldükdən sonra baş verdiyinin qeyd edilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AH 052206 №-li praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində Anesteziologiya – reanimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 83 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildən hal-hazıra kimi Masallı Rayon Mərkəzi X12 şəxsdə həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs özünü müsbət tərəfdən göstərməyi bacarmışdır. O, bu müddət ərzində özünü savadlı və işgüzar mütəxəssis kimi göstərmişdir. İşlədiyi kollektivin üzvləri, həmçinin ictimaiyyət arasında hörmətə malik olmuşdur. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışmışdır. Öz bilik və bacarığını daim gənc əməkdaşlarla bölüşməyi bacarır, onlara dəsdək olmağa səy göstərir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zaminində ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı (maddi və mənəvi) tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, iş yeri və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Eyni Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin ediləcəyi təqdirdə cəzanın məqsədlərini təmin etmək olar. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşimançılıq çəkməsini, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşını, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, bunun da gələcəkdə daha ciddi nəticələrə səbəb olacağını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimotoloqu-anestezioloqu vəzifəsində işləyərkən törətmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəylərində spinal anesteziyada istifadə edilmiş dərman preparatlarının hamilənin onurğa kanalına düzgün inyeksiya edilməməsi, spinal anesteziyanın texniki qüsurla icra olunduğu, hamilənin vəziyyətinin ağırlaşması və sonda ölümün baş verməsi arasında səbəbli əlaqənin olması və buna məsul şəxsin həkim-anestezioloq olması qeyd edilmişdir. Bu səbəbdən ona müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X14 iddia ərizəsi ilə müraciət edərək cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 20.000 manat pulun, mənəvi ziyana görə 30.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 240 manat pulun Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmənin gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi barışmış və sonuncu ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını qeyd edərək, iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalanan qanunvericilik aktlarına əsaslanaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 ərizəsi nəzərə alınmalı və iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə həkim-anestezioloq peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilməklə hökümlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davarnışı ilə islah olunmasını sübüt etmək, onun davarnış üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarəti daimi qeydiyyatdan olduğu və yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-68/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-68/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver